Tərki şamxallığı — X əsrdən 1867-ci ilədək Dağıstan ərazisində mövcud olmuş feodal dövlət.
Xanlıq | |||
Tərki şamxallığı | |||
---|---|---|---|
| |||
| |||
Paytaxt | Tərki[d] | ||
Dilləri | Qumuq dili | ||
Rəsmi dilləri | Qumuq dili | ||
Dövlət dini | İslam | ||
İdarəetmə forması | Mütləq monarxiya |
Tarixi
Övliya Çələbi bu xanlığın torpaqları üçün "Kumuğıstan" və "Dağıstan-i Qumuq" təbirlərini işlətmişdir. Şamxal dağlıq bölgədə iqamət edirdi. Şamxallığın mərkəzi Tərki kəndi idi.
Şamxal Çobanın 1578-ci ildə ölümü üzərinə yerinə keçən oğlu Sultan But zamanında idarə mərkəzi Teymurxan-Şuraya köçürüldü. Bu xanlığın Dağıstanın ən şimalında yer alması, Qazan və Həştərxan xanlıqlarının yıxılmasının ardından daha cənuba enmə fürsəti tapan ruslarla qumuqların qarşı qarşıya gəlməsinə yol açdı. Qumuqlar, 1586-cı ildən etibarən başlayan Rus hücumlarına və işğal hərəkətlərinə qarşı, digər müsəlman Qafqaz xalqlarıyla birlikdə XVI–XVIII əsrlər arasında osmanlıların da dəstəyini alaraq XIX əsrin ikinci yarısına qədər sürəkli mübarizə apardılar.
Tarixi mənbələrdə III Surxay Gəray şamxal Müzəffər oğlu "Şamxal-şah", "Dağıstan padşahı" titulları altında məşhurdur. Bu ləqəb (titul) altında müasirləri onu vətən qarşısında böyük xidmətlərini qeyd edib, etiraf ediblər.
Hələ erkən uşaqlıq illərində atası Gəray şamxal Surxayı Böyük Şah Abbasa amanat vermişdi. İsfahanda şah sarayında tərbiyə alan Surxay о dövrün mükəmməl təhsilinə yiyələnmiş səfəvilərlə geniş və sıx əlaqələr qurmuşdu. 1636-cı ildə Tarkuda qonaq olmuş Adam Olearinin sözlərinə görə о vaxt "Tarku şəhərinin və bütün bu yerlərin baş hakimi olmuş Surxay "İran şah sarayı mənşəyi ilə öyünür" və "farslarla xeyirxah dostluğunu saxlayırdı".
Şamxal olduqdan sonra, , Tarku Kumık dövlətinin güclənib möhkəmlənməsi və onun beynəlxalq nüfuz və hörmətinin yüksəlməsi üçün çox böyük işlər gördü. Öz ulu babası Çoban şamxal Möhtəşəmdən və atası Gəray şamxal Müzəffərdən (Fateh) sonra X əsrin sonu və XVII əsrin ikinci yarısında qüdrətli kumık hakimləri sırasında məhz Surxay üçüncü idi.
Aydəmir şamxalın ölümündən sonra Surxay şamxal seçildi, hərçənd о Tarkuda kumık taxt-tacına 1635-ci ildən iddia edirdi. Onun hakimiyyət dövrü Kumıkiyanın və bütün Dağıstan tarixinin təkrarsız epoxasını təşkil edir. Onun simasında XVII əsrin ortalarında Şimali Qafqaz siyasi səhnəsində I Şah Səfi kimi güclü müttəfiqi və himayəçisi olmuş, qüdrətli və iddialı hakim gəlmişdi.
