Məntəşa sultan Məhəmməd xan oğlu Şeyxlər-Ustaclı (?-1547) — Ustaclı elinin qızılbaş , Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi.
Məntəşa sultan Ustaclı | |
---|---|
Məntəşa sultan Məhəmməd xan oğlu Şeyxlər-Ustaclı | |
1513 – 1513 | |
Əvvəlki | Sarı Pirə Ustaclı |
Sonrakı | Yaraş bəy Ustaçlı |
1514 – 1524 | |
Əvvəlki | Durmuş xan Şamlı |
Sonrakı | Məhəmməd xan Təkəli |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Məhəmməd xan Şeyxlər-Ustaclı |
Onun barəsində anonim müəllif tərəfindən yazılan “Tarix-i Qızılbaşan” əsərində qısa məlumat verilir:
“Başqa biri Məntəşa sultandır ki, Şah Təhmasib zamanında Azərbaycan əmir əl-ümərası idi və Şah Təhmasib ona «lələ» deyə müraciət edirdi. 953-cü ildə 4.III.1546—20.II.1547) qəflətən vəfat etdi.”
Həyatı
Məntəşa sultan Ustaclı həm Şah İsmayıl dövrünün həm də Şah Təhmasib dövrünün tanınmış əmirlərindən biri idi. O Sarı Pirə Qorçubaşı Ustaclının kiçik qardaşı idi. Mənbələrdə onun adına 1506-cı ildə baş verən Sarom xanın qiyamı zamanı rast gəlinir.
Şah İsmayıl dövründə Məntəşa sultan Ustaclı
Təbrizdəki qardaşı İbrahim mirzədən üsyan barədə məlumat alan İsmayıl, Sarı Əli bəy Möhürdarı 3 minlik qoşunla Təbrizə göndərdi və onlar Təbrizdəki qoşunlarla birləşib, Azərbaycanın qərb sərhədlərinə irəlilədilər. 12 minlik qızılbaş ordusu Xoy və Səlmas şəhərləri yaxınlığında təqribən iki dəfə çox olan kürdlərlə döyüşə girdi və hər iki tərəf böyük itkilər verdi: kürdlərdən 3 min, qızılbaşlardan isə 1500 nəfər həlak oldu. Sarom və İbrahim mirzə bu döyüşdə yaralanmışdılar. Bu döyüşdən sonra Məntəşa sultan Ustaclı və şahzadə İbrahim mirzə qoşunu götürərək, şahın köməyə göndərdiyi yeni qüvvələrə qovuşmaq üçün bir qədər geri çəkilib, Əbdi bəy Şamlunun yardıma gəlmiş 6 minlik qoşunu ilə birləşdilələr.Kürdlərlə baş verən ikinci döyüşdə də Məntəşa sultan iştirak etmiş, döyüş sonunda ağır yaralanmışdı.Məntəşa sultan həmçinin Şah İsmayılın 1508-ci ildə Xürrəmabad yürüşündə də iştirak etmişdi.
“Tarix-i Aləmara-yi Şah İsmayıl” və “Əhsən ət-Təvarix” əsərlərində Məntəşa sultanın Şah İsmayılla qardaşı Süleyman Mirzə arasında olan münaqişə zamanı adı çəkilir. Süleyman Mirzəyə Şah İsmayıl tərəfindən Təbrizin hakimliyi verilmişdi. Buna baxmayaraq o Ərdəbil şəhərində yaşayırdı. 1513-cü ildə Şah İsmayıl Mərkəzi Asiyada olarkən şah ordusunda olan Mənuçöhr adlı bir qulam İsmayılın öldüyünü güman edərək, dərhal Azərbaycana yollanmış və Ərdəbilə gələrək, Süleyman mirzəyə Şah İsmayılın ölüm xəbərini gətirmişdi. Süleyman mirzə Ərdəbildə bəzi “qalmaqalçı cahillər”in, xüsusən də Qızıl Məhəmməd Türkmanın təhriki ilə şah olmaq həvəsinə düşmüş və qiyam qaldırmışdı. Rumlu yazır:
“Seyid Süleyman tərəfdarları da qarışqa və ilan (həşəratlar) kimi döyüş səfi tərtib etdilər. Təbriz yetimləri (yoxsulları) iti qılınc zərbəsi ilə qiyamət gününü zahir etdilər və Seyid Süleymanı atdan aşırdılar. Buna baxmayaraq, Seyid Süleyman özü gənclərdən və yaşlılardan on altı nəfəri ox zərbəsi ilə yaraladı. O əsnada həmin vaxt qorçu olan Məntəşa sultan Ustaclu özünü ona yetirib qılınc zərbəsi ilə həlak etdi.”
