Marqaret Kin (ing. Margaret Keane; 15 sentyabr 1927[…], Neşvill – 26 iyun 2022, Napa[d], Kaliforniya) — ABŞ rəssamı.
Marqaret Kin | |
---|---|
ing. Margaret Keane | |
Doğum adı | Peggy Doris Hawkins |
Doğum tarixi | 15 sentyabr 1927[…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyun 2022(94 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək çatışmazlığı |
Uşağı | 1 |
Fəaliyyəti | rəssam, incəsənət xadimi |
keane-eyes.com |
Həyatı
Marqaret (Peggi Doris Hokins) Kin ştatında, anadan olub.
İki yaşı olanda əməliyyat zamanı daxili qulağı ciddi zədə alır. Kar olan Marqaret danışarkən insanların gözlərinə baxaraq onları anlamağı öyrənir. Uşaqkən rəsmlə məşğul olmağa başlayan Marqaret Neşvildə Uotkins İncəsənət Məktəbində dərs alır. On yaşında ilk yağlı boya əsərini — biri ağlayan, digəri isə gülən iki balaca qız rəsmini nənəsinə hədiyyə edir. İstedadlı qız yerli kilsədə də "iri gözlü mələklər"inə görə tanınırdı.
On səkkiz yaşında Nyu-York şəhərindəki Trafagen Dizayn Məktəbinə daxil olur. 1950-ci illərə qədər işlərində, əsasən, paltarlar və uşaq beşikləri daha çox təsvir olunur. Sonralar, nəhayət, öz yolunu tapan Marqaret portret karyerasına başlayır. Bir müddət fincanlar, qablar üzərinə işləyən rəssamın əsərlərinin yayılma sahəsi olduqca məhdud idi və yalnız ətrafındakı qadınlar əldə edə bilirdilər.
Rəssamın fırçasından çıxan işlərdə, adətən, qaçqın, yetim uşaqlar, kədərli qadınlar və heyvanlar əks olunurdu.
İlk vaxtlar rəsmlər poster, qabların və fincanların üzərini bəzəyən şəkillər kimi yayılmağa başladı. Bütün bunlar tənqidçilər tərəfindən də mənfi qarşılanır, rəssamın işləri ucuz və zövqsüz şablonlar kimi qiymətləndirilirdi.
İyirmi səkkiz yaşlı Marqaret 1955-ci ildə Honoluluda "yaraşıqlı, inadkar və ünsiyyətcil" Volter Kinlə ailə həyatı qurur. 1957-ci ildən Volter "böyük gözləri" özününkü kimi təqdim edir və bir çox sərgilərə qatılır. Artıq 1960-cı illərdə Volter Kin dövrünün məşhur "rəssamı"na çevrilmişdi, buna baxmayaraq tənqidçilər rəsmlər barədə heç də müsbət fikirlər söyləmirdilər.
1964-cü ildə "Dünya Sərgisi" Kinin "Əbədi sabah" ("Tomorrow forever") əsərini də nümayiş etdirəcəyini elan edəndə "Nyu-York Tayms" qəzetinin incəsənət tənqidçisi öz fikrini belə bildirmişdi: "Nyu-York Dünya sərgisindən indiyə qədər eşitdiyim ən absurd elandır"… "Əbədi sabah" tablosunda yüzdən çox böyük gözlü qaçqın uşaq, Kinin bacarığı kimi yüz qat pis təsvir olunub". Bununla da rəsmin sərgidə nümayşinə qadağa qoyulur.
Marqaretin əri Volter Kin uzun zaman həyat yoldaşının çəkdiyi rəsmləri öz adına imzalayıb satırdı. Yaxşı reklamçı və bacarıqlı satıcı olan Volterin sayəsində "böyük gözlər" qısa müddətə o qədər populyar oldu ki, hətta ailə şəxsi qalereya da açmağa imkan tapdı.
Ərinin təzyiqi altında Marqaret gün ərzində 16 saat fasiləsiz rəsm çəkməklə məşğul olurdu. Ailə vəziyyəti, ərinin dözülməz davranışları, ifşa olunmaq qorxusu qadını rahat yaşamağa qoymurdu.
