Zanbaq inqilabı (qırğ. Жоогазын революциясы) — 2005-ci ilin martında Qırğızıstanda inqilaba səbəb olan kütləvi etirazlar və respublika prezidenti Əsgər Akayevin devrilməsi, Qurmanbek Bakıyevin vəzifəsinə gəlməsi. İnqilabçılar Əsgər Akayevin, ailəsinin və tərəfdarlarının ölkədə korrupsiya və avtoritar sistem qurduğunu iddia edirdilər. Akayev Qazaxıstana, daha sonra Rusiyaya qaçdı. 4 aprel 2005-ci il tarixində Qırğızıstanın Moskvadakı səfirliyində Akayev Qırğızıstan parlamentinin nümayəndə heyətinin iştirakı ilə istefa ərizəsini imzaladı. İstefa 11 aprel 2005-ci ildə Qırğızıstan müvəqqəti parlamenti tərəfindən təsdiq edildi.
Zanbaq inqilabı | |
---|---|
Жоогазын революциясы | |
| |
Yer | Qırğızıstan |
Tarix | 22 mart-11 aprel 2005 |
Səbəb | Prezident Əsgər Akayevin avtoritar hakimiyyətindən narazılıq Müxalifətin 2005-ci ilin yanvar-fevral aylarında keçirilən parlament seçkilərinin rəsmi nəticələrindən narazılığı Ölkədəki çətin sosial-iqtisadi vəziyyət |
Əsas məqsəd | Parlament seçkilərinin nəticələrinin etibarsız sayılması və yenidən azad seçkilərin keçirilməsi Prezident Əsgər Akayev, Baş nazir Nikolay Tanayev və hökumətinin istefası tələb olunur Ölkədə genişmiqyaslı demokratik və liberal islahatlar aparılması |
Nəticə | Əsgər Akayevin və Nikolay Tanaev hökumətinin devrilməsi Ölkədə hakimiyyətə Qurmanbek Bakıyevin rəhbərlik etdiyi müxalifət gəldi Müxalifət lideri Qurmanbek Bakıyev müvəqqəti prezident və baş nazir təyin edildi Erkən prezident seçkilərinin keçirilməsi və Qurmanbek Bakıyevin prezident seçilməsi, Feliks Kulovun Baş nazir təyin edilməsi Erkən parlament seçkilərinin təyini Ölkədə demokratik və liberal islahatların məhdud şəkildə həyata keçirilməsi |
Təşkilatçılar | Qurmanbek Bakıyevin rəhbərlik etdiyi Qırğızıstan Xalq Hərəkatı koalisiyasının təmsil etdiyi müxalifət |
Hərəkətverici qüvvələr | Müxalifət tərəfdarları və ölkədəki mövcud vəziyyətdən narazı insanlar |
İştirakçı sayı | bir neçə on min nəfər |
Əleyhdarları | Prezident Əsgər Akayev Baş nazir Nikolay Tanayevin rəhbərlik etdiyi Qırğızıstan hökuməti Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyi Qırğızıstan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi |
Həlak olanlar | 0 |
Yaralananlar | bir neçə on nəfər hər iki tərəfdən |
Həbs olunanlar | bir neçə on nəfər hər iki tərəfdən |
"Zanbaq inqilabı" terminin mənşəyi
İnqilabın ilk mərhələlərində kütləvi iğtişaşları "Çəhrayı", "Limon", "İpək" və ya "Nərgiz" inqilabı adlandırırdılar. "Zanbaq inqilabı" terminini yaradan Akayevin özü oldu. Bir dəfə çıxışında, Qırğızıstanda belə bir "Rəngli inqilabın" baş verə biləcəyini xəbərdar etmişdi. Rəng və ya çiçək ifadəsi istifadə etməklə Gürcüstanda zorakılıq olmadan baş verən "Qızılgül inqilabı", Ukraynadakı "Narıncı inqilab" (2004), Çexoslovakiya "Məxməri inqilabı" (1989) və Portuqaliya "Qərənfil inqilabı" (1974) ilə oxşarlıq doğururdu.
Gürcüstanın Azadlıq İnstitutunun keçmiş üzvü və Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Givi Tarqamadze, Ukrayna müxalifət liderlərinə güc tətbiq etmədən mübarizə üsulları ilə bağlı məsləhətlər vermişdi. Daha sonra 0, Zanbaq inqilabı dövründə Qırğızıstan müxalifətinin liderlərinə məsləhətlərlə kömək edirdi
İnqilabın səbəbləri
Bir çox müşahidəçilərə görə, Qırğızıstandakı hakimiyyət böhranına aşağıdakı amillər təsir etmışdir:
- Əhalinin çətin iqtisadi vəziyyəti
- "Mərkəzi" "şimal" və periferik "cənub" arasındakı ziddiyyətlər, hökumət və idarəetmədə "şimallıların hakimiyyəti"
- Akayevlərin ailə-klan rejimi
- Kütləvi korrupsiya
- İşsizlik
- Mərkəzi hökumət və hüquq-mühafizə orqanlarının zəifliyi.
Seçkidən sonrakı güc tətbiqi
Akayev tərəfdarı namizədlər 27 Fevral 2005-ci il parlament seçkilərində yaxşı nəticə göstərdilər. Lakin bu nəticələr xarici müşahidəçilər tərəfindən tənqid olundu.Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Qırğızıstan hökumətini tənqid etdi. Etirazlar, xüsusilə Cəlal-Abad, Oş və Özkənd daxil olmaqla qərb və cənub şəhərlərində başladı. 3 Mart 2005-ci ildə müxalifət lideri Roza Otunbayevanın mənzilində bomba partladı. Akayev hökuməti bu məsələdə məsuliyyəti boynundan rədd etdi.
10 Mart 2005-ci ildə Qırğızıstan Xalq Hərəkatının lideri Qurmanbek Bakiyev Bişkekdəki parlament binası qarşısında nümayişçilərə qatıldı. Bakiyev və 22 müxalifətçi millət vəkili Akayev hökümətinə qarşı simvolik olaraq "etimadsızlıq" göstərdilər. 19 Mart 2005-ci ildə Bişkekdə üç min, Cəlal-Abadda da əlli min insan ictimai etirazlara qatıldı. Martın 20-də, etirazçılar hökumət binalarını ələ keçirdikdə, Qırğızıstan hökuməti Cəlal-Abad və Oşda daxili işlər nazirliyi qüvvələrini yeritdilər. 20 Mart 2005-ci ildə etirazçılar ölkənin cənub hissəsindəki bütün böyük şəhərləri nəzarətə götürdülər və Akayevin istefasını tələb etdilər. Etiraz aksiyalarında "KelKel" ("yaxşılığın intibahı və parlaqlığı") gənclər hərəkatı fəal idi. 22 Mart 2005-ci ildə Akayev etirazçılar ilə danışıqlardan imtina etdi. Yetmiş bir millət vəkilindən on nəfər etirazçıların tərəfinə keçdi.
