Səidə İmanzadə (29 dekabr 1910, Nuxa – 1 may 1992) — Azərbaycanın pedaqoqu, Azərbaycan SSR-in Əməkdar Müəllimi.
Səidə İmanzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şəki |
Vəfat tarixi | (81 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | ali |
İxtisası | tarixçi |
Fəaliyyəti | pedaqoq |
Əsərlərinin dili | Azərbaycan dili |
Həyatı
Səidə xanım İmanzadə 29 dekabr 1910-cu ildə Şəkidə doğulmuşdur. O, ailəsi ilə 1924-cü ildə Bakıya köçmüşdür.
Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən ən mühüm ictimai problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı və onun rayonlarında onlarca qadın klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılırdı.
Səidə xanım İmanzadə 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən "Qadın nümayəndələri iclası" adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar arasında iş aparmış, qadınların hüqüq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları iş öz müsbət nəticəsini verirdi. Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 1926-cı ildə Bakıda fəaliyyət göstərən "Türk sənaye məktəbi"nə daxil oldu. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən başladığı fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ oldu. O, bütün qüvvəsini qadın hüquqları uğrunda mübarizəyə yönəltmişdi. Təqiblər, təhqirlər və hədələr gənc Səidəni xalqın balalarına savad vermək kimi şərəfli yoldan çəkindirə bilmədi. Onun Əli Bayramov klubundakı fəaliyyəti nəticəsində neçə-neçə azərbaycanlı qadın ictimai həyata qədəm qoymuşdur.
Təhsili və pedaqoji fəaliyyəti
Səidə İmanzadə ilk təhsilinə 1915-ci ildə molla məktəbində başlamışdır. O, 1930-cu ildə sənaye məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini artırmaq məqsədilə fəhlə fakültəsinə qəbul edilmişdi. O, 1934-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsini bitirməklə özünün ən böyük arzusuna çatdı. Sonrakı bütün şüurlu həyatını müəllimliyə- bu xeyirxah peşəyə sərf etdi. Əvvəlcə Pirallahı adasındakı 98 saylı orta məktəbdə, sonradan 21 saylı məktəbdə çalışmış, qısa müddətdə adi müəllimlikdən orta məktəb direktoru vəzifəsinə qədər yüksəlmişdi. O, müəllimliklə yanaşı, ictimai fəaliyyətini uğurla davam etdirmiş, Bakı Soveti nəzdindəki "Mədəni yürüş" təşkilatının fəal iştirakçısı olmuşdu. Həmin illərdə S. İmanzadəni qadın azadlığının düşmənlərinə qarşı, cəhalətə və savadsızlığa qarşı respublikada gedən ümumxalq hərəkatının önündə görmək olardı.
1941-ci ildə faşizmə qarşı müharibənin başlanması ilə Səidə xanımın qayğıları daha da artmış və fəaliyyət dairəsi genişlənmişdir. İndi onu öz ər və oğullarını fabrik-zavodlarda əvəz etmiş fəhlə qadınlar arasında, hərbi xəstəxanalarda tez-tez görmək olurdu. 1942-ci ildə o, sənətkarlar Səməd Vurğun və Mirzə İbrahimovla birlikdə Tiflisdə keçirilən Zaqafqaziya ziyalılarının antifaşist mitinqində iştirak edir və alovlu nitq söyləyir.
Müharibə illərində Səidə İmanzadəni Bakıda Qızlar İnternatının müdiri kimi məsul bir vəzifəyə irəli çəkmişdilər. O, sonralar həmin çətin illəri böyük ürək ağrısı ilə xatırlayaraq deyirdi: "Atalarını müharibədə itirmiş, valideyn himayəsindən məhrum olmuş qızların təhsili və taleyi məsələsi bizi çox düşündürürdü. Nə qədər ağır, iztirablı anlar keçirsək də, məktəbdə təlim-tərbiyə işini yüksək səviyyədə qura bilmişdik. Müəllimlərimiz bu qızlara əsl analıq qayğısı göstərirdilər…"
1943-cü ildə S. İmanzadə Bakının qabaqcıl təhsil ocaqlarından biri olan 132 nömrəli məktəbə direktor təyin olunur, kadr çatışmazlığı olduğuna görə eyni zamanda, BDU-nun tarix fakültəsində dərs deyir. 1946-cı ildən isə o, taleyini universitetlə bağlayır.
