Xuan Ramon Ximenes (isp. Juan Ramón Jiménez; 23 dekabr 1881[…] – 29 may 1958[…], San-Xuan) — ispan şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1956)
Xuan Ximenes | |
---|---|
isp. Juan Ramón Jiménez Mantecón | |
Doğum adı | Juan Ramón Jiménez Mantecón |
Doğum tarixi | 23 dekabr 1881[…] |
Vəfat tarixi | 29 may 1958[…](76 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | ispan dili |
Janrlar | poeziya |
Mükafatları | |
fundacion-jrj.es | |
Xuan Ximenes Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İspan şairi Xuan Ramon Ximenes Mantekon Əndəlisdə, bankir ailəsində dünyaya gəlmişdi. Atası onu hüquqşünas kimi görmək istəyirdi. Bu səbəbdən də Xuan arzusuna baxmayaraq Seviliya universitetində hüquqşünaslığı öyrənməyə başlamışdı. Lakin o, vaxtının çoxunu şəkil çəkməyə, kitab oxumağa, şeir yazmağa sərf edir, alman və fransız romantik poeziyasına maraq göstərirdi. 17 yaşında artıq Madrid mətbuatındakı silsilə şeirləri ilə diqqəti cəlb etmişdi. Onu təkidlə əyalətdən paytaxta çağırırdılar. Seçim qarşısında qalan Xuan Roman poeziyanın lehinə qərar vermiş və universiteti ataraq ədəbi şöhrət dalınca Madridə yollanmışdı.
Gənc ispan şair və yazıçıları ilə birlikdə o, modernist istiqamətli "Helios" və "Renacimento" ("Dirçəliş") jurnallarının təsisində iştirak etmişdi. 19 yaşında "Bənövşələrin ürəyi" adlı ilk şeirlər kitabı çap olunmuşdu. Bu şeirlər bir sıra hallarda təqlidçi xarakterinə, sentimental əhvali-ruhiyyəsinə baxmayaraq üslub gözəlliyi və incə lirizmi ilə diqqəti cəlb edirdi.
Özünü xoşbəxt saydığı belə bir vaxtda atasının ölüm xəbərini alması Xuan Ximenesə sarsıdıcı zərbə olmuşdu. O, ciddi ruhi sarsıntı keçirmişdi. Müalicədən sonra özünə gəlsə də laubali halı həyatının sonuna qədər davam etmişdi.
Otuz yaşında Ximenes artıq ondan çox kitabın müəllifi idi. Şeirlərində modernist poeziyaya xas ümidsizlik, dünya kədəri əhvali-ruhiyyəsi həmişəki kimi aparıcı yer tuturdu. Lakin ənənəvi mövzuların arxasında şairin orijinal, təkrarsız və özünəməxsus səsini eşitməmək mümkün deyildi.
Xuan Ximenes 1912-ci ildə Madriddə ispan mənşəli amerikan şairəsi (1887-1956) Zenobiya Kamprubi ilə tanış olmuşdu. Onlar birlikdə Rabindranat Taqorun şeirlərini ispan dilinə çevirirdilər. Tezliklə iki yaradıcı insanın arasındakı ədəbi iş birliyi böyük sevgiyə çevrildi. Ximenesin "Yay" (1915) kitabındakı bütün şeirlər sevdiyi qadına – Zenobiyaya həsr edilmişdi. 1915-ci ildə onlar evləndilər və sonrakı qırx il ərzində həyatda da, poeziyada da eyni yolu getdilər.
XX əsr ispan ədəbiyyatı tarixində Xuan Ximenes təkcə görkəmli şair deyil, həm də tənqidçi və naşir kimi yaxşı tanınır. O, müxtəlif ədəbi jurnalların fəaliyyətində müəllif və redaktor kimi yaxından iştirak etmişdi. Başqa sözlə desək, Ximenes təkcə yeni, novator şeirlər yazmaqla kifayətlənməmiş, həm də yeni şeirin fəlsəfəsi və nəzəriyyəsi ilə yaxından məşğul olmuşdu.
İspaniyada vətəndaş müharibəsinin başlanması minlərlə həmvətəni kimi Ximenesin də həyatını dəyişdi. O, öz seçimini etdi və respublikaçıların tərəfində dayandı. Respublika hökuməti isə öz növbəsində, İspaniyanın, bəlkə də ən tanınmış şairinin həyatını xilas etməyə çalışaraq onu ABŞ-yə, mədəniyyət məsələləri üzrə fəxri attaşe vəzifəsinə göndərdi. 1939-cu ildə Franko bütün İspaniya üzərində nəzarəti ələ keçirəndən sonra Ximenes vətəninə dönməmək qərarına gəldi. İspaniyadan uzaqda keçirdiyi illərdə şairin yaradıcılığında müəyyən süstlüyün meydana çıxdığını sezməmək qeyri-mümkündür. Ximenes az yazırdı. Lakin bu, onun arasıkəsilməz poetik axtarışlarından əl çəkməsi anlamına gəlməməlidir.
Müəllifin on illik yaradıcılıq axtarışlarının bəhrəsi olan "Ürəyin dərinliklərindəki vəhşi" (1949) şeirlər kitabı, amerikan tənqidçilərinin fikrincə, Ximenesin mənəvi avtobioqrafiyası, onun poetik ideallarının təcəssümü idi.
1951-ci ildən şair ispandilli Puerto-Rikoda yaşayırdı. Burada həm pedaqoji fəaliyyətlə məşğul olur, həm də "Ürəyin dərinliklərindəki vəhşi" kitabının davamı kimi düşündüyü "Arzulanan və arzulayan allah" əsəri üzərində işləyirdi.
Tam əsasla 1956-cı ili bir insan və şair kimi Xuan Ximenesin faciə və təntənə dövrü adlandırmaq olar. Həmin il, Nobel laureatı olandan iki gün sonra o, həyatda özünə ən yaxın insan saydığı xanımı Zenobiya Kamprubini itirmişdi. Mükafat artıq iyirmi ilə yaxın müddət ərzində İspaniyadan uzaqlarda yaşayan şairə "ispan poeziyasında bədii saflığın və yüksək mənəviyyatın təcəssümü olan lirikasına görə" verilmişdi. Yalmar Qulberqin dediyi kimi, İsveç Akademiyası onun şəxsində böyük ispan ədəbiyyatının bütöv bir epoxasını mükafatlandırmışdı.
Xanımının ölüm yatağının başında olan Ximenes təbii ki, təqdimat mərasiminə qatıla bilməmişdi. Onun Puerto-Riko universitetinin rektoru tərəfindən oxunan qısa təşəkkür məktubunda isə deyilirdi: "Nobel mükafatı əslində xanımım Zenobiyaya verilməli idi. Əgər onun köməyi olmasaydı, əgər həyatımda və əsərlərimdə onun ilhamverici təsiri olmasaydı, mən bu qırx il ərzində yazıb-yarada bilməzdim. İndi tamamilə tənha və köməksizəm".
Nobel laureatı olduqdan sonra Ximenes cəmisi iki il yaşamış və İspaniyadan uzaqlarda — Puerto-Rikoda vəfat etmişdi.
İstinadlar
- http://www.cervantes.es/bibliotecas_documentacion_espanol/biografias/nueva_delhi_juan_ramon_jimenez.htm.
- http://fundacion-jrj.es/juan-ramon-jimenez/vida-biografia/.
- Хименес Хуан Рамон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xuan Ramon Ximenes isp Juan Ramon Jimenez 23 dekabr 1881 29 may 1958 San Xuan ispan sair Edebiyyat uzre Nobel mukafati laureati 1956 Xuan Ximenesisp Juan Ramon Jimenez ManteconDogum adi Juan Ramon Jimenez ManteconDogum tarixi 23 dekabr 1881 1881 12 23 Vefat tarixi 29 may 1958 1958 05 29 76 yasinda Vefat yeri San Xuan Puerto Riko ABSFealiyyeti sair yaziciEserlerinin dili ispan diliJanrlar poeziyaMukafatlarifundacion jrj esXuan Ximenes Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiIspan sairi Xuan Ramon Ximenes Mantekon Endelisde bankir ailesinde dunyaya gelmisdi Atasi onu huquqsunas kimi gormek isteyirdi Bu sebebden de Xuan arzusuna baxmayaraq Seviliya universitetinde huquqsunasligi oyrenmeye baslamisdi Lakin o vaxtinin coxunu sekil cekmeye kitab oxumaga seir yazmaga serf edir alman ve fransiz romantik poeziyasina maraq gosterirdi 17 yasinda artiq Madrid metbuatindaki silsile seirleri ile diqqeti celb etmisdi Onu tekidle eyaletden paytaxta cagirirdilar Secim qarsisinda qalan Xuan Roman poeziyanin lehine qerar vermis ve universiteti ataraq edebi sohret dalinca Madride yollanmisdi Genc ispan sair ve yazicilari ile birlikde o modernist istiqametli Helios ve Renacimento Dircelis jurnallarinin tesisinde istirak etmisdi 19 yasinda Benovselerin ureyi adli ilk seirler kitabi cap olunmusdu Bu seirler bir sira hallarda teqlidci xarakterine sentimental ehvali ruhiyyesine baxmayaraq uslub gozelliyi ve ince lirizmi ile diqqeti celb edirdi Ozunu xosbext saydigi bele bir vaxtda atasinin olum xeberini almasi Xuan Ximenese sarsidici zerbe olmusdu O ciddi ruhi sarsinti kecirmisdi Mualiceden sonra ozune gelse de laubali hali heyatinin sonuna qeder davam etmisdi Otuz yasinda Ximenes