Bakı texniki peşə məktəbinin binası — 1898-1900-cü illərdə İosif Qoslavskinin layihəsi əsasında keçmiş Stanislavski 20 indiki Azadlıq küçəsi 20 ünvanında Bakı orta texniki peşə məktəbi üçün tikilmiş bina. Hazırda binada Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yerləşir.
Bakı texniki peşə məktəbinin binası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Azadlıq küçəsi, 20 |
Aidiyyatı | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Memar | İosif Qoslavski |
Tikilmə tarixi | 1898-1900 |
Vəziyyəti | yaxşı |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Tarixi
Bakıda neft bumunun baş verməsi tikintidə və sənayedə ixtisaslı kadrlara ehtiyac yaratdı. Məhz buna görə də 26 iyun 1896-cı ildə "Aleksandrov peşə məktəbi", "Bakı aşağı mexaniki-kimyəvi, texniki peşə məktəbi"-nə çevrildi. 1901-ci ildə isə bu məktəb "Aşağı mexaniki-tikinti və texniki məktəbi" statusunu alır.
1896-1905-ci illər arası mexaniki bölmə üzrə 50, tikinti bölməsi üzrə isə 55 nəfər məzun olur. 1896-cı ildə Bakı şəhər duması dəmir yoluna yaxın ərazidə peşə məktəbi üçün yeni binanın tikintisinə ərazi ayırmaq barədə qərar verir. Bu ərazi Stanislavskiy (indiki Azadlıq küçəsi) və Suraxanskiy (indiki Dilarə Əliyeva küçəsi) küçələrinin kəsişməsində yerləşirdi.
Binanın layihəsi polşalı memar İosif Qoslavskiyə məxsus idi. Layihənin müzakirəsi zamanı mühəndis texnoloq Fərrux bəy Vəzirov qeyd etmişdir ki, layihə "çox geniş tərtib olunubdur, misal üçün, laboratoriyanın layihəsi o qədər böyükdür ki, hətta beləsi nə Peterburq Universitetində, nə də Texnoloji və Mədən İnstitutlarında yoxdur". Vəzirov binanın həcmini və tikintinin qiymətini azaltmağı təklif etdi. Müəllif, layihəsini müdafiə edərək, israr edirdi ki, smeta "ən cüzi hesablamalarla tərtib olunub və heç bir azaltma imkanı yoxdur". Layihə dəyişikliksiz təsdiq olundu və 20 avqust 1898-ci ildə təməli qoyuldu.
Tikinti işlərini şəhərin tanınmış şirkəti olan "Qasımov qardaşları" həyata keçirirdilər. Tez bir zamanda təhsil üçün vacib olan vəsaitlər və laboratoriyalar ilə təchiz olunmuş peşə məktəbi tikildi. Bu işlərə həm də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev də dəstək olurdu. Onun xahişi ilə Bakı şəhər duması tikintiyə 50 min rubl, 1901-ci ildə isə o özü məktəbin tam istifadəsi üçün gərək olan tikinti işlərinə 6600 rubl pul ayırmışdı. 1899-cu ildə başlanan tikinti işləri 1900-cü ildə yekunlaşır və binada yalnız 1901-1902-ci tədris ilində dərslər başlayır.
Məktəbin ikimərtəbəli binası doğrudan da, sonradan 1920-ci ildə onu ali məktəbə uyğunlaşdırılmasını yüngülləşdirən geniş auditoriyalardan, geniş koridor və pilləkənlərdən ibarət idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. 16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda politexnik institutunun yaradılması haqqında" dekreti elan edildi. Və peşə məktəbi instituta çevrildi. Bu zaman binanın mərtəbələrinin sayı 4-ə çatdırıldı və yanında əlavə köməkçi bina da tikildi. 2015-ci ildən isə binada yerləşən təhsil müəssisəsi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır.
