Xosrov bəy Əlipaşa bəy oğlu Sultanov (10 may 1879, Kürdhacı, Zəngəzur qəzası – 7 yanvar 1943, İstanbul) — dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri.
Xosrov bəy Sultanov | |
---|---|
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri | |
28 may 1918 – 17 iyun 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv olunub |
Azərbaycan Xalq Cümhuriyyətinin Əkinçilik naziri | |
17 iyun 1918 – 6 oktyabr 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv olunub |
Azərbaycan Xalq Cümhuriyyətinin Əkinçilik və Dövlət Əmlakı naziri | |
6 oktyabr 1918 – 14 mart 1919 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Aslan bəy Qardaşov |
29 yanvar 1919 – 27 aprel 1920 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 7 yanvar 1943 (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Əlipaşa bəy Sultanov[d] |
Hərbi xidmət | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | General-mayor |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatının erkən dövrü
Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Kürdhacı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Uşaqlıq illərindən ailədə təhsil almış, müəyyən yaşa çatdıqdan sonra isə atası onu Şuşaya təhsil almağa göndərmişdir. Şuşadakı məktəbi bitirdikdən sonra Gəncə şəhərindəki gimnaziyada təhsilini davam etdirməyə getmişdir. Orta təhsilini burada aldıqdan sonra Odessata ali təhsil almağa getmiş və burada Odessa Hərbi Məktəbində tibb üzrə təhsil almışdır.
I Dünya müharibəsi illərində Bakı Müsəlman Yardım Cəmiyyətinin Qafqaz cəbhəsindən gələn qaçqınların yerləşdirilməsi şurasına rəhbərlik etmişdir. Cəmiyyətin bu şöbəsi Qafqaz cəbhəsindəki hərbi əməliyyatlara örö qaçqın düşən şəxsləri yerləşdirmək üçün Tiflisdə açılmışdı. 1917-ci ildə Müsavat partiyasına qatılmış və Transqafqaziya Seyminə seçilmişdir.Elburus Muradov bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə Xosrov bəyin gözünü zədələyir, amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.
Siyasi fəaliyyəti
1918-ci ildə İttihad Partiyasının Qarabağ Komitəsinin yaradılmasına vasitəçilik etmişdir.
Müdafiə nazirliyi
1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. Xosrov bu vəzifəni 11 iyun 1918-ci ilə qədər icra etmişdir. Nazirliyi dövründə Xosrov bəy Azərbaycan ordusunun yaradılmasını prosesini həyata keçirmişdir. Bir qədər sonra ləğv edilən bu nazirlik 23 oktyab 1918-ci ildə yenidən bərpa edilmiş və 7 noyabr 1918-ci ildə bu vəzifəyə Fətəli xan Xoyski təyin edilmişdir.
O, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.
Zəngəzur və Qarabağ general-qubernatorluğu
1919-cu ilin yanvarında Britaniya qüvvələrinin komandanı General Uilyam Tomson Xosrov bəy Sultanovun Qarabağın və Zəngəzurun general-qubernatoru olmağı qəbul etmişdir. Bu zaman Zəngəzur erməni silahlı qüvvələrinin fəal hücumları altında idi və burada yaşayan etnik Azərbaycan türkləri bölgəni tərk etməyə məcbur edilirdi. 1919-cu ilin aprel ayının ortalarında Zəngəzura olan erməni hücumları daha da artdı. Erməni terroru nəticəsində bölgədəki türklər daha düzən yerlərə və ya Qacar imperiyasına sığınmağa məcbur edildilər. Buna qarşı Xosrov bəy aktiv qərarlar aldı və əhalinin təhlükəsizliyini təmin etməyə çalışdı. Bu qərarlardan sonra onun Qarabağdakı general-qubernatorluğu və beləliklə də, bölgə üzərindəki Azərbaycan hakimiyyəti Antanta dövlətləri tərəfindən de-fakto səviyyədə tanındı.