Potensial liderlər
Müxalifət ölkəni idarə etməkdə əhəmiyyətli irəliləyişlər əldə etdiyini iddia etsə də, daxili parçalanma yaşanırdı, çünki açıq bir lider yox idi. Hökümətə qarşı vahid cəbhə nümayiş etdirən Ukrayna və Gürcüstan inqilabi qüvvələrindən fərqli olaraq burda vəziyyət başqa cür idi.
Roza Otunbayeva Qırğızıstan müxalifətinin potensial lideri idi. 1981-ci ildə Qırğızıstan Kommunist Partiyası Lenin "raykom"unun ikinci katibi (rayon şurası) idi. 2005-ci ilə qədər Otunbayevanın siyasi görüşləri yavaş-yavaş qərbləşmişdi. 2005-ci il inqilabından sonra Otunbayeva müvəqqəti hökumətdə xarici işlər naziri və ABŞ və İngiltərədəki səfir vəzifələrini icra etdi.
Digər bir potensial lider Qurmanbek Bakıyev idi. 2002-ci ildə Bakıyev Qırğızıstanın cənubundakı Aski qəsəbəsində beş dinc nümayişçini vuraraq öldürdükdən sonra Qırğızıstanın baş naziri vəzifəsindən istefa vermişdi.
Daha bir şəxs Ənvər Artykov idi. O, əvvəllər Oş valisi olmuşdu. Ənənəvi Monqol və Türk müxalifət məclisi olan "qurultay" ın dəstəyinə sahib idi. Artykov deyirdi: "Bütün tələblərimiz və problemlərimiz həll olunana qədər bu səlahiyyəti (paralel idarəetmə) saxlayacağıq. Biz müvəqqəti gücük. Mövcud hökumətin yerinə millətin etibar etdiyi bir hökumət təyin edildiyi zaman vəzifələrimizin yerinə yetirilməsindən danışa bilərik".
21 mart 2005-ci ildə Cəlal-Abad etirazında müxalifət çox sıx birləşmişdi. Otunbayeva, deyirdi: "Yüksək rütbəli zabitlər də daxil olmaqla polislər formalarını çıxardılar, mülki geyindilər və sıralarımıza qoşuldular. Beləliklə, bizə böyük dəstək var".
22 Mart 2005-ci ildə müxalifət liderləri Bişkekdə bir araya gələrək müvəqqəti hökumət qurdular. Qırğızıstan Ali Məhkəməsi, əvvəlki parlamentin qanuni və haqlı idarə orqanı olduğuna qərar verdi, lakin 24 mart 2005-ci ildə müvəqqəti hökuməti tanıdı. Bakiyev baş nazir əvəzi təyin edildi və yeni seçkilərin 2005-ci ilin iyul ayında keçirilməsi planlaşdırıldı.
Rejim dəyişikliyi
19 və 20 Mart 2005-ci il etirazlarından sonra Akayev Mərkəzi Seçki Komitəsi və Qırğızıstan Ali Məhkəməsinə müxalifətin irəli sürdüyü seçki saxtakarlığı iddialarını araşdırmağı əmr etdi. Akayev bu qurumlardan "seçki nəticələrinin həddindən artıq ictimai reaksiya doğurduğu bölgələrə xüsusi diqqət yetirmələrini və insanlara kimin haqlı, kimin səhv olduğunu açıq şəkildə söyləmələrini xahiş etdi".
22 martda Akayev daxili işlər naziri Bakirdin Subanbekov və baş prokuror Muktubek Abduldayevi vəzifəsindən azad etdi. 23 Mart 2005-ci ildə Akayev çevik polis qüvvələrini işə saldı və otuz nəfər həbs olundu. Özbəkistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, "Qırğızıstanın yaxın qonşusu olan Özbəkistan xalqı, Qırğızıstanda, xüsusilə cənub bölgələrində baş verən hadisələrdən narahatdır"- deyə bildirdi.
24 mart 2005-ci ildə Akayev ailəsi ilə birlikdə qaçdı. Əvvəl Qazaxıstana, daha sonra Rusiya prezidenti Vladimir Putinin ona sığınacaq vermək təklifini qəbul edərək Rusiyaya getdi. 3 aprel 2005-ci ildə Akayev istefa verdi. 11 aprel 2005-ci ildə müvəqqəti rəhbərlik tərəfindən istefa qəbul edildi.
Akayev qaçanda Baş nazir Nikolay Tanayev də istefaya getdi. Müxalifət televiziya yayımını və əsas dövlət xidmətlərini nəzarətə götürdü. Polis səlahiyyətlərini təhvil verdi və etirazçılara qoşuldu. Feliks Kulov da daxil olmaqla həbsdə olan müxalifət liderləri sərbəst buraxıldı. Qırğızıstan Ali Məhkəməsi seçkinin nəticələrini etibarsız elan etdi.
Qurmanbek Bakıyevə müvəqqəti rəhbərlik tərəfindən baş nazir və prezident səlahiyyətləri tapşırıldı.Hökümətə müvəqqəti kabinet adını verildi. Bu vaxt Bişkekdə qarət və talanlar başladı. Mağazalarını və bankomatları qarət edilir və binalar yandırılırdı. Qarışıqlıqda üç nəfər həlak oldu. Bakıyev Feliks Kulovu daxili işlər naziri vəzifəsinə təyin etdi. Kulov televiziya vasitəsilə sabitlik yaratmaq üçün xalqa müraciət etdi. 26 Mart 2005-ci ildə Akayevin silahlı tərəfdarları Keneş Duşebəyev və Temirbek Akmataliyevin rəhbərliyi ilə Bişkekə soxulmağa cəhd etdilər. Martın 29-da Akmataliev qarşıdakı seçkilərə qatılacağını bildirdi. 28 Mart 2005-ci ilədək tədricən siyasi sabitləşmə yarandı.
