Fədai Təbrizi (XV əsr, Təbriz – XV əsr)- XVI əsrdə yaşamış Azərbaycan şairi. Ehtimal ki,şair Təbrizdə anadan olmuşdur. Amma əsərlərində eyni zamanda Şirvana məhəbbət də əks olunmuşdur. Lakin ədəbiyyatçılar şairin Təbrizdə anadan olmasını məqbul sayır. Şairin nə vaxt anadan olması,vəfatı və vəfat yeri məlum deyil. Əldə olan ədəbi mənbələrdə onun gənclik illərindən şeir yazdığı, fars və türk dillərində yüksək səviyyəli əsərləri ilə dövrünün ən bacarıqlı şairlərindən biri olduğu bildirilir. Azərbaycan ədəbiyyatında “Bəxtiyarnamə” məsnəvisi ilə tanınan şairin bir də “Divan”ı olduğu bilinsə də, bu əsər günümüzdə mövcud deyil. “Bəxtiyarnamə” mövzusunun ilk dəfə nə zaman və kim tərəfindən qələmə alındığı bilinmir. Lakin bu fakt dəqiqdir ki, ana dilində illk “Bəxtiyarnamə”nin müəllifi məhz Fədai Təbrizidir. Bu əsər bir çox mədəni xalqların dillinə XIX əsrdə tərcümə edildiyi halda Azərbaycan dilinə daha əvvəl XVI əsrdə tərcümə edilmişdir. Həm də sadəcə tərcümə deyil, tədbil və yenidən işlənmə şəklində verilmişdir. Fədai Təbrizi əsərdə baş verən hadisələrin yerini dəyişmiş Azərbaycana gətirmişdir.
Fədai Təbrizi | |
---|---|
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | XVI əsr |
Vəfat yeri | Məlum deyil |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Şair |
Əsərlərinin dili | Azərbaycanca |
Janr | Poema |
Həyatı
Şairin adı, doğum yeri və doğum tarixi haqqında qaynaqlarda məlumata rast gəlinmir. Lakin üslub və dil xüsusiyyətlərinə görə XVI əsr Azərbaycan ədəbiyyatı nümayəndələrindən hesab edilir. Əliyar Səfərli və Xəlil Yusifli Fədai haqqında ilk məlumat verən mənbənin Sam Mirzə tərəfindən qələmə alınan “Töhfəyi-Sami” təzkirəsi olduğunu bildirir. Təzkirədə verilən məlumatlardan məlum olur ki, Fədai Təbrizdə anadan olmuş, 1550-ci illərdə təzə-təzə şeirlər yazmağa başlamışdır.
Məhəmmədəli Tərbiyət də özünün “Danışmendani Azərbaycan” əsərində şair haqqında məlumat verir və adı çəkilən ədəbiyyatşünas alimlərin fikirlərini təsdiqləyir. Fədai Təbrizinin “Bəxtiyarnamə” adlı əsəri ilə bağlı tədqiqatlar aparan Qulam Məmmədli əsərdəki bəzi kəlimələrə diqqət çəkərək şairin Şamaxıda anadan olması ehtimalını irəli sürmüşdür. Alim məsnəvidə qarşımıza çıxan “nəşə”, “nöşün” sözlərinin Təbriz və ətrafında deyil Şamaxı və Şirvan bölgəsində istifadə edildiyini bildirir. Qulam Məmmədli 2005-ci ildə əsər üzərində işləmiş və önsözlə birgə çap etdirmişdir.
Türk tədqiqatçı Həvva Çiçəkəl “Fədainin Bəxtiyarnamə əsərinin dil üslub baxımından incələnməsi” adlı dissertasiya işində şairin doğum yeri haqqında bu fikirləri bildirir:
“Töhfəyi-Sami təzkirəsində məlumatlara, Bəxtiyarnamədə iki fərqli bölgəyə xas sözlərin işlənməsinə və hekayənin farsca variantındakı hadisələrin Hələbdən Şirvana köçürülməsinə əsaslanaraq, belə bir təxmin edirik ki, Fədai Təbrizdə anadan olmuş və doğma diyarından uzaqda olduğu bir dövrdə Şirvanda yaşamış və əsəri bu dövrdə yazmışdır.”
Bəxtiyarnamə
Əldə olan ədəbi mənbələrdə onun gənclik illərindən şeir yazdığı, fars və türk dillərində yüksək səviyyəli əsərləri ilə dövrünün ən bacarıqlı şairlərindən biri olduğu bildirilir. Azərbaycan ədəbiyyatında “Bəxtiyarnamə” məsnəvisi ilə tanınan şairin bir də “Divan”ı olduğu bilinsə də, bu əsər günümüzdə mövcud deyil. Sankt-Peterburqdakı Şərqşünaslıq İnstitutunun kitabxanasında V-306 nömrəli məcmuada Fədai təxəllüsü ilə şairə məxsus şeirləri var. 6459 beytlik türkcə şeirləri ehtiva edən bu əlyazma 958/1551-ci ildə Rəcəb ibn Xacə Məhəmməd tərəfindən köçürülmüşdür (vr.11'a). Təəssüf ki, sözügedən beytlərin hansı Fədaiyə aid olduğu bəlli deyil.
Fədai Təbrizinin günümüzə qədər gəlib çatmış yeganə əsəri Bəxtiyarnamə məsnəvisidir. Bəxtiyarnamə pəhləvi dilində yazılmış qədim dastanlardandır. Bu əsəri XII əsrdə yaşamış Şəmsəddin Məhəmməd Dəqaidi-Mərzəvi fars dilinə tərcümə etmişdir. Əsərin daha sonra ərəb və türk dillərinə də tərcümə edildiyi məlumdur. XIII əsrdə Cahanşah dövrünün şairlərindən Pənahi təxəllüslü biri onu farsca nəzmə çəkmişdir. Digər bir şair də XVI əsrdə ikinci dəfə bu əsəri şeirlə qələmə almışdır.
Fədai Təbrizi poema üzərində XVI əsrin sonlarında işləmiş və həmin dövrdə əsəri tamamlamışdır. Ədəbiyyatşünas alim Əliyar Səfərliyə görə bunu təsdiq edən cəhətlərdən biri poemada cəlali sözünün quldur mənasında işlənməsidir.
Bahəm yetirdi ol bir neçə yoldaş
Cəlaliyü hərami oldular faş.
Özünə uydurub çox pəhləvani
Dağıtdı handa gördü karivani
Alim bildirir ki, XVI əsrin sonlarından başlayaraq cəlali sözü quldur mənasında işlənməyə başlayıb. Belə ki, 1588-ci il istilasından əvvəl bu söz həmin mənada anlaşıla bilməzdi.
Quruluşu
Fədainin hekayəsi quruluşca özündən əvvəl deyilən və yazılan “Sinbadnamə” və digər “Bəxtiyarnamə”lərə bənzəyir, amma öz silsiləsində digər şifahi və yazılı Bəxtiyarnamələrin təkrarı deyildir. Fədai əsas hekayədəki hadisələrin başladığı yeri dəyişərək Azərbaycana gətirib. Məsələn, Hələb hadisələrini Şirvana köçürüb. O, hadisələrin baş vermə yerlərini, qəhrəmanların adlarını dəyişdirərək hekayəni istədiyi kimi qələmə alıb. Bəxtiyarnamə əsəri məsnəvi, çərçivə hekayəsi texnikası ilə yazılmışdır. Əsər kompozisya baxımından mürəkkəb bir əsərdir. Fədai Nizami kimi sujet içində sijet, hadisə içində hadisə verməklə əsərin ictimai-fəlsəfi gücünü, bədii dəyərini müxtəlif epik lövhələrlə möhkəmləndirir.
Günümüzə çatan əsas nüsxə əsas hekayənin bir hissəsindən və daxili əhvalatlardan ibarətdir. “Giriş” və “Xətimə” bölməsi yoxdur. Əsas mövzunun müzakirə edildiyi hissədə əsas hekayənin böyük bir hissəsi və daxili hekayələrin kiçik bir hissəsi yoxdur.
Əsər əruz vəzninin həzəc bəhrində məfāílün məfāílün fəūlün ölçüsündə yazılmışdır. Əsərin bölmələri aşağıdakılardır:
Azadbəxt ilə Gülcamalın görüşü 1-112 | Altıncı vəzirin padşahın hüzuruna çıxması 1554-1566 |
Əmirin fitnəsi 113-163 | Bəxtiyarın padşaha cavabı 1567-1573 |
Bəxtiyarın doğulması 164-229 | Bəxtiyarın Baxtazima hekayəsini danışması 1574-1695 |
Ziyad Həraminin uşağı tapması 230-374 | Yeddinci vəzirin padşahın hüzuruna çıxması 1696-1702 |
Bəxtiyarın padşaha cavabı 375-386 | Bəxtiyarın padşaha cavabı 1703-1708 |
İlk hekayə 386-551 | Bəxtiyarın Behgərd şahın hekayəsini danışması 1709-1826 |
İkinci vəzirin hökmdarın hüzuruna çıxıb şikayət etməsi 552-563 | Səkkizinci vəzirin padşahın hüzuruna çıxması 1827-1841 |
Bəxtiyarın padşaha cavabı 564-570 | Bəxtiyarın padşaha cavabı 1842-1851 |
Tacir Həsənin hekayəsi 571-874 | Butamamın hekayəsi 1852-2021 |
Üçüncü vəzirin padşahın hüzuruna çıxması və ərzi 875-885 | Doqquzuncu vəzirin pad şahın hüzuruna çıxması 2022-2046 |
Bəxtiyarın padşaha ərzi 886-892 | Bəxtiyarın padşaha cavabı 2047-2053 |
Bəxtiyarın Sabirin macərasını danışması 893-1180 | Bəxtiyarın padşah hekayəsini danışması 2054-2245 |
Dördüncü vəzirin padşahın hüzuruna çıxması 1181-1189 | Onuncu vəzirin padşahın hüzuruna çıxması 2246-2254 |
Bəxtiyarın padşaha cavabı 1190-1195 | Bəxtiyarın padşaha cavabı 2255-2260 |
Bəxtiyarın şahzadə Behzad hekayəsini danışması 1196-1327 | Öz oğlunu öldürən padşahın hekayəsi 2261-2353 |
Beşinci vəzirin padşahın xidmətinə keçməsi 1328-1338 | Bütün vəzirlərin padşaha ərzi 2354-2367 |
Bəxtiyarın padşaha cavabı 1339-1349 | Çarəsiz Bəxtiyarın qətligaha aparılması və Ziyad Həraminin tapılması 2368-2438 |
Bəxtiyarın Dadbin hekayəsini danışması 1350-1553 |
Məzmun
“Əcəm şahı Azadbəxt ordu komandirinin qızı Gülcamala aşiq olur. Komandirin qızı ilə ondan xəbərsiz evlənir. Bu səbəbdən sərkərdə padşaha kin saxlayır və vəzirlə birlikdə Azadbəxtə tələ qurur. Lakin Azadbəxt və Gülcamal bu tələdən xilas olurlar.
Onlar tələdən qaçmağa çalışarkən Gülcamal bir oğlan uşağı dünyaya gətirir. Oğulları onlara mane olmasın deyə yanında bir neçə ləl-cəvahiratla bulaq başında qoyub Kirmana gedirlər. Kirman şahı hadisədən xəbərdar olur və Azadbəxtə öz taxtını qaytarmağa kömək edir. Oğlu bulağın başında oğruların əlinə düşür. Onu oğrulara bələdçilik edən Hərami Ziyad böyüdür. Uşağın adını Xüdadad qoyurlar. Xüdadad yeniyetməlik çağına çatanda əsli pak olsa da, Ziyad kimi hərami olur.