I Şah Səfi Surxaya ildə 200 tümən məvacib (2000 rub.) təyin edib, hərbi yardım etmək və onun sərəncamına qoşun vermək haqda öhdəlik götürdü. Qeyd etmək lazımdır ki, о dövrdə Surxayın həm də, əmisi Tarkulı Eldar şamxalın oğlu Alxas mirzə (Səfiqulu xan) Səfəvilərin İran hakimiyyəti iyerarxiyasında mühüm yer tuturdu. Bəylərbəyi, hakim olaraq о uzun müddət İrəvanı və Şirvanın bir hissəsini idarə edirdi və həm də, Surxaya himayədarlıq etmişdi.
Surxayın analoji müttəfiqlik loyal münasibətləri II Şah Abbasla da, yaranmışdı. II Şah Abbasın hakimiyyətinin başlanğıcında (1642-ci ildən) aid edilən məlumatlarda deyilir ki, "guya bağlanmış müqavilənin şərtlərinə görə dağlı hakimlər şahın hakimiyyətini qəbul etməyi öhdələrin götürür əvəzində isə о onlara hər il bəxşişlər və hədiyyələr verməyi vəd edib". Hər halda Surxay şahdan məvacib və "şahın təbəəliyini qəbul edənlərə verilən libas" alıb; öz möhüründə isə: "Şah Abbasın qulu Surxay şevkal" göstərib, bu isə Ter Voyevodalarının narazılığına səbəb oldu, zira həmin möhürlə о digər məktubda özünü həm də Moskva çarının təbəəsi olduğuna işarə edib, lakin Surxayın İranın və təbəəliyini etiraf etməsi "sırf nominal səciyyə daşıyırdı, belə ki, çarın "nökəri", şahın "qulu" əslində öz knyazlığının daxili işlərində tamamilə müstəqil idi". Buna xarici məsələləri də, əlavə edə bilərik, belə ki, bu və ya digər feodalın şəxsi marağı onun üçün digər ölkələr qarşısında götürdüyü öhdəliklərdən daha önəmli idi.
Hökmdar keyfiyyətlərinə və böyük həqiqi iradə gücünə malik insan kimi Surxay daxili feodal çəkişmələri və davaları nəticəsində zəifləmiş və yarıdağınıq vəziyyətdə olan Tarku dövlətinin sıçrayışla möhkəmlənməsini həyata keçirdi, kumıkların və kumık torpaqlarının "toplanması" (bərpa edilməsi Ə. Ç.) siyasətini yürüdərək, eyni zamanda öz təsirini həm də, qonşu cəmiyyətlərə və xalqlara göstərirdi.
Tərki şamxallığı və Quba xanlığı
Cənubi Dağıstan feodalları Dərbəndin mühüm strateji əhəmiyyətini yaxşı başa düşürdülər. Dərbənd xanı, öz növbəsində, hakimiyyətinin zəif olmasını və əhalinin Quba xanlığına meyilini görürdü, lakin aralarında sıx birlik olmayan cənubi dağıstanlılar öz şəxsi mənafeləri naminə Dərbəndin parçalanmasına razılıq verməyə hazır idilər. Odur ki, xan onları tovlayıb ittifaqa gətirdi. Fətəli xan Cənubi Dağıstan feodallarından Tərki şamxalı Murtuzəli, usmisi Əmir Həmzə və Tabasaran hakimi ilə sazişə girdi. Qazıqumuğu isə zərərsizləşdirdi.
Tərki şamxalları
- (1641–1668)
- (1668–92)
- I Murtuzəli (1692–1700), Surxayın oğlu
- Umalat xan (1717–1719)
- (1719–1725), Budayın oğlu
- Xasbolat (1725–63), Adil Gərayın oğlu
- I Bammat (Tişsiz; 1763–65), Adil Gərayın nəvəsi
- I Mehdi (Şirdənçi; 1765), I Murtuzəlinin oğlu
- II Murtuzəli (1765–1783), I Mehdinin oğlu
- II Bammat (1783–1794), I Mehdinin oğlu
- (1794–1830), II Bammatın oğlu
- (1830–1836), II Mehdinin oğlu
- Əbumüslüm xan Tarkovski (1836–1860), II Mehdinin oğlu
- Şəmsəddin xan Tarkovski (1860–1867), Əbumüslüm xanın oğlu
İstinadlar
- Səyahətnamə, II, 305
- girov — Ənvər Çingizoğlu
- "Suxov-xan, 38 yaşlı cənab
- şah — Ə. Ç.
- Voyevodalar-qədim Rusiyada qoşun başçısı və vilayət hakimi idilər — Ə. Ç.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Terki samxalligi X esrden 1867 ci iledek Dagistan erazisinde movcud olmus feodal dovlet XanliqTerki samxalligiBayraq XII esr 1867Paytaxt Terki d Dilleri Qumuq diliResmi dilleri Qumuq diliDovlet dini IslamIdareetme formasi Mutleq monarxiyaTarixiOvliya Celebi bu xanligin torpaqlari ucun Kumugistan ve Dagistan i Qumuq tebirlerini isletmisdir Samxal dagliq bolgede iqamet edirdi Samxalligin merkezi Terki kendi idi Samxal Cobanin 1578 ci ilde olumu uzerine yerine kecen oglu Sultan But zamaninda idare merkezi Teymurxan Suraya kocuruldu Bu xanligin Dagistanin en simalinda yer almasi Qazan ve Hesterxan xanliqlarinin yixilmasinin ardindan daha cenuba enme furseti tapan ruslarla qumuqlarin qarsi qarsiya gelmesine yol acdi Qumuqlar 1586 ci ilden etibaren baslayan Rus hucumlarina ve isgal hereketlerine qarsi diger muselman Qafqaz xalqlariyla birlikde XVI XVIII esrler arasinda osmanlilarin da desteyini alaraq XIX esrin ikinci yarisina qeder surekli mubarize apardilar Tarixi menbelerde III Surxay Geray samxal Muzeffer oglu Samxal sah Dagistan padsahi titullari altinda meshurdur Bu leqeb titul altinda muasirleri onu veten qarsisinda boyuk xidmetlerini qeyd edib etiraf edibler Hele erken usaqliq illerinde atasi Geray samxal Surxayi Boyuk Sah Abbasa amanat vermisdi Isfahanda sah sarayinda terbiye alan Surxay o dovrun mukemmel tehsiline yiyelenmis sefevilerle genis ve six elaqeler qurmusdu 1636 ci ilde Tarkuda qonaq olmus Adam Olearinin sozlerine gore o vaxt Tarku seherinin ve butun bu yerlerin bas hakimi olmus Surxay Iran sah sarayi menseyi ile oyunur ve farslarla xeyirxah dostlugunu saxlayirdi Samxal olduqdan sonra Tarku Kumik dovletinin guclenib mohkemlenmesi ve onun beynelxalq nufuz ve hormetinin yukselmesi ucun cox boyuk isler gordu Oz ulu babasi Coban samxal Mohtesemden ve atasi Geray samxal Muzefferden Fateh sonra X esrin sonu ve XVII esrin ikinci yarisinda qudretli kumik hakimleri sirasinda mehz Surxay ucuncu idi Aydemir samxalin olumunden sonra Surxay samxal secildi hercend o Tarkuda kumik taxt tacina 1635 ci ilden iddia edirdi Onun hakimiyyet dovru Kumikiyanin ve butun Dagistan tarixinin tekrarsiz epoxasini teskil edir Onun simasinda XVII esrin ortalarinda Simali Qafqaz siyasi sehnesinde I Sah Sefi kimi guclu muttefiqi ve himayecisi olmus qudretli ve iddiali hakim gelmisdi I Sah Sefi Surxaya ilde 200 tumen mevacib 2000 rub teyin edib herbi yardim etmek ve onun serencamina qosun vermek haqda ohdelik goturdu Qeyd etmek lazimdir ki o dovrde Surxayin hem de emisi Tarkuli Eldar samxalin oglu Alxas mirze Sefiqulu xan Sefevilerin Iran hakimiyyeti iyerarxiyasinda muhum