Şah İsmayıl Orta Asiyadan qayıtdıqdan sonra əvvəlcə qardaşının ölümünə qəzəblənərək, Məntəşa sultanı həbsə alsa da, Çaldıran savaşı ərəfəsində onu yenidən azad etdi və o, yenə də “böyük əmirlər”in sırasına daxil oldu. Şah İsmayıl Çaldıran döyüşündən qabaq qoşun toplamaq üçün hazırlıqlara başlayan zaman Təbriz hakimi Məntəşa sultana da məktub göndərmiş, o da tabeliyində qoşun dəstəsi ilə Azərbaycana gəlmişdi.Təbriz hakimi Məntəşa sultan Çaldıran döyüşündə Səfəvi qoşunlarının sağ cinahında qərar tutmuşdu.Həsən bəy Rumlu qeyd edir ki, Məntəşa sultan bu döyüşdə böyük şücaət göstərmişdi.
Şah Təhmasib dövründə Məntəşa sultan
Məntəşa sultan Şah Təhmasib dövründə Azərbaycan əmir əl-ümərası idi. Şah Təhmasib ona "lələ" deyə xitab edirdi.
Ustaclı üsyanında rolu
Məntəşa sultanın adı Köpək sultan ilə Div sultan arasında baş verən münaqişədə də çəkilmişdir. Rumlu yazır:
“ Bu il Div sultanla Köpək sultan Ustaclu arasında vəkillik vəzifəsi (“vəkalət”) üstündə münaqişə baş qaldırdı. Div sultan, ustaclu əmirləri qarşısında güzəşt etdi, Xorasana getmək və özbəklərlə savaşmaq üçün [şahdan] rüsxət alıb Lar yaylağına yollandı”.
Div sultan bu yaylaqda dayanmaqla ətraf bölgələrin hakimlərinə məktub göndərməli və onları qoşun dəstələri ilə birlikdə yanına tələb etməli idi. Onun çağırışı və tələbi əsasında İsfahan, Həmədan, Şiraz və başqa bölgələrin hakimləri tabeliklərində olan qoşun dəstəsi ilə Div sultanın ətrafına toplaşdılar. Div sultan və onun ətrafına toplanmış olan qoşunlar Qəzvinə çatanda bu vilayətin Ustaclı tayfasından olan hakimi Məntəşa sultan da onları xoşluqla qarşıladı. Məntəşa sultan bəyan etdi ki, bütünlüklə Div sultanın rəhbərliyi ilə razıdır və ona tabedir. Bundan sonra onun nəzərinə çatdırdılar ki, Ustaclı tayfasının müxalifətçiliyinə qarşı istiqamətlənmiş bu yürüş, əslində, dövlətçilik işidir və ona tövsiyə olundu ki, Ustaclı tayfasının nümayəndəsi kimi öz tayfadaşlarının yayına yollansın və bu tayfanın əmir və əyanlarını dinc yolla müxalifətçilikdən çəkindirməyə çalışsın. Məntəşa sultan da Ustaclı əmir və əyanlarının yanına yollandı və onları nəsihət etməklə müxalifətçilikdən əl çəkməyə çağırdı. Əvvəlcə, Məntəşa sultanın təklifi qəbul edilmədi. Hətta Məntəşa sultan onun təklifinə qarşı çıxan əyanlardan birinin qətlinə də cəhd göstərdi. Lakin həmin əyan bu qətldən canını qurtara bildi. Verilən məlumata görə, Məntəşa sultanın tövsiyələri də Köpək sultanın və Ustaclı əmir və əyanlarının Div sultanla barışığa yollanmasına öz təsirini göstərdi.
