Xudat — Azərbaycan Respublikasının şimalında Xaçmaz inzibati rayonunun tərkibində şəhər. 1950-ci ildə rayon tabeli şəhər statusu almışdır. Xudat 1943-cü ildə yaradılmış Xudat inzibati rayonunun mərkəzi olmuşdur. Bu rayon 1959-cu ildə ləğv edillmiş və Xudat daha əvvəllər aid olduğu Xaçmaz rayonunun inzibati idarəsinə verilmişdir. Belə ki, rayonun Xudat şəhəri, Müqtədir qəsəbəsi, Nabran, Yalama, Qusarçay, Ləcət və Susayqışlaq kənd sovetləri Xaçmaza, Şirvanovka kənd sovetliyi isə Qusar rayonuna verilmişdir. 1963-cü ildə ləğv edilən Xaçmaz rayonunun ərazisi Quba və Qusar rayonlarına verilmiş, Xudat bu dəfə Qusar rayonunun inzibati idarəsinə daxil olmuşdur. 1965-ci ildə bu strukturun da ləğvindən sonra Xudat təkrar bərpa edilmiş Xaçmaz rayonunun inzibati tərkibinə qatılmışdır.
Xudat | |
---|---|
Ölkə | |
Region | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 16 900 nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Oykonim türk dilindəki xod/xud (tərəvəz) və at (yer) komponentlərindən düzəlib, bostan yeri mənasındadır.
1920-ci ilin 28 aprelində Xudat Bakını işğal etməyə gedən Qızıl ordu tərəfindən tutulmuşdur. Bu stansiyada Bakıya doğru yol alan 4 zirehli qatar ilə bunu Bakıdan qarşılamağa gələn 2 zirehli qatar arasında artilleriya döyüşü olmuşdur.
Coğrafi mövqeyi və sosial infrastrukturu
Xudat Bakıdan 184 km məsafədə yerləşir. Yarandığı gündən iki böyük məhəlləyə bölünüb: yuxarı məhəllə və aşağı məhəllə. Bu iki məhəlləni dəmiryol xətti ayırır. Xudatda poçt şöbəsi, poliklinika, mədəniyyət evi, musiqi məktəbi və şəhər kitabxanası fəaliyyət göstərir. Xudatda dörd tam orta və bir ümumi orta məktəb fəaliyyət göstərir. Xudat avtovağzalından hər gün Bakı, Xaçmaz, Quba, Qusar, Nabran, Yalama istiqamətlərində avtobuslar fəaliyyət göstərir. XX əsrin əvvəllərində (1900-1903-cü illər) tikilmiş Xudat dəmiryol stansiyası və Su qülləsi indi də texniki cəhətdən işləkdirlər.
Xudat şəhərində Nizami Gəncəvinin adını daşıyan parkda uzun illər baxımsız qaldıqdan sonra, nəhayət, 2022-ci ildə təmir işləri başlamış və 2023-cü ilin 13 iyununda açılış mərasimi keçirilmişdir.
Şəhərdə 2020-ci ilin sentyabr ayından “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin 16 aprel 2014-cü il tarixli fərmanına əsasən aqrokompleksin tikintisinə başlanılmışdır. Aqrokompleks 12 hektar əraziyə malik olmaqla idxal-ixrac əməliyyatlarının "Bir pəncərə" prinsipi ilə rəsmiləşdirilməsi, logistika, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış aqroklasterdir. Şəhərdə yeganə bank filialı da məhz bu aqrokompleksin ərazisində fəaliyyat göstərir.
Son 3 ildə 30-a yaxın küçəyə asfalt örtüyü çəkilmiş, əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə 3 yerdə artezian quyusu istifadəyə verilmiş, 2200 metr uzunluğunda içməli su xətti çəkilmişdir.
