Seysmoqram — seysmometrlər Yerdə baş verən titrəyişləri seysmoqram şəklində yazırlar. Seysmoqramlar sakit halda soldan sağa uzanan bəzən düz, çox hallarda isə dalğavari xətlərdən ibarətdir.
Haqqında
Seysmik dalğaların təsiri ilə əmələ gələn titrəyişlərin alət üsulu ilə müşahidəsi metodlarının işlənib-hazırlanması ilə seysmologiyanın Seysmometriya bölməsi məşğul olur. Yerdə baş verən zəlzələlər seysmik titrəyişlər zamanı qrunt hissəciklərinin yerdəyişmələrini yazan seysmoqraflar vasitəsi ilə qeyd olunurlar. Bu titrəyiş yazılarının özü seysmoqram adlanır. Zəlzələni qeyd edən ilk cihaz 132-ci ildə Çin alimi Çjan Xen tərəfindən düzəldilmişdir. Bu cihaz yalnız əsas təkan istiqamətini təyin etməyə imkan verirdi. Həmin cihaz quruluş etibari ilə hər birinin ağzında diyircək olan çoxbaşlı əjdaha şəkilində düzəldilmişdi. Cihazın qoyulduğu özülün titrəyişləri zamanı diyircəklər aşağı düşərək seysmik dalğanın gəlmə istiqamətini göstərirdi. Seysmik dalğaları yazan ilk seysmoqraflar XIX əsrin 90-cı illərində meydana gəlmişdir. Seysmoqrafların iş prinsipində əsas diqqət seysmik titrəyişlər zamanı əmələ gələn qrunt hissəciklərinin yerdəyişməsi yazılarının təhrif olunmadan alınmasına yönəldilmişdir. Bu cihazların quruluşu və iş prinsipləri V. T. Arxangelskiy, D. P. Kirnos və b. tərəfindən geniş izah olunur. Qrunt hissəciklərinin yerdəyişmələri tərpənməz düzbucaqlı OXYZ koordinat sistemində seysmoqrafın möhkəm bərkidildiyi özülün hərəkətlərini qeyd etmək yolu ilə izlənilir. Seysmik müşahidələr zamanı adətən Z oxu şaquli olaraq yuxarı, X və Y oxları müvafiq olaraq cənubdan şimala və qərbdən şərqə yönələn, yuxarı, şərqə (E) və şimala (N) olan istiqamətləri müsbət hesab olunan sistem istifadə olunur.
Seysmometr
Seysmoqrafın qrunt hissəciklərinin yerdəyişmələrinə uyğun hərəkət edən hissəsinə seysmometr deyilir. Seysmometr əslində rəqqas və ya yaydan asılmış yükdür. Seysmoloji praktikada əsasən fiziki rəqqas sistemləri geniş tətbiq olunur. Seysmometrlər Yerdə baş verən titrəyişləri seysmoqram şəklində yazırlar. Seysmoqramlar sakit halda soldan sağa uzanan bəzən düz, çox hallarda isə dalğavari xətlərdən ibarətdir. Xətlərin dalğavari formada olması insanların hiss etmədiyi Yerdəki mikroseysmlərlə əlaqədardır. Zəlzələlər baş verdikdə isə seysmik dalğaların gəlişi ilə əlaqədar qruntun qəfləti olaraq güclü titrəyişi mikroseysmin fonunda düz və ya dalğavari yazıların kəskin kənara çıxmaları müşahidə edilir. Zəlzələləri öyrənmək (koordinatlarını, intensivliyini, mexanizmini və s. təyin etmək) üçün seysmoqramlardan əldə olunması zəruri hesab edilən məlumatlar ayrı-ayrı seysmik dalğaların gəlmə anları, dalğaların amplitudları, yerdəyişmə, sürət və ya təcilinin qiymətləridir. Zəlzələ yazısının forması seysmoqrafın amplitud-tezlik xüsusiyyətindən asılıdır. Yəni, hər bir seysmoqraf öz amplitud-tezlik xüsusiyyətinə uyğun olaraq müəyyən tezlik diapazonuna daxil olan dalğaları gücləndirir. Odur ki, zəlzələlərin yazılarını araşdırarkən stansiyada işləyən bütün tiplərdən olan cihazların seysmoqramlarını təfsir etmək zəruridir.
Zəlzələ yazılarının təfsiri
Seysmoqramların ilkin təfsiri aşağıdakı bir neçə ardıcıl mərhələlərdən ibarətdir:
- seysmoqramın keyfiyyət analizi,
- seysmik dalğaların gəlmə anlarının təyini,
- seysmik dalğaların başlanğıclarının işarəsi və dəqiqliyinin təyini,
- seysmik dalğaların amplituda və periodlarının ölçülməsi.