Müvəqqəti rəhbərlik 10 iyul 2005-ci il tarixində prezident seçkilərini elan etdi. Bununla belə media qurumları Bakıyevi qeyri-şəffaflıqda, nizam-intizamı bərpa etməməkdə və rus azlıqlarına qarşı ayrıseçkilikdə günahlandırırdı. Adaxan Madumarovun baş nazirin dördüncü müavini vəzifəsinə təyin olunması düz addım sayılmadı. Çünki o, da prezidentliyə namizəd olduğu üçün bu maraqların toqquşması kimi qəbul edildi. Bakıyev, Akeyev kabinetinin bir hissəsinə müvəqqəti hökumətdə yer verdiyi üçün də tənqid olunurdu.
13 May 2005-ci il tarixində Bakıyev və Kulov bir araya gələrək 10 iyul 2005-ci il prezident seçkilərində mübarizə apardılar. Razılaşmaya əsasən, Bakıyevin qələbəsi halında Kulov baş nazir postunu tutacaqdı. Onların arasında ittifaq 2007-ci ilin yanvarına qədər davam etdi. Ölkənin şimal və cənub hissələrini birləşdirdi. Digər namizədlərin seçilməsini çətinləşdirdi. Həmçinin bu ittifaq Özbəkistanla münasibətlərin də sabitləşməsinə kömək etmiş oldu.
Müvəqqəti hökumətin əsas problemləri
Torpaq məsələsi
Müvəqqəti hökumət Bişkekdə kəndlilərin torpaq tələbləri iddiaları ilə qarşılaşdı. Polis silahlı kəndlilərin zorla torpaq zəbt etmələrini dayandıra bilmirdi. 2005-ci ilin aprelində şəhərdə talançılara qarşı mübarizə aparan xalq dəstələrinə rəhbərlik edən "Ali Baba və Qırx Quldur Sərgüzəştləri" filmi ilə məşhurlaşan məşhur Qırğızıstan Sovet aktyoru və kaskadyor Usen Kudaibergenov naməlum şəraitdə Bişkekdəki evində öldürüldü.
Akayevə qarşı korrupsiya iddiaları
24 Mart 2005-ci ildə Akayevin gündəlikləri korrupsiya sübutu olaraq istehsal edildi. Akayevin hökümətinin yol verdiyi korrupsiya əməllərini araşdırmaq üçün vətəndaşlardan, dövlət qulluqçularından, bankirlərdən və qeyri-hökumət təşkilatı nümayəndələrindən ibarət bir komissiya təşkil olundu. 21 aprel 2005-ci ildə komissiya Akayevin prezidentliyi dövründə Akayevlər ailəsi tərəfindən idarə olunan qırx iki müəssisənin hesabatlarını dərc etdi. Müvəqqəti hökumət, Akayevin şiddət və həbslər yolu ilə dinc siyasi etiraz aksiyalarını dağıtdığını iddia edirdi. 24 mart 2005-ci ildə Akeyevin mülki geyimli adamlarının etirazçılara qarşı güc tətbiq etdiyi iddia edildi.
Əndican qaçqınları
13 May 2005-ci ildə Özbəkistanın Əndican şəhərində hökumət təhlükəsizlik agentlərinin toplaşan etirazçılara atəş etməsi ilə qətliam baş verdi. Altı minə qədər özbək qaçqını Qırğızıstana girdi. Qaçqınlar Özbəkistan hökumətinin sərt tədbirləri səbəbindən Özbəkistana dönə bilmədilər. Əvvəlcə Bakıyev, hüquq müdafiəçilərinin çağırışlarına baxmayaraq Özbəkistan hökumətinin mövqeyini dəstəklədi. Daha sonra beynəlxalq ictimaiyyətin təzyiqi ilə Qırğızıstan müvəqqəti rəhbərliyi Əndican qaçqınlarına hüquqi status verdi. Beynəlxalq QHT-lər qaçqınlara sığınacaq, yemək, su və digər ehtiyacları təmin edə bildi. Ancaq 9 iyun 2005-ci ildə dörd Özbəkistan qaçqını vətənlərinə qaytarıldı. Kulov, bu dörd nəfərin təcavüz və ya qətldə günahlandırıldıqlarını və ya günahkar olduqlarını və bu səbəbdən deportasiya edildiklərini söylədi.
Akayevin bəraət cəhdləri
Akayev Bakıyevin antikorrupsiya komissiyasının sədrini və komissiyanı məhkəməyə verdi. O, həmçinin Qırğızıstan qəzetlərindən birinin jurnalistini böhtan ittihamı ilə ona qarşı irəli sürülən korrupsiya ittihamlarının düzgün olmadığını əsas gətirərək məhkəməyə verdi. Akayevin qızı Bermet Akayeva, Qırğızıstan Mərkəzi Seçki Komissiyasını böhtan və parlamentə seçilməsinin qarşısını aldığına görə məhkəməyə müraciət etdi. Akayevin inqilab zamanı ələ keçirilmiş bəzi şəxsi əşyaları ona qaytarıldı.
Seçki öncəsi qarışıqlıq
10 iyun 2005-ci ildə millət vəkili Jırqalbek Surabaldiyev Bişkekdə güllələndi. O, 2005-ci il martın 24-də anti-Akayev etirazçılarına edilən hücumlarla əlaqəli ola bilərdi. 11 iyun 2005-ci ildə iki hökumət mühafizəçisi döyüldü və Bakiyev və Baş nazirin müavini Daniyar Usenovun səfər marşrutları haqqında məlumat verməyə məcbur edildilər. 13 iyun 2005-ci ildə Oşda nümayişçilərlə parlament təhlükəsizlik işçiləri arasında baş verən qarşıdurma nəticəsində 6 nəfər yaralandı. Bu hadisədə təhlükəsizlik işçiləri agentləri "Alay" Otelinin qarşısında toplaşan nümayişçilərə atəş açmışdı. Millət vəkili Bayaman Erkinbayev, güc tətbiq etməkdə və dövlət əmlakına qanunsuz sahiblik etməkdə günahlandırıldı.
17 iyun 2005-ci ildə etirazçılar Akayevin köhnə müttəfiqi Urmat Barıktabasovu dəstəkləmək üçün Bişkekə toplaşdılar. O, daha əvvəl prezidentliyə namizəd olmaq niyyətini bildirmişdi, lakin ikili vətəndaşlıq (Qırğızıstan və Qazaxıstan) olduğu üçün qeydiyyatdan keçmək hüququndan məhrum edilmişdi. Sonradan bəzi etirazçılar mitinqdə iştirak etmək üçün pul aldıqlarını etiraf etdilər.
