Varşava gettosu (alm. Warschauer Ghetto; pol. getto warszawskie; ivr. גטו ורשה) — Polşanın paytaxtı Varşava şəhərində yəhudilərin toplanılması və saxlanılması üçün nəzərdə tutulmuş getto düşərgəsi. Varşava gettosu III Reyx dönəmində olmaqla 1940-cı ilin oktyabr ayından 1943-cü ilin may ayına qədər fəaliyyət göstərmişdir. Gettonun ümumi ərazisi 3.4 km2 təşkil edirdi və burada toplamda 400.000 min yəhudi saxlanılmışdır.
Varşava gettosunda saxlanılan yəhudilərin 254,000 nəfərə yaxını 1942-ci ilin yay aylarında Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşdür. Varşava gettosu mövcud olduğu 3 il ərzində; getto daxili üsyanlar, şiddət və zorakılıq faktları ilə birlikdə ümumilikdə 300.000 min yəhudinin ölümünə səbəb olmuşdur. Getto dünya tarixində eyni millətdən olan insanların kompakt şəkildə saxlanıldığı ən böyük yer kimi tarixə keçib.
Varşava gettosunda saxlanılan 400 mindən çox yəhudi Varşava şəhər əhalisinin 38% təşkil edirdi. Gettodan icazəsiz çıxmaq, gizli yolla qaçmağa görə ölüm cəzası tətbiq edilmişdir. Gettonun təhlükəsizlik və nəzarətini III Reyx əsgərləri ilə yanaşı, Nasist Almaniyasına tabe olan 3.000 nəfərdən ibarət yəhudi polis birlikləridə təmin etmişdir. Getto ilə bağlı önəmli hadisələrdən biridə Varşava gettosu üsyanıdır. 1943-cü ilin 19 aprelində başlayan və bir ay davam edən Varşava gettosu üsyanı zamanı 56 min yəhudi öldürülmüş, 7 min nəfəri isə Treblinka ölüm düşərgəsinə göndərilərək burada edam edilmişdir.
Yaradılması
Varşava gettosunun divarları 1940-cı ilin 1 aprel tarixində inşa edilməyə başlandı. Şəhər əhalisinin əhəmiyyətli hissəsini təşkil edən yəhudilərin kompakt şəkildə yaşaması və işləməsini təmin edəcək bir yerin yaradılması ideyası daha əvvəl olsa da, əsaslı fəaliyyət 1940-cı ilə təsadüf etmişdir. Həmin ilin 16 oktyabr tarixində Üçüncü Reyx generalı Hans Frank Varşava şəhərində yaşayan yəhudilərin gettoda toplanması göstərişini verir. İlk əvvəl şəhərdə yaşayan yəhudilər gettoda yaşamağın məcburi olmayacağını zənn etsələr də, Hans Frank tərəfindən verilən əmr ilə Varşava və ətraf bölgələrində yaşayan yəhudilər eyni adlı gettoda toplanmağa başlamışdır. Toplama işi başa çatandan sonra Varşava gettosunda 400 min nəfər yəhudinin toplandığı müəyyən edildi. Bu rəqəm 1940-cı il Varşavası üçün ümumi şəhər əhalisinin 30% təşkil edirdi. Şəhər əhalisinin əhəmiyyətli bir hissəsinin bir yerdə toplanması üçün isə şəhərin 2,4% ərazisi ayrılmışdı. Göstəricinin bu qədər aşağı olması və şəraitsizlik yaxın gələcəkdə gettoda üsyan və qiyamların baş qaldırması ilə nəticələnmişdir.
Almanlar 1940-cı ilin 16 noyabr tarixində Vaşrava gettosunun giriş və çıxışlarını xarici aləm üçün bağladı. Bu tarixdən etibarən gettoda yaşayan yəhudilərə onlar üçün müəyyənləşdirilmiş ərazini tərk etmək qadağan edilirdi. Gettoda sakinləri yalnız nasist əsgərlərinin və yəhudi polislərin nəzarəti altında ərazini tərk edə və geri qayıda bilərdilər. Yəhudilərin gettodan qaçmamaları üçün 24 saatlıq ciddi rejimli nəzarət həyata keçirdilirdi. Gettonu şəhərdən ayıran hündür divarların ümumi hündürlüyü 3 metr (9.8 fit) olmaqla ucaldılırdı və bununla yanaşı içəridə saxlanılanların qaçmamaları üçün hasarların üzərinə tikanlı məftillər düzülmüşdü. Qaçmağa cəhd edən, divarın üzərinə çıxan şəxslərin nəzarətçi güllələrində dayanan əsgərlər tərəfindən vurulmaq hüququ vardı. Varşava gettosu mövcud olduğu üç il ərzində daxili sərhədləri bir necə dəfə dəyişdirilmişdir.
Gettonun yaradılması səbəbindən Varşvanın əsas küçələrindən biri olan Chłodna küçəsi bölünmüşdür. Küçənin şimal tərəfi Kiçik Getto cənub tərəfi isə Böyük getto olaraq adlandırılırdı. Varşava gettosunun ilk rəisi SA-Standartenführer zabitlərindən olan Valdemer Şön təyin olunmuşdur. Onu 1941-ci ilin mayında Hayns Aurşelvald əvəzləmişdir.
- Varşava gettosunun inşa edilməsi (1940)
- Getto daxilində yerləşən fabrikdə işləyən işçilər
- Getto daxilində yaşayan uşaqlar
Getto rəhbərliyi
Polşada yerləşən bütün gettolarda olduğu kimi Varşava gettosunda da inzibati idarə etmənin Judenrat tərəfindən icra edilməsi təklif edilmişdi. Judernat yəhudi nümayəndələrdən seçilmək şərti ilə təşkil edilən yerli idarə orqanı idi. Üçüncü Reyx getto daxilində saxlanılan yəhudilərin maraqlarına cavab vermək üçün Adam Czerniakov adlı yəhudini judenrat olaraq seçir. Adam Czerniakovun fəaliyyət uzun müddətli olmur və o, 1942-ci ilin iyul tarixində baş verən sui-qəsd nəticəsində öldürülür.
Almanlar getto daxilində yəhudilərin inzibati və idarə işlərində işlədilməsinə maraqlı idi. Hətta bu səbəbdən Varşava gettosuna Avropada iş adamı kimi məşhurlaşmış Çaim Rumanovski belə gətirilmişdi. Üçüncü Reyxin Varşava gettosunda gördüyü əsas işlərdən biri isə Yəhudi Getto Polisi adlı təşkilatın yaradılması oldu. Gettoda və ətraf ərazilərdə yaşayan yəhudilərdən təşkil edilmiş bu birliklər alman və polyaklarla birlikdə getto əhalisinə nəzarət edirdi.
Gettoda saxlanılan yəhudilər tərəfindən satqın olaraq adlandırılmasına baxmayaraq, Yəhudi Getto Polisinin əməkdaşlarının sayı 3.000 nəfərdən çox olmuşdur. Almanlar yəhudiləri kiçik vəzifələrə gətirməklə getto daxilində saxlanılan əhalinin mümkün etirazlarının qarşısını almağı planlaşdırıdılar. Yəhudilərə istər Judenrat formasında istərsədə yerli polis formasında hüquqların verilməsinə baxmayaraq, əsas idarə və nəzarət almanların əlində idi.
Ümumi vəziyyət
Varşava gettosu yaradılandan sonra getto Varşava şəhərində yaşayan yəhudilərlə yanaşı, ölkənin digər bölgələrində yaşayan yəhudilərə də ev sahibliyi etməyə başladı. Varşava gettosu təkcə Varşava şəhəri üçün yox bütün ölkə üçün yəhudilərin toplanma və saxlanma yeri anlamını daşıyırdı. Gettoda yəhudilərlə yanaşı, qaraçılar və az sayda olmaqla digər xalqların nümayəndələri də saxlanılmışdır. Getto əhalisi arasında yatalaq xəstəliyinin sürətlə yayılması getto daxilində vəziyyəti kiritik həddə çatdırmışdır. 1941-ci ildə şəhərdə yaşayan əhali üçün gündəlik kalori miqdarı müəyyənləşdirilir. Əhali bölgüsü şəhər və ətraf ərazilərdə olmaqla yaşayan və üç əsas etnik qrupu təşkil edən qruplar üzərində aparılır. Beləliklə, almanlar üçün 2.613, polyaklar üçün 699 və yəhudilər üçün 184 kalori günlük norması qəbul olunur.
İşsizlik getto daxilində ən böyük problem olaraq qalırdı. Qanunsuz işlərdə çalışma və qadağan edilmiş malların daşınmasında əsasən uşaq əməyindən istifadə olunmaqda idi. İlk başlarda gettonun ərzaqla təmin olunmasında problemlər olmasa da, zamanla ərzağın vaxtı-vaxtında gettoya çatdırılmaması səbəbindən ərazidə yaşayan yəhudilər arasında ciddi ərzaq problemi yaşanamağa başladı. Yəhudilər ərzaqla bağlı olan problemlərini həll etmək üçün gettoya qaçaq yollarla ərzaq gətirməyə başladılar. Zamanla ərzaq qaçaqmalçılığı genişləndi və hətta Üçüncü Reyxin bu barədə məlumatlı olduğu sadəcə baş verənlərə göz yumduğu da iddia edildi.
Gündəlik qayğılar və problemlərə baxmayaraq, getto daxilində yaşayan yəhudi əhali təhsil və mədəniyyət sahəsində fəaliyyətlərinin davam edilməsinə çalışırdılar. Getto daxilində xəstəxanalar, ictimai mətbəxlər, uşaq evləri və istirahət mərkəzləri yaradılmışdı. Yəhudi uşaqların rahat təhsil almaları üçün isə vahid təhsil sistemi fəaliyyət göstərirdi. Bəzi məktəblər qadağan olunduğu üçün yeməkxana adı altında fəaliyyət göstərirdi. Qadağan olunması səbəbindən kitabxanalar və orkestr qrupları ictimai mətbəx və uşaq evi adı altında fəaliyyət göstərmək məcburiyyətində qalmışdı. Ravin olan və gettoda yaşayan Aleksandr Zusia Firdman adlı şəxs gizli şəkildə fəaliyyət göstərməklə böyük bir məktəb şəbəkəsi yaratmışdı. Məktəblər zirzəmilərdə və yeraltı ərazilərdə yerləşirdi. Aleksandr Firdman tərəfindən yaradılmış Yesodei Hatorah — oğlanlar məktəbi və Bais Yaakov — qızlar məktəbi ilə yanaşı, bir neçə dini məktəb də Varşava gettosunda gizli şəkildə fəaliyyət göstərməkdə idi.
