Yasunari Kavabata (yap. 川端 康成, 11 iyun 1899[…], Osaka, Yaponiya imperiyası – 16 aprel 1972[…]) — yapon yazıçı, Fransanın İncəsənət və Ədəbiyyat Ordeni zabiti (1960), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968).
Yasunari Kavabata | |
---|---|
yap. 川端 康成 | |
Doğum tarixi | 11 iyun 1899[…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 aprel 1972[…](72 yaşında) |
Təhsili | |
Fəaliyyəti | yazıçı, roman yazıçısı, ssenarist, şair |
Fəaliyyət illəri | 1924-cü ildən |
Janr | roman |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yasunari Kavabata Nobel mükafatı alan ilk yapon yazıçısıdır. Osakada, ziyalı və varlı ailədə doğulmuşdu. Üç yaşında valideynlərinin hər ikisini itirmişdi. Ana tərəfdən baba-nənəsi onu və bacısını himayələrinə almışdılar. Altı yaşında olarkən nənəsi və bacısı da ölmüşdü. Bu faciəvi hadisələr gələcək yazıçının psixikasına təsirsiz ötüşməmişdi. Kavabata ilk əsərlərindən biri olan və həyatdakı sonuncu yaxın adamının — babasının ölümündən az əvvəl yazdığı "On altı yaşlı oğlanın gündəliyi" (1914) avtobiqrafik hekayəsində taleyinə düşən ağır sınaqları əks etdirməyə çalışmışdı.
O, məktəb çağından Avropa mədəniyyətinə xüsusi maraq göstərirdi. 1920-ci ildə Tokio universitetinin ingilis dili və ədəbiyyatı bölümünə daxil olmuşdu. Lakin bir il sonra yapon ədəbiyyatı bölümünə dəyişilmişdi. Sonuncu kursda təhsil alanda Kavabata artıq "Buncay syuncyu" ("Dövrün ədəbiyyatı") jurnalının redaksiya heyətinin üzvü idi. 20-ci illərin ortalarında isə o, bir qrup gənc yazıçı ilə birlikdə yapon ədəbiyyatında modernist istiqamətin tribunasına çevrilən "Bunqey dziday" ("Müasir ədəbiyyat") jurnalının əsasını qoymuşdu.
"Rəqqasə İdu" (1925) povesti gənc müəllifin ilk uğurlu əsəri sayılır. Burada rəqqasə qıza vurulan tələbənin iztirab və yaşantıları əks olunmuşdu. Bu iki personaj – avtobioqrafik gənc və saf, təmiz qız müəllifin bir sıra digər əsərlərində müxtəlif rakurslarda meydana çıxmışdı. Məsələn, "Quşlar və vəhşi heyvanlar" (1933) kitabında həmin gəncin insanlarla təmasdan qaçıb təbiətə sığındığı, yalnız sevdiyi gənc qızın xəyalı ilə yaşadığı təsvir edilirdi. Kavabata Füzuli yaradıcılığı ilə tanış olmasa da, XX əsr yapon Məcnununun inandırıcı surətini yaratmışdı.
Sənətkarlıq təcrübəsi artıqca Kavabata əsasən Avropa mədəniyyətindən nəşət edən eksperimentlərdən uzaqlaşmış və milli ənənələrə daha çox bağlanmışdı.
Yapon tarixinin mürəkkəb mərhələlərində - ölkənin sarsıdıcı məğlubiyyətə uğradığı İkinci Dünya müharibəsi illərində və ondan sonrakı dövrdə Kavabata siyasi proseslərdən uzaq olmağa çalışır, bütün vaxtını ilkin orta əsrlər yapon romanının məzmun və üslubunun öyrənilməsinə sərf edirdi. Çox güman ki, sırf yapon təfəkkürünün məhsulu kimi Qərbdə məşhurlaşan "Min qanadlı durna" (1949) povesti məhz orta əsrlərlə səsləşdiyi üçün maraq doğurmuşdu.