1941–1945-ci illərin ağır müharibə günlərində Səidə xanım İmanzadənin çoxcəhətli fəaliyyəti — ilk növbədə pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdi. 1943-cü ildə ona respublikanın "Əməkdar müəllimi" fəxri adı verildi. 1944-cü ildə "Qafqazın müdafiəsi, 1945-ci ildə isə "1941–1945-ci illərdə arxa cəbhədə fədakar əməyə görə" medalı ilə təltif edildi. 1946-cı ildə Səidə xanım İmanzadə Lenin ordeninə layiq görüldü.
Yaradıcılıq fəaliyyəti
Hələ gəncliyindən qadın azadlığı hərəkatını izləyən, öz elmi, pedaqoji və ictimai fəaliyyəti ilə bu hərəkatda bilavasitə iştirak edən Səidə xanım həmin mövzuda 75-dən çox kitabça və məqalə çap etdirmişdi. S. İmanzadənin "Qadınlar cəmiyyətdə və ailədə" (1963), "Qadının- ananın şərəfini yüksəldək" (1967), "İslam dini və qadın məsələsi" (1968), "Azərbaycan qadınları Böyük Vətən müharibəsində"(1969), "Azərbaycan qadınları mədəniyyət cəbhəsində" (1970) kitablarında Azərbaycanda qadın azadlığı uğrunda mübarizə tarixinin çətin, ziddiyyətli, mürəkkəb, həm də şərəfli dövrü zəmanənin siyasi çərçivələrini və qadağalarını, siyasi konyukturasını nəzərə alaraq, mümkün qədər obyektiv işıqlandırılmışdır. Onun Azərbaycanda qadın hərəkatı tarixinə həsr olunmuş tədqiqatı Paris və San-Fransisko şəhərlərinin kitabxanalarında saxlanılır.
Səidə İmanzadə uzun illər universitetin tarix fakültəsinin dekanı kimi səmərəli fəaliyyət göstərmiş, SSRİ tarixi kafedrasında dosent vəzifəsində işləmiş, keçmiş SSRİ tarixinin yeni dövrü üzrə yüksək səviyyədə və məzmunlu mühazirələr oxumuş, ixtisas kursları tədris etmişdir.
Səidə İmanzadə xalqın taleyində müstəsna rol oynamış, millətin taleyüklü məqamlarında xilaskarlıq missiyasını şərəflə yerinə yetirmiş Heydər Əliyev kimi tələbəsi ilə daim fəxr etmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Səidə xanıma müxtəlif vəzifələr, xüsusilə rəhbər vəzifələr təklif etsə də, təvazökar qadın müəllimliyi bütün vəzifələrdən üstün tutaraq sevimli tələbəsinin təklifilə razılaşmamış, BDU-da pedaqoji fəaliyyətini davam etdirmiş, Bakı Qadınlar Şurasının sədri kimi respublikanın ictimai-siyasi həyatında önəmli rol oynamış, Azərbaycan Qadınlar Şurası sədrinin müavini kimi fəal ictimai iş aparmış, İçərişəhərdəki xalçaçılıq sexində "Ləyaqət", Əbilov adına mədəniyyət sarayında "İsmət" qadınlar klublarına rəhbərlik etmişdir. 1982-ci ildə təqaüdə çıxsa da BDU-da və Bakı Qadınlar Şurasında fəaliyyətini ömrünün sonunadək davam etdirmişdir.
Səidə İmanzadə 1992-ci ilin may ayının 1-də 82 yaşında dünyasını dəyişdi, qəlbində silinməz iz qoyduğu insanlardan, yetirmələrindən ibarət böyük izdihamın müşayiətilə İkinci Fəxri Xiyabanda torpağa tapşırıldı.
Ailəsi
Səidə xanım həyat yoldaşı Şakir Abdulla əfəndi oğlu İmanzadə ilə 1924-cü ildə ailə qurub. Şakir Şəkidə mədrəsə təhsili alıb, 1909-cu ildə Bakıya köçüb müəllimlik etməyə başlayıb. 15–16 yaşlarına qədər mədrəsə təhsili alsa da, riyaziyyatı, tarixi əla bilir, ərəb, fars dillərinə mükəmməl yiyələnmişdi. Bakının bir çox ucqar kəndlərində- Pirallahı, Mərdəkan, Bülbülə və Əmircanda müəllim işləyib.
