Kərim xan Kəngərli — Naxçıvan xanlığının sonuncu xanı. Onun hakimiyyət illəri fasilələrlə 1808-ci ildən 1827-ci ilə qədər davam etmişdir. 1828-ci ildə Naxçıvan xanlığının ləğv edilməsindən sonra Ehsan xan Kəngərli Naxçıvan bölgəsinin qubernatoru təyin edildi. O, bu vəzifəsini Rusiya imperiyası tabeliyi altında yerinə yetirirdi.
Kərim xan Kəngərli | |
---|---|
1808 – 1808 | |
Əvvəlki | Kəlbəli xan Kəngərli |
Sonrakı | Kəlbəli xan Kəngərli |
Naxçıvan xanlığının XXIV xanı | |
1820 – 1822 | |
Əvvəlki | Nəzərəli xan Kəngərli |
Sonrakı | |
Naxçıvan xanlığının XXVI xanı | |
1823 – 1826 | |
Əvvəlki | |
Sonrakı | |
Naxçıvan xanlığının XXVIII xanı | |
1826 – 1828 | |
Əvvəlki | |
Şəxsi məlumatlar | |
Atası | Kəlbəli xan Kəngərli (bəzi azsaylı iddialara görə) |
Dini | Şiə İslam |
Kərim xanın Naxçıvan xanlığındakı hakimiyyəti fasilələrlə 1827-ci ilə qədər davam etmişdir.
Ailəsi barədə
Kərim xan türklərin Kəngərli tayfasına məxsusdur. Yaşadığı dövrdən elə indiyə qədər o, qaynaqlarda Kəlbəli xan Kəngərlinin qardaşı, qardaşının oğlu və bəzən də əmisinin oğlu olaraq adlandırılır. Tiflis arxivində saxlanılan qaynaqlardan bəlli olur ki, Kərim xanın İmamqulu xan adlı oğlu Heydərqulu xanın Telli Bəyim adlı qızı ilə evlənmişdir. Naxçıvan xanlarından biri olan da bəzən qaynaqlarda Kəlbəli xanın qardaşı və ya qardaşının oğlu olaraq adlandırılmaqdadır. Görünür Kəngərlilərin adət-ənənələri rus tədqiqatçılarının məsələləri qarışdırmasına yol açmışdır. Beləki bəzi türk tayfaları arasındakı qədim adətə görə ölmüş qardaşın arvadı ərin qardaşlarından biri tərəfi ilə yenidən evləndirilirdi. Beləliklə, azərbaycanlı tədqiqatçıların bu cür adətin rus tədqiqatçıların Naxçıvan xanları arasında münasibətləri tam anlamasına əngəl olduqlarını düşünürlər. Bunları əsas gətirərək azərbaycan tarixçi bildirir ki, Kəlbəli xan ilə Kərim xan qardaş olmuşdurlar.
Həyatı
Kərim xanın adı 1810-cu ilə aid sənədə keçməkdədir. Qacar ordusunun rəhbəri və vəliəhd şahzadə Abbas Mirzənin oğlu tərəfindən yazılmış bu məktubda Kərim xandan Qarabağı ələ keçirilməsi istənilirdi. Bu məqsəd üçün ona 1000 süvari də yardıma göndərilmişdi. Artıq iyun ayının əvvəllərində Kərim xan əmrində olan ordu ilə birlikdə Qarabağda əməliyyatlara başlamışdı. Onun Mehri istiqamətindəki yolları bağlamasından sonra bölgədəki rus komandanı general Nebolsin polkovnik Kortlyarevskiyə XVII Yaeger alayını götürərək Kərim xanın ələ keçirdiyi yeri geri almağa göndərir. Yürüşə başlayan Kortlyarevski Kərim xanın mövqeləndiyi yerə gəlir və baş verən toqquşmalardan sonra onu Ordubada doğru geri çəkilməyə məcbur edir. Bir qədər sonra isə Pyotr Stepanoviç gecə hücumu ilə birlikdə Mehrini ələ keçirir. Mehridəki Qacar qarnizonunun komandanı Pir Qulu xan Arazı keçərək Qaradağa, Kərim xan isə Naxçıvana gedir.
