Suli Fəqih — XIII-XIV əsr Azərbaycan şairi. Orta əsrlərdə yaşayıb yaratmış şair və mütəfəkkir Suli Fəqihin "Yusif və Züleyxa" əsərinin ərəb əlifbası ilə yazılmış əlyazma nüsxəsi Sənan İbrahimov tərəfindən tərcümə edilərək tədqiq edilmiş və monoqrafiya halında çap edilmişdir. Poema XIV əsrədək Azərbaycan şifahi danışıq dilinin, başqa sözlə ədəbi dil tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Suli Fəqih "Yusif və Züleyxa" poemasını qələmə alarkən Abdullah ibn Abbasın Qurani-Kərimə yazdığı təfsirdən bəhrələndiyini bildirir.
Suli Fəqih | |
---|---|
Təhsili | ərəb, fars dilləri |
İxtisası | şair |
Fəaliyyəti | şair |
Həyatı
Suli Fəqiihin həyat ilə həm təzkirələrdə həm də digər qaynaqlarda hər hansı bir məlumata rast gəlinmir. Şair bizə gəlib çatan yeganə əsərində də özü barədə məlumat vermir. Bir sıra ensiklopedik mənbələrdə sadəcə əsərindən və əsərinin mövzusundan bəhs olunur. Onun barəsində bəlli olanlar hələlik, təxminən, bunlardan ibarətdir: XIV əsrdə yaşamışdır. Bu hökmü şairin əlimizdə olan yeganə əsəri "Yusif və Züleyxa" poemasının dil və üslub xüsusiyyətlərinə əsasən veririk. Adının Suli Fəqih olduğunu şair poemada qeyd edir:
Səbr edərsən sən dəxi Fuli Fəqih
Övliyalar irdiginə irəsən
Şairin əsərdə lirik ricət şəklində qələmə aldığı "Şeiri-təlifi-kitabi-Fəqih quyəd", "Şeiri Fəqih" və s. adlı parçalarda о "Fəqih" təxəllüsünü işlətmişdir. Bəzən sənətkar təxəllüsü "Faqi" şəklində də qeyd edir:
Söylə, Faqi, sən Yusifün bustanin,
Inşəallah nəzm olə, tez-çıqa canin
Şairin adı və təxəllüsü günümüzə qədər müxtəlif tədqiqatçılar tərəfindən fərqli formalarda oxunmuş, şərh edilmişdir. Şairin adı qarşımıza "Suli, Sulı, Süli, Süle, Sula" formalarında çıxır. Professor İsmayıl Hikmət şairin adının Suli kimi oxunduğunu bildirsə də, başqa bir türk alim Haluk İpektən isə Sula şəklində tələffüz edildiyini söyləmişdir. Professor Semih Tezcan isə şairin adı ilə bağlı fərqli bir fikir irəli sürür:
"Səhv edə bilərəm, bəlkə də Sula/Suli və s. həqiqətən bir adamın adıdır. Ancaq belə bir adı izah etmək asan deyil. Çin və ərəb mənbələrinə görə VIII əsrin birinci yarısında yaşamış bir türkəş hökmdarının adı Suludur. VIII əsrin əvvəllərində Cürcan hökmdarı olmuş Şul Tegin Yakutun dediyinə görə, o, türkidi. Bu hökmdarların nəslindən olduğu söylənən tarixçi, yazıçı və şahmatçı Suli də bizə tanışdır. Lakin bu oxşarlıqlar böyük zaman fərqinə görə çox da əhəmiyyət kəsb etmir. Bənzər bir ada Səlcuqlu, Anadolu Beylikləri və Osmanlı dövründə rast gəlinmir. Ağla batan tək şey bu adın Süleyman sözünün qısaltması olmasıdır. Lakin, şairin belə "zarafatyana" ada sahib olması ehtimalı çox azdır."
Şairin adının ikinci hissəsi olan Fəqih sözü haqqında da fikirlər müxtəlifdir. Fəqih sözü indikindən fərqli olaraq o zamanlar şəriət alimi, İslam hüquqçusu mənasına gəlmirdi. Əhməd Vefiq Paşa özünün "Ləhçə-i Osmani" adlı əsərində Faqi sözünün mənasını belə izah edir ki, faqi anlayan, bəyan edən, oxumuş şəxsdir. Bu o deməkdir ki, bir şəxsin Fəqih və ya Faqi təxəllüsü almağı üçün mütləq din adamı və ya şəriət alimi olması labüd deyil. Professor Yaqub Babayev də şairin təxəllüsünün izahını belə verir:
"Göstərilən təxəllüs sənətkarın peşəsi, əgər bu peşə ilə məşğul olmasa da, həmin sahə üzrə elmi yaxşı mənimsəməsi ilə əlaqədardır."
Şairin Anadoluda yaşadığı ehtimal olunur. Əsərində istifadə etdiyi fars və ərəbcə söz və ifadələr şairin bu dilləri mükəmməl səviyyədə bildiyini göstərir.
"Yusif və Züleyxa" əsəri
Suli Fəqihin yaradıcılığından günümüzə gəlib çatan yeganə nümunə şairin "Yusif və Züleyxa" adlı əsəridir. Şairin başqa bir əsəri olması barədə mənbələrdə təəssüf ki, məlumat yoxdur. Əsərin həcmi sənətkarın özünün poemanın sonunda bəyan etdiyi kimi 3207 beytdir:
Ucdən-ucə uşbu qissə xubdurur,
Üç bin iki yüz yedi beytdürür.
