Tsodilo təpələri — Botsvana ərazisində yerləşən, qaya sənəti, qaya sığınacaqları və mağaralardan ibarət olan UNESCO-nun Ümumdünya irsi ərazisidir. 2001-ci ildə yerli xalqlar üçün bənzərsiz dini və mənəvi əhəmiyyəti, eləcə də bəşəriyyətin min illər boyu özünəməxsus məskunlaşması səbəbindən Ümumdünya irsi siyahısına daxil olmuşdur. UNESCO hesab edir ki, ərazidə 4500-dən çox qayaüstü rəsm var. Ərazi Uşaq təpəsi, Qadın təpəsi və Kişi təpəsi kimi tanınan bir neçə əsas təpədən ibarətdir.
Tsodilo | |
Tsodilo | |
Ölkə | Botsvana |
---|---|
Tip | Mədəni |
(Kriteriya) | i, iii, iv |
Keçid | 1021 |
Region | Afrika |
Daxil edilməsi | 2001 (25-ci sessiya) |
| |
|
Coğrafiya
Ərazidə dörd əsas təpə var. Onlardan ən yüksəyi 1400 metr hündürlüyü ilə Botsvananın ən yüksək nöqtələrindən biridir. Dörd təpə ümumilikdə "Kişi" (ən yüksəyi), "Qadın", "Uşaq" və bir də adı açıqlanmayan bir təpə olaraq təsvir olunur. Onlar Şakave şəhərindən təxminən 40 km məsafədə yerləşirlər və təpələrə yaxşı vəziyyətdə olan torpaq yolla çatmaq olar.
Ən böyük iki təpənin arasında idarə olunan, hamam və tualetlərlə təchiz olunmuş bir düşərgə var. Düşərgə ərazidəki ən məşhur sənət əsərləri olan və 1958-ci ildə çıxan "Kalahari'nin İtmiş Dünyası" kitabında şəkillərini ilk olaraq izah edən Cənubi Afrikalı yazıçının şərəfinə adlandırılmış Lorens van der Post lövhəsinin yaxınlığındadır. [aydınlaşdırma lazımdır] Düşərgə yaxınlığında kiçik bir muzey və bir uçuş zolağı var.
Arxeologiya
İnsanlar Tsodilo təpələrini min illər boyu rəsm və ritual üçün istifadə edirdilər. UNESCO təpələrdə minlərlə illik insan məskənini təmsil edən 500 fərdi yerin olduğunu təxmin edir. Təpələrin qaya sənəti yerli ovçu qruplarla əlaqələndirilib. Buşmenlərin əcdadlarının Tsodiloda bəzi rəsm əsərlərini yaratdığına və eyni zamanda mağaralarda və qaya sığınacaqlarında məşkunlaşdıqlarına inanılır. Bantu xalqlarının təpələrdəki bəzi sənət əsərlərinə cavabdeh olduğuna dair sübutlar var. Bəzi rəsmlərin günümüzdən 24,000 il əvvələ aid olduğu bildirilmişdir.
Kərgədan mağarası
Kərgədan mağarası Qadın təpəsinin şimal ucunda yerləşir və burada rəsmlərin yerləşdiyi iki əsas divar var. Şimal divarda ağ kərgədanın təsviri (mağaraya adını verir) yerləşir və qırmızı bir zürafənin rəsmiylə parçalanmışdır.Mağara döşəməsindəki qazıntılar bir çox daş alətlər üzə çıxardı. Bu mağarada dəvəquşu yumurtası qabığı, sümük alətlər, dulusçuluq və ya dəmir olmasa da, Son daş dövrü təbəqələrində bir neçə monqonqo (Kalaharidə geniş yayılmış çərəz) qabığı parçaları var.
Qazıntılar zamanı tapılan kömür Afrika dəmir dövrünə, Son daş dövrünə və Orta daş dövrünə aid edilmişdir. Son daş dövrünün daş alətləri əsasən, kvars və yəşəm kimi yerli materiallardan hazırlanmışdır. Mağaradakı Orta daş dövrü artefaktları əsasən hazırlanmış mərmi ucluqlarıdır. Ucluqların bəziləri tərk edilmiş və bəziləri isə məhv olmuş vəziyyətdədir.