Səidə xanımın Taleə və Mübariz adlı iki övladı olmuşdur. Qızı Taleə Şakir qızı İmanzadə 1928-ci ildə anadan olmuş, 134 nömrəli orta məktəbi qurtardıqdan sonra 1946–1951-ci illərdə BDU-nun rus dili və ədəbiyyatı fakültəsini bitirib filoloq ixtisasına yiyələnmişdi. Moskvada qədim slavyan dili üzrə aspiranturanı bitirdikdən sonra Bakıya qayıtıb, BDU-da müəllim işləməyə başlayıb. Bir il sonra isə M. F. Axundov adına Azərbaycan Dillər İnstitutunda (sonralar- 1972-ci ildən M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatu İnstitutu, (hazırda Bakı Slavyan Universiteti- BSU) rus dilçiliyi kafedrasında qədim slavyan dili müəllimi işləməyə başlayıb.
Səidə xanımın oğlu Mübariz İmanzadə 1943-cü ildə Şəki şəhərində anadan olub. 1950–60-cı illərdə Bakı şəhəri 6 nömrəli orta məktəbdə oxumuşdur. Qabaqcıl məktəb, gözəl müəllimlər, mükəmməl dərs- bütün bunlar Mübarizin yaxşı oxumasına şərait yaratdı. Orta məktəbi bitirib BDU-nun şərqşünasluq fakültəsinə qəbul olundu. Yaxşı oxuduğuna görə 3-cü kursdan onu xaricə, bilavasitə tərcüməçiliyə ezam etdilər. Moskvadan xüsusi komissiya gəlib 50 nəfərin içindən 3 nəfəri seçmişdi ki, onlardan biri də Mübariz idi. Onları Moskvaya aparıb hərbi tərcüməçi kimi 6 ay xüsusi kurs keçdikdən sonra Suriyaya hərbi tərcüməçi göndərdilər. İl yarım sonra- 1970-ci ildə onu yenidən müddətli hərbi xidmətə götürdülər. 1972-ci ildə xidməti başa vurub BDU-nun fəlsəfə kafedrasının aspiranturasına qəbul olunan Mübarizin elmi rəhbəri akademik, gözəl şair, sanballı ziyalı, anası Səidə xanımın tələbəsi olmuş Aslan Aslanov oldu. (bu da həyatın bir sürprizi idi). Aspiranturanı bitirən kimi A. Aslanov onu rektor olduğu İncəsənət İnstitutuna tədris hissə müdiri vəzifəsinə təyin etdi. Aslan müəllim onun həyatına, dünyagörüşünə çox güclü təsir etmiş ziyalılardandır. İki il institutda işlədikdən sonra Mübarizi Yəmənə- Sovet səfirliyində baş tərcüməçi işinə göndərdilər. Dörd il orada işlədikdən sonra yenidən instituta qayıtdı, lakin az sonra Moskvanın tələbilə yenidən Yəməndə dörd il baş tərcüməçi işlədi. Artıq 10 il xaricdə işləmişdi, ordan qayıtdıqdan sonra M. İmanzadəni Dövlət Plan Komitəsində İnformasiya şöbəsinin müdiri təyin etdilər. İki il orada işlədikdən sonra onu yenidən Suriyaya Sovet səfirliyinə baş tərcüməçi göndərdilər. SSRİ dağıldığına görə 1991-ci ildən səfirlik artıq Rusiya səfirliyinə çevrildi, ona görə Mübariz 1992-ci ildə Bakıya qayıtdı. 1992–2001-ci illərdə vaxtilə anasının 40 illik ömrünü həsr etdiyi BDU-da, özəl ali məktəblərdə (Xəzər Universitetində, Ali İctimai-Siyasi Kollecdə və s.) hərbi və ərəb dili kafedralarında müəllim işlədi. 2001-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə 1-ci katib vəzifəsinə dəvət etdilər. Bir ildən sonra Səudiyyə Ərəbistanındakı Azərbaycan səfirliyinə müşavir göndərdilər. Səfir başqa yerə gedəndə müşavir onu əvəz edirdi. Səfir eyni vaxtda Oman, Qətər, Bəhreyndə də səfirlik edirdi, tez-tez o ölkələrə gedirdi və Mübariz onu əvəz edirdi. Xaricdə xidmətini başa vurub Xarici İşlər Nazirliyində müşavir işləməyə başladı. 2009-cu ildə ona yenidən etimad göstərib bu dəfə Afrika ölkəsinə- Tunisə diplomatik işə- müvəqqəti işlər vəkili göndərdilər.
