Sergey Vyaçeslovoviç Lazarev (rus. Серге́й Вячесла́вович Ла́зарев; d. 1 aprel 1983, Moskva, Rusiya Sovet Federativ Sosialist Respublikası) — Rusiya müğənnisi və aktyoru. O, əsasən musiqi karyerasına görə tanınır və Smash!! qrupunun üzvü olaraq şöhrət qazanmışdır. 2006-cı ildə qrup dağıldıqdan sonra Sergey öz solo karyerasına başlamışdır. O, "You are the Only One" mahnısı ilə Rusiyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Lazarev Rusiyanı növbəti dəfə İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində "Scream" mahnısı ilə təmsil etmişdir.
Sergey Lazarev | |
---|---|
rus. Серге́й Ла́зарев | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Sergey Vyaçeslovoviç Lazarev rus. Серге́й Вячесла́вович Ла́зарев |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya Sovet Federativ Sosialist Respublikası |
Vətəndaşlığı | Rusiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktyor, rəqqas |
Fəaliyyət illəri | 2002–h.h. |
Janr | pop |
Musiqi alətləri | piano |
Səs tembri | tenor |
Albom şirkətləri | Style, Sony Music Russia |
Əlaqələri | Neposedy, Smash!! |
Təhsili |
|
Mükafatları | |
sergeylazarev.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
Sergey Vyaçeslovoviç Lazarev 1 aprel 1983-cü ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Sergey altı yaşından doqquz yaşınadək idman gimnastikası ilə məşğul olmuşdur. O, on yaşına çatmamışdan öncə oxumağa və aktyorluğa başlamış və ilk dəfə Lokteus uşaq xorunun üzvü kimi səhnə almışdır. 14 yaşında Sergey artıq ilk mükafatını əldə etmiş, müxtəlif müsabiqələrdə qələbə qazanmış və Neposedy (Непоседы) uşaq musiqi qrupuna üzv seçilmişdir. T.A.T.u. qrupunun üzvləri ilk dəfə məhz Neposedy qrupunda bir-birləri ilə tanış olmuşdurlar. Qrupa eyni zamanda Sergeyin dostu Vlad Topalov da qoşulmuşdur. Vlad daha sonra Sergey Lazarev ilə birlikdə Smash!! qrupunda da yer almışdır.
On bir yaşında ikən Sergey Pokrovskiy teatrda çıxış etmiş və bir neçə tamaşalarda rol almışdır. 1995-ci ildə Sergey uşaq musiqi qrupuna üzv seçilmiş və həmin ildə də o, uşaqlar üçün nəzərdə tutulan musiqi yarışmalarından birində qələbə qazanmışdır. Qrupun üzvü olaraq Sergey Rusiyanın bir çox televiziya şoularında iştirak etmişdir. 1996-cı ildə o, İtaliyada keçirilən Bravo Bravissimo müsabiqəsində mükafata layiq görülmüşdür.
Aktyorluq
2000-ci ildə Sergey Lazarev Moskvanın teatr məktəbinə daxil olmuş və 2004-cü ildə peşəkar aktyor olaraq orada təhsilini başa vurmuşdur. Tələbə vaxtlarında Sergey Puşkinski teatrda Romeo və Cülyetta və Karamazov qardaşları tamaşalarında əsas rollarda səhnə almışdır. Canlandırdığı Romeo obrazına görə Sergey "Ən yaxşı sevgi səhnəsi" kateqoriyasında "Seagull" dramatik debüt mükafatına namizəd göstərilmişdir.
2005-ci ildə Sergey teatr səhnəsinə geri dönmüşdür. O, "Mənə tenor bağışlayın" müziklında canlandırdığı obraz sayəsində beş teatr mükafatına layiq görülmüşdür. Həmin müzikl ilin ən böyük teatr uğuru hesab olunmuşdur.