Nəticədə yürüşü uğursuz həyata keçirdiyi üçün Kərim xan Tehrana göndərilir və onun yerinə artıq vəfat etmiş Kəlbəli xan Kəngərlinin ən böyük oğlu Nəzərəli xan Kəngərli gətirilir. Lakin Kərim xan Kəngərli bir neçə ildən sonra yenidən Naxçıvanın xanı olmağı bacarır. O, 1813-cü ildə ikinci dəfə Naxçıvan xanı olmağı bacarır. 1816-cı ildə bu vəzifədən göndərilsə də, 1820-ci ildə yenidən xan təyin edilir. Bu dəfəki xanlıq müddəti 2 il davam edir. 1822-ci ildə onun yerinə Hüseyn Mirzə təyin edilsə də, bir ildən sonra, yəni 1823-cü ildə Kərim xan yenidən Naxçıvan xanlığına təyinat almağı bacarır. Onun bu dəfəki xanlığq müddəti İkinci Rus-İran müharibəsinin başlaması ilə üst-üstə düşür. Buna görə də, Abbas Mirzənin oğlu onu xanlıq vəzifəsindən alıb, yerinə Məhəmmədbağır xan Kəngərlini təyin edir. Lakin Məhəmmədbağır xanın gözləntiləri doğrultmamasına görə onun yerinə elə həmin ildə yenidən Kərim xan Kəngərli xanlıq taxtına təyinat alır.
1816-cı ildə general Yermolov Naxçıvana səfər edərkən Naxçıvanda olan Kəlbəli xan Kəngərli onu qarşılamışdı. Həmin zaman Naxçıvanın xanı olan Kəlbəli xan görüşmələr zamanı Yermolovun qalması üçün Kərim xan Kəngərlinin evini ayırmışdı.
Rusiya imperiyası ilə mübarizəsi
18127-ci ildə Kərim xan özünün yeznəsi və birbaşa qohumu olan Ehsan xan Kəngərlini cəzalandırmaq qərarına gəlir. Çünki Ehsan xan rus ordusuna yardım etməkdə idi. 17 iyulda Abbasabad yaxınlığında düşərgə salmış rus ordusuna Ehsan xan Naxçıvanski tərəfindən məlumat göndərilir. Məlumatda Ehsan xan ona qarşı hücum hazırlıqlarının getdiyini bildirirdi. Paskeviç təcili müvafiq addımları atdı və 19 iyul tarixində Tiflis piyada alayı, Qara dəniz kazakları və 6 atlı top general-mayor knyaz Vadbolskinin komandanlığı altında Ordubada göndərilir. Ehsan xan ilə görüşən Vadbolski ona 400 Qacar ordusunun istifadə etdiyi tüfəng, eləcə də top verir. Eyni zamanda Vadbolski tərəfindən Ehsan xan Naxçıvanski rus hökumətinin Naxçıvandakı hakimi təyin edilir. 21 iyulda Vadbolski və ordusu Ordubaddan çıxaraq Naxçıvana geri dönürlər. Yerli əhalinin bir hissəsi, eləcə də Şeyxəli bəyin ailəsi də onunla birlikdə Naxçıvana gedir. Ehsan xan və ətrafı isə Ordubadda qalmağa davam edirlər.
Ordubaddakı rus qüvvələrinin ayrılmasından iki gün keçdikdən sonra Kərim xan özünə sadiq Kəngərli süvariləri ilə birlikdə şəhər ətrafında ortaya çıxdı. O, Ordubadın ətrafındakı kəndlərə hücumlar təşkil etməkdə idi. Qafqazdakı rus hərbi əməliyyatları barədə yazmış general Potto bu hadisələr barədə bunu yazır:
Yağma edərkən təxminən 70 nəfər ilə birlikdə Kərim özü Ordubad yaxınlığında olan erməni kəndi Siariyə doğru getdi. Ehsan xan təxminən 60 sərbaz ilə birlikdə kəndin köməyinə gəldi və Kərim xan məğlub edildi. Sərbazlardan biri ona tərəf qaçan döyüşçülərdən birini vurdu və Əliəkbər Sultan Daranı əsir götürdü. Paskeviçin sözü ilə desək Əliəkbər Sultan bu tərəflərdə çox məşhur biri idi.