Məktəblər və mədəni qurumlarla yanaşı, üç yəhudi institutu da gizli şəkildə fəaliyyət göstərməkdə idi. 1941-ci ilə qədər gizli şəkildə fəaliyyət göstərməyə məcbur olan məktəblər Judenratın dəstəyi və almanların razılığı ilə leqal şəkildə fəaliyyət göstərməyə başlamışdır.
Üsyanı və gettonun ləğv edilməsi
1943-cü ilin 18 yanvar tarixində Üçüncü Reyx əsgərləri anidən gettoya daxil olaraq içəridə olan yəhudilərə atəş açdılar. İlk əvvəl bunun deportasiya və ya başqa bir əraziyə köçürülmə olduğu zənn edilsə də, hadisələr anidən şiddətlənməyə və ixtişalara çevrilməyə başladı. Həmin gün baş verən qətliamda 600 yəhudi öldürüldü və 5.000 nəfər isə gettonun yuxarı hissəsinə köçürüldü. Baş verənlərin qarşısında yəhudilər heç bir müqavimət göstərmirdilər. Almanlar müqavimətin yaz aylarında başlanacağını ehtimal edir və bu səbəbdən həmin aylarda hər hansısa təxribatın olmaması üçün ciddi cəhdlə fəaliyyət göstərməkdə idilər. Yəhudilər almanların günü-gündən daha amansız davrandıqlarını görüb özünü müdafiə dəstələri yaratmağa başladılar. Yəhudi Müharibə Təşkilatı və Yəhudi Əsgər Birliyi olaraq adlandırılan silahlı qruplarda toplamda 1.000 nəfərdən çox yəhudi döyüşçü cəmləşmişdi.
Silahlar gettonun xaricində yaşayan yəhudilərdən və anti-faşist birliklərindən təmin edilirdi. Bir həftə ərzində davam edən hazırlıqların ardından 19 aprel tarixində Varşava gettosunda üsyan başladıldı. Almanlar üsyanın başlana biləcəyini təxmin etsələr də, qarşılarında nizamlı yəhudi birliklərinin dayanacağını əsla təxmin etmirdilər. 19 aprel tarixi tərəflər arasında ilk şiddətli toqquşmanının baş verdiyi tarix olaraq tarixə keçmişdir. Üçüncü Reyx ordusunun komandanı Yurgen Stroop vəziyyətin ciddi olduğunu gördükdə əsgərlərə ağır texnika ilə getto daxilində yerləşən binaları və yəhudi silahlıların gizlənə biləcəkləri yerləri vurmaq göstərişi verdi. Getto daxilində yerləşən blok və kvartallar sistemli şəkildə vurularaq məhv edilirdi. 28 aprel tarixində yəhudilərin müqaviməti qırıldı və döyüşlər Varşava şəhərində yerləşən Böyük Sinaqoqun 16 may tarixində dağıdılması ilə tamamilə başa çatdı.
Rəsmi məlumatlara əsasən, 56.065 yəhudi getto daxilində yaşanana üsyan nəticəsində öldürüldü. Öldürülənlərdən cəmi 1.000 nəfəri almanlara qarşı silahlı müqavimət göstərməkdə idi. Getto əhalisinin silahlıları dəstəkləməsi bəhanəsi ilə nasist əsgərləri qarşılarına çıxan bütün yəhudiləri öldürməkdə idilər. Varşava gettosu üsyanı demək olar ki, gettonun sonunu gətirən hadisə oldu. Qiyamdan sonra üsyançılara kömək etmək iddiası ilə 7 min yəhudi gettodan çıxarılaraq Treblinka ölüm düşərgəsinə aparılıb edam edildi. 42.000 getto sakini isə Maydanek həbs düşərgəsinə göndərildi.
Gettonun qalıqları və miras
Gettonun əhəmiyyətli dərəcədə böyük hissəsi baş verən üsyan nəticəsində dağıdıldı. Buna baxmayaraq, ərazinin kiçik getto olaraq adlandırılan hissəsində bir neçə inzibati və fərdi bina baş verən hadisələrdən ciddi ziyan görməyərək xilas olmağı bacardı. Müharibədən sonra ərazidə bərpa işləri aparıldı və əsasını yəhudi ailələrin təşkil etdiyi yeni sakinlər bir zamanlar gettonun var olduğu yerlərdə yaşamağa başladılar. Xüsusi ilə 7, 9, 12 və 14 saylı Prozna küçələrində yerləşən evlər orijinal yəhudi üslubunda tikilməklə diqqəti cəlb etməkdə idi. Yeni evlərin tikilməsinə baxmayaraq, evlərin böyük qismi boş qaldı və müharibəyə qədər olan aktivlik əldə edilə bilmədi.
