Slavyan konqresi (çex: Slovanský sjezd, slovak: Slovanský zjazd/kongres) −1848-ci il iyun ayının 2-dən 12-dək Avropanın demək olar ki, bütün slavyan icmalarının nümayəndələrinin iştirak etdiyi ilk konqresdir.
Arxa plan
Konqresin təsisçiləri Pavel Jozef Šafárik və Josip Jelačić olsalar da, təşkilatı işlər çex mənşəli František Palacký, Karl Zapp, Karel Havlíček Borovski və František Ladislav Rieger adlı fəallartərəfindən həyata keçirilmişdir.
Konqresin keçirilməsinin əsl məqsədi əvvəlcədən məlum deyildi. Konkret məqsədin olmamasından əlavə, konqresi planlaşdıranlar arasında görüşün gündəliyi və formatı ilə bağlı mübahisələr də mövcud idi.
Konfrans üç hissədən ibarət olmuşdur: Polyaklar və Ukraynalılar (Rusinlər), Cənub slavyanları və Çex-Slovaklar. Konqresdəki ümumi 340 nümayəndə arasında ən çoxu Çexiya-Slovakiya bölməsindən gəlmişdir. 237 çex-slovak ilə bərabər 42 cənub slavı və 61 polyak-ukraynalı konqresdə iştirak etmişdir. Danışıqlar zamanı istifadə edilmiş olan əsas dil isə alman dili olmuşdur.
Konqresdə slavyanların həyatında Avstriyanın rolu haqqında müzakirələr aparılmışdır. Dr. Josef Frič, "əsas məqsədin Avstriyanın mühafizə edilib saxlanılması olduğu" fikrini müdafiə etmiş və konqresin "yalnız üsullarla fərqləndiyini" söyləmişdir. Ľudovít Štúr isə bu fikrə etiraz etmiş və onların məqsədinin özlərini müdafiə etmək olduğunu bildirmişdir. Konfransda belə fikir ayrılıqlarına tez-tez rast gəlinirdi.
Konfrans zamanı iyun ayının 10-da mühüm bəyanat verilmişdir. Bəyanat slavyan xalqlarının zülmünə son qoyulmasını tələb edən sərt ifadəli bir bəyannamə idi. Slavyanların məqsədi qisas almaq deyildi. Siyasi qüdrətindən və böyüklüyündən asılı olmayaraq bütün xalqların tam bərabərliyini tanımağa hazır olan və bu mövzuda onları dəstəkləyən bütün qonşu ölkələrə dostluq əli uzatmağa hazır idilər. Bu hadisə Avropanın bütün slavyan xalqları arasında bir növ vəhdət nümayiş etdirdiyi üçün mühüm inkişaf kimi qiymətləndirilir.
Konqres Praqadakı Avstriya qarnizonunun dinc nümayişi atəşə tutması nəticəsində baş vermiş olan 1848-ci il Praqa üsyanı nəticəsində 12 iyunda yarımçıq dayandırılmışdır. Bu hadisə Pentikost bayramına təsadüf etdiyi üçün sonralar Ağ bazar hadisələri kimi tanınmışdır. Nümayəndələr vəziyyətdən bezərək konqresi tərk etmişdirlər. Hətta bəziləri Konqresin inqilabi xarakterinə görə həbs belə olunmuşdurlar. Həbs edilənlər arasında 1848-ci il Praqa hadisələrində iştirak etdiyinə görə 1849-cu ildə Drezdendə əsir götürülmüş və Rusiya imperiyasına sürgün edilmiş Mixail Bakunin də var idi.
Nümayəndə heyətləri
Çex-Slovak nümayəndələri
- František Palacký, çex tarixçisi, konfransın sədri.
- Pavel Jozef Šafárik, slovak dilçi, şair, ədəbiyyat tarixçisi və etnoqrafı, Çex-Slovak idarə heyətinin sədri.
- Ľudovít Štúr, slovak şairi, jurnalisti, naşiri, müəllimi, filosofu, dilçisi və Macarıstan parlamentinin üzvü.
- František Zach, çex mənşəli hərbçi və nəzəriyyəçi.
Polşa-Ukrayna nümayəndələri
Komissiya František Palacký və Mixail Bakuninin təklifi ilə yaradılmışdır. Leon Sapiehanın moderatorluğu (idarəçilik) ilə Polşa-Ruteniya münasibətləri məsələləri müzakirə edilmişdir. Qalisiya rutenləri (müasir ukraynalılar) Ali Ruten Şurası və Ruten Konqresi adlı siyasi təşkilatlarla iştirak edirdilər.
- Karol Libelt, Polşalı filosof, yazıçı, siyasi və ictimai fəal, sosial xidmətlər üzrə mütəxəssis, Polşa-Ukrayna idarə heyətinin sədri.
- Ali Ruten Şurası (İvan Borysykewycz, Hryhorij Hynyłewycz, Ołeksa Zakłynśkyj)
- Ruten Konqresi (Leon Sapieha, Jan Tadeusz Lubomirski, Kasper Cięglewicz, Ludwik Stecki)
Cənub slavları nümayəndələri
- Stanko Vraz, Sloven-Xorvat şairi, Konqresin vitse-prezidenti.
- Pavo Stamatović, serb yazıçısı, tarixçi və abbat, Cənub Slavları idarə heyətinin sədri.
- Jovan Subotić serb hüquqşünas, yazıçı, siyasətçi və akademikdir.
İstinadlar
- Magocsi, Paul R.; Pop, Ivan Ivanovich (2002). Encyclopedia of Rusyn History and Culture. University of Toronto Press. p. 373. ISBN 9780802035660. Retrieved 4 June 2012.
- (Orton 57)
- (Orton 63)
- (Orton 69)
- (Orton 87)
- (Orton 88)
- (Polišenský 147)
- Gogina, K. 1848 Prague Uprising. The Great Soviet Encyclopedia. 1979
- (Orton 86)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Slavyan konqresi cex Slovansky sjezd slovak Slovansky zjazd kongres 1848 ci il iyun ayinin 2 den 12 dek Avropanin demek olar ki butun slavyan icmalarinin numayendelerinin istirak etdiyi ilk konqresdir Arxa planKonqresin tesiscileri Pavel Jozef Safarik ve Josip Jelacic olsalar da teskilati isler cex menseli Frantisek Palacky Karl Zapp Karel Havlicek Borovski ve Frantisek Ladislav Rieger adli feallarterefinden heyata kecirilmisdir Konqresin kecirilmesinin esl meqsedi evvelceden melum deyildi Konkret meqsedin olmamasindan elave konqresi planlasdiranlar arasinda gorusun gundeliyi ve formati ile bagli mubahiseler de movcud idi Konfrans uc hisseden ibaret olmusdur Polyaklar ve Ukraynalilar Rusinler Cenub slavyanlari ve Cex Slovaklar Konqresdeki umumi 340 numayende arasinda en coxu Cexiya Slovakiya bolmesinden gelmisdir 237 cex slovak ile beraber 42 cenub slavi ve 61 polyak ukraynali konqresde istirak etmisdir Danisiqlar zamani istifade edilmis olan esas dil ise alman dili olmusdur Konqresde slavyanlarin heyatinda Avstriyanin rolu haqqinda muzakireler aparilmisdir Dr Josef Fric esas meqsedin Avstriyanin muhafize edilib saxlanilmasi oldugu fikrini mudafie etmis ve konqresin yalniz usullarla ferqlendiyini soylemisdir Ľudovit Stur ise bu fikre etiraz etmis ve onlarin meqsedinin ozlerini mudafie etmek oldugunu bildirmisdir Konfransda bele fikir ayriliqlarina tez tez rast gelinirdi Konfrans zamani iyun ayinin 10 da muhum beyanat verilmisdir Beyanat slavyan xalqlarinin zulmune son qoyulmasini teleb eden sert ifadeli bir beyanname idi Slavyanlarin meqsedi qisas almaq deyildi Siyasi qudretinden ve boyukluyunden asili olmayaraq butun xalqlarin tam beraberliyini tanimaga hazir olan ve bu movzuda onlari destekleyen butun qonsu olkelere dostluq eli uzatmaga hazir idiler Bu hadise Avropanin butun slavyan xalqlari arasinda bir nov vehdet numayis etdirdiyi ucun muhum inkisaf kimi qiymetlendirilir Konqres Praqadaki Avstriya qarnizonunun dinc numayisi atese tutmasi neticesinde bas vermis olan 1848 ci il Praqa usyani neticesinde 12 iyunda yarimciq dayandirilmisdir Bu hadise Pentikost bayramina tesaduf etdiyi ucun sonralar Ag bazar hadiseleri kimi taninmisdir Numayendeler veziyyetden bezerek konqresi terk etmisdirler Hetta bezileri Konqresin inqilabi xarakterine gore hebs bele olunmusdurlar Hebs edilenler arasinda 1848 ci il Praqa hadiselerinde istirak etdiyine gore 1849 cu ilde Drezdende esir goturulmus ve Rusiya imperiyasina surgun edilmis Mixail Bakunin de var idi Numayende heyetleriCex Slovak numayendeleri Frantisek Palacky cex tarixcisi konfransin sedri Pavel Jozef Safarik slovak dilci sair edebiyyat tarixcisi ve etnoqrafi Cex Slovak idare heyetinin sedri Ľudovit Stur slovak sairi jurnalisti nasiri muellimi filosofu dilcisi ve Macaristan parlamentinin uzvu Frantisek Zach cex menseli herbci ve nezeriyyeci Polsa Ukrayna numayendeleri Komissiya Frantisek Palacky ve Mixail Bakuninin teklifi ile yaradilmisdir Leon Sapiehanin moderatorlugu idarecilik ile Polsa Ruteniya munasibetleri meseleleri muzakire edilmisdir Qalisiya rutenleri muasir ukraynalilar Ali Ruten Surasi ve Ruten Konqresi adli siyasi teskilatlarla istirak edirdiler Karol Libelt Polsali filosof yazici siyasi ve ictimai feal sosial xidmetler uzre mutexessis Polsa Ukrayna idare heyetinin sedri Ali Ruten Surasi Ivan Borysykewycz Hryhorij Hynylewycz Oleksa Zaklynskyj Ruten Konqresi Leon Sapieha Jan Tadeusz Lubomirski Kasper Cieglewicz Ludwik Stecki Cenub slavlari numayendeleri Stanko Vraz Sloven Xorvat sairi Konqresin vitse prezidenti Pavo Stamatovic serb yazicisi tarixci ve abbat Cenub Slavlari idare heyetinin sedri Jovan Subotic serb huquqsunas yazici siyasetci ve akademikdir IstinadlarMagocsi Paul R Pop Ivan Ivanovich 2002 Encyclopedia of Rusyn History and Culture University of Toronto Press p 373 ISBN 9780802035660 Retrieved 4 June 2012 Orton 57 Orton 63 Orton 69 Orton 87 Orton 88 Polisensky 147 Gogina K 1848 Prague Uprising The Great Soviet Encyclopedia 1979 Orton 86