Kavabata əsərlərində hissi-erotik duyğuların təsvirinə də müəyyən yer ayırırdı. Müəllif bu yolla insan psixologiyasının daha bir mürəkkəb qatına nüfuz etmək istəyirdi. "Göl" (1954), "Yatmış gözəllərin evində" (1961) povestlərində məhz bu həssas və xüsusi əndazə hissi tələb edən mövzu seçilmişdi. Gənclik illərində bir müddət Ceyms Coysun təsiri altına düşdüyündən o, əsərlərində "şüur axınından" bacarıqla yararlanmışdı.
1960-cı ildə Yasunari Kavabata ABŞ Dövlət Departamentinin yardımı ilə Amerikada uzunmüddətli ezamiyyətdə olmuş, ölkənin bir sıra universitetlərində yapon tarixi və mədəniyyəti ilə bağlı silsilə mühazirələr oxumuşdu.
Tanınmış yapon yazıçısı, kino-aktyor və sağ təmayüllü siyasi xadim, nəhayət, uzun illər yapon ədəbiyyatının ən şanslı Nobel iddiaçılarından biri sayılan Misima onun ən yaxın dostu idi. Çox güman, Misimanın təsiri ilə 60-cı illərin sonlarından Kavabata siyasi tərəfsizliyindən əl çəkmiş, Yaponiyada və ölkə hüdudlarından kənarda cərəyan edən proseslərlə yaxından maraqlanmışdı.
İsveç Akademiyası 1968-ci ildə "yapon şüurunun mahiyyətini əks etdirən yaradıcılıq məharətinə görə" Yasunari Kavabatanı Nobel mükafatına layiq gördü. Təşəkkür nitqində əsl yapon təvazökarlığı ilə böyük şərəfin məhz öz payına düşməsindən heyrətləndiyini gizlətməyən müəllif şöhrətin sənətkar üçün ağır yük olduğunu bildirmiş, bundan sonra da yaradıcılıq ənənələrinə sadiq qalaraq təbiilik və gözəllik hissinə sədaqətini qoruyub-saxlayacağını bəyan etmişdi.
İlk yapon Nobel laureatının həyatı faciəvi sonluqla yekunlaşmışdı. 1970-ci ildə dostu Misima yapon hərbi bazalarından birində əsgərləri hökumət əleyhinə üsyana qal¬dırmaq cəhdi uğursuzluqla bitəndən sonra xarakiri edərək özünü öldürmüşdü. Bu, Kavabata üçün böyük sarsıntı olmuş və yazıçının narkotik asılılığını daha da gücləndirmişdi. Nəticədə o, yaşadığı mənzildə özünü qazla zəhərləyərək ölmüşdü. Hər hansı bir məktub qoymadığından bu dəhşətli addımın səbəblərini müəyyənləşdirmək mümkün olmamışdı. İntihar versiyası ilə bir sırada Kavabatanın ölümünü bədbəxt təsadüf hesab edənlər də az deyildir. Hər halda indiyə qədər bu sirrin üstü açılmamış qalmaqdadır.
Yapon yazıçısının intihar etməsi (əgər həqiqətən belədirsə!) taleyin qəribə istehzalarından sayıla bilər. Çünki Kavabata Nobel mühazirəsində məhz müasir dünyada geniş vüsət alan intihar olaylarına toxunaraq demişdi: "İnsanın dünyaya yadlaşma dərəcəsindən asılı olmayaraq, intihar etiraz forması sayıla bilməz. İntiharla həyatına son qoyan insan nə qədər ideal olsa da, müqəddəs adlandırıla bilməz".
Kavabata Almaniya və Fransanın bir sıra ədəbi mükafatlarını da qazanmışdı. 1948-1965-ci illərdə o, yapon PEN-klubunun sədri, 1959-cu ildən həyatının sonuna qədər isə Beynəlxalq PEN-klubun vitse-prezidenti olmuşdu.