Bir zamanlar gettonun mövcud olduğu ərazidə yəhudilərlə bağlı bir necə müəssisələr, evlər və dükkanlar yerləşməkdədir. Hər il ənənəvi şəkildə təşkil edilən Varşava Yəhudi Festivalı gettonun var olduğu ərazinin üzərində keçirilir. Gettonun yaxınlığında yerləşən Nozyk sinaqoqu mövcudluğunu qorumağı bacardı. Varşava gettosunun fəal olduğu dövrlərdə almanlar bu sinaqoqdan məxsus atların saxlanılması üçün istifadə etmişdilər. Müharibədə sonra sinaqoq təmir edilərək yenidən yəhudilərin istifadəsinə verildi.
Hal-hazırda 1941–1943-cü illərdən bu günə qədər qalmış ən sağlam getto divarları Sienna 55, Zlota 62 və Valikov 11 ünvanları olmaqla yerləşməkdədir. 1946 və 1948-ci illərdə almanların gettoya daxil olduqları yerin yaxınlığında xatirə abidəsi ucaldıldı. Böyük abidələrlə yanaşı gettonun yerləşdiyi küçələr boyunca müxtəlif vaxtlarda kiçik abidələr və lövhələrdə əlavə edilmişdir.
Varşava gettosunda yaşamış məşhur şəxslər
Həlak olanlar
- — Varşava gettosunda müqavimət hərəkatının təşkilatçılardan və rəhbərlərindən biri. 1943-cü ilin may ayında öldürülmüşdür.
- — Gettoda yaradılan Yəhudi Müharibə Təşkilatının rəhbərlərindən biri. 8 may tarixində öldürülmüşdür.
- — Varşava gettosunda fəaliyyət göstərən simfoniya orkestrının şefi. 1942-ci ildə Treblinka ölüm düşərgəsində həlak olmuşdur.
- — Tarixçi, sosial işçi və siysətçi. Getto daxilində fəaliyyət göstərmiş tarixçilər qrupuna rəhbərlik etmişdir.
Xilas olanlar
- Vladislav Şpilman — polyak pianoçusu və bəstəkarı. Bütün ailəsi həlak olsa da, özü xilas olmağı bacarmışdır.
- — polyak siyasətçi və sosial aktivist.
- İrena Sendler — Varşava gettosunda 2.500 dən çox yəhudi uşağın həyatını xilas edən qadın.
İstinadlar
- "WARSAW GHETTO UPRISING - ushmm.org". 2012-05-02 tarixində . İstifadə tarixi: 2015-02-10.
- "Treblinka ölüm düşərgəsi" (PDF). 2022-04-14 tarixində (PDF). İstifadə tarixi: 2015-02-10.
- Dawidowicz, Lucy S. (1975). The war against the Jews 1933–1945. New York: Holt, Rinehart and Winston. pp. 228–229.
- Hilberg, Raul, et al. (editors). The Warsaw diary of Adam Czerniakow: Prelude to Doom (Stein & Day, NY, 1979).
- "Scenes of Hunger and Starvation". 2021-12-08 tarixində . İstifadə tarixi: 2015-02-10.
- Seidman, Hillel. "Alexander Zusia Friedman", in Wellsprings of Torah: An Anthology of Biblical Commentaries, Vol. 1. Nison L. Alpert, ed. The Judaica Press, Inc., 1974, pp. xii–xxiii.
- Martin Gilbert, 'The Holocaust' (1986), pages 522–523
Ədəbiyyat
- Mary Berg, The Diary of Mary Berg: Growing Up in the Warsaw Ghetto, Oxford: Oneworld Publications, 2007 (2nd ed), (1st ed: Warsaw Ghetto: a diary by Mary Berg, New York: L. B. Fischer, 1945; translated by Norbert Guterman; edited by S. L. Shneiderman; a "war time book")
- Marek Edelman, The Ghetto Fights, London: Bookmarks, 1994,
- Israel Gutman, Resistance: The Warsaw Ghetto Uprising,
- Martin Gray, For Those I Loved,
- Raul Hilberg, et al. (editors). The Warsaw diary of Adam Czerniakow: Prelude to Doom (Stein & Day, NY, 1979).
