Nizamiyyə mədrəsəsi — Bağdad şəhərində 1067-ci ildə açılmış mədrəsə.
Tarixi
Mədrəsənin yaradılma səbəbi
Mədrəsə sözü ərəbcə "dərəsə-oxumaq, anlamaq, bir mətni öyrənmək və əzbərləmək üçün təkrarlamaq" kökündən olub "dərs deyilən yer" deməkdir. Bu sözdən "tədris", "müdərris"("dərs deyən"), midrəs ("Quran oxunan yer") və s. kimi terminlər yaranmışdır. İslamın yayıldığı ilk dövrlərdə ayrı-ayrı ilahiyyatçı alimlərin mühazirə oxuduqları yer, eləcə də böyük məscidlərdə daimi məktəb və ya mühazirə kursları mövcud idi. Mədrəsə adlanan xüsusi tipli orta və ali ilahi-hüquqi məktəblər h. IV/IX əsrlərdə Xilafət Şərqində (Mərkəzi Asiya və Xorasanda) yaranmış, daha sonra isə oradan qərb vilayətlərinə keçmişdi.
Mədrəsə təsisatı Səlcuqların hakimiyyəti illərində özünün çiçəklənmə dövrünü keçirirdi. Bəzi tədqiqatçıların (C. Maqdisi və K. Klauzner) fikrincə, səlcuqilər bu mədrəsələri yalnız inzibati idarəetmə kadrlarının hazırlanması məqsədilə yaratmışdılar. Lakin, tədris prosesində gələcək inzibatçılar özlərinin fəaliyyəti üçün vacib olan elmləri və təcrübəni almırdılar. C. Maqdisi mədrəsəni bitirən şəxslərin aldığı geniş əhatəli vəzifələri sadalayarkən qazı vəzifəsindən başqa hökumət xidməti ilə bağlı heç bir vəzifənin adını çəkmir. Qazı vəzifəsi isə dini xarakter daşıyırdı. Bununla belə Maqdisi göstərirdi ki, mədrəsədə təlim almış şəxs fiqhdə, yəni qanunvericilikdə-hüquqşünaslıqda məlumatı olan şəxs hesab olunurdu. O, məhkəmədə qazı vəzifəsində çalışa bilər, mədrəsədə müdərris kimi tədris hissəsinə başçılıq edə bilərdi. Bağdad Nizamiyyə mədrəsəsinin yaradılması dövrün tələbi idi. Qahirədəki şiə ismailiyyə universiteti müqabilində yaranan Nizamiyyə adlanan tədris müəssisəsi sonralar bütün müsəlman dünyasına yayılmışdı.
İ. Filştinskiyə görə, Nizami mədrəsəsinin yaranması hər cür dini azad fikirliyin qarşısını almaq tələbatından yaranmışdır. Artıq dini münaqişələr silah gücünə deyil, elmdən istifadə yolu ilə həll edilirdi. Çünki Nizamiyyədə olan ab-hava əl-Cahiz vaxtındakı Bəsrə məscidinə xas olan alimlərin azad və sərbəst fikir mübadiləsindən fərqlənirdi.
Müasir ərəb tarixçisi Əbu Hac Məhbubə haqlı olaraq yazırdı ki, Nizamülmülk əleyhdarlarını zəif salmaq üçün silahdan əlavə elmdən də istifadə edirdi. A. Müllerə görə isə onun bu siyasəti yeritməsi özünün fars əsilli olaraq dini təəssübkeşliyi ilə bağlı idi və o bununla özünün fars milli mənliyinə iltifat göstərirdi. Qeyd etmək lazımdır ki, Nizamiyyənin sünnilik tərəfdarı olan rəhbərləri hər şeydən çox tələbələrin müstəqilliyindən qorxurdular. Lakin, hər-halda dini münaqişələri həll etməklə bərabər mədrəsənin üzərinə hər şeydən əvvəl daha böyük bir missiya — elmi inkişaf etdirmək missiyası düşürdü. Məlikşahın Bağdaddakı Nizamiyyə mədrəsəsinin rəisi Əbu İshaq Şiraziyə göndərdiyi məktubda bunun təsdiqini tapmaq olar. O yazırdı: "Nizamiyyə mədrəsəsi məzhəb münaqişələri üçün deyil, elmi inkişaf etdirmək üçündür".