Əsərləri
- İdzulu rəqqasə (1926)
- Qarlı diyar (1935,1937-1947)
- Dağın səsi (1949-1954)
- Köhnə paytaxt (1962)
- Asakuslu şən qızlar (1961)
- Minqanadlı durna (1949-1952)
- Göl (1954)
- İtaliya haqqında mahnı
- Təbiət
İstinadlar
- Japan Search (yap.). 2020.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Yasunari Kawabata // Nationalencyklopedin (швед.). 1999.
- 川端康成 // Internet Speculative Fiction Database (ing.). 1995.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yasunari Kavabata yap 川端 康成 11 iyun 1899 Osaka Yaponiya imperiyasi 16 aprel 1972 yapon yazici Fransanin Incesenet ve Edebiyyat Ordeni zabiti 1960 Edebiyyat uzre Nobel mukafati laureati 1968 Yasunari Kavabatayap 川端 康成Dogum tarixi 11 iyun 1899 1899 06 11 Dogum yeri Osaka Yaponiya imperiyasiVefat tarixi 16 aprel 1972 1972 04 16 72 yasinda Tehsili Tokio UniversitetiFealiyyeti yazici roman yazicisi ssenarist sairFealiyyet illeri 1924 cu ildenJanr romanMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiYasunari Kavabata Nobel mukafati alan ilk yapon yazicisidir Osakada ziyali ve varli ailede dogulmusdu Uc yasinda valideynlerinin her ikisini itirmisdi Ana terefden baba nenesi onu ve bacisini himayelerine almisdilar Alti yasinda olarken nenesi ve bacisi da olmusdu Bu facievi hadiseler gelecek yazicinin psixikasina tesirsiz otusmemisdi Kavabata ilk eserlerinden biri olan ve heyatdaki sonuncu yaxin adaminin babasinin olumunden az evvel yazdigi On alti yasli oglanin gundeliyi 1914 avtobiqrafik hekayesinde taleyine dusen agir sinaqlari eks etdirmeye calismisdi O mekteb cagindan Avropa medeniyyetine xususi maraq gosterirdi 1920 ci ilde Tokio universitetinin ingilis dili ve edebiyyati bolumune daxil olmusdu Lakin bir il sonra yapon edebiyyati bolumune deyisilmisdi Sonuncu kursda tehsil alanda Kavabata artiq Buncay syuncyu Dovrun edebiyyati jurnalinin redaksiya heyetinin uzvu idi 20 ci illerin ortalarinda ise o bir qrup genc yazici ile birlikde yapon edebiyyatinda modernist istiqametin tribunasina cevrilen Bunqey dziday Muasir edebiyyat jurnalinin esasini qoymusdu Reqqase Idu 1925 povesti genc muellifin ilk ugurlu eseri sayilir Burada reqqase qiza vurulan telebenin iztirab ve yasantilari eks olunmusdu Bu iki personaj avtobioqrafik genc ve saf temiz qiz muellifin bir sira diger eserlerinde muxtelif rakurslarda meydana cixmisdi Meselen Quslar ve vehsi heyvanlar 1933 kitabinda hemin gencin insanlarla temasdan qacib tebiete sigindigi yalniz sevdiyi genc qizin xeyali ile yasadigi tesvir edilirdi Kavabata Fuzuli yaradiciligi ile tanis olmasa da XX esr yapon Mecnununun inandirici suretini yaratmisdi Senetkarliq tecrubesi artiqca Kavabata esasen Avropa medeniyyetinden neset eden eksperimentlerden uzaqlasmis ve milli enenelere daha cox baglanmisdi Yapon tarixinin murekkeb merhelelerinde olkenin sarsidici meglubiyyete ugradigi Ikinci Dunya muharibesi illerinde ve ondan sonraki dovrde Kavabata siyasi proseslerden uzaq olmaga calisir butun vaxtini ilkin orta esrler yapon romaninin mezmun ve uslubunun oyrenilmesine serf edirdi Cox guman ki sirf yapon tefekkurunun mehsulu kimi Qerbde meshurlasan Min qanadli durna 1949 povesti mehz orta esrlerle seslesdiyi ucun maraq dogurmusdu Kavabata eserlerinde hissi erotik duygularin tesvirine de mueyyen yer ayirirdi Muellif bu yolla insan psixologiyasinin daha bir murekkeb qatina nufuz etmek isteyirdi Gol 1954 Yatmis gozellerin evinde 1961 povestlerinde mehz bu hessas ve xususi endaze hissi teleb eden movzu secilmisdi Genclik illerinde bir muddet Ceyms Coysun tesiri altina dusduyunden o eserlerinde suur axinindan bacariqla yararlanmisdi 1960 ci ilde Yasunari Kavabata ABS Dovlet Departamentinin yardimi ile Amerikada uzunmuddetli ezamiyyetde olmus olkenin bir sira universitetlerinde yapon tarixi ve medeniyyeti ile bagli silsile muhazireler oxumusdu Taninmis yapon yazicisi kino aktyor ve sag temayullu siyasi xadim nehayet uzun iller yapon edebiyyatinin en sansli Nobel iddiacilarindan biri sayilan Misima onun en yaxin dostu idi Cox guman Misimanin tesiri ile 60 ci illerin sonlarindan Kavabata siyasi terefsizliyinden el cekmis Yaponiyada ve olke hududlarindan kenarda cereyan eden proseslerle yaxindan maraqlanmisdi Isvec Akademiyasi 1968 ci ilde yapon suurunun mahiyyetini eks etdiren yaradiciliq meharetine gore Yasunari Kavabatani Nobel mukafatina layiq gordu Tesekkur nitqinde esl yapon tevazokarligi ile boyuk serefin mehz oz payina dusmesinden heyretlendiyini gizletmeyen muellif sohretin senetkar ucun agir yuk oldugunu bildirmis bundan sonra da yaradiciliq enenelerine sadiq qalaraq tebiilik ve gozellik hissine sedaqetini qoruyub saxlayacagini beyan etmisdi Ilk yapon Nobel laureatinin heyati facievi sonluqla yekunlasmisdi 1970 ci ilde dostu Misima yapon herbi bazalarindan birinde esgerleri hokumet eleyhine usyana qal dirmaq cehdi ugursuzluqla bitenden sonra xarakiri ederek ozunu oldurmusdu Bu Kavabata ucun boyuk sarsinti olmus ve yazicinin narkotik asililigini daha da guclendirmisdi Neticede o yasadigi menzilde ozunu qazla zeherleyerek olmusdu Her hansi bir mektub qoymadigindan bu dehsetli addimin sebeblerini mueyyenlesdirmek mumkun olmamisdi Intihar versiyasi ile bir sirada Kavabatanin olumunu bedbext tesaduf hesab edenler de az deyildir Her halda indiye qeder bu sirrin ustu acilmamis qalmaqdadir Yapon yazicisinin intihar etmesi eger heqiqeten beledirse taleyin qeribe istehzalarindan sayila biler Cunki Kavabata Nobel muhaziresinde mehz muasir dunyada genis vuset alan intihar olaylarina toxunaraq demisdi Insanin dunyaya yadlasma derecesinden asili olmayaraq intihar etiraz formasi sayila bilmez Intiharla heyatina son qoyan insan ne qeder ideal olsa da muqeddes adlandirila bilmez Kavabata Almaniya ve Fransanin bir sira edebi mukafatlarini da qazanmisdi 1948 1965 ci illerde o yapon PEN klubunun sedri 1959 cu ilden heyatinin sonuna qeder ise Beynelxalq PEN klubun vitse prezidenti olmusdu EserleriIdzulu reqqase 1926 Qarli diyar 1935 1937 1947 Dagin sesi 1949 1954 Kohne paytaxt 1962 Asakuslu sen qizlar 1961 Minqanadli durna 1949 1952 Gol 1954 Italiya haqqinda mahni TebietIstinadlarJapan Search yap 2020 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Yasunari Kawabata Nationalencyklopedin shved 1999 川端康成 Internet Speculative Fiction Database ing 1995 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax