Ser Vilyam Hirleyn Lindley (ing. Sir William Heerlein Lindley; 30 yanvar 1853, Hamburq — 30 dekabr 1917, London) — ingilis mülki mühəndisi və inşaatçısı. Avropanın 30-dan çox şəhərində (Frankfurt, Varşava, Praqa və s.), o cümlədən Bakıda su kəmərlərinin və kanalizasiya qurğularının tikintisini həyata keçirmişdir. Həyatını şəhərlərin su təchizatına həsr etmiş mühəndis Vilyam Lindleyin oğludur.
Ser Vilyam Hirleyn Lindley | |
---|---|
Sir William Heerlein Lindley | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Almaniya, Hamburq |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Birləşmiş Krallıq, London |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Atası | Vilyam Lindley |
Anası | Culiya Hirleyn |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı, Praqa, Varşava |
Əsas tikililəri | Şollar su kəməri Varşava su filtrləri Bubenets kanalizasiya təchizatı (Praqa) |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Atası və kiçik qardaşları Robert və Cozeflə birlikdə işləmişdir. 1881–1889-cu illərdə atasının layihəsi əsasında Varşava şəhər su kəmərinin çəkilməsinə, 1895–1906-cı illərdə Praqa şəhərinin kanalizasiyasının tikintisinə rəhbərlik etmişdir. Bubenets rayonunda tikdiyi təmizləmə stansiyası 1991-ci ildə mədəniyyət abidəsi, 1992-ci ildə isə ekotexniki muzeyə çevrilmişdir.
Vəfatı
1917-ci ilin sentyabrında Bakını tərk edən Vilyam Lindleyin vəfat etməsi barədə xəbər Bakıya 1918-ci ilin martında çatmışdı. Bakı şəhər Duması bu kədərli xəbəri bir dəqiqəlik sükutla yad etdi.
Fəaliyyəti
Bakı-Şollar su kəməri
1899-cu ilin yanvarında Bakı şəhər su təchizatı komissiyası Bakı Dumasına təqdim etdiyi məlumatda qeyd etmişdi ki, şəhərin su təchizatının təşkili üçün layihə hazırlanması zərurəti yaranmışdır. Həmin məlumatda Samurçay və Kür çaylarının potensialından istifadə edilməsi təklif edilirdi. Bu məqsədlə komissiya üç avropalı mühəndisə müraciət etmişdi və onlardan biri Lindley idi.
1899-cu ilin iyununda Lindley müraciəti qəbul edir və oktyabrda Bakıya gəlir. Lindley öz hesabına ümumi tədqiqatlar aparmış və Şahdağ zirvəsinin ətəyindən süzülüb bulağa çevrilən Şolların zəngin su ehtiyatlarına diqqət yetirmişdi. Lindley Kür çayı, Samurçay və Şollar bulağı kimi su təchizatı mənbələrini müqayisə edərək Şollara üstünlük vermiş və öz qərarını iqtisadi cəhətdən də əsaslandırmışdı.
23 iyun 1901-ci ildə Bakı şəhərinə su kəməri çəkilməsinə dair Lindleylə müqavilə bağlandı. Bu məqsədlə 35000 rubl büdcə müəyyən edilmiş və həmin məbləğin 25000 rubl hissəsi Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən ödənilmişdi. Daha sonra, Bakı şəhər Duması bu layihəyə 182000 rubl vəsait ayırmışdı.
1905-ci il inqilabı su kəmərinin çəkilməsini dayandırdı və işlər ancaq 1908-ci ildə bərpa edildi.
Su kəmərinin tikintisinə Lindley rəhbərlik edirdi. Ona bu işdə P.P.Freze və S.F.Skrjival kömək edirdilər. Bu Lindleyin karyerasında texniki cəhətdən ən çətin layihə idi.
Birinci dünya müharibəsi su kəmərinin tikintisini ləngitsə də, 1917-ci ilin yanvarında 180 km uzunluğa malik olan və böyük çətinliklər dəf edilməklə çəkilən bu su kəmərinin tikintisi başa çatdırıldı. Yanvarın 22-də təntənəli şəkildə Şollar suyu rezervuarlara vuruldu.
Şollar suyunun yüz vedrəsinə 75 qəpik istifadə haqqı müəyyən edilmişdi.
Ədəbiyyat
- Jaroslav Jásek: William Heerlein Lindley a pražská kanalizace (William Heerlein Lindley and sewage works in Prague), Scriptorium, Prague, 2006, . A Czech language monograph.
- Franz Lerner, William Heerlein Lindley (1853–1917). Umriss seines Lebens von Franz Lerner, in: Archiv für Frankfurts Geschichte und Kunst, Heft 49, Frankfurt am Main 1965, s. 123–133.