Mükafatları
- Azərbaycan Ali Sovetinin Fəxri fərmanı (1943)
- "Əməkdar müəllim" fəxri adı (1943)
- "Qafqazın müdafiəsinə görə" medalı (1944)
- "1941–1945-ci il müharibəsində qələbə" medalı (1945)
- Lenin ordeni (1946)
- "Şərəf nişanı" ordeni (1960)
- Azərbaycan Ali Sovetinin Fəxri fərmanları (1964, 1967, 1968, 1970)
- Ümumittifaq "Bilik" cəmiyyətinin fəxri kitabına daxil edilib (1968)
- Ümumittifaq "Bilik" cəmiyyətinin Fəxri fərmanları (1957, 1969, 1973)
İstinadlar
- Azərbaycanda qadın hərəkatının fəal xadimi, alim və tanınmış pedaqoq (az.)
- Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 11
- Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 78
- Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 80
- Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 87
- Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 82
- Nura boyanmış ömür. Xeyrulla Ağayev. Bakı: 2012, səh. 84
Xarici keçidlər
- Görkəmli ictimai xadim Səidə İmanzadənin 100 illik yubileyi qeyd olunub [ölü keçid]
- howiw Redaktə Səidə İmanzadə 2021-12-05 at the Wayback Machine
- . Foto qalereya / Səidə İmanzadəyə həsr edilmiş "Nura boyanmış ömür" kitabının təqdimatı. sheki-ih.gov.az (az.)
- Görkəmli alimin həyat yolu "Nura boyanmış ömür" kitabında. azerbaijan-news.az, 13.03.2013 (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seide Imanzade 29 dekabr 1910 Nuxa 1 may 1992 Azerbaycanin pedaqoqu Azerbaycan SSR in Emekdar Muellimi Seide ImanzadeDogum tarixi 29 dekabr 1910Dogum yeri SekiVefat tarixi 1 may 1992 81 yasinda Vetendasligi AzerbaycanMilliyyeti AzerbaycanliTehsili aliIxtisasi tarixciFealiyyeti pedaqoqEserlerinin dili Azerbaycan diliHeyatiSeide xanim Imanzade 29 dekabr 1910 cu ilde Sekide dogulmusdur O ailesi ile 1924 cu ilde Bakiya kocmusdur Yeni cemiyyet quruculugunun ilk dovrunde oz hellini teleb eden en muhum ictimai problemlerden biri de qadin azadligi idi Bu meqsedle Baki ve onun rayonlarinda onlarca qadin klublari savad kurslari yaradilmis ve burada qadinlar arasinda feal ictimai siyasi is aparilirdi Seide xanim Imanzade 1925 ci ilde Emircan qesebesinde fealiyyet gosteren Qadin numayendeleri iclasi adlanan teskilatin feal uzvlerinden biri olmus burada azerbaycanli qadinlar arasinda is aparmis qadinlarin huquq ve imkanlarini onlara basa salmisdir Ele ilk vaxtlardan Seide xanim ve onun kimi diger ictimaiyyetci azerbaycanli qadinlarin apardiqlari is oz musbet neticesini verirdi Seide xanim Imanzade ictimai fealiyyeti ile yanasi oz tehsilini davam etdirmeyi de unutmamisdi O 1926 ci ilde Bakida fealiyyet gosteren Turk senaye mektebi ne daxil oldu O zaman Azerbaycanda qadin azadligi herekatinin merkezi hesab edilen Eli Bayramov adina qadinlar klubunda 1928 ci ilden basladigi fealiyyet Seide xanimin ictimai heyatinda yeni merhele oldu O butun quvvesini qadin huquqlari ugrunda mubarizeye yoneltmisdi Teqibler tehqirler ve hedeler genc Seideni xalqin balalarina savad vermek kimi serefli yoldan cekindire bilmedi Onun Eli Bayramov klubundaki fealiyyeti neticesinde nece nece azerbaycanli qadin ictimai heyata qedem qoymusdur Tehsili ve