Sultan Süleymanın Səfəvilər üzərinə yürüşü — əsası hələ Sultan Səlimlə Şah İsmayıl dövründə qoyulan müharibənin ardı mahiyyətində olan yürüşdür. 1532-ci ildən yenidən aktiv şəkildə başlayan müharibədə son mərhələni təşkil etməklə, 1554-cü ilin iyun ayında başlamış və 1555-ci ilin may ayına qədər davam etmişdir.
Sultan Süleymanın Səfəvilər üzərinə yürüşü (1554-1555) | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1514–1555) | |||
Tarix | 1554 iyun - 1555 may | ||
Yeri | Şimali Azərbaycan | ||
Səbəbi | Səfəvi dövləti ilə Osmanlı arasında olan ziddiyətlər | ||
Nəticəsi | Osmanlı İmperiyası Rəvanı, Naxçıvanı və Qarabağı talan etdi və Amasya müqaviləsi imzalandı. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Arxa plan
Yürüş Səfəvi ordusunun 1550–1552-ci illəri əhatə edən cavab mahiyyətində olmuşdur. 1550–1552-ci illə yürüşü zamanı qələbə qazanan Səfəvi ordusu Van və Ərzurumu ələ keçirib dağıtmışdı. 1554-cü ilin iyul ayının sonlarında Osmanlı imperiyası Səfəvi imperiyasını döyüşə çağırdı və bunun ardınca İbn Kamalın fətvası yayımlandı. Yürüş müharibədəki Scherbergerə görə III,Oqtay Əfəndiyevə görə isə IV yürüş idi və şəxsən Sultan Süleyman özü komandanlıq edirdi. Onun köməkçisi Rumelinin canişini Sokollu Mehmed paşa idi. Süleymanın ordusuna Balkanlardan olan qüvvələr də daxil idi.Balkandan olan qüvvələr 1553–1554-cü ilin qışını Tokatda keçirdikdən sonra 1554-cü ilin iyununda Hələbdəki Suşehrində sultanın ordusuna qatıldı. Balkandan gəlmiş qüvvələr yürüşdə axıra qədər iştirak etdilər.
Yürüş
Azərbaycana daxil olan Osmanlı ordusu Səfəvilərin saraylarını, bağlarını dağıtdıqdan sonra İrəvanı, Qarabağı və Naxçıvanı ələ keçirdi. Osmanlının 1548-ci il də həyata keçmiş Van yürüşü zamanı Osmanlıya tabe olmamış Mahmudi tayfası bu yürüşə qədər Səfəvi imperiyasına tabe idi. Lakin onlar da 1554-cü ildə Osmanlıya tabe oldular.Osmanlı imperiyasının baş şeyxülislamı olan Əbusuud 1554-cü ildə fətva verərək Səfəvi əsirlərinin qeyri-müsəlmanlar kimi qul edilə biləcəyini elan etdi. Əvvəlki praktikalardan fərqli olaraq, qul edilməklə yanaşı, bu fətva Səfəvi əsirlərinin qul kimi satıla bilinməsini də mümkün edirdi. Həmçinin bu fətva ilə Qızılbaş övladlarının qul edilməsi qadağan edilirdi. Səfəvi imperiyası isə, buna cavab olaraq Osmanlı imperiyasından ələ keçirdikləri əsirləri qul etmək əvəzinə, öldürmək qərarına gəldilər.
Osmanlı ordusu Səfəvi ordusu ilə müqayisədə daha azsaylı idi, həmçinin Osmanlı ordusu daha yaxşı silahlarla təchiz olunmaqla birlikdə, çox güclü odlu silahlara malik idi, halbuki sonuncusu Səfəvi ordusuna demək olar ki, yox idi. Buna görə də, Şah Təhmasib düşmənin başlıca qüvvələri ilə gözlənilən toqquşmadan çəkinərək, sultan qoşunlarının hərəkət edəcəyi gözlənilən yollara viranedici həmlələr edirdi. Şah Bazarçay (Arazın qolu) yaylaqlarına tərəf çəkildi. İskəndər bəy Münşinin yazdığına görə, sultanın Naxçıvana hərəkəti zamanı qızılbaşlar yollarda osmanlılara qəfil basqınlar edir, ayrı-ayrı dəstələri qılıncdan keçirir və əsir alırdılar. Şahın əmrilə qızılbaşların bir hissəsi İsmayıl Mirzənin, Məsum bəy Səfəvinin və başçılığı altında Van və Vostan bölgələrinə, digəri isə Sultan Hüseyn Mirzənin (Bəhram Mirzənin oğlu) və Şahverdi Sultan Ziyad oğlunun başçılığı ilə Pasinə göndərildi. Bu basqınların məqsədi düşmənin geri çəkiləcəyi yolun üstündəki yerləri xarabaya çevirməkdən ibarət idi. Kəskin ərzaq çatışmazlığı ilə üzləşən sultan qabaqcadan od vurub yandırdığı Naxçıvanı tərk etdi və geriyə — Ərzuruma qayıtdı. Qızılbaş qoşunları (İsgəndər bəy Münşiyə görə,sayı təqribən 40 min nəfər) geri çəkilən Osmanlıların ardınca osmanlı ərazilərinə qədəm qoydular. Qızılbaşlar bir döyüşdə Osmanlıların böyük dəstəsini darmadağın edərək, türk sultanının yaxın adamlarından biri olan Sinan bəyi əsir aldılar. Yürüşün yorub əldən saldığı Sultan qoşunları arasında narazılıq artırdı. Əlbəttə, sultanın özü və yaxın adamları da ordunun əhval-ruhiyyəsi, həmçinin özlərinin Azərbaycana yürüşlərinin faydasızlığı ilə hesablaşmağa məcbur idilər. Buna görə də, Osmanlı Türkiyəsi Səfəvilərin dəfələrlə təkid etdiyi sülh danışıqlarına başlamağa razı olduğunu bildirdi.
Döyüşlərdə uğur qazana bilməyən və ələ keçirdiyi yerlərdə möhkəmlənə bilməyən Sultan Süleyman Şah Təhmasibə göndərdiyi məktubda əgər Səfəvilər Anadoluya hücumları durmazlarsa, Ərdəbilə gedəcəyini və Səfəvilərin ata-baba məzarlarını dağıdacaqlarını elan etdi. Lakin güclü Qızılbaş ordusunun buna icazə verməyəcəyi bəlli idi. Sonda hər iki tərəf ağır itki verib, heç nə əldə edə bilmədikdən sonra sülh imzalamağa məcbur oldu.
Nəticə
Osmanlı imperiyasının təklifi əsasında hər iki tərəf sülh danışıqlarına başladı. Torpaq məsələlərində hər iki tərəf razılığa gələ bildi. Razılığa görə Azərbaycan torpaqları Səfəvi imperiyasında qalırdı, bunun qarşılığında Şah Təhmasib İraq və Şərqi Anadolunun Osmanlı imperiyasının tabeliyinə keçməsini qəbul edirdi. Həmçinin Səfəvi imperiyasından olan zəvvarlara Osmanlı hakimiyyəti altında olan müqəddəs yerlərə gedə bilmələrinə əngəl törədilməyəcəyinə söz verilirdi.
Amasyada imzalanan və buna görə də, Amasya sülhü adlandırılan bu müqavilə ilə Səfəvi-Osmanlı müharibəsinə bir müddət ara verildi.
Həmçinin bax
Qeydlər
- Mahmudi tayfası Van civarlarında məskunlaşan Yezidi kürd tayfalarından biri idi. Əvvəlcə Səfəvilərə tabe olsalar da, bu yürüş əsnasında Osmanlı hakimiyyətinə keçmiş və müsəlman olmuşdurlar.
Mənbə
İstinadlar
- Gábor Ágoston-Bruce Masters:Encyclopaedia of the Ottoman Empire , ISBN , p.280
- The Reign of Suleiman the Magnificent, 1520-1566, V.J. Parry, A History of the Ottoman Empire to 1730, ed. M.A. Cook (Cambridge University Press, 1976), 94.
- The Cambridge history of Islam by Peter Malcolm Holt, Ann K. S. Lambton, Bernard Lewis p. 330
- The Cambridge history of Iran by William Bayne Fisher p.384ff
- Yürekli, 2016. səh. 119
- Şahin, 2013. səh. 211
- Scherberger, 2014. səh. 59
- Əfəndiyev, 2007. səh. 102
- Açikyildiz-Şengül, Birgül. "From Yezidism to Islam: Religious Architecture of the Mahmudî Dynasty in Khoshâb". Iran and the Caucasus. 20 (3–4). 2016-12-19: 369–383. doi:10.1163/1573384X-20160307. ISSN 1609-8498. 2022-09-30 tarixində . İstifadə tarixi: 2022-06-24.
- University of Wisconsin, 2003. səh. 123-134
- Erdem, 1996. səh. 21
- Əfəndiyev, 2007. səh. 102-103
- Əfəndiyev, 2007. səh. 103
- Scherberger, 2014. səh. 60
Ədəbiyyat
- Erdem, Y. Slavery in the Ottoman Empire and its Demise 1800-1909. Palgrave Macmillan UK. 1996. 21–. ISBN .
- Scherberger, Max. The Sunna and Shi'a in History: Division and Ecumenism in the Muslim Middle East // Bengio, Ofra; Litvak, Meir (redaktorlar ). The Confrontation between Sunni and Shi´i Empires. Springer. 2014. 59–. ISBN .
- Şahin, Kaya. Empire and Power in the Reign of Süleyman: Narrating the Sixteenth-Century Ottoman World. Cambridge University Press. 29 March 2013. 211–. ISBN .
- Setton, Kenneth Meyer. The Papacy and the Levant, 1204-1571. American Philosophical Society. 1984. 590–. ISBN .
- Yürekli, Zeynep. Architecture and Hagiography in the Ottoman Empire: The Politics of Bektashi Shrines in the Classical Age. Routledge. 2016 [2012]. 119–. ISBN .
- University of Wisconsin. International Journal of Turkish Studies. 9. University of Wisconsin. 2003.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sultan Suleymanin Sefeviler uzerine yurusu esasi hele Sultan Selimle Sah Ismayil dovrunde qoyulan muharibenin ardi mahiyyetinde olan yurusdur 1532 ci ilden yeniden aktiv sekilde baslayan muharibede son merheleni teskil etmekle 1554 cu ilin iyun ayinda baslamis ve 1555 ci ilin may ayina qeder davam etmisdir Sultan Suleymanin Sefeviler uzerine yurusu 1554 1555 Sefevi Osmanli muharibesi 1514 1555 1554 cu ilin yayinda Naxcivana yurus eden Sultan SuleymaninSuleymannameeserinde tesviriTarix 1554 iyun 1555 mayYeri Simali AzerbaycanSebebi Sefevi dovleti ile Osmanli arasinda olan ziddiyetlerNeticesi Osmanli Imperiyasi Revani Naxcivani ve Qarabagi talan etdi ve Amasya muqavilesi imzalandi Munaqise terefleriSefeviler Imperiyasi Osmanli ImperiyasiKomandan lar Sultan Suleyman Qanuni Sokollu Mehmed Pasa Sah I Tehmasib Ismayil MirzeArxa planYurus Sefevi ordusunun 1550 1552 ci illeri ehate eden cavab mahiyyetinde olmusdur 1550 1552 ci ille yurusu zamani qelebe qazanan Sefevi ordusu Van ve Erzurumu ele kecirib dagitmisdi 1554 cu ilin iyul ayinin sonlarinda Osmanli imperiyasi Sefevi imperiyasini doyuse cagirdi ve bunun ardinca Ibn Kamalin fetvasi yayimlandi Yurus muharibedeki Scherbergere gore III Oqtay Efendiyeve gore ise IV yurus idi ve sexsen Sultan Suleyman ozu komandanliq edirdi Onun komekcisi Rumelinin canisini Sokollu Mehmed pasa idi Suleymanin ordusuna Balkanlardan olan quvveler de daxil idi Balkandan olan quvveler 1553 1554 cu ilin qisini Tokatda kecirdikden sonra 1554 cu ilin iyununda Helebdeki Susehrinde sultanin ordusuna qatildi Balkandan gelmis quvveler yurusde axira qeder istirak etdiler YurusAzerbaycana daxil olan Osmanli ordusu Sefevilerin saraylarini baglarini dagitdiqdan sonra Irevani Qarabagi ve Naxcivani ele kecirdi Osmanlinin 1548 ci il de heyata kecmis Van yurusu zamani Osmanliya tabe olmamis Mahmudi tayfasi bu yuruse qeder Sefevi imperiyasina tabe idi Lakin onlar da 1554 cu ilde Osmanliya tabe oldular Osmanli imperiyasinin bas seyxulislami olan Ebusuud 1554 cu ilde fetva vererek Sefevi esirlerinin qeyri muselmanlar kimi qul edile bileceyini elan etdi Evvelki praktikalardan ferqli olaraq qul edilmekle yanasi bu fetva Sefevi esirlerinin qul kimi satila bilinmesini de mumkun edirdi Hemcinin bu fetva ile Qizilbas ovladlarinin qul edilmesi qadagan edilirdi Sefevi imperiyasi ise buna cavab olaraq Osmanli imperiyasindan ele kecirdikleri esirleri qul etmek evezine oldurmek qerarina geldiler Osmanli ordusu Sefevi ordusu ile muqayisede daha azsayli idi hemcinin Osmanli ordusu daha yaxsi silahlarla techiz olunmaqla birlikde cox guclu odlu silahlara malik idi halbuki sonuncusu Sefevi ordusuna demek olar ki yox idi Buna gore de Sah Tehmasib dusmenin baslica quvveleri ile gozlenilen toqqusmadan cekinerek sultan qosunlarinin hereket edeceyi gozlenilen yollara viranedici hemleler edirdi Sah Bazarcay Arazin qolu yaylaqlarina teref cekildi Iskender bey Munsinin yazdigina gore sultanin Naxcivana hereketi zamani qizilbaslar yollarda osmanlilara qefil basqinlar edir ayri ayri desteleri qilincdan kecirir ve esir alirdilar Sahin emrile qizilbaslarin bir hissesi Ismayil Mirzenin Mesum bey Sefevinin ve basciligi altinda Van ve Vostan bolgelerine digeri ise Sultan Huseyn Mirzenin Behram Mirzenin oglu ve Sahverdi Sultan Ziyad oglunun basciligi ile Pasine gonderildi Bu basqinlarin meqsedi dusmenin geri cekileceyi yolun ustundeki yerleri xarabaya cevirmekden ibaret idi Keskin erzaq catismazligi ile uzlesen sultan qabaqcadan od vurub yandirdigi Naxcivani terk etdi ve geriye Erzuruma qayitdi Qizilbas qosunlari Isgender bey Munsiye gore sayi teqriben 40 min nefer geri cekilen Osmanlilarin ardinca osmanli erazilerine qedem qoydular Qizilbaslar bir doyusde Osmanlilarin boyuk destesini darmadagin ederek turk sultaninin yaxin adamlarindan biri olan Sinan beyi esir aldilar Yurusun yorub elden saldigi Sultan qosunlari arasinda naraziliq artirdi Elbette sultanin ozu ve yaxin adamlari da ordunun ehval ruhiyyesi hemcinin ozlerinin Azerbaycana yuruslerinin faydasizligi ile hesablasmaga mecbur idiler Buna gore de Osmanli Turkiyesi Sefevilerin defelerle tekid etdiyi sulh danisiqlarina baslamaga razi oldugunu bildirdi Doyuslerde ugur qazana bilmeyen ve ele kecirdiyi yerlerde mohkemlene bilmeyen Sultan Suleyman Sah Tehmasibe gonderdiyi mektubda eger Sefeviler Anadoluya hucumlari durmazlarsa Erdebile gedeceyini ve Sefevilerin ata baba mezarlarini dagidacaqlarini elan etdi Lakin guclu Qizilbas ordusunun buna icaze vermeyeceyi belli idi Sonda her iki teref agir itki verib hec ne elde ede bilmedikden sonra sulh imzalamaga mecbur oldu NeticeOsmanli imperiyasinin teklifi esasinda her iki teref sulh danisiqlarina basladi Torpaq meselelerinde her iki teref raziliga gele bildi Raziliga gore Azerbaycan torpaqlari Sefevi imperiyasinda qalirdi bunun qarsiliginda Sah Tehmasib Iraq ve Serqi Anadolunun Osmanli imperiyasinin tabeliyine kecmesini qebul edirdi Hemcinin Sefevi imperiyasindan olan zevvarlara Osmanli hakimiyyeti altinda olan muqeddes yerlere gede bilmelerine engel toredilmeyeceyine soz verilirdi Amasyada imzalanan ve buna gore de Amasya sulhu adlandirilan bu muqavile ile Sefevi Osmanli muharibesine bir muddet ara verildi Hemcinin baxSefevi Osmanli muharibesi 1514 1555 Amasya sulh muqavilesiQeydlerMahmudi tayfasi Van civarlarinda meskunlasan Yezidi kurd tayfalarindan biri idi Evvelce Sefevilere tabe olsalar da bu yurus esnasinda Osmanli hakimiyyetine kecmis ve muselman olmusdurlar MenbeIstinadlar Gabor Agoston Bruce Masters Encyclopaedia of the Ottoman Empire ISBN 978 0 8160 6259 1 p 280 The Reign of Suleiman the Magnificent 1520 1566 V J Parry A History of the Ottoman Empire to 1730 ed M A Cook Cambridge University Press 1976 94 The Cambridge history of Islam by Peter Malcolm Holt Ann K S Lambton Bernard Lewis p 330 The Cambridge history of Iran by William Bayne Fisher p 384ff Yurekli 2016 seh 119 Sahin 2013 seh 211 Scherberger 2014 seh 59 Efendiyev 2007 seh 102 Acikyildiz Sengul Birgul From Yezidism to Islam Religious Architecture of the Mahmudi Dynasty in Khoshab Iran and the Caucasus 20 3 4 2016 12 19 369 383 doi 10 1163 1573384X 20160307 ISSN 1609 8498 2022 09 30 tarixinde Istifade tarixi 2022 06 24 University of Wisconsin 2003 seh 123 134 Erdem 1996 seh 21 Efendiyev 2007 seh 102 103 Efendiyev 2007 seh 103 Scherberger 2014 seh 60 Edebiyyat Erdem Y Slavery in the Ottoman Empire and its Demise 1800 1909 Palgrave Macmillan UK 1996 21 ISBN 978 0 230 37297 9 Scherberger Max The Sunna and Shi a in History Division and Ecumenism in the Muslim Middle East Bengio Ofra Litvak Meir redaktorlar The Confrontation between Sunni and Shi i Empires Springer 2014 59 ISBN 978 1 137 49506 8 Sahin Kaya Empire and Power in the Reign of Suleyman Narrating the Sixteenth Century Ottoman World Cambridge University Press 29 March 2013 211 ISBN 978 1 107 03442 6 Setton Kenneth Meyer The Papacy and the Levant 1204 1571 American Philosophical Society 1984 590 ISBN 978 0 87169 162 0 Yurekli Zeynep Architecture and Hagiography in the Ottoman Empire The Politics of Bektashi Shrines in the Classical Age Routledge 2016 2012 119 ISBN 978 1 317 17941 2 University of Wisconsin International Journal of Turkish Studies 9 University of Wisconsin 2003 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 407 ISBN 978 9952 34 101 0