- The Dictionary of National Biography, Oxford University Press, 2004, Vol. 33
- Ryszard Żelichowski, Lindleyowie. Dzieje inżynierskiego rodu (The Lindleys. Works of a family of engineers), Warszawa 2002,
Xarici keçidlər
- Т. Гумбатова В. Линдлей и Шолларский водопровод
- How Baku Got Its Water-The British Link — William H. Lindley
- Бакинский водопровод — шолларская вода 2012-01-16 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ser Vilyam Hirleyn Lindley ing Sir William Heerlein Lindley 30 yanvar 1853 Hamburq 30 dekabr 1917 London ingilis mulki muhendisi ve insaatcisi Avropanin 30 dan cox seherinde Frankfurt Varsava Praqa ve s o cumleden Bakida su kemerlerinin ve kanalizasiya qurgularinin tikintisini heyata kecirmisdir Heyatini seherlerin su techizatina hesr etmis muhendis Vilyam Lindleyin ogludur Ser Vilyam Hirleyn LindleySir William Heerlein LindleySexsi melumatlarDogum tarixi 30 yanvar 1853Dogum yeri Almaniya HamburqVefat tarixi 30 dekabr 1917 64 yasinda Vefat yeri Birlesmis Kralliq LondonVetendasligi Birlesmis KralliqAtasi Vilyam LindleyAnasi Culiya HirleynIsleri ve nailiyyetleriIslediyi seherler Baki Praqa VarsavaEsas tikilileri Sollar su kemeri Varsava su filtrleri Bubenets kanalizasiya techizati Praqa Mukafatlari Vikianbarda elaqeli mediafayllar Heyati Atasi ve kicik qardaslari Robert ve Cozefle birlikde islemisdir 1881 1889 cu illerde atasinin layihesi esasinda Varsava seher su kemerinin cekilmesine 1895 1906 ci illerde Praqa seherinin kanalizasiyasinin tikintisine rehberlik etmisdir Bubenets rayonunda tikdiyi temizleme stansiyasi 1991 ci ilde medeniyyet abidesi 1992 ci ilde ise ekotexniki muzeye cevrilmisdir Vefati 1917 ci ilin sentyabrinda Bakini terk eden Vilyam Lindleyin vefat etmesi barede xeber Bakiya 1918 ci ilin martinda catmisdi Baki seher Dumasi bu kederli xeberi bir deqiqelik sukutla yad etdi FealiyyetiBaki Sollar su kemeri Memarin Varsavada yerlesen heykeli 1899 cu ilin yanvarinda Baki seher su techizati komissiyasi Baki Dumasina teqdim etdiyi melumatda qeyd etmisdi ki seherin su techizatinin teskili ucun layihe hazirlanmasi zerureti yaranmisdir Hemin melumatda Samurcay ve Kur caylarinin potensialindan istifade edilmesi teklif edilirdi Bu meqsedle komissiya uc avropali muhendise muraciet etmisdi ve onlardan biri Lindley idi Lindley terefinden insa edilmis Praqa kanalizasiya sistemi 1899 cu ilin iyununda Lindley muracieti qebul edir ve oktyabrda Bakiya gelir Lindley oz hesabina umumi tedqiqatlar aparmis ve Sahdag zirvesinin eteyinden suzulub bulaga cevrilen Sollarin zengin su ehtiyatlarina diqqet yetirmisdi Lindley Kur cayi Samurcay ve Sollar bulagi kimi su techizati menbelerini muqayise ederek Sollara ustunluk vermis ve oz qerarini iqtisadi cehetden de esaslandirmisdi 23 iyun 1901 ci ilde Baki seherine su kemeri cekilmesine dair Lindleyle muqavile baglandi Bu meqsedle 35000 rubl budce mueyyen edilmis ve hemin meblegin 25000 rubl hissesi Baki milyoncusu Haci Zeynalabdin Tagiyev terefinden odenilmisdi Daha sonra Baki seher Dumasi bu layiheye 182000 rubl vesait ayirmisdi 1905 ci il inqilabi su kemerinin cekilmesini dayandirdi ve isler ancaq 1908 ci ilde berpa edildi Su kemerinin tikintisine Lindley rehberlik edirdi Ona bu isde P P Freze ve S F Skrjival komek edirdiler Bu Lindleyin karyerasinda texniki cehetden en cetin layihe idi Birinci dunya muharibesi su kemerinin tikintisini lengitse de 1917 ci ilin yanvarinda 180 km uzunluga malik olan ve boyuk cetinlikler def edilmekle cekilen bu su kemerinin tikintisi basa catdirildi Yanvarin 22 de tenteneli sekilde Sollar suyu rezervuarlara vuruldu Sollar suyunun yuz vedresine 75 qepik istifade haqqi mueyyen edilmisdi EdebiyyatJaroslav Jasek William Heerlein Lindley a prazska kanalizace William Heerlein Lindley and sewage works in Prague Scriptorium Prague 2006 ISBN 80 86197 65 4 A Czech language monograph Franz Lerner William Heerlein Lindley 1853 1917 Umriss seines Lebens von Franz Lerner in Archiv fur Frankfurts Geschichte und Kunst Heft 49 Frankfurt am Main 1965 s 123 133 The Dictionary of National Biography Oxford University Press 2004 Vol 33 Ryszard Zelichowski Lindleyowie Dzieje inzynierskiego rodu The Lindleys Works of a family of engineers Warszawa 2002 ISBN 83 88794 91 4Xarici kecidlerT Gumbatova V Lindlej i Shollarskij vodoprovod How Baku Got Its Water The British Link William H Lindley Bakinskij vodoprovod shollarskaya voda 2012 01 16 at the Wayback Machine