Qarabağda toqquşmalar
Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər, amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır. Bölgədəki erməni separatçılarını Azərbaycan hakimiyyətinə tabe etmək üçün həyata keçirdiyi tədbirlərə görə Xosrov bəyə qarşı ermənilərdə nifrət hissi var idi. Gərginliklər iyun ayının 3-də zirvəyə çatdı və Xosrov bəy ordusuna Şuşada yaşayan ermənilərin məhəlləsini mühasirəyə almağı, oradakı Erməni Şurasını və silahlı terrorçuları təslim olmağa məcbur etməyi əmr etdi. Növbəti gün isə Xosrov bəy qardaşı Sultan bəy Sultanovun süvari dəstələrini çağırdıqdan sonra hücum daha da genişləndirildi və ətrafda separatçıların gizləndiyi kəndlərə də hücum edildi. Nəticədə Heybəlikənd, Krkecan, Pəhliul, Cəmilli kəndləri terrorçulardan təmizlənildi. Xosrov bəyin gördüyü qəti tədbirlər nəticəsində Qarabağdakı erməni separatçıların rəhbərləri təslim olmağı qəbul etdilər.
1920-ci ilin əvvəllərində Xosrov bəy bölgədəki Azərbaycan hakimiyyətini daha da möhkəmləndirmək üçün fəaliyyətini daha da artırdı və Erməni Milli Şurasına ultimatum təqdim etdi. Bununla təxminən eyni vaxtda Parisdə toplanan Versal konfransı Azərbaycanın Qarabağdakı hakimiyyətini de-fakto səviyyədə tanıdı.
Bolşevik işğalından sonra
1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun bəynatalarına etimad göstərməyərək may ayının 14-də onun yerinə Qarabaöa hakim olaraq yerinə Dadaş Bünyadzadəni təyin edir. Həmçinin Qarabağdakı Revkomun rəhbəri təyin edilən Dadaş Bünyadzadəyə Sultanovun idarəçiliyini ləğv etmək əmr edilir.
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır. İkinci Dünya müharibəsi zamanı o, azərbaycanlı müharibə əsirlərinin vəziyyətlərinin yaxşılaşdırılması üçün xeyli fəaliyyət göstərmişdir. Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olmuşdur.
Ailəsi
oğlu, Sultan bəy Sultanovun kiçik qardaşıdır. Xanımı Odessa Universitetinin rektorunun qızı olub.
Mənbə
- Ənvər Çingizoğlu. Xosrov bəy Sultanov. "Soy" dərgisi, 1 (9) 2008.
- Bəxtiyar Qaraca. "Qarabağ general-qubernatorluğunun yaradılması" (az.). Azərbaycan Qəzeti. 2014-01-29. İstifadə tarixi: 2014-01-28.
- . "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
- Youtube-da "Gizli Tarix" verilişininin xüsusi buraxılışı :Xosrov Bəy Sultanov
İstinadlar
- Аламдар Шахвердиев. Азербайджанские курды. 2013-10-29 at the Wayback Machine
- Həmid, Tural. "Azərbaycan kürdləri". AzLogos. 12 iyun 2020. 2022-03-31 tarixində . İstifadə tarixi: 27 noyabr 2021.
- Dilqəm Əhməd, Bir ildən yüz ilə
- "Azərbaycanda xeyriyyəçilik hərəkatı və Həsən bəy Zərdabi" [Charity movement in Azerbaijan and Hasan bey Zardabi]. İstifadə tarixi: 2010-07-19.[daimi ölü keçid]
- Dilqəm Əhməd "Bir ildən yüz ilə
- Lent.az — İnformasiya agentliyi: Qarabağın qalib generalı — ARAŞDIRMA 2018-02-24 at the Wayback Machine
- [Dedicated to the army]. 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-19.
- Elbrus Seyfullayev. [A strong army is the guarantor of national security, sovereignty and territorial integrity of Azerbaijan]. Azeri Press Agency. 2010-06-28. 2010-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-19.
- Altstadt, Audrey. The Azerbaijani Turks: power and identity under Russian rule. San Diego, California: Stanford University. 1992. səh. 94. ISBN . February 19, 2022 tarixində . İstifadə tarixi: July 21, 2010.
- Hovannisian. Republic of Armenia, Vol. I, p. 194
- Malik, Hafeez. Central Asia: its strategic importance and future prospects. New York: St. Martin's Press. 1994. səh. 146. ISBN . October 31, 2021 tarixində . İstifadə tarixi: July 19, 2010.
- . Russia and Azerbaijan: a borderland in transition. United States: Columbia University Press. 1995. səh. 76. ISBN . October 31, 2021 tarixində . İstifadə tarixi: July 19, 2010.
- Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты. Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 410. 2022-07-05 tarixində (PDF). İstifadə tarixi: 2022-08-29.
- De Waal, Thomas (2003). Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York: New York University Press, p. 128. ISBN .
- Hovannisian. Republic of Armenia, Vol. I, p. 162.
- Riçard Hovanisyan — Ermənistan Respublikası, III cild, səh. 195–196
- "İlk hərbi nazirimizin məzarı tapılıb - FOTO". news.milli.az. karabakhmedia.az. 21 Fevral 2016. 2021-11-04 tarixində . İstifadə tarixi: 22 fevral 2016.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xosrov bey Elipasa bey oglu Sultanov 10 may 1879 Kurdhaci Zengezur qezasi 7 yanvar 1943 Istanbul dovlet xadimi Qarabagin general qubernatoru Azerbaycan Xalq Cumhuriyyetinin herbi naziri Xosrov bey SultanovAzerbaycan Xalq Cumhuriyyetinin herbi naziri28 may 1918 17 iyun 1918Evvelkivezife tesis edilibSonrakivezife legv olunubAzerbaycan Xalq Cumhuriyyetinin Ekincilik naziri17 iyun 1918 6 oktyabr 1918Evvelkivezife tesis edilibSonrakivezife legv olunubAzerbaycan Xalq Cumhuriyyetinin Ekincilik ve Dovlet Emlaki naziri6 oktyabr 1918 14 mart 1919Evvelkivezife tesis edilibSonrakiAslan bey QardasovQarabag general qubernatoru29 yanvar 1919 27 aprel 1920Evvelkivezife tesis edilibSonrakivezife legv olunubSexsi melumatlarDogum tarixi 10 may 1879 1879 05 10 Dogum yeri Kurdhaci Zengezur qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 7 yanvar 1943 1943 01 07 63 yasinda Vefat yeri Istanbul Istanbul ili TurkiyeDefn yeri Ferikoy mezarligiPartiya biterefTehsili Odessa Universiteti 1903 Gence Kisi GimnaziyasiFealiyyeti siyasetciAtasi Elipasa bey Sultanov d Herbi xidmetMensubiyyeti Azerbaycan OrdusuRutbesi General mayor Vikianbarda elaqeli mediafayllarHeyatinin erken dovruXosrov bey Sultanov 1879 cu il may ayinin 10 da Zengezur qezasinin Hacisamli nahiyesinin Qasimusagi obasinin Kurdhaci kendinde indiki Lacin rayonu dunyaya goz acmisdir Usaqliq illerinden ailede tehsil almis mueyyen yasa catdiqdan sonra ise atasi onu Susaya tehsil almaga gondermisdir Susadaki mektebi bitirdikden sonra Gence seherindeki gimnaziyada tehsilini davam etdirmeye getmisdir Orta tehsilini burada aldiqdan sonra Odessata ali tehsil almaga getmis ve burada Odessa Herbi Mektebinde tibb uzre tehsil almisdir I Dunya muharibesi illerinde Baki Muselman Yardim Cemiyyetinin Qafqaz cebhesinden gelen qacqinlarin yerlesdirilmesi surasina rehberlik etmisdir Cemiyyetin bu sobesi Qafqaz cebhesindeki herbi emeliyyatlara oro qacqin dusen sexsleri yerlesdirmek ucun Tiflisde acilmisdi 1917 ci ilde Musavat partiyasina qatilmis ve Transqafqaziya Seymine secilmisdir Elburus Muradov bildirir ki Xosrov bey Odessa Tibb Universitetinde Neriman Nerimanovla telebe yoldasi olub Telebelik dovrunde kuceden kecerken bir rus zabitin yoldan kecen qiza satasdigini goren Xosrov bey qizi mudafie edir ve bu da duelle neticelenir Birinci gulleni zabit atir ve gulle Xosrov beyin gozunu zedeleyir amma yarali Xosrov bey de zabiti oldurur Sonradan melum olur ki hemin qiz Odessa Universitetinin rektorunun qizidir Hemin qizla evlenen Xosrov beyin ondan Murad adli bir oglu olsa da usaq yaslarinda dunyasini deyisib Novorosiysk Universiteti telebeleri Ayaq uste soldan 2 ci Xosrov bey SultanovSiyasi fealiyyeti1918 ci ilde Ittihad Partiyasinin Qarabag Komitesinin