Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat. fornix vaginae adlanan həlqəvi bir yarıq əmələ gəlir. Təcrübə cəhətcə bu tağ dörd qismə bölünür: ön, iki yan və dal tağlar. Uşaqlıq yolunun dal divarı bir tərəfdən ön divardan təxminən 1,5–2 sm uzun olduğu üçün və digər tərəfdən uşaqlıq boynunu daha da yuxarıdan əhatə etdiyi üçün, dal tağ o birilərindən geniş və dərindir. Burada dal divar düz bağırsaq-uşaqlıq çalası tərəfdən periton ilə örtülü olur; beləliklə uşaqlıq yolu boşluğu periton boşluğundan ancaq arxa divar vasitəsilə ayrılmışdır. Bunun təcrübədə artıq əhəmiyyəti vardır, çünki bəzən cərrahi əməliyyat zamanı uşaqlıq yolu çırıldıqda və ya deşildikdə infeksiya uşaqlıq yolundan periton boşluğuna keçə bilər.
Uşaqlıq yolu | |
---|---|
Uşaqlıq yolu | |
Latınca | Vagina |
Yunanca | Colpos |
Qrey | subyekt 269 1264 |
Sistem | - lat. Systema urogenitale - BNA |
Üzv | - lat. Organa genitalia feminina |
Arteriya | lat. art. uterina, art. pubenda interna, art. vesicalis inferior et artş rectalis media |
Vena | lat. Plexus venosus vaginalis |
Sinir | lat. Plexus utero vaginalis, n. pudendus |
Limfa | Daxili qalça və qasıq limfa düyünlərinə açılır |
Embrional | Müller axacağı - lat. ductus Mülleri |
MeSH | Vagina |
Dorlands/Elsevier | Vagina |
Vikianbarda əlaqəli mediafayllar |
Qızlıq və ya bəkarət pərdəsi
Uşaqlıq yolu dəliyi Qızlıq və ya bəkarət pərdəsi — lat. hymen vasitəsilə əhatə olunmuşdur. Bu pərdə genez cəhətcə Müller qabarcığının qalığıdır. Adətən qəzləq pərdəsi aypara şəklində olur (lat. hymen semilunaris); bunun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir, belə ki, lat. ostium vaginae 1,5 sm diametrli dairəyə bənzəyir. Cinsiyyət üzvlərinin normal vəziyyətində qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini (girəcəyini) örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və özü də həlqəyə bənzəyir, bu növ qızlıq pərdəsinə lat. hymen anularis deyilir. Çox vaxt uşaqlıq yolu dəliyi ortada olmayıb, ekssentrik bir vəziyyət alır; əksərən qızlıq pərdəsinin yuxarı kənarına yaxın olur. Bu halda qızlıq pərdəsi lat. hymen circularis adlanır. Birinci koitusdan sonra qızlıq pərdəsi öz tamlığını itirir və 2–3 parçaya bölünür, onlara qızlıq pərdəsi ətcikləri — lat. carunculae hymenales deyilir. Təkrari koitusdan sonra və ya qadın doğduqdan sonra uşaqlıq yolu genəlir, büküşlər açılır və qızlıq pərdəsi ətcikləri hamarlaşır. Qızlıq pərdəsinin forma cəhətcə bir neçə anomaliyaları mövcuddur. Qızlıq pərdəsinin azad kənarı adətən dairəyə ya ellipsə bənzəyir; bəzən bu kənar dişli ya parçalı olur, nəticədə qızlıq pərdəsi saçağa bənzəyir, buna saçaqlı qızlıq pərdəsi — lat. hymen fimbriatus deyilir. Bu növ qızlıq pərdəsi ədliyyə təbabəti cəhətcə çox əhəmiyyətlidir, çünki səhv olaraq cinsi əlaqə zamanı tamlığını itirmiş qızlıq pərdəsi kimi təsvir edilə bilər. Bəzən qızlıq pərdəsində iki ya bir çox kiçik dəliklərə rast gəlinir; birinci anomaliyaya arakəsməli ya iki pəncərəli (dəlikli) qızlıq pərdəsi — lat. hymen septus s. bifenstratus və ikinci növ anomaliyaya xəlbirəbənzər qızlıq pərdəsi — lat. hymen cribriformis deyilir. Bir dəlikli qızlıq pərdəsində bəzən dəlik o qədər kiçik olur ki, nazik mil belə çətinliklə keçir, həmin dəlik nazik yarıq şəklində olur; belə halda qızlıq pərdəsi ikidodaqlı — lat. hymen bilabialis adlanır. Qızlıq pərdəsinin rezistensiyasına gəldikdə burada müəyyən variantlara təsadüf olunur, məsələn, qızlıq pərdəsi çox nazik və ya qalın ola bilər. Qızlıq pərdəsi qalın olduqda cinsi əlaqə çətinliklə olur, belə ki, operativ müdaxilə tələb edir.