Memarlıq xüsusiyyətləri
Binanın planlaşdırma strukturunun mərkəzi-ox kompozisiyası Rusiya imperiyasının təhsil müəssisələrinə xas olan ən yaxşı ənənələri əks etdirir. Geniş vestibüldən ikinci mərtəbəyə baş üçmarşlı pilləkən açılır. Uzununa olan istiqamətdə geniş tənəffüs otaqları, ikinci mərtəbədə müəllimlər üçün böyük otaq, sonra isə tələbələr üçün auditoriyalar yerləşir. Əsas korpusun yanlarında perpendikulyar olaraq balaca laboratoriyalar yerləşib. Baş pilləkənin qarşısında təraşlı səhnə ilə uzadılmış formada akt zalı yerləşib. İ.V.Qoslavski faktiki olaraq, gələcəkdə onun ali müəssisəyə çevrilmə ehtimalı ilə orta təhsil müəssisəsi yaratdı. Məktəbin klassik üsul və formalı əsas fasadı, order sisteminin portal sütunlarının iştirakı ilə yetərincə plastik və möhtəşəmdir. I.V.Qoslavski təmiz yonulmuş daşdan istifadə edərək, eyni zamanda fasadın divarına dekorativ tərzli yeni süni material - yanmış kərpic ölçüsündə qırmızı rəngdə plitkanı əlavə etmişdir. Bu material sonralar Bakı şəhərinin tikililərində, o cümlədən Bakı Dumasının divarında istifadə olundu.
Həmçinin bax
- Məlikovun evi
- Aleksandr Nevski kafedralı
- Bakı Şəhər İcra Hakimiyyətinin binası
- İ. Demin. "Александровское городское ремесленное училище. 1888-1896г.г. - Бакинское средне-техническое училище" (rus. ). ourbaku.com. 12 sentyabr 2019 tarixində .
- Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 213. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Baki texniki pese mektebinin binasi 1898 1900 cu illerde Iosif Qoslavskinin layihesi esasinda kecmis Stanislavski 20 indiki Azadliq kucesi 20 unvaninda Baki orta texniki pese mektebi ucun tikilmis bina Hazirda binada Azerbaycan Dovlet Neft ve Senaye Universiteti yerlesir Baki texniki pese mektebinin binasiBinanin XX esrin evvellerinde cekilmis sekiliOlke AzerbaycanSeher BakiYerlesir Azadliq kucesi 20Aidiyyati Azerbaycan Dovlet Neft ve Senaye UniversitetiMemar Iosif QoslavskiTikilme tarixi 1898 1900Veziyyeti yaxsiAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiKateqoriyaBinaEhemiyyetiOlke ehemiyyetliBaki texniki pese mektebinin binasiTarixiBakida neft bumunun bas vermesi tikintide ve senayede ixtisasli kadrlara ehtiyac yaratdi Mehz buna gore de 26 iyun 1896 ci ilde Aleksandrov pese mektebi Baki asagi mexaniki kimyevi texniki pese mektebi ne cevrildi 1901 ci ilde ise bu mekteb Asagi mexaniki tikinti ve texniki mektebi statusunu alir 1896 1905 ci iller arasi mexaniki bolme uzre 50 tikinti bolmesi uzre ise 55 nefer mezun olur 1896 ci ilde Baki seher dumasi demir yoluna yaxin erazide pese mektebi ucun yeni binanin tikintisine erazi ayirmaq barede qerar verir Bu erazi Stanislavskiy indiki Azadliq kucesi ve Suraxanskiy indiki Dilare Eliyeva kucesi kucelerinin kesismesinde yerlesirdi Binanin 2016 ci ilde cekilmis sekili Binanin layihesi polsali memar Iosif Qoslavskiye mexsus idi Layihenin muzakiresi zamani muhendis texnoloq Ferrux bey Vezirov qeyd etmisdir ki layihe cox genis tertib olunubdur misal ucun laboratoriyanin layihesi o qeder boyukdur ki hetta belesi ne Peterburq Universitetinde ne de Texnoloji ve Meden Institutlarinda yoxdur Vezirov binanin hecmini ve tikintinin qiymetini azaltmagi teklif etdi Muellif layihesini mudafie ederek israr edirdi ki smeta en cuzi hesablamalarla tertib olunub ve hec bir azaltma imkani yoxdur Layihe deyisikliksiz tesdiq olundu ve 20 avqust 1898 ci ilde temeli qoyuldu Tikinti islerini seherin taninmis sirketi olan Qasimov qardaslari heyata kecirirdiler Tez bir zamanda tehsil ucun vacib olan vesaitler ve laboratoriyalar ile techiz olunmus pese mektebi tikildi Bu islere hem de xeyriyyeci Haci Zeynalabdin Tagiyev de destek olurdu Onun xahisi ile Baki seher dumasi tikintiye 50 min rubl 1901 ci ilde ise o ozu mektebin tam istifadesi ucun gerek olan tikinti islerine 6600 rubl pul ayirmisdi 1899 cu ilde baslanan tikinti isleri 1900 cu ilde yekunlasir ve binada yalniz 1901 1902 ci tedris ilinde dersler baslayir Mektebin ikimertebeli binasi dogrudan da sonradan 1920 ci ilde onu ali mektebe uygunlasdirilmasini yungullesdiren genis auditoriyalardan genis koridor ve pillekenlerden ibaret idi 1916 ci ilde mektebde 494 telebe tehsil alirdi ki onlardan da 20 neferi azerbaycanli idi 1918 ci ilde mekteb politexnikum adlandirilmisdir Politexnikumda neft senayesi elektromexanika ve insaat memarliq sobeleri fealiyyet gostermis telebelerin sayi 188 nefer olmusdur 16 noyabr 1920 ci ilde Azerbaycan Inqilab Komitesinin Bakida politexnik institutunun yaradilmasi haqqinda dekreti elan edildi Ve pese mektebi instituta cevrildi Bu zaman binanin mertebelerinin sayi 4 e catdirildi ve yaninda elave komekci bina da tikildi 2015 ci ilden ise binada yerlesen tehsil muessisesi Azerbaycan Dovlet Neft ve Senaye Universiteti adlanir Memarliq xususiyyetleriBinanin planlasdirma strukturunun merkezi ox kompozisiyasi Rusiya imperiyasinin tehsil muessiselerine xas olan en yaxsi eneneleri eks etdirir Genis vestibulden ikinci mertebeye bas ucmarsli pilleken acilir Uzununa olan istiqametde genis teneffus otaqlari ikinci mertebede muellimler ucun boyuk otaq sonra ise telebeler ucun auditoriyalar yerlesir Esas korpusun yanlarinda perpendikulyar olaraq balaca laboratoriyalar yerlesib Bas pillekenin qarsisinda terasli sehne ile uzadilmis formada akt zali yerlesib I V Qoslavski faktiki olaraq gelecekde onun ali muessiseye cevrilme ehtimali ile orta tehsil muessisesi yaratdi Mektebin klassik usul ve formali esas fasadi order sisteminin portal sutunlarinin istiraki ile yeterince plastik ve mohtesemdir I V Qoslavski temiz yonulmus dasdan istifade ederek eyni zamanda fasadin divarina dekorativ terzli yeni suni material yanmis kerpic olcusunde qirmizi rengde plitkani elave etmisdir Bu material sonralar Baki seherinin tikililerinde o cumleden Baki Dumasinin divarinda istifade olundu Hemcinin baxMelikovun evi Aleksandr Nevski kafedrali Baki Seher Icra Hakimiyyetinin binasi I Demin Aleksandrovskoe gorodskoe remeslennoe uchilishe 1888 1896g g Bakinskoe sredne tehnicheskoe uchilishe rus ourbaku com 12 sentyabr 2019 tarixinde Samil Fetullayev Baki memarlari XIX esrin sonu XX esrin evvelinde PDF Baki Serq Qerb nesriyyati 2013 seh 213 ISBN 978 9952 32 020 6 ol section