Mədrəsənin yaradılması və fəaliyyəti
Alp Arslanın hakimiyyəti illərində onun vəziri Nizamülmülkün təşəbbüsü ilə bütün iri şəhərlərdə "Nizamiyyə" mədrəsələri açıldı. 1067-ci ildə açılmış Bağdad Nizamiyyə mədrəsəsi əslində orta əsrlərin ilk universiteti sayıla bilər. Hətta şah özü əsas məqsədin qorunmasına nəzarət edir, müəyyən kənara çıxmalar, təriqətçilik təzahürləri olduqda onu aradan qaldırmaq üçün göstərişlər verirdi. Professor R. Sultanov türk tarixçisi istinadən yazır: "Məlikşah Bağdaddakı Nizamiyyə mədrəsəsinin rəisi Əbu İshaq Şiraziyə göndərdiyi məktubda yazırdı: "Nizamiyyə mədrəsəsi məzhəb münaqişələri üçün deyil, elmi inkişaf etdirmək üçündür".
Bağdadda tikintisinə 200 min dinar sərf edilən Nizamiyyə mədrəsəsində 6000 tələbə təhsil alırdı. Bu mədrəsə öz yeni keyfiyyətlərinə görə Şərqdə mövcud olan mədrəsələrdən tamamilə fərqlənirdi. Onu sözün əsl mənasında orta əsrlərdə dünyada təşkil olunmuş universitetlərin ən mükəmməli adlandırmaq mümkündür. Burada dilçilik, tibb, tarix, məntiq, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, ritorika, riyaziyyat, astronomiya, ilahiyyat kimikimi dünyəvi və dini elmlər tədris olunurdu. Nizamiyyə mədrəsəsində təhsil pulsuz idi, müəllimlərə isə dövlət hesabına aylıq maaş verilirdi. Müəllimlərə mühazirə zamanı tamamilə sərbəstlik verilmişdi və onlar tədris üslubu seçməkdə müstəqil idilər. Bundan əlavə, mədrəsədə dərs deyən müəllimlər tələbələrinə özləriyazdıqları əsərlərdən dərs keçirdilər. Dərslər asandan çətinə, sadədən mürəkkəbə prinsipi əsasında qurulmuşdu. Tələbələrə əvvəlcə dilçiliyin əsasları öyrədilir, daha sonra müxtəlif nəzəri elmlər tədris olunurdu. Fiqh və onun üsullarının öyrədilməsi"Nizamiyyə" də təhsilin son mərhələsini təşkil edirdi.
Mədrəsənin fəaliyyətində Azərbaycan alimlərinin rolu
Alimlərin həqiqəti üzə çıxarmaq məqsədilə keçirdiyi diskussiyalar bu mədrəsələrə başqa ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan alimlərini cəlb edirdi. Onlar mədrəsədə müxtəlif vəzifələrdə çalışaraq onun davamlı fəaliyyətində yaxından iştirak edirdilər. Təsadüfi deyil ki, "Nizamiyyə" mədrəsəsinin tikintisi başa çatan kimi Nzamülmülk bu dövrdə dərin bilikli, ərəb dili sahəsində kamil əsərləri olan azərbaycanlı Xətib Təbrizini mədrəsə kitabxanasının müdiri, eyni zamanda İ. Y. Kraçkovskinin təbirincə desək, onu ədəbiyyat kafedrasının "professoru" təyin edir. Qeyd etmək lazımdır ki, kitabxana rəhbərinin seçilməsi məsələsində bəzi meyarlar mütləq nəzərə alınırdı. Belə ki, bu vəzifəni icra edən şəxslər dərin təfəkkürə malik olmalı, kitablar barədə məlumatlı olmalı idilər. Rəşidəddinin yaratdığı "Rəbi-Rəşidi" elm və mədəniyyət mərkəzində hətta digər şərtlər də qoyulmuşdu. Kitabxananın açarının daşıyıcısı subay, əməlisaleh, arif, mömin və dindar olmalı idilər. Əgər bu vəzifədə olan evli olardısa, ailəsindən ayrı olmaqla "Rabi Raşididə" yaşamalı və ailəsi iləəlaqədə olmamalı idilər.
İstinadlar
- "Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015, s. 54-57" (PDF). 2021-09-25 tarixində (PDF). İstifadə tarixi: 2021-03-08.
- Петрушевский И.П. Ислам в Иране в VII–XV веках . Л., 1966, s. 91–92.
- Klauzner C. L. The Selcuq Vezirate: a stady of Sivil Administration, 1055–1194. Cambridge (Mass.), 1973, p. 62
- Фильштинский И. М. История арабской литературы Х-ХI вв. Москва, 1991, с. 17
- R. Sultanov. Nizamülmülkün həyat və yaradıcılığı haqqında. Nizamülmülk. Siyasətnamə, səh. 13
- Osman Turan. Səlcuqlar tarixi və türk islam mədəniyyəti. Ankara, 1965, səh. 233.
- H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 23.
Həmçinin bax
Xarici keçidlər
Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: "Turxan" NPB, 2015.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nizamiyye medresesi Bagdad seherinde 1067 ci ilde acilmis medrese TarixiMedresenin yaradilma sebebi Medrese sozu erebce derese oxumaq anlamaq bir metni oyrenmek ve ezberlemek ucun tekrarlamaq kokunden olub ders deyilen yer demekdir Bu sozden tedris muderris ders deyen midres Quran oxunan yer ve s kimi terminler yaranmisdir Islamin yayildigi ilk dovrlerde ayri ayri ilahiyyatci alimlerin muhazire oxuduqlari yer elece de boyuk mescidlerde daimi mekteb ve ya muhazire kurslari movcud idi Medrese adlanan xususi tipli orta ve ali ilahi huquqi mektebler h IV IX esrlerde Xilafet Serqinde Merkezi Asiya ve Xorasanda yaranmis daha sonra ise oradan qerb vilayetlerine kecmisdi Medrese tesisati Selcuqlarin hakimiyyeti illerinde ozunun ciceklenme dovrunu kecirirdi Bezi tedqiqatcilarin C Maqdisi ve K Klauzner fikrince selcuqiler bu medreseleri yalniz inzibati idareetme kadrlarinin hazirlanmasi meqsedile yaratmisdilar Lakin tedris prosesinde gelecek inzibatcilar ozlerinin fealiyyeti ucun vacib olan elmleri ve tecrubeni almirdilar C Maqdisi medreseni bitiren sexslerin aldigi genis ehateli vezifeleri sadalayarken qazi vezifesinden basqa hokumet xidmeti ile bagli hec bir vezifenin adini cekmir Qazi vezifesi ise dini xarakter dasiyirdi Bununla bele Maqdisi gosterirdi ki medresede telim almis sexs fiqhde yeni qanunvericilikde huquqsunasliqda melumati olan sexs hesab olunurdu O mehkemede qazi vezifesinde calisa biler medresede muderris kimi tedris hissesine basciliq ede bilerdi Bagdad Nizamiyye medresesinin yaradilmasi dovrun telebi idi Qahiredeki sie ismailiyye universiteti muqabilinde yaranan Nizamiyye adlanan tedris muessisesi sonralar butun muselman dunyasina yayilmisdi I Filstinskiye gore Nizami medresesinin yaranmasi her cur dini azad fikirliyin qarsisini almaq telebatindan yaranmisdir Artiq dini munaqiseler silah gucune deyil elmden istifade yolu ile hell edilirdi Cunki Nizamiyyede olan ab hava el Cahiz vaxtindaki Besre mescidine xas olan alimlerin azad ve serbest fikir mubadilesinden ferqlenirdi Muasir ereb tarixcisi Ebu Hac Mehbube haqli olaraq yazirdi ki Nizamulmulk eleyhdarlarini zeif salmaq ucun silahdan elave elmden de istifade edirdi A Mullere gore ise onun bu siyaseti yeritmesi ozunun fars esilli olaraq dini teessubkesliyi ile bagli idi ve o bununla ozunun fars milli menliyine iltifat gosterirdi Qeyd etmek lazimdir ki Nizamiyyenin sunnilik terefdari olan rehberleri her seyden cox telebelerin musteqilliyinden qorxurdular Lakin her halda dini munaqiseleri hell etmekle beraber medresenin uzerine her seyden evvel daha boyuk bir missiya elmi inkisaf etdirmek missiyasi dusurdu Meliksahin Bagdaddaki Nizamiyye medresesinin reisi Ebu Ishaq Siraziye gonderdiyi mektubda bunun tesdiqini tapmaq olar O yazirdi Nizamiyye medresesi mezheb munaqiseleri ucun deyil elmi inkisaf etdirmek ucundur Medresenin yaradilmasi ve fealiyyeti Alp Arslanin hakimiyyeti illerinde onun veziri Nizamulmulkun tesebbusu ile butun iri seherlerde Nizamiyye medreseleri acildi 1067 ci ilde acilmis Bagdad Nizamiyye medresesi eslinde orta esrlerin ilk universiteti sayila biler Hetta sah ozu esas meqsedin qorunmasina nezaret edir mueyyen kenara cixmalar teriqetcilik