Yulius Lotar Meyer (19 avqust 1830 – 11 aprel 1895[…], Tübingen[d]) — alman kimyaçısı, Berlin Elmlər Akademiyasının müxbir üzvü, kimyəvi elementlərin dövri sisteminin yaradıcılarından biri
Yulius Lotar Meyer | |
---|---|
alm. Julius Lothan Von Meyer | |
Doğum tarixi | 19 avqust 1830 |
Vəfat tarixi | 11 aprel 1895[…](64 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | kimyaçı |
Elmi dərəcələri |
|
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Julius Lotar Meyer 1830-cu il avqustun 19-da Oldenburq əyalətinin Farrel adlı kiçik bir şəhərində həkim ailəsində dünyaya gəlmişdi. Sağlamlığının zəif olduğuna görə o,orta məktəbi yalnız iyirmi bir yaşında bitirmişdi. Məktəbdən sonra, atası kimi Meyer də tibbi öyrənməyə başlamış və 1854-cü ildə Vürzburq Universitetində doktorluq dərəcəsi almışdı. Daha sonra o, Heidelberq və Köniqsberq Universitetlərində və Breslau Universitetində (fəlsəfə doktoru,1858) təhsilini davam etdirmişdi. 1859-cu ildən o, Breslau Universitetində çalışmağa başlamışdı. 1866-cı ildən etibarən o, Ebesvalde Universiteti, 1876-cı ildən Karlsruedə Politexnikum və 1876-cı ildən Tübingen Universitetinin kimya professoru kimi fəaliyyət göstərmişdi. 1888-ci ildə o, Berlin Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.
Elmi fəaliyyəti
O, Heidelberqdə R.Bunzenin laboratoriyasında işləyərək insan orqanizmində baş verən qaz mübadiləsini öyrənmişdi. "Qan qazları" və "Qazvari karbon oksidinin qana təsiri haqqında" adlı əsərlərində Meyer göstərmişdi ki, tənəffüs zamanı oksigen qanın hemoqlobini ilə birləşir; karbon oksidi hemoqlobinə çox yaxın olduğundan onun oksigenlə birləşməsinə mane olur. A.Kekule və F.Beylşteynlə elmi əlaqələr qurduğu Heidelberqdə işləməsi Meyeri kimya ilə ciddi məşğul olmaq qərarına gətirib çıxartdı. 1859-cu ildə o, "Bertolletdən Bertseliusa qədər kimyəvi nəzəriyyələr" adlı tarixi və tənqidi əsər üzrə dissertasiya müdafiə etmişdi. 1860-cı ildə Meyer, D.İ.Mendeleyev kimi, kimyanın əsas anlayışlarının müəyyənləşdirildiyi Karlsruhe Beynəlxalq Kimyaçılar Konqresində iştirak etmişdi. Bu konqressdə S.Kannitsaronun təşəbbüsü ilə "atom", "molekul" və "ekvivalent" anlayışlarını aydın müəyyənləşdirmək qərara alınmışdı. Nəticədə, əsasən, atom kütlələri problemi həll olunmuş, bu da kimyəvi elementlərin sistemləşdirilməsinə və dövri qanunun yaradılmasına yol açmışdı. 1864-cü ildə Meyer "Kimyanın müasir nəzəriyyələrii" adlı əsərini nəşr etdirmişdi. Burada onun ilk cədvəlində 42 element (63-dən) öz valentliklərinə və atom kütlələrinə görə yerləşdirilmişdi. 1870-ci ildə Meyerin "Kimyəvi elementlərin təbiəti onların atom kütlələrinin bir funksiyası kimi" adlı məqaləsi nəşr olunmuşdu. Meyerin elementləri sistemləşdirməsinin əsası onların atom kütlələri ilə atomların həcmləri arasında olan dövri funksiya formalı asılılıq idi. 1870-ci ildə tərtib etdiyi cədvəldə Meyer elementləri əsasən düzgün yerləşdirmiş (boş yerlə qoyaraq!), lakin nə atom kütlələrinə düzəliş etmək, nə də hələ aşkar edilməmiş elementlərin xüsusiyyətlərini proqnozlaşdırmaq üçün öz nəticələrini tətbiq etməmişdi. 1882-ci ildə London Kral Cəmiyyəti "Atom çəkilərinin dövri nisbətlərinin aşkar edilməsinə görə" Mendeleyev və Meyeri Davie adına qızıl medalla təltif etmişdi. Meyerin eksperimental tədqiqatları, əsasən, fiziki kimya sahəsinə aid idi. Bunlardan, karbohidrogenlərin xlorlaşması və oksidləşmə reaksiyalarında müxtəlif metalların katalitik aktivliyinin öyrənilməsini; doymuş karbohidrogenlərin fiziki xüsusiyyətlərinin (qaynama temperaturları, kritik temperatur və kritik təzyiqlər) öyrənilməsini; müxtəlif temperaturda mayeləşdirilmiş qazvarı doymuş karbohidrogenlərin elastikliyinin və sıxlığının müəyyən edilməsini və s.göstərmək olar.
Mənbələr
İstinadlar
- http://www.lmg-varel.de/index.php?option=com_content&view=article&id=31&Itemid=113.
- Brozović D., Ladan T. Julius Lothar von Meyer // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- Lothar Meyer // Encyclopædia Britannica (ing.).
- Julius Lothar Meyer // Brockhauz Ensiklopediyası (alm.).
- Professor Lothar Meyer.
- Мейер Юлиус Лотар // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Biblioqrafiya
- Биографии великих химиков. Перевод с нем. под ред. Быкова Г.В. – М.: Мир, 1981. 320 с.
- Волков В.А., Вонский Е.В., Кузнецова Г.И. Выдающиеся химики мира. – М.: ВШ, 1991. 656 c.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yulius Lotar Meyer 19 avqust 1830 11 aprel 1895 Tubingen d alman kimyacisi Berlin Elmler Akademiyasinin muxbir uzvu kimyevi elementlerin dovri sisteminin yaradicilarindan biriYulius Lotar Meyeralm Julius Lothan Von Meyer Dogum tarixi 19 avqust 1830 1830 08 19 Vefat tarixi 11 aprel 1895 1895 04 11 64 yasinda Vefat yeri Tubingen d Almaniya Federativ RespublikasiVefat sebebi insultDefn yeri Tubingen d Tehsili Vurtsburq Universiteti 1853 1854 Heydelberq Universiteti 1854 1856 Surix Universiteti 1851 1853 Fealiyyeti kimyaciElmi dereceleri tibb doktoru d 1854 Uzvluyu Peterburq Elmler Akademiyasi Prussiya Elmler Akademiyasi d Vikianbarda elaqeli mediafayllarHeyatiJulius Lotar Meyer 1830 cu il avqustun 19 da Oldenburq eyaletinin Farrel adli kicik bir seherinde hekim ailesinde dunyaya gelmisdi Saglamliginin zeif olduguna gore o orta mektebi yalniz iyirmi bir yasinda bitirmisdi Mektebden sonra atasi kimi Meyer de tibbi oyrenmeye baslamis ve 1854 cu ilde Vurzburq Universitetinde doktorluq derecesi almisdi Daha sonra o Heidelberq ve Koniqsberq Universitetlerinde ve Breslau Universitetinde felsefe doktoru 1858 tehsilini davam etdirmisdi 1859 cu ilden o Breslau Universitetinde calismaga baslamisdi 1866 ci ilden etibaren o Ebesvalde Universiteti 1876 ci ilden Karlsruede Politexnikum ve 1876 ci ilden Tubingen Universitetinin kimya professoru kimi fealiyyet gostermisdi 1888 ci ilde o Berlin Elmler Akademiyasinin muxbir uzvu secilmisdi Elmi fealiyyetiO