Tsxinvali döyüşü (gürc. ცხინვალის ბრძოლა; rus. Бои за Цхинвали) — Rusiya-Gürcüstan müharibəsi zamanı Tsxinvali şəhəri uğrunda gedən döyüş. Bu döyüş müharibə ərzində yeganə böyük qarşıdurma olaraq tarixə keçmişdir. Döyüş 8 avqust 2008-ci il səhəri gürcü qoşunlarının artilleriya atəşindən sonra şəhərə daxil olması ilə başlamışdır. Onların qarşısı şəhər ərazisində yerləşən osetiyalı döyüşçülər və Rusiya Silahlı Qüvvələrinin burada yerləşən sülhməramlı qüvvələri tərəfindən alınmışdır. Rusiya qoşunları Cənubi Osetiya ərazisinə Roki tuneli vasitəsilə daxil olurdu. Gürcü qoşunları şəhəri tərk etməyə məcbur olduqdan sonra bir neçə dəfə yenidən hücum etməyə cəhd etsə də, bu hücumlar heç bir nəticə verməmişdi. Ərazi mürəkkəb relyef şəraitinə malik olduğu üçün rus qoşunlarının bura gəlib çatması vaxt itkisinə səbəb olmuşdur. Gərgin döyüşlərdən sonra Gürcüstan Silahlı Qüvvələri 10 avqust tarixində şəhəri tərk etməyə məcbur oldu. 11 avqustda isə bütün gürcü qoşunları Cənubi Osetiyanı tərk etməyə məcbur oldu. Üçgünlük döyüşlər Tsxinvali şəhərinə böyük ziyan vurmuş, şəhər ərzisinin bəzi hissələri dağılmışdır.
Tsxinvali döyüşü | |||
---|---|---|---|
Rusiya-Gürcüstan müharibəsi | |||
Tarix | 8-11 avqust 2008-ci il | ||
Yeri | Tsxinvali, Gürcüstan | ||
Nəticəsi | Rusiyanın strateji qələbəsi Gürcü qoşunları Tsxinvalini tərk etdi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Arxa plan
Tsxinlavi Qori şəhərindən təqribən 25 km məsafədə yerləşir.7 avqust 2008-ci ildə Gürcüstan hakimiyyəti Rusiya qoşunlarının Rusiya ilə Cənubi Osetiya bölgəsini birləşdirən Roki tuneli istiqamətində hərəkət etməsi barədə kəşfiyyat məlumatı əldə edir. Almaniyanın Der Spiegel mətbu orqanının verdiyi məlumata görə, bu hadisədən sonra gürcü tankları həmin tuneli bağlamaq üçün hərəkətə keçmişdir. Həmçinin, Gürcüstan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Tsxinvalidən bir qədər şimalda yerləşən Qupta körpüsünü bombalamaq əmri almışdır.
Bəzi rus mənbələrinin verdiyi məlumata görə, 7 avqustda Gürcüstan Silahlı Qüvvələrinin 2-ci, 3-cü və 4-cü piyada briqadaları, artilleriya briqadası, Qori tank batalyonu və xüsusi təyinatlılar da daxil olmaqla təqribən 16,000 nəfər hərbçi Cənubi Osetiya sərhədinə yeridilmişdir. Buna baxmayaraq, bir çox Qərb mənbələrinin məlumatında isə həmin istiqamətdə hərəkət edən gürcü qoşunlarının sayının 12,000 nəfər olduğu qeyd olunmuşdur.
Strateji və Texnoloji Araşdırmalar Mərkəzinin (CAST) qurucusu Konstantin Makienkonun verdiyi məlumata görə, gürcü qoşunlarının əsas məqsədi sürətli hücumla Cənubi Osetiyada yerləşən düşmən qüvvələrini tam şəkildə sıradan çıxarmaq və rus qoşunları şəhərə daxil olana qədər Tsxinvalidə möhkəmlənmək olmuşdur.
