Xanlar Məmməd oğlu Haqverdiyev (25 sentyabr 1906, Ağdam, Şuşa qəzası – 5 dekabr 1980) — müğənni (lirik-dramatik tenor). Azərbaycan SSR (1956) və Türkmənistan SSR (1939) əməkdar artisti.
Xanlar Haqverdiyev | |
---|---|
Xanlar Məmməd oğlu Haqverdiyev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Seyidli, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşağı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Mükafatları | |
Həyatı
Xanlar Məmməd oğlu Haqverdiyev 1906-cı il sentyabr ayının 25-da indiki Ağdam rayonunun Seyidli kəndində, bəy ailəsində anadan olmuşdur.
1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki AMK) Vokal şöbəsinə daxil olmuş, professor H. Speranskidən rus və Avropa musiqisini, Seyid Şuşinskidən isə klassik Azərbaycan muğamlarının incəliklərini öyrənmişdir.
1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına xorda oxumaq üçün qəbul edilmişdir. Ona "Əsli və Kərəm" operasında Sofi rolu, Hüseynqulu Sarabski (Kərəm) kimi sənətkarın tərəf müqabili olmaq tapşırılmışdır.
1932–1933-cü illərdə Türkmənistanda Azərbaycan Dövlət Opera və Dram Teatrı yaradılmışdır. Aşqabad Azərbaycan Teatrının inkişafında bir çox sənətkarlarla yanaşı görkəmli aktyor Rza Əfqanlının, opera müğənnisi Xanlar Haqverdiyevin də rolu olduqca böyük olmuşdur. O, türkmən xalqının rəğbətini qazanmışdır. Məhz bunun nəticəsi olaraq müğənninin əməyi yüksək qiymətləndirilmiş, 1939-cu ildə ona "Türkmənistan SSR-in Əməkdar artisti" fəxri adı verilmişdir.
Xanlar Haqverdiyev 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak etmiş, "Sevil", "Koroğlu" operalarında çıxış etmişdir.
Teatr incəsənəti sahəsində fəaliyyətinə və zəhmətkeşlər qarşısında mədəni xidmətlərinə görə 1956-cı ildə ona "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı verilmişdir.
Xanlar Haqverdiyev Azərbaycan Teatr Cəmiyyətinin üzvü idi.
Lirik-dramatik tenor səs tembrinə malik olan Xanlar Haqverdiyev Məcnun, İbn Salam ("Leyli və Məcnun" — Ü. Hacıbəyli), Kərəm ("Əsli və Kərəm" — Ü. Hacıbəyli), Şah İsmayıl, Əlyar ("Şah İsmayıl", "Nərgiz" — M. Maqomayev), Qərib ("Aşıq Qərib" — Z. Hacıbəyli), aşıq ("Şahsənəm" — R. Qlier) və s. partiyalar ifa etmişdir.
Musiqili səhnə sənətini inkişaf etdirmək sahəsində göstərdiyi xidmətlərinə görə o, dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin, keçmiş Sovet İttifaqı respublikalarının fəxri fərmanları ilə təltif edilmiş, layiq görülmüşdür.
1962-ci ilin dekabr ayında Xanlar Haqverdiyev təqaüdə çıxsa da, bir neçə il yenidən opera teatrında fəaliyyət göstərmiş, gənc müğənnilərin yetişməsində yaxından kömək etmişdir.
Xanlar Haqverdiyev 1980-ci il dekabr ayının 5-də vəfat etmişdir.
İstinadlar
- Xanlar Haqverdiyev //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1987.- C.10.- S.125.
- Çəmənli, M. Sənətkar ömrünün izləri /M. Çəmənli.- Bakı: Adiloğlu, 2006.- 128 s.
- Rəhimli, İ. Xanlar Məhəmməd oğlu Haqverdiyev //Rəhimli İ. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı.- Bakı, 2008.- S.332.
- Xanlar Haqverdiyev//Üzeyir Hacıbəyli ensiklopediyası.- Bakı, 2008.- S.109.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xanlar Memmed oglu Haqverdiyev 25 sentyabr 1906 Agdam Susa qezasi 5 dekabr 1980 mugenni lirik dramatik tenor Azerbaycan SSR 1956 ve Turkmenistan SSR 1939 emekdar artisti Xanlar HaqverdiyevXanlar Memmed oglu HaqverdiyevUmumi melumatlarDogum tarixi 25 sentyabr 1906Dogum yeri Seyidli Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 5 dekabr 1980 74 yasinda Vetendasligi Rusiya imperiyasi AXC SSRIUsagi Marat HaqverdiyevMusiqici melumatlariFealiyyeti mugenniMukafatlariHeyatiXanlar Memmed oglu Haqverdiyev 1906 ci il sentyabr ayinin 25 da indiki Agdam rayonunun Seyidli kendinde bey ailesinde anadan olmusdur 1928 ci ilde Azerbaycan Dovlet Konservatoriyasinin indiki AMK Vokal sobesine daxil olmus professor H Speranskiden rus ve Avropa musiqisini Seyid Susinskiden ise klassik Azerbaycan mugamlarinin inceliklerini oyrenmisdir 1929 cu ilde Azerbaycan Dovlet Opera ve Balet Teatrina xorda oxumaq ucun qebul edilmisdir Ona Esli ve Kerem operasinda Sofi rolu Huseynqulu Sarabski Kerem kimi senetkarin teref muqabili olmaq tapsirilmisdir 1932 1933 cu illerde Turkmenistanda Azerbaycan Dovlet Opera ve Dram Teatri yaradilmisdir Asqabad Azerbaycan Teatrinin inkisafinda bir cox senetkarlarla yanasi gorkemli aktyor Rza Efqanlinin opera mugennisi Xanlar Haqverdiyevin de rolu olduqca boyuk olmusdur O turkmen xalqinin regbetini qazanmisdir Mehz bunun neticesi olaraq mugenninin emeyi yuksek qiymetlendirilmis 1939 cu ilde ona Turkmenistan SSR in Emekdar artisti fexri adi verilmisdir Xanlar Haqverdiyev 1959 cu ilde Moskvada Azerbaycan inceseneti ve edebiyyati ongunluyunde istirak etmis Sevil Koroglu operalarinda cixis etmisdir Teatr inceseneti sahesinde fealiyyetine ve zehmetkesler qarsisinda medeni xidmetlerine gore 1956 ci ilde ona Azerbaycan SSR Emekdar artisti fexri adi verilmisdir Xanlar Haqverdiyev Azerbaycan Teatr Cemiyyetinin uzvu idi Lirik dramatik tenor ses tembrine malik olan Xanlar Haqverdiyev Mecnun Ibn Salam Leyli ve Mecnun U Hacibeyli Kerem Esli ve Kerem U Hacibeyli Sah Ismayil Elyar Sah Ismayil Nergiz M Maqomayev Qerib Asiq Qerib Z Hacibeyli asiq Sahsenem R Qlier ve s partiyalar ifa etmisdir Musiqili sehne senetini inkisaf etdirmek sahesinde gosterdiyi xidmetlerine gore o defelerle Azerbaycan SSR Ali Soveti Reyaset heyetinin kecmis Sovet Ittifaqi respublikalarinin fexri fermanlari ile teltif edilmis Emekde ferqlenmeye gore medalina layiq gorulmusdur 1962 ci ilin dekabr ayinda Xanlar Haqverdiyev teqaude cixsa da bir nece il yeniden opera teatrinda fealiyyet gostermis genc mugennilerin yetismesinde yaxindan komek etmisdir Xanlar Haqverdiyev 1980 ci il dekabr ayinin 5 de vefat etmisdir IstinadlarXanlar Haqverdiyev Azerbaycan Sovet Ensiklopediyasi 10 cildde Baki 1987 C 10 S 125 Cemenli M Senetkar omrunun izleri M Cemenli Baki Adiloglu 2006 128 s Rehimli I Xanlar Mehemmed oglu Haqverdiyev Rehimli I Azerbaycan Dovlet Akademik Opera ve Balet Teatri Baki 2008 S 332 Xanlar Haqverdiyev Uzeyir Hacibeyli ensiklopediyasi Baki 2008 S 109