Zakir Ağaxan oğlu Hüseynov (23 sentyabr 1961 – 31 oktyabr 2010) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.
Zakir Hüseynov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | Rəssamlıq |
Təhsili | Bakı Rəssamlıq Məktəbi |
Həyatı
Hüseynov Zakir Ağaxan oğlu 1961-ci il sentyabr 23-də Bakının Əmircan kəndində anadan olmuşdur. Uşaq yaşlarından rəsm dərnəyində İslam Müzəffərovdan sənətin sirlərini öyrənən Zakir Hüseynovda rəssamlığa böyük maraq yaranmışdır. Zakir Hüseynov Əmircan kəndindəki 226 saylı orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə (indiki İncəsənət Kolleci) daxil olmuş, burada toxuculuq şöbəsində (1979–1985) təhsil almışdır. Onun sənət müəllimi Şairə Ələsgərova və Böyükağa Salahov olmuşdur. Zakir Hüseynov məktəbi bitirdikdən sonra toxuculuq kombinatına təyinat alsa da, oraya getməmiş, rəssamlıq sənəti ilə məşğul olmuşdur. Həmçinin Bakı yod zavodunda (1985–1986), Bədii Fondun İstehsalat Yaradıcılıq Kombinatında (1986–1991) tərtibatçı rəssam işləmişdir.
1988-ci ildən Bakı İncəsənət Mərkəzinin, 1996–2003-cü illərdə "Labirint" İncəsənət Xadimləri Cəmiyyətinin, 2006–2010-cu illərdə "Bakı" qalereyasında fəaliyyət göstərən yaradıcı qrupun, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Zakir Hüseynov 2010-cu il oktyabrın 31-də uzun sürən xəstəlikdən sonra 49 yaşında vəfat etmişdir. O özünü Azərbaycan rəssamlığının "tənha döyüşçüsü" adlandırırdı. Elə buna görə də sənətşünas Ziyadxan Əliyev rəssamın həyat və yaradıcılığına, əsərlərinin təhlilinə həsr etdiyi kitab-albomu "Tənha döyüşçü" adlandırmışdır. 2011-ci il dekabrın 7-də Xətai Miniatür Sənəti Qalereyasında sənətkarın 50 illik yubileyinə həsr olunmuş fərdi sərgisində bu kitabın təqdimat mərasimi keçirilmişdir.
Yaradıcılığı
Zakir Hüseynovun 1986–1989-cu illərdə müxtəlif miqyaslı sərgilərdə işlərini nümayiş etdirmişdir. 1988-ci ildə Rəssamlar İttifaqının dəstəyi ilə onun əsərləri gənclərin ümumittifaq sərgisində, bir il sonra isə Budapeşt, Riqa və Moskva şəhərlərində nümayiş etdirildi. O, sovet dönəmində ciddi təzyiqlərə baxmayaraq öz üslubunu yarada bilmiş və 30 illik yaradıcılığı ilə Azərbaycanın milli rəngkarlığında sənətkar rəssam kimi yer tutmuşdur.
Zakir Hüseynov yaradılığında çoxəsrlik milli bədii ənənələrə müraciət etmişdir. Onun yaradıcılığında xüsusilə Abşeron təbiəti tərənnüm olunmuşdur. 1978-ci ildən başlayaraq ömrünün sonuna qədər müxtəlif miqyaslı sərgilərin, o cümlədən Qazaxıstanda, Rusiyada, Gürcüstanda, Fransada, Macarıstanda, Latviyada keçilən beynəlxalq sərgiləri, "Azərbaycan mədəniyyəti günləri"nin (Əbu-Dabi, BƏƏ, 1989), Beynəlxalq Təsviri sənət Festivalının (Gəncə, 2006) və s. tədbirlərin iştirakçısı olmuşdur. 2005-ci ildə "Qazelli evi" şirkətinin təşkilatçılığı ilə fərdi sərgisi, 2006-cı ildə "Yeni qalereya"da Sənubər Səmədova və Eldar Babazadə ilə birgə sərgisi keçirilmişdir. 2011-ci ildə "Abşeron" qalereyasında keçirilməsi nəzərdə tutulan, hətta kataloqu da çap olunan fərdi sərgisi xəstəliyi səbəbi ilə baş tutmamışdır. Əsərləri Azərbaycan, Rusiya, ABŞ, İngiltərə, Türkiyə, Fransa, Kanada, Hollandiya və Avstraliya kimi ölkələrin nüfuzlu kolleksiyalarında və muzeylərində saxlanılır. Bir neçə əsəri Azərbaycan Milli İncəsənət Muzeyinin və Müasir incəsənət muzeyinin daimi ekspozisiyasındadır. Yaradıcılığı barəsində vaxtaşırı Azərbaycan və xarici ölkə mətbuatında çoxsaylı məqalələr dərc olunur.
Qalereya
- "Əhval"
- "Kölgələrin ritmi"
- "Yanan zürafə". 2000
- "Armudlar". 2001
- "İnək". 2001
- "Mələk". 2001
- "Təhlükəli yük". 2001
- "Səhər". 2005
İstinadlar
- "Zakir Hüseynov" ( (az.)). baku.ru. 2021-09-26 tarixində . İstifadə tarixi: 26 sentyabr 2018.
- "İstedadlı rəssam Zakir Hüseynovun xatirəsinə həsr olunmuş sərgi açılmışdır" ( (az.)). AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi. İstifadə tarixi: 26 sentyabr 2018.
Mənbə
- Ziyadxan Əliyev. "Zakir Hüseynov. Tənha döyüşçü". Bakı, Letterpress, 2011. 208 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zakir Agaxan oglu Huseynov 23 sentyabr 1961 31 oktyabr 2010 Azerbaycan ressami Azerbaycan Ressamlar Ittifaqinin uzvu Zakir HuseynovDogum tarixi 23 sentyabr 1961Dogum yeri Emircan Baki Azerbaycan SSR SSRIVefat tarixi 31 oktyabr 2010 49 yasinda Vefat yeri Baki AzerbaycanVetendasligi SSRI AzerbaycanFealiyyeti RessamliqTehsili Baki Ressamliq MektebiHeyatiHuseynov Zakir Agaxan oglu 1961 ci il sentyabr 23 de Bakinin Emircan kendinde anadan olmusdur Usaq yaslarindan resm derneyinde Islam Muzefferovdan senetin sirlerini oyrenen Zakir Huseynovda ressamliga boyuk maraq yaranmisdir Zakir Huseynov Emircan kendindeki 226 sayli orta mektebi bitirdikden sonra Ezim Ezimzade adina Baki Ressamliq Mektebine indiki Incesenet Kolleci daxil olmus burada toxuculuq sobesinde 1979 1985 tehsil almisdir Onun senet muellimi Saire Elesgerova ve Boyukaga Salahov olmusdur Zakir Huseynov mektebi bitirdikden sonra toxuculuq kombinatina teyinat alsa da oraya getmemis ressamliq seneti ile mesgul olmusdur Hemcinin Baki yod zavodunda 1985 1986 Bedii Fondun Istehsalat Yaradiciliq Kombinatinda 1986 1991 tertibatci ressam islemisdir 1988 ci ilden Baki Incesenet Merkezinin 1996 2003 cu illerde Labirint Incesenet Xadimleri Cemiyyetinin 2006 2010 cu illerde Baki qalereyasinda fealiyyet gosteren yaradici qrupun 1997 ci ilden Azerbaycan Ressamlar Ittifaqinin uzvu olmusdur Zakir Huseynov 2010 cu il oktyabrin 31 de uzun suren xestelikden sonra 49 yasinda vefat etmisdir O ozunu Azerbaycan ressamliginin tenha doyuscusu adlandirirdi Ele buna gore de senetsunas Ziyadxan Eliyev ressamin heyat ve yaradiciligina eserlerinin tehliline hesr etdiyi kitab albomu Tenha doyuscu adlandirmisdir 2011 ci il dekabrin 7 de Xetai Miniatur Seneti Qalereyasinda senetkarin 50 illik yubileyine hesr olunmus ferdi sergisinde bu kitabin teqdimat merasimi kecirilmisdir YaradiciligiZakir Huseynovun 1986 1989 cu illerde muxtelif miqyasli sergilerde islerini numayis etdirmisdir 1988 ci ilde Ressamlar Ittifaqinin desteyi ile onun eserleri genclerin umumittifaq sergisinde bir il sonra ise Budapest Riqa ve Moskva seherlerinde numayis etdirildi O sovet doneminde ciddi tezyiqlere baxmayaraq oz uslubunu yarada bilmis ve 30 illik yaradiciligi ile Azerbaycanin milli rengkarliginda senetkar ressam kimi yer tutmusdur Zakir Huseynov yaradiliginda coxesrlik milli bedii enenelere muraciet etmisdir Onun yaradiciliginda xususile Abseron tebieti terennum olunmusdur 1978 ci ilden baslayaraq omrunun sonuna qeder muxtelif miqyasli sergilerin o cumleden Qazaxistanda Rusiyada Gurcustanda Fransada Macaristanda Latviyada kecilen beynelxalq sergileri Azerbaycan medeniyyeti gunleri nin Ebu Dabi BEE 1989 Beynelxalq Tesviri senet Festivalinin Gence 2006 ve s tedbirlerin istirakcisi olmusdur 2005 ci ilde Qazelli evi sirketinin teskilatciligi ile ferdi sergisi 2006 ci ilde Yeni qalereya da Senuber Semedova ve Eldar Babazade ile birge sergisi kecirilmisdir 2011 ci ilde Abseron qalereyasinda kecirilmesi nezerde tutulan hetta kataloqu da cap olunan ferdi sergisi xesteliyi sebebi ile bas tutmamisdir Eserleri Azerbaycan Rusiya ABS Ingiltere Turkiye Fransa Kanada Hollandiya ve Avstraliya kimi olkelerin nufuzlu kolleksiyalarinda ve muzeylerinde saxlanilir Bir nece eseri Azerbaycan Milli Incesenet Muzeyinin ve Muasir incesenet muzeyinin daimi ekspozisiyasindadir Yaradiciligi baresinde vaxtasiri Azerbaycan ve xarici olke metbuatinda coxsayli meqaleler derc olunur Qalereya Ehval Kolgelerin ritmi Yanan zurafe 2000 Armudlar 2001 Inek 2001 Melek 2001 Tehlukeli yuk 2001 Seher 2005Istinadlar Zakir Huseynov az baku ru 2021 09 26 tarixinde Istifade tarixi 26 sentyabr 2018 Istedadli ressam Zakir Huseynovun xatiresine hesr olunmus sergi acilmisdir az AZERTAC Azerbaycan Dovlet Informasiya Agentliyi Istifade tarixi 26 sentyabr 2018 MenbeZiyadxan Eliyev Zakir Huseynov Tenha doyuscu Baki Letterpress 2011 208 seh