Teodor van Qoq (1 may 1857[…], Zyundert[d], Şimali Brabant – 25 yanvar 1891, Utrext, Utrext) — holland incəsənət dileri. O, həm də məşhur holland rəssamı Vinsent van Qoqun kiçik qardaşıdır. Teonun ömrünün sonuna qədər qardaşından maddi və mənəvi cəhətdən dəstəyini əsirgəməməsi Vinsentə özünü rəssamlığa həsr etməyə imkan yaratmışdır. Vinsentin 37 yaşında vəfat etməsindən altı ay sonra Teo da 33 yaşında dünyasını dəyişir.
Teodor van Qoq | |
---|---|
Digər adı | Teo |
Doğum tarixi | 1 may 1857[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 yanvar 1891(33 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sifilis |
Dəfn yeri |
|
Milliyyəti | holland |
Fəaliyyəti | rəssam, rəsm kolleksioneri[d] |
Tanınır | qardaşı Vinsent van Qoqla olan yazışmaları ilə |
Vikianbarda əlaqəli mediafayllar |
Ən çox qardaşı ilə münasibətinə görə tanınması çox vaxt Teonun həm də incəsənət dünyasına töhfələr vermiş bacarıqlı incəsənət dileri olduğu faktını kölgədə qoyur. O, fransız və holland müasir incəsənətinin ictimaiyyətə təqdim olunmasında mühüm rol oynamışdır.
Bioqrafiyası
Anna Kornelia Karbet və Teodor van Qoqun övladı olan Teodor (Teo) van Qoq 1857-ci il 1 mayda Hollandiyanın Şimali Brabant əyalətinin məntəqəsində anadan olmuşdur.
Biznesi
Teo bir neçə il parisli incəsənət dilerlərinin "Qupil" firmasının Haaqadakı holland ofisində işləyir. 1873-cü il 1 yanvarda firmanın ofisinə qoşulan Teo onların ən gənc işçisi olur. London ofisinə transfer olur, bir müddət sonra Haaqa ofisinə köçür və öz uğurlu biznesini məhz burada qurur. 1884-cü ilə qədər artıq Parisdəki baş ofisə transfer olan Teo 1880–1881-ci ilin qışından etibarən həmin vaxt Hollandiyada yaşayan qardaşı Vinsent van Qoqa rəsm çəkməsi üçün lazımi ləvazimatlar və aylıq maddi yardım göndərməyə başlayır.
Şəxsi həyatı
Teo Parisdə Andris Bonqer və onun bacısı Yohanna ilə tanış olur. O, 1889-cu il 17 apreldə Amsterdamda Yohanna ilə evlənir və cütlük birlikdə Parisə köçür. Onların Vinsent Uilyam adlı oğlu 1890-cı il 31 yanvarda Parisdə doğulur. Ailə 8 iyunda Paris yaxınlığında, Over-syür-Uazda yaşayan Vinsenti ziyarət edir. Bu görüşdən heç iki ay keçməmiş Vinsent van Qoq acınacaqlı vəziyyətdə vəfat edir.
Ölümü
Səhhətində əvvəl də bir sıra problemlər olan Teonun vəziyyəti qardaşının ölümündən sonra gün keçdikcə daha da pisləşir. 1890-cı il 20 noyabrda psixiatriya xəstəxanası olan Villem Arntz hospitalına gətirilən Teoya 1 dekabrda beyin infeksiyası olan diaqnozu qoyulur. Xəstəliyi ucbatından fiziki olaraq həddən artıq zəifləmiş və hələ də Vinsentin yoxluğuna alışa bilməmiş Teo 1891-ci il 25 yanvarda Den Dolderdə vəfat edir. Onun nəşi 1914-cü ildə həyat yoldaşı Yohannanın xahişi ilə Utrextdə dəfn olunduğu yerdən çıxarılaraq Vinsentin məzanının yanında, Over-syür-Uazda dəfn olunur; beləcə, onlar artıq ömürlük birlikdə olacaqdı.
Teonun adı qalmaqalla anılan nəticəsi, rejissor İslamı tənqid edən qısa film çəkdikdən sonra 2004-cü ildə Amsterdam küçələrində müsəlman aktivist tərəfindən öldürülür.