- Janusz Korczak, Ghetto diary,
- Dariusz Libionka, Laurence Weinbaum: "Bohaterowie, hochsztaplerzy, opisywacze — Wokół Żydowskiego Związku Wojskowego", Stowarzyszenie Centrum Badań nad Zagładą Żydów, Warsaw 2011
- Emmanuel Ringelblum, Notes from the Warsaw Ghetto, New York: ibooks, 2006,
- Władysław Szpilman, The Pianist,
- Dawid Wdowiński, And We Are Not Saved, , The Warsaw Ghetto: A Guide to the Perished City,
- Barbara Engelking & Jacek Leociak, The Warsaw Ghetto: A Guide to the Perished City,
- Warsaw and Ghetto, Warsaw: B&M Potyralski, 2000,
Xarici keçidlər
- Varşava gettosu foto arxivi — yadvashem.org
- Holokostdan xilas olanların xatirələri — isurvived.org
- Varşava yəhudilərinin tarixi barədə sayt — zmh.um.warszawa.pl 2014-05-30 at the Wayback Machine
- Varşava gettosunda həlak olanların xatirəsinə açılmış sayt — warszawa.getto.pl 2015-02-13 at the Wayback Machine
- Varşava gettosunda ədəbi yaradıcılıq — poetryinhell.org
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Varsava gettosu alm Warschauer Ghetto pol getto warszawskie ivr גטו ורשה Polsanin paytaxti Varsava seherinde yehudilerin toplanilmasi ve saxlanilmasi ucun nezerde tutulmus getto dusergesi Varsava gettosu III Reyx doneminde olmaqla 1940 ci ilin oktyabr ayindan 1943 cu ilin may ayina qeder fealiyyet gostermisdir Gettonun umumi erazisi 3 4 km2 teskil edirdi ve burada toplamda 400 000 min yehudi saxlanilmisdir Varsava gettosunda yasayan yasli yehudi Varsava gettosunda saxlanilan yehudilerin 254 000 nefere yaxini 1942 ci ilin yay aylarinda Treblinka olum dusergesine gonderilerek oldurulmusdur Varsava gettosu movcud oldugu 3 il erzinde getto daxili usyanlar siddet ve zorakiliq faktlari ile birlikde umumilikde 300 000 min yehudinin olumune sebeb olmusdur Getto dunya tarixinde eyni milletden olan insanlarin kompakt sekilde saxlanildigi en boyuk yer kimi tarixe kecib Varsava gettosunda saxlanilan 400 minden cox yehudi Varsava seher ehalisinin 38 teskil edirdi Gettodan icazesiz cixmaq gizli yolla qacmaga gore olum cezasi tetbiq edilmisdir Gettonun tehlukesizlik ve nezaretini III Reyx esgerleri ile yanasi Nasist Almaniyasina tabe olan 3 000 neferden ibaret yehudi polis birlikleride temin etmisdir Getto ile bagli onemli hadiselerden biride Varsava gettosu usyanidir 1943 cu ilin 19 aprelinde baslayan ve bir ay davam eden Varsava gettosu usyani zamani 56 min yehudi oldurulmus 7 min neferi ise Treblinka olum dusergesine gonderilerek burada edam edilmisdir YaradilmasiVarsava gettosunun divarlari 1940 ci ilin 1 aprel tarixinde insa edilmeye baslandi Seher ehalisinin ehemiyyetli hissesini teskil eden yehudilerin kompakt sekilde yasamasi ve islemesini temin edecek bir yerin yaradilmasi ideyasi daha evvel olsa da esasli fealiyyet 1940 ci ile tesaduf etmisdir Hemin ilin 16 oktyabr tarixinde Ucuncu Reyx generali Hans Frank Varsava seherinde yasayan yehudilerin gettoda toplanmasi gosterisini verir Ilk evvel seherde yasayan yehudiler gettoda yasamagin mecburi olmayacagini zenn etseler de Hans Frank terefinden verilen emr ile Varsava ve etraf bolgelerinde yasayan yehudiler eyni adli gettoda toplanmaga baslamisdir Toplama isi basa catandan sonra Varsava gettosunda 400 min nefer yehudinin toplandigi mueyyen edildi Bu reqem 1940 ci il Varsavasi ucun umumi seher ehalisinin 30 teskil edirdi Seher ehalisinin ehemiyyetli bir hissesinin bir yerde toplanmasi ucun ise seherin 2 4 erazisi ayrilmisdi Gostericinin bu qeder asagi olmasi ve seraitsizlik yaxin gelecekde gettoda usyan ve qiyamlarin bas qaldirmasi ile neticelenmisdir Almanlar 1940 ci ilin 16 noyabr tarixinde Vasrava gettosunun giris ve cixislarini xarici alem ucun bagladi Bu tarixden etibaren gettoda yasayan yehudilere onlar ucun mueyyenlesdirilmis erazini terk etmek qadagan edilirdi Gettoda sakinleri yalniz nasist esgerlerinin ve yehudi polislerin nezareti altinda erazini terk ede ve geri qayida bilerdiler Yehudilerin gettodan qacmamalari ucun 24 saatliq ciddi rejimli nezaret heyata kecirdilirdi Gettonu seherden ayiran hundur divarlarin umumi hundurluyu 3 metr 9 8 fit olmaqla ucaldilirdi ve bununla yanasi