Tarixi abidələri
Xudat torpağında çoxlu içməli su ehtiyatları var. 1917-ci ildə istismara verilmiş və hələ də Bakının içməli su ilə təmin edilməsində mühüm rol oynayan məşhur Şollar su kəməri Xudat yaxınlığındakı Şollar kəndindən çıxır. Uzunluğu 175 km olan kəmər tarixi abidələr siyahısına daxildir. “Şahdağ”ın ətəyindəki bu mənbə yeraltı bulaq suyu olduğundan onu kimyəvi vasitələrlə təmizləməyə ehtiyac qalmır. Çünki suda yoluxucu bakteriyalar yoxdur. İndiyədək həmin xətlərdə ciddi təmir və ya yenidənqurma işləri aparılmayıb. Çünki bu kəmərin əsas hissəsi torpağın altı ilə çəkilib. Bərk gildən hazırlanan “Bakı-Şollar” xəttində fəaliyyət göstərdiyi 100 ilə yaxın müddətdə bir dəfə də olsun, hansısa qəza hadisəsi baş verməyib. Kəmərin çəkilməsinin çox maraqlı tarixçəsi var. XIX əsrin ikinci yarısından sürətlə böyüməyə başlayan kapitalist Bakının əhalisi su sarıdan çox əziyyət çəkirdi. Su qıtlığı müxtəlif epidemik xəstəliklər yaradırdı. 1899-cu ildə şəhərdə suya olan tələbin daha da artdığını görən Bakı milyonçusu, xeyriyyəçi – messenat Hacı Zeynalabdin Tağıyev Avropanın bir neçə şəhərinə su kəməri çəkmiş məşhur ingilis mühəndis Vilyam Lindleyi Frankfurt Mayndan gətizdirir və ona çeşmə axtarmağı tapşırır. Lindley bol şirin su mənbələri olan indiki Xaçmaz ərazisinə qədər gəlir. Şollar kəndində quyu qazdırır və Şahdağın qarı və buzlaqları ilə qidalanan keyfiyyətli suyun mənbəyini kəşf edir. Uzun sürən mübahisə və müzakirələrdən sonra 1904-cü ildə tikilməyə başlayan kəmərin inşaatı 1916-cı ildə tamamlanır. Deyilənlərə görə, şəhərə ilk dəfə su verilən gün, Bakı camaatı sevincindən qoyun, dəvə, öküz qurban kəsib, məhəllələrdə ehsan məclisləri verib. Xudatda, geniş meşəlik ərazidə yerləşən “Bakı-Şollar” kəməri xüsusi mühafizə alayı tərəfindən qorunur. Buraya giriş qadağandır.
Xudatda Təpəyatağı adlanan qədim qəbiristanlıq mövcuddur. 1964-cü ildə burada aşkar olunan və Kür-Araz mədəniyyəti tipli qulpları olan böyük təsərrüfat küpü 1977-ci ildə Arxеologiya fonduna daimi mühafizə üçün təhvil vеrilmişdir. Təpəyatağı təsərrüfat küpü еkspozisiyanın ilk tunc dövrü bölməsində nümayiş еtdirilir.
Coğrafiyası və iqlimi
Xudat Samur-Dəvəçi ovalığında yerləşir. İqlimi qışı mülayim keçən yarımsəhra quru-çöl iqlimidir. Amma şirin yeraltı suların səthə yaxın yerləşməsi burada intrazonal düzən meşə-çəmən landşaftını formalaşdırmışdır. Burada yeni yaradılan Samur-Yalama milli parkı məhz bu unikal meşə landşaftını və fauna tərkibini qoruyur. Xudatda yağıntılar başlıca olaraq ilin soyuq dövründə düşür, yay nisbətən quraq keçir. Yağıntıların orta illik miqdarı 350 mm təşkil edir, mümkün buxarlanma isə 730–800 mm arasında dəyişir.
Əhalisi
Etnik qrup | Sayı, 1970 sa. | Nisbəti, 1970 sa. |
---|---|---|
toplam | 8.808 | 100 % |
azərbaycanlı | 3.970 | 45.1 % |
ləzgi | 2.734 | 31 % |
rus və ukraynalı | 1.137 | 12.9 % |
kürd | 588 | 6.7 % |
erməni | 57 | 0.6 % |
yəhudi | 40 | 0.5 % |
tatar | 20 | 0.2 % |
avar | 6 | 0.1 % |
gürcü | 6 | 0.1 % |
tat | 3 | 0.1 % |
digər | 247 | 2.8% |
Dövlət Statistika Komitəsinin təqdim etdiyi 2023-cü ilin əvvəlinə olan göstəricilərə görə Xudat şəhərinin əhalisinin sayı 8016 nəfər kişi, 8132 nəfər qadın olmaqla, cəmi 16148 nəfər hesablanmışdır.