Uşaqlıq yolunun divarı
Uşaqlıq yolunun divarı üç qişadan ibarətdir: lat. tunica mucosa, tunica muscularis, tunica adventita. Burada elastiki və əzələ lifləri olduğu üçün uşaqlıq yolu nəhayət dərəcədə genələ bilir. lat. Tunica adventita uşaqlıq yolunu xaricdən əhatə edərək boş birləşdirici toxumadan təşkil olunmuşdur. Ön tərəfdə sidik kanalı divarı ilə və arxadan düz bağırsaq divarını əhatə etmiş sərt toxuma ilə rabitədədir. Bu qişada artıq dərəcədə elastiki liflər, bir az saya əzələ lifləri, qan damarları və sinirlər vardır. lat. Tunica muscularis saya əzələ toxumasından təşkil olunmuşdur; burada selikaltı qat olmadığı üçün bilavasitə selikli qişa ilə bitişmişdir. əzələ qişasını təşkil edən liflərin əksəri boylama və azı həlqəvi istiqamətdə gedərək yuxarıda uşaqlıq aşağıda aralıq əzələləri ilə birləşir. Uşaqlıq yolu dəliyi iradi əzələ toxumasından təşkil olunmuş həlqəvi büzücü əzələ (lat. m. sphincter uretrovaginalis) ilə əhatə olunmuşdur. Bu əzələ 4–7 mm enində olub, uşaqlıq yolu dəliyini əhatə etmək ilə bərabər sidik kanalını da əhatə edir və yan tərəflərdən aralığın dərin köndələn əzələsi ilə və arxa tərəfdən anusu qaldıran əzələ ilə birləşir.
lat. Tunica mucosa əzələ qişasından qalındır (təxminən qalınlığı 2,5 mm-ə çatır) və özü də çoxqatlı yastı epitel ilə örtülüdür. Selikli qişa külü za çəhrayı rəngdə olur, aybaşı dövründə tündləşir və hamiləlik dövründə göyümtül bir rəng alır; bunun vəziləri yoxdur, ancaq tək-tək limfa düyüncükləri — lat. noduli limphatici təsadüf olunur. Normal halda selikli qişa üzərində həmişə seliyəbənzər bir maye olur, ancaq bu uşaqlıq boynu vəziləri ifrazatından başqa bir şey deyildir. Uşaqların və qızların uşaqlıq yolunun ön və dal divarları üzərində bir çox köndələn qırışlar — lat. rugae vaginales vardır, bunlardan orta xəttə birər sütun — lat. columnae rugarum anterior et posterior əmələ gəlir. Ön sütun dal sütundan qalındır və aşağı yaxınlaşdıqca yüksələrək sidik kanalının xarici dəliyi kənarında lat. carina urethralis vaginae deyilən til (ətcik) əmələ gətirir.
Uçaqlıq yolu kiçik çanağın aşağı hissəsində mərkəzi bir vəziyyət alıb, arxasında — düz bağırsaq və önündə sidiklik və sidik kanalı yerləşmişdir. Sidiklik ilə uşaqlıq yolu zəif rabitədədir; burada olan hüceyrəli toxumada venoz kələflər vardır. Sidik kanalı nahiyəsində isə uşaqlıq yolu onun arxa divarı ilə sərt birləşdirici toxuma (arakəsmə) vasitəsilə möhkəm bitişmişdir. Uşaqlıq yolu anusu qaldıran əzələ ilə əhatə olunaraq sidik-cinsiyyət diafraqmasını (lat. diaphragma urogenitale) dəlir və burada lat. lig. transversum perinei (lig. transversum pelvis - BNA) deyilən bağ vasitəsilə qasıq bitişməsinə təsbit olunur. Beləliklə uşaqlıq yolunun fiksasiyasında sidik-cinsiyyət diafraqması, anusu qaldıran əzələ və onu örtən aralıq fassiyaları iştirak edir. Əgər uşaqlıq yolunun fiksasiya aparatı zəifləşərsə, nəticədə uşaqlıq və uşaqlıq yolu aşağı düşür, buna lat. prolapsus uteri et Vaginae deyilir.
