Vladimir Konstantinoviç Ollonqren (19 aprel 1867, Kolomna, Moskva quberniyası[d] – 4 oktyabr 1943, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, parlamentin əvvəl Slavyan-Rus Cəmiyyəti fraksiyasının, daha sonra isə Milli azlıqlar fraksiyasının üzvü, II Nikolayın uşaqlıq dostu, milliyətçi rus hərbçi.
Vladimir Ollonqren | |
---|---|
Владимир Константинович Оллонгрен | |
15 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | Milli azlıqlar fraksiyası Slavyan-Rus Cəmiyyəti fraksiyası |
1916 – 1917 | |
Rəis | Georgi Kavalyov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 aprel 1867 |
Doğum yeri |
|
Vəfat tarixi | 4 oktyabr 1943 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Konstantin Petroviç Ollonqren |
Anası | Aleksandra Petrovna Ollonqren |
Həyat yoldaşı | Yelena Vasilyevna Ollonqren |
Dini | Pravoslav |
| |
Təltifləri |
Həyatı
Vladimir Ollonqren 19 aprel 1867-ci ildə Kolomna şəhərində hərbçi ailəsində doğulmuşdur. 1872-ci ildə Vladimir Ollonqrenin 5 yaşı olarkən atası vəfat etmişdir. Anası Aleksandra Petrovna oğulları Pyotr, Konstantin, Vladimir və qızı Yelizavetə ilə illik 100 rublluq pensiya ilə Kolomna şəhərindəki Pskovski küçəsi 15 adresində tək qalmışdır.
Aleksandra Petrovna Yekaterin Universitetindən dostu olan xanım Neydqart tərəfindən Neydqartın rəhbəri olduğu Kolomna Qadın Gimnaziyasının 4-cü sinifləri üçün aylıq 30 rubl maaşla sinif rəhbəri vəzifəsinə işə götürüldü.
1875-ci ilin may ayında Kolomno Qadın Gimnaziyasının buraxılış sinifləri II Aleksandrın həyat yoldaşı imperatriça Mariya Aleksandrovnaya nümayiş etdirilmişdir. Bu nümayiş də Aleksandra Petrovnanın da başçısı olduğu sinfi iştirak etmişdir. Nümayişdə Aleksandra Petrovna şahzadə Aleksandrın (çar III Aleksandr) həyat yoldaşı Mariya Fyodorovnanın diqqətini cəlb etdi. Mariya Fyodrovna Aleksandra Petrovnaya 2 oğlunun (Nikolay və Georgi) ilkin təhsili və tərbiyəsi ilə məşğul olmaq üçün ayda 2000 rubl maaşlı, pulsuz yaşayış yerli və yemək daxil olan iş təklifi etdi. Anna Petrovna tərəddüd etsə də, zabitlər işin əvvəlki tərbiyəçi hərbçilərdən fərqli olaraq Anna Petrovnanın ali təhsilli olduğu üçün əlifba və vurma cədvəlini öyrətməyin çətin olmayacağını söylədi. Anna Petrovna taxt varisinin tərbiyəçisi olmasının çətin olacağını qeyd etsədə, təklifi qəbul etmişdir.
Vladimir Ollonqren şahzadə Nikolay (gələcək çar II Nikolay) və qardaşı Georgi Aleksandroviç ilə birlikdə təhsil və tərbiyə almağa başlamışdır. Vladimir Ollonqren 1876–1879-cu illərdə şahzadələrlə birlikdə sarayda yaşamışdır. Ona ilk təhsilini anası vermişdir.
Anna Petrovna tərbiyəçilik vəzifəsini başa vurandan sonra Vasileoostrovski Qadın Gimnaziyasının rəhbəri təyin edilmişdir. Şahzadə Nikolayın təklifi ilə Vladimir Ollonqren Pskov Kadet Korpusunda, bacısı isə Pavlovsk Universitetində təhsil almağa göndərilmişdir.
İmperatorun qərarı ilə 31 oktyabr 1877-ci il tarixində Ollonqren qardaşlarının adları Əsilzadələrin Şəcərə Kitabına daxil edilərək əsilzadə elan olundular.
Mühacirət
1920-ci ilin noyabr ayının ortalarında xanımı Yelena Qurskaya ilə birgə Vranqelin ordusu ilə mühacirət etmişdir.
Mühacirətdə Fransada yaşayan Vladimir Ollonqren orada Nitsa şəhərində yaşamışdır. Ölümündən əvvəl orada rus mühacirlər üçün açılmış Rus Evi yataqxanasında yaşamışdır.
Vladimir Ollonqren 1943-cü il 4 avqustda vəfat etmişdir. Cənazəsini baş keşiş Boris Stark oxumuşdur. Paris regionun Sent Jenevyev de Bua şəhərindəki Rus Evi yaxınlığındakı Sent Jenevyev de Bua qəbiristanlığında dəfn olunmuşdur.