Əhalinin siyahıya alınması | |||||||
---|---|---|---|---|---|---|---|
İl | 1959 | 1970 | 1979 | 1989 | 1999 | 2009 | 2019 |
Əhali | 7.068 | 8.808 | 9.755 | 10.894 | 12.958 | 15.437 | 16.800 |
±% | — | +24.6% | +10.8% | +11.7% | +18.9% | +19.1% | +8.8% |
Qeyd: 2019-cu ilin göstəricisi yuvarlaqlaşdırılıb. Mənbə: Pop-stat.mashke.org Dövlət Statistika Komitəsi |
Əhalisinin əsas hissəsi azərbaycanlılardır. Burada həmçinin ləzgilər, tatlar, kürdlər, qrızlar, buduqlular, talışlar, qaraçılar və digər xalqlar da yaşayır.
Din
Xudat şəhəri Axundov küçəsində yerləşən Mərkəzi Cümə Məscidi 1993-1995-ci illərdə Küveytin köməkliyi ilə inşa edilib. Məscid 2001-ci ildən yarasız vəziyyətdədir.
İstinadlar
- "Arxivlənmiş surət". 2020-06-07 tarixində . İstifadə tarixi: 2020-05-03.
- Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 251.
- "Xudat şəhərində Nizami Gəncəvinin adını daşıyan park yenidən qurulub". İstifadə tarixi: 2023-12-05.
- "Azərbaycanda nəhəng aqropark - "FOODCİTY AGROPARK" fəaliyyətə başlayır". 2022-09-30 tarixində . İstifadə tarixi: 2023-12-05.
- "Xudat şəhəri yeni görkəm alır". İstifadə tarixi: 2023-12-05.
- Ethno-Caucasus, Этнодемография Кавказа: Хачмасский район (1970 г.) 2021-11-29 at the Wayback Machine
- "Azərbaycanın regionları, 2023". İstifadə tarixi: 2023-12-05.
- SSRİ əhalisinin siyahıya alınması (1959)
- SSRİ əhalisinin siyahıya alınması (1970)
- SSRİ əhalisinin siyahıya alınması (1979)
- SSRİ əhalisinin siyahıya alınması (1989)
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması (1999)
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması (2009)
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması (2019)
- "Görün Cümə məscidi nə hala qalıb - FOTO". 2023-08-01 tarixində . İstifadə tarixi: 2023-08-01.
Xaçmaz rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xudat Azerbaycan Respublikasinin simalinda Xacmaz inzibati rayonunun terkibinde seher 1950 ci ilde rayon tabeli seher statusu almisdir Xudat 1943 cu ilde yaradilmis Xudat inzibati rayonunun merkezi olmusdur Bu rayon 1959 cu ilde legv edillmis ve Xudat daha evveller aid oldugu Xacmaz rayonunun inzibati idaresine verilmisdir Bele ki rayonun Xudat seheri Muqtedir qesebesi Nabran Yalama Qusarcay Lecet ve Susayqislaq kend sovetleri Xacmaza Sirvanovka kend sovetliyi ise Qusar rayonuna verilmisdir 1963 cu ilde legv edilen Xacmaz rayonunun erazisi Quba ve Qusar rayonlarina verilmis Xudat bu defe Qusar rayonunun inzibati idaresine daxil olmusdur 1965 ci ilde bu strukturun da legvinden sonra Xudat tekrar berpa edilmis Xacmaz rayonunun inzibati terkibine qatilmisdir Xudat41 38 02 sm e 48 40 38 s u Olke AzerbaycanRegion Xacmaz rayonuTarixi ve cografiyasiSaat qursagi UTC 04 00EhalisiEhalisi 16 900 neferResmi dili Azerbaycan diliXudat Xudat Vikianbarda elaqeli mediafayllarTarixiOykonim turk dilindeki xod xud terevez ve at yer komponentlerinden duzelib bostan yeri menasindadir 1920 ci ilin 28 aprelinde Xudat Bakini isgal etmeye geden Qizil ordu terefinden tutulmusdur Bu stansiyada Bakiya dogru yol alan 4 zirehli qatar ile bunu Bakidan qarsilamaga gelen 2 zirehli qatar arasinda artilleriya doyusu olmusdur Cografi movqeyi ve sosial infrastrukturuXudat Bakidan 184 km mesafede