1526-cı ildə Ustaclı əmirləri torpaqları əllərindən alındığı üçün yenidən müxaliflik etməyə başladılar. Bu zaman Gürcüstan səfərindən qayıdan Köpək sultan Sultaniyyəyə gəldi. Köpək sultan qoşunların sıralarının genişləndirilməsini lazım bildi. Bu səbəblə müraciət etdiyi şəxslərdən biri də Məntəşa sultan idi. Tərəflər 26 may 1526-cı ildə Səksəncək mövqeyində qarşı-qarşıya gəldilər. Məntəşa sultanın qoşunun sağ cinahına rəhbərlik etdiyi bu döyüşdə Təkəlülər məğlub oldular. Burun sultanla Qaraca sultan qətlə yetirildi. Rumlu yazır:
“Köpək sultanla Məntəşa sultan nisan (aprel) ildırımı kimi cuşa gəlmişdilər və qamışlığa düşən şimşəktək qızmışdılar.”
Şahın əmri ilə qorçular Məntəşa sultan və Köpək sultan daxil olmaqla ustaclı qoşununa həmlə etdilər. Ustaclı əmirləri geri çəkilib Əbhər hüduduna gəldilər. Rəşt hakiminin də onlara kömək göndərdiyindən xəbər tutan Şah Təhmasib öz ordugahını Xalxalda qoyub sürətlə irəli atıldı. Tərəflər yenidən qarşı-qarşıya gəldilər. Məntəşa sultan bu dəfə də ustaclı qoşunun sağ cinahına rəhbərlik edirdi. Məntəşa sultan və Köpək sultan rəhbərliyində məğlub olan ustaclılar Gilana qaçmalı oldular.
1527-ci ilin may ayında baş verən növbəti döyüşdə Köpək sultan öldürüldü. Məntəşa sultan Ustaclı onun ölümündən sonra 1527-ci ilin mayında yenidən Gilana üz tutdu. Rəşt hakimi Müzəffər sultan ona və ustaclılara sığıncaq verdi. Çox keçmədən Məntəşa sultann və digər Ustaclı əmirləri Müzəffər sultanın sarayında baş verənlərdən narazılıq duyaraq 1529-30-cu ildə Qəzvinə gəldilər. Onlar Şah Təhmasibdən bağışlanma dilədilər. Şah Təhmasib Məntəşa sultanı bağışlayaraq Məşhədin idarəsini ona tapşırdı.
Məşhəd hakimi kimi
1531-ci ilin avqust ayında Übeyd xan Şah İsmayılın qayıtması barədə məlumat alıb, bu haqda xəbər gətirmək məqsədilə Qəmiş sultan bəzi özbək əmirləri ilə birlikdə Xorasana göndərdi. Onlar Amudrəyadan keçib, Sərəxs yolu ilə Məşhəd şəhərinə gəlib çıxdılar. Bu zaman Məşhəd hakimi olan Məntəşa sultan Ustaclı Nişapur hakimi Ağzıvar xan Şamlı ilə birgə Qəmiş sultan və özbəklərin üzərinə hücuma keçdilər. Döyüş nəticəsində özbəklər müqavimət göstərə bilməyib geri çəkildilər. Məntəşa sultan Ustaclı isə yenidən Məşhədə qayıtdı. 1532-ci ilin avqust ayında Übeyd xan məhdud sayda qoşun toplayaraq Xorasan üzərinə hücuma başladı. O Herat şəhərini mühasirəyə aldı və öz adamlarını Xorasan vilayətinin müxtəlif hissələrinə göndərdi. Oğlu Əbdüləzizi isə Məşhəd üzərinə göndərdi. Məntəşa sultan digər Xorasan əmirləri ilə məsləhətləşib hakimlik etdiyi Məşhəd şəhərini tərk etdi. 1533-cü ildə Səfəvi qoşunu Xorasanı tamamilə özbəklərdən azad etdillər. Şah Təhmasib Herat şəhərinə gələrək qışı burada keçirdi. Bu zaman o özbəkləri cəzalandırmaq məqsədilə Mavəraünnəhr üzərinə yürüşə başladı. Yürüş məqsədilə Məntəşa sultan Ustaclını isə Hüseyn xan ilə birlikdə Qərcistan üzərinə göndərdi. Məntəşa sultan və Hüseyn xan Qərcistanı zəbt etdikdən sonra qalibiyyətlə geri döndülər.
6 avqust 1534-cü ildə Osmanlı vəziri İbrahim paşa Təbrizə yaxınlaşdığı zaman Üləma sultanı Ərdəbili ələ keçirmək üçün göndərdi. Şah Təhmasib Ərdəbili müdafiə etmək məqsdilə əvvəlcə 1000 nəfərlik bir dəstə daha sonra isə Məntəşa sultan Ustaclını bölgəyə göndərdi. Məntəşa sultan Ərdəbilin müdafiəsində uzun müddət iştirak etsə də, məğlub olub geri çəkilməli oldu. Osmanlı qoşunu bir çox Azərbaycan şəhərini ələ keçirdi. Şah Təhmasib bu xəbərdən sonra öz elçilərini Bağdada İbrahim paşa ilə danışıqlıqlar aparmağa göndərmişdi. Elçilərdən biri olan Mir Şahsuvar Kürd adlı şəxs Məntəşa sultan Ustaclını təmsil edirdi.
Şirvanşah Şahruxun üzərinə göndərilməsi
1538-ci ildə Şirvanı çoxdan bəri Səfəvilər dövlətinə birləşdirmək fikrinə düşən şah Təhmasib əlverişli bəhanə tapdı. Həsən bəy Rumlunun təbirincə "...Şah Şahruxun ölkəni pis idarə etməsi, onun əmirlərinin bəd əməlləri, ordusundakı oğurluq, bu ölkədəki imansızlıq və dini təsisatlara etinasızlıq haqqında eşitmişdi".
Şah Təhmasibin əmri ilə Məntəşa sultan Ustaclı, Əlqas Mirzə və Sevindik bəy Qacarın rəhbərliyi ilə 20 min nəfərlik qoşun Şirvan üzərinə göndərildi.
Onlar Şirvanın Gülüstan qalasını mühasirəyə aldılar. Şəhərin komendantı (kütval) Nemətulla bəy idi. Lakin qızılbaş əmirləri qoşunların bir hissəsini Gülüstan qalasının yanında qoyaraq, qalanın Şirvanşah Şahruxun sığındığı Buğurt qalasına tərəf döndərdilər. Şahrux Mirzənin vəkili Hüseyn bəy Məntəşa sultan Ustaclının da daxil olduğu qızılbaş ordusunun qarşısına çıxdı. Onlar Buğurt dərəsində qarşı-qarşıya gəldilər. Hüseyn bəy məğlub edilərək yenidən qalaya sığındı. Şahrux və Şirvan əyanları yenidən Qızılbaşlara təslim olurlar. Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi yazır: «Bütün Şirvana yenilməz dövlətin rəhbəri (Şah Təhmasib) yiyələndi».
Ölümü
Məntəşa sultan Ustaclı 1544-cü ildə Əbhər ətrafında Humayun şahı qarşılamaq üçün göndərilən Qızılbaş əmirlərindən biri idi. O 1546-cı ildə qəflətən dünyasını dəyişmişdi. Bu haqda Rumlu yazır:
“Bu il Məntəşa sultan Ustaclu öz ölkəsi olan Naxçıvanda ani ölümlə dünyadan köçdü.”
Mənbə
- Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN .
- Bayramlı, Zabil Həsrət oğlu. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU (az.). Bakı: «AVROPA» nəşriyyatı. 2015.
- Münşi, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). I. Bakı: «Təhsil» nəşriyyatı. 2009.
- Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
- Məhəmmədi, M.Ə. Tarix-i Qızılbaşan (türk). Bakı: Azərbaycan nəşriyyatı. 1993.
- Musalı, Namiq. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) (az.). Bakı: Nurlan. 2011.
- Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN .
- Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN .
Əlavə ədəbiyyat
- Çingizoğlu, Ənvər. Qarşı yatan Qaradağ (az.). Bakı: Ozan. 1998.
- Çingizoğlu, Ənvər. Qaradağlılar (az.). Bakı: Şuşa. 2008.
- Çingizoğlu, Ənvər. Qaradağ xanlığı (az.). Bakı: "Mütərcim". 2011.