Hərbi fəaliyyəti
Pskov Kadet Korpusunun 7 illik təhsilini bitirdikdən sonra 8 fevral 1884-cü il tarixində Vladimir Ollonqren Varşava Yunker Piyada Məktəbində təhsilinə davam etmişdi. 20 aprel 1887-ci ildə 37-ci Yekaterinburq Piyada Alayından podporuçik rütbəsi alaraq məzun olmuşdur. 20 aprel 1891-ci ildə poruçik, 1896-cı ildə kapitan (bəzi mənbələrə görə 6 may 1901) rütbəsi almışdır.
Vladimir Ollonqren 1896-cı ildə Sankt-Peterburqdakı Baş Qərargahın kargüzarlıq şöbəsində çalışmağa başlamışdır. Rusiya imperiyası əhalisinin ilk siyahıya alınmasında fəal iştirak etmişdir.
Vladimir Ollonqren 11 noyabr 1902 tarixindən 1916-cı ilədək Sevastopol qalasında komendantı və qərargah zabiti vəzifəsində çalışmışdır. Vladimir Ollonqren 26 fevral 1909-cu il tarixində Sevastapol qalasının qərargah rəisi təyin olunmuşdur. Həmçinin o, 1910-cu ildə Sevastapolun komendantı təyin olunmuşdur.
1909-cu ildə Vladimir Ollonqren podpolkovnik rütbəsinə yüksəldi. Bu haqda sənəd 26 fevral 1909-cu ildə elan olunmuşdur. 1913-cü ildə isə o polkovnik rütbəsinə yüksəlmiş və 31 dekabr 1912-ci ildə bu haqda sənəd elan olunmuşdur.
1916-cı ildə polkovnik rütbəsi ilə Qafqaza göndərilmişdir.
Vətəndaş müharibəsi zamanında Vladimir Ollonqren Vəhşi diviziyada xidmət etmiş və Stavrapol quberniyasının rəisi vəzifəsinə qəbul olundu. 1919-cu ilin iyul-avqust ayları arasında Sevastopolda fəaliyyət göstərmişdir.
General Tomson Bakıya gələrkən onu rus zabitləri adından Vladimir Ollonqren qarşılamışdı. 1920-ci ilin noyabrında isə Vrangelin ordusuna qoşulmuşdur.
Siyasi fəaliyyəti
Vladimir Ollonqren 1916–1917-ci illərdə Bakı Şəhər İdarəsi rəisi Georgi Kavalyovun müavini vəzifəsində işləmişdir.
15 dekabr 1918-ci il tarixində Vladimir Ollonqren Slavyan-Rus Cəmiyyəti üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. O, parlamentdə Slavyan-Rus Cəmiyyəti fraksiyasının üzvü olmuşdur. 1919-cu ildən etibarən isə Milli azlıqlar fraksiyasına üzv olmuşdur.
Mükafatları
- 3-cü dərəcəli (1894)
- 3-cü dərəcəli (1901)
- "Əlahəzrət İmperatorların Müqəddəs Tacqoymaları xatirəsinə" gümüş medalı
- "İmperator III Aleksandrın tacqoyması (Çar olması) xatirəsinə" gümüş medalı
- "İmperiya əhalisinin ümumi siyahıya alınmasında əməklərinə görə" tünd-bürünc medalı
- Bolqarıstanın 5-ci dərəcəli "Müqəddəs Aleksandr" ordeni
- Qacar imperiyası 4-cü dərəcəli "Şiri-Xurşid" ordeni
- Buxara əmirliyinin 1-ci dərəcəli "Gümüş Ulduz" ordeni
- Buxara əmirliyinin 2-ci dərəcəli "Qızıl Ulduz" ordeni
Ailəsi
- Atası Konstantin Petroviç Ollonqren — Kyummen şəhərində Petrovsk Piyada Alayının mayoru Pyotr Abraham Ollonqrenin ailəsində anadan olmuşdur. 13 yaşında Finlandiya Kadet Korpusuna daxil olmuşdur, 1853-cü ildə poruçik rütbəsi ilə 1846 saylı əmrlə Sankt-Peterburqdakı 2-ci Kadet Korpusuna rəhbər təyin edilir. Həmin il ona ağciyər xəstəliyi diaqnozu qoyuldu. 1855-ci ildə poruçik Ollonqren Aleksandra Okonişnikova ilə tanış olmuş, 19 yanvar 1858-ci ildə isə ailə həyatı qurmuşdular. 1863-cü ildə Konstantin Ollonqren 1-ci Pavlovsk Kadet Korpusuna, sonra 3-cü Pernovsk Əlahəzrət Prussiya Kralı qrenader alayına təyin olundu. 1867-ci ildə kapitan rütbəsinə yüksəldi və Əlahəzrət Yekaterinanın leyb-qrenader alayına təyin olundu. 13 yanvar 1874-cü il tarixində vərəmdən vəfat etmişdir. Smolensk qəbiristanlığında dəfn olunmuşdur.
- Anası Aleksandra Petrovna Ollonqren (Okonişnikova) — Yekaterina Universitetinin məzunu və tərbiyəçisi, 1-ci dərəcəli Georgi ordeni kavalerinin qızı olmuşdur. Kiçik qardaşlarının təlim aldığı 2-ci Kadet Korpusuna tez-tez baş çəkmiş və burada Ollonqren ailəsi ilə tanış olmuşdur. 1858-ci ildə Vladimir Ollonqren ilə ailə həyatı qurmuşdur, 1858-ci ildə Pyotr, 1860-cı ildə Konstantin, 1862-ci ildə Yelizaveta, 1867-ci ildə isə Vladimir dünyaya gəlmişdir. Şahzadələrin tərbiyəsini tamamladıqdan sonra Vasileostorvsk Qadın Gimnaziyasının rəisi təyin olunmuşdur. Oradakı Ehtiyaclı Şagirdlərə Yardım Cəmiyyətinin sədr müavini seçilmişdir. 1896-cı ildə II Nikolay gimnaziya tabeliyinə bina verdi. Bu binanın yaxınlığında, Vasilyevsk adası 9-cu sıra, 6 adresində Aleksandra Petrovna yaşayırdı. Aleksandra Petrovna ərinin yanında, Smolensk qəbiristanlığında dəfn olunmuşdur.
- Qardaşı Pyotr Konstantinoviç Ollonqren — Pskovsk Kadet Korpusunda təhsil almışdır. Səhhətindəki problemlərə görə 24 yaşında təqaüdə çıxdı və Çerniqovski quberniyasının Novoqorod-Severskom qəzasında yaşadı.
- Qardaşı Konstantin Konstantinoviç Ollonqren — Rütbə cədvəlində general rütbəsinə uyğun gələn tibb şöbəsinin dövlət müşaviri oldu. Vasilievski adasında 5-ci sətir 34 adresində yaşamışdır.
- Bacısı Yelizaveta Konstantinovna Ollonqren — Pavlovsk İnstitutunda təhsil almışdır, 20 yaşında zabit Lıva Fyodroviç Savalyovla evlənmişdir.
- Həyat yoldaşı Klavdiya İliçnova Simanova — Vladimir Ollonqrenin ilk xanımıdır və onunla 20 iyul 1897-ci il tarixində Yekaterinburq kafedralında evlənmişdir. Evlilikdən sonra Peterburqda Kiçik İtaliya küçəsi 10, daha sonra isə Morski küçəsi 16 adresində yaşamışdırlar. Bu evlilikdən onların Nina və Alksandr adlı oğulları doğulmuşdur. 1913-cü ildə cütlük boşanmışdır.
- Həyat yoldaşı Yelena Vasilyevna Qurskaya (Ollonqren) — Vladimir Ollonqrenin ikinci xanımı, donanma general-mayoru Vasili Vasilyeviç Kukuranın qızı. 2 sentyabr 1878-ci ildə Krondştadda anadan olmuşdur. Valaxiyadan köç etmiş Kukuran ailəsində doğulmuşdur. Vladimir Ollonqren və Yelena Qurskaya dəvət edildiyi Romanovlar ailəsinin 300 illiyi tədbirində, 17 iyun 1913-cü il tarixində evlənmişdir. Bu hər ikisinin də ikinci evliliyi idi. Yelena Qurskayanın ilk həyat yoldaşı German İvanoviç Qurski 13-cü artilerriya briqadasında xidmət etmişdir. 1909-cu ildə vərəmdən vəfat etmişdir. Yelena 14 fevral 1940-cı ildə vəfat etmişdir. Paris regionun Sent Jenevyev de Bua şəhərindəki Rus Evi yaxınlığındakı Sent Jenevyev de Bua qəbiristanlığında 680 nömrəli məzardadəfn olunmuşdur
- Qızı Nina Ollonqren (1 iyul 1898 – 28 iyul 1990)— 1 iyul 1898-ci ildə Peterburqda doğulmuşdur. Doğumu səbəbi ilə II Nikolay Ollonqren ailəsinə brilyantlarla bəzədilmiş qızıl saat və qızıl broş hədiyyə etmişdir. II Nikolayın əmri ilə Vətənpərvər Yelizaveta İnstitutunda təhsil almışdır. Valideynləri boşandıqdan sonra anası ilə yaşamışdır. 2 fevral 1919-cu ildə Tula quberniyasının zadəgan ailələrindən olan Şatilovlardan Viktor İvanoviç Şatilovla ailə həyatı qurdu. O, 28 iyul 1990-cı ildə Şaxtıda vəfat etmişdir.
- Yeznəsi Viktor İvanoviç Şatilov — 2 fevral 1919-cu ildə Nina Ollonqren ilə evlənmişdir. 1919-cu ildə Nina Ollonqrenin də xidmət göstərdiyi admiral Aleksandr Kolçakın ordusunda xidmət etməyə başladı. SSRİ qurulduqdan sonra xaricə getmədi. 1922-ci ildə Qırmızı Ordunun Qərb Hərbi Dairəsinin müşahidəçi pilotu oldu. İkinci Dünya müharibəsi zamanı bombardman təyyarələrində uçmuşdur. 1943-cü ildə Leninqradı havadan müdafiə edərkən həlak oldu.
- Oğlu Aleksandr Ollonqren — 3 yanvar 1901-ci ildə Kiyevdə anadan olmuşdur. Təhsilinə Sevastopl Kişi Gimnaziyasında başlamışdır. Valideynləri boşandıqdan sonra atası ilə qaldı. 7 sentyabr 1914-cü ildə Dəniz korpusuna qəbul oldu. Orada ən gənc kadet oldu. Fevral inqilabından sonra Dəniz Korpusu əvvəlcə məktəb adlandırıldı və daha sonra isə bağlandı. Bundan sonra Aleksandr atasının yanına, Bakıya gəldi. O burada çox qalmayaraq Sevastopola qayıtmışdır. Burada Qaradəniz Donanmasının minayerində ekipaj üzvü oldu və bir neçə səfərdə iştirak etdi. Bu səfərlər zamanı göstərdiyi şücaətlərə görə 3-cü və 4-cü dərəcəli Müqəddəs Georgi xaçlarıyla təltif edildi. Qaradəniz donanmasının komandiri Aleksandr Kolçakın əmrilə Dəniz Korpusu bərpa olundu. Həmin ilin payızında Aleksandr təhsilinə yenidən başladı. Bir neçə müddət sonra yuxarı siniflər Sakit okeana ekspedisiyaya göndərildi. Aleksandrın olduğu "Qartal" kreyserində ikinci Honq-Konq səfəri zamanı üsyan başladı. Üsyan qanla yatırıldı və bütün dənizçilərin ya Vladivastoka qayıtmağı, ya da qalıb xidmətə davam etməyi tapşırıldı. Maddi çətinliklər səbəbi ilə "Qartal" nəqliyyat gəmisinə çevrildi və Aleksandr gəminin sükançısı təyin olundu. Bir il sonra bir qrup şəxs Aleksandrın rəhbərliyində gəmidən ayrılaraq Kolçakın ordularına qoşulmaq üçün yola düşdü. Xarbinə çatan qrup fəaliyyətə başladı. 1918-ci ildə admiral Kolçak yenə bütün zabitlərin təhsilinə davam etməsi haqda əmr verir və beləliklə Aleksandr təhsilinə davam edir. 1920-ci ilin əvvəlində qoşunların Vladivostoku tuta bilməyəcəyi və Qırmızı Ordunun üstünlüyü məlum olanda Kolçak Dəniz Məktəbini boşaltmaq əmrini verdi. Məktəb Rusiyadan iki kreyserlə ayrıldı — "Qartal" və "Yakut". Aleksandr "Qartal Gəmisi" Yaponiyanın Şimonosaki körfəzinə yanaşanda orada hərbi birləşmələrin birində tərcüməçi işləyən anası ilə görüşə bildi. "Qartal" gəminin məqsədini yenidən hərbi məqsəddən kommersiya məqsədinə dəyişərək Avropaya yoluna davam etdi. Gəmidə Aleksandr son imtahanlarını verdi və təhsilini bitirdi. Daha sonra Sinqapur və Banqhokda yaşayan Aleksandr atasını yalnız 1925-ci ildə, uşaqlarını axtarmaq verdiyi mühacir rus qəzetlərindəki elanlarından birini oxuduqdan sonra tapdı. 1926-cı ildə. Alexander Selma Gedvig Yaqqer ilə evləndi. 1932-ci ildə. Hollandiya vətəndaşlığını qəbul etdi. Ata və oğul yalnız 1938-ci ildə görüşə bildilər Aleksandr Vladimiroviç və həyat yoldaşı Avropaya gəldi. Onun 4 övladı olmuşdur. (Lidiya, Tamara, Yelena və bir oğul). Aleksandr işlədiyi Singer şirkətinin indiki Taylanddakı nümayəndəsi olmuşdur. 1958-ci ildə təqaüdə çıxmış, 15 iyul 1989-cu ildə Haaqada ölmüşdür.
Qalereya
- Vladimir, Yelena Ollonqrenlər və Yelena Kukuran
- Vladimir və Yelena Ollonqrenlər öz kafelərində
- Yelena və Vladimir Ollonqrenlər kafelərinin önündə
Mənbə
İstinadlar
- "Arxivlənmiş surət". 2020-10-20 tarixində . İstifadə tarixi: 2021-08-14.
- Сургучев Илья — Детство императора Николая II, Армада, 1995
- "Arxivlənmiş surət". 2017-10-08 tarixində . İstifadə tarixi: 2021-08-14.
- А. В. Дьяковой "Царская дружба" (СПб, 2008), səh. 145
- "Arxivlənmiş surət". 2021-08-14 tarixində . İstifadə tarixi: 2021-08-14.
- Mehmet Rıhtım və Mehman Süleymanov — Azərbaycan Xalq Cumhuriyyəti və Qafqaz İslam Ordusu — "Nur" Nəşriyyatı, 2008,
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 280. ISBN .
Ədəbiyyat
- (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vladimir Konstantinovic Ollonqren 19 aprel 1867 Kolomna Moskva quberniyasi d 4 oktyabr 1943 Paris Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu parlamentin evvel Slavyan Rus Cemiyyeti fraksiyasinin daha sonra ise Milli azliqlar fraksiyasinin uzvu II Nikolayin usaqliq dostu milliyetci rus herbci Vladimir OllonqrenVladimir Konstantinovich OllongrenAzerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu15 dekabr 1918 27 aprel 1920FraksiyaMilli azliqlar fraksiyasi Slavyan Rus Cemiyyeti fraksiyasiBaki Seher Idaresi reisinin muavini1916 1917ReisGeorgi KavalyovSexsi melumatlarDogum tarixi 19 aprel 1867 1867 04 19 Dogum yeri Kolomna Moskva quberniyasi d Rusiya imperiyasiVefat tarixi 4 oktyabr 1943 1943 10 04 76 yasinda Vefat yeri Paris ParisDefn yeri ParisFealiyyeti herbi qulluqcuAtasi Konstantin Petrovic OllonqrenAnasi Aleksandra Petrovna OllonqrenHeyat yoldasi Yelena Vasilyevna OllonqrenDini PravoslavTeltifleriHeyatiVladimir Ollonqren 19 aprel 1867 ci ilde Kolomna seherinde herbci ailesinde dogulmusdur 1872 ci ilde Vladimir Ollonqrenin 5 yasi olarken atasi vefat etmisdir Anasi Aleksandra Petrovna ogullari Pyotr Konstantin Vladimir ve qizi Yelizavete ile illik 100 rublluq pensiya ile Kolomna seherindeki Pskovski kucesi 15 adresinde tek qalmisdir Aleksandra Petrovna Yekaterin Universitetinden dostu olan xanim Neydqart terefinden Neydqartin rehberi oldugu Kolomna Qadin Gimnaziyasinin 4 cu sinifleri ucun ayliq 30 rubl maasla sinif rehberi vezifesine ise goturuldu 1875 ci ilin may ayinda Kolomno Qadin Gimnaziyasinin buraxilis sinifleri II Aleksandrin heyat yoldasi imperatrica Mariya Aleksandrovnaya numayis etdirilmisdir Bu numayis de Aleksandra Petrovnanin da bascisi oldugu sinfi istirak etmisdir Numayisde Aleksandra Petrovna sahzade Aleksandrin car III Aleksandr heyat yoldasi Mariya Fyodorovnanin diqqetini celb etdi Mariya Fyodrovna Aleksandra Petrovnaya 2 oglunun Nikolay ve Georgi ilkin tehsili ve terbiyesi ile mesgul olmaq ucun ayda 2000 rubl maasli pulsuz yasayis yerli ve yemek daxil olan is teklifi etdi Anna Petrovna tereddud etse de zabitler isin evvelki terbiyeci herbcilerden ferqli olaraq Anna Petrovnanin ali tehsilli oldugu ucun elifba ve vurma cedvelini oyretmeyin cetin olmayacagini soyledi Anna Petrovna taxt varisinin terbiyecisi olmasinin cetin olacagini qeyd etsede teklifi qebul etmisdir Vladimir Ollonqrenin mezari Vladimir Ollonqren sahzade Nikolay gelecek car II Nikolay ve qardasi Georgi Aleksandrovic ile birlikde tehsil ve terbiye almaga baslamisdir Vladimir Ollonqren 1876 1879 cu illerde sahzadelerle birlikde sarayda yasamisdir Ona ilk tehsilini anasi vermisdir Anna Petrovna terbiyecilik vezifesini basa vurandan sonra Vasileoostrovski Qadin Gimnaziyasinin rehberi teyin edilmisdir Sahzade Nikolayin teklifi ile Vladimir Ollonqren Pskov Kadet Korpusunda bacisi ise Pavlovsk Universitetinde tehsil almaga gonderilmisdir Imperatorun qerari ile 31 oktyabr 1877 ci il tarixinde Ollonqren qardaslarinin adlari Esilzadelerin Secere Kitabina daxil edilerek esilzade elan olundular Muhaciret 1920 ci ilin noyabr ayinin ortalarinda xanimi Yelena Qurskaya ile birge Vranqelin ordusu ile muhaciret etmisdir Muhaciretde Fransada yasayan Vladimir Ollonqren orada Nitsa seherinde yasamisdir Olumunden evvel orada rus muhacirler ucun acilmis Rus Evi yataqxanasinda yasamisdir Vladimir Ollonqren 1943 cu il 4 avqustda vefat etmisdir Cenazesini bas kesis Boris Stark oxumusdur Paris regionun Sent Jenevyev de Bua seherindeki Rus Evi yaxinligindaki Sent Jenevyev de Bua qebiristanliginda defn olunmusdur Herbi fealiyyetiPskov Kadet Korpusunun 7 illik tehsilini bitirdikden sonra 8 fevral 1884 cu il tarixinde Vladimir Ollonqren Varsava Yunker Piyada Mektebinde tehsiline davam etmisdi 20 aprel 1887 ci ilde 37 ci Yekaterinburq Piyada Alayindan podporucik rutbesi alaraq mezun olmusdur 20 aprel 1891 ci ilde porucik 1896 ci ilde kapitan bezi menbelere gore 6 may 1901 rutbesi almisdir Vladimir Ollonqren 1896 ci ilde Sankt Peterburqdaki Bas Qerargahin karguzarliq sobesinde calismaga baslamisdir Rusiya imperiyasi ehalisinin ilk siyahiya alinmasinda feal istirak etmisdir Vladimir Ollonqren 11 noyabr 1902 tarixinden 1916 ci iledek Sevastopol qalasinda komendanti ve qerargah zabiti vezifesinde calismisdir Vladimir Ollonqren 26 fevral 1909 cu il tarixinde Sevastapol qalasinin qerargah reisi teyin olunmusdur Hemcinin o 1910 cu ilde Sevastapolun komendanti teyin olunmusdur 1909 cu ilde Vladimir Ollonqren podpolkovnik rutbesine yukseldi Bu haqda sened 26 fevral 1909 cu ilde elan olunmusdur 1913 cu ilde ise o polkovnik rutbesine yukselmis ve 31 dekabr 1912 ci ilde bu haqda sened elan olunmusdur 1916 ci ilde polkovnik rutbesi ile Qafqaza gonderilmisdir Vetendas muharibesi zamaninda Vladimir Ollonqren Vehsi diviziyada xidmet etmis ve Stavrapol quberniyasinin reisi vezifesine qebul olundu 1919 cu ilin iyul avqust aylari arasinda Sevastopolda fealiyyet gostermisdir General Tomson Bakiya gelerken onu rus zabitleri adindan Vladimir Ollonqren qarsilamisdi 1920 ci ilin noyabrinda ise Vrangelin ordusuna qosulmusdur Siyasi fealiyyetiVladimir Ollonqren 1916 1917 ci illerde Baki Seher Idaresi reisi Georgi Kavalyovun muavini vezifesinde islemisdir 15 dekabr 1918 ci il tarixinde Vladimir Ollonqren Slavyan Rus Cemiyyeti uzvu olaraq Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu secilmisdir O parlamentde Slavyan Rus Cemiyyeti fraksiyasinin uzvu olmusdur 1919 cu ilden etibaren ise Milli azliqlar fraksiyasina uzv olmusdur Mukafatlari3 cu dereceli Muqeddes Stanislav ordeni 1894 3 cu dereceli Muqeddes Anna ordeni 1901 Elahezret Imperatorlarin Muqeddes Tacqoymalari xatiresine gumus medali Imperator III Aleksandrin tacqoymasi Car olmasi xatiresine gumus medali Imperiya ehalisinin umumi siyahiya alinmasinda emeklerine gore tund burunc medali Bolqaristanin 5 ci dereceli Muqeddes Aleksandr ordeni Qacar imperiyasi 4 cu dereceli Siri Xursid ordeni Buxara emirliyinin 1 ci dereceli Gumus Ulduz ordeni Buxara emirliyinin 2 ci dereceli Qizil Ulduz ordeniAilesiAtasi Konstantin Petrovic Ollonqren Kyummen seherinde Petrovsk Piyada Alayinin mayoru Pyotr Abraham Ollonqrenin ailesinde anadan olmusdur 13 yasinda Finlandiya Kadet Korpusuna daxil olmusdur 1853 cu ilde porucik rutbesi ile 1846 sayli emrle Sankt Peterburqdaki 2 ci Kadet Korpusuna rehber teyin edilir Hemin il ona agciyer xesteliyi diaqnozu qoyuldu 1855 ci ilde porucik Ollonqren Aleksandra Okonisnikova ile tanis olmus 19 yanvar 1858 ci ilde ise aile heyati qurmusdular 1863 cu ilde Konstantin Ollonqren 1 ci Pavlovsk Kadet Korpusuna sonra 3 cu Pernovsk