yerlesir Yarandigi gunden iki boyuk mehelleye bolunub yuxari mehelle ve asagi mehelle Bu iki mehelleni demiryol xetti ayirir Xudatda poct sobesi poliklinika medeniyyet evi musiqi mektebi ve seher kitabxanasi fealiyyet gosterir Xudatda dord tam orta ve bir umumi orta mekteb fealiyyet gosterir Xudat avtovagzalindan her gun Baki Xacmaz Quba Qusar Nabran Yalama istiqametlerinde avtobuslar fealiyyet gosterir XX esrin evvellerinde 1900 1903 cu iller tikilmis Xudat demiryol stansiyasi ve Su qullesi indi de texniki cehetden islekdirler Xudat seherinde Nizami Gencevinin adini dasiyan parkda uzun iller baximsiz qaldiqdan sonra nehayet 2022 ci ilde temir isleri baslamis ve 2023 cu ilin 13 iyununda acilis merasimi kecirilmisdir Seherde 2020 ci ilin sentyabr ayindan Aqrar sahede idareetmenin tekmillesdirilmesi ve islahatlarin suretlendirilmesi ile bagli tedbirler haqqinda Prezident Ilham Eliyevin 16 aprel 2014 cu il tarixli fermanina esasen aqrokompleksin tikintisine baslanilmisdir Aqrokompleks 12 hektar eraziye malik olmaqla idxal ixrac emeliyyatlarinin Bir pencere prinsipi ile resmilesdirilmesi logistika saxlanc cesidleme qida tehlukesizliyi laboratoriyasi ve diger coxsayli emeliyyatlar uzre ixtisaslasmis aqroklasterdir Seherde yegane bank filiali da mehz bu aqrokompleksin erazisinde fealiyyat gosterir Son 3 ilde 30 a yaxin kuceye asfalt ortuyu cekilmis ehalinin icmeli suya olan telebatini yaxsilasdirmaq meqsedile 3 yerde artezian quyusu istifadeye verilmis 2200 metr uzunlugunda icmeli su xetti cekilmisdir Tarixi abideleriXudat torpaginda coxlu icmeli su ehtiyatlari var 1917 ci ilde istismara verilmis ve hele de Bakinin icmeli su ile temin edilmesinde muhum rol oynayan meshur Sollar su kemeri Xudat yaxinligindaki Sollar kendinden cixir Uzunlugu 175 km olan kemer tarixi abideler siyahisina daxildir Sahdag in eteyindeki bu menbe yeralti bulaq suyu oldugundan onu kimyevi vasitelerle temizlemeye ehtiyac qalmir Cunki suda yoluxucu bakteriyalar yoxdur Indiyedek hemin xetlerde ciddi temir ve ya yenidenqurma isleri aparilmayib Cunki bu kemerin esas hissesi torpagin alti ile cekilib Berk gilden hazirlanan Baki Sollar xettinde fealiyyet gosterdiyi 100 ile yaxin muddetde bir defe de olsun hansisa qeza hadisesi bas vermeyib Kemerin cekilmesinin cox maraqli tarixcesi var XIX esrin ikinci yarisindan suretle boyumeye baslayan kapitalist Bakinin ehalisi su saridan cox eziyyet cekirdi Su qitligi muxtelif epidemik xestelikler yaradirdi 1899 cu ilde seherde suya olan telebin daha da artdigini goren Baki milyoncusu xeyriyyeci messenat Haci Zeynalabdin Tagiyev Avropanin bir nece seherine su kemeri cekmis meshur ingilis muhendis Vilyam Lindleyi Frankfurt Mayndan getizdirir ve ona cesme axtarmagi tapsirir Lindley bol sirin su menbeleri olan indiki Xacmaz erazisine qeder gelir Sollar kendinde quyu qazdirir ve Sahdagin qari ve buzlaqlari ile qidalanan keyfiyyetli suyun menbeyini kesf edir Uzun suren mubahise ve muzakirelerden sonra 1904 cu ilde tikilmeye baslayan kemerin insaati 1916 ci ilde tamamlanir Deyilenlere gore sehere ilk defe su verilen gun Baki camaati sevincinden qoyun deve okuz qurban kesib mehellelerde ehsan meclisleri verib Xudatda genis meselik erazide yerlesen