Məğlubiyyət Kərim xanın qəzəblənməsinə səbəb olmuşdu. Abbas Mirzə tərəfindən yardım qüvvələri aldıqdan sonra yenidə Ordubada yürüş edildi. Bu dəfə onun tabeliyində 3 min nəfərlik ordu var idi. Ağır döyüşdən sonra şəhər ələ keçirildi. Ehsanı xanı dəstəkləyən qüvvələrin önəmli bir hissəsi qaçdı. Özü isə bir neçə yaxın Kəngərli üzvü ilə birlikdə qalaya sığındı. Qalada su olmamasına baxmayaraq, sona qədər mübarizə aparılması ilə bağlı qərar qəbul edildi. Hətta Ehsan xan mühasirəyə baxmayaraq, Paskeviçin yanına casus göndərərək ondan təcili yardıma gəlinməsini tələb etdi. Sonda avqust ayının 1-də rus qüvvələri Ordubada yaxınlaşmağa başladılar. Onlarla həlledici döyüşə girmək istəməyən Kərim xan geri çəkildə və Araz boyuna yollandı. Beləliklə də, Ehsan xan Kəngərli xilas olmuş oldu. 7 avqust tarixində Vərəndə kəndi yaxınlığında Knyaz Baqrationun tabeliyində irəliləyən rus ordusu Kərim xanın ordusu tərəfindən hücuma məruz qaldı. Kərim xanın tabeliyində 2 tabor sərbaz, iki min süvari və bir neçə kiçik top var idi. Özünəməxsus qətiliklə hücuma keçən Kərim xan rus ordusunu dəəyə sıxışdırmağı bacardı. Naxçıvandan yaxınlaşan başqa bir rus ordusunun bölgəyə gəlişi xəbəri Kərim xanı geri çəkilmə qərarı verməsinə yol açdı. Kərim xan bu dəstənin ön dəstəsinin böyük olmasına görə yanlışlıqla daha böyük bir ordunun yaxınlaşdığını düşünmüşdü.
Ehsan xanı Ordubaddan çıxardıqdan sonra Kərim xan orada yerləşmiş və buradan mərkəz kimi istifadə edərək ətrafdakı yerlərə yürüşlər etmişdi.Lakin Paskeviçin komandanlıq etdiyi qüvvələrin tədricən öz vəziyyətii düzəltməyə başlaması ilə Kərim xanın ordusunda əhval-ruhiyyə pozulmağa başladı. Knyaz Eristovun komandanlığı altındakı ordu 1827-ci ilin sentyabrında Arazı keçərək Təbrizə doğru yürüşə başladıqları zaman Kərim xanın dəstəsində vəziyyət tamamilə dəyişdi. Naxçıvan xanını dəstəkləyən Kəngərli qüvvələri tərəf dəyişdirərək ruslar tərəfə keçdilər. Muravyov bu hadisələri belə təsvir edir:
Bu keçid zamanı Kərim xanın nökərləri bizim yanımıza gəldilər, bunlar onun xidmətçiləri idilər və birlikdə onun ordusunu təşkil edirdilər. Bu zaman, ən azı 60-70 nəfər, Naxçıvan xanlığında yaşayan Kəngərli tayfasının ən yaxşı süvariləri bizim yanımıza gəldilər. Sonuncu Türk müharibəsi zamanı mən bizimlə yürüşdə iştirak edən Kəngərli süvariləri dəstəsində xidmət edən bu şəxslərdən bir neçəsini tanıdım. Nökər xidmətçi deməkdir, lakin bu xüsusilə hansısa sahibin komandanlığı altında onun üçün süvari kimi xidmət edən şəxsə deyilir. Bu başqaldırmış şəxslər öz rəhbərlərini tərk etdilər, çünki bilirdilər ki, Kərim xan artıq xanlığını ala bilməz və yəqin ki, artıq dəstəkləməyə imkanı olmayan bu adamların keçidi, bəlkə də, yenidən öz vətənlərində məskunlaşa biləcək nökərlər və onların xanlarının qarşılıqlı razılığının nəticəsi idi. Bu insanlardan azı biz ordumuzda qaldı, onların çoxu bizim icazəmizlə Naxçıvana döndü və uzun müddət dağlarda dolaşan xan öz mülklərini itirdi və bu barədə məlumat mənə Mərənddə verildi. O, yəqin ki, artıq müfəttişlər tərəfindən araşdırılıb və seçilib; Bizə gətirilən köhnə xalçalar, bərbad çay qabları, çarpayılar, mis qablar və digər məişət əşyaları inventarlaşdırılaraq xüsusi məmura təhvil verilir, o da onları nəcib ziyarətçisi olan iranlıların qəbullarında paylayırdı.
Naxçıvan xanlığı ərazisind yerləşən və Kərim xana məxsus olan bütün mülkiyyətlər müsadirə edildi və rus xəzinəsinə daxil edildi. 1830-cu illərin əvvəllərində Kərim xan rus hakim dairələri ilə əlaqə saxlayaraq geri dönmək niyyətinin olduğunu bildirdi. Onun oğlu Naxçıvan və İrəvana gəlib bu məqsəd üçün çalışsa da, heç nə əldə edə bilmədi. Hər bir halda, Abbas Mirzə Kərim xan və digər Kəngərli bəylərinə Marağa xanlığı ərazisində kəndlər vermişdi. Buna görə də, Kərim xan 1827-ci ildən sonra oraya köçdü.
Ailəsi
1808-ci ildə Kəlbəli xan ilə Kərim xanın ailəsi müəyyən mənada uzlaşmaya gələ bildilər. Kəlbəli xanın oğlu olan Ehsan xan Kərim xanın tək qızı olan Bədir Nisə Bəyim ilə evləndirildi. Tiflis arxivində saxlanılan sənədlərdən aydın olur ki, Kərim xanın oğlu İmamqulu xan da Heydərqulu xanın oğlu Rəhim xan Kəngərlinin qızı Telli Bəyim ilə evlənmişdir.
Həmçinin bax
İstinadlar
- Documents of the 17th and 19th centuries, 1936. səh. 73–77
- Rəhimoğlu, 2017
- Əliyev, 1996
- Нагдалиев, 2006. səh. 46-47
- Əliyev, 1996. səh. 63
- Нагдалиев, 2006. səh. 61-62
- Нагдалиев, 2006. səh. 63-65
- Нагдалиев, 2006. səh. 48
- Нагдалиев, 2006. səh. 330-331
Mənbə
- Фархад Нагдалиев. Ханы Нахичеванский в Российской империи / Научный ред. серии Э. Мамедли, оформление Ф. Нагдалиев. Москва: Новый Аргумент. 2006.
- Musa Rəhimoğlu Quliyev. Naxçıvan xanlığının sonuncu xanı kim olub? Tariximilə bağlı mühüm bir sual üzərindən düşüncələr. anl.az. 2017.
- Fuad Əliyev, Mirabdulla Əliyev. (PDF). Bakı: Azərnəşr. Mahmud İsmayılov. 1996.
- Western Asia in documents. Nakhichevan handwritten documents of the 17th and 19th centuries. 1936.
Xarici keçidlər
- Musa Rəhimoğlu. "Naxçıvan xanlığının sonuncu xanı kim olub?" (az.). "525-ci qəzet". 13 aprel 2017. 2020-06-01 tarixində . İstifadə tarixi: 2020-06-01.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kerim xan Kengerli Naxcivan xanliginin sonuncu xani Onun hakimiyyet illeri fasilelerle 1808 ci ilden 1827 ci ile qeder davam etmisdir 1828 ci ilde Naxcivan xanliginin legv edilmesinden sonra Ehsan xan Kengerli Naxcivan bolgesinin qubernatoru teyin edildi O bu vezifesini Rusiya imperiyasi tabeliyi altinda yerine yetirirdi Kerim xan KengerliNaxcivan xanliginin XVIII xani1808 1808EvvelkiKelbeli xan KengerliSonrakiKelbeli xan KengerliNaxcivan xanliginin XXIV xani1820 1822EvvelkiNezereli xan KengerliSonrakiNaxcivan xanliginin XXVI xani1823 1826EvvelkiSonrakiNaxcivan xanliginin XXVIII xani1826 1828EvvelkiSexsi melumatlarAtasi Kelbeli xan Kengerli bezi azsayli iddialara gore Dini Sie Islam Kerim xanin Naxcivan xanligindaki hakimiyyeti fasilelerle 1827 ci ile qeder davam etmisdir Ailesi baredeKerim xan turklerin Kengerli tayfasina mexsusdur Yasadigi dovrden ele indiye qeder o qaynaqlarda Kelbeli xan Kengerlinin qardasi qardasinin oglu ve bezen de emisinin oglu olaraq adlandirilir Tiflis arxivinde saxlanilan qaynaqlardan belli olur ki Kerim xanin Imamqulu xan adli oglu Heyderqulu xanin Telli Beyim adli qizi ile evlenmisdir Naxcivan xanlarindan biri olan da bezen qaynaqlarda Kelbeli xanin qardasi ve ya qardasinin oglu olaraq adlandirilmaqdadir Gorunur Kengerlilerin adet eneneleri rus tedqiqatcilarinin meseleleri qarisdirmasina yol acmisdir Beleki bezi turk tayfalari arasindaki qedim adete gore olmus qardasin arvadi erin qardaslarindan biri terefi ile yeniden evlendirilirdi Belelikle azerbaycanli tedqiqatcilarin bu cur adetin rus tedqiqatcilarin Naxcivan xanlari arasinda munasibetleri tam anlamasina engel olduqlarini dusunurler Bunlari esas getirerek azerbaycan tarixci bildirir ki Kelbeli xan ile Kerim xan qardas olmusdurlar HeyatiKerim xanin adi 1810 cu ile aid senede kecmekdedir Qacar ordusunun rehberi ve veliehd sahzade Abbas Mirzenin oglu terefinden yazilmis bu mektubda Kerim xandan Qarabagi ele kecirilmesi istenilirdi Bu meqsed ucun ona 1000 suvari de yardima gonderilmisdi Artiq iyun ayinin evvellerinde Kerim xan emrinde olan ordu ile birlikde Qarabagda emeliyyatlara baslamisdi Onun Mehri istiqametindeki yollari baglamasindan sonra bolgedeki rus komandani general Nebolsin polkovnik Kortlyarevskiye XVII Yaeger alayini goturerek Kerim xanin ele kecirdiyi yeri geri almaga gonderir Yuruse baslayan Kortlyarevski Kerim xanin movqelendiyi yere gelir ve bas veren toqqusmalardan sonra onu Ordubada dogru geri cekilmeye mecbur edir Bir qeder sonra ise Pyotr Stepanovic gece hucumu ile birlikde Mehrini ele kecirir Mehrideki Qacar qarnizonunun komandani Pir Qulu xan Arazi kecerek Qaradaga Kerim xan ise Naxcivana gedir Neticede yurusu ugursuz heyata kecirdiyi ucun Kerim xan Tehrana gonderilir ve onun yerine artiq vefat etmis Kelbeli xan Kengerlinin en boyuk oglu Nezereli xan Kengerli getirilir Lakin Kerim xan Kengerli bir nece ilden sonra yeniden Naxcivanin xani olmagi bacarir O 1813 cu ilde ikinci defe Naxcivan xani olmagi bacarir 1816 ci ilde bu vezifeden gonderilse de 1820 ci ilde yeniden xan teyin edilir Bu defeki xanliq muddeti 2 il davam edir 1822 ci ilde onun yerine Huseyn Mirze teyin edilse de bir ilden sonra yeni 1823 cu ilde Kerim xan yeniden Naxcivan xanligina teyinat almagi bacarir Onun bu defeki xanligq muddeti Ikinci Rus Iran muharibesinin baslamasi ile ust uste dusur Buna gore de Abbas Mirzenin oglu onu xanliq vezifesinden alib yerine Mehemmedbagir xan Kengerlini teyin edir Lakin Mehemmedbagir xanin gozlentileri dogrultmamasina gore onun yerine ele hemin ilde yeniden Kerim xan Kengerli xanliq taxtina teyinat alir 1816 ci ilde general Yermolov Naxcivana sefer ederken Naxcivanda olan Kelbeli xan Kengerli onu qarsilamisdi Hemin zaman Naxcivanin xani olan Kelbeli xan gorusmeler zamani Yermolovun qalmasi ucun Kerim xan Kengerlinin evini ayirmisdi Rusiya imperiyasi ile mubarizesi 18127 ci ilde Kerim xan ozunun yeznesi ve birbasa qohumu olan Ehsan xan Kengerlini cezalandirmaq qerarina gelir Cunki Ehsan xan rus ordusuna yardim etmekde idi 17 iyulda Abbasabad yaxinliginda duserge salmis rus ordusuna Ehsan xan Naxcivanski terefinden melumat gonderilir Melumatda Ehsan xan ona qarsi hucum hazirliqlarinin getdiyini bildirirdi Paskevic tecili muvafiq addimlari atdi ve 19 iyul tarixinde Tiflis piyada alayi Qara deniz kazaklari ve 6 atli top general mayor knyaz Vadbolskinin komandanligi altinda Ordubada gonderilir Ehsan xan ile gorusen Vadbolski ona 400 Qacar ordusunun istifade etdiyi tufeng elece de top verir Eyni zamanda Vadbolski terefinden Ehsan xan Naxcivanski rus hokumetinin Naxcivandaki hakimi teyin edilir 21 iyulda Vadbolski ve ordusu Ordubaddan cixaraq Naxcivana geri donurler Yerli ehalinin bir hissesi elece de Seyxeli beyin ailesi de onunla birlikde Naxcivana gedir Ehsan xan ve etrafi ise Ordubadda qalmaga davam edirler Ordubaddaki rus quvvelerinin ayrilmasindan iki gun kecdikden sonra Kerim xan ozune sadiq Kengerli suvarileri ile birlikde seher etrafinda ortaya cixdi O Ordubadin etrafindaki kendlere hucumlar teskil etmekde idi Qafqazdaki rus herbi emeliyyatlari barede yazmis general Potto bu hadiseler barede bunu yazir Yagma ederken texminen 70 nefer ile birlikde Kerim ozu Ordubad yaxinliginda olan ermeni kendi Siariye dogru getdi Ehsan xan texminen 60 serbaz ile birlikde kendin komeyine geldi ve Kerim xan meglub edildi Serbazlardan biri ona teref qacan doyusculerden birini vurdu ve Eliekber Sultan Darani esir goturdu Paskevicin sozu ile desek Eliekber Sultan bu tereflerde cox meshur biri idi Meglubiyyet Kerim xanin qezeblenmesine sebeb olmusdu Abbas Mirze terefinden yardim quvveleri aldiqdan sonra yenide Ordubada yurus edildi Bu defe onun tabeliyinde 3 min neferlik ordu var idi Agir doyusden sonra seher ele kecirildi Ehsani xani destekleyen quvvelerin onemli bir hissesi qacdi Ozu ise bir nece yaxin Kengerli uzvu ile birlikde qalaya sigindi Qalada su olmamasina baxmayaraq sona qeder mubarize aparilmasi ile bagli qerar qebul edildi Hetta Ehsan xan muhasireye baxmayaraq Paskevicin yanina casus gondererek ondan tecili yardima gelinmesini teleb etdi Sonda avqust ayinin 1 de rus quvveleri Ordubada yaxinlasmaga basladilar Onlarla helledici doyuse girmek istemeyen Kerim xan geri cekilde ve Araz boyuna yollandi Belelikle de Ehsan xan Kengerli xilas olmus oldu 7 avqust tarixinde Verende kendi yaxinliginda Knyaz Baqrationun tabeliyinde irelileyen rus ordusu Kerim xanin ordusu terefinden hucuma meruz qaldi Kerim xanin tabeliyinde 2 tabor serbaz iki min suvari ve bir nece kicik top var idi Ozunemexsus qetilikle hucuma kecen Kerim xan rus ordusunu deeye sixisdirmagi bacardi Naxcivandan yaxinlasan basqa bir rus ordusunun bolgeye gelisi xeberi Kerim xani geri cekilme qerari vermesine yol acdi Kerim xan bu destenin on destesinin boyuk olmasina gore yanlisliqla daha boyuk bir ordunun yaxinlasdigini dusunmusdu Ehsan xani Ordubaddan cixardiqdan sonra Kerim xan orada yerlesmis ve buradan merkez kimi istifade ederek etrafdaki yerlere yurusler etmisdi Lakin Paskevicin komandanliq etdiyi quvvelerin tedricen oz veziyyetii duzeltmeye baslamasi ile Kerim xanin ordusunda ehval ruhiyye pozulmaga basladi Knyaz Eristovun komandanligi altindaki ordu 1827 ci ilin sentyabrinda Arazi kecerek Tebrize dogru yuruse basladiqlari zaman Kerim xanin destesinde veziyyet tamamile deyisdi Naxcivan xanini destekleyen Kengerli quvveleri teref deyisdirerek ruslar terefe kecdiler Muravyov bu hadiseleri bele tesvir edir Bu kecid zamani Kerim xanin nokerleri bizim yanimiza geldiler bunlar onun xidmetcileri idiler ve birlikde onun ordusunu teskil edirdiler Bu zaman en azi 60 70 nefer Naxcivan xanliginda yasayan Kengerli tayfasinin en yaxsi suvarileri bizim yanimiza geldiler Sonuncu Turk muharibesi zamani men bizimle yurusde istirak eden Kengerli suvarileri destesinde xidmet eden bu sexslerden bir necesini tanidim Noker xidmetci demekdir lakin bu xususile hansisa sahibin komandanligi altinda onun ucun suvari kimi xidmet eden sexse deyilir Bu basqaldirmis sexsler oz rehberlerini terk etdiler cunki bilirdiler ki Kerim xan artiq xanligini ala bilmez ve yeqin ki artiq desteklemeye imkani olmayan bu adamlarin kecidi belke de yeniden oz vetenlerinde meskunlasa bilecek nokerler ve onlarin xanlarinin qarsiliqli raziliginin neticesi idi Bu insanlardan azi biz ordumuzda qaldi onlarin coxu bizim icazemizle Naxcivana dondu ve uzun muddet daglarda dolasan xan oz mulklerini itirdi ve bu barede melumat mene Merendde verildi O yeqin ki artiq mufettisler terefinden arasdirilib ve secilib Bize getirilen kohne xalcalar berbad cay qablari carpayilar mis qablar ve diger meiset esyalari inventarlasdirilaraq xususi memura tehvil verilir o da onlari necib ziyaretcisi olan iranlilarin qebullarinda paylayirdi Naxcivan xanligi erazisind yerlesen ve Kerim xana mexsus olan butun mulkiyyetler musadire edildi ve rus xezinesine daxil edildi 1830 cu illerin evvellerinde Kerim xan rus hakim daireleri ile elaqe saxlayaraq geri donmek niyyetinin oldugunu bildirdi Onun oglu Naxcivan ve Irevana gelib bu meqsed ucun calissa da hec ne elde ede bilmedi Her bir halda Abbas Mirze Kerim xan ve diger Kengerli beylerine Maraga xanligi erazisinde kendler vermisdi Buna gore de Kerim xan 1827 ci ilden sonra oraya kocdu Ailesi1808 ci ilde Kelbeli xan ile Kerim xanin ailesi mueyyen menada uzlasmaya gele bildiler Kelbeli xanin oglu olan Ehsan xan Kerim xanin tek qizi olan Bedir Nise Beyim ile evlendirildi Tiflis arxivinde saxlanilan senedlerden aydin olur ki Kerim xanin oglu Imamqulu xan da Heyderqulu xanin oglu Rehim xan Kengerlinin qizi Telli Beyim ile evlenmisdir Hemcinin baxNaxcivanskiler Naxcivan xanligiIstinadlarDocuments of the 17th and 19th centuries 1936 seh 73 77 Rehimoglu 2017 Eliyev 1996 Nagdaliev 2006 seh 46 47 Eliyev 1996 seh 63 Nagdaliev 2006 seh 61 62 Nagdaliev 2006 seh 63 65 Nagdaliev 2006 seh 48 Nagdaliev 2006 seh 330 331MenbeFarhad Nagdaliev Hany Nahichevanskij v Rossijskoj imperii Nauchnyj red serii E Mamedli oformlenie F Nagdaliev Moskva Novyj Argument 2006 Musa Rehimoglu Quliyev Naxcivan xanliginin sonuncu xani kim olub Tariximile bagli muhum bir sual uzerinden dusunceler anl az 2017 Fuad Eliyev Mirabdulla Eliyev PDF Baki Azernesr Mahmud Ismayilov 1996 Western Asia in documents Nakhichevan handwritten documents of the 17th and 19th centuries 1936 Xarici kecidlerMusa Rehimoglu Naxcivan xanliginin sonuncu xani kim olub az 525 ci qezet 13 aprel 2017 2020 06 01 tarixinde Istifade tarixi 2020 06 01