tezahurleri olduqda onu aradan qaldirmaq ucun gosterisler verirdi Professor R Sultanov turk tarixcisi istinaden yazir Meliksah Bagdaddaki Nizamiyye medresesinin reisi Ebu Ishaq Siraziye gonderdiyi mektubda yazirdi Nizamiyye medresesi mezheb munaqiseleri ucun deyil elmi inkisaf etdirmek ucundur Bagdadda tikintisine 200 min dinar serf edilen Nizamiyye medresesinde 6000 telebe tehsil alirdi Bu medrese oz yeni keyfiyyetlerine gore Serqde movcud olan medreselerden tamamile ferqlenirdi Onu sozun esl menasinda orta esrlerde dunyada teskil olunmus universitetlerin en mukemmeli adlandirmaq mumkundur Burada dilcilik tibb tarix mentiq edebiyyatsunasliq edebiyyat tarixi ritorika riyaziyyat astronomiya ilahiyyat kimikimi dunyevi ve dini elmler tedris olunurdu Nizamiyye medresesinde tehsil pulsuz idi muellimlere ise dovlet hesabina ayliq maas verilirdi Muellimlere muhazire zamani tamamile serbestlik verilmisdi ve onlar tedris uslubu secmekde musteqil idiler Bundan elave medresede ders deyen muellimler telebelerine ozleriyazdiqlari eserlerden ders kecirdiler Dersler asandan cetine sadeden murekkebe prinsipi esasinda qurulmusdu Telebelere evvelce dilciliyin esaslari oyredilir daha sonra muxtelif nezeri elmler tedris olunurdu Fiqh ve onun usullarinin oyredilmesi Nizamiyye de tehsilin son merhelesini teskil edirdi Medresenin fealiyyetinde Azerbaycan alimlerinin roluAlimlerin heqiqeti uze cixarmaq meqsedile kecirdiyi diskussiyalar bu medreselere basqa olkelerin numayendeleri ile yanasi Azerbaycan alimlerini celb edirdi Onlar medresede muxtelif vezifelerde calisaraq onun davamli fealiyyetinde yaxindan istirak edirdiler Tesadufi deyil ki Nizamiyye medresesinin tikintisi basa catan kimi Nzamulmulk bu dovrde derin bilikli ereb dili sahesinde kamil eserleri olan azerbaycanli Xetib Tebrizini medrese kitabxanasinin mudiri eyni zamanda I Y Krackovskinin tebirince desek onu edebiyyat kafedrasinin professoru teyin edir Qeyd etmek lazimdir ki kitabxana rehberinin secilmesi meselesinde bezi meyarlar mutleq nezere alinirdi Bele ki bu vezifeni icra eden sexsler derin tefekkure malik olmali kitablar barede melumatli olmali idiler Resideddinin yaratdigi Rebi Residi elm ve medeniyyet merkezinde hetta diger sertler de qoyulmusdu Kitabxananin acarinin dasiyicisi subay emelisaleh arif momin ve dindar olmali idiler Eger bu vezifede olan evli olardisa ailesinden ayri olmaqla Rabi Rasidide yasamali ve ailesi ileelaqede olmamali idiler Istinadlar Nergiz Eliyeva Orta esrlerde Azerbaycan alimlerinin elmi elaqeleri ve tedris fealiyyeti Baki Turxan NPB 2015 s 54 57 PDF 2021 09 25 tarixinde PDF Istifade tarixi 2021 03 08 Petrushevskij I P Islam v Irane v VII XV vekah L 1966 s 91 92 Klauzner C L The Selcuq Vezirate a stady of Sivil Administration 1055 1194 Cambridge Mass 1973 p 62 Filshtinskij I M Istoriya arabskoj literatury H HI vv Moskva 1991 s 17 R Sultanov Nizamulmulkun heyat ve yaradiciligi haqqinda Nizamulmulk Siyasetname seh 13 Osman Turan Selcuqlar tarixi ve turk islam medeniyyeti Ankara 1965 seh 233 H Ehmedov Azerbaycan mekteb ve pedaqoji fikir tarixi Baki Elm ve tehsil 2014 seh 23 Hemcinin baxGence medresesi Ordubad medresesi Zaviye medresesi Nizamiyye medresesi Gence Beyleqan medresesi Maraga medreseleri Samaxi medresesi Demesq Atabeyler medresesiXarici kecidlerNergiz Eliyeva Orta esrlerde Azerbaycan alimlerinin elmi elaqeleri ve tedris fealiyyeti Baki Turxan NPB 2015