Uşaqlıq yolunun yaş xüsusiyyətləri
Yeni doğulmuş qızların uşaqlıq yolu nisbətən uzundur, lat. rugae vaginales artıq dərəcədə inkişaf etmişdir və sıxdır. 10 yaşında həmin qırışlar seyrəkləşir, uşaqlıq yolu uzununa çox böyüyür və yuxarı hissəsində qırışlar itir. Büluğa çatmış qızlarda (lat. virgo intacta) qırışlar çox yüksək və konsistensiyaları qığırdaq kimi olur, 40 yaşından sonra uşaqlıq yolu öz elastikliyini itirir.
Vaskulyarizasiya və innervasiyası
Uşaqlıq yolu arterial qanı daxili qalça arteriyası sistemindən alır. Bu sistemdən çıxan damarlar — lat. art. uterina, art. pudenda interna, art. vesicalis infrior et art. rectalis media uşaqlıq yoluna şaxələr (lat. rami vaginales) verir. Bunlar uşaqlıq yolu divarlarının ətrafında anastomozlaşaraq arxada lat. art. azygos baginae adlanan xüsusi arteriya əmələ gətirirlər. Uşaqlıq yolu venaları onun ətrafında kələf (lat. plexus venosus vaginalis) təşkil edir; bu kələf də xarici cinsiyyət və qonşu üzvlərin venoz kələfləri ilə rabitədə olur; qeyd olunan kələflərdən venoz qan eyni adlı venalarla axaraq daxili qalça venasına tökülür.
Uşaqlıq yolunun limfa damarları onun ətrafında zəngin tor təşkil edərək, limfanı yuxarı hissədən daxili qalça limfa düyünlərinə, aşağı hissədən qasıq limfa düyünlərinə və arxa hissədən düz bağırsaq limfa düyünlərinə daşıyır.
Uşaqlıq yolu lat. lexus utero vaginalis deyilən kələf ilə innervasiya olunur. Bundan başqa burada xüsusi qanqlionlara da təsadüf olunur. Uşaqlıq yolunun aşağı hissəsi ciniyyət siniri ilə də (lat. n. pubendus) innervasiya olunur.
Mənbələr
- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie [ölü keçid]
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Usaqliq yolu ing vagina 8 10 sm uzunlugunda boru seklinde olub usaqligi xarici cinsiyyet uzvleri ile birlesdirir ve aybasi qaninin usaqliqdan xarice cixmasi ve toxumun spermatozoidin usaqliga daxil olmasi ucun bir yol teskil edir Bunun on divari lat paries anterior ve arxa divari lat paries posterior vardir Bunlar usaqliq yolu bos olan vaxt bir birine soykenir ve aralarinda frontal istiqametde durmus bir yariq qalir Usaqliq yolu asagiya dogru daralaraq usaqliq yolu deliyi gireceyi lat ostium vaginae introitus vaginae BNA vasitesile usaqliq yolu dehlizine acilir yuxarida ise usaqliq boynunun usaqliq yolu hissesini lat portio vaginalis cervicis ehate edir ve neticede usaqliq yolu ile lat portio vaginalis arasinda usaqliq yolu tagi lat fornix vaginae adlanan helqevi bir yariq emele gelir Tecrube cehetce bu tag dord qisme bolunur on iki yan ve dal taglar Usaqliq yolunun dal divari bir terefden on divardan texminen 1 5 2 sm uzun oldugu ucun ve diger terefden usaqliq boynunu daha da yuxaridan ehate etdiyi ucun dal tag o birilerinden genis ve derindir Burada dal divar duz bagirsaq usaqliq calasi terefden periton ile ortulu olur belelikle usaqliq yolu boslugu periton boslugundan ancaq arxa divar vasitesile ayrilmisdir Bunun tecrubede artiq ehemiyyeti vardir cunki bezen cerrahi emeliyyat zamani usaqliq yolu cirildiqda ve ya desildikde infeksiya usaqliq yolundan periton bosluguna kece biler Usaqliq yoluUsaqliq yolu Usaqliq yoluLatinca VaginaYunanca ColposQrey subyekt 269 1264Sistem lat Systema urogenitale BNAUzv lat Organa genitalia femininaArteriya lat art uterina art pubenda interna art vesicalis inferior et arts rectalis mediaVena lat Plexus venosus vaginalisSinir lat Plexus utero vaginalis n pudendusLimfa Daxili qalca ve qasiq limfa duyunlerine acilirEmbrional Muller axacagi lat ductus MulleriMeSH VaginaDorlands Elsevier Vagina Vikianbarda