Smash!! qrupunda
2000-ci ildə tərkibində Sergey Lazarev və onun musiqi yoldaşı Vlad Topalovun yer aldığı Smash!! qrupunun yaranması ilə Lazarev Rusiyada şöhrət qazanmışdır. 2002-ci ildə qrupun ilk mahnısı "Should Have Loved You More" təqdim olunmuş və daha sonra həmin mahnıya klip çəkilmişdir. Həmin ilin payızında Smash!! qrupu Yurmalada keçirilən "Novaya Volna" müsabiqəsində qələbə qazanmışdır. 2002-ci ilin oktyabr ayında qrupun "Belle" mahnısı təqdim olunmuşdur. Mahnıya çəkilmiş videoklip 6 ay müddətində MTV Russia telekanalının siyahısında zirvədə yer almış və beş il ərzində Top 20-likdə yerini qorumuşdur. Mahnıda qrupunun yaranmasından bəhs edilir və ifaçıların söylədiyinə görə mahnı ilkin olaraq Vlad Topalovun atasına ad günü hədiyyəsi kimi səsləndirilmişdir. Daha sonra isə mahnı yerli radio stansiyalara təqdim olunmuşdur.
2003-cü ilin fevral ayında Smash!! qrupunun Freeway adlı debüt albomu işıq üzü görmüşdür. Rusiyada və Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrdə albomun milyondan artıq nüsxəsi satılmışdır. 2003-cü il ərzində qrup davamlı olaraq Rusiyanın müxtəlif şəhər və vilayətlərində konsert proqramları ilə çıxış etmişdir.
2004-cü ildə Freeway albomu Şərqi Asiya ölkələri olan Koreya, Çin, Tayvan, Tayland, Honq Konq, Malayziya, Sinqapur, İndoneziya, Hindistan və Filippində də satışa buraxılmışdır. Albom qrupun Asiya ölkələrində həyata keçirdiyi turdan sonra həmin ölkələrdə təqdim olunmuşdur. 2004-cü ildə eyni zamanda Smash!! qrupunun İtaliyanın Earphones qrupu ilə birlikdə əməkdaşlığı nəticəsində "Obsession" mahnısı ərsəyə gəlmişdir. Mahnı radio stansiyalarda səslənməyə başladıqdan sonra hit paradlarda zirvədə yer almışdır. Həmin ildə qrup "İlin pop layihəsi" kateqoriyasında MTV Russian Music Awards mükafatına layiq görülmüşdür.
2004-cü ilin dekabr ayında Smash!! qrupunun ikinci studiya albomu olan 2Nite işıq üzü görmüşdür. Albomun təqdimatından bir həftə sonra qrup fəaliyyətinin dayandırmışdır. Daha sonra Sergey Lazarev və Vlad Topalov öz solo karyeralarına başlamışdırlar.
Solo karyerası
Sergey Lazarevin 2005-ci ilin noyabr ayında işıq üzü görən Don't Be Fake solo debüt albomundakı mahnılar Britaniyalı prodüser-bəstəkar Brayan Roulinqin əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Albomun 300,000-dən artıq nüsxəsi təkcə Rusiyada satılmışdır. Albomun dördüncü sinqlı "Fake" eyni zamanda Böyük Britaniyada buraxılmış və Britaniya hit paradlarından birinə daxil ola bilmişdir. 2006-cı ilin may ayında Sergey "Ən yaxşı yeni ifaçı" kateqoriyasında MUZ TV mükafatına layiq görülmüşdür.
Don't Be Fake albomunun ilk iki sinqlı "Eye Of The Storm" və "Lost Without Your Love" üçün videokliplər Mayami və Cənubi Afrikada çəkilmişdir. Albomun üçüncü sinqlı "Just Because You Walk Away" həftələrlə hit paradlarda zirvədə yer alaraq alboma əsas uğur qazandıran sinql olmuşdur. Mahnının qazandığı məşhurluğa görə albomun yeni versiyası təqdim olunmuşdur. Albomda "Just Because You Walk Away" mahnısının ingilis dilində olan versiyası ilə yanaşı eyni zamanda mahnının rus dilində olan yeni versiyası ("Даже Если Ты Уйдёшь") və remiks versiyaları da yer almışdır. Lazarev mahnını MTV Russian Awards mükafatlandırma mərasimində də ifa etmişdir. Albomun dördüncü sinqlı olan "Fake" üçün Londonda klip çəkdirilmişdir. Daha sonra Don't Be Fake albomunun remiks versiyası satışa buraxılmışdır.
