Xatun körpüsü (fars. پل خاتون) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərinin cənubunda, Xoy-Salmas yoluda Qoturçay üzərində yerləşən tarixi abidə.
Xatun körpüsü | |
---|---|
fars. پل خاتون | |
![]() | |
![]() | |
HGYO | |
Ölkə | |
Şəhər | Xoy şəhəri |
Rayon | Qərbi Azərbaycan ostanı |
Yerləşir | Xoy-Salmas yolu üzərində |
Aidiyyatı | Atabəylər dövləti |
Üslubu | Səfəvi memarlığı[d] |
Hündürlüyü | 6,48 m |
Uzunluğu |
|
Eni | 8,7 m |
Material | daş[d], kərpic |
![]() |
Tarixi
Körpünün tikilmə tarixi ilə bağlı mənbələrdə müxtəlif məlumatlar mövcuddur. Bir mənbədə körpünün Atabəy Özbək dövründə III Toğrulun qızı, Özbəyin həyat yoldaşı Xatunun xatirəsinə inşa edildiyi daha sonra isə Əhməd xan Dünbili tərəfindən bərpa etdirildiyi yazılıb. Başqa bir mənbədə isə körpünün ilk dəfə Səfəvilər dövründə tikildiyi və 1756-1786-cı illərdə Əhməd xan Dünbili tərəfindən təmir etdirildiyi barədə məlumat öz əksini tapır.
Memarlıq xüsusiyyətləri
Xoy-Salmas yolunda yerləşən körpü Qotur çayı üzərində qayalıq ərazidə tikilib. Çayın axın istiqaməti cənubdan şimala doğrudur. Körpü şərq-qərb istiqamətində, 73 m uzunluğundadır. Körpünün göyərtəsinin eni qoruyucu məhəccərlər istisna olmaqla 4,70 m-dir. Balustradların eni 0,40 m-dir və bu gün hər iki tərəfə maili şəkildə inşa edildiyi görünür. Yol şəraitinə görə konstruksiya hər iki tərəfə maili, göz sayına görə isə çoxgözlü körpülər qrupuna daxildir. Körpüdə 8 kiçik və 7 böyük kamera var. Körpünün ən uzun hissəsi olan körpünün yamaclarının orta göz zəmindən qovuşduğu nöqtə 7,60 m-dir.
Körpünün böyük və kiçik kameraları sivri tağlı tikilsə də, şərq ucundakı kiçik kamerası dairəvi tağlıdır. Suyun yuxarı axını istiqamətindəki selyaranlar suyun intensivliyini azaltmaq üçün üçbucaqlı prizma şəklində inşa edilib. Körpü başlıqlarının üzəngiləri selyaranların üstündədir. Onlar körpünün aşağı axını istiqamətində əsas üzərindəki selyaranlar kimi üçbucaqlı prizma şəklindədir. Körpünün kiçik və böyük kameraları açıqlıq baxımından bir-birindən fərqlənir. Abidənin kameraları sivri tağlı olsa da, birinci sıradakı kiçik kamera dairəvi tağlıdır və eni 0,90 m-dir. Bu bölmə indi yerin altındadır. Birinci böyük aşırımın eni 4,20 m-dir. İkinci kiçik aşırımın eni 1,85 m, böyük aşırımın eni 4,70 m-dir. 3-cü kiçik aşırımın eni 1,85 m, böyük aşırımın eni 5,30 m-dir. 4-cü kiçik aşırımın eni 2.30 m, körpünün orta və ən geniş hissəsində yerləşən 4-cü böyük aşırımın eni isə 5,90 m-dir. 5-ci kiçik aşırımın eni 2.30 m, böyük aşırımın eni 5,30 m-dir. 6-cı kiçik aşırımın eni 1.80 m, böyük aşırımın eni 4,70 m-dir. 7-ci kiçik aşırımın eni 1.80 m, böyük aşırımın eni 4,35 m-dir. Sonuncu və 8-ci kiçik aşırım 1.80 m-dir. Bu böyük kameraların hündürlüyü orta hissələrdə 5 m-dir. Yanlardakı gözlər isə təxminən 3 m hündürlüyündədir. Böyük və kiçik kameralar arasındakı məsafə yan hissələr istisna olmaqla, 100-110 sm arasında dəyişir. Selyaranların eni 3,40 - 4.75 m arasındadır.
