Səlma xanım Sultan (13 aprel 1914, Konstantinopol – 13 yanvar 1942) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Səlma xanım Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 aprel 1914 |
Doğum yeri | Ortaköy sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 13 yanvar 1942 (27 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Dəfn yeri | Bobigny məzarlığı, Sen-Sen-Deni |
Atası | Rauf Hayri bəy |
Anası | Xədicə Sultan |
Həyat yoldaşı | Seyid Sacid Hüseyn Əli |
Uşağı | |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Səlma xanım Sultan 13 aprel 1914-cü ildə anasının Ortaköydəki sarayında dünyaya gəldi. Anası Sultan Muradın qızı Xədicə Sultan, atası isə onun ikinci əri Rauf Hayri bəydir. Hələ 4 yaşında ikən valideynləri boşanmış, 10 yaşında ikən isə 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi anası və qardaşıyla birlikdə sürgün edilmişdir. Beyrutda məskunlaşan ailə, Rauf Hayri bəyin göndərdiyi məvaciblə yaşamağa davam etsə də, qısa zaman ərzində atasının həbs olunmasıyla, bu gəlir mənbəyini də itirdilər.
1931-ci ildə Osmanlı sülaləsindən 2 sultanın — Dürrüşəhvar Sultan və Nilüfər xanım Sultanın dünyanın ən zəngin müsəlmanı olan Heydərabad nizamının oğullarıyla evlənməsinin ardından, Xədicə Sultan da qızı Səlma xanıma ər namizədi axtarmağa başladı. Ancaq bütün var-dövlətini itirən və sürgün edilən bir sultanın qızı üçün namizəd tapmaq olduqca çətin oldu. Nəhayət, Kotvara rajası Seyid Sacid Hüseyn Əli namizəd olaraq uyğun görüldü və Səlma xanım, uzun illər ailəsinə xidmət edən xədim Zeynəl ağayla birlikdə 1937-ci ildə Hindistana gəlin köçdü. Toy mərasimindən bir neçə ay sonra anası Xədicə Sultan iflic keçirərək vəfat etdi.
İstanbuldakı saray yaşantısı və Beyrutdakı kosmopolit həyat tərzinin ardından, Səlma xanım düşdüyü yeni mühitə uyğunlaşa bilmədi. 1939-cu ilin yayında hamiləliyin son ayları olan Səlma xanım Zeynəl ağayla birlikdə doğuş bəhanəsiylə Parisə köçdü və bir daha geri qayıtmadı. İkinci Dünya Müharibəsinin başlamasıyla izini itirən Səlma xanım həmin ilin noyabrında yeganə övladı dünyaya gətirdi. Ancaq ərinə məktub yazaraq övladının ölü olaraq dünyaya gəldiyini və bir daha Hindistana qayıtmayacağını bildirən Səlma xanım Parisdə olduqca çətin günlər yaşadı. Yoxsulluq içindəki xanım sultan olduqca xəstələndi və kiçik bir infeksiya səbəbilə, antibiotik tapılmadığı üçün 13 yanvar 1941-ci ildə vəfat etdi. Cənazəsi Bobigny məzarlığına dəfn olundu.
Övladı
Mənbə
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. p. 282.
- Bardakçı, Murat (2008). Son Osmanlılar: Osmanlı Hanedanı'nın Sürgün ve Miras Öyküsü. İnkılâp. p. 87.
- Khan, Elisabeth (2020–06-26). "Ottoman Princesses In India (1). Part One: The sad case of Princess…"
- 21 قاسم, محمود. موسوعة أدباء القرن 21 — الجزء الثاني. موسوعة أدباء العالم في القرن. E-Kutub Ltd. p. 283.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Selma xanim Sultan 13 aprel 1914 Konstantinopol 13 yanvar 1942 Osmanli sulalesinin uzvu Osmanli xanim sultani Selma xanim SultanSexsi melumatlarDogum tarixi 13 aprel 1914 1914 04 13 Dogum yeri Ortakoy sarayi Istanbul Osmanli imperiyasiVefat tarixi 13 yanvar 1942 1942 01 13 27 yasinda Vefat yeri Paris FransaDefn yeri Bobigny mezarligi Sen Sen DeniAtasi Rauf Hayri beyAnasi Xedice SultanHeyat yoldasi Seyid Sacid Huseyn EliUsagiAilesi Osmanli xanedaniHeyatiSelma xanim Sultan 13 aprel 1914 cu ilde anasinin Ortakoydeki sarayinda dunyaya geldi Anasi Sultan Muradin qizi Xedice Sultan atasi ise onun ikinci eri Rauf Hayri beydir Hele 4 yasinda iken valideynleri bosanmis 10 yasinda iken ise 3 mart 1924 tarixli TBMM qerari ile diger Osmanli sulalesi uzvleri kimi anasi ve qardasiyla birlikde surgun edilmisdir Beyrutda meskunlasan aile Rauf Hayri beyin gonderdiyi mevacible yasamaga davam etse de qisa zaman erzinde atasinin hebs olunmasiyla bu gelir menbeyini de itirdiler 1931 ci ilde Osmanli sulalesinden 2 sultanin Durrusehvar Sultan ve Nilufer xanim Sultanin dunyanin en zengin muselmani olan Heyderabad nizaminin ogullariyla evlenmesinin ardindan Xedice Sultan da qizi Selma xanima er namizedi axtarmaga basladi Ancaq butun var dovletini itiren ve surgun edilen bir sultanin qizi ucun namized tapmaq olduqca cetin oldu Nehayet Kotvara rajasi Seyid Sacid Huseyn Eli namized olaraq uygun goruldu ve Selma xanim uzun iller ailesine xidmet eden xedim Zeynel agayla birlikde 1937 ci ilde Hindistana gelin kocdu Toy merasiminden bir nece ay sonra anasi Xedice Sultan iflic kecirerek vefat etdi Istanbuldaki saray yasantisi ve Beyrutdaki kosmopolit heyat terzinin ardindan Selma xanim dusduyu yeni muhite uygunlasa bilmedi 1939 cu ilin yayinda hamileliyin son aylari olan Selma xanim Zeynel agayla birlikde dogus behanesiyle Parise kocdu ve bir daha geri qayitmadi Ikinci Dunya Muharibesinin baslamasiyla izini itiren Selma xanim hemin ilin noyabrinda yegane ovladi dunyaya getirdi Ancaq erine mektub yazaraq ovladinin olu olaraq dunyaya geldiyini ve bir daha Hindistana qayitmayacagini bildiren Selma xanim Parisde olduqca cetin gunler yasadi Yoxsulluq icindeki xanim sultan olduqca xestelendi ve kicik bir infeksiya sebebile antibiotik tapilmadigi ucun 13 yanvar 1941 ci ilde vefat etdi Cenazesi Bobigny mezarligina defn olundu OvladiMenbeAdra Jamil 2005 Genealogy of the Imperial Ottoman Family 2005 p 32 Brookes Douglas Scott 2010 The Concubine the Princess and the Teacher Voices from the Ottoman Harem University of Texas Press p 282 ISBN 978 0 292 78335 5 Bardakci Murat 2008 Son Osmanlilar Osmanli Hanedani nin Surgun ve Miras Oykusu Inkilap p 87 ISBN 978 9 751 02616 3 Khan Elisabeth 2020 06 26 Ottoman Princesses In India 1 Part One The sad case of Princess 21 قاسم محمود موسوعة أدباء القرن 21 الجزء الثاني موسوعة أدباء العالم في القرن E Kutub Ltd p 283 ISBN 978 1 78058 423 2