Kərgədan mağarasının rəsmləri əsasən şimal divarın üzərində yerləşir və ağ rəngli kərgədan istisna olmaqla əsasən qırmızı və ya qırmızı-narıncı piqmentlə rənglənmişdir. Kərgədan və zürafənin ətrafında müxtəlif rəngli, əsasən qırmızı rəngdə hənsi fiqurlar var. Mağaranın qarşı divarı girintili-çıxıntılıdır. Divarın bu forması Tsodiloda tapılmış Son daş dövrünə aid çəkic daşları və ya cila daşlarından istifadə edilərək yaradılmış ola bilər.
Ağ rəsmlər
Tsodilodakı ağ rəngli qaya sənəti Bantu xalqları ilə əlaqələndirilir. Ağ rəsmlərin bir çoxu Kişi Təpəsində yerləşən Ağ Rəsmlər Qaya Sığınacağı adlandırılmış yerdə yerləşir (Bu sığınacaqda qırmızı rəsmlər də var). Ağ rəsmlərdə həm ev, həm də vəhşi heyvanlar, eləcə də insanabənzər fiqurlar təsvir olunur. Onlardan bir qismi at üzərində təsvir edilmişdir, və bu da bunların 1800-cü illərin ortalarından, atların ilk dəfə əraziyə gətirildiyi vaxtdan sonra çəkildiyini göstərir.
Kömür, dəvəquşu yumurtası qabığı və sümük nümunələrindən götürülmüş tarixlər Orta daş dövründən Son daş dövrünə qədər dəyişir. (Ərazinin həmçinin yaxın dövrlərdə də istifadə edildiyinə dair dəlil var: ərazidəki qazıntıların üst qatlarında bir neylon düymə və Avropa şüşə muncuqlar tapılmışdır ) Son daş dövrü təbəqələrinə sümük artefaktları və mikroalətlərlə yanaşı çəkic daşları və cila daşları da daxil edilmişdir. Həmçinin dulusçuluq yonqarları, dəvəquşu yumurtası qabığından muncuqlar və monqonqo qabıqları da aşkar edilmişdir. Orta
daş dövrü qalıqlarında isə digər daş alətlərə daş bıçaqlar da daxil idi.
Qırmızı rəsmlər
Tsodilo təpələrində qırmızı qaya sənətinin saysız-hesabsız nümunələri var və bütün ərazidə tapıla bilər. Kərgədan mağarasında bəzi qırmızı rəsmlər ağ kərgədandan daha yaşlı görünür.
- Qırmızı heyvan təsvirləri
- Kərgədan təsviri
- İki kərgədan və inəyəbənzər bir fiqurun qırmızı rəngli rəsmi
- Solğun qırmızı rəngli təsvirlər
Çökəklik qaya sığınacağı
Qadın təpəsinin şimal-qərb tərəfində yerləşən bu ərazi adını sığınacaq divarlarında yerləşmiş çökəkliklərdən alır. Buradakı qırmızı rəsmlərdə həndəsi fiqurlar ilə yanaşı mal-qara təsvirləri də müşayiət olunur. Kömür nümunələrinə görə qaya sığınacağında ən erkən yaşayış ən azı 30.000 il əvvələ aiddir. Qazıntılar zamanı Son daş dövrü daş alətləri və Dəmir dövrünə aid alətlər aşkar edilmişdir. Ən dərin təbəqələrdə tapılan saxsı qab birinci əsrə aid idi və bu ərazidə tapılmış ən qədim daş əsərləri ilə əlaqələndirilmişdir. Monqonqo qabıqları ən dərin təbəqələr də daxil olmaqla müxtəlif yataqlarda aşkar edilmişdir və bu da onları arxeoloji baxımdan ən qədim monqonqo qalıqları edir.
Metallurgiya
Tsodilo təpələri bir sıra arxeoloji yerlərdən ibarətdir. Divuyu və Nqoma kimi tanınan bu ərazilərdən hər ikisində erkən dəmir dövrünə aid metal alətlər var. Burada tapılan zərgərlik və metal alətlərin parçalarının hamısı dəmir və ya misdən hazırlanmışdır. Zərgərlik məhsulları bilərzikdən, muncuqdan, zəncirdən, sırğalardan, üzüklərdən və seplərdən ibarət idi. Alətlər içərisində balta, mərmi və ox başlıqları və hətta bıçaqlar var idi. Bu iki ərazi oxşar istehsal texnologiyasını bölüşür, lakin fərqli metal işləmə üslublarına malikdir.
Mədəni əhəmiyyəti
Bu təpələr Kalaharinin Buşmen xalqı üçün böyük mədəni və mənəvi əhəmiyyət daşıyır. Onlar təpələrin mərhumun ruhları üçün bir istirahət yeri olduğuna və kimlərsə təpələrin yaxınlığında ov edərsə və ya ölümünə səbəb olarsa bu ruhların bəla və pis şanslar gətirəcəyinə inanırlar. Tsodilo eyni zamanda Buşmenlərin bir vaxtlar necə yaşadığı ilə bağlı mübahisə obyektidir.
Şifahi adətlər
Tsodilo Hills ətrafındakı bir çox yerli xalqın ərazidəki çoxlu rəsmli mağara və qaya sığınacaqları ilə əlaqəli keçmişdən bəhs edən hekayələri var. Xalq folkloru tez-tez yerli Buşmen qrupu olan Ju xalqından, qorunmaq üçün və ya ritual bölgələr olaraq qaya sığınacaqlarından istifadə etdiklərini söyləyir.
Nağıllardan birində ov uğursuz olarsa atalarla əlaqə yaratmaq üçün qaya sığınacaqlarına girdikləri iddia edilir. Sonra növbəti dəfə çıxdıqları zaman yaxşı ov istəyərdilər. Ov uğurlu olanda insanlar şükürlər edərək sığınacağa qayıdıb atalarına yemək bişirdilər. Düşərgələrin bəzilərində bu iddia edilənləri təsdiq etmək üçün gərək olan ocaq izinə dair heç bir dəlil yoxdur.
Lakin ərazi yağış duası kimi ayinlərin edildiyi yerlər var. Sahədəki yaşlı insanlar hələ uşaq ikən bəzi qaya sığınacaqlarını düşərgə kimi istifadə etdiklərini xatırlaya bilirlər.
Yerli Buşmen xalqı Tsodilonun ilk insanların nəslinin düzəltdiyi bütün həyatın, sənətin doğma məkanı olduğuna inanır. Tsodilonun coğrafiyası, yerdəki izlər və çökəkliklər ilk suvarma çuxuruna gedən ilk heyvanların izləri kimi tanınır. Qadın təpəsinin yaxınlığındakı Tsodiloda təbii bir su bulağı həm su mənbəyi, həm də ritual yer olaraq istifadə olunur. Bulaq müqəddəs sayılır və saysız-hesabsız insanlar tərəfindən təmizlənmək, sağalmaq və qorunmaq üçün istifadə olunur.
Ən qədim dini ayinlər
2006-cı ildə Kərgədan Mağarası kimi tanınan ərazi Oslo Universitetindən Şeyla Kolson 70.000 illik sənət əsərləri və ilk insan rituallarını əks etdirən bir pitonun başına bənzəyən bir qaya aşkar edildiyini bildirdikdən sonra mediada məşhurlaşdı. O özünün ərazinin digər heyvanlar üzərində qurulan ritual bir məkan olduğu şərhini də dəstəklədi: "Mağarada yalnız Buşmen xalqının ən vacib üç heyvanını: piton, fil və zürafəni tapırıq."
1995 və 1996-cı illərdə ərazinin orijinal araşdırmalarında iştirak edən bəzi arxeoloqlar bu şərhlərə etiraz etdilər. Kolson tərəfindən təsvir edilən boşluqların mütləq eyni dövrə aid olmadığını və çökəkliklərin çoxunun çox təzə olduğunu, digərlərinin isə sız patina ilə örtüldüyünü qeyd etdilər.
Rəsmi müzakirə edərkən, arxeoloqlar fil kimi təsvir edilən əsərin əslində bir kərgədan olduğunu, zürafənin qırmızı rəngli rəsminin eramızın 400-cü ilindən əvvələ aid olmadığını və kərgədanın ağ rəngli rəsminin daha yeni olduğunu söyləyirlər. Həmçinin qırmızı və ağ rəngli rəsmlərin fərqli qruplara aid olduğuna inanırlar.
Arxeoloqlar yandırılmış Orta Daş dövrü alətlərini müzakirə edərək, yerli olmayan materiallardan istifadə etməklə bunun qeyri-adi bir şey olmadığını söylədilər. Ərazidə heç bir adi vasitənin tapılmadığı iddiasını rədd edərək, tapılan çox sayda qazıcı alətin adi vasitələr olduğunu və ərazidə alət hazırladığına dair sübutların olduğunu qeyd etdilər.
İstinadlar
- Robbins, Lawrence; Murphy, Michael; Campbell, Alec; Brook, George. "Excavations at the Tsodilo Hills Rhino Cave". Botswana Notes and Records. 28. 1996: 23–45. JSTOR 40980131.
- C.Michael Hogan. 2008
- Robbins, L.H.; Murphy, M.L.; Brook, G.A.; Ivester, A.H.; Campbell, A.C; Klein, R.G.; Milo, R.G.; Stewart, K.M.; Downey, W.S.; Stevens, N.J. "Archaeology, Palaeoenvironment, and Chronology of the Tsodilo Hills White Paintings Rock Shelter, Northwest Kalahari Deser, Botswana". Journal of Archaeological Science. 27 (11). 2000: 1085–1113. doi:10.1006/jasc.2000.0597.
- Robbins, L.H.; Campbell, A.C. "The Depression Rock Shelter Site, Tsodilo Hills". Botswana Notes and Records. 1989: 1–3.
- Miller, Duncan; van der Merwe, Nikolaas. "Early Iron Age Metal Working at the Tsodilo Hills, Northwestern Botswana". Journal of Archaeological Science. 21. 1994: 101–115. doi:10.1006/jasc.1994.1011.
- Sadr, Karim. "Kalahari archaeology and the Bushman debate". Current Anthropology. 38 (1). 1997: 104–112. doi:10.1086/204590. JSTOR 2744444.
- Campbell, A.C.; Robbins, L.H.; Murphy, M.L. "Oral Traditions and Archaeology of the Tsodilo Hills Male Hill Cave". Botswana Notes and Records. 26. 1994: 37–54. JSTOR 40959180.
- Segadika, Phillip. "Managing Intangible Heritage at Tsodilo". Museum International. 58 (1–2). 2006: 31–40. doi:10.1111/j.1468-0033.2006.00548.x.
- (#empty_citation)
- Robbins, Lawrence H.; AlecC. Campbell; George A. Brook; Michael L. Murphy. (PDF). NYAME AKUMA, the Bulletin of the Society of Africanist Archaeologists (67). June 2007. 28 September 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 December 2010.
Mənbə
- Ursula Erasmus (1992) Bushman Culture, published by Excalibur, 315 pp ISBN
- C. Michael Hogan (2008) Makgadikgadi, The Megalithic Portal, ed. A. Burnham
- Luis Pancorbo (2000) "Al fin las colinas de Tsodilo" en "Tiempo de África". pp. 280–286. Laertes, Barcelona. ISBN ISBN 84-7584-438-3
- Sheila Coulson, Sigrid Staurset, and Nick Walker (2011) "Ritualized Behavior in the Middle Stone Age: Evidence from Rhino Cave, Tsodilo Hills, Botswana" :18-61
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tsodilo tepeleri Botsvana erazisinde yerlesen qaya seneti qaya siginacaqlari ve magaralardan ibaret olan UNESCO nun Umumdunya irsi erazisidir 2001 ci ilde yerli xalqlar ucun benzersiz dini ve menevi ehemiyyeti elece de beseriyyetin min iller boyu ozunemexsus meskunlasmasi sebebinden Umumdunya irsi siyahisina daxil olmusdur UNESCO hesab edir ki erazide 4500 den cox qayaustu resm var Erazi Usaq tepesi Qadin tepesi ve Kisi tepesi kimi taninan bir nece esas tepeden ibaretdir TsodiloTsodilo Olke BotsvanaTip MedeniKriteriya i iii ivKecid 1021Region Afrika Daxil edilmesi 2001 25 ci sessiya TsodiloIngilis dilindeki resmi siyahi UNESCO nun tesnifatina gore bolgeCografiyaErazide dord esas tepe var Onlardan en yukseyi 1400 metr hundurluyu ile Botsvananin en yuksek noqtelerinden biridir Dord tepe umumilikde Kisi en yukseyi Qadin Usaq ve bir de adi aciqlanmayan bir tepe olaraq tesvir olunur Onlar Sakave seherinden texminen 40 km mesafede yerlesirler ve tepelere yaxsi veziyyetde olan torpaq yolla catmaq olar En boyuk iki tepenin arasinda idare olunan hamam ve tualetlerle techiz olunmus bir duserge var Duserge erazideki en meshur senet eserleri olan ve 1958 ci ilde cixan