Tikinti materialı
Körpünün inşasında tikinti materialı kimi kərpic və daşa üstünlük verilmişdir. Suya daha davamlı olan daş materialdan selyaranlarda, əsas və aşırımların yan divarlarında istifadə olunub. Daşlar rustik üslubda hörülüb. Daşlar əksərən düzbucaqlı formada və müxtəlif ölçülərdədir. Tağların kənarlarında, məhəccərlərdə kərpic materialına üstünlük verilib. Körpünün tağlarında və kiçik kameralarında istifadə olunan kərpiclər diaqonal düzüldüyü halda, daşıyıcılarda düz kərpic düzümü diqqət çəkir. Körpü kameralarının tağlı hissəsi kərpiclə tikilsə də, ətək hissəsi daş döşəmə üzərindədir. Kərpiclərin sırası şaquli istiqamətdədir. Lakin 7-ci körpü gözündə kərpiclərin düzülüşü digərlərindən fərqlidir. Bu bölmədə kərpiclər aynalı tonoz şəklində düzülüb. Kiçik kameraların tağ hissələrində daş materialdan, yan divarlarında isə kərpic materialından istifadə edilmişdir. 2-ci kiçik kameranın yan divarları digərlərindən fərqli olaraq əyri quruluşdadır.
Qalereya
İstinadlar
- Wiki Loves Monuments monuments database. 2017.
- https://iranarchpedia.ir/entry/16616.
- https://books.google.com/books?id=qt9XEAAAQBAJ&pg=PA247.
- Yelen, 2014. səh. 59
- Kıanı, 1989. səh. 68
- Asl, 2013. səh. 25
- Asl, 2013. səh. 26
- Yelen, 2014. səh. 60
Həmçinin bax
Mənbə
- Resul Yelen. İran-Hoydaki Mimari Eserler. Van. T.C. YÜZÜNCÜ YIL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ SANAT TARİHİ ANABİLİM DALI. 2014.
- M.Y.Kıanı. Iranian Arcitecture of The Islamic Period vol. 2 a List of Monuments. Tehran. 1989. səh. 296.
- Lida Balilan Asl. Elham Khoy's Expansion from Early Islam to Late Qajar According to Jafari, " Historical Documents". Vol3, No2. Internattional Journal of Architecture and Urban Development. 2013.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xatun korpusu fars پل خاتون Iranin Qerbi Azerbaycan ostaninin Xoy seherinin cenubunda Xoy Salmas yoluda Qoturcay uzerinde yerlesen tarixi abide Xatun korpusufars پل خاتون 38 30 43 sm e 44 57 26 s u H G Y OOlke IranSeher Xoy seheriRayon Qerbi Azerbaycan ostaniYerlesir Xoy Salmas yolu uzerindeAidiyyati Atabeyler dovletiUslubu Sefevi memarligi d Hundurluyu 6 48 mUzunlugu 59 4 mEni 8 7 mMaterial das d kerpic Vikianbarda elaqeli mediafayllarTarixiKorpunun tikilme tarixi ile bagli menbelerde muxtelif melumatlar movcuddur Bir menbede korpunun Atabey Ozbek dovrunde III Togrulun qizi Ozbeyin heyat yoldasi Xatunun xatiresine insa edildiyi daha sonra ise Ehmed xan Dunbili terefinden berpa etdirildiyi yazilib Basqa bir menbede ise korpunun ilk defe Sefeviler dovrunde tikildiyi ve 1756 1786 ci illerde Ehmed xan Dunbili terefinden temir etdirildiyi barede melumat oz eksini tapir Memarliq xususiyyetleriXoy Salmas yolunda yerlesen korpu Qotur cayi uzerinde qayaliq erazide tikilib Cayin axin istiqameti cenubdan simala dogrudur Korpu serq qerb istiqametinde 73 m uzunlugundadir Korpunun goyertesinin eni qoruyucu meheccerler istisna olmaqla 4 70 m dir Balustradlarin eni 0 40 m dir ve bu gun her iki terefe maili sekilde insa edildiyi gorunur Yol seraitine gore konstruksiya her iki terefe maili goz sayina gore ise coxgozlu korpuler qrupuna daxildir Korpude 8 kicik ve 7 boyuk kamera var Korpunun en uzun hissesi olan korpunun yamaclarinin orta goz zeminden qovusdugu noqte 7 60 m dir Korpunun boyuk ve kicik kameralari sivri tagli tikilse de serq ucundaki kicik kamerasi dairevi taglidir Suyun yuxari axini istiqametindeki selyaranlar suyun intensivliyini azaltmaq ucun ucbucaqli prizma seklinde insa edilib Korpu basliqlarinin uzengileri selyaranlarin ustundedir Onlar korpunun asagi axini istiqametinde esas uzerindeki selyaranlar kimi ucbucaqli prizma seklindedir Korpunun kicik ve boyuk kameralari aciqliq baximindan bir birinden ferqlenir Abidenin kameralari sivri tagli olsa da birinci siradaki kicik kamera dairevi taglidir ve eni 0 90 m dir Bu bolme indi yerin altindadir Birinci boyuk asirimin eni 4 20 m dir Ikinci kicik asirimin eni 1 85 m boyuk asirimin eni 4 70 m dir 3 cu kicik asirimin eni 1 85 m boyuk asirimin eni 5 30 m dir 4 cu kicik asirimin eni 2 30 m korpunun orta ve en genis hissesinde yerlesen 4 cu boyuk asirimin eni ise 5 90 m dir 5 ci kicik asirimin eni 2 30 m boyuk asirimin eni 5 30 m dir 6 ci kicik asirimin eni 1 80 m boyuk asirimin eni 4 70 m dir 7 ci kicik asirimin eni 1 80 m boyuk asirimin eni 4 35 m dir Sonuncu ve 8 ci kicik asirim 1 80 m dir Bu boyuk kameralarin hundurluyu orta hisselerde 5 m dir Yanlardaki gozler ise texminen 3 m hundurluyundedir Boyuk ve kicik kameralar arasindaki mesafe yan hisseler istisna olmaqla 100 110 sm arasinda deyisir Selyaranlarin eni 3 40 4 75 m arasindadir Tikinti materiali Korpunun insasinda tikinti materiali kimi kerpic ve dasa ustunluk verilmisdir Suya daha davamli olan das materialdan selyaranlarda esas ve asirimlarin yan divarlarinda istifade olunub Daslar rustik uslubda horulub Daslar ekseren duzbucaqli formada ve muxtelif olculerdedir Taglarin kenarlarinda meheccerlerde kerpic materialina ustunluk verilib Korpunun taglarinda ve kicik kameralarinda istifade olunan kerpicler diaqonal duzulduyu halda dasiyicilarda duz kerpic duzumu diqqet cekir Korpu kameralarinin tagli hissesi kerpicle tikilse de etek hissesi das doseme uzerindedir Kerpiclerin sirasi saquli istiqametdedir Lakin 7 ci korpu gozunde kerpiclerin duzulusu digerlerinden ferqlidir Bu bolmede kerpicler aynali tonoz seklinde duzulub Kicik kameralarin tag hisselerinde das materialdan yan divarlarinda ise kerpic materialindan istifade edilmisdir 2 ci kicik kameranin yan divarlari digerlerinden ferqli olaraq eyri qurulusdadir QalereyaIstinadlarWiki Loves Monuments monuments database 2017 https iranarchpedia ir entry 16616 https books google com books id qt9XEAAAQBAJ amp pg PA247 Yelen 2014 seh 59 Kiani 1989 seh 68 Asl 2013 seh 25 Asl 2013 seh 26 Yelen 2014 seh 60Hemcinin baxQerbi Azerbaycan Ostani Xoy sehristaniMenbeResul Yelen Iran Hoydaki Mimari Eserler Van T C YUZUNCU YIL UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU SANAT TARIHI ANABILIM DALI 2014 M Y Kiani Iranian Arcitecture of The Islamic Period vol 2 a List of Monuments Tehran 1989 seh 296 Lida Balilan Asl Elham Khoy s Expansion from Early Islam to Late Qajar According to Jafari Historical Documents Vol3 No2 Internattional Journal of Architecture and Urban Development 2013