Bir müddətdən sonra Margaret bütün bu yalanlardan, özünü və öz yaradıcılığını gizlətmək məcburiyyətində qalmaqdan yorulur. 1970-ci ildə Marqaret Radio verilişində çıxış edərək əsərlərin həqiqi müəllifi olduğunu bəyan edir.
O, ərindən boşanır və on illər ərzində Volterin imzasıyla satılan əsərlərin əslində ona aid olduğunu sübut etmək üçün məhkəməyə müraciət edir.
Məhkəmədə müəllifi müəyyən etmək üçün elə zaldaca hər iki tərəfin bir saat ərzində rəsm çəkməsi tələb olunur. Volter ağrıyan çiynini bəhanə edərək çəkməkdən boyun qaçırır. Marqaret isə 53 dəqiqə ərzində növbəti "böyük gözləri" çəkir. Təbii ki, iş Marqaretin xeyrinə həll olunur və onun çəkdiyi kompozisiyaya dəyən ziyanın qarşılığı olaraq dörd milyon dollar qiymət qoyulur. Hökm oxunduqdan sonra Marqaret öz hisslərini belə ifadə edir: "Ədalətin qalib gəldiyinə bir daha inandım, hətta dörd milyon dolları əldə etməsəm belə, mənim üçün verilən qərar hər şeyə dəyər".
Bundan sonra Marqaret San Fransiskoda bütün əsərlərinin sərgiləndiyi ən böyük qalereyanı açır. "Böyük gözlərin" populyarlığı, tənqidçilərin sarkazm dolu fikirləri onu daha çox tanıtdırır və ona "incəsənət dünyasının Ueyn Nyutonu" adını qazandırır.
Marqaret Kinin işlərini üslub baxımından iki mərhələyə ayırmaq olar. Birinci mərhələyə əri Volterlə yaşadığı və onun adına imzaladığı əsərləri aid etmək olar. Bu dövrdə çəkilən rəsmlər tünd tonlar və kədərli üzlərlə xarakterizə olunur. Marqaretin Havaya "qaçışı"ndan sonra, öz imzasını bərpa etdiyi dövrdə, üslubundakı ciddi dəyişiklik nəzərə çarpır. Artıq rəsmlər daha işıqlı, böyük gözlü simalar isə daha xoşbəxt görünməyə başlayır. "Uşaqlara çəkdiyim böyük gözlər mənim dərin hisslərimin əksidir. Gözlər ruhun aynasıdır", — deyən Marqaret rəmlərinin mövzusunu belə izah edir: "Bunlar cənnətdəki uşaqların şəkilləridir. Tanrının hökmündən sonra dünyanın necə yer olacağını onların simasıyla təsvir edirəm".
2014-cü ildə ekranlara çıxan "İri gözlər" avtobioqrafik filmində Marqaret Kin rolunu Emi Adams, Volter Kin rolunu isə Kristof Valts ifa edib. Tim Bartonun bu filmi "Qızıl Qlobus", "BAFTA" kimi prestijli mükafatlara layiq görülüb.
İstinadlar
- Margaret D.H. Keane (ing.). 2008.
- Margaret D. H. Keane (ing.).
- https://www.nytimes.com/2022/06/28/arts/margaret-keane-dead.html.
- Directory of Southern Women Artists. The Johnson Collection.
- https://nypost.com/2022/06/29/margaret-keane-big-eyes-painter-dead-at-94/.
- Margaret Keane, Painter of Sad-Eyed Waifs, Dies at 94. The New York Times.
Xarici keçidlər
- "Margaret Keane". Ask Art.
- "My Life as a Famous Artist". Awake. Jehovah Witnesses: 12–16. July 8, 1975. (Subscription required (help)).
- "My Life as a Famous Artist". Megan Besmirched. Excerpt. magazine.
- "Margaret Keane and Keanabilia and Keanabilia and Keanabilia". Exhibition. Laguna Art Museum: L.A. EyeWorks. July 2000.
- "Margaret Keane- Biography"
- "A 'real' portrait of 'Big Eyes' artist Margaret Keane"
- "'Big Eyes' True Story Vs. Movie"
- "Keane Eyes Gallery: About Margaret"
- "The Big Eyed Children: The Extraordinary Story of an Epic Fraud"
Merchandising:
- "Keane Look".
Marketing the works of Margaret Keane for over thirty five years
- "Keane Eyes Gallery". San Francisco.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Marqaret Kin ing Margaret Keane 15 sentyabr 1927 Nesvill 26 iyun 2022 Napa d Kaliforniya ABS ressami Marqaret Kining Margaret KeaneDogum adi Peggy Doris HawkinsDogum tarixi 15 sentyabr 1927 1927 09 15 Dogum yeri Nesvill Deyvidson qrafligi d Tennessi ABSVefat tarixi 26 iyun 2022 2022 06 26 94 yasinda Vefat yeri Napa d Napa qrafligi Kaliforniya ABSVefat sebebi urek catismazligiUsagi 1Fealiyyeti ressam incesenet xadimikeane eyes comHeyatiMarqaret Peggi Doris Hokins Kin statinda anadan olub Iki yasi olanda emeliyyat zamani daxili qulagi ciddi zede alir Kar olan Marqaret danisarken insanlarin gozlerine baxaraq onlari anlamagi oyrenir Usaqken resmle mesgul olmaga baslayan Marqaret Nesvilde Uotkins Incesenet Mektebinde ders alir On yasinda ilk yagli boya eserini biri aglayan digeri ise gulen iki balaca qiz resmini nenesine hediyye edir Istedadli qiz yerli kilsede de iri gozlu melekler ine gore taninirdi On sekkiz yasinda Nyu York seherindeki Trafagen Dizayn Mektebine daxil olur 1950 ci illere qeder islerinde esasen paltarlar ve usaq besikleri daha cox tesvir olunur Sonralar nehayet oz yolunu tapan Marqaret portret karyerasina baslayir Bir muddet fincanlar qablar uzerine isleyen ressamin eserlerinin yayilma sahesi olduqca mehdud idi ve yalniz etrafindaki qadinlar elde ede bilirdiler Ressamin fircasindan cixan islerde adeten qacqin yetim usaqlar kederli qadinlar ve heyvanlar eks olunurdu Ilk vaxtlar resmler poster qablarin ve fincanlarin uzerini bezeyen sekiller kimi yayilmaga basladi Butun bunlar tenqidciler terefinden de menfi qarsilanir ressamin isleri ucuz ve zovqsuz sablonlar kimi qiymetlendirilirdi Iyirmi sekkiz yasli Marqaret 1955 ci ilde Honoluluda yarasiqli inadkar ve unsiyyetcil Volter Kinle aile heyati qurur 1957 ci ilden Volter boyuk gozleri ozununku kimi teqdim edir ve bir cox sergilere qatilir Artiq 1960 ci illerde Volter Kin dovrunun meshur ressami na cevrilmisdi buna baxmayaraq tenqidciler resmler barede hec de musbet fikirler soylemirdiler 1964 cu ilde Dunya Sergisi Kinin Ebedi sabah Tomorrow forever eserini de numayis etdireceyini elan edende Nyu York Tayms qezetinin incesenet tenqidcisi oz fikrini bele bildirmisdi Nyu York Dunya sergisinden indiye qeder esitdiyim en absurd elandir Ebedi sabah tablosunda yuzden cox boyuk gozlu qacqin usaq Kinin bacarigi kimi yuz qat pis tesvir olunub Bununla da resmin sergide numaysine qadaga qoyulur Marqaretin eri Volter Kin uzun zaman heyat yoldasinin cekdiyi resmleri oz adina imzalayib satirdi Yaxsi reklamci ve bacariqli satici olan Volterin sayesinde boyuk gozler qisa muddete o qeder populyar oldu ki hetta aile sexsi qalereya da acmaga imkan tapdi Erinin tezyiqi altinda Marqaret gun erzinde 16 saat fasilesiz resm cekmekle mesgul olurdu Aile veziyyeti erinin dozulmez davranislari ifsa olunmaq qorxusu qadini rahat yasamaga qoymurdu Bir muddetden sonra Margaret butun bu yalanlardan ozunu ve oz yaradiciligini gizletmek mecburiyyetinde qalmaqdan yorulur 1970 ci ilde Marqaret Radio verilisinde cixis ederek eserlerin heqiqi muellifi oldugunu beyan edir O erinden bosanir ve on iller erzinde Volterin imzasiyla satilan eserlerin eslinde ona aid oldugunu subut etmek ucun mehkemeye muraciet edir Mehkemede muellifi mueyyen etmek ucun ele zaldaca her iki terefin bir saat erzinde resm cekmesi teleb olunur Volter agriyan ciynini behane ederek cekmekden boyun qacirir Marqaret ise 53 deqiqe erzinde novbeti boyuk gozleri cekir Tebii ki is Marqaretin xeyrine hell olunur ve onun cekdiyi kompozisiyaya deyen ziyanin qarsiligi olaraq dord milyon dollar qiymet qoyulur Hokm oxunduqdan sonra Marqaret oz hisslerini bele ifade edir Edaletin qalib geldiyine bir daha inandim hetta dord milyon dollari elde etmesem bele menim ucun verilen qerar her seye deyer Bundan sonra Marqaret San Fransiskoda butun eserlerinin sergilendiyi en boyuk qalereyani acir Boyuk gozlerin populyarligi tenqidcilerin sarkazm dolu fikirleri onu daha cox tanitdirir ve ona incesenet dunyasinin Ueyn Nyutonu adini qazandirir Marqaret Kinin islerini uslub baximindan iki merheleye ayirmaq olar Birinci merheleye eri Volterle yasadigi ve onun adina imzaladigi eserleri aid etmek olar Bu dovrde cekilen resmler tund tonlar ve kederli uzlerle xarakterize olunur Marqaretin Havaya qacisi ndan sonra oz imzasini berpa etdiyi dovrde uslubundaki ciddi deyisiklik nezere carpir Artiq resmler daha isiqli boyuk gozlu simalar ise daha xosbext gorunmeye baslayir Usaqlara cekdiyim boyuk gozler menim derin hisslerimin eksidir Gozler ruhun aynasidir deyen Marqaret remlerinin movzusunu bele izah edir Bunlar cennetdeki usaqlarin sekilleridir Tanrinin hokmunden sonra dunyanin nece yer olacagini onlarin simasiyla tesvir edirem 2014 cu ilde ekranlara cixan Iri gozler avtobioqrafik filminde Marqaret Kin rolunu Emi Adams Volter Kin rolunu ise Kristof Valts ifa edib Tim Bartonun bu filmi Qizil Qlobus BAFTA kimi prestijli mukafatlara layiq gorulub IstinadlarMargaret D H Keane ing 2008 Margaret D H Keane ing https www nytimes com 2022 06 28 arts margaret keane dead html Directory of Southern Women Artists The Johnson Collection https nypost com 2022 06 29 margaret keane big eyes painter dead at 94 Margaret Keane Painter of Sad Eyed Waifs Dies at 94 The New York Times Xarici kecidler Margaret Keane Ask Art My Life as a Famous Artist Awake Jehovah Witnesses 12 16 July 8 1975 Subscription required help My Life as a Famous Artist Megan Besmirched Excerpt magazine Margaret Keane and Keanabilia and Keanabilia and Keanabilia Exhibition Laguna Art Museum L A EyeWorks July 2000 Margaret Keane Biography A real portrait of Big Eyes artist Margaret Keane Big Eyes True Story Vs Movie Keane Eyes Gallery About Margaret The Big Eyed Children The Extraordinary Story of an Epic Fraud Merchandising Keane Look Marketing the works of Margaret Keane for over thirty five years Keane Eyes Gallery San Francisco