iceride saxlanilanlarin qacmamalari ucun hasarlarin uzerine tikanli meftiller duzulmusdu Qacmaga cehd eden divarin uzerine cixan sexslerin nezaretci gullelerinde dayanan esgerler terefinden vurulmaq huququ vardi Varsava gettosu movcud oldugu uc il erzinde daxili serhedleri bir nece defe deyisdirilmisdir Gettonun yaradilmasi sebebinden Varsvanin esas kucelerinden biri olan Chlodna kucesi bolunmusdur Kucenin simal terefi Kicik Getto cenub terefi ise Boyuk getto olaraq adlandirilirdi Varsava gettosunun ilk reisi SA Standartenfuhrer zabitlerinden olan Valdemer Son teyin olunmusdur Onu 1941 ci ilin mayinda Hayns Aurselvald evezlemisdir Varsava gettosunun insa edilmesi 1940 Getto daxilinde yerlesen fabrikde isleyen isciler Getto daxilinde yasayan usaqlarGetto rehberliyiVarsava seherinde yasayan yehudi olmayan ehali ucun derc edilmis elanda yatalaq xesteliyine yoluxmamaq ucun yehudilerle temas qurmamaq meslehet gorulurdu 1941 Polsada yerlesen butun gettolarda oldugu kimi Varsava gettosunda da inzibati idare etmenin Judenrat terefinden icra edilmesi teklif edilmisdi Judernat yehudi numayendelerden secilmek serti ile teskil edilen yerli idare orqani idi Ucuncu Reyx getto daxilinde saxlanilan yehudilerin maraqlarina cavab vermek ucun Adam Czerniakov adli yehudini judenrat olaraq secir Adam Czerniakovun fealiyyet uzun muddetli olmur ve o 1942 ci ilin iyul tarixinde bas veren sui qesd neticesinde oldurulur Almanlar getto daxilinde yehudilerin inzibati ve idare islerinde isledilmesine maraqli idi Hetta bu sebebden Varsava gettosuna Avropada is adami kimi meshurlasmis Caim Rumanovski bele getirilmisdi Ucuncu Reyxin Varsava gettosunda gorduyu esas islerden biri ise Yehudi Getto Polisi adli teskilatin yaradilmasi oldu Gettoda ve etraf erazilerde yasayan yehudilerden teskil edilmis bu birlikler alman ve polyaklarla birlikde getto ehalisine nezaret edirdi Gettoda saxlanilan yehudiler terefinden satqin olaraq adlandirilmasina baxmayaraq Yehudi Getto Polisinin emekdaslarinin sayi 3 000 neferden cox olmusdur Almanlar yehudileri kicik vezifelere getirmekle getto daxilinde saxlanilan ehalinin mumkun etirazlarinin qarsisini almagi planlasdiridilar Yehudilere ister Judenrat formasinda istersede yerli polis formasinda huquqlarin verilmesine baxmayaraq esas idare ve nezaret almanlarin elinde idi Umumi veziyyetVarsava gettosu daxilinde hereket eden ve yehudiler ucun nezerde tutulmus tramvay Varsava gettosu yaradilandan sonra getto Varsava seherinde yasayan yehudilerle yanasi olkenin diger bolgelerinde yasayan yehudilere de ev sahibliyi etmeye basladi Varsava gettosu tekce Varsava seheri ucun yox butun olke ucun yehudilerin toplanma ve saxlanma yeri anlamini dasiyirdi Gettoda yehudilerle yanasi qaracilar ve az sayda olmaqla diger xalqlarin numayendeleri de saxlanilmisdir Getto ehalisi arasinda yatalaq xesteliyinin suretle yayilmasi getto daxilinde veziyyeti kiritik hedde catdirmisdir 1941 ci ilde seherde yasayan ehali ucun gundelik kalori miqdari mueyyenlesdirilir Ehali bolgusu seher ve etraf erazilerde olmaqla yasayan ve uc esas etnik qrupu teskil eden qruplar uzerinde aparilir Belelikle almanlar ucun 2 613 polyaklar ucun 699 ve yehudiler ucun 184 kalori gunluk normasi qebul olunur Issizlik getto daxilinde en boyuk problem olaraq qalirdi Qanunsuz islerde calisma ve qadagan edilmis mallarin dasinmasinda esasen usaq emeyinden istifade olunmaqda idi Ilk baslarda gettonun erzaqla temin olunmasinda problemler olmasa da zamanla erzagin vaxti vaxtinda gettoya catdirilmamasi sebebinden erazide yasayan yehudiler arasinda ciddi erzaq problemi yasanamaga basladi Yehudiler erzaqla bagli olan problemlerini hell etmek ucun gettoya qacaq yollarla erzaq getirmeye basladilar Zamanla erzaq qacaqmalciligi genislendi ve hetta Ucuncu Reyxin bu barede melumatli oldugu sadece bas verenlere goz yumdugu da iddia edildi Gundelik qaygilar ve problemlere baxmayaraq getto daxilinde yasayan yehudi ehali tehsil ve medeniyyet sahesinde fealiyyetlerinin davam edilmesine calisirdilar Getto daxilinde xestexanalar ictimai metbexler usaq evleri ve istirahet merkezleri