Sədrəddin xan Ustaclı — Səfəvi sərkərdəsi, Astrabad hakimi, İsmayıl Mirzənin lələsi.
Sədrəddin xan Ustaclı | |
---|---|
Doğum tarixi | XVI əsr |
Vəfat tarixi | XVI əsr |
Fəaliyyəti | Astrabad bəylərbəyi, İsmayıl Mirzənin lələsi |
Həyatı
Anonim müəllif tərəfindən qələmə alınan Tarixi-Qızılbaşan adlı əsərdə onun barədə məlumata rast gəlinir. Müəllif yazır:
“Başqa birisi Sədrəddin xandır ki, Astrabad hakimi və İsmayıl Mirzanın lələsi idi. Axırda əmirlikdən azad edildi. Öz səxavəti ilə bütün əmirlərdən seçilirdi.”
Məhəmməd Saleh üsyanı zamanı
1539–1540-cı ildə Xacə Bitikçinin oğlu Məhəmməd Saleh Bitikçi Astrabbada üsyan qaldırdı. O, Astrabbadda "qara geyimlilər"dən bir dəstə adamı öz ətrafında topladı. Yetəri qədər əsgər toplaya bilmədikdə Daşkənd və Fərqanə valisi ilə Burak xanın qardaşı oğlu Ömər Qazi Sultandan kömək istədi. Ömər Qazi öz ordusu ilə Astrabada gəldi. Astrabad hakimi Sədrəddin xan onlara qarşı mübarizə apara bilməyəcəyini anlayıb geri çəkilərək Bistana gəldi və Şah Təhmasibə üsyan xəbərini çatdırdı. Bu zaman Məhəmməd Saleh artıq Astrabadı ələ keçirmişdi. Ömər Qazi də Məhəmməd Salehdən dəyərli hədiyyələr alaraq Xarəzmə doğru yola düşmüşdü. Astrabadı ələ keçirdikdən sonra Məhəmməd Saleh burada istehkamlarını gücləndirmək yerinə hər gün eyş-işrət məclisləri təşkil etməklə məşğul idi.
Şah Təhmasib Sədrəddin Ustaclıya köməkçi bir dəstə göndərdi. Lakin göndərilən birlik Bistana çatmamış Sədrəddin xan Ustaclı xəbər tutdu ki, Ömər Qazi Xarəzmə qayıdıb və Məhəmməd Salehin başı içki məclislərinə qarışıb. O, vaxt itirmədən Asrtabada hücum etdi. Məhəmməd Salehi tutub Şah Təhmasibin sarayına göndərdi. Şahın qarşısında kobud danışmasın deyə qızılbaşlar Məhəmməd Salehin dilinə çuvalduz batıraraq dilini ağzına salmağa mane oldular. Sonra isə şahın əmri ilə bir küpün içinə salıb Təbrizin Sahib-abad məhəlləsindəki Nəsiriyyə məscidinin minarəsindən aşağı atdılar.
Əbdi bəy Şirazi 1538–1539-cu il hadisələrindən bəhs edərkən yazır ki, Xoca Müzəffərin nəvəsi Məhəmməd Saleh Bitikçi Astrabadi cahilliyi üzündən üsyan edib Astrabadın Qızılbaş hakimi Sədrəddin xan Ustaclıya qarşı çıxdığına görə Dəli Şahverdi Kəngərli onu tutub bir kupə qoydu və Təbrizin Nəsriyyə məscidinin minarəsindən atdı.
Əmirlikdən azad edilməsi
1543–1544-cü ildə Din Məhəmməd xan Amudərya çayını keçərək yenidən Astrabad üzərinə hücum edir. Basqın zamanı mübarizə apara bilməyən Astrabad hakimi Sədrəddin xan Ustaclı isə şəhərdəki qalaya pənah aparır. Bu hücumdan xəbər tutan Bəhram Mirzə dərhal Astrabada köməyə getsə də, Din Məhəmməd mühasirəni dayandıraraq Xarəzmə qayıtmalı olur. Nəticədə döyüş vəziyyəti aradan qalxsa da, Sədrəddin xan Ustaclı əmir vəzifəsindən uzaqlaşdırılır.Həsən bəy Rumlu bu hadisəni belə təsvir edir:
"Elə ki dinin pənahı olan şahın səhhətinin korlanması xəbəri Din Məhəmməd Özbəyə çatdı, dinin pənahı olan şahın hüquq səhifələrinə unutqanlıq qələmi çəkib böyük qoşunla Astarabada gəldi. O diyarın hakimi Sədrəddin xan bir dəstə qazini qaladan onların üzərinə göndərdi. Düşmənlərin sayı həddən və hüduddan ziyadə olduğu üçün qazilər geri qayıdıb şəhərə pənah gətirdilər. Din Məhəmməd qalanı mühasirə etməyi məsləhət bilməyib, öz vilayətinin yolunu tutdu. Bu xəbər Lar yaylağında Bəhram mirzəyə və əmirlərə çatdıqda Bədir xan, Hüseyncan sultan və Budaq xan Qacar Astarabad tərəfə sürətlə yürüdülər. Lakin Din Məhəmmədin çıxıb getdiyi haqqında xəbəri eşitdikdə Lar yaylağına qayıtdılar."
İstinadlar
- Məhəmmədi, 1993. səh. 30
- Münşi, 2009. səh. 106
- Cavanşir, 2007. səh. 474
- Rumlu, 2017. səh. 515
- Bayramlı, 2015. səh. 67
- Cavanşir, 2007. səh. 475
- Rumlu, 2017. səh. 528
Mənbə
- Zabil Həsrət oğlu Bayramlı. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı: «AVROPA» nəşriyyatı. 2015. səh. 348.
- Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
- M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. ISBN .
- İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sedreddin xan Ustacli Sefevi serkerdesi Astrabad hakimi Ismayil Mirzenin lelesi Sedreddin xan UstacliDogum tarixi XVI esrVefat tarixi XVI esrFealiyyeti Astrabad beylerbeyi Ismayil Mirzenin lelesiHeyatiAnonim muellif terefinden qeleme alinan Tarixi Qizilbasan adli eserde onun barede melumata rast gelinir Muellif yazir Basqa birisi Sedreddin xandir ki Astrabad hakimi ve Ismayil Mirzanin lelesi idi Axirda emirlikden azad edildi Oz sexaveti ile butun emirlerden secilirdi Mehemmed Saleh usyani zamani 1539 1540 ci ilde Xace Bitikcinin oglu Mehemmed Saleh Bitikci Astrabbada usyan qaldirdi O Astrabbadda qara geyimliler den bir deste adami oz etrafinda topladi Yeteri qeder esger toplaya bilmedikde Daskend ve Ferqane valisi ile Burak xanin qardasi oglu Omer Qazi Sultandan komek istedi Omer Qazi oz ordusu ile Astrabada geldi Astrabad hakimi Sedreddin xan onlara qarsi mubarize apara bilmeyeceyini anlayib geri cekilerek Bistana geldi ve Sah Tehmasibe usyan xeberini catdirdi Bu zaman Mehemmed Saleh artiq Astrabadi ele kecirmisdi Omer Qazi de Mehemmed Salehden deyerli hediyyeler alaraq Xarezme dogru yola dusmusdu Astrabadi ele kecirdikden sonra Mehemmed Saleh burada istehkamlarini guclendirmek yerine her gun eys isret meclisleri teskil etmekle mesgul idi Sah Tehmasib Sedreddin Ustacliya komekci bir deste gonderdi Lakin gonderilen birlik Bistana catmamis Sedreddin xan Ustacli xeber tutdu ki Omer Qazi Xarezme qayidib ve Mehemmed Salehin basi icki meclislerine qarisib O vaxt itirmeden Asrtabada hucum etdi Mehemmed Salehi tutub Sah Tehmasibin sarayina gonderdi Sahin qarsisinda kobud danismasin deye qizilbaslar Mehemmed Salehin diline cuvalduz batiraraq dilini agzina salmaga mane oldular Sonra ise sahin emri ile bir kupun icine salib Tebrizin Sahib abad mehellesindeki Nesiriyye mescidinin minaresinden asagi atdilar Ebdi bey Sirazi 1538 1539 cu il hadiselerinden behs ederken yazir ki Xoca Muzefferin nevesi Mehemmed Saleh Bitikci Astrabadi cahilliyi uzunden usyan edib Astrabadin Qizilbas hakimi Sedreddin xan Ustacliya qarsi cixdigina gore Deli Sahverdi Kengerli onu tutub bir kupe qoydu ve Tebrizin Nesriyye mescidinin minaresinden atdi Emirlikden azad edilmesi 1543 1544 cu ilde Din Mehemmed xan Amuderya cayini kecerek yeniden Astrabad uzerine hucum edir Basqin zamani mubarize apara bilmeyen Astrabad hakimi Sedreddin xan Ustacli ise seherdeki qalaya penah aparir Bu hucumdan xeber tutan Behram Mirze derhal Astrabada komeye getse de Din Mehemmed muhasireni dayandiraraq Xarezme qayitmali olur Neticede doyus veziyyeti aradan qalxsa da Sedreddin xan Ustacli emir vezifesinden uzaqlasdirilir Hesen bey Rumlu bu hadiseni bele tesvir edir Ele ki dinin penahi olan sahin sehhetinin korlanmasi xeberi Din Mehemmed Ozbeye catdi dinin penahi olan sahin huquq sehifelerine unutqanliq qelemi cekib boyuk qosunla Astarabada geldi O diyarin hakimi Sedreddin xan bir deste qazini qaladan onlarin uzerine gonderdi Dusmenlerin sayi hedden ve hududdan ziyade oldugu ucun qaziler geri qayidib sehere penah getirdiler Din Mehemmed qalani muhasire etmeyi meslehet bilmeyib oz vilayetinin yolunu tutdu Bu xeber Lar yaylaginda Behram mirzeye ve emirlere catdiqda Bedir xan Huseyncan sultan ve Budaq xan Qacar Astarabad terefe suretle yuruduler Lakin Din Mehemmedin cixib getdiyi haqqinda xeberi esitdikde Lar yaylagina qayitdilar IstinadlarMehemmedi 1993 seh 30 Munsi 2009 seh 106 Cavansir 2007 seh 474 Rumlu 2017 seh 515 Bayramli 2015 seh 67 Cavansir 2007 seh 475 Rumlu 2017 seh 528MenbeZabil Hesret oglu Bayramli AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU Baki AVROPA nesriyyati 2015 seh 348 Babek Cavansir IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 seh 896 M E Mehemmedi TARIX I QEZELBASAN Baki Azerbaycan nesriyyati 1993 seh 48 Hesen bey Rumlu Ehsenut tevarix Kastamonu Uzanlar Namiq Musali Oqtay Efendiyev 2017 661 ISBN 978 605 030 641 5 Isgender bey Munsi Turkman Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF I Baki Tehsil AMEA A A Bakixanov adina Tarix Institutu 2009 seh 792 Hemcinin baxAstrabad beylerbeyliyi