Heidelberqde R Bunzenin laboratoriyasinda isleyerek insan orqanizminde bas veren qaz mubadilesini oyrenmisdi Qan qazlari ve Qazvari karbon oksidinin qana tesiri haqqinda adli eserlerinde Meyer gostermisdi ki teneffus zamani oksigen qanin hemoqlobini ile birlesir karbon oksidi hemoqlobine cox yaxin oldugundan onun oksigenle birlesmesine mane olur A Kekule ve F Beylsteynle elmi elaqeler qurdugu Heidelberqde islemesi Meyeri kimya ile ciddi mesgul olmaq qerarina getirib cixartdi 1859 cu ilde o Bertolletden Bertseliusa qeder kimyevi nezeriyyeler adli tarixi ve tenqidi eser uzre dissertasiya mudafie etmisdi 1860 ci ilde Meyer D I Mendeleyev kimi kimyanin esas anlayislarinin mueyyenlesdirildiyi Karlsruhe Beynelxalq Kimyacilar Konqresinde istirak etmisdi Bu konqressde S Kannitsaronun tesebbusu ile atom molekul ve ekvivalent anlayislarini aydin mueyyenlesdirmek qerara alinmisdi Neticede esasen atom kutleleri problemi hell olunmus bu da kimyevi elementlerin sistemlesdirilmesine ve dovri qanunun yaradilmasina yol acmisdi 1864 cu ilde Meyer Kimyanin muasir nezeriyyelerii adli eserini nesr etdirmisdi Burada onun ilk cedvelinde 42 element 63 den oz valentliklerine ve atom kutlelerine gore yerlesdirilmisdi 1870 ci ilde Meyerin Kimyevi elementlerin tebieti onlarin atom kutlelerinin bir funksiyasi kimi adli meqalesi nesr olunmusdu Meyerin elementleri sistemlesdirmesinin esasi onlarin atom kutleleri ile atomlarin hecmleri arasinda olan dovri funksiya formali asililiq idi 1870 ci ilde tertib etdiyi cedvelde Meyer elementleri esasen duzgun yerlesdirmis bos yerle qoyaraq lakin ne atom kutlelerine duzelis etmek ne de hele askar edilmemis elementlerin xususiyyetlerini proqnozlasdirmaq ucun oz neticelerini tetbiq etmemisdi 1882 ci ilde London Kral Cemiyyeti Atom cekilerinin dovri nisbetlerinin askar edilmesine gore Mendeleyev ve Meyeri Davie adina qizil medalla teltif etmisdi Meyerin eksperimental tedqiqatlari esasen fiziki kimya sahesine aid idi Bunlardan karbohidrogenlerin xlorlasmasi ve oksidlesme reaksiyalarinda muxtelif metallarin katalitik aktivliyinin oyrenilmesini doymus karbohidrogenlerin fiziki xususiyyetlerinin qaynama temperaturlari kritik temperatur ve kritik tezyiqler oyrenilmesini muxtelif temperaturda mayelesdirilmis qazvari doymus karbohidrogenlerin elastikliyinin ve sixliginin mueyyen edilmesini ve s gostermek olar MenbelerIstinadlar http www lmg varel de index php option com content amp view article amp id 31 amp Itemid 113 Brozovic D Ladan T Julius Lothar von Meyer Hrvatska enciklopedija xorv LZMK 1999 9272 s Lothar Meyer Encyclopaedia Britannica ing Julius Lothar Meyer Brockhauz Ensiklopediyasi alm Professor Lothar Meyer Mejer Yulius Lotar Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Biblioqrafiya Biografii velikih himikov Perevod s nem pod red Bykova G V M Mir 1981 320 s Volkov V A Vonskij E V Kuznecova G I Vydayushiesya himiki mira M VSh 1991 656 c