T29, T-29 ağır tankı və ya T34 ağır tankı, Almanların İkinci dünya müharibəsində istifadə etdikləri Tiger II ağır tanklarına qarşı çıxmaq üçün 1944-cü ilin martında başladılan Amerika ağır tank layihələrindən biri idi. Həmin dövrdə yaradılmış başqa bir tank olan, 42 tonluq T26E3 orta tankı (M26 Pershing kimi xidmətə qəbul edilmişdir), çəkisi 69 tona yaxın olan Tiger II-yə qarşı durmaq üçün kifayət qədər güclü silah və ya zirehə malik deyildi. Ağır tanklara qarşı mübarizə aparmaq məqsədi ilə hazırlanmış olan T29, Avropadakı müharibəyə daxil ola bilmədi, lakin müharibədən sonrakı dövrdə onu yaradan mühəndislərə öz mühəndislik konsepsiyalarını artilleriya və avtomobil komponentlərinə tətbiq etməyə imkanı yaratmışdır. Tankın transmissiya sistemi General Motors CD-850-1 crossdrive olub (üç qutulu (iki irəli, bir geri)), asqı təchizatı Burulma çubuğu olub, yanacaq həcmi 300 ABŞ qalonu (1,140 litr), əməliyyat mənzili 100 mil (160 km), maksimum sürəti isə 22 mil/saat (35 km/saat) təşkil etmişdir.
T29 | |
---|---|
Tipi | Ağır tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | Sadəcə testlər keçmişdir |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1944-1945 |
İstehsalçı | Pressed Steel Car Company Detroit Arsenal |
İstehsal sayı | 8 |
Variantları | T29, T29E1, T29E2, və T29E3 |
Xüsusiyyətləri | |
Ağırlığı | 141,500 lb (0,064183 t; 0,063170 imperyal ton) müharibə yükündə |
Zireh | Gövdə önü 102 mm maksimum top qalxanı 279 mm maksimum qüllə önü 249 mm |
Mühərrik | 1,649 kub inç (27 litr) Ford GAC V12 benzin mühərriki |
Mühərrik gücü | 650 a.g. (480 kW) net, 2800 dövrə/dəqiqədə |
Əsas silah | 105 mm top T5E1 (63 mərmi) (T29E1, T29E3) 105 mm top T5E2 (63 mərmi) (T29, T29E2) |
Köməkçi silah | 2 x .50 inç (12.7 mm) Browning M2HB pulemyotu, cütləşdirilmiş 1x .50 M2HB zenit pulemyotu (2,420 mərmi)1x .30 Browning M1919A4, gövdədə (2,500 mərmi) |
Uzunluğu | 11.57 m topu uzadılmış versiyada 10 m top qısaldılmış versiyada |
Eni | 3.80 m (tırtıllar ilə bərabər) |
Hündürlüyü | 3.20 m (qüllə ilə bərabər) |
Ekipaj | 6 (sürücü, tank komandiri, tuşlayıcı operator, 2 yükləyici, radiorabitəçi) |
Vikianbarda əlaqəli mediafayllar |
İnkişaf prosesi
T29, T26E3 şassisinin uzadılmış versiyasına əsaslanırdı və təxminən brut 770 fren at gücü (570 kW), net 650 fren at gücü (480kW) istehsal edən bir ədəd Ford GAF mühərrikinə, daha ağır zirehə, sürücü üçün nəzərdə tutulmuş olan daha rahat idarəetmə sisteminə və yüksək atış sürətinə malik olan 105 mm-lik T5 topunun yerləşdiyi nəhəng yeni qülləyə malik idi. Onun çəkisi boş vəziyyətdə 60 ton, döyüş yükü ilə bərabər isə 64 ton idi. Maksimum zireh qalınlığı Almanların Tiger II tanklarının 180 mm-lik zirehinə qarşı 279 mm idi, Tiger II-nin uzunluğu 6,29 m olan 88 mm-lik topuna qarşı 105 mm-lik 7,06 m uzunluğunda bir topu var idi. Allison V1710 V12 mühərriklərindən digər sınaq modellərində istifadə edilmişdir. T29-da qüllənin hər tərəfindən çıxıntı kimi görünən və aydın bir formada "qulaqlara" oxşayan məsafəölçən mövcud idi. 1945-ci il martın 1-də 1200 ədəd T29 tankının alınması üçün sifariş təklif edilmiş, lakin 12 aprel 1945-ci ildə bu rəqəm 1152-yə endirilmişdir; lakin İkinci dünya müharibəsinin bitməsindən qısa bir müddət əvvəl sadəcə olaraq bir ədəd T29 tankının istehsalı tam, ikincisinin isə qismən tamamlanmışdır. 1945-ci ilin avqustunda sifariş tamamilə ləğv edilmiş və müharibədən sonrakı sınaqlar üçün yalnız on ədəd T29 tankının alınmasına razılıq verilmişdir. Daha sonra isə bu rəqəm də 1947-ci ilin iyulunda səkkizə endirilmişdir.