İstinadlar
- Məhəmmədi, 1993. səh. 15
- Münşi, 2009. səh. 114
- Musalı, 2011. səh. 162
- Musalı, 2011. səh. 175
- Musalı, 2011. səh. 315
- Rumlu, 2017. səh. 421
- Musalı, 2011. səh. 316
- Cavanşir, 2007. səh. 462
- Süleymanov, 2018. səh. 438
- Rumlu, 2017. səh. 426
- Rumlu, 2017. səh. 449
- Süleymanov, 2020. səh. 41
- Süleymanov, 2020. səh. 55
- Rumlu, 2017. səh. 453
- Münşi, 2009. səh. 128
- Cavanşir, 2007. səh. 463
- Münşi, 2009. səh. 147
- Münşi, 2009. səh. 148
- Münşi, 2009. səh. 152
- Cavanşir, 2007. səh. 464
- Bayramlı, 2015. səh. 236
- Bayramlı, 2015. səh. 237
- Rumlu, 2017. səh. 533
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mentesa sultan Mehemmed xan oglu Seyxler Ustacli 1547 Ustacli elinin qizilbas Cenubi Azerbaycanin Tebriz beylerbeyliyinin beylerbeyi Mentesa sultan UstacliMentesa sultan Mehemmed xan oglu Seyxler UstacliQorcubasi1513 1513EvvelkiSari Pire UstacliSonrakiYaras bey UstacliTebriz beylerbeyliyi1514 1524EvvelkiDurmus xan SamliSonrakiMehemmed xan TekeliSexsi melumatlarVefat tarixi 1547Atasi Mehemmed xan Seyxler Ustacli Onun baresinde anonim muellif terefinden yazilan Tarix i Qizilbasan eserinde qisa melumat verilir Basqa biri Mentesa sultandir ki Sah Tehmasib zamaninda Azerbaycan emir el umerasi idi ve Sah Tehmasib ona lele deye muraciet edirdi 953 cu ilde 4 III 1546 20 II 1547 qefleten vefat etdi HeyatiMentesa sultan Ustacli hem Sah Ismayil dovrunun hem de Sah Tehmasib dovrunun taninmis emirlerinden biri idi O Sari Pire Qorcubasi Ustaclinin kicik qardasi idi Menbelerde onun adina 1506 ci ilde bas veren Sarom xanin qiyami zamani rast gelinir Sah Ismayil dovrunde Mentesa sultan Ustacli Tebrizdeki qardasi Ibrahim mirzeden usyan barede melumat alan Ismayil Sari Eli bey Mohurdari 3 minlik qosunla Tebrize gonderdi ve onlar Tebrizdeki qosunlarla birlesib Azerbaycanin qerb serhedlerine irelilediler 12 minlik qizilbas ordusu Xoy ve Selmas seherleri yaxinliginda teqriben iki defe cox olan kurdlerle doyuse girdi ve her iki teref boyuk itkiler verdi kurdlerden 3 min qizilbaslardan ise 1500 nefer helak oldu Sarom ve Ibrahim mirze bu doyusde yaralanmisdilar Bu doyusden sonra Mentesa sultan Ustacli ve sahzade Ibrahim mirze qosunu goturerek sahin komeye gonderdiyi yeni quvvelere qovusmaq ucun bir qeder geri cekilib Ebdi bey Samlunun yardima gelmis 6 minlik qosunu ile birlesdileler Kurdlerle bas veren ikinci doyusde de Mentesa sultan istirak etmis doyus sonunda agir yaralanmisdi Mentesa sultan hemcinin Sah Ismayilin 1508 ci ilde Xurremabad yurusunde de istirak etmisdi Tarix i Alemara yi Sah Ismayil ve Ehsen et Tevarix eserlerinde Mentesa sultanin Sah Ismayilla qardasi Suleyman Mirze arasinda olan munaqise zamani adi cekilir Suleyman Mirzeye Sah Ismayil terefinden Tebrizin hakimliyi verilmisdi Buna baxmayaraq o Erdebil seherinde yasayirdi 1513 cu ilde Sah Ismayil Merkezi Asiyada olarken sah ordusunda olan Menucohr adli bir qulam Ismayilin olduyunu guman ederek derhal Azerbaycana yollanmis ve Erdebile gelerek Suleyman mirzeye Sah Ismayilin olum xeberini getirmisdi Suleyman mirze Erdebilde bezi qalmaqalci cahiller in xususen de