Həmçinin bax
İstinadlar
- "Сулима Ямадаева видели в окрестностях Цхинвали". 2022-04-07 tarixində . İstifadə tarixi: 2017-11-11.
- "Миротворцы: 100 танков и более 7 тыс. военных атакуют Цхинвали". Росбалт. 10 avqust 2008. 16 oktyabr 2015 tarixində . İstifadə tarixi: 11 noyabr 2017.
- "Цхинвали: Грузия свезла 27 установок "Град" под Гори. Село Хетагурово горит". 2008-09-17 tarixində . İstifadə tarixi: 2017-11-11.
- "Если российские танки войдут в Цхинвал, Грузия объявит России войну". 2008-08-29 tarixində . İstifadə tarixi: 2017-11-11.
- "Танковые потери грузинской армии". 2022-06-18 tarixində . İstifadə tarixi: 2017-11-11.
- "Танковые потери российской армии". 2014-12-28 tarixində . İstifadə tarixi: 2017-11-11.
- "Georgia: All-Out War Looms in South Ossetia". EurasiaNet. 8 avqust 2008. 6 may 2009 tarixində .
- . Civil.Ge. 29 oktyabr 2008. 2011-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
- Alexander Nicoll; Sarah Johnstone. "Russia's rapid reaction". International Institute for Strategic Studies. 2008. 21 oktyabr 2008 tarixində .
- "Did Saakashvili Lie? The West Begins to Doubt Georgian Leader". Spiegel. 15 sentyabr 2008. 2008-09-16 tarixində . İstifadə tarixi: 2017-11-11.
Xarici keçidlər
- Pictures from Human Rights Watch
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tsxinvali doyusu gurc ცხინვალის ბრძოლა rus Boi za Chinvali Rusiya Gurcustan muharibesi zamani Tsxinvali seheri ugrunda geden doyus Bu doyus muharibe erzinde yegane boyuk qarsidurma olaraq tarixe kecmisdir Doyus 8 avqust 2008 ci il seheri gurcu qosunlarinin artilleriya atesinden sonra sehere daxil olmasi ile baslamisdir Onlarin qarsisi seher erazisinde yerlesen osetiyali doyusculer ve Rusiya Silahli Quvvelerinin burada yerlesen sulhmeramli quvveleri terefinden alinmisdir Rusiya qosunlari Cenubi Osetiya erazisine Roki tuneli vasitesile daxil olurdu Gurcu qosunlari seheri terk etmeye mecbur olduqdan sonra bir nece defe yeniden hucum etmeye cehd etse de bu hucumlar hec bir netice vermemisdi Erazi murekkeb relyef seraitine malik oldugu ucun rus qosunlarinin bura gelib catmasi vaxt itkisine sebeb olmusdur Gergin doyuslerden sonra Gurcustan Silahli Quvveleri 10 avqust tarixinde seheri terk etmeye mecbur oldu 11 avqustda ise butun gurcu qosunlari Cenubi Osetiyani terk etmeye mecbur oldu Ucgunluk doyusler Tsxinvali seherine boyuk ziyan vurmus seher erzisinin bezi hisseleri dagilmisdir Tsxinvali doyusuRusiya Gurcustan muharibesiQosunlarin Tsxinvali etrafinda hereketi Mavi oxlar Gurcustan qosunlarinin hereketini qirmizi oxlar ise Rusiya qosunlarinin hereket istiqametini eks etdirir Tarix 8 11 avqust 2008 ci ilYeri Tsxinvali GurcustanNeticesi Rusiyanin strateji qelebesi Gurcu qosunlari Tsxinvalini terk etdiMunaqise terefleriGurcustan Rusiya Cenubi OsetiyaKomandan lar Mixeil Saakasvili Sulim YamadayevTereflerin quvvesiGurcustan 10 000 11 000 nefer xususi teyinatlilar daxil olmaqla 100 tank 27 Qrad qurgusu Rusiya Ilk merhelede 