Bustanini Yusifin şərh eylədük,
Bülbül olub dürlü-dürlü söylədik.
Əsər əruzun rəməl bəhrində, "fâilâtün fâilâtün fâilün" qəlibi ilə yazılıb. Əsərdə tez-tez vəzn boşluqlarına rast gəlinir. Bəzi yerlərdə qafiyə qüsurları da nəzərə çarpır. 3 nüsxədə qarşımıza çıxan şeirlər ümumilikdə 5005 beytdir. Əsər məsnəvi şəklində qələmə alınıb. Lakin şairin öz sözləri əsərin müxtəlif yerlərində əsasən də başlıqlarda qəzəl formasında qarşımıza çıxır.
Məsnəvini təşkil edən qısa hekayələr bunlardır: Hekayət-i Hud Nəbi Əleyhisəllam, Hekayət-i Malik, Hekayət-i Balıq Nil Sultanı, Hekayət-i Kariya Radyallahu Anhu, Hekayət-i Ərəbi, Hekayət-i Şərabdar və Habbaz, Hekayət-i Bəşir. Məsnəvidəki bölmələr "hikayət-i" və ya "dastan-ı" kimi başlasa da, yuxarıda sadalanan bölmələr müstəqil hekayə xarakteri daşıyır və həmin hissə daxilində bitməsi ilə fərqlənir. Məsələn, digər məsnəvilərdə də epizod kimi mövcud olan "Hikayet-i Şərabdar və Habbaz" bölməsində bu iki gəncin zindanda başına gələnlər təfərrüatlı və müstəqil bir hekayə formalaşdırmaq üçün hekayəyə daxil edilib. İki gəncin Sultana sui-qəsd edən qrupa qatılması, Şərabdarın peşman olub hökmdarı xəbərdar etməsi və onlar həbs olunduqda şərabçı Yusifin təklifi ilə dinə keçməsi., Habbazın isə küfr əməlində israrlı olması və bunun nəticəsində günahkar və bidətçi kimi edam edilməsi bu iki gəncin həyatına və xarakterlərinə işıq salan tərzdə danışılır.
Dili
XIII əsrin sonu XIV əsrin əvvəllərində yazılan "Yusif və Züleyxa" poeması keçid dövrü əsərlərindən hesab edilir. Əsərin dili olduqca sadədir. Poema istər XIII əsr istər XIV əsr Azərbaycan şifahi danışıq dilinin, başqa sözlə ədəbi dil tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Belə ki, poemada günümüzə qədər istifadə edilən atalar sözləri, deyimlər mövcuddur. Məsnəvinin dil və ədəbiyyat cəhətdən əhəmiyyətinə diqqət çəkən professor İsmayıl Hikmət onu XIII əsrdə aid dəyərli ədəbiyyat nümunəsi adlandırır. "Yusif və Züleyxa" məsnəvisinin dili xalq danışıq dilinə çox yaxındır.Yaqub Babayev qeyd edir ki, bəzi tədqiqatçılar S. Fəqihi Türkiyə ədəbiyyatının nümayəndəsi hesab edir və ondan Türkiyə ədəbiyyatının təmsilçisi kimi bəhs açırlar. Bu onunla bağlıdır ki, XIII–XIV əsrlər üçün qərbi oğuz ədəbi ləhçəsi ilə şərqi oğuz ədəbi ləhçəsi biri-birindən bir о qədər də fərqlənmir, onları ayıran cəhətlər çox cüzidir və hətta bu fərqi bəzi əsərlərin dilində sezmək çox çətin olur. Lakin şairin əsərinin dilini diqqətlə araşdırdıqda S. Fəqihin "Yusif və Züleyxa"sının məhz şərqi oğuz ədəbi ləhçəsində yazıldığı aydın olur.XIII-XIV əsrlər ana dilli abidələrimizdə olduğu kimi burada da ismin hal şəkilçiləri tam sabitləşməmişdir və biri digərinin yerində işlənir, felin zaman şəkilçiləri bol-bol bir-birini əvəz edir, şəxs şəkilçilərinin arxaik formaları sıx-sıx işlənir. XIII–XIV yüzilliklərdə isə bu qrammatik əlamətlərdə daha çox sərbəstlik, işlənmə tezliyinin bolluğu, kəmiyyət artıqlığı müşahidə olunur.
Suli Fəqihin əsərində arxaizmlərə tez-tez rast gəlinir. Professor Əhməd Cəfəroğlu bunu XIII və XIV əsr şairlərinin Mərkəzi Asiya türkcəsinə olan bağlılı ilə izah edir. Cəfəroğlu bu ənənənin "Qutadqu-Bilig"lə başlayıb, Əhməd Yəsəvidə daha sonra isə Yunus Əmrədə sonlandığını bildirir. Suli Fəqih də bu ənənənin davamçılarında olmuşdur. Şairin əsərdə istifadə etdiyi arxaik sözlərin bəziləri bunlardır:ayruq (ayrı), bayıq (açıq), biti (məktub), çalab (tanrı), çəri (əsgər), görklü (gözəl), iley (ön), qancaru (haraya), qarı (qocalmaq), kələci (söz), sağış (say), sinlə (məzar), turuş (mübarizə aparmaq), yarındası (ertəsi gün), yavu (itgin), yavuz (pis), yazı (səhra), yazuk (günah), yep (oxşamaq).