Qizil Mehemmed Turkmanin tehriki ile sah olmaq hevesine dusmus ve qiyam qaldirmisdi Rumlu yazir Seyid Suleyman terefdarlari da qarisqa ve ilan heseratlar kimi doyus sefi tertib etdiler Tebriz yetimleri yoxsullari iti qilinc zerbesi ile qiyamet gununu zahir etdiler ve Seyid Suleymani atdan asirdilar Buna baxmayaraq Seyid Suleyman ozu genclerden ve yaslilardan on alti neferi ox zerbesi ile yaraladi O esnada hemin vaxt qorcu olan Mentesa sultan Ustaclu ozunu ona yetirib qilinc zerbesi ile helak etdi Sah Ismayil Orta Asiyadan qayitdiqdan sonra evvelce qardasinin olumune qezeblenerek Mentesa sultani hebse alsa da Caldiran savasi erefesinde onu yeniden azad etdi ve o yene de boyuk emirler in sirasina daxil oldu Sah Ismayil Caldiran doyusunden qabaq qosun toplamaq ucun hazirliqlara baslayan zaman Tebriz hakimi Mentesa sultana da mektub gondermis o da tabeliyinde qosun destesi ile Azerbaycana gelmisdi Tebriz hakimi Mentesa sultan Caldiran doyusunde Sefevi qosunlarinin sag cinahinda qerar tutmusdu Hesen bey Rumlu qeyd edir ki Mentesa sultan bu doyusde boyuk sucaet gostermisdi Sah Tehmasib dovrunde Mentesa sultan Mentesa sultan Sah Tehmasib dovrunde Azerbaycan emir el umerasi idi Sah Tehmasib ona lele deye xitab edirdi Ustacli usyaninda rolu Mentesa sultanin adi Kopek sultan ile Div sultan arasinda bas veren munaqisede de cekilmisdir Rumlu yazir Bu il Div sultanla Kopek sultan Ustaclu arasinda vekillik vezifesi vekalet ustunde munaqise bas qaldirdi Div sultan ustaclu emirleri qarsisinda guzest etdi Xorasana getmek ve ozbeklerle savasmaq ucun sahdan rusxet alib Lar yaylagina yollandi Div sultan bu yaylaqda dayanmaqla etraf bolgelerin hakimlerine mektub gondermeli ve onlari qosun desteleri ile birlikde yanina teleb etmeli idi Onun cagirisi ve telebi esasinda Isfahan Hemedan Siraz ve basqa bolgelerin hakimleri tabeliklerinde olan qosun destesi ile Div sultanin etrafina toplasdilar Div sultan ve onun etrafina toplanmis olan qosunlar Qezvine catanda bu vilayetin Ustacli tayfasindan olan hakimi Mentesa sultan da onlari xosluqla qarsiladi Mentesa sultan beyan etdi ki butunlukle Div sultanin rehberliyi ile razidir ve ona tabedir Bundan sonra onun nezerine catdirdilar ki Ustacli tayfasinin muxalifetciliyine qarsi istiqametlenmis bu yurus eslinde dovletcilik isidir ve ona tovsiye olundu ki Ustacli tayfasinin numayendesi kimi oz tayfadaslarinin yayina yollansin ve bu tayfanin emir ve eyanlarini dinc yolla muxalifetcilikden cekindirmeye calissin Mentesa sultan da Ustacli emir ve eyanlarinin yanina yollandi ve onlari nesihet etmekle muxalifetcilikden el cekmeye cagirdi Evvelce Mentesa sultanin teklifi qebul edilmedi Hetta Mentesa sultan onun teklifine qarsi cixan eyanlardan birinin qetline de cehd gosterdi Lakin hemin eyan bu qetlden canini qurtara bildi Verilen melumata gore Mentesa sultanin tovsiyeleri de Kopek sultanin ve Ustacli emir ve eyanlarinin Div sultanla barisiga yollanmasina oz tesirini gosterdi 1526 ci ilde Ustacli emirleri torpaqlari ellerinden alindigi ucun yeniden muxaliflik etmeye basladilar Bu zaman Gurcustan seferinden qayidan Kopek sultan