Viktor Yefimoviç Xain (13 (26) fevral 1914, Bakı – 24 dekabr 2009, Moskva) — geologiya-mineralogiya elmləri doktoru, professor, geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının akademiki, AMEA-nın Fəxri xarici üzvü, Paris Universitetinin fəxri doktoru, Bolqarıstan və Fransa geologiya cəmiyyətlərinin fəxri üzvüdür.
Viktor Xain | |
---|---|
Xain Viktor Yefimoviç | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (95 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya |
Elm sahəsi | geologiya |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Elmi adı | akademik |
Təhsili | ali |
Üzvlüyü | |
Mükafatları | |
victor-khain.wosco.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Viktor Yefimoviç Xain 1914-cü il fevralın 13(26)-də Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun (indiki ADNSU) mədən fakültəsinin geoloji-kəşfiyyat şöbəsini bitirmişdir. 1940-cı ildə "Yuranın və təbaşirin fasiyaları və mezozoyda Cənub-Şərqi Qafqazın geotektonik inkişaf tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük Vətən müharibəsi illərində (1941-1945) havadan müdafiə hərbi hissələrində qulluq etmişdir. 1945-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük elmi işçi, "Regional geologiya" şöbəsinin rəhbəri vəzifələrində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda müəllimlik etmişdir. 1947-ci ildə "Cənub-Şərqi Qafqazın geotektonik inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1954-cü ildən Moskva Dövlət Universitetində işləyir. 1 iyul 1966-cı ildən Yer haqqında (geologiya, geofizika) elmlər Bölməsi üzrə müxbir üzvü, 23 dekabr 1987-ci ildən geologiya, geofizika, geokimya və (, tektonika) Bölməsi üzrə akademikdir.
Viktor Yefimoviç Xain 2004-cü ildə AMEA-nın Fəxri xarici üzvü seçilmişdir.
Elmi fəaliyyəti
Xain V.Y. Böyük tektonist-geoloqdur. Yer qabağının tektonik hərəkətlərinin və əsas struktur elementlərinin təsnifatını vermiş, geosinklinal proseslərin ümumi qanunauyğunluqlarını dəqiqləşdirmiş və yer qabığı təkamülünün əsas mərhələlərinin problemini tədqiq etmişdir. Nəzəri geotektonikanın əsas məsələlərini-geosinklinallar, platformalar, orogenlər, dərinlik yarıqları, litoloji formasiyalar, qırışıqların əmələgəlməsi haqqında nəzəriyyələr işləyib hazırlamışdır. İlk dəfə olaraq kontinentlərin və okeanların tektonik quruluşunu sistemləşdirmişdir. Neft-qaz hövzələri haqqında nəzəriyyənin banilərindəndir. Akvatoriyaların neft-qazlılığının qlobal qanunauyğunluğunu və potensial ehtiyatlarını tədqiq etmişdir. Yeni fərziyyə olan litosfer plitələrinin tektonikasının tərəfdarıdır və onun Qafqaza tətbiq edilməsi üzrə işlər aparmışdır.
Geniş diapozonda - ümumi geologiya problemləri, müqayisəli planetologiya, dərinlik geologiyası, tektonosferin təkamülü, ümumi geotektonikanın formasiyası təlimindən başlamış regional və neft geologiyası, kembriyəqədərin geologiyası, neotektonika, struktur geomorfologiya, paleocoğrafiya, geoloji biliklərin tarixi, geoloji əmələgəlmələr və s. problemləri əhatə edən 600-ə qədər elmi işi nəşr olunmuşdur. Elmin tarixi və metodologiyası sahəsində geotektonikanın tarixi və məşhur geoloqların elmi fəaliyyətləri kimi mühüm məsələlərə toxunmuşdur. "Ümumi geotektonika", "Regional tektonika", "Neft axtarışının geotektoniki əsasları" və s. kimi fundamental monoqrafiyaların müəllifidir. Asiyanın birinci beynəlxalq tektonik xəritəsinin redaktorudur. SSRİ-nin, Avropanın və dünyanın ixtisaslaşdırılmış atlas və xəritələrinin müəlliflərindəndir.
Böyük alimlər qrupu yetişdirmişdir. Rusiya Təbiiyyat Elmləri Akademiyasının fəxri üzvü, Paris Universitetinin fəxri doktoru, Avropa Akademiyasının fəxri akademiki, Avropanın bir sıra geoloji cəmiyyətlərinin fəxri üzvü seçilmişdir. 2004-cü ildə AMEA xarici üzv seçilmişdir. SSRİ və Rusiyanın Dövlət mükafatları laureatıdır. Xain V.E. Azərbaycan elmi tarixində "Vulkan püskürmələri paylanmasının məkan-zaman qanunauyğunluğu" kəşfinin ilk həmmüəlliflərindən biridir (Beynəlxalq diplom 239№li, 2003).
"Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunub. Geotektonika və paleocoğrafiya sahələrindəki şərəfli əməyinə görə A.P.Karpinski adına qızıl medalla təltif olunub (1991).
İstinadlar
- Хаин Виктор Ефимович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- . 2011-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-17.
- "Xain Viktor Efimoviç (1914-2009)" (az.). science.gov.az. 2017. 2017-07-14 tarixində . İstifadə tarixi: 2017-03-20.