Kalahari nin Itmis Dunyasi kitabinda sekillerini ilk olaraq izah eden Cenubi Afrikali yazicinin serefine adlandirilmis Lorens van der Post lovhesinin yaxinligindadir aydinlasdirma lazimdir Duserge yaxinliginda kicik bir muzey ve bir ucus zolagi var ArxeologiyaInsanlar Tsodilo tepelerini min iller boyu resm ve ritual ucun istifade edirdiler UNESCO tepelerde minlerle illik insan meskenini temsil eden 500 ferdi yerin oldugunu texmin edir Tepelerin qaya seneti yerli ovcu qruplarla elaqelendirilib Busmenlerin ecdadlarinin Tsodiloda bezi resm eserlerini yaratdigina ve eyni zamanda magaralarda ve qaya siginacaqlarinda meskunlasdiqlarina inanilir Bantu xalqlarinin tepelerdeki bezi senet eserlerine cavabdeh olduguna dair subutlar var Bezi resmlerin gunumuzden 24 000 il evvele aid oldugu bildirilmisdir Kergedan magarasi Zurafe olu kecid tesviri Kergedan magarasi Qadin tepesinin simal ucunda yerlesir ve burada resmlerin yerlesdiyi iki esas divar var Simal divarda ag kergedanin tesviri magaraya adini verir yerlesir ve qirmizi bir zurafenin resmiyle parcalanmisdir Magara dosemesindeki qazintilar bir cox das aletler uze cixardi Bu magarada devequsu yumurtasi qabigi sumuk aletler dulusculuq ve ya demir olmasa da Son das dovru tebeqelerinde bir nece monqonqo Kalaharide genis yayilmis cerez qabigi parcalari var Qazintilar zamani tapilan komur Afrika demir dovrune Son das dovrune ve Orta das dovrune aid edilmisdir Son das dovrunun das aletleri esasen kvars ve yesem kimi yerli materiallardan hazirlanmisdir Magaradaki Orta das dovru artefaktlari esasen hazirlanmis mermi ucluqlaridir Ucluqlarin bezileri terk edilmis ve bezileri ise mehv olmus veziyyetdedir Kergedan magarasinin resmleri esasen simal divarin uzerinde yerlesir ve ag rengli kergedan istisna olmaqla esasen qirmizi ve ya qirmizi narinci piqmentle renglenmisdir Kergedan ve zurafenin etrafinda muxtelif rengli esasen qirmizi rengde hensi fiqurlar var Magaranin qarsi divari girintili cixintilidir Divarin bu formasi Tsodiloda tapilmis Son das dovrune aid cekic daslari ve ya cila daslarindan istifade edilerek yaradilmis ola biler Ag resmler Tsodilodaki olu kecid Qirmizi ve Ag qaya tesvirlerinin muqayisesi Tsodilodaki ag rengli qaya seneti Bantu xalqlari ile elaqelendirilir Ag resmlerin bir coxu Kisi Tepesinde yerlesen Ag Resmler Qaya Siginacagi adlandirilmis yerde yerlesir Bu siginacaqda qirmizi resmler de var Ag resmlerde hem ev hem de vehsi heyvanlar elece de insanabenzer fiqurlar tesvir olunur Onlardan bir qismi at uzerinde tesvir edilmisdir ve bu da bunlarin 1800 cu illerin ortalarindan atlarin ilk defe eraziye getirildiyi vaxtdan sonra cekildiyini gosterir Komur devequsu yumurtasi qabigi ve sumuk numunelerinden goturulmus tarixler Orta das dovrunden Son das dovrune qeder deyisir Erazinin hemcinin yaxin dovrlerde de istifade edildiyine dair delil var erazideki qazintilarin ust qatlarinda bir neylon duyme ve Avropa suse muncuqlar tapilmisdir Son das dovru tebeqelerine sumuk artefaktlari ve mikroaletlerle yanasi cekic daslari ve cila daslari da daxil edilmisdir Hemcinin dulusculuq yonqarlari devequsu yumurtasi qabigindan muncuqlar ve monqonqo qabiqlari da askar edilmisdir Orta das dovru qaliqlarinda ise diger das aletlere das bicaqlar da daxil idi Qirmizi resmler Tsodilo tepelerinde qirmizi qaya senetinin saysiz hesabsiz numuneleri var ve butun erazide tapila biler Kergedan magarasinda bezi qirmizi resmler ag kergedandan daha yasli gorunur Qirmizi heyvan tesvirleri Kergedan tesviri Iki kergedan ve ineyebenzer bir fiqurun qirmizi rengli resmi Solgun qirmizi rengli tesvirlerCokeklik qaya siginacagi Qadin tepesinin simal qerb terefinde yerlesen bu erazi adini siginacaq divarlarinda yerlesmis cokekliklerden alir Buradaki qirmizi resmlerde hendesi fiqurlar ile yanasi mal qara tesvirleri de musayiet olunur Komur numunelerine gore qaya siginacaginda en erken yasayis en azi 30 000 il evvele aiddir Qazintilar zamani Son das dovru das aletleri ve Demir dovrune aid aletler askar edilmisdir En derin tebeqelerde tapilan saxsi qab birinci esre aid idi ve bu erazide tapilmis en qedim das eserleri ile elaqelendirilmisdir Monqonqo qabiqlari en derin tebeqeler de daxil olmaqla muxtelif yataqlarda askar edilmisdir ve bu da onlari arxeoloji baximdan en qedim monqonqo qaliqlari edir Metallurgiya Tsodilo tepeleri bir sira arxeoloji yerlerden ibaretdir Divuyu ve Nqoma kimi taninan bu erazilerden her ikisinde erken demir dovrune aid metal aletler var Burada tapilan zergerlik ve metal aletlerin parcalarinin hamisi demir ve ya misden hazirlanmisdir Zergerlik mehsullari bilerzikden muncuqdan zencirden sirgalardan uzuklerden ve seplerden ibaret idi Aletler icerisinde balta mermi ve ox basliqlari ve hetta bicaqlar var idi Bu iki erazi oxsar istehsal texnologiyasini bolusur lakin ferqli metal isleme uslublarina malikdir Medeni ehemiyyetiBotsvananin olu kecid simal qerbindeki Tsodilo tepeleri Bu tepeler Kalaharinin Busmen xalqi ucun boyuk medeni ve menevi ehemiyyet dasiyir Onlar tepelerin merhumun ruhlari ucun bir istirahet yeri olduguna ve kimlerse tepelerin yaxinliginda ov ederse ve ya olumune sebeb olarsa bu ruhlarin bela ve pis sanslar getireceyine inanirlar Tsodilo eyni zamanda Busmenlerin bir vaxtlar nece yasadigi ile bagli mubahise obyektidir Sifahi adetler Tsodilo Hills etrafindaki bir cox yerli xalqin erazideki coxlu resmli magara ve qaya siginacaqlari ile elaqeli kecmisden behs eden hekayeleri var Xalq folkloru tez tez yerli Busmen qrupu olan Ju xalqindan qorunmaq ucun ve ya ritual bolgeler olaraq qaya siginacaqlarindan istifade etdiklerini soyleyir Aciq olu kecid qaya resmleri Nagillardan birinde ov ugursuz olarsa atalarla elaqe yaratmaq ucun qaya siginacaqlarina girdikleri iddia edilir Sonra novbeti defe cixdiqlari zaman yaxsi ov isteyerdiler Ov ugurlu olanda insanlar sukurler ederek siginacaga qayidib atalarina yemek bisirdiler Dusergelerin bezilerinde bu iddia edilenleri tesdiq etmek ucun gerek olan ocaq izine dair hec bir delil yoxdur Lakin erazi yagis duasi kimi ayinlerin edildiyi yerler var Sahedeki yasli insanlar hele usaq iken bezi qaya siginacaqlarini duserge kimi istifade etdiklerini xatirlaya bilirler Yerli Busmen xalqi Tsodilonun ilk insanlarin neslinin duzeltdiyi butun heyatin senetin dogma mekani olduguna inanir Tsodilonun cografiyasi yerdeki izler ve cokeklikler ilk suvarma cuxuruna geden ilk heyvanlarin izleri kimi taninir Qadin tepesinin yaxinligindaki Tsodiloda tebii bir su bulagi hem su menbeyi hem de ritual yer olaraq istifade olunur Bulaq muqeddes sayilir ve saysiz hesabsiz insanlar terefinden temizlenmek sagalmaq ve qorunmaq ucun istifade olunur En qedim dini ayinler Tsodilo olu kecid pinqvini qusa benzer bir tesvir 2006 ci ilde Kergedan Magarasi kimi taninan erazi Oslo Universitetinden Seyla Kolson 70 000 illik senet eserleri ve ilk insan rituallarini eks etdiren bir pitonun basina benzeyen bir qaya askar edildiyini bildirdikden sonra mediada meshurlasdi O ozunun erazinin diger heyvanlar uzerinde qurulan ritual bir mekan oldugu serhini de destekledi Magarada yalniz Busmen xalqinin en vacib uc heyvanini piton fil ve zurafeni tapiriq 1995 ve 1996 ci illerde erazinin orijinal arasdirmalarinda istirak eden bezi arxeoloqlar bu serhlere etiraz etdiler Kolson terefinden tesvir edilen bosluqlarin mutleq eyni dovre aid olmadigini ve cokekliklerin coxunun cox teze oldugunu digerlerinin ise siz patina ile ortulduyunu qeyd etdiler Resmi muzakire ederken arxeoloqlar fil kimi tesvir edilen eserin eslinde bir kergedan oldugunu zurafenin qirmizi rengli resminin eramizin 400 cu ilinden evvele aid olmadigini ve kergedanin ag rengli resminin daha yeni oldugunu soyleyirler Hemcinin qirmizi ve ag rengli resmlerin ferqli qruplara aid olduguna inanirlar Arxeoloqlar yandirilmis Orta Das dovru aletlerini muzakire ederek yerli olmayan materiallardan istifade etmekle bunun qeyri adi bir sey olmadigini soylediler Erazide hec bir adi vasitenin tapilmadigi iddiasini redd ederek tapilan cox sayda qazici aletin adi vasiteler oldugunu ve erazide alet hazirladigina dair subutlarin oldugunu qeyd etdiler IstinadlarRobbins Lawrence Murphy Michael Campbell Alec Brook George Excavations at the Tsodilo Hills Rhino Cave Botswana Notes and Records 28 1996 23 45 JSTOR 40980131 C Michael Hogan 2008 Robbins L H Murphy M L Brook G A Ivester A H Campbell A C Klein R G Milo R G Stewart K M Downey W S Stevens N J Archaeology Palaeoenvironment and Chronology of the Tsodilo Hills White Paintings Rock Shelter Northwest Kalahari Deser Botswana Journal of Archaeological Science 27 11 2000 1085 1113 doi 10 1006 jasc 2000 0597 Robbins L H Campbell A C The Depression Rock Shelter Site Tsodilo Hills Botswana Notes and Records 1989 1 3 Miller Duncan van der Merwe Nikolaas Early Iron Age Metal Working at the Tsodilo Hills Northwestern Botswana Journal of Archaeological Science 21 1994 101 115 doi 10 1006 jasc 1994 1011 Sadr Karim Kalahari archaeology and the Bushman debate Current Anthropology 38 1 1997 104 112 doi 10 1086 204590 JSTOR 2744444 Campbell A C Robbins L H Murphy M L Oral Traditions and Archaeology of the Tsodilo Hills Male Hill Cave Botswana Notes and Records 26 1994 37 54 JSTOR 40959180 Segadika Phillip Managing Intangible Heritage at Tsodilo Museum International 58 1 2 2006 31 40 doi 10 1111 j 1468 0033 2006 00548 x empty citation Robbins Lawrence H AlecC Campbell George A Brook Michael L Murphy PDF NYAME AKUMA the Bulletin of the Society of Africanist Archaeologists 67 June 2007 28 September 2011 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 1 December 2010 MenbeUrsula Erasmus 1992 Bushman Culture published by Excalibur 315 pp ISBN 1 85634 191 7 C Michael Hogan 2008 Makgadikgadi The Megalithic Portal ed A Burnham Luis Pancorbo 2000 Al fin las colinas de Tsodilo en Tiempo de Africa pp 280 286 Laertes Barcelona ISBN 84 7584 438 3ISBN 84 7584 438 3 Sheila Coulson Sigrid Staurset and Nick Walker 2011 Ritualized Behavior in the Middle Stone Age Evidence from Rhino Cave Tsodilo Hills Botswana 18 61