Zəyzid məbədi — Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən təxminən X-XI əsrlərə aid kilsə. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Zəyzid kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Orta Zəyzid |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | X-XI əsrlər |
Üslubu | Qafqaz Albaniyasının memarlığı |
İstinad nöm. | 4983 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Planda xaçvari formaya malik olan Zəyzid kilsəsində şərq qolu istisna olmaqla, xaçın digər qolları düzbucaqlı formaya malikdir. Şərq qolunda yarımdairəvi plana malik apsida yerləşir. Xaçın kəsişmə yerinin küncləri düzbucaqlı kapitel plitəsinə malik pilyastrlar formasında həll edilmişdir. Bir-birinin üstünə asılan yrımdairəvi tağlar yumru kəməri saxlayır. Kəmər üzərində isə kilsənin barabanı və dövrümüzə çatmamış günbəzi yerləşirdi.
Kilsənin şimal divarında, bütün divar boyunca çəkilmiş iki qat üzləmə dövrümüzə çatmışdır. Üzləmə üzərində qədim freskaların izləri müşahidə edilməkdədir.
Tarixi
Bizim eranın əvvəllərində Qafqaz Albaniyası ərazisində xristianlığın aktiv təbliği və yayılması, IV əsrdən etibarən isə dövlət dininə çevrilməsi çoxlu sayda kilsə və monastırların inşasına vüsət vermişdir. Məbəd və nekropol komplekslərinin tədqiqi, onların aid olduqları dövrlərin müəyyən edilməsi ümümi əsaslarla xristian ideologiyasının Dağlıq Qafqaz, o cümlədən Şima-Qərbi Azərbaycan ərazisində möhkəmlənməsi prosesini izləməyə imkan vermişdir.
Şimal-Qərbi Azərbaycan regionunda qayalıq və təpəlik ərazilərdə, həmçinin meşə ərazilərində 70-ə qədər xristian məbədi və onların qalıqları dövrümüzə çatmışdır. Bunlar əsasən bazilikal memarlıq formasına malik, bir və ya üç nefli tikililərdir.
Regionun xristian məbədləri arazında Şəkinin Orta Zəyzid kəndində yerləşən kilsə, xaçvari plan quruluşu ilə fərqlənir. Arxeoloji tədqiqatlar və tikilinin struktur xüsusiyyətlərinin öyrənilməsi nəticəsində onun V-VIII əsrlərə aid olması müəyyən edilmişdir. Həmçinin memarlıq-arxeologiya araşdırmaları kilsənin bütün hissələrinin bir dövrdə tikildiyini göstərmişdir. Şurf qazıntısı və kilsənin daxilində bir neçə yerdə aparılan tədqiqatlar da bu nəticəni təsdiqləmişdir. Arxeoloji qazıntılar zamanı kilsə ərazisindən aşkara çıxarılmış müxtəlif keramika qalıqları II-VI və VIII-XIII əsrlərə aid edilmişdir.G. Məmmədova kisənin analoji xüsusiyyətlərə malik Gədəbəy kilsəsi ilə müqayisədə daha incə memarlıq formaları və dekorativ xüsusiyyətlərə malik olmasına istinad edərək bir qədər sonrakı dövrdə, ən geci X əsrdə inşa edilmiş olması ehtimalını irəli sürür.
Memarlıq xüsusiyyətləri
Planda xaçvari formaya malik olan Zəyzit kilsəsində şərq qolu istisna olmaqla, xaçın digər qolları düzbucaqlı formaya malikdir. Şərq qolunda yarımdairəvi plana malik apsida yerləşir. Xaçın kəsişmə yerinin kencləri düzbucaqlı kapitel plitəsinə malik pilyastrlar (50 sm enə malik) formasında həll edilmişdir. Bir-birinin üstünə asılan yrımdairəvi tağlar yumru kəməri saxlayır. Kəmər üzərində isə kilsənin barabanı və dövrümüzə çatmamış günbəzi yerləşirdi.
Zəyzid kilsəsinin girişi qərb divarında yerləşir. Giriş qapısı 90 sm enə və 1.80 sm hündürlüyə məlaikdir. Kilsənin divarları fasad hissəsi yaxşı yonulmuş əhəngdaşından inşa edilmişdir. Daşıyıcı divarların qalınlığı 80 sm-ə çatır. Künclərin inşasında həm daxildə, həm də xaricdə yaxşı yonulmuş səliqəli daş bloklarından istifadə edilmişdir. Həmin blokların bəziləri böyük ölçüyə (80x60x20; 75x65x22 sm) malikdir. Divarların hörgüsündə üyüdülmüş keramika qarışığına malik möhkəm əhəng məhlulundan istifadə edilmişdir.