pedaqoji fealiyyetiSeide Imanzade ilk tehsiline 1915 ci ilde molla mektebinde baslamisdir O 1930 cu ilde senaye mektebini muveffeqiyyetle bitirdikden sonra tehsilini artirmaq meqsedile fehle fakultesine qebul edilmisdi O 1934 cu ilde Azerbaycan Pedaqoji Institutunun tarix ve ictimaiyyet fakultesini bitirmekle ozunun en boyuk arzusuna catdi Sonraki butun suurlu heyatini muellimliye bu xeyirxah peseye serf etdi Evvelce Pirallahi adasindaki 98 sayli orta mektebde sonradan 21 sayli mektebde calismis qisa muddetde adi muellimlikden orta mekteb direktoru vezifesine qeder yukselmisdi O muellimlikle yanasi ictimai fealiyyetini ugurla davam etdirmis Baki Soveti nezdindeki Medeni yurus teskilatinin feal istirakcisi olmusdu Hemin illerde S Imanzadeni qadin azadliginin dusmenlerine qarsi cehalete ve savadsizliga qarsi respublikada geden umumxalq herekatinin onunde gormek olardi 1941 ci ilde fasizme qarsi muharibenin baslanmasi ile Seide xanimin qaygilari daha da artmis ve fealiyyet dairesi genislenmisdir Indi onu oz er ve ogullarini fabrik zavodlarda evez etmis fehle qadinlar arasinda herbi xestexanalarda tez tez gormek olurdu 1942 ci ilde o senetkarlar Semed Vurgun ve Mirze Ibrahimovla birlikde Tiflisde kecirilen Zaqafqaziya ziyalilarinin antifasist mitinqinde istirak edir ve alovlu nitq soyleyir Muharibe illerinde Seide Imanzadeni Bakida Qizlar Internatinin mudiri kimi mesul bir vezifeye ireli cekmisdiler O sonralar hemin cetin illeri boyuk urek agrisi ile xatirlayaraq deyirdi Atalarini muharibede itirmis valideyn himayesinden mehrum olmus qizlarin tehsili ve taleyi meselesi bizi cox dusundururdu Ne qeder agir iztirabli anlar kecirsek de mektebde telim terbiye isini yuksek seviyyede qura bilmisdik Muellimlerimiz bu qizlara esl analiq qaygisi gosterirdiler 1943 cu ilde S Imanzade Bakinin qabaqcil tehsil ocaqlarindan biri olan 132 nomreli mektebe direktor teyin olunur kadr catismazligi olduguna gore eyni zamanda BDU nun tarix fakultesinde ders deyir 1946 ci ilden ise o taleyini universitetle baglayir 1941 1945 ci illerin agir muharibe gunlerinde Seide xanim Imanzadenin coxcehetli fealiyyeti ilk novbede pedaqoji fealiyyeti yuksek qiymetlendirilmisdi 1943 cu ilde ona respublikanin Emekdar muellimi fexri adi verildi 1944 cu ilde Qafqazin mudafiesi 1945 ci ilde ise 1941 1945 ci illerde arxa cebhede fedakar emeye gore medali ile teltif edildi 1946 ci ilde Seide xanim Imanzade Lenin ordenine layiq goruldu Yaradiciliq fealiyyetiHele gencliyinden qadin azadligi herekatini izleyen oz elmi pedaqoji ve ictimai fealiyyeti ile bu herekatda bilavasite istirak eden Seide xanim hemin movzuda 75 den cox kitabca ve meqale cap etdirmisdi S Imanzadenin Qadinlar cemiyyetde ve ailede 1963 Qadinin ananin serefini yukseldek 1967 Islam dini ve qadin meselesi 1968 Azerbaycan qadinlari Boyuk Veten muharibesinde 1969 Azerbaycan qadinlari medeniyyet cebhesinde 1970 kitablarinda Azerbaycanda qadin azadligi ugrunda mubarize tarixinin cetin ziddiyyetli murekkeb hem de serefli dovru zemanenin siyasi cercivelerini ve qadagalarini siyasi konyukturasini nezere