Yeni seçkilər
10 İyul 2005-ci ildə vəd edilmiş seçkilər baş tutdu. Bakıyev səslərin doxsan faizini qazandı və ertəsi gün prezident oldu. Kulov Baş nazir təyin edildi. O, səslərin 88,7 faizini, rəqibi isə 4 faizini qazandı. Seçkinin keçirilməsi Qərb müşahidəçiləri tərəfindən yüksək qiymətləndirildi, lakin bəzi qanun pozuntuları da qeydə alındı.
Seçkidən bir neçə ay sonra Bayaman Erkinbayev və Raatbek Sanatbayev öldürüldü. Tınıçbek Akmatbayev, Çeçen əsilli qanuni oğru Əziz Batukayevin təşkil etdiyi həbsxana qiyamı zamanı öldü. Ryspek, 2006-cı ilin may ayında bir məsciddən çıxarkən öldürüldü.
ATƏT seçkilərin ikinci mərhələsini izləmək üçün altmış müşahidəçi göndərdi. İlkin qiymətləndirmədə təşkilat səsvermənin ikinci turunun "ilk turda bəzi texniki irəliləyişlər", həm də "əhəmiyyətli çatışmazlıqlar göstərdiyini aşkar etdi.
Müstəqil Dövlətlər Birliyinin (MDB) seçki müşahidəçiləri bununla razılaşmadılar. Seçkilərin ikinci turunun mütəşəkkil, sərbəst və ədalətli keçirildiyini bildirdilər. MDB müşahidəçiləri bir sıra bölgələrdə siyasi iğtişaşlara qarşı təmkinli və səriştəli olduqları üçün yerli hakimiyyət orqanlarınının da işini yüksək qiymətləndirdilər. ATƏT və MDB müşahidə qruplarının hesabatlardakı bu ziddiyyət bu cür ziddiyyətli hesabatların sonuncusu oldu. Rusiya MDB hesabatlarını dəstəklədi və ATƏT-in hesabatlarını tənqid etdi.
The New York Times dediyinə görə amerikalıların dövlət və qeyri-hökumət mənbələrindən verdiyi maliyyələşdirmə və dəstəklə təşviqat materialları çap etmək mümkün olmuşdur. Bunun da Akayevin əleyhinə nümayişlərə yol açmasına kömək etdiyini yazmışdı.
Kofi Annan, BMT-nin "Baş katib seçki və siyasi anlaşmazlıqları həll etmək üçün şiddət və təhdid tətbiq edilməsinə qarşıdır" demişdir. Birləşmiş Millətlər Təşkilatının veb saytında, Annan "bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırmışdır".
İstinadlar
- "Киргизия отмечает 7-ю годовщину". ИА REGNUM (rus). 2022-07-01 tarixində . İstifadə tarixi: 2017-06-18.
- ""Тюльпановая революция" в Киргизии (2005)". РИА Новости (rus). 20150324T1008+0300Z. 2017-09-25 tarixində . İstifadə tarixi: 2017-06-18.
- Walsh N. P. Pink revolution rumbles on in blood and fury 2016-09-27 at the Wayback Machine The Guardian March 27, 2005. Accessed July 30, 2015.
- [1] Timesonline.co.uk Accessed July 31, 2015. (abunə tələb olunur)
- en:The Hindu December 30, 2004. Accessed July 30, 2015.
- Georgian advisors stepping forward in Bishkek 2016-09-20 at the Wayback Machine The Jamestown Foundation website. Accessed July 30, 2015.
- A tulip revolution 2018-05-13 at the Wayback Machine The Economist issn 0013–0613 Accessed June 9, 2016.
- Pike J. Government and opposition concerned over Kyrgyz unrest 2021-10-24 at the Wayback Machine Global Security.org March 2005. Accessed July 30, 2015.
- Marat E. The Tulip Revolution: Kyrgyzstan one year after. The Jamestown Foundation, Washington DC.
- Kyrgyz MP shot dead in Bishkek[ölü keçid]en:BBC Accessed July 30, 2015.
- Protests force Kyrgyz poll review 2006-05-29 at the Wayback Machine en:BBC Accessed July 30, 2015.
- U.S. Helped to prepare the way for Kyrgyzstan's Uprising 2014-11-22 at the Wayback Machine The New York Times March 30, 2005. Accessed July 31, 2015.
- [2] 2012-06-02 at the Wayback Machine United Nations February 17, 2009.
Ədəbiyyat
- Anjaparidze Z. (March 2005) "Georgian advisors stepping forward in Bishkek 2022-04-21 at the Wayback Machine. Eurasia Daily Monitor.
- Cohen A. (March 2005) Kyrgyzstan’s Tulip Revolution 2022-05-15 at the Wayback Machine.The Washington Times.
- Cummings S. and Ryabkov M. (2008) Situating the Tulip Revolution. Central Asian Survey 27(3–4) 241–252.
- Cummings S. (2009) Domestic and international perspectives on Kyrgyzstan’s Tulip Revolution. Routledge, Taylor and Francis Group, New York.
- Finn P. (2005) Elections in Kyrgyzstan inconclusive: most legislative races forced into runoffs: monitors fault Atmosphere 2022-03-09 at the Wayback Machine. The Washington Post.
- Freedman E. (2009) When a Democratic Revolution isn’t Democratic or Revolutionary? Journalism 10(6): 843–861.
- Hale H. E. (2011) Formal constitutions in informal politics: institutions and democratization in Post-Soviet Eurasia. World Politics 63(4): 581–617.
- Hiro D. (2009) Kyrgyzstan’s Tulip Revolution 2021-02-12 at the Wayback Machine The Guardian
- Hiro D. (April 2010) Kyrgyzstan’s second Tulip Revolution 2022-07-11 at the Wayback Machine. The Guardian.
- Kalandadze K. and Orenstein M. (2009) Electoral protests and democratization beyond the colored revolutions. Comparative Political Studies 42(11): 1403–1425.
- Mitchell L. A. (2012) The Color Revolutions. University of Pennsylvania Press, Philadelphia.
- Radnitz S. (2006) What really happened in Kyrgyzstan? Journal of Democracy 17(2): 132–146.
- Smith C. S. (March 2005) U.S. helped to prepare the way for Kyrgyzstan’s Uprising 2015-06-20 at the Wayback Machine. The New York Times.
- Stepanov G. (2005) Two leaders of Tulip Revolution can’t share power in Kyrgyzstan. Current Digest of the Post-Soviet Press (57)13: 345–391.
- Tudoroiu T. (2007) Rose, Orange, and Tulip: the failed post-Soviet revolutions. Communist and Post-Communist Studies 40(3): 315–342.
- Walsh N. P. (March 2005) Kyrgyz leader condemns protestors 2022-04-21 at the Wayback Machine. The Guardian.
- Yusin M. (2005) Tulip Revolution begins in Kyrgyzstan. Current Digest of the Post-Soviet Press 57(12): 1–48.
- Революція "тюльпанова" //Політологічний енциклопедичний словник / уклад.: Л. М. Герасіна, В. Л. Погрібна, І.О. Поліщук та ін. За ред. М. П. Требіна. — Х . :Право, 2015
Xarici keçidlər
- Kyrgyzstan: Revolution Revisited Eurasianet organisation.
- Article 2005-03-28 at the Wayback Machine Eurasianet organisation.
- Article 2005-12-11 at the Wayback Machine Eurasianet organisation.
- Photography of en:Elena Skochilo Live Journal blog page.
- Q&A: Kyrgyzstan’s Rebellion from the en:Council on Foreign Relations
- Kyrgyz revolution Klasney blog.
- Kyrgyzstan photos Audio slideshow about the Tulip Revolution from The Common Language Project.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zanbaq inqilabi qirg Zhoogazyn revolyuciyasy 2005 ci ilin martinda Qirgizistanda inqilaba sebeb olan kutlevi etirazlar ve respublika prezidenti Esger Akayevin devrilmesi Qurmanbek Bakiyevin vezifesine gelmesi Inqilabcilar Esger Akayevin ailesinin ve terefdarlarinin olkede korrupsiya ve avtoritar sistem qurdugunu iddia edirdiler Akayev Qazaxistana daha sonra Rusiyaya qacdi 4 aprel 2005 ci il tarixinde Qirgizistanin Moskvadaki sefirliyinde Akayev Qirgizistan parlamentinin numayende heyetinin istiraki ile istefa erizesini imzaladi Istefa 11 aprel 2005 ci ilde Qirgizistan muveqqeti parlamenti terefinden tesdiq edildi Zanbaq inqilabiZhoogazyn revolyuciyasyInqilabcilarin simvoluYer QirgizistanTarix 22 mart 11 aprel 2005Sebeb Prezident Esger Akayevin avtoritar hakimiyyetinden naraziliq Muxalifetin 2005 ci ilin yanvar fevral aylarinda kecirilen parlament seckilerinin resmi neticelerinden naraziligi Olkedeki cetin sosial iqtisadi veziyyetEsas meqsed Parlament seckilerinin neticelerinin etibarsiz sayilmasi ve yeniden azad seckilerin kecirilmesi Prezident Esger Akayev Bas nazir Nikolay Tanayev ve hokumetinin istefasi teleb olunur Olkede genismiqyasli demokratik ve liberal islahatlar aparilmasiNetice Esger Akayevin ve Nikolay Tanaev hokumetinin devrilmesi Olkede hakimiyyete Qurmanbek Bakiyevin rehberlik etdiyi muxalifet geldi Muxalifet lideri Qurmanbek Bakiyev muveqqeti prezident ve bas nazir teyin edildi Erken prezident seckilerinin kecirilmesi ve Qurmanbek Bakiyevin prezident secilmesi Feliks Kulovun Bas nazir teyin edilmesi Erken parlament seckilerinin teyini Olkede demokratik ve liberal islahatlarin mehdud sekilde heyata kecirilmesiTeskilatcilar Qurmanbek Bakiyevin rehberlik etdiyi Qirgizistan Xalq Herekati koalisiyasinin temsil etdiyi muxalifetHereketverici quvveler Muxalifet terefdarlari ve olkedeki movcud veziyyetden narazi insanlarIstirakci sayi bir nece on min neferEleyhdarlari Prezident Esger Akayev Bas nazir Nikolay Tanayevin rehberlik etdiyi Qirgizistan hokumeti Qirgizistan Respublikasinin Daxili Isler Nazirliyi Qirgizistan Respublikasinin Dovlet Tehlukesizlik KomitesiHelak olanlar 0Yaralananlar bir nece on nefer her iki terefdenHebs olunanlar bir nece on nefer her iki terefden Zanbaq inqilabi terminin menseyiInqilabin ilk merhelelerinde kutlevi igtisaslari Cehrayi Limon Ipek ve ya Nergiz inqilabi adlandirirdilar Zanbaq inqilabi terminini yaradan Akayevin ozu oldu Bir defe cixisinda Qirgizistanda bele bir Rengli inqilabin bas vere bileceyini xeberdar etmisdi Reng ve ya cicek ifadesi istifade etmekle Gurcustanda zorakiliq olmadan bas veren Qizilgul inqilabi Ukraynadaki Narinci inqilab 2004 Cexoslovakiya Mexmeri inqilabi 1989 ve Portuqaliya Qerenfil inqilabi 1974 ile oxsarliq dogururdu Gurcustanin Azadliq Institutunun kecmis uzvu ve Gurcustan parlamentinin Mudafie ve Tehlukesizlik Komitesinin sedri Givi Tarqamadze Ukrayna muxalifet liderlerine guc tetbiq etmeden mubarize usullari ile bagli meslehetler vermisdi Daha sonra 0 Zanbaq inqilabi dovrunde Qirgizistan muxalifetinin liderlerine meslehetlerle komek edirdiInqilabin sebebleriBir cox musahidecilere gore Qirgizistandaki hakimiyyet bohranina asagidaki amiller tesir etmisdir Ehalinin cetin iqtisadi veziyyeti Merkezi simal ve periferik cenub arasindaki ziddiyyetler hokumet ve idareetmede simallilarin hakimiyyeti Akayevlerin aile klan rejimi Kutlevi korrupsiya Issizlik Merkezi hokumet ve huquq muhafize orqanlarinin zeifliyi Seckiden sonraki guc tetbiqiAkayev terefdari namizedler 27 Fevral 2005 ci il parlament seckilerinde yaxsi netice gosterdiler Lakin bu neticeler xarici musahideciler terefinden tenqid olundu Avropada Tehlukesizlik ve Emekdasliq Teskilati ATET Qirgizistan hokumetini tenqid etdi Etirazlar xususile Celal Abad Os ve Ozkend daxil olmaqla qerb ve cenub seherlerinde basladi 3 Mart 2005 ci ilde muxalifet lideri Roza Otunbayevanin menzilinde bomba partladi Akayev hokumeti bu meselede mesuliyyeti boynundan redd etdi 10 Mart 2005 ci ilde Qirgizistan Xalq Herekatinin lideri Qurmanbek Bakiyev Biskekdeki parlament binasi qarsisinda numayiscilere qatildi Bakiyev ve 22 muxalifetci millet vekili Akayev hokumetine qarsi simvolik olaraq etimadsizliq gosterdiler 19 Mart 2005 ci ilde Biskekde uc min Celal Abadda da elli min insan ictimai etirazlara qatildi Martin 20 de etirazcilar hokumet binalarini ele kecirdikde Qirgizistan hokumeti Celal Abad ve Osda daxili isler nazirliyi quvvelerini yeritdiler 20 Mart 2005 ci ilde etirazcilar olkenin cenub hissesindeki butun boyuk seherleri nezarete goturduler ve Akayevin istefasini teleb etdiler Etiraz aksiyalarinda KelKel yaxsiligin intibahi ve parlaqligi gencler herekati feal idi 22 Mart 2005 ci ilde Akayev etirazcilar ile danisiqlardan imtina etdi Yetmis bir millet vekilinden on nefer etirazcilarin terefine kecdi Potensial liderlerMuxalifet olkeni idare etmekde ehemiyyetli irelileyisler elde etdiyini iddia etse de daxili parcalanma yasanirdi cunki aciq bir lider yox idi Hokumete qarsi vahid cebhe numayis etdiren Ukrayna ve Gurcustan inqilabi quvvelerinden ferqli olaraq burda veziyyet basqa cur idi Roza Otunbayeva Qirgizistan muxalifetinin potensial lideri idi 1981 ci ilde Qirgizistan Kommunist Partiyasi Lenin raykom unun ikinci katibi rayon surasi idi 2005 ci ile qeder Otunbayevanin siyasi gorusleri yavas yavas qerblesmisdi 2005 ci il inqilabindan sonra Otunbayeva muveqqeti hokumetde xarici isler naziri ve ABS ve Ingilteredeki sefir vezifelerini icra etdi Diger bir potensial lider Qurmanbek Bakiyev idi 2002 ci ilde Bakiyev Qirgizistanin cenubundaki Aski qesebesinde bes dinc numayiscini vuraraq oldurdukden sonra Qirgizistanin bas naziri vezifesinden istefa vermisdi Daha bir sexs Enver Artykov idi O evveller Os valisi olmusdu Enenevi Monqol ve Turk muxalifet meclisi olan qurultay in desteyine sahib idi Artykov deyirdi Butun teleblerimiz ve problemlerimiz hell olunana qeder bu selahiyyeti paralel idareetme saxlayacagiq Biz muveqqeti gucuk Movcud hokumetin yerine milletin etibar etdiyi bir hokumet teyin edildiyi zaman vezifelerimizin yerine yetirilmesinden danisa bilerik 21 mart 2005 ci ilde Celal Abad etirazinda muxalifet cox six birlesmisdi Otunbayeva deyirdi Yuksek rutbeli zabitler de daxil olmaqla polisler formalarini cixardilar mulki geyindiler ve siralarimiza qosuldular Belelikle bize boyuk destek var 22 Mart 2005 ci ilde muxalifet liderleri Biskekde bir araya gelerek muveqqeti hokumet qurdular Qirgizistan Ali Mehkemesi evvelki parlamentin qanuni ve haqli idare orqani olduguna qerar verdi lakin 24 mart 2005 ci ilde muveqqeti hokumeti tanidi Bakiyev bas nazir evezi teyin edildi ve yeni seckilerin 2005 ci ilin iyul ayinda kecirilmesi planlasdirildi Rejim deyisikliyi19 ve 20 Mart 2005 ci il etirazlarindan sonra Akayev Merkezi Secki Komitesi ve Qirgizistan Ali Mehkemesine muxalifetin ireli surduyu secki saxtakarligi iddialarini arasdirmagi emr etdi Akayev bu qurumlardan secki neticelerinin heddinden artiq ictimai reaksiya dogurdugu bolgelere xususi diqqet yetirmelerini ve insanlara kimin haqli kimin sehv oldugunu aciq sekilde soylemelerini xahis etdi 22 martda Akayev daxili isler naziri Bakirdin Subanbekov ve bas prokuror Muktubek Abduldayevi vezifesinden azad etdi 23 Mart 2005 ci ilde Akayev cevik polis quvvelerini ise saldi ve otuz nefer hebs olundu Ozbekistan Xarici Isler Nazirliyinin numayendesi Qirgizistanin yaxin qonsusu olan Ozbekistan xalqi Qirgizistanda xususile cenub bolgelerinde bas veren hadiselerden narahatdir deye bildirdi 24 mart 2005 ci ilde Akayev ailesi ile birlikde qacdi Evvel Qazaxistana daha sonra Rusiya prezidenti Vladimir Putinin ona siginacaq vermek teklifini qebul ederek Rusiyaya getdi 3 aprel 2005 ci ilde Akayev istefa verdi 11 aprel 2005 ci ilde muveqqeti rehberlik terefinden istefa qebul edildi Akayev qacanda Bas nazir Nikolay Tanayev de istefaya getdi Muxalifet televiziya yayimini ve esas dovlet xidmetlerini nezarete goturdu Polis selahiyyetlerini tehvil verdi ve etirazcilara qosuldu Feliks Kulov da daxil olmaqla hebsde olan muxalifet liderleri serbest buraxildi Qirgizistan Ali Mehkemesi seckinin neticelerini etibarsiz elan etdi Qurmanbek Bakiyeve muveqqeti rehberlik terefinden bas nazir ve prezident selahiyyetleri tapsirildi Hokumete muveqqeti kabinet adini verildi Bu vaxt Biskekde qaret ve talanlar basladi Magazalarini ve bankomatlari qaret edilir ve binalar yandirilirdi Qarisiqliqda uc nefer helak oldu Bakiyev Feliks Kulovu daxili isler naziri vezifesine teyin etdi Kulov televiziya vasitesile sabitlik yaratmaq ucun xalqa muraciet etdi 26 Mart 2005 ci ilde Akayevin silahli terefdarlari Kenes Dusebeyev ve Temirbek Akmataliyevin rehberliyi ile Biskeke soxulmaga cehd etdiler Martin 29 da Akmataliev qarsidaki seckilere qatilacagini bildirdi 28 Mart 2005 ci iledek tedricen siyasi sabitlesme yarandi Muveqqeti rehberlik 10 iyul 2005 ci il tarixinde prezident seckilerini elan etdi Bununla bele media qurumlari Bakiyevi qeyri seffafliqda nizam intizami berpa etmemekde ve rus azliqlarina qarsi ayriseckilikde gunahlandirirdi Adaxan Madumarovun bas nazirin dorduncu muavini vezifesine teyin olunmasi duz addim sayilmadi Cunki o da prezidentliye namized oldugu ucun bu maraqlarin toqqusmasi kimi qebul edildi Bakiyev Akeyev kabinetinin bir hissesine muveqqeti hokumetde yer verdiyi ucun de tenqid olunurdu 13 May 2005 ci il tarixinde Bakiyev ve Kulov bir araya gelerek 10 iyul 2005 ci il prezident seckilerinde mubarize apardilar Razilasmaya esasen Bakiyevin qelebesi halinda Kulov bas nazir postunu tutacaqdi Onlarin arasinda ittifaq 2007 ci ilin yanvarina qeder davam etdi Olkenin simal ve cenub hisselerini birlesdirdi Diger namizedlerin secilmesini cetinlesdirdi Hemcinin bu ittifaq Ozbekistanla munasibetlerin de sabitlesmesine komek etmis oldu Muveqqeti hokumetin esas problemleriTorpaq meselesi Muveqqeti hokumet Biskekde kendlilerin torpaq telebleri iddialari ile qarsilasdi Polis silahli kendlilerin zorla torpaq zebt etmelerini dayandira bilmirdi 2005 ci ilin aprelinde seherde talancilara qarsi mubarize aparan xalq destelerine rehberlik eden Ali Baba ve Qirx Quldur Serguzestleri filmi ile meshurlasan meshur Qirgizistan Sovet aktyoru ve kaskadyor Usen Kudaibergenov namelum seraitde Biskekdeki evinde olduruldu Akayeve qarsi korrupsiya iddialari 24 Mart 2005 ci ilde Akayevin gundelikleri korrupsiya subutu olaraq istehsal edildi Akayevin hokumetinin yol verdiyi korrupsiya emellerini arasdirmaq ucun vetendaslardan dovlet qulluqcularindan bankirlerden ve qeyri hokumet teskilati numayendelerinden ibaret bir komissiya teskil olundu 21 aprel 2005 ci ilde komissiya Akayevin prezidentliyi dovrunde Akayevler ailesi terefinden idare olunan qirx iki muessisenin hesabatlarini derc etdi Muveqqeti hokumet Akayevin siddet ve hebsler yolu ile dinc siyasi etiraz aksiyalarini dagitdigini iddia edirdi 24 mart 2005 ci ilde Akeyevin mulki geyimli adamlarinin etirazcilara qarsi guc tetbiq etdiyi iddia edildi Endican qacqinlari 13 May 2005 ci ilde Ozbekistanin Endican seherinde hokumet tehlukesizlik agentlerinin toplasan etirazcilara ates etmesi ile qetliam bas verdi Alti mine qeder ozbek qacqini Qirgizistana girdi Qacqinlar Ozbekistan hokumetinin sert tedbirleri sebebinden Ozbekistana done bilmediler Evvelce Bakiyev huquq mudafiecilerinin cagirislarina baxmayaraq Ozbekistan hokumetinin movqeyini destekledi Daha sonra beynelxalq ictimaiyyetin tezyiqi ile Qirgizistan muveqqeti rehberliyi Endican qacqinlarina huquqi status verdi Beynelxalq QHT ler qacqinlara siginacaq yemek su ve diger ehtiyaclari temin ede bildi Ancaq 9 iyun 2005 ci ilde dord Ozbekistan qacqini vetenlerine qaytarildi Kulov bu dord neferin tecavuz ve ya qetlde gunahlandirildiqlarini ve ya gunahkar olduqlarini ve bu sebebden deportasiya edildiklerini soyledi Akayevin beraet cehdleriAkayev Bakiyevin antikorrupsiya komissiyasinin sedrini ve komissiyani mehkemeye verdi O hemcinin Qirgizistan qezetlerinden birinin jurnalistini bohtan ittihami ile ona qarsi ireli surulen korrupsiya ittihamlarinin duzgun olmadigini esas getirerek mehkemeye verdi Akayevin qizi Bermet Akayeva Qirgizistan Merkezi Secki Komissiyasini bohtan ve parlamente secilmesinin qarsisini aldigina gore mehkemeye muraciet etdi Akayevin inqilab zamani ele kecirilmis bezi sexsi esyalari ona qaytarildi Secki oncesi qarisiqliq10 iyun 2005 ci ilde millet vekili Jirqalbek Surabaldiyev Biskekde gullelendi O 2005 ci il martin 24 de anti Akayev etirazcilarina edilen hucumlarla elaqeli ola bilerdi 11 iyun 2005 ci ilde iki hokumet muhafizecisi doyuldu ve Bakiyev ve Bas nazirin muavini Daniyar Usenovun sefer marsrutlari haqqinda melumat vermeye mecbur edildiler 13 iyun 2005 ci ilde Osda numayiscilerle parlament tehlukesizlik iscileri arasinda bas veren qarsidurma neticesinde 6 nefer yaralandi Bu hadisede tehlukesizlik iscileri agentleri Alay Otelinin qarsisinda toplasan numayiscilere ates acmisdi Millet vekili Bayaman Erkinbayev guc tetbiq etmekde ve dovlet emlakina qanunsuz sahiblik etmekde gunahlandirildi 17 iyun 2005 ci ilde etirazcilar Akayevin kohne muttefiqi Urmat Bariktabasovu desteklemek ucun Biskeke toplasdilar O daha evvel prezidentliye namized olmaq niyyetini bildirmisdi lakin ikili vetendasliq Qirgizistan ve Qazaxistan oldugu ucun qeydiyyatdan kecmek huququndan mehrum edilmisdi Sonradan bezi etirazcilar mitinqde istirak etmek ucun pul aldiqlarini etiraf etdiler Yeni seckiler10 Iyul 2005 ci ilde ved edilmis seckiler bas tutdu Bakiyev seslerin doxsan faizini qazandi ve ertesi gun prezident oldu Kulov Bas nazir teyin edildi O seslerin 88 7 faizini reqibi ise 4 faizini qazandi Seckinin kecirilmesi Qerb musahidecileri terefinden yuksek qiymetlendirildi lakin bezi qanun pozuntulari da qeyde alindi Seckiden bir nece ay sonra Bayaman Erkinbayev ve Raatbek Sanatbayev olduruldu Tinicbek Akmatbayev Cecen esilli qanuni ogru Eziz Batukayevin teskil etdiyi hebsxana qiyami zamani oldu Ryspek 2006 ci ilin may ayinda bir mescidden cixarken olduruldu ATET seckilerin ikinci merhelesini izlemek ucun altmis musahideci gonderdi Ilkin qiymetlendirmede teskilat sesvermenin ikinci