Kilsənin altar hissəsi xaricdən beşbucaqlı formasında həll edilmiş və üç pəncərəyə malikdir. Həmçinin qolların hər birində bir pəncərə vardır. Pəncərə yerlərinin hündürlüyü 1.5 metrə malikdir.
Kilsənin baraban və günbəzinin inşasında künc yerlərinin hörgüsündə istifadə edilmiş yaxşı yonulmuş əhəng daşından istifadə olunmuşdur. Divarların bəzi yerlərində sonrakı dövrlərdə həyata keçirilmiş təmir işləri və üzləmələrin izlərini müşahidə etmək olur. Kilsənin barabanında yalnız bir ədəd 40 sm enə malik pəncərə yeri vardır.
Kilsənin günbəzi dövrümüzə çatmadığından tədqiqatçıların onun forması haqqında yalnız fərziyyələr irəli sürürlər. Lakin, inşa edildiyi ilk növrlərdən kilsənin günbəzə malik olması şübhə doğurmur. V. Kərimov Zəyzid kilsəsindən daha əvvəlki dövrlərə (II-V əsrlər) aid olan Kilsədağ, Ləkit və Mamrux kilsələrində günbəzli qüllə formasının tətbiqinə əsaslanaraq region memarları üçün bunun yenilik olmadığını bildirir.
Zəyzit kilsəsinin damında örtük materialı kimi kifayət qədər böyük ölçülərə (34-36x4749 sm) malik su axtırma yerli və bu cür dərinliyə malik olmayan kirəmit lövhələrdən istifadə edilmişdir.
Dekorativ elementləri
Kilsənin şimal divarında, bütün divar boyunca çəkilmiş iki qat üzləmə dövrümüzə çatmışdır. Üzləmə üzərində qədim freskaların izləri müşahidə edilməkdədir.
Kilsənin dövrümüzə çatmış bütün karniz kəmərləri eynitipli mürəkkəb oyma naxışlarla bəzədilmişdir. Dekorativ qabartma və heykəl qalıqları yalnız cənub qolundakı pəncərənin kənarlarında dövrümüzə çatmışdır.Qorelyef pəncərənin bütün dörd tərəfini də əhatə edir.
Məbəd ətrafındakı digər tikililər
Zəyzid kilsəsinin cənub-qərb küncündə keşiş otağı olması güman edilən kiçik tikilinin xarabalıqları vardır. Tağtavana malik digər bir tikili isə Zəyzit kilsəsinin şimal tərəfində yerləşir. Kilsə kapellası (sovməə) olması güman edilən tikilinin giriş və pəncərə yeri şərq divarındadır.
Kiləsnin şima-qərb tərəfində bir qədər aralıda ciddi dağıntıya məruz qalmış daha bir tikili vardr. Həmin tikili təməl hissəsinə qədər dağılmışdır. Kilsədən bir qədər aralıda erkən orta əsrlərə aid xristian qəbirsanlığı və qəbir daşları yerləşir.
Tədqiqi
Kilsənin daxilində, şimal divarının altında aparılan arxeoloji qazıntı işləri zamanı müəyyən edilmişdir ki, tikilinin təməli 30 sm dərinlikdə yerləşməklə 1.20 m qalınlığa malikdir. Təməlin inşasında tünd boz rəngli qaya daşlarından istifadə olunmuşdur.
Kilsənin daxilində qazıntılar zamanı sıfır nöqtəsindən 60 sm dərinlikdə heç bir mədəni təbəqə aşkar edilməmişdir. Kilsənin daxilinin təmizlənməsindən sonra sıfır nöqtəsindən 22 sm dərinlikdə mədəni təbəqə və artefaktlar üzə çıxarılmışdır.
İstinadlar
- "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində (PDF). İstifadə tarixi: 20 iyul 2020.
- Керимов, 2008. səh. 13
- Керимов, 2008. səh. 14
- Керимов, 2008. səh. 16
- Керимов, 2008. səh. 17
- Мамедова, 2004. səh. 97
- Керимов, 2008. səh. 15
- Керимов, 2008. səh. 19
- Керимов, 2008. səh. 20
- Керимов, 2008. səh. 21
Ədəbiyyat
- Керимов, В. Храм 3ейзит Кавказской Албании. Баку: Элм. 2008.