Poemada 3053 fərqli sözdən istifadə edilib. Bu sözlərdən 1049-u türkcə, 974-ü ərəbcə, 462-si farscadır.
Mövzusu
İki qəhrəmanlı eşq hekayələrindən biri olan "Yusif və Züleyxa" hekayəsi islam şərqində ən məşhur ədəbi abidələrdən biridir. Qədim mənşəyə malik bu süjet müxtəlif dillərdə və müxtəlif bədii formalarda ədəbi təsərrüfatın məhsulu kimi özünü təzahür etdirmiş, söz sənətinin obyektinə çevrilmişdir. Hekayə qaynağını Tövrat və Quran kimi müqəddəs kitablardan götürür. Qurani Kərimdə bu hekayənin bəhs olunduğu surə Əhsənül-Qəsəs adlanır. Suli Fəqih "Yusif və Züleyxa" poemasını qələmə alarkən Abdullah ibn Abbasın Qurani-Kərimə yazdığı təfsirdən bəhrələndiyini bildirir.
İbni Abbasdan rəvayət oldu həm
Ol rəvayətdən sənə oldı bahəm
və ya
İbni Abbasdan rəvayət eylədik
Onun ağzından bu sözü söylədik.
Adından da görüldüyü kimi əsər Yusif və Züleyxanın başına gələn hadisələri ehtiva edir. Şair əsəri qələmə alarkən Qurani-Kərimdəki orginal hekayəyə sadiq qalmağa çalışıb, bəzi hissələrə yeni motivlər əlavə edib.
Nüsxə və nəşrlər
Suli Fəqihin qələmə aldığı Yusif və Züleyxa əsərinin bilinən əlyazmaları aşağıdakılardır:
- Raif Yelkənci nüsxələri — Şəxsi kitabxanada yerləşən 3 nüsxədən birincisi qədim qəhvəyi dəri cildə malikdir və 106 vərəqdən ibarətdir. Kitab üzünün hər iki tərəfində şəmsə var. Ölçüsü 20x15 sm, hər sətirdə 15–18 misra var. Bəzi səhifələr təmir olunub. İlk 12 vərəqi hərəkəli yazı ilə, sonrakı vərəqlə nəsx xətti ilə qələmə alınıb. İlk 12 vərəqin ilk sözləri qırmızı qələmlə yazılıb. Köçürülmə tarixi yoxdur. İkinci nüsxə qara kağızdan cildlə cildlənib. 258 səhifədir. 14,7x20,5 (11x16,8) ölçüsündədir. Hərəkəli nəsx xəttu ilə yazılıb, ilk səhifələrdə qırmızı cədvəllər nəzərə çarpır. Köçürmə tarixi yoxdur. Üçüncü nüsxə isə bir tərəfi qopmuş qəhvəyi qoyun dərisi ilə cildlənib. Kitabın üzündə şəmsə motivi var. 289 səhifədir. Ölçüsü 16x20,8 sm-dir(11,3x17). Hər səhifədə 16 sətir yerləşir. Mətn 3 səhifədən başlayır. Bir neçə səhifədə qırmızı cədvəllər var. Söz başlıqları fars dilində qırmızı rəngdədir. Mətn hərəkəli nəsx xətti ilə yazılıb. Köçürən və köçürmə tarixi bilinmir.
- İstanbul Universiteti Kitabxanası Türkcə Əlyazmalar BL. No:970 nömrəli əlyazma — Qəhvəyi rəngli qoyun dərisi ilə cildlənib. 104 vərəqdir. Ölçüsü 21x14 sm-dir. Hərəkəli nəsx xətti ilə sarımtıl kağız üzərinə yazılıb. Cildləyərkən bəzi vərəqlərin yerləri dəyişib. Başlıqlar qırmızı mürəkkəblə yazılıb. Köçürənin adı Əlhac Əhməd Əfəndi İmamzadədir. Köçürmə tarixi isə 1163-cü ildir.
- Dil Tarix və Coğrafiya Fakültəsi Kitabxanası M. Con BL. No:590 nömrəli nüsxə — Cild qapağı yoxdur, ölçüsü 16x22 (5x12) sm-dir. 135 vərəqdir, hər səhifədə 17 sətir var. İlk səhifədə 21 sətir yerləşir. Hərəkəli rika xətti ilə yazılıb. Köçürən məlum deyil. Köçürmə tarixi 1187-ci ildir. İlk səhifədə 1171-ci il tarixli Molla Xəlil qızı Vahidə Sultan adına vəqfiyə var.
- Milli Kitabxana F. Bilgə Bl. No:155 nömrəli nüsxə — 17,8x12,5(14x9)sm ölçüdə, 177 vərəqdir. Hər sətirdə 13 səhifə, harəkəli nəsx yazılıb. Qəhvəyi dəri ilə cildlənib, ebru kağızdan istifadə olunub. Köçürən məlum deyil. Müəllifin adı: Süll Faqi Mahmud kimi yazılıb.