turunun ilk turda bezi texniki irelileyisler hem de ehemiyyetli catismazliqlar gosterdiyini askar etdi Musteqil Dovletler Birliyinin MDB secki musahidecileri bununla razilasmadilar Seckilerin ikinci turunun mutesekkil serbest ve edaletli kecirildiyini bildirdiler MDB musahidecileri bir sira bolgelerde siyasi igtisaslara qarsi temkinli ve seristeli olduqlari ucun yerli hakimiyyet orqanlarininin da isini yuksek qiymetlendirdiler ATET ve MDB musahide qruplarinin hesabatlardaki bu ziddiyyet bu cur ziddiyyetli hesabatlarin sonuncusu oldu Rusiya MDB hesabatlarini destekledi ve ATET in hesabatlarini tenqid etdi The New York Times dediyine gore amerikalilarin dovlet ve qeyri hokumet menbelerinden verdiyi maliyyelesdirme ve destekle tesviqat materiallari cap etmek mumkun olmusdur Bunun da Akayevin eleyhine numayislere yol acmasina komek etdiyini yazmisdi Kofi Annan BMT nin Bas katib secki ve siyasi anlasmazliqlari hell etmek ucun siddet ve tehdid tetbiq edilmesine qarsidir demisdir Birlesmis Milletler Teskilatinin veb saytinda Annan butun terefleri temkin numayis etdirmeye cagirmisdir Istinadlar Kirgiziya otmechaet 7 yu godovshinu IA REGNUM rus 2022 07 01 tarixinde Istifade tarixi 2017 06 18 Tyulpanovaya revolyuciya v Kirgizii 2005 RIA Novosti rus 20150324T1008 0300Z 2017 09 25 tarixinde Istifade tarixi 2017 06 18 Walsh N P Pink revolution rumbles on in blood and fury 2016 09 27 at the Wayback Machine The Guardian March 27 2005 Accessed July 30 2015 1 Timesonline co uk Accessed July 31 2015 abune teleb olunur en The Hindu December 30 2004 Accessed July 30 2015 Georgian advisors stepping forward in Bishkek 2016 09 20 at the Wayback Machine The Jamestown Foundation website Accessed July 30 2015 A tulip revolution 2018 05 13 at the Wayback Machine The Economist issn 0013 0613 Accessed June 9 2016 Pike J Government and opposition concerned over Kyrgyz unrest 2021 10 24 at the Wayback Machine Global Security org March 2005 Accessed July 30 2015 Marat E The Tulip Revolution Kyrgyzstan one year after The Jamestown Foundation Washington DC Kyrgyz MP shot dead in Bishkek olu kecid en BBC Accessed July 30 2015 Protests force Kyrgyz poll review 2006 05 29 at the Wayback Machine en BBC Accessed July 30 2015 U S Helped to prepare the way for Kyrgyzstan s Uprising 2014 11 22 at the Wayback Machine The New York Times March 30 2005 Accessed July 31 2015 2 2012 06 02 at the Wayback Machine United Nations February 17 2009 EdebiyyatAnjaparidze Z March 2005 Georgian advisors stepping forward in Bishkek 2022 04 21 at the Wayback Machine Eurasia Daily Monitor Cohen A March 2005 Kyrgyzstan s Tulip Revolution 2022 05 15 at the Wayback Machine The Washington Times Cummings S and Ryabkov M 2008 Situating the Tulip Revolution Central Asian Survey 27 3 4 241 252 Cummings S 2009 Domestic and international perspectives on Kyrgyzstan s Tulip Revolution Routledge Taylor and Francis Group New York Finn P 2005 Elections in Kyrgyzstan inconclusive most legislative races forced into runoffs monitors fault Atmosphere 2022 03 09 at the Wayback Machine The Washington Post Freedman E 2009 When a Democratic Revolution isn t Democratic or Revolutionary Journalism 10 6 843 861 Hale H E 2011 Formal constitutions in informal politics institutions and democratization in Post Soviet Eurasia World Politics 63 4 581 617 Hiro D 2009 Kyrgyzstan s Tulip Revolution 2021 02 12 at the Wayback Machine The Guardian Hiro D April 2010 Kyrgyzstan s second Tulip Revolution 2022 07 11 at the Wayback Machine The Guardian Kalandadze K and Orenstein M 2009 Electoral protests and democratization beyond the colored revolutions Comparative Political Studies 42 11 1403 1425 Mitchell L A 2012 The Color Revolutions University of Pennsylvania Press Philadelphia Radnitz S 2006 What really happened in Kyrgyzstan Journal of Democracy 17 2 132 146 Smith C S March 2005 U S helped to prepare the way for Kyrgyzstan s Uprising 2015 06 20 at the Wayback Machine The New York Times Stepanov G 2005 Two leaders of Tulip Revolution can t share power in Kyrgyzstan Current Digest of the Post Soviet Press 57 13 345 391 Tudoroiu T 2007 Rose Orange and Tulip the failed post Soviet revolutions Communist and Post Communist Studies 40 3 315 342 Walsh N P March 2005 Kyrgyz leader condemns protestors 2022 04 21 at the Wayback Machine The Guardian Yusin M 2005 Tulip Revolution begins in Kyrgyzstan Current Digest of the Post Soviet Press 57 12 1 48 Revolyuciya tyulpanova Politologichnij enciklopedichnij slovnik uklad L M Gerasina V L Pogribna I O Polishuk ta in Za red M P Trebina H Pravo 2015Xarici kecidlerKyrgyzstan Revolution Revisited Eurasianet organisation Article 2005 03 28 at the Wayback Machine Eurasianet organisation Article 2005 12 11 at the Wayback Machine Eurasianet organisation Photography ofen Elena Skochilo Live Journal blog page Q amp A Kyrgyzstan s Rebellion from the en Council on Foreign Relations Kyrgyz revolution Klasney blog Kyrgyzstan photos Audio slideshow about the Tulip Revolution from The Common Language Project