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Карахмедова, А. А. Христианские памятники Кавказской Албании. Баку: Элм. 1985.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zeyzid mebedi Seki rayonunun Orta Zeyzid kendinde yerlesen texminen X XI esrlere aid kilse Tikili Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi terefinden yerli ehemiyyetli tarix memarliq abidesi kimi qeydiyyata alinmisdir Zeyzid kilsesi41 10 08 sm e 47 15 43 s u Olke AzerbaycanSeher SekiYerlesir Orta ZeyzidAidiyyati Alban Hevari KilsesiTikilme tarixi X XI esrlerUslubu Qafqaz Albaniyasinin memarligiAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 4983KateqoriyaMebedEhemiyyetiYerli ehemiyyetliZeyzid kilsesiKilsenin plani Vikianbarda elaqeli mediafayllar Planda xacvari formaya malik olan Zeyzid kilsesinde serq qolu istisna olmaqla xacin diger qollari duzbucaqli formaya malikdir Serq qolunda yarimdairevi plana malik apsida yerlesir Xacin kesisme yerinin kuncleri duzbucaqli kapitel plitesine malik pilyastrlar formasinda hell edilmisdir Bir birinin ustune asilan yrimdairevi taglar yumru kemeri saxlayir Kemer uzerinde ise kilsenin barabani ve dovrumuze catmamis gunbezi yerlesirdi Kilsenin simal divarinda butun divar boyunca cekilmis iki qat uzleme dovrumuze catmisdir Uzleme uzerinde qedim freskalarin izleri musahide edilmekdedir TarixiBizim eranin evvellerinde Qafqaz Albaniyasi erazisinde xristianligin aktiv tebligi ve yayilmasi IV esrden etibaren ise dovlet dinine cevrilmesi coxlu sayda kilse ve monastirlarin insasina vuset vermisdir Mebed ve nekropol komplekslerinin tedqiqi onlarin aid olduqlari dovrlerin mueyyen edilmesi umumi esaslarla xristian ideologiyasinin Dagliq Qafqaz o cumleden Sima Qerbi Azerbaycan erazisinde mohkemlenmesi prosesini izlemeye imkan vermisdir Simal Qerbi Azerbaycan regionunda qayaliq ve tepelik erazilerde hemcinin mese erazilerinde 70 e qeder xristian mebedi ve onlarin qaliqlari dovrumuze catmisdir Bunlar esasen bazilikal memarliq formasina malik bir ve ya uc nefli tikililerdir Regionun xristian mebedleri arazinda Sekinin Orta Zeyzid kendinde yerlesen kilse xacvari plan qurulusu ile ferqlenir Arxeoloji tedqiqatlar ve tikilinin struktur xususiyyetlerinin oyrenilmesi neticesinde onun V VIII esrlere aid olmasi mueyyen edilmisdir Hemcinin memarliq arxeologiya arasdirmalari kilsenin butun hisselerinin bir dovrde tikildiyini gostermisdir Surf qazintisi ve kilsenin daxilinde bir nece yerde aparilan tedqiqatlar da bu neticeni tesdiqlemisdir Arxeoloji qazintilar zamani kilse erazisinden askara cixarilmis muxtelif keramika qaliqlari II VI ve VIII XIII esrlere aid edilmisdir G Memmedova kisenin analoji xususiyyetlere malik Gedebey kilsesi ile muqayisede daha ince memarliq formalari ve dekorativ xususiyyetlere malik olmasina istinad ederek bir qeder sonraki dovrde en geci X esrde insa edilmis olmasi ehtimalini ireli surur Memarliq xususiyyetleriPlanda xacvari formaya malik olan Zeyzit kilsesinde serq qolu istisna olmaqla xacin diger qollari duzbucaqli formaya malikdir Serq qolunda yarimdairevi plana malik apsida yerlesir Xacin kesisme yerinin kencleri duzbucaqli kapitel plitesine malik pilyastrlar 50 sm ene malik formasinda hell edilmisdir Bir birinin ustune asilan yrimdairevi taglar yumru kemeri saxlayir Kemer uzerinde ise kilsenin barabani ve dovrumuze catmamis gunbezi yerlesirdi Zeyzid kilsesinin girisi qerb divarinda yerlesir Giris qapisi 90 sm ene ve 1 80 sm hundurluye melaikdir Kilsenin divarlari fasad hissesi yaxsi yonulmus ehengdasindan insa