Seysmoqramın keyfiyyət analizi yazının görünüşünə əsasən aparılır. Buna əsasən zəlzələnin yerli, yaxın, uzaq, səthi dərin olması müəyyənləşdirilir. Dərin olmayan yerli və yaxın zəlzələlər ümumi davamiyyətin azlığı və yüksək tezlikli tərkibi ilə səciyyələnir. Ona görə belə zəlzələlərin təfsiri qısa və orta periodlu seysmik cihazların yazıları əsasında aparılır. Yerli və yaxın zəlzələlər zamanı adətən Yer qabığında yayılan dalğalar müşahidə edilir.
Qranit qatı
Kontinentlərdə Yer qabığının ümumiləşdirilmiş üç laylı kəsilişi verilir. Burada, zəlzələ ocağının qranit, bazalt və üst mantiyada olduğu hallarda həcmi dalğaların yayılması yolları göstərilir. Çökmə layda uzununa (P) dalğaların sürəti 5 km/s-ə çatır. Qranit qatının qalınlığı kontinental düzənliklərdə 10–30 km arasında olur. Dağlıq ərazilərdə bu qalınlıq dəyişir və artır. Okeanlarda bu qat olmur. Uzununa (P) dalğalarının sürəti qranit qatında 5,5–6,4 km/s-dir. Bu qatda zəlzələ baş verdikdə P və S və ya Pg və Sg ilə işarə edilən həcmi dalğalar 120–170 km-ə qədər məsafələrdə ilkin olaraq gəlirlər. Qranit qatından Konrad sərhədi ilə ayrılan bazalt qatında uzununa (P) dalğaların yayılma sürəti 6,3–7,3 km/s arasında dəyişir.
Bazalt qatı
Əgər zəlzələ ocağı qranitdədirsə bazalt qatında yayılan həcmi dalğalar P* və S* ilə işarə edilir. Əgər ocaq bazaltda yerləşirsə həcmi dalğalar P* və S* və ya P və S ilə işarə edilir. Bazalt qatı ilə üst mantiya arasındakı sərhəd Moxoroviç sərhədi adlanır və uzununa (P) dalğaların 7,5-dən 8,2 km/s qədər yayılma sürətləri ilə səciyyələnir. Bu sərhəd boyunca yayılan həcmi dalğalar Pn və Sn ilə işarə edilirlər. Yerli zəlzələlər üçün iki əsas P və S dalğalarının olması səciyyəvidir. P dalğası aydın başlanğıclı, lakin həmişə rəqslərin əvvəli intensiv olmayan, kifayət qədər yüksək tezlikli (4–8 hs) və intensivliyi tədricən azalan şəkildə müşahidə edilir. S dalğası qrupu intensivliyinə görə P dalğası qrupunu əhəmiyyətli dərəcədə aşır və daha yüksək tezliklidir. Yaxın zəlzələlərin qısa periodlu yazılarında da P və S dalğaları şəkildə aydın seçilir. Həcmi dalğaların periodları adətən T≤3 s olur. Səthi dalğaların periodları isə 10–12 saniyəyə çatır. Eninə (S) dalğaların qısa məsafələrdə böyük ampli-tuda malik olması səthi dalğaların başlanğıcını müəyyən etməyə imkan vermir, lakin yaxın zəlzə-lələrin yazılarında Z komponentində Rele (R) səthi dalğalarının maksimal fazası aydın seçilir. Yerli və yaxın zəlzələlər dərin olduqda seysmoqramda P və S dalğaları gəlmə başlanğıclarının aydın və intensiv olması ilə seçilir. Seysmik dalğaların gəlmə vaxtlarını təyin etmək üçün yazının sürətini nəzərə almaqla seysmoqramda dalğaların gəlmə anlarını ölçmək lazımdır.Seysmik dalğaların amplitudları və periodları hər seysmik cihazın bütün komponentlərində eyni zaman anında ölçülür və qrunt yerdəyişməsinin və ya bu yerdəyişmənin sürətinin tam vektoru təyin edilir. Seysmoqramda seysmik dalğanın amplitudu (A) seysmik siqnalın bazis xəttindən maksimum kənara¬çıxmasının qiyməti ilə təyin edilir.
Həmçinin bax
İstinadlar
- Arif Həsənov, Tahir Məmmədli. "Seysmologiyanın əsas elementləri". səh.77. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
- А Г Гасанов. "Ощутимые землетрясения Азербайджана 1983 -2002 гг. Республиканский Центр Сейсмологической Службы НАНА Азербайджана. Баку, «Элм". Jan 2003.
- . s.27-33. http://seismology.az. 2004-2005-2006. Archived from the original on 2022-03-07.
- М. БОТТ. ВНУТРЕННЕЕ СТРОЕНИЕ ЗЕМЛИ (PDF). ИЗДАТЕЛЬСТВО «МИР» МОСКВА 1974: «МИР». 1974. səh. s.373.
Xarici keçidlər
- 3-component Seismograms—Capturing the motion of an earthquake. (Educational)
- How Do I Read a Seismogram?
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seysmoqram seysmometrler Yerde bas veren titreyisleri seysmoqram seklinde yazirlar Seysmoqramlar sakit halda soldan saga uzanan bezen duz cox hallarda ise dalgavari xetlerden ibaretdir HaqqindaSeysmik dalgalarin tesiri ile emele gelen titreyislerin alet usulu ile musahidesi metodlarinin islenib hazirlanmasi ile seysmologiyanin Seysmometriya bolmesi mesgul olur Yerde bas veren zelzeleler seysmik titreyisler zamani qrunt hisseciklerinin yerdeyismelerini yazan seysmoqraflar vasitesi ile qeyd olunurlar Bu titreyis yazilarinin ozu seysmoqram adlanir Zelzeleni qeyd eden ilk cihaz 132 ci ilde Cin alimi Cjan Xen terefinden duzeldilmisdir Bu cihaz yalniz esas tekan istiqametini teyin etmeye imkan verirdi Hemin cihaz qurulus etibari ile her birinin agzinda diyircek olan coxbasli ejdaha sekilinde duzeldilmisdi Cihazin qoyuldugu ozulun titreyisleri zamani diyircekler asagi duserek seysmik dalganin gelme istiqametini gosterirdi Seysmik dalgalari yazan ilk seysmoqraflar XIX esrin 90 ci illerinde meydana gelmisdir Seysmoqraflarin is prinsipinde esas diqqet seysmik titreyisler zamani emele gelen qrunt hisseciklerinin yerdeyismesi yazilarinin tehrif olunmadan alinmasina yoneldilmisdir Bu cihazlarin qurulusu ve is prinsipleri V T Arxangelskiy D P Kirnos ve b terefinden genis izah olunur Qrunt hisseciklerinin yerdeyismeleri terpenmez duzbucaqli OXYZ koordinat sisteminde seysmoqrafin mohkem berkidildiyi ozulun hereketlerini qeyd etmek yolu ile izlenilir Seysmik musahideler zamani adeten Z oxu saquli olaraq yuxari X ve Y oxlari muvafiq olaraq cenubdan simala ve qerbden serqe yonelen yuxari serqe E ve simala N olan istiqametleri musbet hesab olunan sistem istifade olunur Seysmometr Seysmoqrafin qrunt hisseciklerinin yerdeyismelerine uygun hereket eden hissesine seysmometr deyilir Seysmometr eslinde reqqas ve ya yaydan asilmis yukdur Seysmoloji praktikada esasen fiziki reqqas sistemleri genis tetbiq olunur Seysmometrler Yerde bas veren titreyisleri seysmoqram seklinde yazirlar Seysmoqramlar sakit halda soldan saga uzanan bezen duz cox hallarda ise dalgavari xetlerden ibaretdir Xetlerin dalgavari formada olmasi insanlarin hiss etmediyi Yerdeki mikroseysmlerle elaqedardir Zelzeleler bas verdikde ise seysmik dalgalarin gelisi ile elaqedar qruntun qefleti olaraq guclu titreyisi mikroseysmin fonunda duz ve ya dalgavari yazilarin keskin kenara cixmalari musahide edilir Zelzeleleri oyrenmek koordinatlarini intensivliyini mexanizmini ve s teyin etmek ucun seysmoqramlardan elde olunmasi zeruri hesab edilen melumatlar ayri ayri seysmik dalgalarin gelme anlari dalgalarin amplitudlari yerdeyisme suret ve ya tecilinin qiymetleridir Zelzele yazisinin formasi seysmoqrafin amplitud tezlik xususiyyetinden asilidir Yeni her bir seysmoqraf oz amplitud tezlik xususiyyetine uygun olaraq mueyyen tezlik diapazonuna daxil olan dalgalari guclendirir Odur ki zelzelelerin yazilarini arasdirarken stansiyada isleyen butun tiplerden olan cihazlarin seysmoqramlarini tefsir etmek zeruridir Zelzele yazilarinin tefsiriSeysmoqramlarin ilkin tefsiri asagidaki bir nece ardicil merhelelerden ibaretdir seysmoqramin keyfiyyet analizi seysmik dalgalarin gelme anlarinin teyini seysmik dalgalarin baslangiclarinin isaresi ve deqiqliyinin teyini seysmik dalgalarin amplituda ve periodlarinin olculmesi Seysmoqramin keyfiyyet analizi yazinin gorunusune esasen aparilir