- Türk Dil Qurumu Kitabxanası nüsxələri- A140 nömrəli nüsxə. 22x15 (18x11.5) sm ölçüdə, 143 vərəq, hər səhifədə 15 sətir, hərəkəli nəsx xətti ilə yazılıb. Qəhvəyi dəri ilə cildlənib. Köçürənin adı Məhəmməd İbnül-Hacı Musa, köçürmə tarixi: 1182-ci il. Mətn sonlara doğru fərqlidir. Bu nüsxə cəmi 4290 beytdən ibarətdir. A 477 nömrəli nüsxə 20x14,5(17x12) sm ölçüdə, 133 vərəq, hər səhifədə 15 sətir. Hərəkəli nəsx xətti ilə, başlıqlar isə qırmızı mürəkkəblə yazılıb. Qəhvəyi dəri ilə cildlənib. Köçürən və köçürmə tarixi məlum deyil. Sonunda ayrı 10 səhifəlik mətn var. Köhnə nüsxə olsa da, natamamdır.
- İzzət Qoyunoğlu Şəhər və Muzey kitabxanası, Qoyunoğlu Muzey kataloqu nüsxələri — 11366 nömrəli nüsxə 14x19,5 sm ölçüdə, 25 vərəq, hər səhifədə 13 sətir. Qəhvəyi rəngli müqəvva cildlidir, şirazəli, hərəkəli nəsx xətti ilə yazılıb. Köçürən və köçürmə tarixi məlum deyil. Başlıqlar və fəsil başlıqları qırmızı mürəkkəblə yazılıb. İlk səhifədə muzeyin möhürü var. 10045 nömrəli nüsxə 14x19,5 sm (10,5x16,5) ölçüdə, 31 vərəq, hər səhifədə 15 sətir. Cildsizdir. Ağ kağız üzərinə hərəkəli nəsx xətti ilə yazılıb. Köçürən və köçürmə tarixi məlum deyil. İlk səhifədə muzeyin möhürü var. 11846 nömrəli nüsxə 21x14 (15x10,5 sm) sm ölçüdədir. 210 vərəqdir. Hər səhifədə 11 sətir yerləşir. Qəhvəyi dəri ilə cildlənib. Hərəkəli nəsx xətti ilə yazılıb. Başlıqlar qırmızı mürəkkəblə qələmə alınıb. Köçürənin adı Mustafa Çələbizadədir, köçürmə tarixi 1094-cü ildir. Bu əlyazma 4620 beytdən ibarətdir. Kitabın qapağında muzeyin möhürü var.
- Atatürk Universiteti Kitabxanası Özegə kataloqu nüsxələri — 318 nömrəli nüsxə 19x13 (17x10,5 sm) sm ölçüdədir. 152 vərəqdir. Hər səhifədə 11 sətir yerləşir. Hərəkəli süls xətti ilə, başlıqlar isə qırmızı mürəkkəblə yazılıb. Köçürənin adı Abdullah ibn Cəfərdir. Köçürmə tarixi 1014-cü il. Digər nüsxədə 318 nömrədədir. 20x 14 sm, 167 vərəq, hər səhifədə 13 sətir. Hərəkli təliq xətti ilə, başlıqlar qırmızı mürəkkəb iə yazılıb. Köçürən və köçürmə tarixi məlum deyil.
- Əsərin Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda iki əlyazması mövcuddur.
Professor Sənan İbrahimov 1992-ci ildə "Suli Fəqih və onun "Yusif və Züleyxa" poeması" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. Alim daha sonra Suli Fəqihin "Yusif və Züleyxa" əsərinin ərəb əlifbası ilə yazılmış əlyazma nüsxəsini tərcümə edərək tədqiq etmiş və monoqrafiya halında çap etdirmişdir. Əsərin təhlili zamanı şairin yaşadığı, əsərin yazıldığı tarixlər dəqiqləşdirilmiş və dövrün ümumi mənzərəsinə aydınlıq gətirilmişdir. Aparılan araşdırmalar nəticəsində əsərin sujet traktovkası, onun sosial psixoloji məzmunu müəyyənləşdirilmiş, mövcud olan obrazlı ifadələr şərh edilmişdir. Əsərin filoloji təhlili aparılmış, orta əsr Azərbaycan epik şerinin yeni bədii təsvir və ifadə vasitələrindən istifadə edildiyi müəyyənləşdirilmişdir.
İstinadlar
- Babayev, 2008. səh. 93
- Ünver, 2001. səh. 16
- Tezcan, 1994. səh. 74
- Babayev, 2008. səh. 94
- Köktekin, 1996. səh. 177
- Gökcan, 2011. səh. 46
- Köktekin, 1996. səh. 174
- Babayev, 2008. səh. 65
- Babayev, 2008. səh. 84
- Köktekin, 1996. səh. 178
- Gökcan, 2011. səh. 45
- Köktekin, 1996. səh. 175
- Dolu, 1952. səh. 423
- Dolu, 1952. səh. 424
- Dolu, 1952. səh. 426
- Köktekin, 1996. səh. 176
- "Azərbaycan ədəbiyyatı tarixi kafedrasının f.e.d İBRAHİMOV SƏNAN" ( (az.)). philology.bsu.edu.az. 2015-09-17 tarixində . İstifadə tarixi: 2015-09-09.
Mənbə
- Yaqub Babayev. ANA DİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ EPİK ŞEİRİN İNKİŞAFI (XIII-XIV ƏSRLƏR). Bakı: ADPU. 2008. səh. 128.
- Yaqub Babayev. XIII-XIV əsr ana dilli ədəbiyyatımızın nümayəndələrindən M.Zərir və S.Fəqih (PDF). 4. Bakı. Bakı Universitetinin Xəbərləri. 2008. 66–72.
- İsmail Ünver. SULI, SULÎ, SULA, SULE, SÜLE VE SÜLİ FAKİH RİVAYETLERİ ÜZERİNE. 14. Türkoloji Dergisi. 2001. 15–20.
- Semih Tezcan. Anadolu Türk Yazınının Başlangıç Döneminde Bir Yazar ve Çarhnâme'nin Tarihlendirilmesi Üzerine. 4. Türk Dilleri Araştırmaları. 1994. 75–78.
- H.C.Dolu. Yûsuf Hikâyesi Hakkında Birkaç Söz ve Bazı Türkçe Nüshalar. 4. Türk Dili ve Edebiyyatı Dergisi. 1952. 419–445.
- Kazım Köktekin. Bir Yusuf ve Zeliha Şairi Süle Fakih ve Eseri. 4. Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi. 1996. 173–179.
- Melike Gökcan Türkdoğan. Klassik Türk Edebiyyatında Yusuf u Züleyha Mesnevileri Üzerine Mukayeseli Bir Çalışma. T. C. KÜLTÜR VE TURİZM BAKANLIĞI KÜTÜPHANELER VE YAYIMLAR GENEL MÜDÜRLÜĞÜ. 2011. ISBN .
Həmçinin bax
Xarici keçidlər
- Suli Fəqih. Yusif və Züleyxa. Bakı, 2010 (tərt.: Sənan İbrahimov)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Suli Feqih XIII XIV esr Azerbaycan sairi Orta esrlerde yasayib yaratmis sair ve mutefekkir Suli Feqihin Yusif ve Zuleyxa eserinin ereb elifbasi ile yazilmis elyazma nusxesi Senan Ibrahimov terefinden tercume edilerek tedqiq edilmis ve monoqrafiya halinda cap edilmisdir Poema XIV esredek Azerbaycan sifahi danisiq dilinin basqa sozle edebi dil tariximizin oyrenilmesinde boyuk ehemiyyete malikdir Suli Feqih Yusif ve Zuleyxa poemasini qeleme alarken Abdullah ibn Abbasin Qurani Kerime yazdigi tefsirden behrelendiyini bildirir Suli FeqihTehsili ereb fars dilleriIxtisasi sairFealiyyeti sairHeyatiSuli Feqiihin heyat ile hem tezkirelerde hem de diger qaynaqlarda her hansi bir melumata rast gelinmir Sair bize gelib catan yegane eserinde de ozu barede melumat vermir Bir sira ensiklopedik menbelerde sadece eserinden ve eserinin movzusundan behs olunur Onun baresinde belli olanlar helelik texminen bunlardan ibaretdir XIV esrde yasamisdir Bu hokmu sairin elimizde olan yegane eseri Yusif ve Zuleyxa poemasinin dil ve uslub xususiyyetlerine esasen veririk Adinin Suli Feqih oldugunu sair poemada qeyd edir Sebr edersen sen dexi Fuli Feqih Ovliyalar irdigine iresen Sairin eserde lirik ricet seklinde qeleme aldigi Seiri telifi kitabi Feqih quyed Seiri Feqih ve s adli parcalarda o Feqih texellusunu isletmisdir Bezen senetkar texellusu Faqi seklinde de qeyd edir Soyle Faqi sen Yusifun bustanin Inseallah nezm ole tez ciqa canin Sairin adi ve texellusu gunumuze qeder muxtelif tedqiqatcilar terefinden ferqli formalarda oxunmus serh edilmisdir Sairin adi qarsimiza Suli Suli Suli Sule Sula formalarinda cixir Professor Ismayil Hikmet sairin adinin Suli kimi oxundugunu bildirse de basqa bir turk alim Haluk Ipekten ise Sula seklinde teleffuz edildiyini soylemisdir Professor Semih Tezcan ise sairin adi ile bagli ferqli bir fikir ireli surur Sehv ede bilerem belke de Sula Suli ve s heqiqeten bir adamin adidir Ancaq bele bir adi izah etmek asan deyil Cin ve ereb menbelerine gore VIII esrin birinci yarisinda yasamis bir turkes hokmdarinin adi Suludur VIII esrin evvellerinde Curcan hokmdari olmus Sul Tegin Yakutun dediyine gore o turkidi Bu hokmdarlarin neslinden oldugu soylenen tarixci yazici ve sahmatci Suli de bize tanisdir Lakin bu oxsarliqlar boyuk zaman ferqine gore cox da ehemiyyet kesb etmir Benzer bir ada Selcuqlu Anadolu Beylikleri ve Osmanli dovrunde rast gelinmir Agla batan tek sey bu adin Suleyman sozunun qisaltmasi olmasidir Lakin sairin bele zarafatyana ada sahib olmasi ehtimali cox azdir Sairin adinin ikinci hissesi olan Feqih sozu haqqinda da fikirler muxtelifdir Feqih sozu indikinden ferqli olaraq o zamanlar seriet alimi Islam huquqcusu menasina gelmirdi Ehmed Vefiq Pasa ozunun Lehce i Osmani adli eserinde Faqi sozunun menasini bele izah edir ki faqi anlayan beyan eden oxumus sexsdir Bu o demekdir ki bir sexsin Feqih ve ya Faqi texellusu almagi ucun mutleq din adami ve ya seriet alimi olmasi labud deyil Professor Yaqub Babayev de sairin texellusunun izahini bele verir Gosterilen texellus senetkarin pesesi eger bu pese ile mesgul olmasa da hemin sahe uzre elmi yaxsi menimsemesi ile elaqedardir Sairin Anadoluda yasadigi ehtimal olunur Eserinde istifade etdiyi fars ve erebce soz ve ifadeler sairin bu dilleri mukemmel seviyyede bildiyini gosterir Yusif ve Zuleyxa eseriSuli Feqihin yaradiciligindan gunumuze gelib catan yegane numune sairin Yusif ve Zuleyxa adli eseridir Sairin basqa bir eseri olmasi barede menbelerde teessuf ki melumat yoxdur Eserin hecmi senetkarin ozunun poemanin sonunda beyan etdiyi kimi 3207 beytdir Ucden uce usbu qisse xubdurur Uc bin iki yuz yedi beytdurur Bustanini Yusifin serh eyleduk Bulbul olub durlu durlu soyledik Eser eruzun remel behrinde failatun failatun failun qelibi ile yazilib Eserde tez tez vezn bosluqlarina rast gelinir Bezi yerlerde qafiye qusurlari da nezere carpir 3 nusxede qarsimiza cixan seirler umumilikde 5005 beytdir Eser mesnevi seklinde qeleme alinib Lakin sairin oz sozleri eserin muxtelif yerlerinde esasen de basliqlarda qezel formasinda qarsimiza cixir Mesnevini teskil eden qisa hekayeler bunlardir Hekayet i Hud Nebi Eleyhisellam Hekayet i Malik Hekayet i Baliq Nil Sultani Hekayet i Kariya Radyallahu Anhu Hekayet i Erebi Hekayet i Serabdar ve Habbaz Hekayet i Besir Mesnevideki bolmeler hikayet i ve ya dastan i kimi baslasa da yuxarida sadalanan bolmeler musteqil hekaye xarakteri dasiyir ve hemin hisse daxilinde bitmesi ile ferqlenir Meselen diger mesnevilerde de epizod kimi movcud olan Hikayet i Serabdar ve Habbaz bolmesinde bu iki gencin zindanda basina gelenler teferruatli ve musteqil bir hekaye formalasdirmaq ucun hekayeye daxil edilib Iki gencin Sultana sui qesd eden qrupa qatilmasi Serabdarin pesman olub hokmdari xeberdar etmesi ve onlar hebs olunduqda serabci Yusifin teklifi ile dine kecmesi Habbazin ise kufr emelinde israrli olmasi ve bunun neticesinde gunahkar ve bidetci kimi edam edilmesi bu iki gencin heyatina ve xarakterlerine isiq salan terzde danisilir Dili XIII esrin sonu XIV esrin evvellerinde yazilan Yusif ve Zuleyxa poemasi kecid dovru eserlerinden hesab edilir Eserin dili olduqca sadedir Poema ister XIII esr ister XIV esr Azerbaycan sifahi danisiq dilinin basqa sozle edebi dil tariximizin oyrenilmesinde boyuk ehemiyyete malikdir Bele ki poemada gunumuze qeder istifade edilen atalar sozleri deyimler movcuddur Mesnevinin dil ve edebiyyat cehetden ehemiyyetine diqqet ceken professor Ismayil Hikmet onu XIII esrde aid deyerli edebiyyat numunesi adlandirir Yusif ve Zuleyxa mesnevisinin dili xalq danisiq diline cox yaxindir Yaqub Babayev qeyd edir ki bezi tedqiqatcilar S Feqihi Turkiye edebiyyatinin numayendesi hesab edir ve ondan Turkiye edebiyyatinin temsilcisi kimi behs acirlar Bu onunla baglidir ki XIII XIV esrler ucun qerbi oguz edebi lehcesi ile serqi oguz edebi lehcesi biri birinden bir o qeder de ferqlenmir onlari ayiran cehetler cox cuzidir ve hetta bu ferqi bezi eserlerin dilinde sezmek cox cetin olur Lakin sairin eserinin dilini diqqetle arasdirdiqda S Feqihin Yusif ve Zuleyxa sinin mehz serqi oguz edebi lehcesinde yazildigi aydin olur XIII XIV esrler ana dilli abidelerimizde oldugu kimi burada da ismin hal sekilcileri tam sabitlesmemisdir ve biri digerinin yerinde islenir felin zaman sekilcileri bol bol bir birini evez edir sexs sekilcilerinin arxaik formalari six six islenir XIII XIV yuzilliklerde ise bu qrammatik elametlerde daha cox serbestlik islenme tezliyinin bollugu kemiyyet artiqligi musahide olunur Suli Feqihin eserinde arxaizmlere tez tez rast gelinir Professor Ehmed Ceferoglu bunu XIII ve XIV esr sairlerinin Merkezi Asiya turkcesine olan baglili ile izah edir Ceferoglu bu enenenin Qutadqu Bilig le baslayib Ehmed Yesevide daha sonra ise Yunus Emrede sonlandigini bildirir Suli Feqih de bu enenenin