Xüdadad və müşayiət etdiyi oğrular Sistana gedən karvanı qarət etmək istəyərkən tələyə düşürlər. Karvanbaşı Xüdadadın zəka və kamilliyinə heyran qalır və onu övladlığa götürür. Karvan Sistana çatanda karvanbaşı Xüdadadı da götürərək Azadbəxt şahın hüzuruna gəlir. Azadbəxt Xüdadadı görəndə ürəyi ona isinir, onun gözəlliyinə heyran olur. Ondan sarayda qalmasını xahiş edir, ona Bəxtiyar adını verir. Sarayda şahın etimadını qazanan Bəxtiyar bütün hakimiyyəti öz üzərinə götürür və şahın xəzinədarı olur. Bunu gözü götürməyən sultanın on vəziri Bəxtiyarın saraydan getməsini istəyir, lakin nə edəcəklərini bilmirlər.
Bir gün Bəxtiyar səhvən sarayda sultanın şəxsi otağına daxil olur və şərabın təsiri ilə burada yuxuya gedir. Sultanın arvadı təsadüfən otağa daxil olur. Yatan şəxsin Bəxtiyar olduğunu bilmir və onun həyat yoldaşı olduğunu düşünür. Bu zaman sultan gəlir və Bəxtiyarı öz hərəmində görüb heyrətlənir. Bəxtiyar və Gülcamalın ona xəyanət etdiyini düşünür. Gülcamal sultana həqiqəti desə də, sultan bu şübhədən xilas ola bilmir. Vəzirlər bu məsələni fürstə bilib sultana yalan danışırlar ki, Bəxtiyar ona xəyanət edib. Günahsız olmasına baxmayaraq Bəxtiyar ölümə məhkum edilib zindana atılır. Hər gün edam üçün sultanın hüzuruna gətirilən Bəxtiyar ölümdən xilas olmaq üçün sultana nəsihət olaraq hər gün bir hekayə danışır. Danışdığı bu əhvalatlar sayəsində həmin gün ölümdən xilas olur. Bu müddət ərzində vəzirlər hər gün gəlib sultanı Bəxtiyarı öldürməyə razı salmağa çalışırlar. Amma danışılan hər bir əhvalat Bəxtiyarı ölümdən xilas edir. 10 gün çəkən bu hadisələrdən sonra Hərami Ziyadın ortaya çıxması ilə sultan Bəxtiyarın öz oğlu olduğunu öyrənir. Ata və oğul yenidən qovuşur. ”
Əldə olan əlyazmalarda əsərin sonluğu olmadığı üçün əsər “Niyə Bəxtiyarı öldürmək qərarına gəldin?” sualı ilə sona çatır.
Mövzular
“Bəxtiyarnamə ”məsnəvisinin mövzusu ilə bağlı ədəbiyyatşünaslıqda iki fikir mövcuddur. Bunlardan birincisi və ən çox qəbul edilən fikir əsərdəki hekayənin qaynağının “Sindbadnamə”yə dayanmağıdır. Hər iki əsəri müqayisə edən Comprettive Basset əsərlər arasındakı bənzərliyin bir neçə hekayə ilə çərçivələnmədiyini demək olar ki, hər hekayədə oxşarlıqlar olduğunu bildirir. Fuad Körpülü də “Bəxtiyarnamə”ni “Sindbadnamə”nin müsəlman şairlər tərəfindən yazılan İslami versiyası kimi görür.
İkinci fikir tərəfdarları isə “Bəxtiyarnamə” hekayəsinin “Şahnamə”dən götürüldüyü fikrini irəli sürürlər. Səid Nəfisi “Bəxtiyarnamə”nin “Rüstəmnamə”, “Samnamə”, “Bəhramnamə” kimi Şahnaməyə daxil olan kiçik hekayələrdən qaynaqlandığını bildirir.
“Bəxtiyarnamə” mövzusunun ilk dəfə nə zaman və kim tərəfindən qələmə alındığı bilinmir. Lakin bu fakt dəqiqdir ki, ana dilində illk Bəxtiyarnamənin müəllifi məhz Fədai Təbrizidir. Bu əsər bir çox mədəni xalqların dillinə XIX əsrdə tərcümə edildiyi halda Azərbaycan dilinə daha əvvəl XVI əsrdə tərcümə edilmişdir. Həm də sadəcə tərcümə deyil, tədbil və yenidən işlənmə şəklində verilmişdir. Fədai Təbrizi əsərdə baş verən hadisələrin yerini dəyişmiş Azərbaycana gətirmişdir.
Əsərdə Bəxtiyarın tacirin hekayəsini danışması bölməsində şair orta əsr həyatının həqiqətlərini təsvir edir. Şair tacir simasında acgöz, tamahkar insanın faciəsini göstərir. Fədai taciri hər dəfə müxtəlif zümrədən insanlarla üz-üzə gətirərək onun xarakterini aydınlaşdırır. “Xacə Həsən Bazərganın hekayəsi”ndə isə acgözlük və tamahkarlıq üzündən fəlakətə düşən insan təsvir olunur. On ile yaxın arvad-uşaqlarını görməyən Həsən Bazərgan özü də bilmədən oğlanlarını böhtana salır, onları oğru hesab ederek denize atdırır.Xalq nağıl ve dastanlannda verilan tacir ve bazərganlar kimi Həsən Bazərgan da qorxaq, xəsis ve mal-dövlət hərisidir. Şair onu "mərdi-əhməq" adlandırır.
Bəxtiyarnamədə orta əsr mühitinin, tarixi dövrün ziddiyyətli, ictimai haqsızlıqları şairi düşündürür. Şair bu fikrə gəlir ki, orta əsr şəraitində insanların xoşbəxtliyə yetməsi çox çətindir. Zalım şahlar, darğalar, yerli məmurlar və hakim təbəqələr xalqı qarət edir, ağır vergilərə məruz qoyur. Sabirin hekayəsində feodal üsuli-idarəsinin tənqidi Nizaminin Sultan Səncər və qarı, Zalım padşahın zahid ilə dastanı hekayələri ilə oxşarlıq təşkil edir. Fədai Sabir surəti üzərində işləyərkən ehtimal edilir ki, öz dövründə geniş vüsət alan Cəlalilər hərəkatından ilhamlanmış, Cəlali qəhrəmanlarının surətini yaratmışdır. Fədai Nizamidən fərqli olaraq şahların yenidən tərbiyə olunması məsələsini deyil, xalq içindən çıxan bir insanın hökmdar olması ideyasını irəli sürür. Bəxtazima hekayəsində günlərini kef məclislərində şərab içməklə keçirən hökmdarın əməlləri göstərilir. Dadbinin hekayəsində də rəiyyəti incidən, hökmdarın sonda cəzasını çəkməsi təsvir edilib. Butamamın hekayəsinin sujet xətti digərləri ilə eynidir.
Əsərin dili
Əsərin dili aydın və səlisdir. Məsnəvidə bəzi yerlərdə fars, ərəb dillərində söz və ifadələri işlədilir. Cəmi iki beytdə ərəbcə ifadəyə və fars atalar sözünə rast gəlirik.
Zihí ŝūret zihí zíbā müŝəvvər
Teala şə'nuhu Allahu Əkbər
Fars atalar sözü:
Əcəb sözdür deyiblər ol fərasət
Ki hökm-i hakim ü mərq-i müfacat
Bu beytlərdən başqa ərəb və fars sözləri çox işlənməyib. Başlıqlar farscadır və əsər sadə, səlis, epik dildə yazılmışdır. Şair incə təşbeh, mübaliğə, təzad və istiarlər işlətmişdir. Çox vaxt fars və ərəb sözləri Azərbaycan sözləri ilə əvəz edilib. Məsələn zəhər-ağu, həyat-dirilik, arzu-dilək, hicran-ayrılıq, ləşkər-qoşun, xidmət-qulluq, bak-qorxu, xun-qan, pişxidmət-süfrəçi, pəsənd-bəyənmək, qasid-elçi, dil-ürək, qulam-qarabaş, ziba-göyçək, siyah-qara, çah-quyu, ərusi-toy, mehman-qonaq və s.
Nüsxə və nəşrləri
Fədayiyə məxsus “Bəxtiyarnamə” məsnəvisinin iki nüsxəsi vardır. Təəssüf ki, birinci əlyazmanın 62, ikinci əlyazmanını isə cəmi 11 vərəqi günümüzə çatmışdır. Hər iki nüsxənin başlanğıc, orta və son hissələri yoxdur.
Əsərin ən geniş əlyazması Təbrizdə Hacı Məhəmməd Ağa Naxçıvaninin kitabxanasında yerləşir. Nəstəliq xətti ilə yazılan əsər 126 səhifədən, hər səhifədə 16 sətirdən ibarətdir. Avropai kağız üzərinə yazılmış, dəri cildlə cildlənmişdir. Əsərin ölçüsü 15,5x21,5 smdir. Qeydiyyat nömrəsi 3052-dir. Bu əlyazmada əsərin mətni qara qələmlə yazılıb. Başlıqlar fars dilindədir. Başından bir neçə vərəq, ortasından bir vərəq, axırından bir-iki vərəq düşmüşdür. Buna görə də kitabın kim tərəfindən, harada, hansı tarixdə yazıldığını müəyyən etmək mümkün olmayıb. Lakin həmin kitabın haşiyəsinə yazımış bir hadisə kitabın qədim əlyazması olduğunu sübut edir.
İran ədiblərindən Vahid Dəstigərdi bu əsəri akademik Y.E.Bertelsin məsləhəti ilə 1932-ci ildə Tehranda farsca çap etdirmiş, Məhəmmədəli Tərbiyət də həmin kitaba müqəddimə yazmışdı. Müəqəddimə də yazılılr ki, Bəxtiyarnamə farsca yazılmış əfsanələrdəndir.
1945-ci ilin sentyabr ayında Qulam Məmmədli Təbrizdə Hacı Məhəmməd Naxçıvaninin şəxsi kitabxanasında saxlanılan bu əsərin yeganə əlyazmasının orjinalının üzündən surəti çıxarılaraq “Bəxtiyarnamə”ni əvvəl ərəb əlifbası ilə sonra isə kiril əlifbası ilə Bakıda çap etdirir. Q.Məmmədli çatışmayan hissələri fars nümunəsi əsasında tamamlamışdır. Məmmədli bildirir ki, Fədainin dilini və üslubunu qoruyub saxlamaq, əsərin özünəməxsus teksturasını pozmamaq üçün bir çox sözlərin əsərdə olduğu kimi qoruyub saxlayıb.
İstinadlar
- Səfərli, 2008. səh. 567
- Məmmədli, 2004. səh. 6
- Çiçekel, 2019. səh. 7
- Kərimov, 2008. səh. 32
- Çiçekel, 2019. səh. 11
- Səfərli, 2008. səh. 577
- Çatalkaya, 2018. səh. 30
- Çatalkaya, 2018. səh. 111
- Çiçekel, 2019. səh. 13
- Səfəli, 2008. səh. 567
- Kərimov, 2004. səh. 6
- Səfərli, 2008. səh. 574
- Səfərli, 2008. səh. 576
- Çatalkaya, 2018. səh. 41
- Səfərli, 2008. səh. 579
- Çatalkaya, 2018. səh. 28
- Məmmədli, 2004. səh. 5
Mənbə
- Paşa Kərimov. XVII ƏSR AZƏRBAYCAN LİRİKASI (ANTOLOGİYA). Bakı: Nurlan. AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU. 2008.
- Qulam Məmmədli. Fədai. Bəxtiyarnamə (PDF). Bakı: Şərq-Qərb. 2004. səh. 168. ISBN .
- Əliyar Səfərli, Xəlil Yusifli. Azərbaycan Ədəbiyyatı Tarixi. Bakı: Ozan. 2008. səh. 696. ISBN .
- Hava Çiçekel. FEDAİ’NİN “BAHTİYARNAME” ESERİNİN DİLÜSLUP AÇISINDAN İNCELENMESİ. Kars. T.C.KAFKAS ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ ÇAĞDAŞ TÜRK LEHÇELERİ VE EDEBİYATI ANABİLİM DALI AZERBAYCAN TÜRKÇESİ VE EDEBİYATI BİLİM DALI. 2019.
- Günay Çatalkaya. 16. YÜZYIL AZERBAYCAN ŞAİRLERİNDEN FEDÂYÎ VE BEĤTİYÂR-NÂME MESNEVİSİ (İNCELEME VE ÇEVİRİYAZI). İstanbul. T.C.MARMARA ÜNİVERSİTESİ TÜRKİYAT ARAŞTIRMALARI ENSTİTÜSÜ TÜRK DİLİ VE EDEBİYATI ANABİLİM DALI ESKİ TÜRK EDEBİYATI BİLİM DALI. 2018.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Tebrizi Fedai Tebrizi XV esr Tebriz XV esr XVI esrde yasamis Azerbaycan sairi Ehtimal ki sair Tebrizde anadan olmusdur Amma eserlerinde eyni zamanda Sirvana mehebbet de eks olunmusdur Lakin edebiyyatcilar sairin Tebrizde anadan olmasini meqbul sayir Sairin ne vaxt anadan olmasi vefati ve vefat yeri melum deyil Elde olan edebi menbelerde onun genclik illerinden seir yazdigi fars ve turk dillerinde yuksek seviyyeli eserleri ile dovrunun en bacariqli sairlerinden biri oldugu bildirilir Azerbaycan edebiyyatinda Bextiyarname mesnevisi ile taninan sairin bir de Divan i oldugu bilinse de bu eser gunumuzde movcud deyil Bextiyarname movzusunun ilk defe ne zaman ve kim terefinden qeleme alindigi bilinmir Lakin bu fakt deqiqdir ki ana dilinde illk Bextiyarname nin muellifi mehz Fedai Tebrizidir Bu eser bir cox medeni xalqlarin dilline XIX esrde tercume edildiyi halda Azerbaycan diline daha evvel XVI esrde tercume edilmisdir Hem de sadece tercume deyil tedbil ve yeniden islenme seklinde verilmisdir Fedai Tebrizi eserde bas veren hadiselerin yerini deyismis Azerbaycana getirmisdir Fedai TebriziDogum tarixi XVI esrDogum yeri TebrizVefat tarixi XVI esrVefat yeri Melum deyilMilliyyeti AzerbaycanliFealiyyeti SairEserlerinin dili AzerbaycancaJanr PoemaHeyatiSairin adi dogum yeri ve dogum tarixi haqqinda qaynaqlarda melumata rast gelinmir Lakin uslub ve dil xususiyyetlerine gore XVI esr Azerbaycan edebiyyati numayendelerinden hesab edilir Eliyar Seferli ve Xelil Yusifli Fedai haqqinda ilk melumat veren menbenin Sam Mirze terefinden qeleme alinan Tohfeyi Sami tezkiresi oldugunu bildirir Tezkirede verilen melumatlardan melum olur ki Fedai Tebrizde anadan olmus 1550 ci illerde teze teze seirler yazmaga baslamisdir Mehemmedeli Terbiyet de ozunun Danismendani Azerbaycan eserinde sair haqqinda melumat verir ve adi cekilen edebiyyatsunas alimlerin fikirlerini tesdiqleyir Fedai Tebrizinin Bextiyarname adli eseri ile bagli tedqiqatlar aparan Qulam Memmedli eserdeki bezi kelimelere diqqet cekerek sairin Samaxida anadan olmasi ehtimalini ireli surmusdur Alim mesnevide qarsimiza cixan nese nosun sozlerinin Tebriz ve etrafinda deyil Samaxi ve Sirvan bolgesinde istifade edildiyini bildirir Qulam Memmedli 2005 ci ilde eser uzerinde islemis ve onsozle birge cap etdirmisdir Turk tedqiqatci Hevva Cicekel Fedainin Bextiyarname eserinin dil uslub baximindan incelenmesi adli dissertasiya isinde sairin dogum yeri haqqinda bu fikirleri bildirir Tohfeyi Sami tezkiresinde melumatlara Bextiyarnamede iki ferqli bolgeye xas sozlerin islenmesine ve hekayenin farsca variantindaki hadiselerin Helebden Sirvana kocurulmesine esaslanaraq bele bir texmin edirik ki Fedai Tebrizde anadan olmus ve dogma diyarindan uzaqda oldugu bir dovrde Sirvanda yasamis ve eseri bu dovrde yazmisdir BextiyarnameElde olan edebi menbelerde onun genclik illerinden seir yazdigi fars ve turk dillerinde yuksek seviyyeli eserleri ile dovrunun en bacariqli sairlerinden biri oldugu bildirilir Azerbaycan edebiyyatinda Bextiyarname mesnevisi ile taninan sairin bir de Divan i oldugu bilinse de bu eser gunumuzde movcud deyil Sankt Peterburqdaki Serqsunasliq Institutunun kitabxanasinda V 306 nomreli mecmuada Fedai texellusu ile saire mexsus seirleri var 6459 beytlik turkce seirleri ehtiva eden bu elyazma 958 1551 ci ilde Receb ibn Xace Mehemmed terefinden kocurulmusdur vr 11 a Teessuf ki sozugeden beytlerin hansi Fedaiye aid oldugu belli deyil Fedai Tebrizinin gunumuze qeder gelib catmis yegane eseri Bextiyarname mesnevisidir Bextiyarname pehlevi dilinde yazilmis qedim dastanlardandir Bu eseri XII esrde yasamis Semseddin Mehemmed Deqaidi Merzevi fars diline tercume etmisdir Eserin daha sonra ereb ve turk dillerine de tercume edildiyi melumdur XIII esrde Cahansah dovrunun sairlerinden Penahi texelluslu biri onu farsca nezme cekmisdir Diger bir sair de XVI esrde ikinci defe bu eseri seirle qeleme almisdir Fedai Tebrizi poema uzerinde XVI esrin sonlarinda islemis ve hemin dovrde eseri tamamlamisdir Edebiyyatsunas alim Eliyar Seferliye gore bunu tesdiq eden cehetlerden biri poemada celali sozunun quldur menasinda islenmesidir Bahem yetirdi ol bir nece yoldas Celaliyu herami oldular fas Ozune uydurub cox pehlevani Dagitdi handa gordu karivani Alim bildirir ki XVI esrin sonlarindan baslayaraq celali sozu quldur menasinda islenmeye baslayib Bele ki 1588 ci il istilasindan evvel bu soz hemin menada anlasila bilmezdi Qurulusu Fedainin hekayesi qurulusca ozunden evvel deyilen ve yazilan Sinbadname ve diger Bextiyarname lere benzeyir amma oz silsilesinde diger sifahi ve yazili Bextiyarnamelerin tekrari deyildir Fedai esas hekayedeki hadiselerin basladigi yeri deyiserek Azerbaycana getirib Meselen Heleb hadiselerini Sirvana kocurub O hadiselerin bas verme yerlerini qehremanlarin adlarini deyisdirerek hekayeni istediyi kimi qeleme alib Bextiyarname eseri mesnevi cercive hekayesi texnikasi ile yazilmisdir Eser kompozisya baximindan murekkeb bir eserdir Fedai Nizami kimi sujet icinde sijet hadise icinde hadise vermekle eserin ictimai felsefi gucunu bedii deyerini muxtelif epik lovhelerle mohkemlendirir Gunumuze catan esas nusxe esas hekayenin bir hissesinden ve daxili ehvalatlardan ibaretdir Giris ve Xetime bolmesi yoxdur Esas movzunun muzakire edildiyi hissede esas hekayenin boyuk bir hissesi ve daxili hekayelerin kicik bir hissesi yoxdur Eser eruz vezninin hezec behrinde mefailun mefailun feulun olcusunde yazilmisdir Eserin bolmeleri asagidakilardir Azadbext ile Gulcamalin gorusu 1 112 Altinci vezirin padsahin huzuruna cixmasi 1554 1566Emirin fitnesi 113 163 Bextiyarin padsaha cavabi 1567 1573Bextiyarin dogulmasi 164 229 Bextiyarin Baxtazima hekayesini danismasi 1574 1695Ziyad Heraminin usagi tapmasi 230 374 Yeddinci vezirin padsahin huzuruna cixmasi 1696 1702Bextiyarin padsaha cavabi 375 386 Bextiyarin padsaha cavabi 1703 1708Ilk hekaye 386 551 Bextiyarin Behgerd sahin hekayesini danismasi 1709 1826Ikinci vezirin hokmdarin huzuruna cixib sikayet etmesi 552 563 Sekkizinci vezirin padsahin huzuruna cixmasi 1827 1841Bextiyarin padsaha cavabi 564 570 Bextiyarin padsaha cavabi 1842 1851Tacir Hesenin hekayesi 571 874 Butamamin hekayesi 1852 2021Ucuncu vezirin padsahin huzuruna cixmasi ve erzi 875 885 Doqquzuncu vezirin pad sahin huzuruna cixmasi 2022 2046Bextiyarin padsaha erzi 886 892 Bextiyarin padsaha cavabi 2047 2053Bextiyarin Sabirin macerasini danismasi 893 1180 Bextiyarin padsah hekayesini danismasi 2054 2245Dorduncu vezirin padsahin huzuruna cixmasi 1181 1189 Onuncu vezirin padsahin huzuruna cixmasi 2246 2254Bextiyarin padsaha cavabi 1190 1195 Bextiyarin padsaha cavabi 2255 2260Bextiyarin sahzade Behzad hekayesini danismasi 1196 1327 Oz oglunu olduren padsahin hekayesi 2261 2353Besinci vezirin padsahin xidmetine kecmesi 1328 1338 Butun vezirlerin padsaha erzi 2354 2367Bextiyarin padsaha cavabi 1339 1349 Caresiz Bextiyarin qetligaha aparilmasi ve Ziyad Heraminin tapilmasi 2368 2438Bextiyarin Dadbin hekayesini danismasi 1350 1553Mezmun Ecem sahi Azadbext ordu komandirinin qizi Gulcamala asiq olur Komandirin qizi ile ondan xebersiz evlenir Bu sebebden serkerde padsaha kin saxlayir ve vezirle birlikde Azadbexte tele qurur Lakin Azadbext ve Gulcamal bu teleden xilas olurlar Onlar teleden qacmaga calisarken Gulcamal bir oglan usagi dunyaya getirir Ogullari onlara mane olmasin deye yaninda bir nece lel cevahiratla bulaq basinda qoyub Kirmana gedirler Kirman sahi hadiseden xeberdar olur ve Azadbexte oz taxtini qaytarmaga komek edir Oglu bulagin basinda ogrularin eline dusur Onu ogrulara beledcilik eden Herami Ziyad boyudur Usagin adini Xudadad qoyurlar Xudadad yeniyetmelik cagina catanda esli pak olsa da Ziyad kimi herami olur Xudadad ve musayiet etdiyi ogrular Sistana geden karvani qaret etmek isteyerken teleye dusurler Karvanbasi Xudadadin zeka ve kamilliyine heyran qalir ve onu ovladliga goturur Karvan Sistana catanda karvanbasi Xudadadi da goturerek Azadbext sahin huzuruna gelir Azadbext Xudadadi gorende ureyi ona isinir onun gozelliyine heyran olur Ondan sarayda qalmasini xahis edir ona Bextiyar adini verir Sarayda sahin etimadini qazanan Bextiyar butun hakimiyyeti oz uzerine goturur ve sahin xezinedari olur Bunu gozu goturmeyen sultanin on veziri Bextiyarin saraydan getmesini isteyir lakin ne edeceklerini bilmirler Bir gun Bextiyar sehven sarayda sultanin sexsi otagina daxil olur ve serabin tesiri ile burada yuxuya gedir Sultanin arvadi tesadufen otaga daxil olur Yatan sexsin Bextiyar oldugunu bilmir ve onun heyat yoldasi oldugunu dusunur Bu zaman sultan gelir ve Bextiyari oz hereminde gorub heyretlenir Bextiyar ve Gulcamalin ona xeyanet etdiyini dusunur Gulcamal sultana heqiqeti dese de sultan bu subheden xilas ola bilmir Vezirler bu meseleni furste bilib sultana yalan danisirlar ki Bextiyar ona xeyanet edib Gunahsiz olmasina baxmayaraq Bextiyar olume mehkum edilib zindana atilir Her gun edam ucun sultanin huzuruna getirilen Bextiyar olumden xilas olmaq ucun sultana nesihet olaraq her gun bir hekaye danisir Danisdigi bu ehvalatlar sayesinde hemin gun olumden xilas olur Bu muddet erzinde vezirler her gun gelib sultani Bextiyari oldurmeye razi salmaga calisirlar Amma danisilan her bir ehvalat Bextiyari olumden xilas edir 10 gun ceken bu hadiselerden sonra Herami Ziyadin ortaya cixmasi ile sultan Bextiyarin oz oglu oldugunu oyrenir Ata ve ogul yeniden qovusur Elde olan elyazmalarda eserin sonlugu olmadigi ucun eser Niye Bextiyari oldurmek qerarina geldin suali ile sona catir Movzular Bextiyarname mesnevisinin movzusu ile bagli edebiyyatsunasliqda iki fikir movcuddur Bunlardan birincisi ve en cox qebul edilen fikir eserdeki hekayenin qaynaginin Sindbadname ye dayanmagidir Her iki eseri muqayise eden Comprettive Basset eserler arasindaki benzerliyin bir nece hekaye ile cercivelenmediyini demek olar ki her hekayede oxsarliqlar oldugunu bildirir Fuad Korpulu de Bextiyarname ni Sindbadname nin muselman sairler terefinden yazilan Islami versiyasi kimi gorur Ikinci fikir terefdarlari ise Bextiyarname hekayesinin Sahname den goturulduyu fikrini ireli sururler Seid Nefisi Bextiyarname nin Rustemname Samname Behramname kimi Sahnameye daxil olan kicik hekayelerden qaynaqlandigini bildirir Bextiyarname movzusunun ilk defe ne zaman ve kim terefinden qeleme alindigi bilinmir Lakin bu fakt deqiqdir ki ana dilinde illk Bextiyarnamenin muellifi mehz Fedai Tebrizidir Bu eser bir cox medeni xalqlarin dilline XIX esrde tercume edildiyi halda Azerbaycan diline daha evvel XVI esrde tercume edilmisdir Hem de sadece tercume deyil tedbil ve yeniden islenme seklinde verilmisdir Fedai Tebrizi eserde bas veren hadiselerin yerini deyismis Azerbaycana getirmisdir Eserde Bextiyarin tacirin hekayesini danismasi bolmesinde sair orta esr heyatinin heqiqetlerini tesvir edir Sair tacir simasinda acgoz tamahkar insanin faciesini gosterir Fedai taciri her defe muxtelif zumreden insanlarla uz uze getirerek onun xarakterini aydinlasdirir Xace Hesen Bazerganin hekayesi nde ise acgozluk ve tamahkarliq uzunden felakete dusen insan tesvir olunur On ile yaxin arvad usaqlarini gormeyen Hesen Bazergan ozu de bilmeden oglanlarini bohtana salir onlari ogru hesab ederek denize atdirir Xalq nagil ve dastanlannda verilan tacir ve bazerganlar kimi Hesen Bazergan da qorxaq xesis ve mal dovlet herisidir Sair onu merdi ehmeq adlandirir Bextiyarnamede orta esr muhitinin tarixi dovrun ziddiyyetli ictimai haqsizliqlari sairi dusundurur Sair bu fikre gelir ki orta esr seraitinde insanlarin xosbextliye yetmesi cox cetindir Zalim sahlar dargalar yerli memurlar ve hakim tebeqeler xalqi qaret edir agir vergilere meruz qoyur Sabirin hekayesinde feodal usuli idaresinin tenqidi Nizaminin Sultan Sencer ve qari Zalim padsahin zahid ile dastani hekayeleri ile oxsarliq teskil edir Fedai Sabir sureti uzerinde isleyerken ehtimal edilir ki oz dovrunde genis vuset alan Celaliler herekatindan ilhamlanmis Celali qehremanlarinin suretini yaratmisdir Fedai Nizamiden ferqli olaraq sahlarin yeniden terbiye olunmasi meselesini deyil xalq icinden cixan bir insanin hokmdar olmasi ideyasini ireli surur Bextazima hekayesinde gunlerini kef meclislerinde serab icmekle keciren hokmdarin emelleri gosterilir Dadbinin hekayesinde de reiyyeti inciden hokmdarin sonda cezasini cekmesi tesvir edilib Butamamin hekayesinin sujet xetti digerleri ile eynidir Eserin dili Eserin dili aydin ve selisdir Mesnevide bezi yerlerde fars ereb dillerinde soz ve ifadeleri isledilir Cemi iki beytde erebce ifadeye ve fars atalar sozune rast gelirik Zihi ŝuret zihi ziba muŝevver Teala se nuhu Allahu Ekber Fars atalar sozu Eceb sozdur deyibler ol feraset Ki hokm i hakim u merq i mufacat Bu beytlerden basqa ereb ve fars sozleri cox islenmeyib Basliqlar farscadir ve eser sade selis epik dilde yazilmisdir Sair ince tesbeh mubalige tezad ve istiarler isletmisdir Cox vaxt fars ve ereb sozleri Azerbaycan sozleri ile evez edilib Meselen zeher agu heyat dirilik arzu dilek hicran ayriliq lesker qosun xidmet qulluq bak qorxu xun qan pisxidmet sufreci pesend beyenmek qasid elci dil urek qulam qarabas ziba goycek siyah qara cah quyu erusi toy mehman qonaq ve s Nusxe ve nesrleri Fedayiye mexsus Bextiyarname mesnevisinin iki nusxesi vardir Teessuf ki birinci elyazmanin 62 ikinci elyazmanini ise cemi 11 vereqi gunumuze catmisdir Her iki nusxenin baslangic orta ve son hisseleri yoxdur Eserin en genis elyazmasi Tebrizde Haci Mehemmed Aga Naxcivaninin kitabxanasinda yerlesir Nesteliq xetti ile yazilan eser 126 sehifeden her sehifede 16 setirden ibaretdir Avropai kagiz uzerine yazilmis deri cildle cildlenmisdir Eserin olcusu 15 5x21 5 smdir Qeydiyyat nomresi 3052 dir Bu elyazmada eserin metni qara qelemle yazilib Basliqlar fars dilindedir Basindan bir nece vereq ortasindan bir vereq axirindan bir iki vereq dusmusdur Buna gore de kitabin kim terefinden harada hansi tarixde yazildigini mueyyen etmek mumkun olmayib Lakin hemin kitabin hasiyesine yazimis bir hadise kitabin qedim elyazmasi oldugunu subut edir Iran ediblerinden Vahid Destigerdi bu eseri akademik Y E Bertelsin mesleheti ile 1932 ci ilde Tehranda farsca cap etdirmis Mehemmedeli Terbiyet de hemin kitaba muqeddime yazmisdi Mueqeddime de yazililr ki Bextiyarname farsca yazilmis efsanelerdendir 1945 ci ilin sentyabr ayinda Qulam Memmedli Tebrizde Haci Mehemmed Naxcivaninin sexsi kitabxanasinda saxlanilan bu eserin yegane elyazmasinin orjinalinin uzunden sureti cixarilaraq Bextiyarname ni evvel ereb elifbasi ile sonra ise kiril elifbasi ile Bakida cap etdirir Q Memmedli catismayan hisseleri fars numunesi esasinda tamamlamisdir Memmedli bildirir ki Fedainin dilini ve uslubunu qoruyub saxlamaq eserin ozunemexsus teksturasini pozmamaq ucun bir cox sozlerin eserde oldugu kimi qoruyub saxlayib IstinadlarSeferli 2008 seh 567 Memmedli 2004 seh 6 Cicekel 2019 seh 7 Kerimov 2008 seh 32 Cicekel 2019 seh 11 Seferli 2008 seh 577 Catalkaya 2018 seh 30 Catalkaya 2018 seh 111 Cicekel 2019 seh 13 Sefeli 2008 seh 567 Kerimov 2004 seh 6 Seferli 2008 seh 574 Seferli 2008 seh 576 Catalkaya 2018 seh 41 Seferli 2008 seh 579 Catalkaya 2018 seh 28 Memmedli 2004 seh 5MenbePasa Kerimov XVII ESR AZERBAYCAN LIRIKASI ANTOLOGIYA Baki Nurlan AZERBAYCAN MILLI ELMLER AKADEMIYASI MEHEMMED FUZULI adina ELYAZMALAR INSTITUTU 2008 Qulam Memmedli Fedai Bextiyarname PDF Baki Serq Qerb 2004 seh 168 ISBN 9952 418 12 1 Eliyar Seferli Xelil Yusifli Azerbaycan Edebiyyati Tarixi Baki Ozan 2008 seh 696 ISBN 5 8133 1056 6 Hava Cicekel FEDAI NIN BAHTIYARNAME ESERININ DILUSLUP ACISINDAN INCELENMESI Kars T C KAFKAS UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU CAGDAS TURK LEHCELERI VE EDEBIYATI ANABILIM DALI AZERBAYCAN TURKCESI VE EDEBIYATI BILIM DALI 2019 Gunay Catalkaya 16 YUZYIL AZERBAYCAN SAIRLERINDEN FEDAYI VE BEĤTIYAR NAME MESNEVISI INCELEME VE CEVIRIYAZI Istanbul T C MARMARA UNIVERSITESI TURKIYAT ARASTIRMALARI ENSTITUSU TURK DILI VE EDEBIYATI ANABILIM DALI ESKI TURK EDEBIYATI BILIM DALI 2018 Hemcinin baxNizami Gencevi