elaqeli mediafayllarQizliq ve ya bekaret perdesiQizliq perdesinin anomaliyalariQadin cinsiyyet orqani Usaqliq yolu deliyi Qizliq ve ya bekaret perdesi lat hymen vasitesile ehate olunmusdur Bu perde genez cehetce Muller qabarciginin qaligidir Adeten qezleq perdesi aypara seklinde olur lat hymen semilunaris bunun nazik serbest kenari usaqliq yolu deliyini ehate edir diger kenari usaqliq yolunun dal divarina bitisir bele ki lat ostium vaginae 1 5 sm diametrli daireye benzeyir Cinsiyyet uzvlerinin normal veziyyetinde qizliq perdesi bukusler emele getirerek usaqliq yolu deliyini gireceyini ortur Bezen usaqliq yolu deliyi qizliq perdesinin ortasinda olur ve ozu de helqeye benzeyir bu nov qizliq perdesine lat hymen anularis deyilir Cox vaxt usaqliq yolu deliyi ortada olmayib ekssentrik bir veziyyet alir ekseren qizliq perdesinin yuxari kenarina yaxin olur Bu halda qizliq perdesi lat hymen circularis adlanir Birinci koitusdan sonra qizliq perdesi oz tamligini itirir ve 2 3 parcaya bolunur onlara qizliq perdesi etcikleri lat carunculae hymenales deyilir Tekrari koitusdan sonra ve ya qadin dogduqdan sonra usaqliq yolu genelir bukusler acilir ve qizliq perdesi etcikleri hamarlasir Qizliq perdesinin forma cehetce bir nece anomaliyalari movcuddur Qizliq perdesinin azad kenari adeten daireye ya ellipse benzeyir bezen bu kenar disli ya parcali olur neticede qizliq perdesi sacaga benzeyir buna sacaqli qizliq perdesi lat hymen fimbriatus deyilir Bu nov qizliq perdesi edliyye tebabeti cehetce cox ehemiyyetlidir cunki sehv olaraq cinsi elaqe zamani tamligini itirmis qizliq perdesi kimi tesvir edile biler Bezen qizliq perdesinde iki ya bir cox kicik deliklere rast gelinir birinci anomaliyaya arakesmeli ya iki pencereli delikli qizliq perdesi lat hymen septus s bifenstratus ve ikinci nov anomaliyaya xelbirebenzer qizliq perdesi lat hymen cribriformis deyilir Bir delikli qizliq perdesinde bezen delik o qeder kicik olur ki nazik mil bele cetinlikle kecir hemin delik nazik yariq seklinde olur bele halda qizliq perdesi ikidodaqli lat hymen bilabialis adlanir Qizliq perdesinin rezistensiyasina geldikde burada mueyyen variantlara tesaduf olunur meselen qizliq perdesi cox nazik ve ya qalin ola biler Qizliq perdesi qalin olduqda cinsi elaqe cetinlikle olur bele ki operativ mudaxile teleb edir Usaqliq yolunun divariUsaqliq yolunun divari uc qisadan ibaretdir lat tunica mucosa tunica muscularis tunica adventita Burada elastiki ve ezele lifleri oldugu ucun usaqliq yolu nehayet derecede genele bilir lat Tunica adventita usaqliq yolunu xaricden ehate ederek bos birlesdirici toxumadan teskil olunmusdur On terefde sidik kanali divari ile ve arxadan duz bagirsaq divarini ehate etmis sert toxuma ile rabitededir Bu qisada artiq derecede elastiki lifler bir az saya ezele lifleri qan damarlari ve sinirler vardir lat Tunica muscularis saya ezele toxumasindan teskil olunmusdur burada selikalti qat olmadigi ucun bilavasite selikli qisa ile bitismisdir ezele qisasini teskil eden liflerin ekseri boylama ve azi helqevi istiqametde gederek yuxarida usaqliq asagida araliq ezeleleri ile birlesir Usaqliq yolu deliyi iradi ezele toxumasindan teskil olunmus helqevi buzucu ezele lat m sphincter uretrovaginalis ile ehate olunmusdur Bu ezele 4 7 mm eninde olub usaqliq yolu deliyini ehate etmek ile beraber sidik kanalini da ehate edir ve yan tereflerden araligin derin kondelen ezelesi ile ve arxa terefden anusu qaldiran ezele ile birlesir Usaqliq yolunun divari lat Tunica mucosa ezele qisasindan qalindir texminen qalinligi 2 5 mm