alaraq mumkun qeder obyektiv isiqlandirilmisdir Onun Azerbaycanda qadin herekati tarixine hesr olunmus tedqiqati Paris ve San Fransisko seherlerinin kitabxanalarinda saxlanilir Seide Imanzade uzun iller universitetin tarix fakultesinin dekani kimi semereli fealiyyet gostermis SSRI tarixi kafedrasinda dosent vezifesinde islemis kecmis SSRI tarixinin yeni dovru uzre yuksek seviyyede ve mezmunlu muhazireler oxumus ixtisas kurslari tedris etmisdir Seide Imanzade xalqin taleyinde mustesna rol oynamis milletin taleyuklu meqamlarinda xilaskarliq missiyasini serefle yerine yetirmis Heyder Eliyev kimi telebesi ile daim fexr etmisdir Heyder Eliyev Azerbaycana rehberlik etdiyi dovrde Seide xanima muxtelif vezifeler xususile rehber vezifeler teklif etse de tevazokar qadin muellimliyi butun vezifelerden ustun tutaraq sevimli telebesinin teklifile razilasmamis BDU da pedaqoji fealiyyetini davam etdirmis Baki Qadinlar Surasinin sedri kimi respublikanin ictimai siyasi heyatinda onemli rol oynamis Azerbaycan Qadinlar Surasi sedrinin muavini kimi feal ictimai is aparmis Iceriseherdeki xalcaciliq sexinde Leyaqet Ebilov adina medeniyyet sarayinda Ismet qadinlar klublarina rehberlik etmisdir 1982 ci ilde teqaude cixsa da BDU da ve Baki Qadinlar Surasinda fealiyyetini omrunun sonunadek davam etdirmisdir Seide Imanzade 1992 ci ilin may ayinin 1 de 82 yasinda dunyasini deyisdi qelbinde silinmez iz qoydugu insanlardan yetirmelerinden ibaret boyuk izdihamin musayietile Ikinci Fexri Xiyabanda torpaga tapsirildi AilesiSeide xanim heyat yoldasi Sakir Abdulla efendi oglu Imanzade ile 1924 cu ilde aile qurub Sakir Sekide medrese tehsili alib 1909 cu ilde Bakiya kocub muellimlik etmeye baslayib 15 16 yaslarina qeder medrese tehsili alsa da riyaziyyati tarixi ela bilir ereb fars dillerine mukemmel yiyelenmisdi Bakinin bir cox ucqar kendlerinde Pirallahi Merdekan Bulbule ve Emircanda muellim isleyib Seide xanimin Talee ve Mubariz adli iki ovladi olmusdur Qizi Talee Sakir qizi Imanzade 1928 ci ilde anadan olmus 134 nomreli orta mektebi qurtardiqdan sonra 1946 1951 ci illerde BDU nun rus dili ve edebiyyati fakultesini bitirib filoloq ixtisasina yiyelenmisdi Moskvada qedim slavyan dili uzre aspiranturani bitirdikden sonra Bakiya qayitib BDU da muellim islemeye baslayib Bir il sonra ise M F Axundov adina Azerbaycan Diller Institutunda sonralar 1972 ci ilden M F Axundov adina Azerbaycan Pedaqoji Rus dili ve Edebiyyatu Institutu hazirda Baki Slavyan Universiteti BSU rus dilciliyi kafedrasinda qedim slavyan dili muellimi islemeye baslayib Seide xanimin oglu Mubariz Imanzade 1943 cu ilde Seki seherinde anadan olub 1950 60 ci illerde Baki seheri 6 nomreli orta mektebde oxumusdur Qabaqcil mekteb gozel muellimler mukemmel ders butun bunlar Mubarizin yaxsi oxumasina serait yaratdi Orta mektebi bitirib BDU nun serqsunasluq fakultesine qebul olundu Yaxsi oxuduguna gore 3 cu kursdan onu xarice bilavasite tercumeciliye ezam etdiler Moskvadan xususi komissiya gelib 50 neferin icinden 3 neferi secmisdi ki onlardan biri de Mubariz idi Onlari Moskvaya aparib herbi tercumeci kimi 6 ay xususi kurs kecdikden sonra Suriyaya herbi tercumeci gonderdiler Il yarim sonra 1970 ci ilde onu yeniden muddetli herbi xidmete goturduler 1972 ci ilde xidmeti basa vurub BDU nun felsefe kafedrasinin aspiranturasina qebul olunan Mubarizin elmi rehberi akademik gozel sair sanballi ziyali anasi Seide xanimin telebesi olmus Aslan Aslanov oldu bu da heyatin bir surprizi idi Aspiranturani bitiren kimi A Aslanov onu rektor oldugu Incesenet Institutuna tedris hisse mudiri vezifesine teyin etdi Aslan muellim onun heyatina dunyagorusune cox guclu tesir etmis ziyalilardandir Iki il institutda isledikden sonra Mubarizi Yemene Sovet sefirliyinde bas tercumeci isine gonderdiler Dord il orada isledikden sonra yeniden instituta qayitdi lakin az sonra Moskvanin telebile yeniden Yemende dord il bas tercumeci isledi Artiq 10 il xaricde islemisdi ordan qayitdiqdan sonra M Imanzadeni Dovlet Plan Komitesinde Informasiya sobesinin mudiri teyin etdiler Iki il orada isledikden sonra onu yeniden Suriyaya Sovet sefirliyine bas tercumeci gonderdiler SSRI dagildigina gore 1991 ci ilden sefirlik artiq Rusiya sefirliyine cevrildi ona gore Mubariz 1992 ci ilde Bakiya qayitdi 1992 2001 ci illerde vaxtile anasinin 40 illik omrunu hesr etdiyi BDU da ozel ali mekteblerde Xezer Universitetinde Ali Ictimai Siyasi Kollecde ve s herbi ve ereb dili kafedralarinda muellim isledi 2001 ci ilde Azerbaycan Respublikasi Xarici Isler Nazirliyine 1 ci katib vezifesine devet etdiler Bir ilden sonra Seudiyye Erebistanindaki Azerbaycan sefirliyine musavir gonderdiler Sefir basqa yere gedende musavir onu evez edirdi Sefir eyni vaxtda Oman Qeter Behreynde de sefirlik edirdi tez tez o olkelere gedirdi ve Mubariz onu evez edirdi Xaricde xidmetini basa vurub Xarici Isler Nazirliyinde musavir islemeye basladi 2009 cu ilde ona yeniden etimad gosterib bu defe Afrika olkesine Tunise diplomatik ise muveqqeti isler vekili gonderdiler MukafatlariAzerbaycan Ali Sovetinin Fexri fermani 1943 Emekdar muellim fexri adi 1943 Qafqazin mudafiesine gore medali 1944 1941 1945 ci il muharibesinde qelebe medali 1945 Lenin ordeni 1946 Seref nisani ordeni 1960 Azerbaycan Ali Sovetinin Fexri fermanlari 1964 1967 1968 1970 Umumittifaq Bilik cemiyyetinin fexri kitabina daxil edilib 1968 Umumittifaq Bilik cemiyyetinin Fexri fermanlari 1957 1969 1973 IstinadlarAzerbaycanda qadin herekatinin feal xadimi alim ve taninmis pedaqoq az Nura boyanmis omur Xeyrulla Agayev Baki 2012 seh 11 Nura boyanmis omur Xeyrulla Agayev Baki 2012 seh 78 Nura boyanmis omur Xeyrulla Agayev Baki 2012 seh 80 Nura boyanmis omur Xeyrulla Agayev Baki 2012 seh 87 Nura boyanmis omur Xeyrulla Agayev Baki 2012 seh 82 Nura boyanmis omur Xeyrulla Agayev Baki 2012 seh 84Xarici kecidlerGorkemli ictimai xadim Seide Imanzadenin 100 illik yubileyi qeyd olunub olu kecid howiw Redakte Seide Imanzade 2021 12 05 at the Wayback Machine Foto qalereya Seide Imanzadeye hesr edilmis Nura boyanmis omur kitabinin teqdimati sheki ih gov az az Gorkemli alimin heyat yolu Nura boyanmis omur kitabinda azerbaijan news az 13 03 2013 az