davamcilarinda olmusdur Sairin eserde istifade etdiyi arxaik sozlerin bezileri bunlardir ayruq ayri bayiq aciq biti mektub calab tanri ceri esger gorklu gozel iley on qancaru haraya qari qocalmaq keleci soz sagis say sinle mezar turus mubarize aparmaq yarindasi ertesi gun yavu itgin yavuz pis yazi sehra yazuk gunah yep oxsamaq Poemada 3053 ferqli sozden istifade edilib Bu sozlerden 1049 u turkce 974 u erebce 462 si farscadir Movzusu Iki qehremanli esq hekayelerinden biri olan Yusif ve Zuleyxa hekayesi islam serqinde en meshur edebi abidelerden biridir Qedim menseye malik bu sujet muxtelif dillerde ve muxtelif bedii formalarda edebi teserrufatin mehsulu kimi ozunu tezahur etdirmis soz senetinin obyektine cevrilmisdir Hekaye qaynagini Tovrat ve Quran kimi muqeddes kitablardan goturur Qurani Kerimde bu hekayenin behs olundugu sure Ehsenul Qeses adlanir Suli Feqih Yusif ve Zuleyxa poemasini qeleme alarken Abdullah ibn Abbasin Qurani Kerime yazdigi tefsirden behrelendiyini bildirir Ibni Abbasdan revayet oldu hem Ol revayetden sene oldi bahem ve ya Ibni Abbasdan revayet eyledik Onun agzindan bu sozu soyledik Adindan da gorulduyu kimi eser Yusif ve Zuleyxanin basina gelen hadiseleri ehtiva edir Sair eseri qeleme alarken Qurani Kerimdeki orginal hekayeye sadiq qalmaga calisib bezi hisselere yeni motivler elave edib Nusxe ve nesrlerSuli Feqihin qeleme aldigi Yusif ve Zuleyxa eserinin bilinen elyazmalari asagidakilardir Raif Yelkenci nusxeleri Sexsi kitabxanada yerlesen 3 nusxeden birincisi qedim qehveyi deri cilde malikdir ve 106 vereqden ibaretdir Kitab uzunun her iki terefinde semse var Olcusu 20x15 sm her setirde 15 18 misra var Bezi sehifeler temir olunub Ilk 12 vereqi herekeli yazi ile sonraki vereqle nesx xetti ile qeleme alinib Ilk 12 vereqin ilk sozleri qirmizi qelemle yazilib Kocurulme tarixi yoxdur Ikinci nusxe qara kagizdan cildle cildlenib 258 sehifedir 14 7x20 5 11x16 8 olcusundedir Herekeli nesx xettu ile yazilib ilk sehifelerde qirmizi cedveller nezere carpir Kocurme tarixi yoxdur Ucuncu nusxe ise bir terefi qopmus qehveyi qoyun derisi ile cildlenib Kitabin uzunde semse motivi var 289 sehifedir Olcusu 16x20 8 sm dir 11 3x17 Her sehifede 16 setir yerlesir Metn 3 sehifeden baslayir Bir nece sehifede qirmizi cedveller var Soz basliqlari fars dilinde qirmizi rengdedir Metn herekeli nesx xetti ile yazilib Kocuren ve kocurme tarixi bilinmir Istanbul Universiteti Kitabxanasi Turkce Elyazmalar BL No 970 nomreli elyazma Qehveyi rengli qoyun derisi ile cildlenib 104 vereqdir Olcusu 21x14 sm dir Herekeli nesx xetti ile sarimtil kagiz uzerine yazilib Cildleyerken bezi vereqlerin yerleri deyisib Basliqlar qirmizi murekkeble yazilib Kocurenin adi Elhac Ehmed Efendi Imamzadedir Kocurme tarixi ise 1163 cu ildir Dil Tarix ve Cografiya Fakultesi Kitabxanasi M Con BL No 590 nomreli nusxe Cild qapagi yoxdur olcusu 16x22 5x12 sm dir 135 vereqdir her sehifede 17 setir var Ilk sehifede 21 setir yerlesir Herekeli rika xetti ile yazilib Kocuren melum deyil Kocurme tarixi 1187 ci ildir Ilk sehifede 1171 ci il tarixli Molla Xelil qizi Vahide Sultan adina veqfiye var Milli Kitabxana F Bilge Bl No 155 nomreli nusxe 17 8x12 5 14x9 sm olcude 177 vereqdir Her setirde 13 sehife harekeli nesx yazilib Qehveyi deri ile cildlenib ebru kagizdan istifade olunub Kocuren melum deyil Muellifin adi Sull Faqi Mahmud kimi yazilib Turk Dil Qurumu Kitabxanasi nusxeleri A140 nomreli nusxe 22x15 18x11 5 sm olcude 143 vereq her sehifede 15 setir herekeli nesx xetti ile yazilib Qehveyi deri ile cildlenib Kocurenin adi Mehemmed Ibnul Haci Musa kocurme tarixi 1182 ci il Metn sonlara dogru ferqlidir Bu nusxe cemi 4290 beytden ibaretdir A 477 nomreli nusxe 20x14 5 17x12 sm olcude 133 vereq her sehifede 15 setir Herekeli nesx xetti ile basliqlar ise qirmizi murekkeble yazilib Qehveyi deri ile cildlenib Kocuren ve