Qrifonlu ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşən, memar İ. V. Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilmiş iki mərtəbəli malikanə tipli bina. Bina, memar İ. V. Edelin yaradıcılığında xüsusi yer tutur.
Qrifonlu ev | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Yusif Məmmədəliyev küçəsi, 20 |
Memar | İ.V. Edel |
Sifarişçi | B. Lazarev |
Tikilmə tarixi | 1894 - 1896 |
Üslubu | Eklektika |
İstinad nöm. | 3349 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Keçmiş Politseyskaya (indiki Yusif Məmmədəliyev) küçəsində yerləşən bu malikanə, başlanğıcda Lazarev ailəsinə məxsus olduğu guman edilir. Bunu binanın əsas frontonunda quraşdırılmış LB inisialı olan nəfis venzel təsdiqləyir. Bir müddət sonra, bu binaya tanınmış ticarətçi Akopov köçür və binanın birinci mərtəbəsində "Münch und Weiss" Ticarət Yoldaşlığını təsis edir.
Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi (həmin dövrdə Gürcüstanın Azərbaycandakı səfiri N. S. Alşibay idi) yerləşirdi. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayırdı. Bir zamanlar Qrifonlar evi yaxınlıqdakı Teatr institutunun əsas korpusuna birləşirdi, lakin həmin bina söküldükdən sonra, burada böyük boş ərazi yarandı və zamanla istifadəsizlikdən bu boşluq bataqlığa çevrildi.
Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət yerləşirdi, ancaq bəzi səbəblərə görə səfirlik başqa yerə köçürüldü.
Memarlıq xüsusiyyətləri
Malikanə (mülk) tipdə olan yaşayış evi 1894–1896-cı illərdə memar İohann Vilhelmoviç Edel tərəfindən inşa edilmişdir. Bina ümumilikdə Yusif Məmmədəliyev (keçmiş Politeseyskaya) küçəsinin memarlıq quruluşuna uyğunlaşdırılsa da, öz klassik formaları, kompozisiyasının zərifliyi, memarlıq elementləri və detallarının incəliklə təsvir edilməsi ilə ətrafdakı binalardan fərqlənir.
Planlaşdırılması
21,90×29.10 m ölçülərdə, böyük olmayan tikinti sahəsi həyət sisteminin perimetri boyunca inkişaf edir. Sahənin yarısını iki sırada düzülən otaqlar və yuxarı yan tərəfdən qismən işıqlanan qapalı pilləkən qəfəsi tutur. Yaşayış binasının baş həcmindən başlayaraq, kvadratşəkilli həyətin cinahları boyunca xidməti otaqlar yerləşir. Həyətin yan tərəfində tualetlərin də yerləşdiri pilləkən dayanır.
Malikanənin mərkəzi hissəsini anfilada sistemində düzülən yan salonları olan möhtəşəm zal tutur. Zal enli eyvana açılır, salonların isə fransız üslublu eyvanları vardır. Malikanə memar İ. Edelin özünəməxsus qaydada ümumi məxrəcə gətirdiyi həmin dövrün planlaşdırma strukturunu təmsil edir.
Eksteryeri
Binanın fasadında neo-yunan cərəyanının təsirləri müəyyən dərəcədə hiss olunur ki, bu da eklektika və üslublaşdırma dövrü üçün xarakterik xüsusiyyətdir. Fasad frontonlar və yan tinlənmələrlə mərkəzi hissə vasitəsilə üç oxlu sistem ilə qeyd edilmişdir. İonik sütunlar və geniş şəkildə tinlənmiş pilonlar ilə mərkəzin yuxarı hissəsi portik şəklində xüsusi diqqət cəlb edir.
Binanın fasadında memar İ. Edel məlum üsul və formaların ciddi, qabarıq olmayan traktovkasını təqdim edir. O, fasad üzərində həddindən artıq detal və dekorativ elementlərin çoxluğuna yol vermir. Portalşəkilli baş girişlər frontonaltı canlı kronşteynlərlə birgə aydın və qabarıq şəkildə cizgilənmişdir. Girişin taxta qapı tayları effektli heykəltəraşlıq elementləri və naxışlarla bəzədilmişdir.