Sultaniyyeye geldi Kopek sultan qosunlarin siralarinin genislendirilmesini lazim bildi Bu sebeble muraciet etdiyi sexslerden biri de Mentesa sultan idi Terefler 26 may 1526 ci ilde Seksencek movqeyinde qarsi qarsiya geldiler Mentesa sultanin qosunun sag cinahina rehberlik etdiyi bu doyusde Tekeluler meglub oldular Burun sultanla Qaraca sultan qetle yetirildi Rumlu yazir Kopek sultanla Mentesa sultan nisan aprel ildirimi kimi cusa gelmisdiler ve qamisliga dusen simsektek qizmisdilar Sahin emri ile qorcular Mentesa sultan ve Kopek sultan daxil olmaqla ustacli qosununa hemle etdiler Ustacli emirleri geri cekilib Ebher hududuna geldiler Rest hakiminin de onlara komek gonderdiyinden xeber tutan Sah Tehmasib oz ordugahini Xalxalda qoyub suretle ireli atildi Terefler yeniden qarsi qarsiya geldiler Mentesa sultan bu defe de ustacli qosunun sag cinahina rehberlik edirdi Mentesa sultan ve Kopek sultan rehberliyinde meglub olan ustaclilar Gilana qacmali oldular 1527 ci ilin may ayinda bas veren novbeti doyusde Kopek sultan olduruldu Mentesa sultan Ustacli onun olumunden sonra 1527 ci ilin mayinda yeniden Gilana uz tutdu Rest hakimi Muzeffer sultan ona ve ustaclilara sigincaq verdi Cox kecmeden Mentesa sultann ve diger Ustacli emirleri Muzeffer sultanin sarayinda bas verenlerden naraziliq duyaraq 1529 30 cu ilde Qezvine geldiler Onlar Sah Tehmasibden bagislanma dilediler Sah Tehmasib Mentesa sultani bagislayaraq Meshedin idaresini ona tapsirdi Meshed hakimi kimi 1531 ci ilin avqust ayinda Ubeyd xan Sah Ismayilin qayitmasi barede melumat alib bu haqda xeber getirmek meqsedile Qemis sultan bezi ozbek emirleri ile birlikde Xorasana gonderdi Onlar Amudreyadan kecib Serexs yolu ile Meshed seherine gelib cixdilar Bu zaman Meshed hakimi olan Mentesa sultan Ustacli Nisapur hakimi Agzivar xan Samli ile birge Qemis sultan ve ozbeklerin uzerine hucuma kecdiler Doyus neticesinde ozbekler muqavimet gostere bilmeyib geri cekildiler Mentesa sultan Ustacli ise yeniden Meshede qayitdi 1532 ci ilin avqust ayinda Ubeyd xan mehdud sayda qosun toplayaraq Xorasan uzerine hucuma basladi O Herat seherini muhasireye aldi ve oz adamlarini Xorasan vilayetinin muxtelif hisselerine gonderdi Oglu Ebdulezizi ise Meshed uzerine gonderdi Mentesa sultan diger Xorasan emirleri ile meslehetlesib hakimlik etdiyi Meshed seherini terk etdi 1533 cu ilde Sefevi qosunu Xorasani tamamile ozbeklerden azad etdiller Sah Tehmasib Herat seherine gelerek qisi burada kecirdi Bu zaman o ozbekleri cezalandirmaq meqsedile Maveraunnehr uzerine yuruse basladi Yurus meqsedile Mentesa sultan Ustaclini ise Huseyn xan ile birlikde Qercistan uzerine gonderdi Mentesa sultan ve Huseyn xan Qercistani zebt etdikden sonra qalibiyyetle geri donduler 6 avqust 1534 cu ilde Osmanli veziri Ibrahim pasa Tebrize yaxinlasdigi zaman Ulema sultani Erdebili ele kecirmek ucun gonderdi Sah Tehmasib Erdebili mudafie etmek meqsdile evvelce 1000 neferlik bir deste daha sonra ise Mentesa sultan Ustaclini bolgeye gonderdi Mentesa sultan Erdebilin mudafiesinde uzun muddet istirak etse de meglub olub geri cekilmeli oldu Osmanli qosunu