Səfəvi-Osmanlı müharibəsi (1730-1736) — 1730-1736-cı illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.
Səfəvi-Osmanlı müharibəsi (1730-1736) | |||
---|---|---|---|
Tarix | 1730 – 1736 | ||
Yeri | Qafqaz, Mesopotamiya, Qərbi İran | ||
Səbəbi | İtirilmiş Səfəvi torplaqlarının geri qaytarılması | ||
Nəticəsi | Nadirin qələbəsi | ||
Ərazi dəyişikliyi | Osmanlı ordusu Qərbi İrandan çıxarıldı. Keçmiş Səfəvi ərazisi bərpa edildi. Ruslar da Qafqazdan geri çəkildi. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Arxaplan
XVIII əsrin 30-cu illərinə yaxın Səfəvi İranı ərazisinin böyük bir hissəsi əfqan işğalçılarından təmizləndi. İlk öncə Nadir Astrabad və Mazandaranı tutmuş türkmənləri əzərək Xəzər dənizinə şah hökuməti üçün çıxış açdı. 1728-1729-cu illərdə əfqanları irandan vurub çıxardı. Şah Təhmasibin İsfahana qayıtması üçün yol açılmış oldu. Bununla belə, Qərbi İran, Cənubi Azərbaycan, Xəzərsahili vilayətlər istisna edilməklə, demək olar ki, bütün Cənubi Qafqaz hələ də Osmanlı işğalçılarının əlində idi. Nadir xanın yüksəlişi ilə yenidən dirçəlmiş İran dövləti qarşısında Osmanlı ordusu ilə mübarizə vəzifəsi dururdu.
Nadir İsfahanda əfqan hakimiyyətinə son verdikdən sonra II Təhmasibin də Osmanlı dövlətinə qarşı tutumu dəyişdi. Belə ki, Osmanlı dövlətinin təyin etdiyi Həmədan hakimi Abdurrahman Paşaya göndərdiyi məktubda Osmanlı dövlətindən ələ keçirilən torpaqları dərhal geri verməsini, əks təqdirdə müharibəyə başlayacağını bildirdi. Bundan başqa Şamlı Rzaqulu xanı İstanbula göndərərək elçi vasitəsilə Qərbi İranda ələ keçirilən torpaqların sülh yolu ilə geri qaytarılmasını tələb etdi. 1729-cu ilin iyun ayında İstanbula gələn Rzaqulu xan Osmanlı dövləti tərəfindən xoşluqla qarşılandı. Rzaqulu xan işğal olunmuş ərazilərin qaytarılması və İranın Türkiyədən çəkdiyi xərclər müqabilində illik ödənc verməsi barədə müqavilə bağlanmasına nail oldu. Lakin görüşmələr zamanı Nadir xanın Həmədana yürüş etdiyi xəbəri yayılır. Rzaqulu xan hər bir vəchlə bu xəbəri yalanlayaraq vaxt qazanmağa çalışsa da Osmanlı hökuməti elçinin bu cəhdlərini başa düşür. Artıq 1730-cu il İran üçün Türkiyəyə qarşı hərbi əməliyyata başlamaq əlverişli şərait yaranmışdı. Əvvəla, bu dövrdə baş vermiş çevriliş nəticəsində III Sultan Əhməd taxtdan salınmışdı və Türkiyənin hakim dairələri daxili vəziyyətin nizama salınması ilə məşğul idi. İkincisi, Rusiya İrana hüsn-rəğbət bəsləyirdi. Şəraiti düzgün qiymətləndirən İran dövləti Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlara yenidən başladı.
Müharibənin başlaması
Nəhavənd və Həmədanın geri alınması
İstanbula göndərilən elçidən xəbər ala bilməyən Nadir xan 1730-cu ilin martında Şirazdan Əcəm İraqına doğru hərəkətə başlayır. Nadir xanın ordusu Şuştər, Dezful, Xürrəmabaddan keçərək Bürucirdə gəlir. Bundan sonra o ordusunun bir hissəsini Kirmanşaha göndərib, 6000 min nəfərlik digər qismi ilə Nəhavənd üzərinə yürüşə başlayır. Bir günlük yürüşdən sonra 1730-cu ilin iyul ayında Nəhavənd ələ keçirilirdi. Şəhər hakimi əsir götürüldü. Bu zaman Həmədan hakimi Əbdürrəhman paşa Van valisi Timurtaş paşa komandanlığında bir dəstəni Nadir xan üzərinə göndərdi. Tərəflər Məlayir adlanan ərzaidə qarşı qarşıya gəlir və Nadir Osmanlı ordusunu darmadağın edir. Nəticə də Osmanlı ordusu 7 iyul 1730-cu ildə şəhəri tərk edərək Bağdada çəkilir.
Kirmanşah və Təbriz üzərinə yürüşlər
Ordunun bir qismini Hüseynqulu xan Zəngənə rəhbərliyində Kirmanşah üzərinə göndərən Nadir xan onun məğubiyyət xəbərini eşidib böyük bir dəstə ilə Kirmanşaha doğru hərəkətə başlayır. Lakin Kirman hakimi Həsən Paşa Həmədan və Nəhavəndin ələ keçirilməsi xəbərini alıb şəhəri çoxdan tərk etmişdi. Beləliklə Nadir heç bir müqavimət görmədən şəhərə daxil olur.
Osmanlı ordusunun Azərbaycandakı əsas dayaq nöqtələrindən biri Təbriz idi. İran ordusunun başında duran Nadir xan Əfşar qoşunlarını məhz oraya yönəltdi. Təbrizə hərəkət edərkən İran sərbazı Təbriz qarnizonuna yardıma gedən Osmanlı hissələrini məğlub etdilər. Osmanlı ordusu İrəvana tərəf geri çəkildi.
Tezliklə Nadir Təbrizə yaxınlaşdı. Ağır döyüşlər başlandı. Çoxsaylı düşmənin zərbələrinə tab gətirməyən Osmanlı qarnizornu şəhərə çəkildi və 6 gün ərzində İran ordusunun fasiləsiz hücumlarını dəf etdi. Lakin Osmanlı baş vəzirinin göstərişi ilə Təbriz tərk olundu. 1730-cu ilin sentyabrında İran ordusu Osmanlı qarnizonunun yerləşdiyi Ərdəbilə doğru hərəkət etmək qərarına gəldi. Bu xəbəri eşidən Osmanlı paşası kömək üçün həmin dövrdə Xəzərsahili vilayətlərdə yerləşən rus ordusuna müraciət etdi.