Debüt albomundan qazandığı uğurdan sonra Sergey Lazarev TV Show adlı yeni albomun hazırlıqlarına başlamışdır. Albomun əsas sinqlı olan "Вспоминай" üçün Moskvada klip çəkdirilmişdir. Daha sonra mahnının videoklip ilə birlikdə "Everytime" adlı ingilis dilində versiyası da təqdim olunmuşdur. Albomun ikinci sinqlı olan "Shattered Dreams" üçün isə Kanadada klip çəkdirilmişdir və bu Sergeyin ilk beynəlxalq sinqlı olmuşdur. Həmin ildə Lazarev Dima Bilanı üstələyərək, MTV Russian Awards mükafatına layiq görülmüşdür. Mükafatlandırma mərasimində Sergey Lazarev və Smash!! qrupunun keçmiş üzvü Vlad Topalov birlikdə "Belle" mahnısı ilə çıxış etmişdir. Sergeyin ikinci studiya albomu TV Show 2007-ci ildə Avropada satışa buraxılmışdır.
2008-ci ildə Sergey Lazarev "Flyer" mahnısı ilə Rusiyanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün namizədlərdən biri idi. Nəticədə o, milli seçim turunda dördüncü yerdə qərarlaşaraq, Dima Bilana məğlub olmuşdur. Həmin ilin mart ayında Sergey İngiltərədə The Opera House-da keçirilən Booty Luv qrupunun konsertində böyük auditoriya qarşısında çıxış etmişdir. Lazarev eyni zamanda 2008-ci ildə növbəti MTV Russian Awards mükafatına layiq görülmüşdür. Daha sonra onun ikinci albomunun sonuncu sinqlı olan "Зачем придумали любовь" mahnısına çəkilən videoklip təqdim olunmuşdur.
2009-cu ildə Lazarevin Rusiyalı reper Timati ilə duet şəklində ifa etdiyi "Lazerboy" mahnısına çəkilən videoklip təqdim olunmuşdur. Həmin ilin aprel ayında müğənni üçüncü studiya albomunda yer alacaq "Stereo", "Already Know" və "Out of Control" mahnılarının təqdimatını həyata keçirsə də, nəticə olaraq həmin mahnıların heç biri albomda yer almışdır.
2010-cu ilin mart ayında Sergey Lazarevin Electric Touch adlı üçüncü studiya albomu işıq üzü görmüşdür. May ayında albomda yer alan "Alarm" mahnısına çəkilən videoklip təqdim olunmuşdur.
2012-ci ildə Lazarevin növbəti ingilis dilində olan mahnısı "Take It Off" təqdim olunmuşdur.
2015-ci ilin dekabr ayında Sergey Lazarevin Rusiyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil edəcəyi elan edilmişdir. Müsabiqədə ifa etdiyi "You are the Only One" mahnısı ilk dəfə 2016-cı ilin mart ayında dinləyicilərə təqdim olunmuşdur. Uzun məşqlərdən sonra Sergey 10 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 9-cu nömrə altında səhnə almışdır. Nəticədə 342 xalla 1-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Sergey 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 491 xal toplayaraq, 3-cü yeri tutmuşdur. Lazarev finalda SMS səsverməsinə görə birinci yeri tutsa da, münsif səsverməsində beşinci yerdə qərarlaşmışdır.
7 fevral 2019-cu il tarixdə Lazarev Rusiyanı növbəti dəfə Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Onun Tel-Əviv səhnəsində ifa edəcəyi "Scream" mahnısı 9 martda təqdim olunmuşdur. Lazarev müsabiqənin finalında 370 xalla 3-cü yeri tutmuşdur.
Şəxsi həyatı
2016-cı ilin dekabr ayında Sergey Lazarev Nikita adlı iki yaşlı oğlunun olduğunu etiraf etmişdir. Onun oğlu ilə kilsədə çəkilmiş şəkilləri Rusiya mediasında yer almışdır. Daha sonra Nikita 2017-ci ildə Sergeyin "Так красиво" mahnısına çəkdirdiyi videoklipində yer almışdır. 2019-cu ildə Sergey Lazarevin surroqat anadan Anna adında daha bir qız övladı dünyaya gəldi.
Diskoqrafiya
Albomlar
Albom adı | İl |
---|---|
Don't Be Fake | 2005 |
TV Show | 2007 |
Electric Touch | 2010 |
Лазарев | 2013 |
В эпицентре | 2017 |
Sinqllar
Mahnı adı | İl |
---|---|
"Eye of the Storm" | 2005 |
"Lost Without Your Love" | |
"Just Because You Walk Away" | 2006 |
"Fake" | |
"Shattered Dreams" | |
"Everytime" | 2007 |
"TV or Radio" | |
"Girlfriend" | |
"Almost Sorry" | |
"The Flyer" | 2008 |
"Lazerboy" (Timati ilə duet) | |
"Stereo" | 2009 |
"Найди меня" | |
"Alarm" | 2010 |
"Feelin' High" | |
"Instantly" | |
"Heartbeat" | 2011 |
"Electric Touch" | |
"Moscow to California" (Timati və DJ M.E.G. ilə birlikdə) | 2012 |
"Take It Off" | |
"Нереальная любовь" | |
"Cure the Thunder" (T-Pain ilə duet) | 2013 |
"Слёзы в моём сердце" | |
"Stumblin'" | |
"В самое сердце" | |
"7 Wonders | 2014 |
"7 Цифр" | |
"Это всё она" | 2015 |
"Весна" | |
"Эх, лук-лучок" | |
"You are the Only One" | 2016 |
"Пусть весь мир подождет" | |
"Чем измерить Сочи?" | |
"Breaking Away" | |
"Идеальный Мир" | |
"Лаки Стрэнджер" | 2017 |
"Lucky Stranger" | |
"Прости меня" (Dima Bilan ilə duet) | |
"Сдавайся" | |
"Шёпотом" | |
"Так красиво" | |
"Вдребезги" | |
"Новый год" | |
"Холодный ноябрь" | 2018 |
"Scream" | 2019 |
İstinadlar
- ""Smash!" распался". 2021-01-26 tarixində . İstifadə tarixi: 6 mart 2016.
- "Sergey Lazarev's Russian 2016 Eurovision entry leaked". 2019-04-03 tarixində . İstifadə tarixi: 6 mart 2016.
- "Sergey Lazarev shares "Scream" lyrics…". Wiwibloggs. 9 mart 2019. 2019-12-17 tarixində . İstifadə tarixi: 2019-03-10.
- "Lazarev ikinci uşağı olduğunu etiraf etdi". 2019-09-30 tarixində . İstifadə tarixi: 2019-09-30.
Əvvəlki: Polina Qaqarina "A Million Voices" | Rusiya Avroviziya Mahnı Müsabiqəsində 2016 | Sonrakı: Yuliya Samoylova "I Won't Break" |
Əvvəlki: Yuliya Samoylova "I Won't Break" | Rusiya Avroviziya Mahnı Müsabiqəsində 2019 | Sonrakı: Little Big |
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sergey Vyaceslovovic Lazarev rus Serge j Vyachesla vovich La zarev d 1 aprel 1983 Moskva Rusiya Sovet Federativ Sosialist Respublikasi Rusiya mugennisi ve aktyoru O esasen musiqi karyerasina gore taninir ve Smash qrupunun uzvu olaraq sohret qazanmisdir 2006 ci ilde qrup dagildiqdan sonra Sergey oz solo karyerasina baslamisdir O You are the Only One mahnisi ile Rusiyani 2016 Avroviziya Mahni Musabiqesinde temsil etmisdir Lazarev Rusiyani novbeti defe Israilin Tel Eviv seherinde kecirilen 2019 Avroviziya Mahni Musabiqesinde Scream mahnisi ile temsil etmisdir Sergey Lazarevrus Serge j La zarevSergey Lazarev 2016 ci ildeUmumi melumatlarDogum adi Sergey Vyaceslovovic Lazarev rus Serge j Vyachesla vovich La zarevDogum tarixi 1 aprel 1983 41 yas Dogum yeri Moskva Rusiya Sovet Federativ Sosialist RespublikasiVetendasligi RusiyaMusiqici melumatlariFealiyyeti mugenni aktyor reqqasFealiyyet illeri 2002 h h Janr popMusiqi aletleri pianoSes tembri tenorAlbom sirketleri Style Sony Music RussiaElaqeleri Neposedy Smash Tehsili Moskva Incesenet Teatr Mektebi d 2003 Mukafatlarisergeylazarev ru Vikianbarda elaqeli mediafayllarErken illeriSergey Vyaceslovovic Lazarev 1 aprel 1983 cu ilde Rusiya Sovet Federativ Sosialist Respublikasinin Moskva seherinde anadan olmusdur Sergey alti yasindan doqquz yasinadek idman gimnastikasi ile mesgul olmusdur O on yasina catmamisdan once oxumaga ve aktyorluga baslamis ve ilk defe Lokteus usaq xorunun uzvu kimi sehne almisdir 14 yasinda Sergey artiq ilk mukafatini elde etmis muxtelif musabiqelerde qelebe qazanmis ve Neposedy Neposedy usaq musiqi qrupuna uzv secilmisdir T A T u qrupunun uzvleri ilk defe mehz Neposedy qrupunda bir birleri ile tanis olmusdurlar Qrupa eyni zamanda Sergeyin dostu Vlad Topalov da qosulmusdur Vlad daha sonra Sergey Lazarev ile birlikde Smash qrupunda da yer almisdir On bir yasinda iken Sergey Pokrovskiy teatrda cixis etmis ve bir nece tamasalarda rol almisdir 1995 ci ilde Sergey usaq musiqi qrupuna uzv secilmis ve hemin ilde de o usaqlar ucun nezerde tutulan musiqi yarismalarindan birinde qelebe qazanmisdir Qrupun uzvu olaraq Sergey Rusiyanin bir cox televiziya soularinda istirak etmisdir 1996 ci ilde o Italiyada kecirilen Bravo Bravissimo musabiqesinde mukafata layiq gorulmusdur Aktyorluq2000 ci ilde Sergey Lazarev Moskvanin teatr mektebine daxil olmus ve 2004 cu ilde pesekar aktyor olaraq orada tehsilini basa vurmusdur Telebe vaxtlarinda Sergey Puskinski teatrda Romeo ve Culyetta ve Karamazov qardaslari tamasalarinda esas rollarda sehne almisdir Canlandirdigi Romeo obrazina gore Sergey En yaxsi sevgi sehnesi kateqoriyasinda Seagull dramatik debut mukafatina namized gosterilmisdir 2005 ci ilde Sergey teatr sehnesine geri donmusdur O Mene tenor bagislayin muziklinda canlandirdigi obraz sayesinde bes teatr mukafatina layiq gorulmusdur Hemin muzikl ilin en boyuk teatr uguru hesab olunmusdur Smash qrupundaSergey Lazarev 2015 ci ilde 2000 ci ilde terkibinde Sergey Lazarev ve onun musiqi yoldasi Vlad Topalovun yer aldigi Smash qrupunun yaranmasi ile Lazarev Rusiyada sohret qazanmisdir 2002 ci ilde qrupun ilk mahnisi Should Have Loved You More teqdim olunmus ve daha sonra hemin mahniya klip cekilmisdir Hemin ilin payizinda Smash qrupu Yurmalada kecirilen Novaya Volna musabiqesinde qelebe qazanmisdir 2002 ci ilin oktyabr ayinda qrupun Belle mahnisi teqdim olunmusdur Mahniya cekilmis videoklip 6 ay muddetinde MTV Russia telekanalinin siyahisinda zirvede yer almis ve bes il erzinde Top 20 likde yerini qorumusdur Mahnida qrupunun yaranmasindan behs edilir ve ifacilarin soylediyine gore mahni ilkin olaraq Vlad Topalovun atasina ad gunu hediyyesi kimi seslendirilmisdir Daha sonra ise mahni yerli radio stansiyalara teqdim olunmusdur 2003 cu ilin fevral ayinda Smash qrupunun Freeway adli debut albomu isiq uzu gormusdur Rusiyada ve Musteqil Dovletler Birliyine uzv olan olkelerde albomun milyondan artiq nusxesi satilmisdir 2003 cu il erzinde qrup davamli olaraq Rusiyanin muxtelif seher ve vilayetlerinde konsert proqramlari ile cixis etmisdir 2004 cu ilde Freeway albomu Serqi Asiya olkeleri olan Koreya Cin Tayvan Tayland Honq Konq Malayziya Sinqapur Indoneziya Hindistan ve Filippinde de satisa buraxilmisdir Albom qrupun Asiya olkelerinde heyata kecirdiyi turdan sonra hemin olkelerde teqdim olunmusdur 2004 cu ilde eyni zamanda Smash qrupunun Italiyanin Earphones qrupu ile birlikde emekdasligi neticesinde Obsession mahnisi erseye gelmisdir Mahni radio stansiyalarda seslenmeye basladiqdan sonra hit paradlarda zirvede yer almisdir