yaradilmasina vasitecilik etmisdir Mudafie nazirliyi 1918 ci ilin 28 mayinda Tiflisde Azerbaycan Milli Surasi adindan Azerbaycan Xalq Cumhuriyyetinin elan edilmesi Beyannamesine imza atan 26 neferden biri de Xosrov bey Sultanov olmusdur Xalq Cumhuriyyetinin hemin gun teskil edilmis birinci hokumet kabinetinde Xosrov bey herbi nazir postunu tutmusdur Xosrov bu vezifeni 11 iyun 1918 ci ile qeder icra etmisdir Nazirliyi dovrunde Xosrov bey Azerbaycan ordusunun yaradilmasini prosesini heyata kecirmisdir Bir qeder sonra legv edilen bu nazirlik 23 oktyab 1918 ci ilde yeniden berpa edilmis ve 7 noyabr 1918 ci ilde bu vezifeye Feteli xan Xoyski teyin edilmisdir O eyni zamanda Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu olmusdur Zengezur ve Qarabag general qubernatorlugu 1919 cu ilin yanvarinda Britaniya quvvelerinin komandani General Uilyam Tomson Xosrov bey Sultanovun Qarabagin ve Zengezurun general qubernatoru olmagi qebul etmisdir Bu zaman Zengezur ermeni silahli quvvelerinin feal hucumlari altinda idi ve burada yasayan etnik Azerbaycan turkleri bolgeni terk etmeye mecbur edilirdi 1919 cu ilin aprel ayinin ortalarinda Zengezura olan ermeni hucumlari daha da artdi Ermeni terroru neticesinde bolgedeki turkler daha duzen yerlere ve ya Qacar imperiyasina siginmaga mecbur edildiler Buna qarsi Xosrov bey aktiv qerarlar aldi ve ehalinin tehlukesizliyini temin etmeye calisdi Bu qerarlardan sonra onun Qarabagdaki general qubernatorlugu ve belelikle de bolge uzerindeki Azerbaycan hakimiyyeti Antanta dovletleri terefinden de fakto seviyyede tanindi Qarabagda toqqusmalar Xosrov bey Sultanov 1919 cu ilin 15 yanvarinda Qarabagin general qubernatoru teyin olunmusdur Hemin ilin 21 martinda ermeni dasnak herbi desteleri Qarabaga yegane kecid olan Esgeran kecidini zebt etmisler amma dasnak generali Dronun herbi desteleri Xosrov beyin basciliq etdiyi Azerbaycan esgerleri terefinden mayin 30 da darmadagin edilmis Xankendi ve Susa geri alinmisdir Bolgedeki ermeni separatcilarini Azerbaycan hakimiyyetine tabe etmek ucun heyata kecirdiyi tedbirlere gore Xosrov beye qarsi ermenilerde nifret hissi var idi Gerginlikler iyun ayinin 3 de zirveye catdi ve Xosrov bey ordusuna Susada yasayan ermenilerin mehellesini muhasireye almagi oradaki Ermeni Surasini ve silahli terrorculari teslim olmaga mecbur etmeyi emr etdi Novbeti gun ise Xosrov bey qardasi Sultan bey Sultanovun suvari destelerini cagirdiqdan sonra hucum daha da genislendirildi ve etrafda separatcilarin gizlendiyi kendlere de hucum edildi Neticede Heybelikend Krkecan Pehliul Cemilli kendleri terrorculardan temizlenildi Xosrov beyin gorduyu qeti tedbirler neticesinde Qarabagdaki ermeni separatcilarin rehberleri teslim olmagi qebul etdiler 1920 ci ilin evvellerinde Xosrov bey bolgedeki Azerbaycan hakimiyyetini daha da mohkemlendirmek ucun fealiyyetini daha da artirdi ve Ermeni Milli Surasina ultimatum teqdim etdi Bununla texminen eyni vaxtda Parisde toplanan Versal konfransi Azerbaycanin Qarabagdaki hakimiyyetini de fakto seviyyede tanidi Bolsevik isgalindan sonra 1920 ci ilde Qizil ordunun Azerbaycana daxil oldugu xeberini esiden Xosrov bey Sultanov ozunu Qarabag Inqilabi Komitesinin sedri elan edir ve Sovet ordusunun gelisini gozlediyini Neriman Nerimanova deyir Neriman Nerimanov ise onun beynatalarina etimad gostermeyerek may ayinin 14 de onun yerine Qarabaoa hakim olaraq yerine Dadas Bunyadzadeni teyin edir Hemcinin Qarabagdaki Revkomun rehberi teyin edilen Dadas Bunyadzadeye Sultanovun idareciliyini legv etmek emr edilir 1923 cu ilden general Xosrov bey Sultanovun heyatinda muhaciret dovru baslanmisdir O Turkiyede Iranda 1926 daha sonra Fransa ve Almaniyada yasamis Almaniyada Tibb Universitetinde professor vezifesinde calismisdir Bundan sonra 1936 ci ilde Turkiyeye qayidan Xosrov bey Sultanov Trabzonda meskunlasmisdir Ikinci Dunya muharibesi zamani o azerbaycanli muharibe esirlerinin veziyyetlerinin yaxsilasdirilmasi ucun xeyli fealiyyet gostermisdir Xosrov beyin olum tarixi 2016 ci ilin fevral ayina kimi 1947 ci il vefat yeri ise Trabzon gosterilse de mezarinin yeri deqiq melum olduqdan sonra 7 yanvar 1943 cu ilde vefat etdiyi ve mezarinin da Istanbulun Ferikoy qebiristanliginda oldugu melum olmusdur Ailesioglu Sultan bey Sultanovun kicik qardasidir Xanimi Odessa Universitetinin rektorunun qizi olub MenbeEnver Cingizoglu Xosrov bey Sultanov Soy dergisi 1 9 2008 Bextiyar Qaraca Qarabag general qubernatorlugunun yaradilmasi az Azerbaycan Qezeti 2014 01 29 Istifade tarixi 2014 01 28 Virtual Qarabag IKT Merkezinin resmi portali az virtualkarabakh az 2013 2017 12 22 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 10 14 Youtube da Gizli Tarix verilisininin xususi buraxilisi Xosrov Bey SultanovIstinadlar Alamdar Shahverdiev Azerbajdzhanskie kurdy 2013 10 29 at the Wayback Machine Hemid Tural Azerbaycan kurdleri AzLogos 12 iyun 2020 2022 03 31 tarixinde Istifade tarixi 27 noyabr 2021 Dilqem Ehmed Bir ilden yuz ile Azerbaycanda xeyriyyecilik herekati ve Hesen bey Zerdabi Charity movement in Azerbaijan and Hasan bey Zardabi Istifade tarixi 2010 07 19 daimi olu kecid Dilqem Ehmed Bir ilden yuz ile Lent az Informasiya agentliyi Qarabagin qalib generali ARASDIRMA 2018 02 24 at the Wayback Machine Dedicated to the army 2011 07 06 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 07 19 Elbrus Seyfullayev A strong army is the guarantor of national security sovereignty and territorial integrity of Azerbaijan Azeri Press Agency 2010 06 28 2010 07 12 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 07 19 Altstadt Audrey The Azerbaijani Turks power and identity under Russian rule San Diego California Stanford University 1992 seh 94 ISBN 0 8179 9181 6 February 19 2022 tarixinde Istifade tarixi July 21 2010 Hovannisian Republic of Armenia Vol I p 194 Malik Hafeez Central Asia its strategic importance and future prospects New York St Martin s Press 1994 seh 146 ISBN 0 312 16452 1 October 31 2021 tarixinde Istifade tarixi July 19 2010 Russia and Azerbaijan a borderland in transition United States Columbia University Press 1995 seh 76 ISBN 0 231 07068 3 October 31 2021 tarixinde Istifade tarixi July 19 2010 Azerbajdzhanskaya Demokraticheskaya Respublika 1918 1920 zakonodatelnye akty Baki Azerbaycan Nesriyyati 1998 seh 410 2022 07 05 tarixinde PDF Istifade tarixi 2022 08 29 De Waal Thomas 2003 Black Garden Armenia and Azerbaijan Through Peace and War New York New York University Press p 128 ISBN 0 8147 1945 7 Hovannisian Republic of Armenia Vol I p 162 Ricard Hovanisyan Ermenistan Respublikasi III cild seh 195 196 Ilk herbi nazirimizin mezari tapilib FOTO news milli az karabakhmedia az 21 Fevral 2016 2021 11 04 tarixinde Istifade tarixi 22 fevral 2016