Rus komandanlığının vasitəçiliyi nəticəsində Osmanlı hissələrlə heç bir itki vermədən Ərdəbili tərk edərək rusların hakimiyyəti altında olan Astarada sığınacaq tapdılar. Sonra isə Şirvandan keçərək Türkiyəyə yola düşdülər. İran ordusu isə heç bir müqavimətə rast gəlmədən Ərdəbili tutdu. Lakin hadisələrin gözlənilmədən dəyişməsi Nadirin Türkiyəyə qarşı uğurlu mübarizəsinə mane oldu. Xorasanda şah hökumətinə qarşı üsyan qalxdı və Nadir üsyanı yatırmaq üçün oraya yola düşməyə məcbur oldu.
Şah II Təhmasibin hücum əməliyyatları
Nadirin üsyanı yatırmaqla məşğul olmasından istifadə edən II Şah Təhmasib öz sarsılmış nüfuzunu bərpa etmək məqsədilə Osmanlılara qarşı hərbi əməliyyatlan davam etdirmək qərarına gəldi. 1731-ci ildə İran ordusu İrəvana tərəf hərəkət etdi. Lakin Üçmüədzində əldə olunan ilkin müvəffəqiyyətə baxmayaraq, Şah Təhmasibin ordusu məğlubiyyətə uğradı. Hətta şahın özü də az qala əsir düşəcəkdi. Aprelin ilk günlərindən II Təhmasib özünün məğlub edilmiş ordusu ilə Təbrizə qayıtmağa məcbur oldu. Həmin dövrün arxiv sənədlərində deyilirdi ki, "orduda aclıq hökm sürürdü və onun çoxlu adamı, atı və qatırı məhv olmuşdu".
Osmanlı komandanlığı İran ordusu tərəfındən elə keçirilmiş torpaqları qaytarmaq qərarına gəldi. Türk qoşunu Təbrizə tərəf hərəkət etdi. Öz növbəsində Surxay xan 1731-ci il aprelin 24-də Əli paşadan Təbrizə getmək və Gəncədən buraya göndərilən türk ordusu ilə birləşmək haqqında əmr aldı. Osmanlı ordusu Cənubi Azərbaycan və İranda qələbə çalaraq ölkənin içərilərinə doğru uğurla hərəkət etdi. II Şah Təhmasib düşməni dayandırmaq üçün öz ordunu Həmədana göndərdi. Elə buradaca tərəflər arasında döyüş baş verdi. Sentyabrın 16-da baş verən və Kurican adlanan döyüşdə II Təhmasibin ordusu məğlubiyyətə uğradı. Kurican kəndində baş verən döyüşlə bağlı L.Lokhart yazır ki, «İran süvariləri türk atlılarının sıralarını 3 dəfə yarırlar, elə təsəvvür yaranır ki, Təhmasib çox asanlıqla qələbə əldə edəcək. Lakin yeniçərilər iranlıların piyadalarını, hansılar ki, hərbi cəhətdən daha səriştəsiz idilər, məğlub edərək, sonradan atlıları dəf edirlər. Təhmasib 3000 adamı ilə az qala təslim olmaq üzrə olur, lakin çətinliklə qaçıb aradan çıxa bilir. Onun minlərlə əsgəri öz həyatını itirir, sağ qalanlar isə o qədər ruhdan düşür ki, məyus halda evlərinə dağılışırlar. Türklər Təhmasibin silah-sursatını, o cümlədən artilleriyasını ələ keçirirlər»
Kirmanşah müqaviləsi
Beləliklə, İsfahana gedən yol Osmanlı ordusunun üzünə açılmış oldu. Lakin Əhməd paşa İran paytaxtını ələ keçirmək üçün lazımi qədər qüvvəsi olmadığını anlayaraq, tutulmuş ərazini talan etməklə kifayətləndi. Ağır məğlubiyyət qarşısında qalan II Şah Təhmasib Osmanlı Türkiyəsindən sülh sazişi bağlamağı xahiş etdi. İsfahandan uzaqda yerləşən Nadir bu xəbəri eşidib təcili olaraq II Təhmasibə məktub göndərdi və Türkiyə ilə sülh bağlamasını, torpaq güzəştə getməməsini tələb etdi. Lakin 1732-ci il yanvarın 16-da Kirmanşah şəhərində İranla Türkiyə arasında sülh bağlandı və şah ləngimədən onu təsdiq etdi. Həmin müqavilənin şərtlərinə görə, İrəvan, Gəncə, Tiflis, Şamaxı şəhərləri ilə birlikdə Şirvan vilayəti, habelə Dağıstan Türkiyənin ixtiyarında qalır, Təbriz və Kirmanşah İrana qaytarılırdı. Araz çayı göstərilən dövlətlər arasında sərhəd olmalı idi. Təbriz şaha qaytarılsa da, Nadirin qazandığı bütün uğurlar heçə endirildi.
Şah II Təhmasibin taxtdan endirilməsi
Xorasandan qayıdan Nadir xan şah Təhmasibin Türkiyə ilə son müqaviləsini tanımaq istəməyib onun qüvvədən düşmüş hesab olduğunu bildirdi. 1732-ci ilin avqustunda ordu komandanlarına arxalanaraq II Təhmasibi taxtdan devirdi. Nadirin göstərişi ilə saraydan Məşhədə sürgün edilən şahın gözləri çıxarıldı. Bir daha Nadirin işlərinə qarışmaması üçün səkkiz aylıq oğlu III Abbas adı ilə “şah” elan edildi. Uşağın adına xütbə oxunub sikkə kəsildi. Tam əl-qolu açılan Nadir xan bütün dövlət İşlərini öz əlinə alıb, faktiki olaraq İran dövlətinin tam səlahiyyətli hökmdarı oldu.
Osmanlılara qarşı yeni müharibənin başlaması
Nadir ilk növbədə II Təhmasiblə Osmanlı komandanlığı arasında bağlanmış 1732-ci il müqaviləsinin şərtlərini ləğv etdi. O, 1723-cü ildən bəri işğal etdiyi bütün torpaqları Səfəvilərə qaytarmağı Osmanlıdan təkid və qətiyyətlə tələb etdi. Osmanlının bu tələbi yerinə yetirməkdən imtina etməsi Nadirin başçılığı altında Səfəvi qoşunlarının Osmanlı ordusuna qarşı güclü hərbi əməliyyatlara başlamasına səbəb oldu. Ölkənin şərqində Gılzay və təhlükəsini aradan qaldırıb, bu bölgənin təhlükəsizliyini təmin edən Nadirin Həmədan və Təbrizin alınmasıyla Osmanlı dövlətinə qarşı qazandığı uğurlar onu olduqca güclü bir mövqeyə gətirmişdi. Təhmasib devrildikdən sonra dövlətin bütün işlərinin ixtiyarı Nadirin əlinə keçirsə də, o, Osmanlılara qarşı müharibəni Bəxtiyari diyarında baş verən qiyam səbəbindən dərhal başlaya bilmir. 1732-ci il 19 oktyabrda Bəxtiyari diyarına yürüşə çıxan Nadir yalnız 10 dekabrda qısa mühasirə nəticəsində Osmanlıların tərk etdikləri Kirmanşahdan Osmanlı sərhəddinə hərəkət edir. Samirə, Xilə, Kərbəla, Nəcəf və digər yerlər zəbt edilir. Nadirin ordusu Bağdada doğru irəliləyir.
Bağdad üzərinə yürüşlər
Nadirin Bağdada yönəlməsinin ən əsas səbəblərindən biri İraq ərazisində yerləşən Bağdad, Mosul, Hələb şəhərlərindən keçən, oradan isə Avropaya qədər uzanan Aralıq dənizi ətrafı ticarət yollarını , o cümlədən Osmanlı dövləti ilə Səfəvilər arasında böyük bir önəmə sahib olan Hac ticarət yollarını öz nəzarətinə keçirmək istəyi idi. Bundan başqa şiəliyin müqəddəs ziyarətgah yerlərini yenidən Səfəvi dövlətinin tərkibinə daxil etmək istəyi də bu səfərin əsas məqsədlərindən biri idi. 1733-cü ilin yanvar ayında başlayan yürüş zamanı Nadir əsgərlərinin bir hissəsini İmamı Əzəmin qəbrini qorumaq üçün təyin etdikdən sonra 2500 nəfərlik digər bir dəstə ilə Dəclə çayının qərbinə keçdi. Ertəsi gün 1500 nəfərlik başqa bir dəstə Nadirin ordusuna qoşuldu və Bağdada doğru hərəkətə başladılar. Səfər zamanı Samirə, Xilə, Kərbəla, Nəcəf və digər yerlər zəbt olundu. Bu şəhərlərin ələ keçirilməsi ilə Bağdadın ətrafla əlaqəsi kəsildi. Lakin Nadirin bu yürüşü istənilən nəticəni verə bilmədi. Bağdad türk ordusu tərəfindən yaxşı müdafiə olunurdu. Bundan başqa Nadirin ordusunda hücum üçün nəzərdə tutulan iri toplardan yoxidi. Bağdad şəhəri 88 gün mühasirəyə alınsa da bu əməliyyatlar heç bir nəticə vermədi. Nadir ordusunun ¾ -nü itirdi.
Kərkük döyüşü
Dücum döyüşü adlanan bu mübarizədən sonra Nadir Mendeliyə gələrək yeni döyüşün hazırlıqlarına başladı. O bu məğlubiyyətin Təhmasibi tatdan endirmiş bir liderin İrandakı nüfuzuna xələl gətirə biləcəyindən narahat idi. Buna görə də həm Dücumdakı məğlubiyyətin qisasnı almaq həm də Topal Əhməd paşa rəhbərliyindəki Osmanlı qoşunu ilə yenidən qarşılaşmaq məqsədilə HƏmədan şəhərinə- Osmanlı sərhəddinə doğru yürüşə başladı. Laylan düzündə baş verən döyüşdə (digər adı ilə ) (24 oktyabr, 1733) Nadir taktiki fəndlər sayəsində qələbə çaldı. Topal Əhməd öldürülərək başı kəsildi. Osmanlı ordusu 20 min nəfər itki ilə üzləşdi. Bu qalibiyyətdən sonra Şəhrizor, Kərkük və Derna şəhərlərini ələ keçirən Nadir ordusunun bir qismini yenidən Bağdad üzərinə göndərib özü isə Təbrizi geri almaq üçün şimala doğru hərəkətə başladı. Lakin yolda Timur paşanın geri çəkildiyini və Təriz şəhərinin Səfəvi ordusu tərəfindən tutulduğu xəbərini eşidib, Bağdada qayıtdı. Bağdad valisi Əhməd paşa mübarizənin mənasız olduğunu başa düşüb Nadirə sülh təklif etdi. Beləliklə, 1733-cü ildə Bağdad şəhərində Nadir və başda Əhməd paşa olmaqla Osmanlı komandanlığı arasında hərbi əməliyyatları dayandırmaq haqqında müqavilə imzalandı. Bağdad müqaviləsinin şərtlərinə görə, Türkiyə tərəfi, son on ildə işğal etdiyi bütün torpaqları İrana qaytarmağı öhdəsinə götürdü. Müqavilədə iki dövlət arasındakı sərhədi 1639-cu il Osmanlı-Səfəvi müqaviləsinə uyğun müəyyənləşdirmək nəzərdə tutulurdu. Lakin Osmanlı hökuməti müqaviləni təsdiq etməkdən hoyun qaçırdı. Bununla əlaqədar iki dövlət arasında döyüşlər yenidən başlandı.
Nadirin Şimali Azərbaycana yürüşü
Əhməd paşa ilə bağladığı (19 dekabr, 1733) müqavilənin ratifikasiya olunmadığını və zəbt olunmuş ərazilərin geri qaytarılmadığını görən Nadir 14 iyun 1734-cü ildə türk sərhəddinə doğru hərəkətə başlayır. Nadirin öz marşrutunu dəyişib, Şirvana doğru irəliləməsinin «əsas, bəlkə də yeganə» səbəbi kimi, L.Lokhart, gürcü tarixçisi Vaxuşt Baqrationiyə istinadən «yola düşməzdən əvvəl Rusiyadakı İran casusundan rus hökumətinin Gürcüstanın eks hakimi və onun oğlu Bakara Dərbəndə hərəkət etmək, buradan da Şamaxıya hərəkət edib, oranı zəbt və Kartlini Rusiya üçün işğal etmək əmri verdiyi barədə xəbər almasını» göstərir F.Əliyev isə yazır ki, «Şirvanda Surxayın və ümumiyyətlə, Zaqafqaziyada türklərin hökmranlığına son qoymaq üçün Nadirqulu xan 14 iyun, 1734 tarixdə Əfqanıstandan Azərbaycana doğru yeni yürüşə başladı. Demək olar ki, bütün Cənubi Azərbaycanı Osmanlı ordusunda təmizləyən Nadir Cənubi Qafqazda, ilk növbədə isə, Türkiyənin formal himayəsi altında özünü sərbəst aparan Surxay xanın hakimlik etdiyi Şirvanda Osmanlı hökmranlığına son qoymaq qərarına gəldi. İran ordusunun yaxınlaşdığını eşidən Surxay xan Şamaxını tərk edib Dağıstana çəkildi. Bir zülmkardan xilas olub, digər yadelli işğalçı əsarətinə düşmək istəməyən şamaxılılar əllərində silah doğma şəhərlərinin müdafiəsinə qalxdılar. Lakin iki aylıq mühasirədən sonra sayca üstün olan düşmən qələbə çaldı və şəhərə soxuldu. 1734-cü ilin sonunda Şamaxını ələ keçirdikdən sonra Nadir əhalilinin gələcəkdə gözlənilən müqavimətini qırmaq üçün şəhəri yerlə yeksan etməyi, onun sakinlərini isə sonralar "Yeni Şamaxı" adı ilə şəhərə çevrilən Ağsuya köçürməyi əmr etdi. Şamaxının işğalından sonra İran ordusu Surxay xanın gizləndiyi Qazıqumuxa doğru hərəkət etdi. Müqavimət göstərmək imkanı olmayan Surxay xan özünü qaçmaqla xilas etdi. Qazıqumux İran ordusu tərəfindən qarət edilib dağıdıldı.
Nadir öz ordusunu buradan Gəncəyə doğru apardı. Türklərdən və Krım tatarlarından ibarət olan Əli paşa və Krım sultanı Gərayın başçılıq etdiyi Gəncə qarnizonu ciddi müqavimət göstərirdi. Mühasirə 4 ay davam etdi. Lakin Gəncə ətrafında uzun müddət dayanmaq Nadirin Cənubi Qafqazda Osmanlı qoşunu ilə mübarizə planlarını poza bilərdi. Həm də Osmanlı ordusunun Cənubi Qafqazın qərbində fəallaşması haqqında xəbərlər gəlirdi. Nadir Gəncədə Osmanlı qarnizonunu və xüsusilə hələ də rus ordusunun əlində olan Xəzərsahili vilayətləri buraxıb qərbə tərəf hərəkət etmək istəmirdi. Gəncənin mühasirəsi elə bir çətinlik törətmirdi. Çünki mühasirədə olan türk qarnizonu heç yerdən kömək və ərzaq ala bilməzdi. Vəziyyət o vaxt pisləşə bilərdi ki, Nadirin olmamasından istifadə edən Xəzər sahilindəki rus hakimiyyət dairələri Osmanlı qarnizonuna yardım göstərsinlər. Məhz buna görə də Nadir rus ordusunun Xəzərsahili vilayətlərdən getməsi haqqında Rusiya dövləti ilə çoxdan başlanmış danışıqları başa çatdırmaq qərarına gəldi. Beləliklə, 1735-ci il martın 21-də Gəncə ətrafında Rusiya və İran dövlətlərinin nümayəndələri arasında sonralar "Gəncə müqaviləsi" adını almış müqavilə imzalandı. Bu müqavilənin şərtlərinə əsasən, rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə bərpa olunurdu.
Müharibənin başa çatması
Böyük qüvvə sərf etmədən Xəzərsahili vilayətləri ələ keçirən Nadir xan Cənubi Qafqazda Osmanlı ağalığına qarşı həlledici döyüşlərə başladı. May ayının 6-da Gəncəni tərk edərək Alaköyə doğru hərəkət etdi. 24 may 1735-ci ildə 12 min nəfərlik ordu ilə Qars şəhəri yaxınlığında öz mövqeyini aldı. Digər tərəfdən Osmanlı sərəsgəri Abdullah paşa bu xəbəri eşidərək Van valisi Teymur paşadan yardım istədi. O 30 minlik qoşunla Nadir üzərinə yerisə də Qars ətrafı ilk döyüşdə məğlub edildi. Osmanlı ordusu Ərzuruma doğru geri çəkildi. Nadirin ordusu şəhəri mühasirəyə alsa da, ələ keçirə bilmədi. Çox keçmədən mühasirəni yarımçıq qoyub İrəvana doğru yola düşdü. Nadirin Qars qalasından uzaqlaşdığı xəbərini eşidən sərəsgər Abdullah Paşa 18 iyun 1735-də 80 minlik qoşunla onun üzərinə hücuma keçdi. Nəticədə İrəvan şəhəri yaxınlığında Arpaçay adlanan yerdə baş verən döyüşdə də Nadir xanın ordusu qalib gəldi. Döyüşdə sərəsgər Abdullah paşa öldürüldü, Osmanlı ordusu isə böyük itki verdi. Arpaçay döyüşündən sonra Gəncə, Tiflis, İrəvan şəhərləri Nadir xan ordusu tərəfindən tamamilə ələ keçirildi. Bundan sonra ikinci Qars yürüşünə hazırlıq görməyə başladı. Daha sonra Nadir yenidən Qarsa doğru hərəkət edib , bir ay buranı mühasirədə saxladı, şəhərin su kəməri kəsildi, Arpa caydan Ərzuruma qədər vilayətlər talan edildi . Lokhart yazır:
«Nadirin Anadoluya olan iddialarından, habelə Rusiyanın hərəkətlərindən narahat olan Osmanlılar Səfəvilərə sülh şərtlərini təklif edir. Nadir nəinki bütün İran vilayətləri və şəhərlərini... qaytarır, hətta müharibənin Türkiyə ərazisinə keçməsinə nail olur»
İranla danışıq aparmaq səlahiyyəti almış Əhməd paşa Nadirin yanına elçi göndərib İrəvanı təslim etməklə, sülh bağlamağı təklif edir. Lord Kinnoul öz raportunda məlumat verirdi ki, «Nadir Qarsı mühasirədə saxladığından bu qalanın da təhvil verilməsini, İran ərazilərinin Türkiyə tərəfindən işğal edildiyi vaxtdan indiyədək vurulan zərərə görə təzminat ödənilməsini tələb edir». Lakin o, tezliklə Qarsa olan iddiasından əl çəkir, Əhməd paşa İrəvanı təslim edir və şəhərin qapıları 3 oktyabrda iranlıların üzünə açılır. Məlum olduğu kimi, Rusiya Xəzərboyunu «İran, Rusiya ilə ittifaqda Türkiyəyə qarşı mübarizəni davam etdirəcəyi və onunla separat sülh bağlamayacağı şərtilə razılığa gəlmişdi (Gəncə müqaviləsi, 1735). Lakin bu şərt Nadir tərəfindən ...pozulur; 1736-cı ildə Ərzurumda Türkiyə ilə sülh bağlanır...»
İstinadlar
- Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
- Dadaşova, Rəhimə. Səfəvilərin son dövrü (ingilis dilli tarixşünaslıqda). Bakı: Nurlan nəşriyyat. 2003.
- Ateş, Abdurrahman. AVŞARLI NADİR ŞAH VE DÖNEMİNDE OSMANLI-İRAN MÜCADELELERİ. Isparta. 2001.
- Azərbaycan Tarixi III cild. Bakı: Elm nəşriyyatı. 2005.
- Yıldırım, Alper. I. MAHMUD DEVRİ OSMANLI-İRAN İLİŞKİLERİ. Eskişehir: Eskişehir Osmangazi Üniversitesi. 2017.
- "The Army of Nader Shah" (PDF). 2016-03-03 tarixində (PDF). İstifadə tarixi: 2018-10-22.
Ədəbiyyat
- Azərbaycan Tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya.
- R.İ.Dadaşova. Səfəvilərin son dövrü (ingilisdilli tarixşünaslıqda). Bakı. «Nurlan». 2003. 393 səh.
- J. R. Perry, “The Last Safavids, 1722-1773”. Iran IX. 1971.
- S.Əliyarlı. Azərbaycan tarixi ( Uzaq keçmişdən 1870-ci ilə qədər). Bakı. «Azərbaycan». 1996. 869 səh
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sefevi Osmanli muharibesi 1730 1736 1730 1736 ci illerde Sefeviler ve Osmanli imperiyalari arasinda bas vermis muharibe Sefevi Osmanli muharibesi 1730 1736 Tarix 1730 1736Yeri Qafqaz Mesopotamiya Qerbi IranSebebi Itirilmis Sefevi torplaqlarinin geri qaytarilmasiNeticesi Nadirin qelebesiErazi deyisikliyi Osmanli ordusu Qerbi Irandan cixarildi Kecmis Sefevi erazisi berpa edildi Ruslar da Qafqazdan geri cekildi Munaqise terefleriSefeviler Imperiyasi Osmanli Imperiyasi Krim xanligi LezgilerKomandan lar II Tehmasib Nadir xan terefinden devrilib III Sah Abbas Nadir xanin vassali Nadir xan faktiki Sah I Mahmud Topal Osman Pasa Hekimoglu Eli pasa Koprulu Abdullah pasa Ehmed pasaArxaplanXVIII esrin 30 cu illerine yaxin Sefevi Irani erazisinin boyuk bir hissesi efqan isgalcilarindan temizlendi Ilk once Nadir Astrabad ve Mazandarani tutmus turkmenleri ezerek Xezer denizine sah hokumeti ucun cixis acdi 1728 1729 cu illerde efqanlari irandan vurub cixardi Sah Tehmasibin Isfahana qayitmasi ucun yol acilmis oldu Bununla bele Qerbi Iran Cenubi Azerbaycan Xezersahili vilayetler istisna edilmekle demek olar ki butun Cenubi Qafqaz hele de Osmanli isgalcilarinin elinde idi Nadir xanin yukselisi ile yeniden dircelmis Iran dovleti qarsisinda Osmanli ordusu ile mubarize vezifesi dururdu Nadir Isfahanda efqan hakimiyyetine son verdikden sonra II Tehmasibin de Osmanli dovletine qarsi tutumu deyisdi Bele ki Osmanli dovletinin teyin etdiyi Hemedan hakimi Abdurrahman Pasaya gonderdiyi mektubda Osmanli dovletinden ele kecirilen torpaqlari derhal geri vermesini eks teqdirde muharibeye baslayacagini bildirdi Bundan basqa Samli Rzaqulu xani Istanbula gondererek elci vasitesile Qerbi Iranda ele kecirilen torpaqlarin sulh yolu ile geri qaytarilmasini teleb etdi 1729 cu ilin iyun ayinda Istanbula gelen Rzaqulu xan Osmanli dovleti terefinden xosluqla qarsilandi Rzaqulu xan isgal olunmus erazilerin qaytarilmasi ve Iranin Turkiyeden cekdiyi xercler muqabilinde illik odenc vermesi barede muqavile baglanmasina nail oldu Lakin gorusmeler zamani Nadir xanin Hemedana yurus etdiyi xeberi yayilir Rzaqulu xan her bir vechle bu xeberi yalanlayaraq vaxt qazanmaga calissa da Osmanli hokumeti elcinin bu cehdlerini basa dusur Artiq 1730 cu il Iran ucun Turkiyeye qarsi herbi emeliyyata baslamaq elverisli serait yaranmisdi Evvela bu dovrde bas vermis cevrilis neticesinde III Sultan Ehmed taxtdan salinmisdi ve Turkiyenin hakim daireleri daxili veziyyetin nizama salinmasi ile mesgul idi Ikincisi Rusiya Irana husn regbet besleyirdi Seraiti duzgun qiymetlendiren Iran dovleti Osmanli imperiyasina qarsi herbi emeliyyatlara yeniden basladi Muharibenin baslamasiNehavend ve Hemedanin geri alinmasi Melayir doyusu zamani ordularin duzulusu Istanbula gonderilen elciden xeber ala bilmeyen Nadir xan 1730 cu ilin martinda Sirazdan Ecem Iraqina dogru herekete baslayir Nadir xanin ordusu Suster Dezful Xurremabaddan kecerek Burucirde gelir Bundan sonra o ordusunun bir hissesini Kirmansaha gonderib 6000 min neferlik diger qismi ile Nehavend uzerine yuruse baslayir Bir gunluk yurusden sonra 1730 cu ilin iyul ayinda Nehavend ele kecirilirdi Seher hakimi esir goturuldu Bu zaman Hemedan hakimi Ebdurrehman pasa Van valisi Timurtas pasa komandanliginda bir desteni Nadir xan uzerine gonderdi Terefler Melayir adlanan erzaide qarsi qarsiya gelir ve Nadir Osmanli ordusunu darmadagin edir Netice de Osmanli ordusu 7 iyul 1730 cu ilde seheri terk ederek Bagdada cekilir Doyusden sonra Hemedan seherine acilan yolKirmansah ve Tebriz uzerine yurusler Ordunun bir qismini Huseynqulu xan Zengene rehberliyinde Kirmansah uzerine gonderen Nadir xan onun megubiyyet xeberini esidib boyuk bir deste ile Kirmansaha dogru herekete baslayir Lakin Kirman hakimi Hesen Pasa Hemedan ve Nehavendin ele kecirilmesi xeberini alib seheri coxdan terk etmisdi Belelikle Nadir hec bir muqavimet gormeden sehere daxil olur Osmanli ordusunun Azerbaycandaki esas dayaq noqtelerinden biri Tebriz idi Iran ordusunun basinda duran Nadir xan Efsar qosunlarini mehz oraya yoneltdi Tebrize hereket ederken Iran serbazi Tebriz qarnizonuna yardima geden Osmanli hisselerini meglub etdiler Osmanli ordusu Irevana teref geri cekildi Tezlikle Nadir Tebrize yaxinlasdi Agir doyusler baslandi Coxsayli dusmenin zerbelerine tab getirmeyen Osmanli qarnizornu sehere cekildi ve 6 gun erzinde Iran ordusunun fasilesiz hucumlarini def etdi Lakin Osmanli bas vezirinin gosterisi ile Tebriz terk olundu 1730 cu ilin sentyabrinda Iran ordusu Osmanli qarnizonunun yerlesdiyi Erdebile dogru hereket etmek qerarina geldi Bu xeberi esiden Osmanli pasasi komek ucun hemin dovrde Xezersahili vilayetlerde yerlesen rus ordusuna muraciet etdi Rus komandanliginin vasiteciliyi neticesinde Osmanli hisselerle hec bir itki vermeden Erdebili terk ederek ruslarin hakimiyyeti altinda olan Astarada siginacaq tapdilar Sonra ise Sirvandan kecerek Turkiyeye yola dusduler Iran ordusu ise hec bir muqavimete rast gelmeden Erdebili tutdu Lakin hadiselerin gozlenilmeden deyismesi Nadirin Turkiyeye qarsi ugurlu mubarizesine mane oldu Xorasanda sah hokumetine qarsi usyan qalxdi ve Nadir usyani yatirmaq ucun oraya yola dusmeye mecbur oldu Sah II Tehmasibin hucum emeliyyatlariNadirin usyani yatirmaqla mesgul olmasindan istifade eden II Sah Tehmasib oz sarsilmis nufuzunu berpa etmek meqsedile Osmanlilara qarsi herbi emeliyyatlan davam etdirmek qerarina geldi 1731 ci ilde Iran ordusu Irevana teref hereket etdi Lakin Ucmuedzinde elde olunan ilkin muveffeqiyyete baxmayaraq Sah Tehmasibin ordusu meglubiyyete ugradi Hetta sahin ozu de az qala esir dusecekdi Aprelin ilk gunlerinden II Tehmasib ozunun meglub edilmis ordusu ile Tebrize qayitmaga mecbur oldu Hemin dovrun arxiv senedlerinde deyilirdi ki orduda acliq hokm sururdu ve onun coxlu adami ati ve qatiri mehv olmusdu Osmanli komandanligi Iran ordusu terefinden ele kecirilmis torpaqlari qaytarmaq qerarina geldi Turk qosunu Tebrize teref hereket etdi Oz novbesinde Surxay xan 1731 ci il aprelin 24 de Eli pasadan Tebrize getmek ve Genceden buraya gonderilen turk ordusu ile birlesmek haqqinda emr aldi Osmanli ordusu Cenubi Azerbaycan ve Iranda qelebe calaraq olkenin icerilerine dogru ugurla hereket etdi II Sah Tehmasib dusmeni dayandirmaq ucun oz ordunu Hemedana gonderdi Ele buradaca terefler arasinda doyus bas verdi Sentyabrin 16 da bas veren ve Kurican adlanan doyusde II Tehmasibin ordusu meglubiyyete ugradi Kurican kendinde bas veren doyusle bagli L Lokhart yazir ki Iran suvarileri turk atlilarinin siralarini 3 defe yarirlar ele tesevvur yaranir ki Tehmasib cox asanliqla qelebe elde edecek Lakin yeniceriler iranlilarin piyadalarini hansilar ki herbi cehetden daha seristesiz idiler meglub ederek sonradan atlilari def edirler Tehmasib 3000 adami ile az qala teslim olmaq uzre olur lakin cetinlikle qacib aradan cixa bilir Onun minlerle esgeri oz heyatini itirir sag qalanlar ise o qeder ruhdan dusur ki meyus halda evlerine dagilisirlar Turkler Tehmasibin silah sursatini o cumleden artilleriyasini ele kecirirler Kirmansah muqavilesi Kirmansah seheri Belelikle Isfahana geden yol Osmanli ordusunun uzune acilmis oldu Lakin Ehmed pasa Iran paytaxtini ele kecirmek ucun lazimi qeder quvvesi olmadigini anlayaraq tutulmus erazini talan etmekle kifayetlendi Agir meglubiyyet qarsisinda qalan II Sah Tehmasib Osmanli Turkiyesinden sulh sazisi baglamagi xahis etdi Isfahandan uzaqda yerlesen Nadir bu xeberi esidib tecili olaraq II Tehmasibe mektub gonderdi ve Turkiye ile sulh baglamasini torpaq guzeste getmemesini teleb etdi Lakin 1732 ci il yanvarin 16 da Kirmansah seherinde Iranla Turkiye arasinda sulh baglandi ve sah lengimeden onu tesdiq etdi Hemin muqavilenin sertlerine gore Irevan Gence Tiflis Samaxi seherleri ile birlikde Sirvan vilayeti habele Dagistan Turkiyenin ixtiyarinda qalir Tebriz ve Kirmansah Irana qaytarilirdi Araz cayi gosterilen dovletler arasinda serhed olmali idi Tebriz saha qaytarilsa da Nadirin qazandigi butun ugurlar hece endirildi Sah II Tehmasibin taxtdan endirilmesi Xorasandan qayidan Nadir xan sah Tehmasibin Turkiye ile son muqavilesini tanimaq istemeyib onun quvveden dusmus hesab oldugunu bildirdi 1732 ci ilin avqustunda ordu komandanlarina arxalanaraq II Tehmasibi taxtdan devirdi Nadirin gosterisi ile saraydan Meshede surgun edilen sahin gozleri cixarildi Bir daha Nadirin islerine qarismamasi ucun sekkiz ayliq oglu III Abbas adi ile sah elan edildi Usagin adina xutbe oxunub sikke kesildi Tam el qolu acilan Nadir xan butun dovlet Islerini oz eline alib faktiki olaraq Iran dovletinin tam selahiyyetli hokmdari oldu Osmanlilara qarsi yeni muharibenin baslamasiNadir ilk novbede II Tehmasible Osmanli komandanligi arasinda baglanmis 1732 ci il muqavilesinin sertlerini legv etdi O 1723 cu ilden beri isgal etdiyi butun torpaqlari Sefevilere qaytarmagi Osmanlidan tekid ve qetiyyetle teleb etdi Osmanlinin bu telebi yerine yetirmekden imtina etmesi Nadirin basciligi altinda Sefevi qosunlarinin Osmanli ordusuna qarsi guclu herbi emeliyyatlara baslamasina sebeb oldu Olkenin serqinde Gilzay ve tehlukesini aradan qaldirib bu bolgenin tehlukesizliyini temin eden Nadirin Hemedan ve Tebrizin alinmasiyla Osmanli dovletine qarsi qazandigi ugurlar onu olduqca guclu bir movqeye getirmisdi Tehmasib devrildikden sonra dovletin butun islerinin ixtiyari Nadirin eline kecirse de o Osmanlilara qarsi muharibeni Bextiyari diyarinda bas veren qiyam sebebinden derhal baslaya bilmir 1732 ci il 19 oktyabrda Bextiyari diyarina yuruse cixan Nadir yalniz 10 dekabrda qisa muhasire neticesinde Osmanlilarin terk etdikleri Kirmansahdan Osmanli serheddine hereket edir Samire Xile Kerbela Necef ve diger yerler zebt edilir Nadirin ordusu Bagdada dogru irelileyir Bagdad uzerine yurusler Nadirin Bagdada yonelmesinin en esas sebeblerinden biri Iraq erazisinde yerlesen Bagdad Mosul Heleb seherlerinden kecen oradan ise Avropaya qeder uzanan Araliq denizi etrafi ticaret yollarini o cumleden Osmanli dovleti ile Sefeviler arasinda boyuk bir oneme sahib olan Hac ticaret yollarini oz nezaretine kecirmek isteyi idi Bundan basqa sieliyin muqeddes ziyaretgah yerlerini yeniden Sefevi dovletinin terkibine daxil etmek isteyi de bu seferin esas meqsedlerinden biri idi 1733 cu ilin yanvar ayinda baslayan yurus zamani Nadir esgerlerinin bir hissesini Imami Ezemin qebrini qorumaq ucun teyin etdikden sonra 2500 neferlik diger bir deste ile Decle cayinin qerbine kecdi Ertesi gun 1500 neferlik basqa bir deste Nadirin ordusuna qosuldu ve Bagdada dogru herekete basladilar Sefer zamani Samire Xile Kerbela Necef ve diger yerler zebt olundu Bu seherlerin ele kecirilmesi ile Bagdadin etrafla elaqesi kesildi Lakin Nadirin bu yurusu istenilen neticeni vere bilmedi Bagdad turk ordusu terefinden yaxsi mudafie olunurdu Bundan basqa Nadirin ordusunda hucum ucun nezerde tutulan iri toplardan yoxidi Bagdad seheri 88 gun muhasireye alinsa da bu emeliyyatlar hec bir netice vermedi Nadir ordusunun nu itirdi Kerkuk doyusu Kerkuk doyusu Ducum doyusu adlanan bu mubarizeden sonra Nadir Mendeliye gelerek yeni doyusun hazirliqlarina basladi O bu meglubiyyetin Tehmasibi tatdan endirmis bir liderin Irandaki nufuzuna xelel getire bileceyinden narahat idi Buna gore de hem Ducumdaki meglubiyyetin qisasni almaq hem de Topal Ehmed pasa rehberliyindeki Osmanli qosunu ile yeniden qarsilasmaq meqsedile HEmedan seherine Osmanli serheddine dogru yuruse basladi Laylan duzunde bas veren doyusde diger adi ile 24 oktyabr 1733 Nadir taktiki fendler sayesinde qelebe caldi Topal Ehmed oldurulerek basi kesildi Osmanli ordusu 20 min nefer itki ile uzlesdi Bu qalibiyyetden sonra Sehrizor Kerkuk ve Derna seherlerini ele keciren Nadir ordusunun bir qismini yeniden Bagdad uzerine gonderib ozu ise Tebrizi geri almaq ucun simala dogru herekete basladi Lakin yolda Timur pasanin geri cekildiyini ve Teriz seherinin Sefevi ordusu terefinden tutuldugu xeberini esidib Bagdada qayitdi Bagdad valisi Ehmed pasa mubarizenin menasiz oldugunu basa dusub Nadire sulh teklif etdi Belelikle 1733 cu ilde Bagdad seherinde Nadir ve basda Ehmed pasa olmaqla Osmanli komandanligi arasinda herbi emeliyyatlari dayandirmaq haqqinda muqavile imzalandi Bagdad muqavilesinin sertlerine gore Turkiye terefi son on ilde isgal etdiyi butun torpaqlari Irana qaytarmagi ohdesine goturdu Muqavilede iki dovlet arasindaki serhedi 1639 cu il Osmanli Sefevi muqavilesine uygun mueyyenlesdirmek nezerde tutulurdu Lakin Osmanli hokumeti muqavileni tesdiq etmekden hoyun qacirdi Bununla elaqedar iki dovlet arasinda doyusler yeniden baslandi Nadirin Simali Azerbaycana yurusu Ehmed pasa ile bagladigi 19 dekabr 1733 muqavilenin ratifikasiya olunmadigini ve zebt olunmus erazilerin geri qaytarilmadigini goren Nadir 14 iyun 1734 cu ilde turk serheddine dogru herekete baslayir Nadirin oz marsrutunu deyisib Sirvana dogru irelilemesinin esas belke de yegane sebebi kimi L Lokhart gurcu tarixcisi Vaxust Baqrationiye istinaden yola dusmezden evvel Rusiyadaki Iran casusundan rus hokumetinin Gurcustanin eks hakimi ve onun oglu Bakara Derbende hereket etmek buradan da Samaxiya hereket edib orani zebt ve Kartlini Rusiya ucun isgal etmek emri verdiyi barede xeber almasini gosterir F Eliyev ise yazir ki Sirvanda Surxayin ve umumiyyetle Zaqafqaziyada turklerin hokmranligina son qoymaq ucun Nadirqulu xan 14 iyun 1734 tarixde Efqanistandan Azerbaycana dogru yeni yuruse basladi Demek olar ki butun Cenubi Azerbaycani Osmanli ordusunda temizleyen Nadir Cenubi Qafqazda ilk novbede ise Turkiyenin formal himayesi altinda ozunu serbest aparan Surxay xanin hakimlik etdiyi Sirvanda Osmanli hokmranligina son qoymaq qerarina geldi Iran ordusunun yaxinlasdigini esiden Surxay xan Samaxini terk edib Dagistana cekildi Bir zulmkardan xilas olub diger yadelli isgalci esaretine dusmek istemeyen samaxililar ellerinde silah dogma seherlerinin mudafiesine qalxdilar Lakin iki ayliq muhasireden sonra sayca ustun olan dusmen qelebe caldi ve sehere soxuldu 1734 cu ilin sonunda Samaxini ele kecirdikden sonra Nadir ehalilinin gelecekde gozlenilen muqavimetini qirmaq ucun seheri yerle yeksan etmeyi onun sakinlerini ise sonralar Yeni Samaxi adi ile sehere cevrilen Agsuya kocurmeyi emr etdi Samaxinin isgalindan sonra Iran ordusu Surxay xanin gizlendiyi Qaziqumuxa dogru hereket etdi Muqavimet gostermek imkani olmayan Surxay xan ozunu qacmaqla xilas etdi Qaziqumux Iran ordusu terefinden qaret edilib dagidildi Nadir oz ordusunu buradan Genceye dogru apardi Turklerden ve Krim tatarlarindan ibaret olan Eli pasa ve Krim sultani Gerayin basciliq etdiyi Gence qarnizonu ciddi muqavimet gosterirdi Muhasire 4 ay davam etdi Lakin Gence etrafinda uzun muddet dayanmaq Nadirin Cenubi Qafqazda Osmanli qosunu ile mubarize planlarini poza bilerdi Hem de Osmanli ordusunun Cenubi Qafqazin qerbinde feallasmasi haqqinda xeberler gelirdi Nadir Gencede Osmanli qarnizonunu ve xususile hele de rus ordusunun elinde olan Xezersahili vilayetleri buraxib qerbe teref hereket etmek istemirdi Gencenin muhasiresi ele bir cetinlik toretmirdi Cunki muhasirede olan turk qarnizonu hec yerden komek ve erzaq ala bilmezdi Veziyyet o vaxt pislese bilerdi ki Nadirin olmamasindan istifade eden Xezer sahilindeki rus hakimiyyet daireleri Osmanli qarnizonuna yardim gostersinler Mehz buna gore de Nadir rus ordusunun Xezersahili vilayetlerden getmesi haqqinda Rusiya dovleti ile coxdan baslanmis danisiqlari basa catdirmaq qerarina geldi Belelikle 1735 ci il martin 21 de Gence etrafinda Rusiya ve Iran dovletlerinin numayendeleri arasinda sonralar Gence muqavilesi adini almis muqavile imzalandi Bu muqavilenin sertlerine esasen rus qosunlari Xezersahili vilayetleri tamamile terk edir burada evvelki inzibati idare berpa olunurdu Muharibenin basa catmasiOsmanli ordusunda doyusen Krim tatari Boyuk quvve serf etmeden Xezersahili vilayetleri ele keciren Nadir xan Cenubi Qafqazda Osmanli agaligina qarsi helledici doyuslere basladi May ayinin 6 da Genceni terk ederek Alakoye dogru hereket etdi 24 may 1735 ci ilde 12 min neferlik ordu ile Qars seheri yaxinliginda oz movqeyini aldi Diger terefden Osmanli seresgeri Abdullah pasa bu xeberi esiderek Van valisi Teymur pasadan yardim istedi O 30 minlik qosunla Nadir uzerine yerise de Qars etrafi ilk doyusde meglub edildi Osmanli ordusu Erzuruma dogru geri cekildi Nadirin ordusu seheri muhasireye alsa da ele kecire bilmedi Cox kecmeden muhasireni yarimciq qoyub Irevana dogru yola dusdu Nadirin Qars qalasindan uzaqlasdigi xeberini esiden seresger Abdullah Pasa 18 iyun 1735 de 80 minlik qosunla onun uzerine hucuma kecdi Neticede Irevan seheri yaxinliginda Arpacay adlanan yerde bas veren doyusde de Nadir xanin ordusu qalib geldi Doyusde seresger Abdullah pasa olduruldu Osmanli ordusu ise boyuk itki verdi Arpacay doyusunden sonra Gence Tiflis Irevan seherleri Nadir xan ordusu terefinden tamamile ele kecirildi Bundan sonra ikinci Qars yurusune hazirliq gormeye basladi Daha sonra Nadir yeniden Qarsa dogru hereket edib bir ay burani muhasirede saxladi seherin su kemeri kesildi Arpa caydan Erzuruma qeder vilayetler talan edildi Lokhart yazir Nadirin Anadoluya olan iddialarindan habele Rusiyanin hereketlerinden narahat olan Osmanlilar Sefevilere sulh sertlerini teklif edir Nadir neinki butun Iran vilayetleri ve seherlerini qaytarir hetta muharibenin Turkiye erazisine kecmesine nail olur Iranla danisiq aparmaq selahiyyeti almis Ehmed pasa Nadirin yanina elci gonderib Irevani teslim etmekle sulh baglamagi teklif edir Lord Kinnoul oz raportunda melumat verirdi ki Nadir Qarsi muhasirede saxladigindan bu qalanin da tehvil verilmesini Iran erazilerinin Turkiye terefinden isgal edildiyi vaxtdan indiyedek vurulan zerere gore tezminat odenilmesini teleb edir Lakin o tezlikle Qarsa olan iddiasindan el cekir Ehmed pasa Irevani teslim edir ve seherin qapilari 3 oktyabrda iranlilarin uzune acilir Melum oldugu kimi Rusiya Xezerboyunu Iran Rusiya ile ittifaqda Turkiyeye qarsi mubarizeni davam etdireceyi ve onunla separat sulh baglamayacagi sertile raziliga gelmisdi Gence muqavilesi 1735 Lakin bu sert Nadir terefinden pozulur 1736 ci ilde Erzurumda Turkiye ile sulh baglanir IstinadlarEliyarli Suleyman Azerbaycan tarixi Uzaq kecmisden 1870 ci illere qeder Baki Azerbaycan nesriyyati 1996 Dadasova Rehime Sefevilerin son dovru ingilis dilli tarixsunasliqda Baki Nurlan nesriyyat 2003 Ates Abdurrahman AVSARLI NADIR SAH VE DONEMINDE OSMANLI IRAN MUCADELELERI Isparta 2001 Azerbaycan Tarixi III cild Baki Elm nesriyyati 2005 Yildirim Alper I MAHMUD DEVRI OSMANLI IRAN ILISKILERI Eskisehir Eskisehir Osmangazi Universitesi 2017 The Army of Nader Shah PDF 2016 03 03 tarixinde PDF Istifade tarixi 2018 10 22 EdebiyyatAzerbaycan Tarixi Yeddi cildde III cild XIII XVIII esrler Baki Elm 2007 592 seh 56 seh illustrasiya R I Dadasova Sefevilerin son dovru ingilisdilli tarixsunasliqda Baki Nurlan 2003 393 seh J R Perry The Last Safavids 1722 1773 Iran IX 1971 S Eliyarli Azerbaycan tarixi Uzaq kecmisden 1870 ci ile qeder Baki Azerbaycan 1996 869 seh