984 nefer sulhmeramli qisminde Sonradan elave quvvelerle birlikde 10 000 neferden cox 150 tank ve zirehli texnika Cenubi Osetiya 3 500 neferden coxItkilerGurcustan 7 eded T 72 tanki Tsxinvalide 2 eded T 72 tanki Tsxinvali Xetaqurovo yolunda Rusiya 2 eded tank T 72B ve ve T 62M Tsxinvalide 1 eded T 72 tanki Zemo Xviti yaxinliginda Vikianbarda elaqeli mediafayllarArxa planTsxinlavi Qori seherinden teqriben 25 km mesafede yerlesir 7 avqust 2008 ci ilde Gurcustan hakimiyyeti Rusiya qosunlarinin Rusiya ile Cenubi Osetiya bolgesini birlesdiren Roki tuneli istiqametinde hereket etmesi barede kesfiyyat melumati elde edir Almaniyanin Der Spiegel metbu orqaninin verdiyi melumata gore bu hadiseden sonra gurcu tanklari hemin tuneli baglamaq ucun herekete kecmisdir Hemcinin Gurcustan Herbi Hava Quvvelerine mexsus doyus teyyareleri Tsxinvaliden bir qeder simalda yerlesen Qupta korpusunu bombalamaq emri almisdir Bezi rus menbelerinin verdiyi melumata gore 7 avqustda Gurcustan Silahli Quvvelerinin 2 ci 3 cu ve 4 cu piyada briqadalari artilleriya briqadasi Qori tank batalyonu ve xususi teyinatlilar da daxil olmaqla teqriben 16 000 nefer herbci Cenubi Osetiya serhedine yeridilmisdir Buna baxmayaraq bir cox Qerb menbelerinin melumatinda ise hemin istiqametde hereket eden gurcu qosunlarinin sayinin 12 000 nefer oldugu qeyd olunmusdur Strateji ve Texnoloji Arasdirmalar Merkezinin CAST qurucusu Konstantin Makienkonun verdiyi melumata gore gurcu qosunlarinin esas meqsedi suretli hucumla Cenubi Osetiyada yerlesen dusmen quvvelerini tam sekilde siradan cixarmaq ve rus qosunlari sehere daxil olana qeder Tsxinvalide mohkemlenmek olmusdur Hemcinin baxRusiya Gurcustan muharibesi 2008 Rusiya Silahli Quvveleri Gurcustan Silahli QuvveleriIstinadlar Sulima Yamadaeva videli v okrestnostyah Chinvali 2022 04 07 tarixinde Istifade tarixi 2017 11 11 Mirotvorcy 100 tankov i bolee 7 tys voennyh atakuyut Chinvali Rosbalt 10 avqust 2008 16 oktyabr 2015 tarixinde Istifade tarixi 11 noyabr 2017 Chinvali Gruziya svezla 27 ustanovok Grad pod Gori Selo Hetagurovo gorit 2008 09 17 tarixinde Istifade tarixi 2017 11 11 Esli rossijskie tanki vojdut v Chinval Gruziya obyavit Rossii vojnu 2008 08 29 tarixinde Istifade tarixi 2017 11 11 Tankovye poteri gruzinskoj armii 2022 06 18 tarixinde Istifade tarixi 2017 11 11 Tankovye poteri rossijskoj armii 2014 12 28 tarixinde Istifade tarixi 2017 11 11 Georgia All Out War Looms in South Ossetia EurasiaNet 8 avqust 2008 6 may 2009 tarixinde Civil Ge 29 oktyabr 2008 2011 06 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 11 11 Alexander Nicoll Sarah Johnstone Russia s rapid reaction International Institute for Strategic Studies 2008 21 oktyabr 2008 tarixinde Did Saakashvili Lie The West Begins to Doubt Georgian Leader Spiegel 15 sentyabr 2008 2008 09 16 tarixinde Istifade tarixi 2017 11 11 Xarici kecidlerVikianbarda Tsxinvali doyusu ile elaqeli mediafayllar var Pictures from Human Rights Watch