artiq ondan cox kitabin muellifi idi Seirlerinde modernist poeziyaya xas umidsizlik dunya kederi ehvali ruhiyyesi hemiseki kimi aparici yer tuturdu Lakin enenevi movzularin arxasinda sairin orijinal tekrarsiz ve ozunemexsus sesini esitmemek mumkun deyildi Xuan Ximenes 1912 ci ilde Madridde ispan menseli amerikan sairesi 1887 1956 Zenobiya Kamprubi ile tanis olmusdu Onlar birlikde Rabindranat Taqorun seirlerini ispan diline cevirirdiler Tezlikle iki yaradici insanin arasindaki edebi is birliyi boyuk sevgiye cevrildi Ximenesin Yay 1915 kitabindaki butun seirler sevdiyi qadina Zenobiyaya hesr edilmisdi 1915 ci ilde onlar evlendiler ve sonraki qirx il erzinde heyatda da poeziyada da eyni yolu getdiler XX esr ispan edebiyyati tarixinde Xuan Ximenes tekce gorkemli sair deyil hem de tenqidci ve nasir kimi yaxsi taninir O muxtelif edebi jurnallarin fealiyyetinde muellif ve redaktor kimi yaxindan istirak etmisdi Basqa sozle desek Ximenes tekce yeni novator seirler yazmaqla kifayetlenmemis hem de yeni seirin felsefesi ve nezeriyyesi ile yaxindan mesgul olmusdu Ispaniyada vetendas muharibesinin baslanmasi minlerle hemveteni kimi Ximenesin de heyatini deyisdi O oz secimini etdi ve respublikacilarin terefinde dayandi Respublika hokumeti ise oz novbesinde Ispaniyanin belke de en taninmis sairinin heyatini xilas etmeye calisaraq onu ABS ye medeniyyet meseleleri uzre fexri attase vezifesine gonderdi 1939 cu ilde Franko butun Ispaniya uzerinde nezareti ele kecirenden sonra Ximenes vetenine donmemek qerarina geldi Ispaniyadan uzaqda kecirdiyi illerde sairin yaradiciliginda mueyyen sustluyun meydana cixdigini sezmemek qeyri mumkundur Ximenes az yazirdi Lakin bu onun arasikesilmez poetik axtarislarindan el cekmesi anlamina gelmemelidir Muellifin on illik yaradiciliq axtarislarinin behresi olan Ureyin derinliklerindeki vehsi 1949 seirler kitabi amerikan tenqidcilerinin fikrince Ximenesin menevi avtobioqrafiyasi onun poetik ideallarinin tecessumu idi 1951 ci ilden sair ispandilli Puerto Rikoda yasayirdi Burada hem pedaqoji fealiyyetle mesgul olur hem de Ureyin derinliklerindeki vehsi kitabinin davami kimi dusunduyu Arzulanan ve arzulayan allah eseri uzerinde isleyirdi Tam esasla 1956 ci ili bir insan ve sair kimi Xuan Ximenesin facie ve tentene dovru adlandirmaq olar Hemin il Nobel laureati olandan iki gun sonra o heyatda ozune en yaxin insan saydigi xanimi Zenobiya Kamprubini itirmisdi Mukafat artiq iyirmi ile yaxin muddet erzinde Ispaniyadan uzaqlarda yasayan saire ispan poeziyasinda bedii safligin ve yuksek meneviyyatin tecessumu olan lirikasina gore verilmisdi Yalmar Qulberqin dediyi kimi Isvec Akademiyasi onun sexsinde boyuk ispan edebiyyatinin butov bir epoxasini mukafatlandirmisdi Xaniminin olum yataginin basinda olan Ximenes tebii ki teqdimat merasimine qatila bilmemisdi Onun Puerto Riko universitetinin rektoru terefinden oxunan qisa tesekkur mektubunda ise deyilirdi Nobel mukafati eslinde xanimim Zenobiyaya verilmeli idi Eger onun komeyi olmasaydi eger heyatimda ve eserlerimde onun ilhamverici tesiri olmasaydi men bu qirx il erzinde yazib yarada bilmezdim Indi tamamile tenha ve komeksizem Nobel laureati olduqdan sonra Ximenes cemisi iki il yasamis ve Ispaniyadan uzaqlarda Puerto Rikoda vefat etmisdi Istinadlarhttp www cervantes es bibliotecas documentacion espanol biografias nueva delhi juan ramon jimenez htm http fundacion jrj es juan ramon jimenez vida biografia Himenes Huan Ramon Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax