Bakı Şəhər İdarəsi və ya Bakı Şəhər Upravası— Bakı şəhərinin keçmiş yerli idarəetmə orqanı.
Bakı Şəhər İdarəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Rusiya imperiyası (1877-1918) Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) |
Yaradılma tarixi | Dekabr 1877 (I) Sentyabr 1918 (II) |
Ləğv edilib | 10 aprel 1918 (I) 28 aprel 1920 (II) |
Tabelik | Bakı Şəhər Duması (1877-1918) Bakı Şəhər İctimai Özünüidarəsi (1918-1920) |
Rəhbərlik | |
Rəhbər | Qasım Qasımzadə |
Tarixi
Yaradılması və ilk dövrü
Bakı Şəhər İdarəsi 1877-ci ilin dekabrında təsis edilmişdi. İcra orqanı olan idarə şəhər başçısından, idarə üzvlərindən — onun bölmələrinin müdirlərindən, katibdən, muzdla işləyən memar, mühəndis, yerölçən, həkim, hüquq məsləhətçisi və başqa mütəxəssislərdən ibarət idi. Şəhər başçısı eyni anda həm Bakı Şəhər Dumasına, həm də Bakı Şəhər İdarəsinə başçılıq etmişdir.
1878-ci ildən 1905-ci ilin fevralınadək İdarə Bakı qubernatorunun tabeliyində, 1905-ci ilin dekabr ayından 1906-cı ilin dekabr ayına isə müvəqqəti olaraq qubernatorun tabeliyində, 1907-ci ilin yanvar ayından 1918-ci ilədək isə Bakı Şəhər Duması tabeliyində fəaliyyət göstərmişdir.
1878–1894-cü illərdə 2, 1894–1902-ci illərdə 3, 1902–1910-cu illərdə 4, 1910-cu ildə isə 5 nəfərdən ibarət olmuşdur.
İdarəyə bilavasitə şəhər təsərrüfatı məsələləri ilə məşğul olmaq, idarə başçısına isə onun fəaliyyətinə və tabeliyindəki qurumlara ümumi nəzarət həvalə edilmişdi.
İdarə başçısını Daxili İşlər Nazirliyi təsdiq edirdi. İdarə üzvləri isə Bakı Şəhər Duması deputatlarından (qlasnılardan) təyin olunur, qubernator və şəhər rəisi tərəfindən təsdiq edilirdi.
İdarə 10 aprel 1918-ci ildə Bakı şəhəri və onun rayonlarının inqilabi müdafiə komitəsinin dekreti ilə ləğv olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin sentyabrında yenidən seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı Şəhər İdarəsinin strukturu dəftərxanadan, statistika, torpaq təsərrüfatı, təhsil, su kəməri şöbələrindən, məhkəmə, tikinti, maliyyə bülmələrindən və tibb-sanitariya bürosundan ibarət idi. Bakı Şəhər İdarəsi 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ləğv edildi.
Mənbə
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı, 2004. (az.)
İstinadlar
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Baki Seher Idaresi ve ya Baki Seher Upravasi Baki seherinin kecmis yerli idareetme orqani Baki Seher IdaresiUmumi melumatlarOlke Rusiya imperiyasi 1877 1918 Azerbaycan Xalq Cumhuriyyeti 1918 1920 Yaradilma tarixi Dekabr 1877 I Sentyabr 1918 II Legv edilib 10 aprel 1918 I 28 aprel 1920 II Tabelik Baki Seher Dumasi 1877 1918 Baki Seher Ictimai Ozunuidaresi 1918 1920 RehberlikRehber Qasim QasimzadeTarixiYaradilmasi ve ilk dovru Baki Seher Idaresi 1877 ci ilin dekabrinda tesis edilmisdi Icra orqani olan idare seher bascisindan idare uzvlerinden onun bolmelerinin mudirlerinden katibden muzdla isleyen memar muhendis yerolcen hekim huquq meslehetcisi ve basqa mutexessislerden ibaret idi Seher bascisi eyni anda hem Baki Seher Dumasina hem de Baki Seher Idaresine basciliq etmisdir 1878 ci ilden 1905 ci ilin fevralinadek Idare Baki qubernatorunun tabeliyinde 1905 ci ilin dekabr ayindan 1906 ci ilin dekabr ayina ise muveqqeti olaraq qubernatorun tabeliyinde 1907 ci ilin yanvar ayindan 1918 ci iledek ise Baki Seher Dumasi tabeliyinde fealiyyet gostermisdir 1878 1894 cu illerde 2 1894 1902 ci illerde 3 1902 1910 cu illerde 4 1910 cu ilde ise 5 neferden ibaret olmusdur Idareye bilavasite seher teserrufati meseleleri ile mesgul olmaq idare bascisina ise onun fealiyyetine ve tabeliyindeki qurumlara umumi nezaret hevale edilmisdi Idare bascisini Daxili Isler Nazirliyi tesdiq edirdi Idare uzvleri ise Baki Seher Dumasi deputatlarindan qlasnilardan teyin olunur qubernator ve seher reisi terefinden tesdiq edilirdi Idare 10 aprel 1918 ci ilde Baki seheri ve onun rayonlarinin inqilabi mudafie komitesinin dekreti ile legv olunmusdu Azerbaycan Xalq Cumhuriyyeti dovru Azerbaycan Xalq Cumhuriyyeti yarandiqdan sonra 1918 ci ilin sentyabrinda yeniden secilmisdir Azerbaycan Xalq Cumhuriyyeti dovrunde Baki Seher Idaresinin strukturu defterxanadan statistika torpaq teserrufati tehsil su kemeri sobelerinden mehkeme tikinti maliyye bulmelerinden ve tibb sanitariya burosundan ibaret idi Baki Seher Idaresi 1920 ci il aprel ayinin 28 de Azerbaycan Xalq Cumhuriyyetinin suqutundan sonra legv edildi MenbeAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki 2004 az IstinadlarHemcinin baxBaki Seher Dumasi