Ziviyə — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksi. Ziviyə abidələri daha çox buradan tapılan dəfinə ilə məşhurlaşmışdır.
Dəfinə, Saqqız yaxınlığında Ziviyə kəndinin sakinləri tərəfindən aşkarlanmışdır. R. Girşman hesab edir ki, bu yeri tutan skiflər ona öz adlarını vermiş və Saqqız sözü saka sözündən törəmişdir.
Ziviyə kəndinin adı II Sarqonun və Aşşurbanipalın kitabələrində Zibia-İzzibia-Uzbia kimi qeyd edilmişdir. R. Daysonun tədqiq etdiyi ərazinin təsvirinə görə Zibia, görünür əhalinin yaşadığı yer – yaşayış yeri yox, daha mühüm yaşayış yerinə gedən yolu kəsən və ancaq qoşun yerləşdirilən adi istehkam məntəqəsi olmuşdur.
Ziviyə dəfinəsi əşyaları e.ə. IX–VII əsrlərə aid edilir. Kubanyanı və Şimali Qara dənizyanı skif kurqanlarının sənət abidələri ilə müqayisə edilən Ziviyə dəfinəsinin skif üslublu qızıl əşyalarını B. B. Piotrovski e.ə. VII əsrin sonlarına aid edir.
Dəfinədə 350-dək qızıl, gümüş, tunc və sümükdən hazırlanmış incəsənət əşyaları vardı. Əşyaların əsas kütləsini e.ə. VIII–VII əsrlərə aid edirlər. Bir çox əşyalarda Urartu, Suriya-Finikiya və Aşşur incəsənətinin təsiri maddiləşmişdir. Dəfinədə məlum olan Ön Asiya incəsənəti abidələrindən başqa qarışıq üsluba malik olan əşyalar da təmsil edilmişdir. Qarışıq üsluba malik olan əşyalarda Ön Asiyaya xas olan cəhətlər üslubun, texnikanın, təsvir detallarının yeni, o zamanadək məlum olmayan cəhətləri ilə uzlaşır. Onlar bəzək əşyaları, silahlar, insiqniyalar (ali hakimiyyət işarələri) və başqalarıdır. Bu əşyaların sırasında qızıldan hazırlanmış pektoralı, qılınc dəstəyinin başlığını, qılıncın aşağı qismini, diadema qırığını, düzbucaqlı medalları, gümüş nimçəni, at ləvazimatının gümüş və tuncdan hazırlanmış detallarını göstərmək olar. Həmin əşyalar Mannada və qonşu vilayətlərdə Həsənlitəpə, Marlıqtəpə metalişləmə ustalarının xələfləri, yəni mannalılar tərəfindən hazırlanmışdır.
R. B. Barnet Ziviyə dəfinəsini müxtəlif dövrlərdə hazırlanmış əşyalarla dəfn sayır. Bütün bu əşyaların tapıldığı sarkofaqı təsvirlərinə və formasına görə o, e.ə. VII əsrin sonlarına aid edir.
A. Qodar əşyaların əksəriyyətini, R. Girşman isə onların ancaq bir qismini (digərlərini o, və ya skiflərə aid edir) mənşəcə yerli hesab edirlər.
A. Qodar ilk, eləcə də sonrakı nəşrlərində güman edir ki, skiflər mannaların incəsənətini qəbul etmiş və bu sintez sayəsində sonralar Ön Asiya və Orta Rusiyada yayılmış ""nu yaratmışlar.
-
-
-
- .
İstinadlar
- Georg Morgenstierne, Jacques Duchesne-Guillemin – Monumentum Georg Morgenstierne, Выпуск 21, E. J. Brill, 1981, Стр. 124
Mənbə
- S. Qaşqay-Manna dövləti, Bakı,1993
- R. Ghirshman-Le Tresor de Sakkez,1950
- R. H. Dayson-Archaeologial Scrap Glimpses of History of Ziwiye,1963
- R. D. Barnett-The Treasure of Ziwiye, Bağdad,1956
- A. Godard-Le Tresor de Ziwiye, Haarlem,1950
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ziviye Iranin Kurdustan ostaninin erazisinde Manna dovletine aid arxeoloji abide kompleksi Ziviye abideleri daha cox buradan tapilan define ile meshurlasmisdir Define Saqqiz yaxinliginda Ziviye kendinin sakinleri terefinden askarlanmisdir R Girsman hesab edir ki bu yeri tutan skifler ona oz adlarini vermis ve Saqqiz sozu saka sozunden toremisdir Ziviye kendinin adi II Sarqonun ve Assurbanipalin kitabelerinde Zibia Izzibia Uzbia kimi qeyd edilmisdir R Daysonun tedqiq etdiyi erazinin tesvirine gore Zibia gorunur ehalinin yasadigi yer yasayis yeri yox daha muhum yasayis yerine geden yolu kesen ve ancaq qosun yerlesdirilen adi istehkam menteqesi olmusdur Ziviye definesi esyalari e e IX VII esrlere aid edilir Kubanyani ve Simali Qara denizyani skif kurqanlarinin senet abideleri ile muqayise edilen Ziviye definesinin skif uslublu qizil esyalarini B B Piotrovski e e VII esrin sonlarina aid edir Definede 350 dek qizil gumus tunc ve sumukden hazirlanmis incesenet esyalari vardi Esyalarin esas kutlesini e e VIII VII esrlere aid edirler Bir cox esyalarda Urartu Suriya Finikiya ve Assur incesenetinin tesiri maddilesmisdir Definede melum olan On Asiya inceseneti abidelerinden basqa qarisiq usluba malik olan esyalar da temsil edilmisdir Qarisiq usluba malik olan esyalarda On Asiyaya xas olan cehetler uslubun texnikanin tesvir detallarinin yeni o zamanadek melum olmayan cehetleri ile uzlasir Onlar bezek esyalari silahlar insiqniyalar ali hakimiyyet isareleri ve basqalaridir Bu esyalarin sirasinda qizildan hazirlanmis pektorali qilinc desteyinin basligini qilincin asagi qismini diadema qirigini duzbucaqli medallari gumus nimceni at levazimatinin gumus ve tuncdan hazirlanmis detallarini gostermek olar Hemin esyalar Mannada ve qonsu vilayetlerde Hesenlitepe Marliqtepe metalisleme ustalarinin xelefleri yeni mannalilar terefinden hazirlanmisdir R B Barnet Ziviye definesini muxtelif dovrlerde hazirlanmis esyalarla defn sayir Butun bu esyalarin tapildigi sarkofaqi tesvirlerine ve formasina gore o e e VII esrin sonlarina aid edir A Qodar esyalarin ekseriyyetini R Girsman ise onlarin ancaq bir qismini digerlerini o ve ya skiflere aid edir mensece yerli hesab edirler A Qodar ilk elece de sonraki nesrlerinde guman edir ki skifler mannalarin incesenetini qebul etmis ve bu sintez sayesinde sonralar On Asiya ve Orta Rusiyada yayilmis nu yaratmislar IstinadlarGeorg Morgenstierne Jacques Duchesne Guillemin Monumentum Georg Morgenstierne Vypusk 21 E J Brill 1981 Str 124MenbeS Qasqay Manna dovleti Baki 1993 R Ghirshman Le Tresor de Sakkez 1950 R H Dayson Archaeologial Scrap Glimpses of History of Ziwiye 1963 R D Barnett The Treasure of Ziwiye Bagdad 1956 A Godard Le Tresor de Ziwiye Haarlem 1950