kocurme tarixi melum deyil Sonunda ayri 10 sehifelik metn var Kohne nusxe olsa da natamamdir Izzet Qoyunoglu Seher ve Muzey kitabxanasi Qoyunoglu Muzey kataloqu nusxeleri 11366 nomreli nusxe 14x19 5 sm olcude 25 vereq her sehifede 13 setir Qehveyi rengli muqevva cildlidir sirazeli herekeli nesx xetti ile yazilib Kocuren ve kocurme tarixi melum deyil Basliqlar ve fesil basliqlari qirmizi murekkeble yazilib Ilk sehifede muzeyin mohuru var 10045 nomreli nusxe 14x19 5 sm 10 5x16 5 olcude 31 vereq her sehifede 15 setir Cildsizdir Ag kagiz uzerine herekeli nesx xetti ile yazilib Kocuren ve kocurme tarixi melum deyil Ilk sehifede muzeyin mohuru var 11846 nomreli nusxe 21x14 15x10 5 sm sm olcudedir 210 vereqdir Her sehifede 11 setir yerlesir Qehveyi deri ile cildlenib Herekeli nesx xetti ile yazilib Basliqlar qirmizi murekkeble qeleme alinib Kocurenin adi Mustafa Celebizadedir kocurme tarixi 1094 cu ildir Bu elyazma 4620 beytden ibaretdir Kitabin qapaginda muzeyin mohuru var Ataturk Universiteti Kitabxanasi Ozege kataloqu nusxeleri 318 nomreli nusxe 19x13 17x10 5 sm sm olcudedir 152 vereqdir Her sehifede 11 setir yerlesir Herekeli suls xetti ile basliqlar ise qirmizi murekkeble yazilib Kocurenin adi Abdullah ibn Ceferdir Kocurme tarixi 1014 cu il Diger nusxede 318 nomrededir 20x 14 sm 167 vereq her sehifede 13 setir Herekli teliq xetti ile basliqlar qirmizi murekkeb ie yazilib Kocuren ve kocurme tarixi melum deyil Eserin Bakida Azerbaycan Milli Elmler Akademiyasi Mehemmed Fuzuli adina Elyazmalar Institutunda iki elyazmasi movcuddur Professor Senan Ibrahimov 1992 ci ilde Suli Feqih ve onun Yusif ve Zuleyxa poemasi adli namizedlik dissertasiyasi mudafie etmisdir Alim daha sonra Suli Feqihin Yusif ve Zuleyxa eserinin ereb elifbasi ile yazilmis elyazma nusxesini tercume ederek tedqiq etmis ve monoqrafiya halinda cap etdirmisdir Eserin tehlili zamani sairin yasadigi eserin yazildigi tarixler deqiqlesdirilmis ve dovrun umumi menzeresine aydinliq getirilmisdir Aparilan arasdirmalar neticesinde eserin sujet traktovkasi onun sosial psixoloji mezmunu mueyyenlesdirilmis movcud olan obrazli ifadeler serh edilmisdir Eserin filoloji tehlili aparilmis orta esr Azerbaycan epik serinin yeni bedii tesvir ve ifade vasitelerinden istifade edildiyi mueyyenlesdirilmisdir IstinadlarBabayev 2008 seh 93 Unver 2001 seh 16 Tezcan 1994 seh 74 Babayev 2008 seh 94 Koktekin 1996 seh 177 Gokcan 2011 seh 46 Koktekin 1996 seh 174 Babayev 2008 seh 65 Babayev 2008 seh 84 Koktekin 1996 seh 178 Gokcan 2011 seh 45 Koktekin 1996 seh 175 Dolu 1952 seh 423 Dolu 1952 seh 424 Dolu 1952 seh 426 Koktekin 1996 seh 176 Azerbaycan edebiyyati tarixi kafedrasinin f e d IBRAHIMOV SENAN az philology bsu edu az 2015 09 17 tarixinde Istifade tarixi 2015 09 09 MenbeYaqub Babayev ANA DILLI AZERBAYCAN EDEBIYYATININ TESEKKULU VE EPIK SEIRIN INKISAFI XIII XIV ESRLER Baki ADPU 2008 seh 128 Yaqub Babayev XIII XIV esr ana dilli edebiyyatimizin numayendelerinden M Zerir ve S Feqih PDF 4 Baki Baki Universitetinin Xeberleri 2008 66 72 Ismail Unver SULI SULI SULA SULE SULE VE SULI FAKIH RIVAYETLERI UZERINE 14 Turkoloji Dergisi 2001 15 20 Semih Tezcan Anadolu Turk Yazininin Baslangic Doneminde Bir Yazar ve Carhname nin Tarihlendirilmesi Uzerine 4 Turk Dilleri Arastirmalari 1994 75 78 H C Dolu Yusuf Hikayesi Hakkinda Birkac Soz ve Bazi Turkce Nushalar 4 Turk Dili ve Edebiyyati Dergisi 1952 419 445 Kazim Koktekin Bir Yusuf ve Zeliha Sairi Sule Fakih ve Eseri 4 Ataturk Universitesi Turkiyat Arastirmalari Enstitusu Dergisi 1996 173 179 Melike Gokcan Turkdogan Klassik Turk Edebiyyatinda Yusuf u Zuleyha Mesnevileri Uzerine Mukayeseli Bir Calisma T C KULTUR VE TURIZM BAKANLIGI KUTUPHANELER VE YAYIMLAR GENEL MUDURLUGU 2011 ISBN 978 975 17 3558 4 Hemcinin baxAzerbaycan edebiyyatiXarici kecidlerSuli Feqih Yusif ve Zuleyxa Baki 2010 tert Senan Ibrahimov