Elahezret Prussiya Krali qrenader alayina teyin olundu 1867 ci ilde kapitan rutbesine yukseldi ve Elahezret Yekaterinanin leyb qrenader alayina teyin olundu 13 yanvar 1874 cu il tarixinde veremden vefat etmisdir Smolensk qebiristanliginda defn olunmusdur Anasi Aleksandra Petrovna Ollonqren Okonisnikova Yekaterina Universitetinin mezunu ve terbiyecisi 1 ci dereceli Georgi ordeni kavalerinin qizi olmusdur Kicik qardaslarinin telim aldigi 2 ci Kadet Korpusuna tez tez bas cekmis ve burada Ollonqren ailesi ile tanis olmusdur 1858 ci ilde Vladimir Ollonqren ile aile heyati qurmusdur 1858 ci ilde Pyotr 1860 ci ilde Konstantin 1862 ci ilde Yelizaveta 1867 ci ilde ise Vladimir dunyaya gelmisdir Sahzadelerin terbiyesini tamamladiqdan sonra Vasileostorvsk Qadin Gimnaziyasinin reisi teyin olunmusdur Oradaki Ehtiyacli Sagirdlere Yardim Cemiyyetinin sedr muavini secilmisdir 1896 ci ilde II Nikolay gimnaziya tabeliyine bina verdi Bu binanin yaxinliginda Vasilyevsk adasi 9 cu sira 6 adresinde Aleksandra Petrovna yasayirdi Aleksandra Petrovna erinin yaninda Smolensk qebiristanliginda defn olunmusdur Qardasi Pyotr Konstantinovic Ollonqren Pskovsk Kadet Korpusunda tehsil almisdir Sehhetindeki problemlere gore 24 yasinda teqaude cixdi ve Cerniqovski quberniyasinin Novoqorod Severskom qezasinda yasadi Qardasi Konstantin Konstantinovic Ollonqren Rutbe cedvelinde general rutbesine uygun gelen tibb sobesinin dovlet musaviri oldu Vasilievski adasinda 5 ci setir 34 adresinde yasamisdir Bacisi Yelizaveta Konstantinovna Ollonqren Pavlovsk Institutunda tehsil almisdir 20 yasinda zabit Liva Fyodrovic Savalyovla evlenmisdir Heyat yoldasi Klavdiya Ilicnova Simanova Vladimir Ollonqrenin ilk xanimidir ve onunla 20 iyul 1897 ci il tarixinde Yekaterinburq kafedralinda evlenmisdir Evlilikden sonra Peterburqda Kicik Italiya kucesi 10 daha sonra ise Morski kucesi 16 adresinde yasamisdirlar Bu evlilikden onlarin Nina ve Alksandr adli ogullari dogulmusdur 1913 cu ilde cutluk bosanmisdir Yelena Vasilyevna Ollonqren Heyat yoldasi Yelena Vasilyevna Qurskaya Ollonqren Vladimir Ollonqrenin ikinci xanimi donanma general mayoru Vasili Vasilyevic Kukuranin qizi 2 sentyabr 1878 ci ilde Krondstadda anadan olmusdur Valaxiyadan koc etmis Kukuran ailesinde dogulmusdur Vladimir Ollonqren ve Yelena Qurskaya devet edildiyi Romanovlar ailesinin 300 illiyi tedbirinde 17 iyun 1913 cu il tarixinde evlenmisdir Bu her ikisinin de ikinci evliliyi idi Yelena Qurskayanin ilk heyat yoldasi German Ivanovic Qurski 13 cu artilerriya briqadasinda xidmet etmisdir 1909 cu ilde veremden vefat etmisdir Yelena 14 fevral 1940 ci ilde vefat etmisdir Paris regionun Sent Jenevyev de Bua seherindeki Rus Evi yaxinligindaki Sent Jenevyev de Bua qebiristanliginda 680 nomreli mezardadefn olunmusdur Qizi Nina Ollonqren 1 iyul 1898 28 iyul 1990 1 iyul 1898 ci ilde Peterburqda dogulmusdur Dogumu sebebi ile II Nikolay Ollonqren ailesine brilyantlarla bezedilmis qizil saat ve qizil bros hediyye etmisdir II Nikolayin emri ile Vetenperver Yelizaveta Institutunda tehsil almisdir Valideynleri bosandiqdan sonra anasi ile yasamisdir 2 fevral 1919 cu ilde Tula quberniyasinin zadegan ailelerinden olan Satilovlardan Viktor Ivanovic Satilovla aile heyati qurdu O 28 iyul 1990 ci ilde Saxtida vefat etmisdir Yeznesi Viktor Ivanovic Satilov 2 fevral 1919 cu ilde Nina Ollonqren ile evlenmisdir 1919 cu ilde Nina Ollonqrenin de xidmet gosterdiyi admiral Aleksandr Kolcakin ordusunda xidmet etmeye basladi SSRI qurulduqdan sonra xarice getmedi 1922 ci ilde Qirmizi Ordunun Qerb Herbi Dairesinin musahideci pilotu oldu Ikinci Dunya muharibesi zamani bombardman teyyarelerinde ucmusdur 1943 cu ilde Leninqradi havadan mudafie ederken helak oldu Oglu Aleksandr Ollonqren 3 yanvar 1901 ci ilde Kiyevde anadan olmusdur Tehsiline Sevastopl Kisi Gimnaziyasinda baslamisdir Valideynleri bosandiqdan sonra atasi ile qaldi 7 sentyabr 1914 cu ilde Deniz korpusuna qebul oldu Orada en genc kadet oldu Fevral inqilabindan sonra Deniz Korpusu evvelce mekteb adlandirildi ve daha sonra ise baglandi Bundan sonra Aleksandr atasinin yanina Bakiya geldi O burada cox qalmayaraq Sevastopola qayitmisdir Burada Qaradeniz Donanmasinin minayerinde ekipaj uzvu oldu ve bir nece seferde istirak etdi Bu seferler zamani gosterdiyi sucaetlere gore 3 cu ve 4 cu dereceli Muqeddes Georgi xaclariyla teltif edildi Qaradeniz donanmasinin komandiri Aleksandr Kolcakin emrile Deniz Korpusu berpa olundu Hemin ilin payizinda Aleksandr tehsiline yeniden basladi Bir nece muddet sonra yuxari sinifler Sakit okeana ekspedisiyaya gonderildi Aleksandrin oldugu Qartal kreyserinde ikinci Honq Konq seferi zamani usyan basladi Usyan qanla yatirildi ve butun denizcilerin ya Vladivastoka qayitmagi ya da qalib xidmete davam etmeyi tapsirildi Maddi cetinlikler sebebi ile Qartal neqliyyat gemisine cevrildi ve Aleksandr geminin sukancisi teyin olundu Bir il sonra bir qrup sexs Aleksandrin rehberliyinde gemiden ayrilaraq Kolcakin ordularina qosulmaq ucun yola dusdu Xarbine catan qrup fealiyyete basladi 1918 ci ilde admiral Kolcak yene butun zabitlerin tehsiline davam etmesi haqda emr verir ve belelikle Aleksandr tehsiline davam edir 1920 ci ilin evvelinde qosunlarin Vladivostoku tuta bilmeyeceyi ve Qirmizi Ordunun ustunluyu melum olanda Kolcak Deniz Mektebini bosaltmaq emrini verdi Mekteb Rusiyadan iki kreyserle ayrildi Qartal ve Yakut Aleksandr Qartal Gemisi Yaponiyanin Simonosaki korfezine yanasanda orada herbi birlesmelerin birinde tercumeci isleyen anasi ile goruse bildi Qartal geminin meqsedini yeniden herbi meqsedden kommersiya meqsedine deyiserek Avropaya yoluna davam etdi Gemide Aleksandr son imtahanlarini verdi ve tehsilini bitirdi Daha sonra Sinqapur ve Banqhokda yasayan Aleksandr atasini yalniz 1925 ci ilde usaqlarini axtarmaq verdiyi muhacir rus qezetlerindeki elanlarindan birini oxuduqdan sonra tapdi 1926 ci ilde Alexander Selma Gedvig Yaqqer ile evlendi 1932 ci ilde Hollandiya vetendasligini qebul etdi Ata ve ogul yalniz 1938 ci ilde goruse bildiler Aleksandr Vladimirovic ve heyat yoldasi Avropaya geldi Onun 4 ovladi olmusdur Lidiya Tamara Yelena ve bir ogul Aleksandr islediyi Singer sirketinin indiki Taylanddaki numayendesi olmusdur 1958 ci ilde teqaude cixmis 15 iyul 1989 cu ilde Haaqada olmusdur QalereyaVladimir Yelena Ollonqrenler ve Yelena Kukuran Vladimir ve Yelena Ollonqrenler oz kafelerinde Yelena ve Vladimir Ollonqrenler kafelerinin onundeMenbeIstinadlar Arxivlenmis suret 2020 10 20 tarixinde Istifade tarixi 2021 08 14 Surguchev Ilya Detstvo imperatora Nikolaya II Armada 1995 Arxivlenmis suret 2017 10 08 tarixinde Istifade tarixi 2021 08 14 A V Dyakovoj Carskaya druzhba SPb 2008 seh 145 Arxivlenmis suret 2021 08 14 tarixinde Istifade tarixi 2021 08 14 Mehmet Rihtim ve Mehman Suleymanov Azerbaycan Xalq Cumhuriyyeti ve Qafqaz Islam Ordusu Nur Nesriyyati 2008 ISBN 9952 426 23 2 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II cild Baki Lider 2005 seh 280 ISBN 9952 417 44 4 Edebiyyat PDF Baki Azerbaycan nesriyyati AZERBAYCAN RESPUBLIKASI NAZIRLER KABINETINI YANINDA BAS ARXIV IDARESI 1998 seh 992