İnteryeri
Malikanənin təntənəli otaqlarının interyerləri karnizlərin inkişaf etmiş forması, plafonların gözəl xətləri sayəsində estetik funksiyalar daşıyırlar. Dəhlizdən çıxan bir neçə pillə daha təntənəli pilləkən qəfəsi interyerini açıqlayır. Memar İ. Edel divarın rustovkasını yuxarı yarusa qədər davam edir və onu dekorativ ekranlar əlavə etməklə daha da zənginləşdirir, rustovkaların arasında kornşteynli karniz iştirak edir. Bir qədər də yucarıda yastı pilyastrları olan enli dekorativ zolaq inkişaf etməkdədir.
Memar malikanənin pilləkən qəfəsinin fəza mühitini yeni interyer üsulları ilə zənginləşdirməyə çalışmış, memarlıq motivlərinin özünəməxsus hərarətini interyerlərə hopdurmağa cəhd etmişdir.
İstinadlar
- Ş. S. Fətullayev-Fiqarov, 2013, səh. 103
- Дипломатические представительства АДР. 2014 Президентская Библиотека. 2018-04-25 tarixində . İstifadə tarixi: 2015-11-06.
- . Наш Баку. 2014-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
- Ş. S. Fətullayev-Fiqarov — Bakının memarlıq ensiklopediyası, səh. 124
- Ş. S. Fətullayev-Fiqarov — Bakının memarlıq ensiklopediyası, səh. 125
- Ş. S. Fətullayev-Fiqarov, 2013, səh. 104
Ədəbiyyat
- S. Ş. Fətullayev-Fiqarov — Bakının memarlıq ensiklopediyası, red.: A. B. Şirəlizadə, Azərbaycan Respublikası Memarlar İttifaqı, Bakı, Şərq-Qərb nəşriyyatı, 2013, 528 səh.
- S. Ş. Fətullayev-Fiqarov — Bakı memarları XIX əsrin sonu-XX əsrin əvvəllərində, Azərbaycan Respublikası Memarlar İttifaqı, Bakı, Şərq-Qərb nəşriyyatı, 2013, 296 səh.
Xarici keçidlər
- Баку может остаться без исторического здания с "грифонами" 2016-03-04 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qrifonlu ev Baki seheri Yusif Memmedeliyev kucesi 20 unvaninda yerlesen memar I V Edelin layihesi esasinda 1894 1896 ci illerde B Lazerevin sifarisi esasinda insa edilmis iki mertebeli malikane tipli bina Bina memar I V Edelin yaradiciliginda xususi yer tutur Qrifonlu ev40 22 17 sm e 49 50 20 s u Olke AzerbaycanSeher Baki BakiYerlesir Yusif Memmedeliyev kucesi 20Memar I V EdelSifarisci B LazarevTikilme tarixi 1894 1896Uslubu EklektikaAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 3349KateqoriyaBinaEhemiyyetiYerli ehemiyyetliQrifonlu ev Vikianbarda elaqeli mediafayllarTarixiKecmis Politseyskaya indiki Yusif Memmedeliyev kucesinde yerlesen bu malikane baslangicda Lazarev ailesine mexsus oldugu guman edilir Bunu binanin esas frontonunda qurasdirilmis LB inisiali olan nefis venzel tesdiqleyir Bir muddet sonra bu binaya taninmis ticaretci Akopov kocur ve binanin birinci mertebesinde Munch und Weiss Ticaret Yoldasligini tesis edir Azerbaycan Demokratik Respublikasinin movcudlugu illerinde burada Gurcustanin diplomatik numayendeliyi hemin dovrde Gurcustanin Azerbaycandaki sefiri N S Alsibay idi yerlesirdi Sovet illerinde burada bir cox meshur bakililar yasayirdi Bir zamanlar Qrifonlar evi yaxinliqdaki Teatr institutunun esas korpusuna birlesirdi lakin hemin bina sokuldukden sonra burada boyuk bos erazi yarandi ve zamanla istifadesizlikden bu bosluq bataqliga cevrildi Musteqilliyin elde edilmesinden sonra bu binada bir muddet yerlesirdi ancaq bezi sebeblere gore sefirlik basqa yere kocuruldu Memarliq xususiyyetleriMalikane mulk tipde olan yasayis evi 1894 1896 ci illerde memar Iohann Vilhelmovic Edel terefinden insa edilmisdir Bina umumilikde Yusif Memmedeliyev kecmis Politeseyskaya kucesinin memarliq qurulusuna uygunlasdirilsa da oz klassik formalari kompozisiyasinin zerifliyi memarliq elementleri ve detallarinin incelikle tesvir edilmesi ile etrafdaki binalardan ferqlenir Planlasdirilmasi 21 90 29 10 m olculerde boyuk olmayan tikinti sahesi heyet sisteminin perimetri boyunca inkisaf edir Sahenin yarisini iki sirada duzulen otaqlar ve yuxari yan terefden qismen isiqlanan qapali pilleken qefesi tutur Yasayis binasinin bas hecminden baslayaraq kvadratsekilli heyetin cinahlari boyunca xidmeti otaqlar yerlesir Heyetin yan terefinde tualetlerin de yerlesdiri pilleken dayanir Malikanenin merkezi hissesini anfilada sisteminde duzulen yan salonlari olan mohtesem zal tutur Zal enli eyvana acilir salonlarin ise fransiz uslublu eyvanlari vardir Malikane memar I Edelin ozunemexsus qaydada umumi mexrece getirdiyi hemin dovrun planlasdirma strukturunu temsil edir Eksteryeri Binanin ionik sutunlarla desteklenen qrifonlu portiki Binanin fasadinda neo yunan cereyaninin tesirleri mueyyen derecede hiss olunur ki bu da eklektika ve uslublasdirma dovru ucun xarakterik xususiyyetdir Fasad frontonlar ve yan tinlenmelerle merkezi hisse vasitesile uc oxlu sistem ile qeyd edilmisdir Ionik sutunlar ve genis sekilde tinlenmis pilonlar ile merkezin yuxari hissesi portik seklinde xususi diqqet celb edir Binanin fasadinda memar I Edel melum usul ve formalarin ciddi qabariq olmayan traktovkasini teqdim edir O fasad uzerinde heddinden artiq detal ve dekorativ elementlerin coxluguna yol vermir Portalsekilli bas girisler frontonalti canli kronsteynlerle birge aydin ve qabariq sekilde cizgilenmisdir Girisin taxta qapi taylari effektli heykelterasliq elementleri ve naxislarla bezedilmisdir Interyeri Malikanenin tenteneli otaqlarinin interyerleri karnizlerin inkisaf etmis formasi plafonlarin gozel xetleri sayesinde estetik funksiyalar dasiyirlar Dehlizden cixan bir nece pille daha tenteneli pilleken qefesi interyerini aciqlayir Memar I Edel divarin rustovkasini yuxari yarusa qeder davam edir ve onu dekorativ ekranlar elave etmekle daha da zenginlesdirir rustovkalarin arasinda kornsteynli karniz istirak edir Bir qeder de yucarida yasti pilyastrlari olan enli dekorativ zolaq inkisaf etmekdedir Memar malikanenin pilleken qefesinin feza muhitini yeni interyer usullari ile zenginlesdirmeye calismis memarliq motivlerinin ozunemexsus heraretini interyerlere hopdurmaga cehd etmisdir IstinadlarS S Fetullayev Fiqarov 2013 seh 103 Diplomaticheskie predstavitelstva ADR 2014 Prezidentskaya Biblioteka 2018 04 25 tarixinde Istifade tarixi 2015 11 06 Nash Baku 2014 08 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 06 S S Fetullayev Fiqarov Bakinin memarliq ensiklopediyasi seh 124 S S Fetullayev Fiqarov Bakinin memarliq ensiklopediyasi seh 125 S S Fetullayev Fiqarov 2013 seh 104EdebiyyatS S Fetullayev Fiqarov Bakinin memarliq ensiklopediyasi red A B Sirelizade Azerbaycan Respublikasi Memarlar Ittifaqi Baki Serq Qerb nesriyyati 2013 528 seh S S Fetullayev Fiqarov Baki memarlari XIX esrin sonu XX esrin evvellerinde Azerbaycan Respublikasi Memarlar Ittifaqi Baki Serq Qerb nesriyyati 2013 296 seh Xarici kecidlerBaku mozhet ostatsya bez istoricheskogo zdaniya s grifonami 2016 03 04 at the Wayback Machine