edilmisdir Dasiyici divarlarin qalinligi 80 sm e catir Kunclerin insasinda hem daxilde hem de xaricde yaxsi yonulmus seliqeli das bloklarindan istifade edilmisdir Hemin bloklarin bezileri boyuk olcuye 80x60x20 75x65x22 sm malikdir Divarlarin horgusunde uyudulmus keramika qarisigina malik mohkem eheng mehlulundan istifade edilmisdir Kilsenin altar hissesi xaricden besbucaqli formasinda hell edilmis ve uc pencereye malikdir Hemcinin qollarin her birinde bir pencere vardir Pencere yerlerinin hundurluyu 1 5 metre malikdir Kilsenin baraban ve gunbezinin insasinda kunc yerlerinin horgusunde istifade edilmis yaxsi yonulmus eheng dasindan istifade olunmusdur Divarlarin bezi yerlerinde sonraki dovrlerde heyata kecirilmis temir isleri ve uzlemelerin izlerini musahide etmek olur Kilsenin barabaninda yalniz bir eded 40 sm ene malik pencere yeri vardir Kilsenin gunbezi dovrumuze catmadigindan tedqiqatcilarin onun formasi haqqinda yalniz ferziyyeler ireli sururler Lakin insa edildiyi ilk novrlerden kilsenin gunbeze malik olmasi subhe dogurmur V Kerimov Zeyzid kilsesinden daha evvelki dovrlere II V esrler aid olan Kilsedag Lekit ve Mamrux kilselerinde gunbezli qulle formasinin tetbiqine esaslanaraq region memarlari ucun bunun yenilik olmadigini bildirir Zeyzit kilsesinin daminda ortuk materiali kimi kifayet qeder boyuk olculere 34 36x4749 sm malik su axtirma yerli ve bu cur derinliye malik olmayan kiremit lovhelerden istifade edilmisdir Dekorativ elementleri Kilsenin simal divarinda butun divar boyunca cekilmis iki qat uzleme dovrumuze catmisdir Uzleme uzerinde qedim freskalarin izleri musahide edilmekdedir Kilsenin dovrumuze catmis butun karniz kemerleri eynitipli murekkeb oyma naxislarla bezedilmisdir Dekorativ qabartma ve heykel qaliqlari yalniz cenub qolundaki pencerenin kenarlarinda dovrumuze catmisdir Qorelyef pencerenin butun dord terefini de ehate edir Mebed etrafindaki diger tikililer Zeyzid kilsesinin cenub qerb kuncunde kesis otagi olmasi guman edilen kicik tikilinin xarabaliqlari vardir Tagtavana malik diger bir tikili ise Zeyzit kilsesinin simal terefinde yerlesir Kilse kapellasi sovmee olmasi guman edilen tikilinin giris ve pencere yeri serq divarindadir Kilesnin sima qerb terefinde bir qeder aralida ciddi dagintiya meruz qalmis daha bir tikili vardr Hemin tikili temel hissesine qeder dagilmisdir Kilseden bir qeder aralida erken orta esrlere aid xristian qebirsanligi ve qebir daslari yerlesir TedqiqiKilsenin daxilinde simal divarinin altinda aparilan arxeoloji qazinti isleri zamani mueyyen edilmisdir ki tikilinin temeli 30 sm derinlikde yerlesmekle 1 20 m qalinliga malikdir Temelin insasinda tund boz rengli qaya daslarindan istifade olunmusdur Kilsenin daxilinde qazintilar zamani sifir noqtesinden 60 sm derinlikde hec bir medeni tebeqe askar edilmemisdir Kilsenin daxilinin temizlenmesinden sonra sifir noqtesinden 22 sm derinlikde medeni tebeqe ve artefaktlar uze cixarilmisdir Istinadlar Dunya ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisi PDF Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi 2 avqust 2001 2021 07 07 tarixinde PDF Istifade tarixi 20 iyul 2020 Kerimov 2008 seh 13 Kerimov 2008 seh 14 Kerimov 2008 seh 16 Kerimov 2008 seh 17 Mamedova 2004 seh 97 Kerimov 2008 seh 15 Kerimov 2008 seh 19 Kerimov 2008 seh 20 Kerimov 2008 seh 21EdebiyyatKerimov V Hram 3ejzit Kavkazskoj Albanii Baku Elm 2008 Mamedova Gyulchohra Zodchestvo Kavkazskoj Albanii Baku Chashyoglu 2004 Karahmedova A A Hristianskie pamyatniki Kavkazskoj Albanii Baku Elm 1985