Hemin ilde qrup Ilin pop layihesi kateqoriyasinda MTV Russian Music Awards mukafatina layiq gorulmusdur 2004 cu ilin dekabr ayinda Smash qrupunun ikinci studiya albomu olan 2Nite isiq uzu gormusdur Albomun teqdimatindan bir hefte sonra qrup fealiyyetinin dayandirmisdir Daha sonra Sergey Lazarev ve Vlad Topalov oz solo karyeralarina baslamisdirlar Solo karyerasiLazarev 2012 Video musiqi mukafatlarinin qalibi Sergey Lazarevin 2005 ci ilin noyabr ayinda isiq uzu goren Don t Be Fake solo debut albomundaki mahnilar Britaniyali produser bestekar Brayan Roulinqin emekdasligi neticesinde erseye gelmisdir Albomun 300 000 den artiq nusxesi tekce Rusiyada satilmisdir Albomun dorduncu sinqli Fake eyni zamanda Boyuk Britaniyada buraxilmis ve Britaniya hit paradlarindan birine daxil ola bilmisdir 2006 ci ilin may ayinda Sergey En yaxsi yeni ifaci kateqoriyasinda MUZ TV mukafatina layiq gorulmusdur Don t Be Fake albomunun ilk iki sinqli Eye Of The Storm ve Lost Without Your Love ucun videoklipler Mayami ve Cenubi Afrikada cekilmisdir Albomun ucuncu sinqli Just Because You Walk Away heftelerle hit paradlarda zirvede yer alaraq alboma esas ugur qazandiran sinql olmusdur Mahninin qazandigi meshurluga gore albomun yeni versiyasi teqdim olunmusdur Albomda Just Because You Walk Away mahnisinin ingilis dilinde olan versiyasi ile yanasi eyni zamanda mahninin rus dilinde olan yeni versiyasi Dazhe Esli Ty Ujdyosh ve remiks versiyalari da yer almisdir Lazarev mahnini MTV Russian Awards mukafatlandirma merasiminde de ifa etmisdir Albomun dorduncu sinqli olan Fake ucun Londonda klip cekdirilmisdir Daha sonra Don t Be Fake albomunun remiks versiyasi satisa buraxilmisdir Debut albomundan qazandigi ugurdan sonra Sergey Lazarev TV Show adli yeni albomun hazirliqlarina baslamisdir Albomun esas sinqli olan Vspominaj ucun Moskvada klip cekdirilmisdir Daha sonra mahninin videoklip ile birlikde Everytime adli ingilis dilinde versiyasi da teqdim olunmusdur Albomun ikinci sinqli olan Shattered Dreams ucun ise Kanadada klip cekdirilmisdir ve bu Sergeyin ilk beynelxalq sinqli olmusdur Hemin ilde Lazarev Dima Bilani usteleyerek MTV Russian Awards mukafatina layiq gorulmusdur Mukafatlandirma merasiminde Sergey Lazarev ve Smash qrupunun kecmis uzvu Vlad Topalov birlikde Belle mahnisi ile cixis etmisdir Sergeyin ikinci studiya albomu TV Show 2007 ci ilde Avropada satisa buraxilmisdir Lazarev 2016 Avroviziya Mahni Musabiqesinde 2008 ci ilde Sergey Lazarev Flyer mahnisi ile Rusiyani 2008 Avroviziya Mahni Musabiqesinde temsil etmek ucun namizedlerden biri idi Neticede o milli secim turunda dorduncu yerde qerarlasaraq Dima Bilana meglub olmusdur Hemin ilin mart ayinda Sergey Ingilterede The Opera House da kecirilen Booty Luv qrupunun konsertinde boyuk auditoriya qarsisinda cixis etmisdir Lazarev eyni zamanda 2008 ci ilde novbeti MTV Russian Awards mukafatina layiq gorulmusdur Daha sonra onun ikinci albomunun sonuncu sinqli olan Zachem pridumali lyubov mahnisina cekilen videoklip teqdim olunmusdur 2009 cu ilde Lazarevin Rusiyali reper Timati ile duet seklinde ifa etdiyi Lazerboy mahnisina cekilen videoklip teqdim olunmusdur Hemin ilin aprel ayinda mugenni ucuncu studiya albomunda yer alacaq Stereo Already Know ve Out of Control mahnilarinin teqdimatini heyata kecirse de netice olaraq hemin mahnilarin hec biri albomda yer almisdir 2010 cu ilin mart ayinda Sergey Lazarevin Electric Touch adli ucuncu studiya albomu isiq uzu gormusdur May ayinda albomda yer alan Alarm mahnisina cekilen videoklip teqdim olunmusdur 2012 ci ilde Lazarevin novbeti ingilis dilinde olan mahnisi Take It Off teqdim olunmusdur 2015 ci ilin dekabr ayinda Sergey Lazarevin Rusiyani Isvecin paytaxti Stokholmda kecirilen Avroviziya 2016 da temsil edeceyi elan edilmisdir Musabiqede ifa etdiyi You are the Only One mahnisi ilk defe 2016 ci ilin mart ayinda dinleyicilere teqdim olunmusdur Uzun mesqlerden sonra Sergey 10 may tarixinde bas tutan musabiqenin yarimfinal merhelesinde 9 cu nomre altinda sehne almisdir Neticede 342 xalla 1 ci yeri tutaraq final merhelesine vesiqe qazanmisdir Musabiqenin finalinda bir daha oz mahnisini ifa eden Sergey 26 olke temsilcisinin mubarize apardigi souda 491 xal toplayaraq 3 cu yeri tutmusdur Lazarev finalda SMS sesvermesine gore birinci yeri tutsa da munsif sesvermesinde besinci yerde qerarlasmisdir 7 fevral 2019 cu il tarixde Lazarev Rusiyani novbeti defe Avroviziya Mahni Musabiqesinde temsil edeceyini elan etmisdir Onun Tel Eviv sehnesinde ifa edeceyi Scream mahnisi 9 martda teqdim olunmusdur Lazarev musabiqenin finalinda 370 xalla 3 cu yeri tutmusdur Sexsi heyati2016 ci ilin dekabr ayinda Sergey Lazarev Nikita adli iki yasli oglunun oldugunu etiraf etmisdir Onun oglu ile kilsede cekilmis sekilleri Rusiya mediasinda yer almisdir Daha sonra Nikita 2017 ci ilde Sergeyin Tak krasivo mahnisina cekdirdiyi videoklipinde yer almisdir 2019 cu ilde Sergey Lazarevin surroqat anadan Anna adinda daha bir qiz ovladi dunyaya geldi DiskoqrafiyaAlbomlar Albom adi IlDon t Be Fake 2005TV Show 2007Electric Touch 2010Lazarev 2013V epicentre 2017Sinqllar Mahni adi Il Eye of the Storm 2005 Lost Without Your Love Just Because You Walk Away 2006 Fake Shattered Dreams Everytime 2007 TV or Radio Girlfriend Almost Sorry The Flyer 2008 Lazerboy Timati ile duet Stereo 2009 Najdi menya Alarm 2010 Feelin High Instantly Heartbeat 2011 Electric Touch Moscow to California Timati ve DJ M E G ile birlikde 2012 Take It Off Nerealnaya lyubov Cure the Thunder T Pain ile duet 2013 Slyozy v moyom serdce Stumblin V samoe serdce 7 Wonders 2014 7 Cifr Eto vsyo ona 2015 Vesna Eh luk luchok You are the Only One 2016 Pust ves mir podozhdet Chem izmerit Sochi Breaking Away Idealnyj Mir Laki Strendzher 2017 Lucky Stranger Prosti menya Dima Bilan ile duet Sdavajsya Shyopotom Tak krasivo Vdrebezgi Novyj god Holodnyj noyabr 2018 Scream 2019Istinadlar Smash raspalsya 2021 01 26 tarixinde Istifade tarixi 6 mart 2016 Sergey Lazarev s Russian 2016 Eurovision entry leaked 2019 04 03 tarixinde Istifade tarixi 6 mart 2016 Sergey Lazarev shares Scream lyrics Wiwibloggs 9 mart 2019 2019 12 17 tarixinde Istifade tarixi 2019 03 10 Lazarev ikinci usagi oldugunu etiraf etdi 2019 09 30 tarixinde Istifade tarixi 2019 09 30 Evvelki Polina Qaqarina A Million Voices Rusiya Avroviziya Mahni Musabiqesinde 2016 Sonraki Yuliya Samoylova I Won t Break Evvelki Yuliya Samoylova I Won t Break Rusiya Avroviziya Mahni Musabiqesinde 2019 Sonraki Little BigXarici kecidler