Buna esasen zelzelenin yerli yaxin uzaq sethi derin olmasi mueyyenlesdirilir Derin olmayan yerli ve yaxin zelzeleler umumi davamiyyetin azligi ve yuksek tezlikli terkibi ile seciyyelenir Ona gore bele zelzelelerin tefsiri qisa ve orta periodlu seysmik cihazlarin yazilari esasinda aparilir Yerli ve yaxin zelzeleler zamani adeten Yer qabiginda yayilan dalgalar musahide edilir Qranit qati Kontinentlerde Yer qabiginin umumilesdirilmis uc layli kesilisi verilir Burada zelzele ocaginin qranit bazalt ve ust mantiyada oldugu hallarda hecmi dalgalarin yayilmasi yollari gosterilir Cokme layda uzununa P dalgalarin sureti 5 km s e catir Qranit qatinin qalinligi kontinental duzenliklerde 10 30 km arasinda olur Dagliq erazilerde bu qalinliq deyisir ve artir Okeanlarda bu qat olmur Uzununa P dalgalarinin sureti qranit qatinda 5 5 6 4 km s dir Bu qatda zelzele bas verdikde P ve S ve ya Pg ve Sg ile isare edilen hecmi dalgalar 120 170 km e qeder mesafelerde ilkin olaraq gelirler Qranit qatindan Konrad serhedi ile ayrilan bazalt qatinda uzununa P dalgalarin yayilma sureti 6 3 7 3 km s arasinda deyisir Bazalt qati Eger zelzele ocagi qranitdedirse bazalt qatinda yayilan hecmi dalgalar P ve S ile isare edilir Eger ocaq bazaltda yerlesirse hecmi dalgalar P ve S ve ya P ve S ile isare edilir Bazalt qati ile ust mantiya arasindaki serhed Moxorovic serhedi adlanir ve uzununa P dalgalarin 7 5 den 8 2 km s qeder yayilma suretleri ile seciyyelenir Bu serhed boyunca yayilan hecmi dalgalar Pn ve Sn ile isare edilirler Yerli zelzeleler ucun iki esas P ve S dalgalarinin olmasi seciyyevidir P dalgasi aydin baslangicli lakin hemise reqslerin evveli intensiv olmayan kifayet qeder yuksek tezlikli 4 8 hs ve intensivliyi tedricen azalan sekilde musahide edilir S dalgasi qrupu intensivliyine gore P dalgasi qrupunu ehemiyyetli derecede asir ve daha yuksek tezliklidir Yaxin zelzelelerin qisa periodlu yazilarinda da P ve S dalgalari sekilde aydin secilir Hecmi dalgalarin periodlari adeten T 3 s olur Sethi dalgalarin periodlari ise 10 12 saniyeye catir Enine S dalgalarin qisa mesafelerde boyuk ampli tuda malik olmasi sethi dalgalarin baslangicini mueyyen etmeye imkan vermir lakin yaxin zelze lelerin yazilarinda Z komponentinde Rele R sethi dalgalarinin maksimal fazasi aydin secilir Yerli ve yaxin zelzeleler derin olduqda seysmoqramda P ve S dalgalari gelme baslangiclarinin aydin ve intensiv olmasi ile secilir Seysmik dalgalarin gelme vaxtlarini teyin etmek ucun yazinin suretini nezere almaqla seysmoqramda dalgalarin gelme anlarini olcmek lazimdir Seysmik dalgalarin amplitudlari ve periodlari her seysmik cihazin butun komponentlerinde eyni zaman aninda olculur ve qrunt yerdeyismesinin ve ya bu yerdeyismenin suretinin tam vektoru teyin edilir Seysmoqramda seysmik dalganin amplitudu A seysmik siqnalin bazis xettinden maksimum kenara cixmasinin qiymeti ile teyin edilir Hemcinin baxAMEA nezdinde Respublika Seysmoloji Xidmet Merkezi Arif Hesenov seysmoloq Tahir Memmedli Merkalli skalasi Rossi Forel skalasi Medvedyev Sponhoyer Karnik skalasi Zelzele MaqnitudaIstinadlarArif Hesenov Tahir Memmedli Seysmologiyanin esas elementleri seh 77 ek anl az 27 aprel 2023 cu il tarixinde arxivlesdirilib A G Gasanov Oshutimye zemletryaseniya Azerbajdzhana 1983 2002 gg Respublikanskij Centr Sejsmologicheskoj Sluzhby NANA Azerbajdzhana Baku Elm Jan 2003 s 27 33 http seismology az 2004 2005 2006 Archived from the original on 2022 03 07 M BOTT VNUTRENNEE STROENIE ZEMLI PDF IZDATELSTVO MIR MOSKVA 1974 MIR 1974 seh s 373 Xarici kecidler3 component Seismograms Capturing the motion of an earthquake Educational How Do I Read a Seismogram