Eyni zamanda hazırlanmış olan və T29 ilə sıx əlaqəli olan T30 ağır tankı da, demək olar ki, bu tank ilə eyni idi, lakin 155 mm-lik T7 topu və daha güclü mühərriki ilə yanaşı, silahın ağır sursatlarını yükləmək üçün əlavə bir ədəd də yükləyicisi var idi. Bu modeldən isə cəmisi iki ədəd istehsal edilmişdir.
T29 konsepsiyasının son variantı olan T34 ağır tankı, T29-un zirehi dağıtmaq qabiliyyətinin daha da artırılması üçün, 120 mm-lik M1 zenit silahına əsaslanan topa malik idi. Bu silah 120 mm T53 olaraq adlandırılmışdır. Bu silah, iki yükləyicisi ilə dəqiqədə maksimum 5 atəş aça bilirdi. 23 kq çəkisi olan mərmilərini 960 metr/saniyəlik lülədən çıxış sürəti ilə atırdı. Daha yüngül olan HVAP mərmilərində isə lülədən çıxış sürəti 1200 m/s-yə qədər artırdı. Daha uzun və daha ağır olan topun çəkisini tarazlaşdırmaq üçün qüllənin arxasına 101mm-lik əlavə zireh qaynaq edilmişdir. Müharibənin başa çatması ilə təkmilləşdirilmə dairəsi azaldılmış və yalnız iki ədəd prototipi istehsal edilmişdir. T34 tankları ilə əldə edilmiş olan təcrübələr M103 ağır tankının hazırlanmasında istifadə edilmişdir.
Corciyadakı Fort Benninqdə müasir dövrə qədər salamat qalmış olan bir neçə ədəd T29 tankı, zirehli maşınların sərgilərində nümayiş etdirilmək üçün hər zaman hazır vəziyyətdə anbarlarda saxlanılırlar. Bu tankların birində məsafəölçən mövcud olarkən, digərində isə yoxdur. İki tank və digər bir çox texnikanı 25-ci Piyada Alayı yolunda hasarlarla dövrəyə alınmış olan bir ərazidə görmək mümkündür. Bir ədəd T29 tankı isə Milli Zireh və Süvari Muzeyinin qarşısında yerləşdirilmişdir. Həmçinin də Miçiqan ştatının Uorren şəhərindəki Detroit Arsenalında məsafəölçəni olmayan bir ədəd T29 tankı var.
İstinadlar
- Hunnicutt, Firepower, p. 72
- Hunnicutt, Firepower, p.198.
- Hunnicutt, Firepower, p.216. continental length - from rear face of breech to muzzle
- Hunnicutt, Firepower, p.217.
- Hunnicutt, Firepower, p.94.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
T29 T 29 agir tanki ve ya T34 agir tanki Almanlarin Ikinci dunya muharibesinde istifade etdikleri Tiger II agir tanklarina qarsi cixmaq ucun 1944 cu ilin martinda basladilan Amerika agir tank layihelerinden biri idi Hemin dovrde yaradilmis basqa bir tank olan 42 tonluq T26E3 orta tanki M26 Pershing kimi xidmete qebul edilmisdir cekisi 69 tona yaxin olan Tiger II ye qarsi durmaq ucun kifayet qeder guclu silah ve ya zirehe malik deyildi Agir tanklara qarsi mubarize aparmaq meqsedi ile hazirlanmis olan T29 Avropadaki muharibeye daxil ola bilmedi lakin muharibeden sonraki dovrde onu yaradan muhendislere oz muhendislik konsepsiyalarini artilleriya ve avtomobil komponentlerine tetbiq etmeye imkani yaratmisdir Tankin transmissiya sistemi General Motors CD 850 1 crossdrive olub uc qutulu iki ireli bir geri asqi techizati Burulma cubugu olub yanacaq hecmi 300 ABS qalonu 1 140 litr emeliyyat menzili 100 mil 160 km maksimum sureti ise 22 mil saat 35 km saat teskil etmisdir T29Tipi Agir tankOlke ABSIstismar tarixcesiIstismar illeri Sadece testler kecmisdirIstifade edilen doyusler Ikinci Dunya muharibesiIstehsal tarixcesiKonstruksiya tarixi 1944 1945Istehsalci Pressed Steel Car Company Detroit ArsenalIstehsal sayi 8Variantlari T29 T29E1 T29E2 ve T29E3XususiyyetleriAgirligi 141 500 lb 0 064183 t 0 063170 imperyal ton muharibe yukundeZireh Govde onu 102 mm maksimum top qalxani 279 mm maksimum qulle onu 249 mmMuherrik 1 649 kub inc 27 litr Ford GAC V12 benzin muherrikiMuherrik gucu 650 a g 480 kW net 2800 dovre deqiqedeEsas silah 105 mm top T5E1 63 mermi T29E1 T29E3 105 mm top T5E2 63 mermi T29 T29E2 Komekci silah 2 x 50 inc 12 7 mm Browning M2HB pulemyotu cutlesdirilmis 1x 50 M2HB zenit pulemyotu 2 420 mermi 1x 30 Browning M1919A4 govdede 2 500 mermi Uzunlugu 11 57 m topu uzadilmis versiyada 10 m top qisaldilmis versiyadaEni 3 80 m tirtillar ile beraber Hundurluyu 3 20 m qulle ile beraber Ekipaj 6 surucu tank komandiri tuslayici operator 2 yukleyici radiorabiteci Vikianbarda elaqeli mediafayllarInkisaf prosesiT29 T26E3 sassisinin uzadilmis versiyasina esaslanirdi ve texminen brut 770 fren at gucu 570 kW net 650 fren at gucu 480kW istehsal eden bir eded Ford GAF muherrikine daha agir zirehe surucu ucun nezerde tutulmus olan daha rahat idareetme sistemine ve yuksek atis suretine malik olan 105 mm lik T5 topunun yerlesdiyi neheng yeni qulleye malik idi Onun cekisi bos veziyyetde 60 ton doyus yuku ile beraber ise 64 ton idi Maksimum zireh qalinligi Almanlarin Tiger II tanklarinin 180 mm lik zirehine qarsi 279 mm idi Tiger II nin uzunlugu 6 29 m olan 88 mm lik topuna qarsi 105 mm lik 7 06 m uzunlugunda bir topu var idi Allison V1710 V12 muherriklerinden diger sinaq modellerinde istifade edilmisdir T29 da qullenin her terefinden cixinti kimi gorunen ve aydin bir formada qulaqlara oxsayan mesafeolcen movcud idi 1945 ci il martin 1 de 1200 eded T29 tankinin alinmasi ucun sifaris teklif edilmis lakin 12 aprel 1945 ci ilde bu reqem 1152 ye endirilmisdir lakin Ikinci dunya muharibesinin bitmesinden qisa bir muddet evvel sadece olaraq bir eded T29 tankinin istehsali tam ikincisinin ise qismen tamamlanmisdir 1945 ci ilin avqustunda sifaris tamamile legv edilmis ve muharibeden sonraki sinaqlar ucun yalniz on eded T29 tankinin alinmasina raziliq verilmisdir Daha sonra ise bu reqem de 1947 ci ilin iyulunda sekkize endirilmisdir Eyni zamanda hazirlanmis olan ve T29 ile six elaqeli olan T30 agir tanki da demek olar ki bu tank ile eyni idi lakin 155 mm lik T7 topu ve daha guclu muherriki ile yanasi silahin agir sursatlarini yuklemek ucun elave bir eded de yukleyicisi var idi Bu modelden ise cemisi iki eded istehsal edilmisdir T29 konsepsiyasinin son varianti olan T34 agir tanki T29 un zirehi dagitmaq qabiliyyetinin daha da artirilmasi ucun 120 mm lik M1 zenit silahina esaslanan topa malik idi Bu silah 120 mm T53 olaraq adlandirilmisdir Bu silah iki yukleyicisi ile deqiqede maksimum 5 ates aca bilirdi 23 kq cekisi olan mermilerini 960 metr saniyelik luleden cixis sureti ile atirdi Daha yungul olan HVAP mermilerinde ise luleden cixis sureti 1200 m s ye qeder artirdi Daha uzun ve daha agir olan topun cekisini tarazlasdirmaq ucun qullenin arxasina 101mm lik elave zireh qaynaq edilmisdir Muharibenin basa catmasi ile tekmillesdirilme dairesi azaldilmis ve yalniz iki eded prototipi istehsal edilmisdir T34 tanklari ile elde edilmis olan tecrubeler M103 agir tankinin hazirlanmasinda istifade edilmisdir Corciyadaki Fort Benninqde muasir dovre qeder salamat qalmis olan bir nece eded T29 tanki zirehli masinlarin sergilerinde numayis etdirilmek ucun her zaman hazir veziyyetde anbarlarda saxlanilirlar Bu tanklarin birinde mesafeolcen movcud olarken digerinde ise yoxdur Iki tank ve diger bir cox texnikani 25 ci Piyada Alayi yolunda hasarlarla dovreye alinmis olan bir erazide gormek mumkundur Bir eded T29 tanki ise Milli Zireh ve Suvari Muzeyinin qarsisinda yerlesdirilmisdir Hemcinin de Miciqan statinin Uorren seherindeki Detroit Arsenalinda mesafeolceni olmayan bir eded T29 tanki var IstinadlarHunnicutt Firepower p 72 Hunnicutt Firepower p 198 Hunnicutt Firepower p 216 continental length from rear face of breech to muzzle Hunnicutt Firepower p 217 Hunnicutt Firepower p 94