yaradilmisdi Yehudi usaqlarin rahat tehsil almalari ucun ise vahid tehsil sistemi fealiyyet gosterirdi Bezi mektebler qadagan olundugu ucun yemekxana adi altinda fealiyyet gosterirdi Qadagan olunmasi sebebinden kitabxanalar ve orkestr qruplari ictimai metbex ve usaq evi adi altinda fealiyyet gostermek mecburiyyetinde qalmisdi Ravin olan ve gettoda yasayan Aleksandr Zusia Firdman adli sexs gizli sekilde fealiyyet gostermekle boyuk bir mekteb sebekesi yaratmisdi Mektebler zirzemilerde ve yeralti erazilerde yerlesirdi Aleksandr Firdman terefinden yaradilmis Yesodei Hatorah oglanlar mektebi ve Bais Yaakov qizlar mektebi ile yanasi bir nece dini mekteb de Varsava gettosunda gizli sekilde fealiyyet gostermekde idi Mektebler ve medeni qurumlarla yanasi uc yehudi institutu da gizli sekilde fealiyyet gostermekde idi 1941 ci ile qeder gizli sekilde fealiyyet gostermeye mecbur olan mektebler Judenratin desteyi ve almanlarin raziligi ile leqal sekilde fealiyyet gostermeye baslamisdir Usyani ve gettonun legv edilmesiEsas meqale Varsava gettosu usyani 1943 cu ilin 18 yanvar tarixinde Ucuncu Reyx esgerleri aniden gettoya daxil olaraq iceride olan yehudilere ates acdilar Ilk evvel bunun deportasiya ve ya basqa bir eraziye kocurulme oldugu zenn edilse de hadiseler aniden siddetlenmeye ve ixtisalara cevrilmeye basladi Hemin gun bas veren qetliamda 600 yehudi olduruldu ve 5 000 nefer ise gettonun yuxari hissesine kocuruldu Bas verenlerin qarsisinda yehudiler hec bir muqavimet gostermirdiler Almanlar muqavimetin yaz aylarinda baslanacagini ehtimal edir ve bu sebebden hemin aylarda her hansisa texribatin olmamasi ucun ciddi cehdle fealiyyet gostermekde idiler Yehudiler almanlarin gunu gunden daha amansiz davrandiqlarini gorub ozunu mudafie desteleri yaratmaga basladilar Yehudi Muharibe Teskilati ve Yehudi Esger Birliyi olaraq adlandirilan silahli qruplarda toplamda 1 000 neferden cox yehudi doyuscu cemlesmisdi Silahlar gettonun xaricinde yasayan yehudilerden ve anti fasist birliklerinden temin edilirdi Bir hefte erzinde davam eden hazirliqlarin ardindan 19 aprel tarixinde Varsava gettosunda usyan basladildi Almanlar usyanin baslana bileceyini texmin etseler de qarsilarinda nizamli yehudi birliklerinin dayanacagini esla texmin etmirdiler 19 aprel tarixi terefler arasinda ilk siddetli toqqusmaninin bas verdiyi tarix olaraq tarixe kecmisdir Ucuncu Reyx ordusunun komandani Yurgen Stroop veziyyetin ciddi oldugunu gordukde esgerlere agir texnika ile getto daxilinde yerlesen binalari ve yehudi silahlilarin gizlene bilecekleri yerleri vurmaq gosterisi verdi Getto daxilinde yerlesen blok ve kvartallar sistemli sekilde vurularaq mehv edilirdi 28 aprel tarixinde yehudilerin muqavimeti qirildi ve doyusler Varsava seherinde yerlesen Boyuk Sinaqoqun 16 may tarixinde dagidilmasi ile tamamile basa catdi Resmi melumatlara esasen 56 065 yehudi getto daxilinde yasanana usyan neticesinde olduruldu Oldurulenlerden cemi 1 000 neferi almanlara qarsi silahli muqavimet gostermekde idi Getto ehalisinin silahlilari desteklemesi behanesi ile nasist esgerleri qarsilarina cixan butun yehudileri oldurmekde idiler Varsava gettosu usyani demek olar ki gettonun sonunu getiren hadise oldu Qiyamdan sonra usyancilara komek etmek iddiasi ile 7 min yehudi gettodan cixarilaraq Treblinka olum dusergesine aparilib edam edildi 42 000 getto sakini ise Maydanek hebs dusergesine gonderildi Varsava gettosu usyanindan sonra xaraba veziyyete dusmus gettonun umumi gorunusu 1943 may Gettonun qaliqlari ve mirasVarsava gettosunun saxlanilmis divarlarindan biri Zlota 62 Gettonun ehemiyyetli derecede boyuk hissesi bas veren usyan neticesinde dagidildi Buna baxmayaraq erazinin kicik getto olaraq adlandirilan hissesinde bir nece inzibati ve ferdi bina bas veren hadiselerden ciddi ziyan gormeyerek xilas olmagi bacardi Muharibeden sonra erazide berpa isleri aparildi ve esasini yehudi ailelerin teskil etdiyi yeni sakinler bir zamanlar gettonun var oldugu yerlerde yasamaga basladilar Xususi ile 7 9 12 ve 14 sayli Prozna kucelerinde yerlesen evler orijinal yehudi uslubunda tikilmekle diqqeti celb etmekde idi Yeni evlerin tikilmesine baxmayaraq evlerin boyuk qismi bos qaldi ve muharibeye qeder olan aktivlik elde edile bilmedi Bir zamanlar gettonun movcud oldugu erazide yehudilerle bagli bir nece muessiseler evler ve dukkanlar yerlesmekdedir Her il enenevi sekilde teskil edilen Varsava Yehudi Festivali gettonun var oldugu erazinin uzerinde kecirilir Gettonun yaxinliginda yerlesen Nozyk sinaqoqu movcudlugunu qorumagi bacardi Varsava gettosunun feal oldugu dovrlerde almanlar bu sinaqoqdan mexsus atlarin saxlanilmasi ucun istifade etmisdiler Muharibede sonra sinaqoq temir edilerek yeniden yehudilerin istifadesine verildi Hal hazirda 1941 1943 cu illerden bu gune qeder qalmis en saglam getto divarlari Sienna 55 Zlota 62 ve Valikov 11 unvanlari olmaqla yerlesmekdedir 1946 ve 1948 ci illerde almanlarin gettoya daxil olduqlari yerin yaxinliginda xatire abidesi ucaldildi Boyuk abidelerle yanasi gettonun yerlesdiyi kuceler boyunca muxtelif vaxtlarda kicik abideler ve lovhelerde elave edilmisdir Varsava gettosunda yasamis meshur sexslerHelak olanlar Varsava gettosunda muqavimet herekatinin teskilatcilardan ve rehberlerinden biri 1943 cu ilin may ayinda oldurulmusdur Gettoda yaradilan Yehudi Muharibe Teskilatinin rehberlerinden biri 8 may tarixinde oldurulmusdur Varsava gettosunda fealiyyet gosteren simfoniya orkestrinin sefi 1942 ci ilde Treblinka olum dusergesinde helak olmusdur Tarixci sosial isci ve siysetci Getto daxilinde fealiyyet gostermis tarixciler qrupuna rehberlik etmisdir Xilas olanlar Vladislav Spilman polyak pianocusu ve bestekari Butun ailesi helak olsa da ozu xilas olmagi bacarmisdir polyak siyasetci ve sosial aktivist Irena Sendler Varsava gettosunda 2 500 den cox yehudi usagin heyatini xilas eden qadin Istinadlar WARSAW GHETTO UPRISING ushmm org 2012 05 02 tarixinde Istifade tarixi 2015 02 10 Treblinka olum dusergesi PDF 2022 04 14 tarixinde PDF Istifade tarixi 2015 02 10 Dawidowicz Lucy S 1975 The war against the Jews 1933 1945 New York Holt Rinehart and Winston pp 228 229 Hilberg Raul et al editors The Warsaw diary of Adam Czerniakow Prelude to Doom Stein amp Day NY 1979 Scenes of Hunger and Starvation 2021 12 08 tarixinde Istifade tarixi 2015 02 10 Seidman Hillel Alexander Zusia Friedman in Wellsprings of Torah An Anthology of Biblical Commentaries Vol 1 Nison L Alpert ed The Judaica Press Inc 1974 pp xii xxiii Martin Gilbert The Holocaust 1986 pages 522 523EdebiyyatMary Berg The Diary of Mary Berg Growing Up in the Warsaw Ghetto Oxford Oneworld Publications 2007 2nd ed ISBN 1 85168 472 7 1st ed Warsaw Ghetto a diary by Mary Berg New York L B Fischer 1945 translated by Norbert Guterman edited by S L Shneiderman a war time book Marek Edelman The Ghetto Fights London Bookmarks 1994 ISBN 0 906224 56 X Israel Gutman Resistance The Warsaw Ghetto Uprising ISBN 0 395 60199 1 Martin Gray For Those I Loved ISBN 0 316 32576 7 Raul Hilberg et al editors The Warsaw diary of Adam Czerniakow Prelude to Doom Stein amp Day NY 1979 Janusz Korczak Ghetto diary ISBN 978 0 89604 004 5 Dariusz Libionka Laurence Weinbaum Bohaterowie hochsztaplerzy opisywacze Wokol Zydowskiego Zwiazku Wojskowego Stowarzyszenie Centrum Badan nad Zaglada Zydow Warsaw 2011 Emmanuel Ringelblum Notes from the Warsaw Ghetto New York ibooks 2006 ISBN 1 59687 331 0 Wladyslaw Szpilman The Pianist ISBN 0 312 31135 4 Dawid Wdowinski And We Are Not Saved ISBN 978 0 8022 2486 6 The Warsaw Ghetto A Guide to the Perished City ISBN 978 0 300 11234 4 Barbara Engelking amp Jacek Leociak The Warsaw Ghetto A Guide to the Perished City ISBN 978 0 300 11234 4 Warsaw and Ghetto Warsaw B amp M Potyralski 2000 ISBN 83 901501 2 3Xarici kecidlerVikianbarda Varsava gettosu ile elaqeli mediafayllar var Varsava gettosu foto arxivi yadvashem org Holokostdan xilas olanlarin xatireleri isurvived org Varsava yehudilerinin tarixi barede sayt zmh um warszawa pl 2014 05 30 at the Wayback Machine Varsava gettosunda helak olanlarin xatiresine acilmis sayt warszawa getto pl 2015 02 13 at the Wayback Machine Varsava gettosunda edebi yaradiciliq poetryinhell org