Baki Sollar kemeri xususi muhafize alayi terefinden qorunur Buraya giris qadagandir Xudatda Tepeyatagi adlanan qedim qebiristanliq movcuddur 1964 cu ilde burada askar olunan ve Kur Araz medeniyyeti tipli qulplari olan boyuk teserrufat kupu 1977 ci ilde Arxeologiya fonduna daimi muhafize ucun tehvil verilmisdir Tepeyatagi teserrufat kupu ekspozisiyanin ilk tunc dovru bolmesinde numayis etdirilir Cografiyasi ve iqlimiXudat Samur Deveci ovaliginda yerlesir Iqlimi qisi mulayim kecen yarimsehra quru col iqlimidir Amma sirin yeralti sularin sethe yaxin yerlesmesi burada intrazonal duzen mese cemen landsaftini formalasdirmisdir Burada yeni yaradilan Samur Yalama milli parki mehz bu unikal mese landsaftini ve fauna terkibini qoruyur Xudatda yagintilar baslica olaraq ilin soyuq dovrunde dusur yay nisbeten quraq kecir Yagintilarin orta illik miqdari 350 mm teskil edir mumkun buxarlanma ise 730 800 mm arasinda deyisir EhalisiXudat seheri ehalisinin milli terkibi Etnik qrup Sayi 1970 sa Nisbeti 1970 sa toplam 8 808 100 azerbaycanli 3 970 45 1 lezgi 2 734 31 rus ve ukraynali 1 137 12 9 kurd 588 6 7 ermeni 57 0 6 yehudi 40 0 5 tatar 20 0 2 avar 6 0 1 gurcu 6 0 1 tat 3 0 1 diger 247 2 8 Dovlet Statistika Komitesinin teqdim etdiyi 2023 cu ilin evveline olan gostericilere gore Xudat seherinin ehalisinin sayi 8016 nefer kisi 8132 nefer qadin olmaqla cemi 16148 nefer hesablanmisdir Ehalinin siyahiya alinmasiIl1959197019791989199920092019Ehali7 0688 8089 75510 89412 95815 43716 800 24 6 10 8 11 7 18 9 19 1 8 8 Qeyd 2019 cu ilin gostericisi yuvarlaqlasdirilib Menbe Pop stat mashke org Dovlet Statistika Komitesi Ehalisinin esas hissesi azerbaycanlilardir Burada hemcinin lezgiler tatlar kurdler qrizlar buduqlular talislar qaracilar ve diger xalqlar da yasayir DinXudat seheri Axundov kucesinde yerlesen Merkezi Cume Mescidi 1993 1995 ci illerde Kuveytin komekliyi ile insa edilib Mescid 2001 ci ilden yarasiz veziyyetdedir Istinadlar Arxivlenmis suret 2020 06 07 tarixinde Istifade tarixi 2020 05 03 Prezidium Verhovnogo Soveta Azerbajdzhanskogo SSR Azerbajdzhanskaya SSR Administrativno territorialnoe delenie na 1 yanvarya 1961 go goda Azerbajdzhanskoe gosudarstvennoe izdatelstvo Baku 1961 str 9 Azerbaycan toponimlerinin ensklopedik lugeti 2 cildde Baki 2007 I cild seh 251 Xudat seherinde Nizami Gencevinin adini dasiyan park yeniden qurulub Istifade tarixi 2023 12 05 Azerbaycanda neheng aqropark FOODCITY AGROPARK fealiyyete baslayir 2022 09 30 tarixinde Istifade tarixi 2023 12 05 Xudat seheri yeni gorkem alir Istifade tarixi 2023 12 05 Ethno Caucasus Etnodemografiya Kavkaza Hachmasskij rajon 1970 g 2021 11 29 at the Wayback Machine Azerbaycanin regionlari 2023 Istifade tarixi 2023 12 05 SSRI ehalisinin siyahiya alinmasi 1959 SSRI ehalisinin siyahiya alinmasi 1970 SSRI ehalisinin siyahiya alinmasi 1979 SSRI ehalisinin siyahiya alinmasi 1989 Azerbaycan Respublikasi ehalisinin siyahiya alinmasi 1999 Azerbaycan Respublikasi ehalisinin siyahiya alinmasi 2009 Azerbaycan Respublikasi ehalisinin siyahiya alinmasi 2019 Gorun Cume mescidi ne hala qalib FOTO 2023 08 01 tarixinde Istifade tarixi 2023 08 01 Xacmaz rayonu ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin