Səfəvilər dövlətinin bayraqları — Səfəvi dövlətinin yaranışından süqutuna kimi mövcud olan bayraqlar.
Bayraq anlayışı
Bayraq sözü, qədim türk dilinə aid “batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən yaranmışdır. Mahmud Kaşğari “Divan-i Lüğət-it Türk” əsərində “torpağa sancılan mizraq” (nizə) mənasını verən batraq (bayraq) kəliməsi işlənmişdir. Görünür müxtəlif ipək parçalardan hazırlanmış bayraqlar nizələrin ucuna bərkidildiyinə görə dövlətçiliyin əsas atributlarından biri kimi “dalğalanan milli simvol”a çevrilmişdir.
Hələ İslama qədərki dövrdə yazılmış və XIV əsr əlyazması ilə dövrümüzə qədər gəlib çatmış olan möhtəşəm “Kitabi-Dədə Qorqud” eposunda “Qılıncla məhv edərək, düşmənin tuğ və bayrağını endirin” ifadəsinin qeyd edilməsi bir daha göstərir ki, o dövrdə hakimiyyət simvolu kimi bayraqlara xüsusi önəm verilmişdir.
Səfəvilər dövlətində bayraqların təkamülü
Azərbaycanda tarixi ənənələr üzərində qurulan və sırf milli məfkurəyə söykənən dövlət kimi tarixə düşən Səfəvilər dövlətinin bayraqları ayrı-ayrı hökmdarlar dövründə fərqlənmişdir. Səfəvilər dövlətinə məxsus arxiv sənədləri dövrümüzə qədər saxlanmadığı kimi, Səfəvilər dövründən qalma əşyalar da müxtəlif ölkələrdəki şəxsi və ya dövlət muzeylərində saxlanılır. Səfəvilər dövlətinin rəmzləri ilə bağlı məlumatları dövrün salnamələrindəki qeydlərdən, Səfəvi şahlarının fərmanlarındakı möhürlərdən, Səfəvilər dövründə yazılmış səyahətnamələrdən və Qərbi Avropa səyyahlarının gündəliklərindən əldə etmək mümkündür. J.Şardenin verdiyi məlumata görə, Səfəvilərin bayrağı fransızların hərbi bayraqları kimi üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanmışdır. Bu bayraq həm süvarilər, həm də piyadalar üçün eyni cürdür. Onun üzərində “Quran-ı Kərim”dən ayələr, kəlime-i şəhadət, Hz. Əlinin Zülfüqar qılıncı və “aslan və günəş” rəsmləri təsvir olunurdu. Orduda ən mühüm vəzifələrdən biri böyük bayrağın qorunmasıdır. Bu vəzifəni yerinə yetirən şəxs ələmdarbaşı adlanır.
Bayraq üzərində aslan motivli günəş təsviri
Aslan motivinin günəşlə birlikdə istifadə olunması qədim Mesopotamiya mədəniyyətinə qədər gedib çıxan astroloji mahiyyət kəsb edir. Mesopotamiya və Misirdən Yunanıstan və Romaya qədər yayılan və orta əsrlərdə bütün İslam dünyasında hakim olan astroloji ənənəyə görə, günəş, ay və günəş sisteminə daxil olan ulduzlar on iki bürcə daxil olan heyvanlardan biri ilə əlaqələndirilir. Günəşin aslan bürcü ilə əlaqəli olması bu iki motivin birlikdə istifadə olunmasına səbəb olmuşdur. Qədim Misirdə də aslan bürcü günəşin evi kimi tanınmışdır.
F.M.Köprülünün verdiyi məlumata görə, Anadolu Səlcuq sultanı Qiyasəddin Keyxosrovun (1236-1246) zərb etdirdiyi gümüş sikkələr üzərində aslan və günəş təsvirləri öz əksini tapmışdır. Hətta, Elxani hökmdarı Məhəmməd Olcaytu və Əbu Səidin zərb etdirdiyi mis pullar üzərində də aslan və günəş təsvirləri vardır.
Rui Qonsales de Klavixo Əmir Teymurun Keş şəhərindəki “Ağ saray”ını təsvir edərkən onun giriş qapısının üzərində günəşin fonunda aslan təsvirinin olduğunu qeyd edir. Onun fikrincə, aslan və günəş motivi Teymurun Səmərqənddə hakimiyyətdən uzaqlaşdırdığı şahzadənin gerbi olmuşdur. 1627-ci ildə Səmərqənddə inşa olunan dövrümüzə qdər gəlib çatan Sərdar mədrəsəsinin giriş qapısının portalında da aslan və günəş təsviri vardır. F.M.Köprülünün fikrincə, görünür İranı fəth edən Əmir Teymur, Elxanilərin varisi olduğunu göstərmək üçün aslan və günəş motivini qəbul etmişdir. Hətta Teymurilərdən sonra Ərzincanı idarə edən Ağqoyunlu Qara Osmanın qardaşı Əhmədin oğlu Qılınç Arslanın zərb etdirdiyi sikkələr üzərində də aslan və günəş təsviri vardır.
Qeyd etmək lazımdır ki, Ağqoyunlu hökmdarları rəsmi məktublara, zərb etdirdikləri sikkələrə və bayraqlara Oğuzların Bayandur boyunun damğasını qoymuşlar. Görünür ki, aslan və günəş təsviri hüquqi bir əlamət deyil, yalnız astroloji motiv kimi istifadə edilmişdir. Bu bir daha göstərir ki, hələ Səfəvilərin aslan və günəş astroloji motivindən istifadə etməsinə qədər bu təsvir Səlcuqlar, Elxanilər, Teymurilər və Ağqoyunlular tərəfindən istifadə edilmişdir.
Şah İsmayıl (1501-1524) dövründə Səfəvilər dövlətinin bayraqları
Şah İsmayıl (1501-1524) dövründə Səfəvilər dövlətinin bayraqlarında aslan və günəş astroloji motivindən istifadə edilməmişdir. Qeyd etmək lazımdır ki, dövrün qaynaqlarında, eləcə də miniatürlərdə Şah İsmayıl və Şah Təhmasib dövründə mövcud olmuş bayraqlar arasında üzərində aslan və günəş təsviri olan bayraqlara rast gəlinmir. Hətta, 1514-cü ilin avqustun 23-də Çaldıran döyüşündə Səfəvi ordusu üzərində qələbədən sonra ələ keçirilən və hazırda Topqapı Sarayı Muzeyində saxlanılan Səfəvi bayraqları arasında da üzərində aslan və günəş təsvirləri olan bayraqların olmaması fikrimizi bir daha təsdiq edir.
İran tədqiqatçısı Nayyer Nuri Qasimi Günabadinin “Şahnamə”sində verdiyi məlumatlara əsaslanaraq yazır ki, Şah İsmayıl dövründə üzərində ay təsviri olan yaşıl bayraqlar mövcud olmuşdur. Bu fikri Amerika tarixçisi A.Ş.Şahbazi də təsdiq edir. O, “İran bayraqları” adlı məqaləsində Şah İsmayıl dövründə üzərində ay təsviri olan yaşıl bayraqların mövcud olduğunu qeyd edir. Həqiqətən də I Şah Təhmasibin saray şairi Mirzə Qasimi Günabadinin 1533-cü ildə başa çatdıraraq Şah Təhmasibə təqdim etdiyi “Şahnamə” adlı tarixi poemasının “Şah İsmayıl-namə” adlı birinci hissəsində Şah İsmayıl dövründə üzərində ay və günəş təsviri olan yaşıl bayraqların mövcud olduğu qeyd edilir. F.Köprülünün fikrincə, Peyğəmbər nəslindən olduğunu iddia edən və şiəliyi rəsmi məzhəb kimi qəbul edən Səfəvi hökmdarının yaşıl rəngli bayraqlarının olması təbiidir. Çünki o dövrdə yaşıl rəng bütün Yaxın Şərqdə Peyğəmbər ailəsinin rəmzi kimi qəbul edildiyi üçün İslam dünyasındakı seyyidlər yaşıl sarıq və cübbələri ilə xalq arasında seçilirdilər.
Qazi Əhməd Quminin “” adlı əsərində də I Şah İsmayıl dövründə Səfəvi yaşıl bayraqlarının olduğu qeyd edilmişdir.
“Tarix-i aləmara-yi Şah İsmayıl” əsərində Səfəvi bayrağı ilə bağlı verilən məlumatdan aydın olur ki, Şah İsmayılın bayraqlarından biri də ağ qumaşdan hazırlanmış, üzərində “Quran-ı Kərim”in 61-ci (“Səf”) surəsinin 13-cü ayəsində qeyd olunmuş “nəsrun-minəllahi və fəthun qərib” (“Allahdan kömək və yaxın bir zəfər vardır”) və onun qısaca forması olan “nəsrum-minəllahi” (“Allahdan kömək”) ifadəsi öz əksini tapmışdır. Müin Müsəvvirin “Tarix-i aləmaray-i Şah İsmayıl” əsərinə çəkdiyi miniatürlərdən görünür ki, Səfəvilərin döyüş bayraqları arasında da üzərində “ya Əli mədəd” yazılmış qəhvəyi haşiyəli üçbucaq formalı ağ bayraq da mövcud olmuşdur.
Qeyd etmək lazımdır ki, Müin Müsəvvirin “Tarix-i aləmaray-i Şah İsmayıl” əsərinə çəkdiyi miniatürlər arasında Səfəvi hökmdarı Şah İsmayılın Əbülxeyir xanla döyüşünü əks etdirən miniatürdə üzərində “ya Əli vəli Allah mədəd” ifadəsi yazılmış üç bucaq formalı ağ bayraqları da mövcud olmuşdur.
Ağ rəngli Səfəvi bayraqları nəinki Şah İsmayıl dövründə, eləcə də XVII və XVIII əsrin əvvəllərində də mövcud olmuşdur. Maraqlıdır ki, II Şah Abbas tərəfindən 1647-1650-ci illərdə tanınmış rəssamlara çəkdirilən İsfahandakı Çehelsütun sarayının divar rəsmləri arasında, xüsusən də Çaldıran döyüşünü əks etdirən miniatürdə də beş bucaqlı formalı Səfəvi ağ bayrağı öz əksini tapmışdır.
1590-cı ilin mart ayında İstanbulda Səfəvi-Osmanlı sülhünün bağlanması ilə I Şah Abbas qardaşı oğlu Heydər Mirzəni İstanbula göndərmişdir. Nyu-York Metropoliten Muzeyində saxlanılan Osmanlı şairi Mahmud Əbdülbakinin (Baki) əsərinə çəkilmiş miniatürdə Heydər Mirzənin İstanbulda qarşılanma səhnəsi öz əksini tapmışdır. Həmin miniatürdə də Səfəvilər dövlətinin qırmızı haşiyəli ağ qumaşdan olan və üzərində Hz. Əlinin Zülfüqar qılıncının təsviri olan beş bucaqlı formalı bayrağı vardır.
1677-ci ildə Səfəvilər dövlətinin hökmdarı Şah Süleymanın (1666-1694) sarayında olmuş ingilis Con Frayer Səfəvi bayrağını öz gözləri ilə görmüş və “Şərqi Hindistan və İran haqqında yeni hesabat” adlı əsərində onun təsvirini vermişdir. O, yazır: “Şah Süleyman düşmənlərinə qarşı səfərə çıxmaq əvəzinə, ağ qumaşın üzərində iki uclu qanlı bir qılınc təsviri olan bayraq altında yaşamağı üstün tutmuşdur” Heç şübhə yoxdur ki, səyyahın təsvir etdiyi qılınc Hz. Əlinin Zülfüqar qılıncı olmuşdur. O, əsərinin 358-ci səhifəsində həqiqətən də qılıncın Hz. Əliyə məxsus Zülfüqar qılıncı olduğunu qeyd etmişdir.
Bu, bir daha təsdiq edir ki, Səfəvilər dövlətinin bayraqları arasında ağ qumaş üzərində Quran ayələri ilə yanaşı, Hz. Əlinin Zülfüqar qılıncının təsvir edildiyi bayraqlar da mövcud olmuşdur.
Qeyd etmək lazımdır ki, Səfəvilər dövründə çəkilmiş miniatürlərdən və İsfahandakı Çehelsütün sarayının divar rəsmləri arasında da üzərində ay və ulduz təsvirləri olan qırmızı və bənövşəyi rəngli bayraq təsvirlərinin olması bir daha təsdiq edir ki, Səfəvilər dövlətinin bayraqları arasında üzərində aypara və səkkizguşəli böyük ulduz (Günəş) təsviri olan parlaq rəngli bayraqlar da mövcud olmuşdur. Mirzə Abbaslı “Cahanarayi-Şah İsmayıl Səfəvi” salnaməsinə istinad edərək yazır ki, 1508-ci ildə “Şah İsmayıl ay-ulduz bayrağı altında Bağdada yaxınlaşdı... İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdılar”.
Qiyasəddin Xandəmirin “Həbibüs-siyər” adlı əsərindəki I Şah İsmayılın Ağqoyunlular üzərində əldə etdiyi qələbəni əks etdirən miniatürdə də Səfəvi ordusunda qırmızı rəngli döyüş bayraqlarının olduğu öz əksini tapmışdır.
Səfəvi ordusunun Kür çayını keçməsini əks etdirən “Qoyunölümü keçidi” miniatüründə də üzərində Ay və səkkizguşəli ulduz (Günəş) təsviri olan qırmızı Səfəvi bayrağı öz əksini tapmışdır. Müin Müsəvvirin “Tarix-i aləmaray-i Şah İsmayıl” əsərinə çəkdiyi miniatürlərdən də görünür ki, Səfəvilərin döyüş bayraqları arasında qızılbaşlıq rəmzi olan qırmızı rəngli üçbucaq formalı bayraqlar da mövcud olmuşdur.
Şah İsmayıl Xətai şeirlərinin birində bayrağ üzərindəki Günəş və Ay rəmzinin daşıdığı mənanı belə açıqlayır:
Xətai der: rəhm etməzəm yalana, Özün təslim edər özü gələnə, Ay Əlidir, Gün Mühəmməd bilənə, Bax, nəzər eylə də, həmən arif ol. |
Əslində, bu şeir parçasını Səfəvilərin dövlət bayrağındakı rəmzin «poetik obrazlarla kodlaşdırılmış təsviri» də adlandırmaq olar. Yəni Şah İsmayılın təbirincə desək, «Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri». Yuxarıdakı şeir parçası bir tərəfdən orta əsr Azərbaycanında «Ay-ulduz» təsvirindən istifadə olunmasını bir daha təsdiqləyir, digər tərəfdən isə psevdodini hərəkatlara yarınmaq istəyən bəzi üzdəniraq tarixçilərin və siyasətçilərin din amilini qabardaraq, guya Şah İsmayılın «İslam qaydalarına zidd məzhəb xanədanı», «teokratik dövlət» qurması barədə əsassız iddialarını heçə endirir. A.Qurbanovun fikrincə, həmin artefaktın islam müstəvisində poetik yozumuna diqqət yetirsək, Səfəvi bayrağındakı Ay-Günəş təsviri və qızılbaşların ideologiyasının dini əsasları arasında bağlılıq haqqında da müəyyən qənaətə gələ bilərik. Belə ki, Şah İsmayılın şeirin sonunda onu «dini-islam yolunu azmaqda» ittiham edən opponentlərinə cavab olaraq ünvanladığı «Bax, nəzər eylə də, həmən arif ol» deməsi heç də təsadüf xarakteri daşımır. Xətayi bu ifadə ilə bayraqdakı Ay-Günəş rəmzinə verdiyi dini yozumu önə çəkməklə antisəfəvi mövqeyində dayanan, Qızılbaş ideologiyasını məqsədli şəkildə təhrif edən, onların Əlini Məhəmməddən üstün tutmaları barədə mənasız fikirlərini puça çıxarır. Şah İsmayıl Rəsuli-əkrəmi Günəş, İmam Əlini isə Ay obrazı ilə təcəssüm etdirməklə nəinki onları eyniləşdirmir, əksinə İslam peyğəmbərinin hər hansı bir müqayisədən kənar, daha uca məqamda olduğunu xüsusi vurğulayır. Belə nəticəyə gəlmək olar ki, Səfəvi dövlətinin qırmızı və yaşıl bayraqları üzərindəki Ay və Günəş obrazları islam dininin, sufi təsəvvürlərinin iyearxiyasına uyğun şəkildə – Peyğəmbər üstün, ali mövqedə təsvir edilmişdir.
Şah Təhmasib (1524-1576) dövründə Səfəvilər dövlətinin bayraqları
Dövrün qaynaqlarının təsdiq etdiyinə görə, I Şah Təhmasib dövründə (1524-1576) də Səfəvi qırmızı bayraqları mövcud olmuşdur. 1539-cu ildə Təbrizdə Səfəvi sarayında olmuş Venesiya diplomatı Mikele Membre də bunu təsdiq edir. Səfəvi ordusunun Mərənddən Marağaya hərəkətini müşayiət etmiş M.Membre yazır: “Şah atla gedən zaman şatır adlanan 10 nəfər piyada onun önündə gedir. Onların hər biri dizlərinə qədər ağ mahud tuman geyinir və başlarına lələk, kəmərlərinin önünə zınqırov taxırlar. Belə adamlar həmişə onun vəziri Qazi Cahanı, Üskü seyidlərini, Qorçibaşını, bəzən də onun qardaşı Bəhram Mirzəni müşayiət edirlər. Öndə onların “ələm” adlandırdıqları, nizəyə iki ucdan bağlanmış qırmızı, enli parça və nizənin ucunda yerləşən, içərisində misdən kəsilmiş zərli hərflərlə “Əli vəli Allah, la ilah illa Allah; Əli vəli Allah və Allahu əkbər” sözləri yazılmış dairənin olduğu bayraqlar aparırlar”. M.Membrenin fikrincə, orduda nə qədər bayraqlar aparılırsa, orada o qədər krallıq iştirak edir, onların iki uclu qırmızı ipək parçadan bayraqları vardır. İsgəndər bəy Münşi Səfəvilərin “günəş parıltılı bayraqlarını” xüsusi olaraq vəsf edir. Onun verdiyi məlumata görə, I Şah Təhmasibin müzəffər bayraqları arasında üzərində aypara təsviri olan “çapmaq, basqın etmək” mənasındakı “yüyürük” adlı şəxsi parlaq bayrağı da mövcud olmuşdu. 1535-ci ildə Osmanlı ordusunu təqib edən Şah Təhmasib Van qalasına yaxınlaşan zaman Üləma bəy Səfəvi şahının üzərində aypara olan parlaq bayrağını uzaqdan tanıdığı üçün Məhəmməd paşaya I Şah Təhmasibin öz ordusu ilə yaxınlaşdığını xəbər verərək döyüşə girməyin əlverişsiz olduğunu bildirmişdir.
Qeyd etmək lazımdır ki, I Şah Təhmasib (1524-1576) dövründə zərb olunmuş sikkələr üzərində və bayraqlarda günəş və qızıl qoç təsvirləri də öz əksini tapmışdır. “Tarix-i cahannara”nın verdiyi məlumata görə bu, bilavasitə günəşin qoç bürcü ilə bağlı olmuşdur. Bu bir daha təsdiq edir ki, bu motiv astroloji mahiyyət daşımış, hökmdarın ulduzlar cədvəli ilə bilavasitə bağlı olmuşdur.
Nyu-York Metropoliten Muzeyində saxlanılan Səfəvi bayrağı
1695-ci ildə İsmayıl Kaşani tərəfindən hazırlanmış, üzərində Quran ayələrinin yazıldığı qırmızı-bənövşəyi rəngli ipək parçadan hazırlanmış, uzunluğu 179,1, eni 88,9 sm ölçüdə olan Səfəvi bayrağı hazırda Nyu-York Metropoliten Muzeyində saxlanılır. Üçbucaq formasında olan bayrağın mərkəzindəki iri fiqurun içərisində Quranın 110-cu “Nasr” surəsinin, yuxarıda sağdakı fiqurun içərisində Quranın 37-ci “Saffat” surəsinin 172-173-cü ayələri, balaca sarı rəngli fiqurun içərisində ərəbcə “Ey qapıları açan”, iki rəngli fiqurun mərkəzində və kənar hissəsində ərəbcə “Zəfər bayrağı, işin başlanğıc tarixi” və “Allahın verdiyi zəfər bayrağı, işin bitmə tarixi 1107, farsca İsmayıl Kaşaninin şagirdinin işi” və aşağıdakı fiqurun içərisində isə ərəbcə “Ey əzəmətli” ifadələri yazılmışdır. Qırmızı rəngli Səfəvi bayrağı görünür ordu və mərasim bayrağı kimi istifadə olunmuşdur.
Səfəvilər ordusunda qırmızı döyüş bayraqları
Bütün bunlar bir daha təsdiq edir ki, Səfəvilər dövlətində ağ və yaşıl rəngli bayraqlarla yanaşı, qırmızı rəngli bayraqlar da mövcud olmuşdur.
Səfəvilər ordusunda qırmızı döyüş bayraqlarının olması faktını Şah İsmayıl Xətayi “Divanı”ndakı məlumatlar da təsdiq edir:
Qızıl ələm, qızıl bayraq, qızıl tac, Geyinsə qazilər, ol gün həzərdir |
Oruc bəy Bayat Səfəvi bayraqları barədə yazır:
İran (yəni Səfəvi) şahı şəxsən yürüşə gedəndə, həmişə onun bayrağı qaldırılır və müşayiətçilər dəstəsi tərəfindən onun önündə aparılır. Bundan başqa, at belində olan şahın başı üzərində çətir tuturlar. Bu çətir qiymətli daşlarla bəzədilmişdir və günəş kimi parlayır. Ordudakı döyüşçülərin sayını qaldırılmış bayraqları diqqətlə saymaqla müəyyən etmək olar. Hər bayraq min nəfərə işarədir... şahın qoşunu o qədər çoxdur ki, asanlıqla 200 min nəfər səfərbər edə bilər. Mən özüm keçmişdə qatıldığım döyüşlərdə asanlıqla 200 bayraq saymışam. Burada qayda belədir ki, min nəfər atlı və piyada hazır olmamış bayraq qaldırılmaz. |
I Şah Abbas (1587-1629) dövründə Səfəvilər dövlətinin bayraqları
I Şah Abbas (1587-1629) dövründə Səfəvi bayraqlarında aslan və günəş astroloji motivi öz əksini tapmışdır. Hətta, I Şah Abbasın verdiyi fərmanlarından birinin üzərinə vurulan rəsmi möhürdə aslan və günəş təsviri öz əksini tapmışdır.F.M.Köprülünün fikrincə, görünür I Şah Abbas aslan və günəş astroloji motivini qədim ənənənin davamı kimi qəbul etmişdir. Buna görə də, zərb olunmuş sikkələrə və bayrağa aslan və günəş təsviri qoyulmuşdur.
1599-cu ildə I Şah Abbas tərəfindən Avropa ölkələrinə göndərilmiş böyük elçi heyətinin rəhbəri Hüseynəli bəy Bayatın 1601-ci ildə flamand rəssamı tərəfindən çəkilmiş portretində də aslan və doğan günəş təsviri öz əksini tapmışdır.
Avropa səyyah və tarixçilərinin əsərlərində Səfəvi bayraqları
İngiltərə kralı I Karlın Londonda Səfəvi elçiləri Robert Şerli və Nağdəli bəylə bağlı yaranmış gərginliyi aradan qaldırmaq məqsədilə 1627-ci ildə Səfəvi sarayına göndərdiyi elçisi Dörmer Kottonu müşayiət etmiş Tomas Herbet “1627-1629-cu illərdə İrana səyahət” adlı əsərində qeyd edir ki, “mənə verilən məlumata görə, Şah İsmayılın babası Şeyx Cüneyd üzərində ulduz və üstünə günəş şəfəqləri düşən uzanmış aslan təsviri olan yeni bayraq hazırlatmışdı”. A.Ş.Şahbazinin fikrincə, Tomas Herbetin bu iddiası, görünür üzərində aslan və günəş təsviri olan Səfəvi simvolunun tarixini qədimləşdirməkdən başqa bir şey deyildir. Çünki, Şah İsmayıl dövründə üzərində aslan və günəş təsviri olan bayraqların mövcud olduğunu təsdiq edən heç bir dəlil-sübut yoxdur.
1636-cı ildə Səfəvilər dövlətinə səyahət etmiş alman alimi və səyyahı Adam Oleari öz səyahətnaməsində Səfəvi ordusu haqda məlumat verərkən onların bayraqlarında aslan və günəş təsvirlərindən istifadə edildiyi barədə məlumat veririr. O, yazır: “Qədimdən hilal (ay) farsların və günəş yunanların idi. İndi isə türklər (Osmanlılar) hilalı aldılar, Səfəvilər isə önündə aslan olan günəşi”. Fransız səyyahı J.B.Tavernye də öz səyahətnaməsində Səfəvi mis pullarını təsvir edərkən onların bir üzündə kürəyində günəşi daşıyan aslan, o biri üzündə isə onun zərb olunduğu şəhərin adının qeyd edildiyini bildirir.
Digər Fransa səyyahı J.Şardenin verdiyi məlumata görə, Səfəvi dövlətində döyüş bayraqları ilə yanaşı dini bayramlar zamanı istifadə olunun mərasim bayraqları da mövcud olmuşdur. Üçbucaq formalı müxtəlif rəngli qiymətli parçalardan hazırlanan bu bayraqlar üzərində Hz.Əlinin Zülfüqar qılıncı, aslan və günəş təsvirləri əks olunurdu. Bayraqları ələmdarbaşı aparırdı. Şardenin fikrincə, Səfəvi mis sikkələrinin üzərində də aslan və doğan günəş təsviri öz əksini tapmışdır.
Fransa tarixçisi M.Herbet “İran səfiri XIV Lüdovikin qəbulunda” adlı əsərində 1714-cü ildə Səfəvi hökmdarı Şah Sultan Hüseyn tərəfindən danışıqlar aparmaq üçün Fransa kralı XIV Lüdovikin sarayına göndərilən Səfəvi elçisi, İrəvan şəhər kələntəri Məhəmməd Rza bəyin elçi heyəti ilə bağlı sənədləri və rəsmləri toplayaraq öz əsərində vermişdir. Bunlar arasında Məhəmməd Rza bəyin elçi heyətinin Versal sarayına yaxınlaşdığını əks etdirən bir neçə rəsmdə elçi heyətinin üzvlərindən birinin əlində tutduğu ağ bayraq üzərində aslan və doğan günəş təsviri öz əksini tapmışdır.
Dövrün qaynaqlarından və səyyah gündəliklərindən gətirdiyimiz faktlar bir daha göstərir ki, Səfəvilər dövlətində öncə hökmdarı, sonra isə dövləti təmsil edən və qiymətli parçalardan hazırlanmış müxtəlif ölçülü bayraqlar mövcud olmuşdur.
XVI əsrin sonlarından Səfəvilər dövlətinin süqutuna kimi mövcud olan bu bayraqlar arasında üzərində aslan və günəş təsviri olan bayraqlar üstünlük təşkil etmişdir.
İstinadlar
- Herbert T. Travels in Persia 1627-1629, ed. and abridged, W.Foster, London, 1928, p. 205
- Kitabi-Dədə Qorqud. Tərtibçilər: Zeynalov F., Əlizadə S., qeydler Əliyarov S. Bakı, 1988, s.50
- Ahmedov S. Türk halklarında devlet ve hakimiyet sembolleri – “bayrak”, “sancak” ve “tug”. //İrs, 2 (14), Yaz, 2015, s. 42-48, s. 45
- Bəyani X. Tarix-i nizam-i İran (Dovre-i Səfəviyyə). İntişarat-ı Sitad-ı Bozorg-i Erteşaran, Tehran, 1335 hş, s. 113
- Aydoğmuşoğlu C. Safevi, Kaçar ve Babür bayrakları üzerine bir degerlendirme. //Türk Dünyası İncelemeleri Dergisi, XIII/2 (Kış 2013), s. 53
- Köprülü F.M. Arslan. //İslam Ansiklopedisi, c. 1. MEB, İstanbul, 1978, s.606
- Köprülü F.M. Arslan. //İslam Ansiklopedisi, c. 1. MEB, İstanbul, 1978, s.607
- Клавихо Р.Г. Дневник путишествия в Самарканд ко двору Тимуру (1403-1406). Перевод, предисловие и комментарий И.С.Мироновой. М., 1990, s.103
- Shahbazi A.Sh. «Flags of Persia». //Encyclopedia Iranica, X/1, 1999, p. 19
- Köprülü F.M. Bayrak. //İslam Ansiklopedisi, c. 2. MEB, İstanbul, 1978, s. 414
- Nuri H.N. “Beyraq-e şir o xorşid”. // İranşehr, II. Tehran, 1343 h.ş., s. 952
- Shahbazi A.Sh. «Flags of Persia». //Encyclopedia Iranica, X/1, 1999, p. 20
- Mirzə Qasimi Günabadi. Şah İsmayıl-name. Şeir və tarix. Naşiri dicitali: Mərkəzi təhqiqate rayani qayimeyi İsfahan. www.ghaemiyeh.com
- Köprülü F.M. Bayrak. //İslam Ansiklopedisi, c. 2. MEB, İstanbul, 1978, s. 415
- Qazi Əhməd Qumi. Xülasət ət-təvarix. Cildi əvvəl. Tehran, daneşgahi Tehran, 1383 h.ş., s. 199
- Mirzə Qasimi Günabadi. Şah İsmayıl-name. Şeir və tarix. Naşiri dicitali: Mərkəzi təhqiqate rayani qayimeyi İsfahan. WWW. ghaemiyeh.com
- Musalı N. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmaray-i Şah İsmayıl” əsəri əsasında). Bakı, Elm və təhsil, 2011, s.322
- Атыгаев Н.А. Об одной интересной миниатюре в рукописи Сефевидского периода из музея Реза Аббаси (ИРИ, Тегеран). //Электронный научный журнал «edu.e-history.kz» №4 (8), 01 октября 2016, şək.3
- The Metropolitan Museum of Art, Accession Number: 38.167 – Metmuseum.org, invertar: 45.174.5
- John Fryer. A new account of East India and Persia. London, 1698, p.356
- Osmanlı Arşivinde Bulunan Muahedenamelerden Örnekler. Devlet Arşivleri Genel Müdürlügü yayınları, Ankara, 2000, s. 20
- Aydoğmuşoğlu C. Safevi, Kaçar ve Babür bayrakları üzerine bir degerlendirme. //Türk Dünyası İncelemeleri Dergisi, XIII/2 (Kış 2013), s.54
- John Fryer. A new account of East India and Persia. London, 1698, p.358
- Nuri H.N. “Beyraq-e şir o xorşid”. // İranşehr, II. Tehran, 1343 h.ş., fiq. 566
- Abbaslı M. Şah İsmayıl Xətainin ömür yolu miniatürlərdə. Bakı, 1981, s.26
- Court Paintings from Persia and India 1500–1900, p. 16
- Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerini rolu. Tark Tarih Kurumu Basımevi, Ankara, 1999, s.21
- Abbaslı M. Şah İsmayıl Xətainin ömür yolu miniatürlərdə. Bakı, 1981, s.58
- Titley N.M. Persian Miniature Painting and Its Influence on the Art of Turkey and India, London, 1983, p. 114
- Musalı N. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmaray-i Şah İsmayıl” əsəri əsasında). Bakı, Elm və təhsil, 2011, s. 322
- Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, Şərq-Qərb, 2005, s.352
- Qurbanov A. Damğalar, rəmzlər, mənimsəmələr. Bakı, 2013, s.147
- Qurbanov A. Damğalar, rəmzlər, mənimsəmələr. Bakı, 2013, s.148
- Venesiyalılar Şah Təhmasibin sarayında. (Mikele Membre və Vinçenso Alessandri). İngilis dilindən tərcümə, ön söz, giriş və şərhlər AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevindir. Bakı, Təhsil, 2005, s.44
- Quliyev Ə.S. XVI əsrin ortalarında Azərbaycanda Səfəviləri dövlətinin ictima-siyasi vəziyyəti. Bakı, Şərq-Qərb, 2011, s. 149
- Venesiyalılar Şah Təhmasibin sarayında. (Mikele Membre və Vinçenso Alessandri). İngilis dilindən tərcümə, ön söz, giriş və şərhlər AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevindir. Bakı, Təhsil, 2005, s.45
- Münşi İsgəndər bəy. Tarix-i aləmaray-i Abbasi (Abbasın dünyanı bəzəyən tarixi). farscadan tərcümənin, ön sözün, şərhlərin və göztəricilərin müəllifi AMEA-nın müxbir üzvü, t.e.d., prof. Oqtay Əfəndiyev, t.e.n. Namiq Musalı. Bakı, Təhsil, 2009, s. 164
- The Metropolitan Museum of Art, Accession Number: 38.167 – Metmuseum.org, invertar: 38.167
- Şah İsmayıl Xətai. Əsərləri, I c. Bakı, 1975, s.81
- Книга Орудж – бека Байата Дон-Жуана Персидского. Перевод с английского, введение и комментарии д.и.н. Огтая Эфендиева, к.и.н. Акифа Фарзалиева. Баку, Язычы, 1988, s.34-35
- Musəvi T.M. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər). Bakı, Elm, 1977, s. 154
- Köprülü F.M. Arslan. //İslam Ansiklopedisi, c. 1. MEB, İstanbul, 1978, s.608
- Shahbazi A.Sh. «Flags of Persia». //Encyclopedia Iranica, X/1, 1999, p. 21
- Herbert T. Travels in Persia 1627-1629, ed. and abridged, W.Foster, London, 1928, p.239
- Shahbazi A.Sh. «Flags of Persia». //Encyclopedia Iranica, X/1, 1999, p.20
- Tavarnier J.B. Tavernier Seyahatnamesi. Çeviren Teoman Tunçdoğan. Kitab Yayınevi, İstanbul, 2006, s.157
- Aydoğmuşoğlu C. Safevi, Kaçar ve Babür bayrakları üzerine bir degerlendirme. //Türk Dünyası İncelemeleri Dergisi, XIII/2 (Kış 2013), s. 53-54
- Sir John Chardin. Travels in Persia. University Press, Cambridge, 1927, p.287
- Abbaslı M. Şah İsmayıl Xətayinin ömür yolu miniatürlərdə. Bakı, 1981, s. 154
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sefeviler dovletinin bayraqlari Sefevi dovletinin yaranisindan suqutuna kimi movcud olan bayraqlar Sah Ismayil ve qizilbaslarin Kur cayini kecmesiBayraq anlayisiBayraq sozu qedim turk diline aid batrak sozunun deformasiya olmus formasidir Batrak sozu de batirmaq sozunden yaranmisdir Mahmud Kasgari Divan i Luget it Turk eserinde torpaga sancilan mizraq nize menasini veren batraq bayraq kelimesi islenmisdir Gorunur muxtelif ipek parcalardan hazirlanmis bayraqlar nizelerin ucuna berkidildiyine gore dovletciliyin esas atributlarindan biri kimi dalgalanan milli simvol a cevrilmisdir Hele Islama qederki dovrde yazilmis ve XIV esr elyazmasi ile dovrumuze qeder gelib catmis olan mohtesem Kitabi Dede Qorqud eposunda Qilincla mehv ederek dusmenin tug ve bayragini endirin ifadesinin qeyd edilmesi bir daha gosterir ki o dovrde hakimiyyet simvolu kimi bayraqlara xususi onem verilmisdir Sefeviler dovletinde bayraqlarin tekamuluSah Ismayil ve Agqoyunlu Sultan Murad arasinda doyus 1503 Azerbaycanda tarixi eneneler uzerinde qurulan ve sirf milli mefkureye soykenen dovlet kimi tarixe dusen Sefeviler dovletinin bayraqlari ayri ayri hokmdarlar dovrunde ferqlenmisdir Sefeviler dovletine mexsus arxiv senedleri dovrumuze qeder saxlanmadigi kimi Sefeviler dovrunden qalma esyalar da muxtelif olkelerdeki sexsi ve ya dovlet muzeylerinde saxlanilir Sefeviler dovletinin remzleri ile bagli melumatlari dovrun salnamelerindeki qeydlerden Sefevi sahlarinin fermanlarindaki mohurlerden Sefeviler dovrunde yazilmis seyahetnamelerden ve Qerbi Avropa seyyahlarinin gundeliklerinden elde etmek mumkundur J Sardenin verdiyi melumata gore Sefevilerin bayragi fransizlarin herbi bayraqlari kimi ucbucaq seklinde muxtelif bahali parcalardan hazirlanmisdir Bu bayraq hem suvariler hem de piyadalar ucun eyni curdur Onun uzerinde Quran i Kerim den ayeler kelime i sehadet Hz Elinin Zulfuqar qilinci ve aslan ve gunes resmleri tesvir olunurdu Orduda en muhum vezifelerden biri boyuk bayragin qorunmasidir Bu vezifeni yerine yetiren sexs elemdarbasi adlanir Bayraq uzerinde aslan motivli gunes tesviri Aslan motivinin gunesle birlikde istifade olunmasi qedim Mesopotamiya medeniyyetine qeder gedib cixan astroloji mahiyyet kesb edir Mesopotamiya ve Misirden Yunanistan ve Romaya qeder yayilan ve orta esrlerde butun Islam dunyasinda hakim olan astroloji eneneye gore gunes ay ve gunes sistemine daxil olan ulduzlar on iki burce daxil olan heyvanlardan biri ile elaqelendirilir Gunesin aslan burcu ile elaqeli olmasi bu iki motivin birlikde istifade olunmasina sebeb olmusdur Qedim Misirde de aslan burcu gunesin evi kimi taninmisdir F M Koprulunun verdiyi melumata gore Anadolu Selcuq sultani Qiyaseddin Keyxosrovun 1236 1246 zerb etdirdiyi gumus sikkeler uzerinde aslan ve gunes tesvirleri oz eksini tapmisdir Hetta Elxani hokmdari Mehemmed Olcaytu ve Ebu Seidin zerb etdirdiyi mis pullar uzerinde de aslan ve gunes tesvirleri vardir Rui Qonsales de Klavixo Emir Teymurun Kes seherindeki Ag saray ini tesvir ederken onun giris qapisinin uzerinde gunesin fonunda aslan tesvirinin oldugunu qeyd edir Onun fikrince aslan ve gunes motivi Teymurun Semerqendde hakimiyyetden uzaqlasdirdigi sahzadenin gerbi olmusdur 1627 ci ilde Semerqendde insa olunan dovrumuze qder gelib catan Serdar medresesinin giris qapisinin portalinda da aslan ve gunes tesviri vardir F M Koprulunun fikrince gorunur Irani feth eden Emir Teymur Elxanilerin varisi oldugunu gostermek ucun aslan ve gunes motivini qebul etmisdir Hetta Teymurilerden sonra Erzincani idare eden Agqoyunlu Qara Osmanin qardasi Ehmedin oglu Qilinc Arslanin zerb etdirdiyi sikkeler uzerinde de aslan ve gunes tesviri vardir Qeyd etmek lazimdir ki Agqoyunlu hokmdarlari resmi mektublara zerb etdirdikleri sikkelere ve bayraqlara Oguzlarin Bayandur boyunun damgasini qoymuslar Gorunur ki aslan ve gunes tesviri huquqi bir elamet deyil yalniz astroloji motiv kimi istifade edilmisdir Bu bir daha gosterir ki hele Sefevilerin aslan ve gunes astroloji motivinden istifade etmesine qeder bu tesvir Selcuqlar Elxaniler Teymuriler ve Agqoyunlular terefinden istifade edilmisdir Sah Ismayil 1501 1524 dovrunde Sefeviler dovletinin bayraqlari Sah Ismayilin Ebulxeyir xanla doyusu Muin Musevvir Tarix i alemaray i Sah Ismayil Sah Ismayil 1501 1524 dovrunde Sefeviler dovletinin bayraqlarinda aslan ve gunes astroloji motivinden istifade edilmemisdir Qeyd etmek lazimdir ki dovrun qaynaqlarinda elece de miniaturlerde Sah Ismayil ve Sah Tehmasib dovrunde movcud olmus bayraqlar arasinda uzerinde aslan ve gunes tesviri olan bayraqlara rast gelinmir Hetta 1514 cu ilin avqustun 23 de Caldiran doyusunde Sefevi ordusu uzerinde qelebeden sonra ele kecirilen ve hazirda Topqapi Sarayi Muzeyinde saxlanilan Sefevi bayraqlari arasinda da uzerinde aslan ve gunes tesvirleri olan bayraqlarin olmamasi fikrimizi bir daha tesdiq edir Muin Musevvir Tarix i alemaray i Sah Ismayil eserinde Sefevi bayraqlari Iran tedqiqatcisi Nayyer Nuri Qasimi Gunabadinin Sahname sinde verdiyi melumatlara esaslanaraq yazir ki Sah Ismayil dovrunde uzerinde ay tesviri olan yasil bayraqlar movcud olmusdur Bu fikri Amerika tarixcisi A S Sahbazi de tesdiq edir O Iran bayraqlari adli meqalesinde Sah Ismayil dovrunde uzerinde ay tesviri olan yasil bayraqlarin movcud oldugunu qeyd edir Heqiqeten de I Sah Tehmasibin saray sairi Mirze Qasimi Gunabadinin 1533 cu ilde basa catdiraraq Sah Tehmasibe teqdim etdiyi Sahname adli tarixi poemasinin Sah Ismayil name adli birinci hissesinde Sah Ismayil dovrunde uzerinde ay ve gunes tesviri olan yasil bayraqlarin movcud oldugu qeyd edilir F Koprulunun fikrince Peygember neslinden oldugunu iddia eden ve sieliyi resmi mezheb kimi qebul eden Sefevi hokmdarinin yasil rengli bayraqlarinin olmasi tebiidir Cunki o dovrde yasil reng butun Yaxin Serqde Peygember ailesinin remzi kimi qebul edildiyi ucun Islam dunyasindaki seyyidler yasil sariq ve cubbeleri ile xalq arasinda secilirdiler Qazi Ehmed Quminin Xulaset et tevarix adli eserinde de I Sah Ismayil dovrunde Sefevi yasil bayraqlarinin oldugu qeyd edilmisdir Tarix i alemara yi Sah Ismayil eserinde Sefevi bayragi ile bagli verilen melumatdan aydin olur ki Sah Ismayilin bayraqlarindan biri de ag qumasdan hazirlanmis uzerinde Quran i Kerim in 61 ci Sef suresinin 13 cu ayesinde qeyd olunmus nesrun minellahi ve fethun qerib Allahdan komek ve yaxin bir zefer vardir ve onun qisaca formasi olan nesrum minellahi Allahdan komek ifadesi oz eksini tapmisdir Muin Musevvirin Tarix i alemaray i Sah Ismayil eserine cekdiyi miniaturlerden gorunur ki Sefevilerin doyus bayraqlari arasinda da uzerinde ya Eli meded yazilmis qehveyi hasiyeli ucbucaq formali ag bayraq da movcud olmusdur Sah Ismayil Xetai dovrunde Sefeviler dovletinin bayragi Qeyd etmek lazimdir ki Muin Musevvirin Tarix i alemaray i Sah Ismayil eserine cekdiyi miniaturler arasinda Sefevi hokmdari Sah Ismayilin Ebulxeyir xanla doyusunu eks etdiren miniaturde uzerinde ya Eli veli Allah meded ifadesi yazilmis uc bucaq formali ag bayraqlari da movcud olmusdur Ag rengli Sefevi bayraqlari neinki Sah Ismayil dovrunde elece de XVII ve XVIII esrin evvellerinde de movcud olmusdur Maraqlidir ki II Sah Abbas terefinden 1647 1650 ci illerde taninmis ressamlara cekdirilen Isfahandaki Cehelsutun sarayinin divar resmleri arasinda xususen de Caldiran doyusunu eks etdiren miniaturde de bes bucaqli formali Sefevi ag bayragi oz eksini tapmisdir 1590 ci il Heyder Mirzenin Istanbulda qarsilanmasi Bakinin eserine cekilmis miniatur Metropoliten Muzeyi 1590 ci ilin mart ayinda Istanbulda Sefevi Osmanli sulhunun baglanmasi ile I Sah Abbas qardasi oglu Heyder Mirzeni Istanbula gondermisdir Nyu York Metropoliten Muzeyinde saxlanilan Osmanli sairi Mahmud Ebdulbakinin Baki eserine cekilmis miniaturde Heyder Mirzenin Istanbulda qarsilanma sehnesi oz eksini tapmisdir Hemin miniaturde de Sefeviler dovletinin qirmizi hasiyeli ag qumasdan olan ve uzerinde Hz Elinin Zulfuqar qilincinin tesviri olan bes bucaqli formali bayragi vardir 1677 ci ilde Sefeviler dovletinin hokmdari Sah Suleymanin 1666 1694 sarayinda olmus ingilis Con Frayer Sefevi bayragini oz gozleri ile gormus ve Serqi Hindistan ve Iran haqqinda yeni hesabat adli eserinde onun tesvirini vermisdir O yazir Sah Suleyman dusmenlerine qarsi sefere cixmaq evezine ag qumasin uzerinde iki uclu qanli bir qilinc tesviri olan bayraq altinda yasamagi ustun tutmusdur Hec subhe yoxdur ki seyyahin tesvir etdiyi qilinc Hz Elinin Zulfuqar qilinci olmusdur O eserinin 358 ci sehifesinde heqiqeten de qilincin Hz Eliye mexsus Zulfuqar qilinci oldugunu qeyd etmisdir Bu bir daha tesdiq edir ki Sefeviler dovletinin bayraqlari arasinda ag qumas uzerinde Quran ayeleri ile yanasi Hz Elinin Zulfuqar qilincinin tesvir edildiyi bayraqlar da movcud olmusdur Qeyd etmek lazimdir ki Sefeviler dovrunde cekilmis miniaturlerden ve Isfahandaki Cehelsutun sarayinin divar resmleri arasinda da uzerinde ay ve ulduz tesvirleri olan qirmizi ve benovseyi rengli bayraq tesvirlerinin olmasi bir daha tesdiq edir ki Sefeviler dovletinin bayraqlari arasinda uzerinde aypara ve sekkizguseli boyuk ulduz Gunes tesviri olan parlaq rengli bayraqlar da movcud olmusdur Mirze Abbasli Cahanarayi Sah Ismayil Sefevi salnamesine istinad ederek yazir ki 1508 ci ilde Sah Ismayil ay ulduz bayragi altinda Bagdada yaxinlasdi Iraq ehalisi suretli addimlarla onu qarsilamaga cixdilar Qiyaseddin Xandemirin Hebibus siyer adli eserindeki I Sah Ismayilin Agqoyunlular uzerinde elde etdiyi qelebeni eks etdiren miniaturde de Sefevi ordusunda qirmizi rengli doyus bayraqlarinin oldugu oz eksini tapmisdir Sefevi ordusunun Kur cayini kecmesini eks etdiren Qoyunolumu kecidi miniaturunde de uzerinde Ay ve sekkizguseli ulduz Gunes tesviri olan qirmizi Sefevi bayragi oz eksini tapmisdir Muin Musevvirin Tarix i alemaray i Sah Ismayil eserine cekdiyi miniaturlerden de gorunur ki Sefevilerin doyus bayraqlari arasinda qizilbasliq remzi olan qirmizi rengli ucbucaq formali bayraqlar da movcud olmusdur Sah Ismayil Xetai seirlerinin birinde bayrag uzerindeki Gunes ve Ay remzinin dasidigi menani bele aciqlayir Xetai der rehm etmezem yalana Ozun teslim eder ozu gelene Ay Elidir Gun Muhemmed bilene Bax nezer eyle de hemen arif ol Eslinde bu seir parcasini Sefevilerin dovlet bayragindaki remzin poetik obrazlarla kodlasdirilmis tesviri de adlandirmaq olar Yeni Sah Ismayilin tebirince desek Heqiqet bir gizli sirdir aca bilirsen gel beri Yuxaridaki seir parcasi bir terefden orta esr Azerbaycaninda Ay ulduz tesvirinden istifade olunmasini bir daha tesdiqleyir diger terefden ise psevdodini herekatlara yarinmaq isteyen bezi uzdeniraq tarixcilerin ve siyasetcilerin din amilini qabardaraq guya Sah Ismayilin Islam qaydalarina zidd mezheb xanedani teokratik dovlet qurmasi barede esassiz iddialarini hece endirir A Qurbanovun fikrince hemin artefaktin islam mustevisinde poetik yozumuna diqqet yetirsek Sefevi bayragindaki Ay Gunes tesviri ve qizilbaslarin ideologiyasinin dini esaslari arasinda bagliliq haqqinda da mueyyen qenaete gele bilerik Bele ki Sah Ismayilin seirin sonunda onu dini islam yolunu azmaqda ittiham eden opponentlerine cavab olaraq unvanladigi Bax nezer eyle de hemen arif ol demesi hec de tesaduf xarakteri dasimir Xetayi bu ifade ile bayraqdaki Ay Gunes remzine verdiyi dini yozumu one cekmekle antisefevi movqeyinde dayanan Qizilbas ideologiyasini meqsedli sekilde tehrif eden onlarin Elini Mehemmedden ustun tutmalari barede menasiz fikirlerini puca cixarir Sah Ismayil Resuli ekremi Gunes Imam Elini ise Ay obrazi ile tecessum etdirmekle neinki onlari eynilesdirmir eksine Islam peygemberinin her hansi bir muqayiseden kenar daha uca meqamda oldugunu xususi vurgulayir Bele neticeye gelmek olar ki Sefevi dovletinin qirmizi ve yasil bayraqlari uzerindeki Ay ve Gunes obrazlari islam dininin sufi tesevvurlerinin iyearxiyasina uygun sekilde Peygember ustun ali movqede tesvir edilmisdir Sah Tehmasib 1524 1576 dovrunde Sefeviler dovletinin bayraqlari SahTehmasib dovrunde Sefeviler dovletinin bayragi Dovrun qaynaqlarinin tesdiq etdiyine gore I Sah Tehmasib dovrunde 1524 1576 de Sefevi qirmizi bayraqlari movcud olmusdur 1539 cu ilde Tebrizde Sefevi sarayinda olmus Venesiya diplomati Mikele Membre de bunu tesdiq edir Sefevi ordusunun Merendden Maragaya hereketini musayiet etmis M Membre yazir Sah atla geden zaman satir adlanan 10 nefer piyada onun onunde gedir Onlarin her biri dizlerine qeder ag mahud tuman geyinir ve baslarina lelek kemerlerinin onune zinqirov taxirlar Bele adamlar hemise onun veziri Qazi Cahani Usku seyidlerini Qorcibasini bezen de onun qardasi Behram Mirzeni musayiet edirler Onde onlarin elem adlandirdiqlari nizeye iki ucdan baglanmis qirmizi enli parca ve nizenin ucunda yerlesen icerisinde misden kesilmis zerli herflerle Eli veli Allah la ilah illa Allah Eli veli Allah ve Allahu ekber sozleri yazilmis dairenin oldugu bayraqlar aparirlar M Membrenin fikrince orduda ne qeder bayraqlar aparilirsa orada o qeder kralliq istirak edir onlarin iki uclu qirmizi ipek parcadan bayraqlari vardir Isgender bey Munsi Sefevilerin gunes pariltili bayraqlarini xususi olaraq vesf edir Onun verdiyi melumata gore I Sah Tehmasibin muzeffer bayraqlari arasinda uzerinde aypara tesviri olan capmaq basqin etmek menasindaki yuyuruk adli sexsi parlaq bayragi da movcud olmusdu 1535 ci ilde Osmanli ordusunu teqib eden Sah Tehmasib Van qalasina yaxinlasan zaman Ulema bey Sefevi sahinin uzerinde aypara olan parlaq bayragini uzaqdan tanidigi ucun Mehemmed pasaya I Sah Tehmasibin oz ordusu ile yaxinlasdigini xeber vererek doyuse girmeyin elverissiz oldugunu bildirmisdir Qeyd etmek lazimdir ki I Sah Tehmasib 1524 1576 dovrunde zerb olunmus sikkeler uzerinde ve bayraqlarda gunes ve qizil qoc tesvirleri de oz eksini tapmisdir Tarix i cahannara nin verdiyi melumata gore bu bilavasite gunesin qoc burcu ile bagli olmusdur Bu bir daha tesdiq edir ki bu motiv astroloji mahiyyet dasimis hokmdarin ulduzlar cedveli ile bilavasite bagli olmusdur Sefeviler dovletinin bayragi Nyu York Metropoliten Muzeyi Nyu York Metropoliten Muzeyinde saxlanilan Sefevi bayragi 1695 ci ilde Ismayil Kasani terefinden hazirlanmis uzerinde Quran ayelerinin yazildigi qirmizi benovseyi rengli ipek parcadan hazirlanmis uzunlugu 179 1 eni 88 9 sm olcude olan Sefevi bayragi hazirda Nyu York Metropoliten Muzeyinde saxlanilir Ucbucaq formasinda olan bayragin merkezindeki iri fiqurun icerisinde Quranin 110 cu Nasr suresinin yuxarida sagdaki fiqurun icerisinde Quranin 37 ci Saffat suresinin 172 173 cu ayeleri balaca sari rengli fiqurun icerisinde erebce Ey qapilari acan iki rengli fiqurun merkezinde ve kenar hissesinde erebce Zefer bayragi isin baslangic tarixi ve Allahin verdiyi zefer bayragi isin bitme tarixi 1107 farsca Ismayil Kasaninin sagirdinin isi ve asagidaki fiqurun icerisinde ise erebce Ey ezemetli ifadeleri yazilmisdir Qirmizi rengli Sefevi bayragi gorunur ordu ve merasim bayragi kimi istifade olunmusdur Sefeviler ordusunda qirmizi doyus bayraqlari Butun bunlar bir daha tesdiq edir ki Sefeviler dovletinde ag ve yasil rengli bayraqlarla yanasi qirmizi rengli bayraqlar da movcud olmusdur Muin Musevvirin Tarix i alemaray i Sah Ismayil eserine cekdiyi miniaturlerden Sefeviler ordusunda qirmizi doyus bayraqlarinin olmasi faktini Sah Ismayil Xetayi Divani ndaki melumatlar da tesdiq edir Qizil elem qizil bayraq qizil tac Geyinse qaziler ol gun hezerdir Oruc bey Bayat Sefevi bayraqlari barede yazir Iran yeni Sefevi sahi sexsen yuruse gedende hemise onun bayragi qaldirilir ve musayietciler destesi terefinden onun onunde aparilir Bundan basqa at belinde olan sahin basi uzerinde cetir tuturlar Bu cetir qiymetli daslarla bezedilmisdir ve gunes kimi parlayir Ordudaki doyusculerin sayini qaldirilmis bayraqlari diqqetle saymaqla mueyyen etmek olar Her bayraq min nefere isaredir sahin qosunu o qeder coxdur ki asanliqla 200 min nefer seferber ede biler Men ozum kecmisde qatildigim doyuslerde asanliqla 200 bayraq saymisam Burada qayda beledir ki min nefer atli ve piyada hazir olmamis bayraq qaldirilmaz I Sah Abbas 1587 1629 dovrunde Sefeviler dovletinin bayraqlari I Sah Abbas 1587 1629 dovrunun bayragi I Sah Abbas 1587 1629 dovrunde Sefevi bayraqlarinda aslan ve gunes astroloji motivi oz eksini tapmisdir Hetta I Sah Abbasin verdiyi fermanlarindan birinin uzerine vurulan resmi mohurde aslan ve gunes tesviri oz eksini tapmisdir F M Koprulunun fikrince gorunur I Sah Abbas aslan ve gunes astroloji motivini qedim enenenin davami kimi qebul etmisdir Buna gore de zerb olunmus sikkelere ve bayraga aslan ve gunes tesviri qoyulmusdur 1599 cu ilde I Sah Abbas terefinden Avropa olkelerine gonderilmis boyuk elci heyetinin rehberi Huseyneli bey Bayatin 1601 ci ilde flamand ressami terefinden cekilmis portretinde de aslan ve dogan gunes tesviri oz eksini tapmisdir Avropa seyyah ve tarixcilerinin eserlerinde Sefevi bayraqlari Ingiltere krali I Karlin Londonda Sefevi elcileri Robert Serli ve Nagdeli beyle bagli yaranmis gerginliyi aradan qaldirmaq meqsedile 1627 ci ilde Sefevi sarayina gonderdiyi elcisi Dormer Kottonu musayiet etmis Tomas Herbet 1627 1629 cu illerde Irana seyahet adli eserinde qeyd edir ki mene verilen melumata gore Sah Ismayilin babasi Seyx Cuneyd uzerinde ulduz ve ustune gunes sefeqleri dusen uzanmis aslan tesviri olan yeni bayraq hazirlatmisdi A S Sahbazinin fikrince Tomas Herbetin bu iddiasi gorunur uzerinde aslan ve gunes tesviri olan Sefevi simvolunun tarixini qedimlesdirmekden basqa bir sey deyildir Cunki Sah Ismayil dovrunde uzerinde aslan ve gunes tesviri olan bayraqlarin movcud oldugunu tesdiq eden hec bir delil subut yoxdur 1636 ci ilde Sefeviler dovletine seyahet etmis alman alimi ve seyyahi Adam Oleari oz seyahetnamesinde Sefevi ordusu haqda melumat vererken onlarin bayraqlarinda aslan ve gunes tesvirlerinden istifade edildiyi barede melumat veririr O yazir Qedimden hilal ay farslarin ve gunes yunanlarin idi Indi ise turkler Osmanlilar hilali aldilar Sefeviler ise onunde aslan olan gunesi Fransiz seyyahi J B Tavernye de oz seyahetnamesinde Sefevi mis pullarini tesvir ederken onlarin bir uzunde kureyinde gunesi dasiyan aslan o biri uzunde ise onun zerb olundugu seherin adinin qeyd edildiyini bildirir Sefevi elcisi Irevan seher kelenteri Mehemmed Rza bey Fransa krali XIV Ludoviqin sarayinda Diger Fransa seyyahi J Sardenin verdiyi melumata gore Sefevi dovletinde doyus bayraqlari ile yanasi dini bayramlar zamani istifade olunun merasim bayraqlari da movcud olmusdur Ucbucaq formali muxtelif rengli qiymetli parcalardan hazirlanan bu bayraqlar uzerinde Hz Elinin Zulfuqar qilinci aslan ve gunes tesvirleri eks olunurdu Bayraqlari elemdarbasi aparirdi Sardenin fikrince Sefevi mis sikkelerinin uzerinde de aslan ve dogan gunes tesviri oz eksini tapmisdir Fransa tarixcisi M Herbet Iran sefiri XIV Ludovikin qebulunda adli eserinde 1714 cu ilde Sefevi hokmdari Sah Sultan Huseyn terefinden danisiqlar aparmaq ucun Fransa krali XIV Ludovikin sarayina gonderilen Sefevi elcisi Irevan seher kelenteri Mehemmed Rza beyin elci heyeti ile bagli senedleri ve resmleri toplayaraq oz eserinde vermisdir Bunlar arasinda Mehemmed Rza beyin elci heyetinin Versal sarayina yaxinlasdigini eks etdiren bir nece resmde elci heyetinin uzvlerinden birinin elinde tutdugu ag bayraq uzerinde aslan ve dogan gunes tesviri oz eksini tapmisdir Dovrun qaynaqlarindan ve seyyah gundeliklerinden getirdiyimiz faktlar bir daha gosterir ki Sefeviler dovletinde once hokmdari sonra ise dovleti temsil eden ve qiymetli parcalardan hazirlanmis muxtelif olculu bayraqlar movcud olmusdur XVI esrin sonlarindan Sefeviler dovletinin suqutuna kimi movcud olan bu bayraqlar arasinda uzerinde aslan ve gunes tesviri olan bayraqlar ustunluk teskil etmisdir IstinadlarHerbert T Travels in Persia 1627 1629 ed and abridged W Foster London 1928 p 205 Kitabi Dede Qorqud Tertibciler Zeynalov F Elizade S qeydler Eliyarov S Baki 1988 s 50 Ahmedov S Turk halklarinda devlet ve hakimiyet sembolleri bayrak sancak ve tug Irs 2 14 Yaz 2015 s 42 48 s 45 Beyani X Tarix i nizam i Iran Dovre i Sefeviyye Intisarat i Sitad i Bozorg i Ertesaran Tehran 1335 hs s 113 Aydogmusoglu C Safevi Kacar ve Babur bayraklari uzerine bir degerlendirme Turk Dunyasi Incelemeleri Dergisi XIII 2 Kis 2013 s 53 Koprulu F M Arslan Islam Ansiklopedisi c 1 MEB Istanbul 1978 s 606 Koprulu F M Arslan Islam Ansiklopedisi c 1 MEB Istanbul 1978 s 607 Klaviho R G Dnevnik putishestviya v Samarkand ko dvoru Timuru 1403 1406 Perevod predislovie i kommentarij I S Mironovoj M 1990 s 103 Shahbazi A Sh Flags of Persia Encyclopedia Iranica X 1 1999 p 19 Koprulu F M Bayrak Islam Ansiklopedisi c 2 MEB Istanbul 1978 s 414 Nuri H N Beyraq e sir o xorsid Iransehr II Tehran 1343 h s s 952 Shahbazi A Sh Flags of Persia Encyclopedia Iranica X 1 1999 p 20 Mirze Qasimi Gunabadi Sah Ismayil name Seir ve tarix Nasiri dicitali Merkezi tehqiqate rayani qayimeyi Isfahan www ghaemiyeh com Koprulu F M Bayrak Islam Ansiklopedisi c 2 MEB Istanbul 1978 s 415 Qazi Ehmed Qumi Xulaset et tevarix Cildi evvel Tehran danesgahi Tehran 1383 h s s 199 Mirze Qasimi Gunabadi Sah Ismayil name Seir ve tarix Nasiri dicitali Merkezi tehqiqate rayani qayimeyi Isfahan WWW ghaemiyeh com Musali N I Sah Ismayilin hakimiyyeti Tarix i alemaray i Sah Ismayil eseri esasinda Baki Elm ve tehsil 2011 s 322 Atygaev N A Ob odnoj interesnoj miniatyure v rukopisi Sefevidskogo perioda iz muzeya Reza Abbasi IRI Tegeran Elektronnyj nauchnyj zhurnal edu e history kz 4 8 01 oktyabrya 2016 sek 3 The Metropolitan Museum of Art Accession Number 38 167 Metmuseum org invertar 45 174 5 John Fryer A new account of East India and Persia London 1698 p 356 Osmanli Arsivinde Bulunan Muahedenamelerden Ornekler Devlet Arsivleri Genel Mudurlugu yayinlari Ankara 2000 s 20 Aydogmusoglu C Safevi Kacar ve Babur bayraklari uzerine bir degerlendirme Turk Dunyasi Incelemeleri Dergisi XIII 2 Kis 2013 s 54 John Fryer A new account of East India and Persia London 1698 p 358 Nuri H N Beyraq e sir o xorsid Iransehr II Tehran 1343 h s fiq 566 Abbasli M Sah Ismayil Xetainin omur yolu miniaturlerde Baki 1981 s 26 Court Paintings from Persia and India 1500 1900 p 16 Sumer F Safevi devletinin kurulusu ve gelismesinde Anadolu turklerini rolu Tark Tarih Kurumu Basimevi Ankara 1999 s 21 Abbasli M Sah Ismayil Xetainin omur yolu miniaturlerde Baki 1981 s 58 Titley N M Persian Miniature Painting and Its Influence on the Art of Turkey and India London 1983 p 114 Musali N I Sah Ismayilin hakimiyyeti Tarix i alemaray i Sah Ismayil eseri esasinda Baki Elm ve tehsil 2011 s 322 Sah Ismayil Xetayi Eserleri Baki Serq Qerb 2005 s 352 Qurbanov A Damgalar remzler menimsemeler Baki 2013 s 147 Qurbanov A Damgalar remzler menimsemeler Baki 2013 s 148 Venesiyalilar Sah Tehmasibin sarayinda Mikele Membre ve Vincenso Alessandri Ingilis dilinden tercume on soz giris ve serhler AMEA nin muxbir uzvu Oqtay Efendiyevindir Baki Tehsil 2005 s 44 Quliyev E S XVI esrin ortalarinda Azerbaycanda Sefevileri dovletinin ictima siyasi veziyyeti Baki Serq Qerb 2011 s 149 Venesiyalilar Sah Tehmasibin sarayinda Mikele Membre ve Vincenso Alessandri Ingilis dilinden tercume on soz giris ve serhler AMEA nin muxbir uzvu Oqtay Efendiyevindir Baki Tehsil 2005 s 45 Munsi Isgender bey Tarix i alemaray i Abbasi Abbasin dunyani bezeyen tarixi farscadan tercumenin on sozun serhlerin ve goztericilerin muellifi AMEA nin muxbir uzvu t e d prof Oqtay Efendiyev t e n Namiq Musali Baki Tehsil 2009 s 164 The Metropolitan Museum of Art Accession Number 38 167 Metmuseum org invertar 38 167 Sah Ismayil Xetai Eserleri I c Baki 1975 s 81 Kniga Orudzh beka Bajata Don Zhuana Persidskogo Perevod s anglijskogo vvedenie i kommentarii d i n Ogtaya Efendieva k i n Akifa Farzalieva Baku Yazychy 1988 s 34 35 Musevi T M Orta esr Azerbaycan tarixine dair farsdilli senedler XVI XVIII esrler Baki Elm 1977 s 154 Koprulu F M Arslan Islam Ansiklopedisi c 1 MEB Istanbul 1978 s 608 Shahbazi A Sh Flags of Persia Encyclopedia Iranica X 1 1999 p 21 Herbert T Travels in Persia 1627 1629 ed and abridged W Foster London 1928 p 239 Shahbazi A Sh Flags of Persia Encyclopedia Iranica X 1 1999 p 20 Tavarnier J B Tavernier Seyahatnamesi Ceviren Teoman Tuncdogan Kitab Yayinevi Istanbul 2006 s 157 Aydogmusoglu C Safevi Kacar ve Babur bayraklari uzerine bir degerlendirme Turk Dunyasi Incelemeleri Dergisi XIII 2 Kis 2013 s 53 54 Sir John Chardin Travels in Persia University Press Cambridge 1927 p 287 Abbasli M Sah Ismayil Xetayinin omur yolu miniaturlerde Baki 1981 s 154Hemcinin baxAzerbaycan bayragi Irevan xanliginin bayraqlari Sefeviler dovletiXarici kecidler