Xarici keçidlər
- Хаин, Виктор Ефимович[ölü keçid] (BSE)
- Şəxsi sayt – Виктора Ефимовича Хаина (rus dilində) 2011-09-01 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Viktor Yefimovic Xain 13 26 fevral 1914 Baki 24 dekabr 2009 Moskva geologiya mineralogiya elmleri doktoru professor geotektonika ve regional geologiya sahesi uzre mutexessis Rusiya Elmler Akademiyasinin akademiki AMEA nin Fexri xarici uzvu Paris Universitetinin fexri doktoru Bolqaristan ve Fransa geologiya cemiyyetlerinin fexri uzvudur Viktor XainXain Viktor YefimovicDogum tarixi 13 fevral 1914Dogum yeri Baki AzerbaycanVefat tarixi 24 dekabr 2009 95 yasinda Vefat yeri Moskva RusiyaDefn yeri Troyekurov qebiristanligiVetendasligi RusiyaElm sahesi geologiyaElmi derecesi geologiya mineralogiya elmleri doktoruElmi adi akademikTehsili aliUzvluyu Rusiya Elmler Akademiyasi SSRI Elmler AkademiyasiMukafatlarivictor khain wosco org Vikianbarda elaqeli mediafayllarHeyatiViktor Yefimovic Xain 1914 cu il fevralin 13 26 de Baki seherinde anadan olmusdur 1935 ci ilde Azerbaycan Neft Institutunun indiki ADNSU meden fakultesinin geoloji kesfiyyat sobesini bitirmisdir 1940 ci ilde Yuranin ve tebasirin fasiyalari ve mezozoyda Cenub Serqi Qafqazin geotektonik inkisaf tarixi movzusunda namizedlik dissertasiyasi mudafie etmisdir Boyuk Veten muharibesi illerinde 1941 1945 havadan mudafie herbi hisselerinde qulluq etmisdir 1945 ci ilden Geologiya Institutunda indiki Geologiya ve Geofizika Institutu boyuk elmi isci Regional geologiya sobesinin rehberi vezifelerinde islemis ve eyni zamanda Azerbaycan Senaye Institutunda muellimlik etmisdir 1947 ci ilde Cenub Serqi Qafqazin geotektonik inkisafi movzusunda doktorluq dissertasiyasi mudafie etmisdir 1954 cu ilden Moskva Dovlet Universitetinde isleyir 1 iyul 1966 ci ilden Yer haqqinda geologiya geofizika elmler Bolmesi uzre muxbir uzvu 23 dekabr 1987 ci ilden geologiya geofizika geokimya ve tektonika Bolmesi uzre akademikdir Viktor Yefimovic Xain 2004 cu ilde AMEA nin Fexri xarici uzvu secilmisdir Elmi fealiyyetiXain V Y Boyuk tektonist geoloqdur Yer qabaginin tektonik hereketlerinin ve esas struktur elementlerinin tesnifatini vermis geosinklinal proseslerin umumi qanunauygunluqlarini deqiqlesdirmis ve yer qabigi tekamulunun esas merhelelerinin problemini tedqiq etmisdir Nezeri geotektonikanin esas meselelerini geosinklinallar platformalar orogenler derinlik yariqlari litoloji formasiyalar qirisiqlarin emelegelmesi haqqinda nezeriyyeler isleyib hazirlamisdir Ilk defe olaraq kontinentlerin ve okeanlarin tektonik qurulusunu sistemlesdirmisdir Neft qaz hovzeleri haqqinda nezeriyyenin banilerindendir Akvatoriyalarin neft qazliliginin qlobal qanunauygunlugunu ve potensial ehtiyatlarini tedqiq etmisdir Yeni ferziyye olan litosfer plitelerinin tektonikasinin terefdaridir ve onun Qafqaza tetbiq edilmesi uzre isler aparmisdir Genis diapozonda umumi geologiya problemleri muqayiseli planetologiya derinlik geologiyasi tektonosferin tekamulu umumi geotektonikanin formasiyasi teliminden baslamis regional ve neft geologiyasi kembriyeqederin geologiyasi neotektonika struktur geomorfologiya paleocografiya geoloji biliklerin tarixi geoloji emelegelmeler ve s problemleri ehate eden 600 e qeder elmi isi nesr olunmusdur Elmin tarixi ve metodologiyasi sahesinde geotektonikanin tarixi ve meshur geoloqlarin elmi fealiyyetleri kimi muhum meselelere toxunmusdur Umumi geotektonika Regional tektonika Neft axtarisinin geotektoniki esaslari ve s kimi fundamental monoqrafiyalarin muellifidir Asiyanin birinci beynelxalq tektonik xeritesinin redaktorudur SSRI nin Avropanin ve dunyanin ixtisaslasdirilmis atlas ve xeritelerinin muelliflerindendir Boyuk alimler qrupu yetisdirmisdir Rusiya Tebiiyyat Elmleri Akademiyasinin fexri uzvu Paris Universitetinin fexri doktoru Avropa Akademiyasinin fexri akademiki Avropanin bir sira geoloji cemiyyetlerinin fexri uzvu secilmisdir 2004 cu ilde AMEA xarici uzv secilmisdir SSRI ve Rusiyanin Dovlet mukafatlari laureatidir Xain V E Azerbaycan elmi tarixinde Vulkan puskurmeleri paylanmasinin mekan zaman qanunauygunlugu kesfinin ilk hemmuelliflerinden biridir Beynelxalq diplom 239 li 2003 Qirmizi emek bayragi ordeni ve medallarla teltif olunub Geotektonika ve paleocografiya sahelerindeki serefli emeyine gore A P Karpinski adina qizil medalla teltif olunub 1991 IstinadlarHain Viktor Efimovich Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 2011 11 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2011 06 17 Xain Viktor Efimovic 1914 2009 az science gov az 2017 2017 07 14 tarixinde Istifade tarixi 2017 03 20 Xarici kecidlerHain Viktor Efimovich olu kecid BSE Sexsi sayt Viktora Efimovicha Haina rus dilinde 2011 09 01 at the Wayback Machine