bir cox Azerbaycan seherini ele kecirdi Sah Tehmasib bu xeberden sonra oz elcilerini Bagdada Ibrahim pasa ile danisiqliqlar aparmaga gondermisdi Elcilerden biri olan Mir Sahsuvar Kurd adli sexs Mentesa sultan Ustaclini temsil edirdi Sirvansah Sahruxun uzerine gonderilmesi 1538 ci ilde Sirvani coxdan beri Sefeviler dovletine birlesdirmek fikrine dusen sah Tehmasib elverisli behane tapdi Hesen bey Rumlunun tebirince Sah Sahruxun olkeni pis idare etmesi onun emirlerinin bed emelleri ordusundaki ogurluq bu olkedeki imansizliq ve dini tesisatlara etinasizliq haqqinda esitmisdi Sah Tehmasibin emri ile Mentesa sultan Ustacli Elqas Mirze ve Sevindik bey Qacarin rehberliyi ile 20 min neferlik qosun Sirvan uzerine gonderildi Onlar Sirvanin Gulustan qalasini muhasireye aldilar Seherin komendanti kutval Nemetulla bey idi Lakin qizilbas emirleri qosunlarin bir hissesini Gulustan qalasinin yaninda qoyaraq qalanin Sirvansah Sahruxun sigindigi Bugurt qalasina teref donderdiler Sahrux Mirzenin vekili Huseyn bey Mentesa sultan Ustaclinin da daxil oldugu qizilbas ordusunun qarsisina cixdi Onlar Bugurt deresinde qarsi qarsiya geldiler Huseyn bey meglub edilerek yeniden qalaya sigindi Sahrux ve Sirvan eyanlari yeniden Qizilbaslara teslim olurlar Xace Zeynalabidin Eli Ebdi bey Sirazi yazir Butun Sirvana yenilmez dovletin rehberi Sah Tehmasib yiyelendi OlumuMentesa sultan Ustacli 1544 cu ilde Ebher etrafinda Humayun sahi qarsilamaq ucun gonderilen Qizilbas emirlerinden biri idi O 1546 ci ilde qefleten dunyasini deyismisdi Bu haqda Rumlu yazir Bu il Mentesa sultan Ustaclu oz olkesi olan Naxcivanda ani olumle dunyadan kocdu MenbeRumlu Hesen bey Ehsenut tevarix az Baki Uzanlar 2017 ISBN 978 605 030 641 5 Bayramli Zabil Hesret oglu AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU az Baki AVROPA nesriyyati 2015 Munsi Isgender bey Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF az I Baki Tehsil nesriyyati 2009 Cavansir Babek IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 turk Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 Mehemmedi M E Tarix i Qizilbasan turk Baki Azerbaycan nesriyyati 1993 Musali Namiq I SAH ISMAYILIN HAKIMIYYETI TARIX I ALEMARA YI SAH ISMAYIL ESERI ESASINDA az Baki Nurlan 2011 Suleymanov Mehman Sefeviler Sah Tehmasib az V Baki Maarif 2020 ISBN 978 9952 37 141 8 Mehman Suleymanov Sah Ismayil Sefevi Baki Elm ve tehsil 2018 ISBN 978 9952 8176 9 0 Elave edebiyyatCingizoglu Enver Qarsi yatan Qaradag az Baki Ozan 1998 Cingizoglu Enver Qaradaglilar az Baki Susa 2008 Cingizoglu Enver Qaradag xanligi az Baki Mutercim 2011 IstinadlarMehemmedi 1993 seh 15 Munsi 2009 seh 114 Musali 2011 seh 162 Musali 2011 seh 175 Musali 2011 seh 315 Rumlu 2017 seh 421 Musali 2011 seh 316 Cavansir 2007 seh 462 Suleymanov 2018 seh 438 Rumlu 2017 seh 426 Rumlu 2017 seh 449 Suleymanov 2020 seh 41 Suleymanov 2020 seh 55 Rumlu 2017 seh 453 Munsi 2009 seh 128 Cavansir 2007 seh 463 Munsi 2009 seh 147 Munsi 2009 seh 148 Munsi 2009 seh 152 Cavansir 2007 seh 464 Bayramli 2015 seh 236 Bayramli 2015 seh 237 Rumlu 2017 seh 533Hemcinin baxUstacli eliXarici kecidler