yer tuturdu Beylerbeyi hakim olaraq o uzun muddet Irevani ve Sirvanin bir hissesini idare edirdi ve hem de Surxaya himayedarliq etmisdi Surxayin analoji muttefiqlik loyal munasibetleri II Sah Abbasla da yaranmisdi II Sah Abbasin hakimiyyetinin baslangicinda 1642 ci ilden aid edilen melumatlarda deyilir ki guya baglanmis muqavilenin sertlerine gore dagli hakimler sahin hakimiyyetini qebul etmeyi ohdelerin goturur evezinde ise o onlara her il bexsisler ve hediyyeler vermeyi ved edib Her halda Surxay sahdan mevacib ve sahin tebeeliyini qebul edenlere verilen libas alib oz mohurunde ise Sah Abbasin qulu Surxay sevkal gosterib bu ise Ter Voyevodalarinin naraziligina sebeb oldu zira hemin mohurle o diger mektubda ozunu hem de Moskva carinin tebeesi olduguna isare edib lakin Surxayin Iranin ve tebeeliyini etiraf etmesi sirf nominal seciyye dasiyirdi bele ki carin nokeri sahin qulu eslinde oz knyazliginin daxili islerinde tamamile musteqil idi Buna xarici meseleleri de elave ede bilerik bele ki bu ve ya diger feodalin sexsi maragi onun ucun diger olkeler qarsisinda goturduyu ohdeliklerden daha onemli idi Hokmdar keyfiyyetlerine ve boyuk heqiqi irade gucune malik insan kimi Surxay daxili feodal cekismeleri ve davalari neticesinde zeiflemis ve yaridaginiq veziyyetde olan Tarku dovletinin sicrayisla mohkemlenmesini heyata kecirdi kumiklarin ve kumik torpaqlarinin toplanmasi berpa edilmesi E C siyasetini yuruderek eyni zamanda oz tesirini hem de qonsu cemiyyetlere ve xalqlara gosterirdi Terki samxalligi ve Quba xanligiCenubi Dagistan feodallari Derbendin muhum strateji ehemiyyetini yaxsi basa dusurduler Derbend xani oz novbesinde hakimiyyetinin zeif olmasini ve ehalinin Quba xanligina meyilini gorurdu lakin aralarinda six birlik olmayan cenubi dagistanlilar oz sexsi menafeleri namine Derbendin parcalanmasina raziliq vermeye hazir idiler Odur ki xan onlari tovlayib ittifaqa getirdi Feteli xan Cenubi Dagistan feodallarindan Terki samxali Murtuzeli usmisi Emir Hemze ve Tabasaran hakimi ile sazise girdi Qaziqumugu ise zerersizlesdirdi Terki samxallariTerki samxali Ebumuslum xan ressam Q Q Qaqarin 1845 1641 1668 1668 92 I Murtuzeli 1692 1700 Surxayin oglu Umalat xan 1717 1719 1719 1725 Budayin oglu Xasbolat 1725 63 Adil Gerayin oglu I Bammat Tissiz 1763 65 Adil Gerayin nevesi I Mehdi Sirdenci 1765 I Murtuzelinin oglu II Murtuzeli 1765 1783 I Mehdinin oglu II Bammat 1783 1794 I Mehdinin oglu 1794 1830 II Bammatin oglu 1830 1836 II Mehdinin oglu Ebumuslum xan Tarkovski 1836 1860 II Mehdinin oglu Semseddin xan Tarkovski 1860 1867 Ebumuslum xanin ogluIstinadlarSeyahetname II 305 girov Enver Cingizoglu Suxov xan 38 yasli cenab sah E C Voyevodalar qedim Rusiyada qosun bascisi ve vilayet hakimi idiler E C