Sinfi əməkdaşlıq cəmiyyətin sosial siniflər iyerarxiyasına bölünməsinin sivilizasiyanın müsbət və fundamental tərəfi olduğuna inamına əsaslanan sosial təşkilatlanma prinsipidir.
Faşist dəstəyi
Sinfi əməkdaşlıq faşizmin sosial arxitekturasının əsas sütunlarından biri hesab olunur. Benito Mussolininin sözləri ilə ifadə edilərsə, faşizm "insanlar arasında düzəldilməsi mümkün olmayan, səmərəli və faydalı bərabərsizliyi təsdiqləyir". Bu müddəa nəzərə alındıqdan sonra, faşistlər belə nəticəyə gəlmişdirlər ki, sosial iyerarxiyanı mühafizə etmək bütün siniflərin maraq dairəsindədir və buna görə də bütün siniflər onun müdafiəsində əməkdaşlıq etməlidirlər. Yəni ki, həm aşağı, həm də yuxarı siniflər öz rollarını qəbul etməli və öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər.
Faşizm düşüncəsində sinfi əməkdaşlıq prinsipi ifrat millətçiliklə birləşdirilmişdir. Millətin sabitliyi və rifahı siniflər arasındakı mövcud olan əməkdaşlığın son məqsədi kimi görülmüşdür.
Kommunistlərin müxalifliyi
Kommunistlər sinfi əməkdaşlığın ideoloji və əsas əleyhdarları olub, sinfi mübarizəni müdafiə edirlər və ümumiyyətlə bir sinifsiz cəmiyyət yaratmağın tərəfdarıdırlar.
Sinfi mübarizə doktrinası aşağı sosial sinifləri sosial bərabərliyə nail olmaq üçün hakim sinif və mövcud ictimai strukturu devirməyə təşviq etdiyi halda, sinfi əməkdaşlıq təlimi aşağı sosial sinifləri sosial bərabərsizliyi təbii vəziyyətin bir hissəsi kimi qəbul etməyə və ictimai strukturu mühafizə edib saxlamağa sövq edir. Onlar həmçinin də belə fikirləşirlər ki, cəmiyyətdəki sinfi düşmənçiliyə qarşı dövlət tərəfindən təkbaşına mübarizə aparılır və bu mübarizə nəticəsində kommunizmə aparan konflikt tamamilə həll olunacaqdır.
Bəzi marksistlər sinfi əməkdaşlığı sinfi mübarizə aparmayan aşağı sinfə mənsub olan təşkilatları təsvir edən alçaldıcı bir termin kimi istifadə edirlər. Bu mənada termin kollaborasionizm konnotasiyalarını özündə əks etdirir. Həmçinin, kommunistlər siniflər arasında mövcud ola biləcək bütün ittifaqları mütləq formada rədd etmirlər. Bəzi kommunistlər belə iddia edirlər ki, kəndli əhalisinin sıx olduğu ölkədə kommunizmə keçid burjua sinfinə qarşı birləşmiş iki sinfin, yəni kəndli və proletariatın ittifaqı nəticəsində əldə edilə bilər.Mao Tszedunun Yeni Demokratiya konsepsiyası "kəndli, proletariat, xırda burjuaziya və burjuaziyadan olan milli və vətənpərvər ünsürlərin yeni bir sosialist cəmiyyətinin yaradılması üçün birgə fəaliyyət göstərməsinə" çağırır.
Digərləri
Müasir sosial-demokratiya (Üçüncü Yol) və bir millət mühafizəkarlığı (Tory) da sinfi əməkdaşlıq fikrini müdafiə edir.
İstinadlar
- The Doctrine of Fascism // . : Istituto Giovanni Treccani. 1932.
- Griffin, R. "A. JAMES GREGOR. Mussolini's Intellectuals: Fascist Social and Political Thought. Princeton: Princeton University Press. 2005. Pp. x,282. $35.00". The American Historical Review. 110 (5). 2005-12-01: 1625–1626. doi:10.1086/ahr.110.5.1625-a. ISSN 0002-8762.
- https://www.marxists.org/history/usa/pubs/lrlibrary/09-LRL-class-collab.pdf 2024-01-17 at the Wayback Machine
- V. I. Lenin. "How We Should Reorganise the Workers' and Peasants' Inspection". 23 yanvar 1923. 27 avqust 1999 tarixində .
- R. J. Barry Jones, redaktorRoutledge Encyclopedia of International Political Economy. Routledge. 2002.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sinfi emekdasliq cemiyyetin sosial sinifler iyerarxiyasina bolunmesinin sivilizasiyanin musbet ve fundamental terefi olduguna inamina esaslanan sosial teskilatlanma prinsipidir Fasist desteyiSinfi emekdasliq fasizmin sosial arxitekturasinin esas sutunlarindan biri hesab olunur Benito Mussolininin sozleri ile ifade edilerse fasizm insanlar arasinda duzeldilmesi mumkun olmayan semereli ve faydali berabersizliyi tesdiqleyir Bu muddea nezere alindiqdan sonra fasistler bele neticeye gelmisdirler ki sosial iyerarxiyani muhafize etmek butun siniflerin maraq dairesindedir ve buna gore de butun sinifler onun mudafiesinde emekdasliq etmelidirler Yeni ki hem asagi hem de yuxari sinifler oz rollarini qebul etmeli ve oz vezifelerini layiqince yerine yetirmelidirler Fasizm dusuncesinde sinfi emekdasliq prinsipi ifrat milletcilikle birlesdirilmisdir Milletin sabitliyi ve rifahi sinifler arasindaki movcud olan emekdasligin son meqsedi kimi gorulmusdur Kommunistlerin muxalifliyiKommunistler sinfi emekdasligin ideoloji ve esas eleyhdarlari olub sinfi mubarizeni mudafie edirler ve umumiyyetle bir sinifsiz cemiyyet yaratmagin terefdaridirlar Sinfi mubarize doktrinasi asagi sosial sinifleri sosial beraberliye nail olmaq ucun hakim sinif ve movcud ictimai strukturu devirmeye tesviq etdiyi halda sinfi emekdasliq telimi asagi sosial sinifleri sosial berabersizliyi tebii veziyyetin bir hissesi kimi qebul etmeye ve ictimai strukturu muhafize edib saxlamaga sovq edir Onlar hemcinin de bele fikirlesirler ki cemiyyetdeki sinfi dusmenciliye qarsi dovlet terefinden tekbasina mubarize aparilir ve bu mubarize neticesinde kommunizme aparan konflikt tamamile hell olunacaqdir Bezi marksistler sinfi emekdasligi sinfi mubarize aparmayan asagi sinfe mensub olan teskilatlari tesvir eden alcaldici bir termin kimi istifade edirler Bu menada termin kollaborasionizm konnotasiyalarini ozunde eks etdirir Hemcinin kommunistler sinifler arasinda movcud ola bilecek butun ittifaqlari mutleq formada redd etmirler Bezi kommunistler bele iddia edirler ki kendli ehalisinin six oldugu olkede kommunizme kecid burjua sinfine qarsi birlesmis iki sinfin yeni kendli ve proletariatin ittifaqi neticesinde elde edile biler Mao Tszedunun Yeni Demokratiya konsepsiyasi kendli proletariat xirda burjuaziya ve burjuaziyadan olan milli ve vetenperver unsurlerin yeni bir sosialist cemiyyetinin yaradilmasi ucun birge fealiyyet gostermesine cagirir DigerleriMuasir sosial demokratiya Ucuncu Yol ve bir millet muhafizekarligi Tory da sinfi emekdasliq fikrini mudafie edir IstinadlarThe Doctrine of Fascism Istituto Giovanni Treccani 1932 Griffin R A JAMES GREGOR Mussolini s Intellectuals Fascist Social and Political Thought Princeton Princeton University Press 2005 Pp x 282 35 00 The American Historical Review 110 5 2005 12 01 1625 1626 doi 10 1086 ahr 110 5 1625 a ISSN 0002 8762 https www marxists org history usa pubs lrlibrary 09 LRL class collab pdf 2024 01 17 at the Wayback Machine V I Lenin How We Should Reorganise the Workers and Peasants Inspection 23 yanvar 1923 27 avqust 1999 tarixinde R J Barry Jones redaktorRoutledge Encyclopedia of International Political Economy Routledge 2002