Vinsentlə münasibəti
Teo ömrü boyu qardaşı Vinsentə heyranlıq duymuşdu, amma o, rəssam olmağa qərar verməzdən əvvəl də, sonra da onunla ünsiyyət qurmaq çox asan deyildi. Vinsentin nizamsız həyat tərzi onların daim əlaqə saxlamasına maneçilik törədirdi. Bununla belə, Teo həmişə ona məktublar yazmağa davam edirdi. Vinsent qardaşından gələn məktubları saxlamasa da, Teo onun yazdığı bütün məktubları yığırdı. Beləcə, Vinsetin yazdığı məktublardan geriyə 651-i qaldığı halda, Teonun yazdığı məktublardan sadəcə 32-ni əldə etmək mümkün olmuşdur. Qardaşının mental sağlığı haqda çox narahat olan Teo Vinsenti anlayan nadir insanlardan idi. Bütün həyatı boyu onun rəssam kimi fəaliyyət göstərə bilməsi üçün Vinsentə maddi və mənəvi cəhətdən yardım göstərən Teonun sevgi və dəstəyi özünü yazdığı məktublarda da büruzə verirdi. Çəkdiyi eskizləri Teoya göndərən Vinsent ona rəsmlərindəki ideyalar və gündəlik həyatında baş verənlər haqda yazırdı. Onun bütün həyatı boyunca yazdığı təxminən 800 məktubun dörddə üçündən çoxu Teoya ünvanlanmışdı. Teonun həyat yoldaşı 1914-cü ildə onların bütün məktublarını kitab halına saldıraraq çap etdirmişdir.
Robert Oltmenin 1990-cı ildə çəkdiyi Vinsent və Teo filminin mövzusu iki qardaş arasındakı münasibətə əsaslanır. 2017-ci ildə çəkilən və başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı film olan Sevgiylə, Vinsent filmində Vinsentin son məktubunun Teoya necə çatdırılması göstərilir.
Diler və rəssam
Adı öz karyerasından daha çox qardaşının karyerasına olan təsiri və köməyi ilə anılan Teo işlədiyi "Qupil" firmasının sahiblərini Klod Mone, Edqar Deqa kimi impressionist rəssamların əsərlərini sərgiləməyə və almağa razı salaraq, onların məşhurlaşmasında müstəsna rol oynamışdır.
1886-cı ildə Teo Vinsenti Parisdə onunla yaşamağa dəvət edir və onlar iki il Monmartrdakı mənzildə birgə yaşayırlar. Birlikdə yaşadıqları üçün bu müddət ərzində iki qardaş arasında məktublaşmanın olmaması səbəbindən Vinsentin bu dövrdəki rəssamlıq fəaliyyəti haqda ətraflı məlumat mövcud deyil. O, Vinseti Pol Qogen, Pol Sezan, Anri de Tuluz-Lotrek, Anri Russo, Kamil Pissarro və Jorj-Pyer Söra ilə tanış edir. 1888-ci ildə Pol Qogeni Arla köçmüş Vinsentin yanına getməyə razı salan Teo Qogenin səyahət xərcləri də daxil olmaqla, bir çox maddi ehtiyacını təmin edir (616-cı məktub, 28 və ya 29 may, 1888-ci il). Vinsentlə onsuz da yaxşı olmayan münasibəti qulağını kəsməsindən sonra daha da kəskin hal alan Qogen Teoyla əlaqə saxlayır. Əgər Teo onların münasibətini tam olmasa da, müəyyən mənada yoluna qoymasaydı, incəsənət dünyası onların 63 gün birgə işləyib ərsəyə gətirdikləri rəsm əsərlərindən məhrum olacaqdı (852-ci məktub).
Şəkillər
- Teo van Qoq, 1873-cü il. Əvvəllər şəklin Vinsentə aid olduğu düşünülsə də, 2018-ci ildə şəkildəkinin Teo olduğu qənaətinə gəlinir.
- 1887-ci ildə Vinsent tərəfindən çəkilmiş portretdə təsvir olunan şəxsin uzun müddət Vinsentin məhz özü olduğu ehtimal olunsa da, 2011-ci ildə onun qardaşı Teo olduğu müəyyən edilir.
- Vinsent və Teo van Qoqun Over-syür-Uaz məzarlığındakı qəbri
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Theo van Gogh. 2009.
- RKDartists (nid.).
- Naifeh, Steven and Gregory White Smith. Van Gogh: the Life, p.23 New York: Random House (2011); ISBN
- Belinda Thomson. "Theo van Gogh. Amsterdam, Van Gogh Museum". The Burlington Magazine. 141 (1158). 1999: 567–569. JSTOR 888614.
- Jan Hulsker. Vincent and Theo van Gogh: A Dual Biography. Fuller Technical Publications. 1990.
- Voskuil, PH. "[Theo van Gogh's medical record]". Ned Tijdschr Geneeskd. 136 (36). 1992: 1777–80. PMID 1407128.
- Deborah Hayden. Pox: Genius, Madness, and the Mysteries of Syphilis. Basic Books. 2003. səh. 152. ISBN .
- van der Veen, Wouter; Knapp, Peter. Van Gogh in Auvers: His Last Days. Monacelli Press. 2010. 260–264. ISBN .
- "La tombe de Vincent Van Gogh". Groundspeak. Auvers-sur-Oise, France. 25 September 2016 tarixində . İstifadə tarixi: 23 June 2009.
- "Gunman kills Dutch film director" 2018-02-04 at the Wayback Machine. BBC (2 November 2004). retrieved 21 July 2009
- de Leeuw, Ronald, redaktorThe Letters of Vincent van Gogh. Penguin Group. 1996. ISBN .
- "Correspondents - Vincent van Gogh Letters". www.vangoghletters.org. 2022-01-18 tarixində . İstifadə tarixi: 2019-11-22.
- Irving Stone. Dear Theo: The Autobiography of Vincent Van Gogh. The New American Library. 1937.
- "Vincent van Gogh(Dutch Painter)" 2015-04-02 at the Wayback Machine. Britannica. Retrieved 25 September 2011.
- "Important figures in the life of Vincent van Gogh". Van Gogh Gallery. 12 January 2021 tarixində . İstifadə tarixi: 22 May 2011.
- Jansen, Leo; Luitjen, Hans; Bakker, Nienke, redaktorlar Vincent van Gogh – The Letters (The Complete Illustrated and Annotated). . 2009. ISBN .
- "Vincent van Gogh: The Letters". . 28 September 2022 tarixində . İstifadə tarixi: 20 July 2011.
- Rewald, Gazette des Beaux-Arts 1973
- "Biography". www.vggallery.com. Vincent van Gogh. 28 sentyabr 2022 tarixində . İstifadə tarixi: 22 noyabr 2019.
- "616 (618, 493): To Theo van Gogh. Arles, Monday, 28 or Tuesday, 29 May 1888. - Vincent van Gogh Letters". www.vangoghletters.org. 2022-09-27 tarixində . İstifadə tarixi: 2019-11-22.
- "852 (853, T28): Theo van Gogh to Vincent van Gogh. Paris, Sunday, 9 February 1890. - Vincent van Gogh Letters". www.vangoghletters.org. 2022-09-07 tarixində . İstifadə tarixi: 2019-11-22.
- Arjen Ribbens(29 November 2018) En toen was er nog maar één foto van Vincent van Gogh 2021-03-08 at the Wayback Machine. nrc.nl
- Stefan Kuiper(29 November 2018) Een persoonsverwisseling: foto Vincent van Gogh blijkt broer Theo 2021-01-11 at the Wayback Machine. volkskrant.nl
- . . 15 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 July 2010.
Əlavə oxu
- Anonymous (initialled "H. H. H." and "W. F.d. C. H."): Van Gogh, 's-Gravenhage, Nederland's Patriciaat 50, 1964, pp. 171–183.
- Hulsker, Jan: Vincent and Theo van Gogh: A Dual Biography, Ann Arbor, Fuller Publications, 1990. ISBN .
- Jansen, Leo, and Jan Robert: Kort geluk. De briefwisseling tussen Theo van Gogh en Jo Bonger, Waanders, Zwolle 1999. ISBN
- Rewald, John: Theo van Gogh, Goupil, and the Impressionists, Gazette des Beaux-Arts, January & February 1973, pp. 1–107; reprinted in Rewald, John: Studies in Post-Impressionism, , 1986, pp. 7–115
- Irene Meyjes, Johanna van Gogh-Bonger: kunsthandelaar?, Uitgeverij Scriptio, Deventer, 2007, ISBN
- Stolwijk, Chris & Han Veenenbos, The accountbook of Theo van Gogh and Jo van Gogh-Bonger, Van Gogh Museum Amsterdam 2002, ISBN
- Stolwijk, Chris, & Thomson, Richard: Theo van Gogh 1857–1891: Art dealer, collector
- John Lichfield, "Van Gogh's little brother goes on show", 1999, The Independent, retrieved 27 January 2009
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Teodor van Qoq 1 may 1857 Zyundert d Simali Brabant 25 yanvar 1891 Utrext Utrext holland incesenet dileri O hem de meshur holland ressami Vinsent van Qoqun kicik qardasidir Teonun omrunun sonuna qeder qardasindan maddi ve menevi cehetden desteyini esirgememesi Vinsente ozunu ressamliga hesr etmeye imkan yaratmisdir Vinsentin 37 yasinda vefat etmesinden alti ay sonra Teo da 33 yasinda dunyasini deyisir Teodor van QoqDiger adi TeoDogum tarixi 1 may 1857 1857 05 01 Dogum yeri Zyundert d Simali Brabant NiderlandVefat tarixi 25 yanvar 1891 1891 01 25 33 yasinda Vefat yeri Utrext Utrext NiderlandVefat sebebi sifilisDefn yeri Vinsent ve Teo Van Qoqun qebri d Milliyyeti hollandFealiyyeti ressam resm kolleksioneri d Taninir qardasi Vinsent van Qoqla olan yazismalari ile Vikianbarda elaqeli mediafayllar En cox qardasi ile munasibetine gore taninmasi cox vaxt Teonun hem de incesenet dunyasina tohfeler vermis bacariqli incesenet dileri oldugu faktini kolgede qoyur O fransiz ve holland muasir incesenetinin ictimaiyyete teqdim olunmasinda muhum rol oynamisdir BioqrafiyasiAnna Kornelia Karbet ve Teodor van Qoqun ovladi olan Teodor Teo van Qoq 1857 ci il 1 mayda Hollandiyanin Simali Brabant eyaletinin menteqesinde anadan olmusdur Biznesi Teo bir nece il parisli incesenet dilerlerinin Qupil firmasinin Haaqadaki holland ofisinde isleyir 1873 cu il 1 yanvarda firmanin ofisine qosulan Teo onlarin en genc iscisi olur London ofisine transfer olur bir muddet sonra Haaqa ofisine kocur ve oz ugurlu biznesini mehz burada qurur 1884 cu ile qeder artiq Parisdeki bas ofise transfer olan Teo 1880 1881 ci ilin qisindan etibaren hemin vaxt Hollandiyada yasayan qardasi Vinsent van Qoqa resm cekmesi ucun lazimi levazimatlar ve ayliq maddi yardim gondermeye baslayir Sexsi heyati Teo Parisde Andris Bonqer ve onun bacisi Yohanna ile tanis olur O 1889 cu il 17 aprelde Amsterdamda Yohanna ile evlenir ve cutluk birlikde Parise kocur Onlarin Vinsent Uilyam adli oglu 1890 ci il 31 yanvarda Parisde dogulur Aile 8 iyunda Paris yaxinliginda Over syur Uazda yasayan Vinsenti ziyaret edir Bu gorusden hec iki ay kecmemis Vinsent van Qoq acinacaqli veziyyetde vefat edir Olumu Sehhetinde evvel de bir sira problemler olan Teonun veziyyeti qardasinin olumunden sonra gun kecdikce daha da pislesir 1890 ci il 20 noyabrda psixiatriya xestexanasi olan Villem Arntz hospitalina getirilen Teoya 1 dekabrda beyin infeksiyasi olan diaqnozu qoyulur Xesteliyi ucbatindan fiziki olaraq hedden artiq zeiflemis ve hele de Vinsentin yoxluguna alisa bilmemis Teo 1891 ci il 25 yanvarda Den Dolderde vefat edir Onun nesi 1914 cu ilde heyat yoldasi Yohannanin xahisi ile Utrextde defn olundugu yerden cixarilaraq Vinsentin mezaninin yaninda Over syur Uazda defn olunur belece onlar artiq omurluk birlikde olacaqdi Teonun adi qalmaqalla anilan neticesi rejissor Islami tenqid eden qisa film cekdikden sonra 2004 cu ilde Amsterdam kucelerinde muselman aktivist terefinden oldurulur Vinsentle munasibetiTeo omru boyu qardasi Vinsente heyranliq duymusdu amma o ressam olmaga qerar vermezden evvel de sonra da onunla unsiyyet qurmaq cox asan deyildi Vinsentin nizamsiz heyat terzi onlarin daim elaqe saxlamasina manecilik toredirdi Bununla bele Teo hemise ona mektublar yazmaga davam edirdi Vinsent qardasindan gelen mektublari saxlamasa da Teo onun yazdigi butun mektublari yigirdi Belece Vinsetin yazdigi mektublardan geriye 651 i qaldigi halda Teonun yazdigi mektublardan sadece 32 ni elde etmek mumkun olmusdur Qardasinin mental sagligi haqda cox narahat olan Teo Vinsenti anlayan nadir insanlardan idi Butun heyati boyu onun ressam kimi fealiyyet gostere bilmesi ucun Vinsente maddi ve menevi cehetden yardim gosteren Teonun sevgi ve desteyi ozunu yazdigi mektublarda da buruze verirdi Cekdiyi eskizleri Teoya gonderen Vinsent ona resmlerindeki ideyalar ve gundelik heyatinda bas verenler haqda yazirdi Onun butun heyati boyunca yazdigi texminen 800 mektubun dordde ucunden coxu Teoya unvanlanmisdi Teonun heyat yoldasi 1914 cu ilde onlarin butun mektublarini kitab halina saldiraraq cap etdirmisdir Robert Oltmenin 1990 ci ilde cekdiyi Vinsent ve Teo filminin movzusu iki qardas arasindaki munasibete esaslanir 2017 ci ilde cekilen ve basdan ayaga ketan uzerinde yagli boya ile cekilmis ilk tammetrajli film olan Sevgiyle Vinsent filminde Vinsentin son mektubunun Teoya nece catdirilmasi gosterilir Diler ve ressam Adi oz karyerasindan daha cox qardasinin karyerasina olan tesiri ve komeyi ile anilan Teo islediyi Qupil firmasinin sahiblerini Klod Mone Edqar Deqa kimi impressionist ressamlarin eserlerini sergilemeye ve almaga razi salaraq onlarin meshurlasmasinda mustesna rol oynamisdir 1886 ci ilde Teo Vinsenti Parisde onunla yasamaga devet edir ve onlar iki il Monmartrdaki menzilde birge yasayirlar Birlikde yasadiqlari ucun bu muddet erzinde iki qardas arasinda mektublasmanin olmamasi sebebinden Vinsentin bu dovrdeki ressamliq fealiyyeti haqda etrafli melumat movcud deyil O Vinseti Pol Qogen Pol Sezan Anri de Tuluz Lotrek Anri Russo Kamil Pissarro ve Jorj Pyer Sora ile tanis edir 1888 ci ilde Pol Qogeni Arla kocmus Vinsentin yanina getmeye razi salan Teo Qogenin seyahet xercleri de daxil olmaqla bir cox maddi ehtiyacini temin edir 616 ci mektub 28 ve ya 29 may 1888 ci il Vinsentle onsuz da yaxsi olmayan munasibeti qulagini kesmesinden sonra daha da keskin hal alan Qogen Teoyla elaqe saxlayir Eger Teo onlarin munasibetini tam olmasa da mueyyen menada yoluna qoymasaydi incesenet dunyasi onlarin 63 gun birge isleyib erseye getirdikleri resm eserlerinden mehrum olacaqdi 852 ci mektub SekillerTeo van Qoq 1873 cu il Evveller seklin Vinsente aid oldugu dusunulse de 2018 ci ilde sekildekinin Teo oldugu qenaetine gelinir 1887 ci ilde Vinsent terefinden cekilmis portretde tesvir olunan sexsin uzun muddet Vinsentin mehz ozu oldugu ehtimal olunsa da 2011 ci ilde onun qardasi Teo oldugu mueyyen edilir Vinsent ve Teo van Qoqun Over syur Uaz mezarligindaki qebriIstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Theo van Gogh 2009 RKDartists nid Naifeh Steven and Gregory White Smith Van Gogh the Life p 23 New York Random House 2011 ISBN 978 0 375 50748 9 Belinda Thomson Theo van Gogh Amsterdam Van Gogh Museum The Burlington Magazine 141 1158 1999 567 569 JSTOR 888614 Jan Hulsker Vincent and Theo van Gogh A Dual Biography Fuller Technical Publications 1990 Voskuil PH Theo van Gogh s medical record Ned Tijdschr Geneeskd 136 36 1992 1777 80 PMID 1407128 Deborah Hayden Pox Genius Madness and the Mysteries of Syphilis Basic Books 2003 seh 152 ISBN 978 0 465 02881 8 van der Veen Wouter Knapp Peter Van Gogh in Auvers His Last Days Monacelli Press 2010 260 264 ISBN 978 1 58093 301 8 La tombe de Vincent Van Gogh Groundspeak Auvers sur Oise France 25 September 2016 tarixinde Istifade tarixi 23 June 2009 Gunman kills Dutch film director 2018 02 04 at the Wayback Machine BBC 2 November 2004 retrieved 21 July 2009 de Leeuw Ronald redaktorThe Letters of Vincent van Gogh Penguin Group 1996 ISBN 0 7139 9135 6 Correspondents Vincent van Gogh Letters www vangoghletters org 2022 01 18 tarixinde Istifade tarixi 2019 11 22 Irving Stone Dear Theo The Autobiography of Vincent Van Gogh The New American Library 1937 Vincent van Gogh Dutch Painter 2015 04 02 at the Wayback Machine Britannica Retrieved 25 September 2011 Important figures in the life of Vincent van Gogh Van Gogh Gallery 12 January 2021 tarixinde Istifade tarixi 22 May 2011 Jansen Leo Luitjen Hans Bakker Nienke redaktorlar Vincent van Gogh The Letters The Complete Illustrated and Annotated 2009 ISBN 978 0 500 23865 3 Vincent van Gogh The Letters 28 September 2022 tarixinde Istifade tarixi 20 July 2011 Rewald Gazette des Beaux Arts 1973 Biography www vggallery com Vincent van Gogh 28 sentyabr 2022 tarixinde Istifade tarixi 22 noyabr 2019 616 618 493 To Theo van Gogh Arles Monday 28 or Tuesday 29 May 1888 Vincent van Gogh Letters www vangoghletters org 2022 09 27 tarixinde Istifade tarixi 2019 11 22 852 853 T28 Theo van Gogh to Vincent van Gogh Paris Sunday 9 February 1890 Vincent van Gogh Letters www vangoghletters org 2022 09 07 tarixinde Istifade tarixi 2019 11 22 Arjen Ribbens 29 November 2018 En toen was er nog maar een foto van Vincent van Gogh 2021 03 08 at the Wayback Machine nrc nl Stefan Kuiper 29 November 2018 Een persoonsverwisseling foto Vincent van Gogh blijkt broer Theo 2021 01 11 at the Wayback Machine volkskrant nl 15 March 2014 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 20 July 2010 Elave oxuAnonymous initialled H H H and W F d C H Van Gogh s Gravenhage Nederland s Patriciaat 50 1964 pp 171 183 Hulsker Jan Vincent and Theo van Gogh A Dual Biography Ann Arbor Fuller Publications 1990 ISBN 0 940537 05 2 Jansen Leo and Jan Robert Kort geluk De briefwisseling tussen Theo van Gogh en Jo Bonger Waanders Zwolle 1999 ISBN 90 400 9353 9 Rewald John Theo van Gogh Goupil and the Impressionists Gazette des Beaux Arts January amp February 1973 pp 1 107 reprinted in Rewald John Studies in Post Impressionism 1986 pp 7 115 Irene Meyjes Johanna van Gogh Bonger kunsthandelaar Uitgeverij Scriptio Deventer 2007 ISBN 9087730055 Stolwijk Chris amp Han Veenenbos The accountbook of Theo van Gogh and Jo van Gogh Bonger Van Gogh Museum Amsterdam 2002 ISBN 90 74310 82 6 Stolwijk Chris amp Thomson Richard Theo van Gogh 1857 1891 Art dealer collector John Lichfield Van Gogh s little brother goes on show 1999 The Independent retrieved 27 January 2009