e catir ve ozu de coxqatli yasti epitel ile ortuludur Selikli qisa kulu za cehrayi rengde olur aybasi dovrunde tundlesir ve hamilelik dovrunde goyumtul bir reng alir bunun vezileri yoxdur ancaq tek tek limfa duyuncukleri lat noduli limphatici tesaduf olunur Normal halda selikli qisa uzerinde hemise seliyebenzer bir maye olur ancaq bu usaqliq boynu vezileri ifrazatindan basqa bir sey deyildir Usaqlarin ve qizlarin usaqliq yolunun on ve dal divarlari uzerinde bir cox kondelen qirislar lat rugae vaginales vardir bunlardan orta xette birer sutun lat columnae rugarum anterior et posterior emele gelir On sutun dal sutundan qalindir ve asagi yaxinlasdiqca yukselerek sidik kanalinin xarici deliyi kenarinda lat carina urethralis vaginae deyilen til etcik emele getirir Ucaqliq yolu kicik canagin asagi hissesinde merkezi bir veziyyet alib arxasinda duz bagirsaq ve onunde sidiklik ve sidik kanali yerlesmisdir Sidiklik ile usaqliq yolu zeif rabitededir burada olan huceyreli toxumada venoz kelefler vardir Sidik kanali nahiyesinde ise usaqliq yolu onun arxa divari ile sert birlesdirici toxuma arakesme vasitesile mohkem bitismisdir Usaqliq yolu anusu qaldiran ezele ile ehate olunaraq sidik cinsiyyet diafraqmasini lat diaphragma urogenitale delir ve burada lat lig transversum perinei lig transversum pelvis BNA deyilen bag vasitesile qasiq bitismesine tesbit olunur Belelikle usaqliq yolunun fiksasiyasinda sidik cinsiyyet diafraqmasi anusu qaldiran ezele ve onu orten araliq fassiyalari istirak edir Eger usaqliq yolunun fiksasiya aparati zeifleserse neticede usaqliq ve usaqliq yolu asagi dusur buna lat prolapsus uteri et Vaginae deyilir Usaqliq yolunun yas xususiyyetleriYeni dogulmus qizlarin usaqliq yolu nisbeten uzundur lat rugae vaginales artiq derecede inkisaf etmisdir ve sixdir 10 yasinda hemin qirislar seyreklesir usaqliq yolu uzununa cox boyuyur ve yuxari hissesinde qirislar itir Buluga catmis qizlarda lat virgo intacta qirislar cox yuksek ve konsistensiyalari qigirdaq kimi olur 40 yasindan sonra usaqliq yolu oz elastikliyini itirir Vaskulyarizasiya ve innervasiyasiUsaqliq ve yumurtaliq arteriyalariUsaqligin ve yumurtaligin vaskulyarizasiyasi Usaqliq yolu arterial qani daxili qalca arteriyasi sisteminden alir Bu sistemden cixan damarlar lat art uterina art pudenda interna art vesicalis infrior et art rectalis media usaqliq yoluna saxeler lat rami vaginales verir Bunlar usaqliq yolu divarlarinin etrafinda anastomozlasaraq arxada lat art azygos baginae adlanan xususi arteriya emele getirirler Usaqliq yolu venalari onun etrafinda kelef lat plexus venosus vaginalis teskil edir bu kelef de xarici cinsiyyet ve qonsu uzvlerin venoz kelefleri ile rabitede olur qeyd olunan keleflerden venoz qan eyni adli venalarla axaraq daxili qalca venasina tokulur Usaqliq yolunun limfa damarlari onun etrafinda zengin tor teskil ederek limfani yuxari hisseden daxili qalca limfa duyunlerine asagi hisseden qasiq limfa duyunlerine ve arxa hisseden duz bagirsaq limfa duyunlerine dasiyir Usaqliq yolu lat lexus utero vaginalis deyilen kelef ile innervasiya olunur Bundan basqa burada xususi qanqlionlara da tesaduf olunur Usaqliq yolunun asagi hissesi ciniyyet siniri ile de lat n pubendus innervasiya olunur MenbelerProf Kamil Ebdulsalam oglu Balakisiyevin Insanin Normal Anatomiyasi II cild MAARIF Nesriyyati Baki 1979 R D Sinelnikov Atlas anatomii cheloveka 4 toma Anatomy Embryologie olu kecid Vikianbarda Usaqliq yolu ile elaqeli mediafayllar var Istinadlar Anatomiya ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin