Səfəvi–Rusiya müharibəsi – II Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyasının Qafqazın şimalında öz nüfuzunu artırmaq istəməsi ruslarla toqquşmaya səbəb oldu. 1646-cı ildən etibarən rus hökuməti Səfəvi torpaqlarından İsveçə qədər torpaqlarda ipək ticarəti edən xarici tacirlərin mövqelərini zəiflətməyə başlamış və 1649-cu ildə Sobornoe Ulojenie qəbul edilmişdi. Buna görə, xarici tacirlərin imkanları daha da məhdudlaşdırılırdı. Hakimiyyətinin ilk illərində Abbas ruslarla münasibətlərə əhəmiyyət vermirdi və onların Osmanlıya qarşı münasibətləri inkişaf etdirmək təkliflərini görməzdən gəlirdi. 1647 və 1653-cü illərdə ikili münasibətlərdə karvan quldurluğu hadisələrinə və Səfəvilərdə rus tacirlərin həbsinə görə gərginlik artdı. Həmçinin rusların sərhədlərini cənuba doğru genişlətməsi buraları özlərinin mülkü hesab edən Səfəvilərin qarşı çıxması ilə nəticələndi. Bu gərginliklər də 1651–1653 müharibəsinə və ya münaqişəsinə yol açdı. Bu müharibənin meydana çıxmasında rol oynayan səbəblərdən bir digəri də rusların devrilmiş gürcü kralı I Teymuraz üçün qala tikmək istəmələri idi.Ruslara yardım üçün müraciət edən Kaxetili I Teymuraz bu xəbərin II Abbasa çatmasından sonra öz istəyinə nail ola bilmədi. Qəndəharda olan II Abbas dərhal bu məsələ ilə məşğul olmaq üçün qoşun hazırlatdı. Şirvan bəylərbəyi Xosrov xanın komandanlığı altında yerli qumuqlarla əməkdaşıq edən Ərdəbil, Qarabağ və Astara qızılbaşları rusları məğlub etdilər, bazalarını ələ keçirdilər və özlərini qovdular. Bundan sonra İsfahan və Moskva arasında elçilər yekun sülh müqaviləsini həll etmək üçün gedib gəlməyə başladı, lakin sülh müqaviləsi 10 il sonra imzalandı.
Səfəvi - Rusiya müharibələri (1651-1653) | |||
---|---|---|---|
Rus - İran müharibələri | |||
Tarix | 1651-1653 müharibəsi, Sunja döyüşü (1653) | ||
Yeri | Sunja çayı mənsəbi | ||
Səbəbi | Rusiyanın Şimali Qafqazda möhkəmlənmə istəkləri, qəsd və hərb üsulu ilə strateji məntəqəyə yiyələnmək arzusu. | ||
Nəticəsi | Tam Səfəvi qələbəsi, "İsfahan" sülhü. | ||
Ərazi dəyişikliyi | Səfəvi sərhədlərinin Şimali Qafqaz diyarına qədər uzanması. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
Müharibədən əvvəl bölgədəki vəziyyət
XVII əsrdən etibarən Rusiya çarlığının Şimali Qafqazdakı əsas dayaq məntəqəsi Terek qalası oldu. Burada çarlıq voevodası və döyüşçüləri toplanmış idi. XVII əsrin ortalarında Terek məntəqəsi ətrafında 70 Kabardın əsilzadə ailəsi ilə birlikdə, bir çox rus, erməni, Azərbaycan türkü və fars yaşamaqda idi. Onlar ticarət və sənətkarlıqla məşğul olurdular. Şimali Qafqazdan olan əsilzadələr ətrafları ilə birlikdə buraya köçür və rus vətəndaşlığını qəbul edirdilər. Kabardin əsilzadələrindən biri olan Muçal Sunçaleyeviç Çərkəziskinin də burada evi var idi. O, 1645-ci ildə çar fərmanı ilə knyaz olmuş və qeyri-ruslar üzərində hakim təyin edilmişdi. Məntəqədəki qarnizona 2 min nəfərlik döyüşçü, 500 streles daxil idi. Onlara komandanlığı isə polkovnik rütbəsində olan məntəqə hakimi edirdi. Knyaz Muçalın özünün də 500 nəfərlik hərbi dəstəsi var idi və ehtiyac yaranacağı təqdirdə öz dəstəsi ilə rus ordusuna kömək etməyə borclu idi.
Terek çayının sağ sahilində, Sunja çayı ilə Terek çayının birləşdiyi və müasir Qroznı şəhərinin şimal-şəörqində 1635-ci ildə ruslar Sunja həbsxanasını bərpa etdilər. 16450-ci ildən bir qədər sonra Knyaz Muçal öz təbəələri ilə birlikdə Terek məntəqəsindən köç edərək Sunja həbsxanasının yaxınlığında Sunjada yerləşdi. Onunla gələnlər kabardinlər, çeçenlər və qumuqlar idi. Həbsxananın 2 verst məsafəsində əvvəldən rus vətəndaşlığını qəbul etmiş olan İldar Mirzənin rəhbərliyində baraqunilər və ya Terek qumuqları yerləşdi. Sunjanın qərbində İvan Qorznı dönəmindən rus protektoratlığını qəbul etmiş olan kabardinlər yaşamaqda idi.
1629-cu ildə Avar xanı rus çarına müraciət edərək Göysuda qala tikməsini istəmiş və bu işdə ona kömək edəcəyini söz vermişdi. Bundan başqa, Avar xanı rus çarından rus vətəndaşlığına girməsinə şərait yaradılmasını istəyir və çara Şimali Qafqazda tikilmiş ilk rus qalası olan Terekin salınmasında onun babasının yardım etdiyini xatırladırdı:
Mən, avar xanı, böyük hökmdarın birbaşa qulu kimi çıxış etdim və oğlumu sənin əlinə verdim. |
Bu dönəmdə Səfəvi imperiyasının Şimali Qafqazda yeritdiyi siyasət qumuqları ruslara yaxınlaşmağa və kömək istəməyə məcbur etdi. 1637-ci ildə qumuq şamxalı rus çarından onu öz təbəəsi kimi tanıdığını ehtiva edən məktub aldı. Bu zaman qumuqlar artıq Səfəvi imperiyasının vassalı olduqları üçün bununla iki qat vassallığı düşdülır, həm ruslardan, həm də qızılbaşlardan, lakin Dağıstanın Səfəvi hakimiyyəti altında olması Rusiyanın maraqlarına uyğun deyildi. 1642-ci ildə Rusiya hökuməti qızılbaşların Moskvadakı səfiri Acı bykə qəti şəkildə bəyan etdi ki, "qumuq xalqı çar əzəmətinin əbədi xidmətçiləridir", lakin qumuqlar həm rusların, həm də qızılbaşların bölgədə möhkəmlənməsinə əngəl olaraq, müstəqil siyasət yürütməkdə idilər. Şamxal III Surxay Başlıda qızılbaşların qala tikməsinin qarşısını aldı. Eyni zamanda onlar rusların bölgədə güclənməsini də istəməməkdə idilər. 1650-ci ildə Surxay xan ruslardan qaçan noqayları öz torpaqlarına qəbul etdi. Buna cavab olaraq onun torpaqlarına soxulan rus ordusu Germerçik döyüşündə noqay-qumuq ordusuna məğlub oldu. Bundan sonra Endirey qumuqlarının rəhbəri olan Qazan Alp Surxayla barışdı və bununla da 1642-ci ildən bəri qumuqlar arasında davam edən daxili mübarizə sonlandırıldı.
Bunlar baş verərkən bölgədə qızılbaş təsir dairəsi də genişlənməkdə və artıq qumuqları təhdid etməkdə idi. Bölgədəki ən güclü qumuq hakimliyi Tarku şamxallığı idi. Bu hakimliyin rəhbərləri Buynaksk hökmdarı, Dağıstan valisi və yaxın zamana qədər Dərbənd xanı titulunu daşımaqda idilər. Bir digər önəmli qumuq hakimliyi isə Endirey şamxallığı idi. Dərbəndin şimal-qərbində Qaytaq usmiliyi yerləşməkdə idi. 1645-ci ildə II Abbas ruslara yaxın olduğu bilinən Rüstəm xan Qaytaqdan qovdu və onun yerinə özünə tabe olan Əmirxan Sultanı hakim təyin etdi.
Ziddiyətlərin səbəbləri
1639-cu ildə Səfəvi-Osmanlı müharibəsi (1623-1639) qurtardı. Bu iki dövlətin Qafqazda təsir dairələrini müəyyən edən Qəsri-Şirin sülh müqaviləsi bağlandı. Yeni şəraitdə Səfəvilər Dərbənddən Sunjaya qədər, Osmanlılar və Krım xanları isə Qara dənizdən Kabardaya qədər öz hakimiyətlərini yaymaq istəyirdilər. Şimali Qafqazda Səfəvilərin maraqları qaçılmaz olaraq Rusiya ilə toqquşurdu. Şah II Abbas hakimiyətinin əvvəlində Rusiya ilə dinc münasibətlər saxlayırdı, lakin rusların Şimali Qafqazda işğalçı planları onun Rusiyaya qarşı münasibətini dəyişdi. Mübahisənin başlamasına 1650-ci ildə kazak quldurlarının Kabardaya gedən şirvanlı və dağıstanlı tacirlərin karvanına basqını oldu. Şirvan bəylərbəyi şamaxılı Xosrov xan çox narazı qalmışdı, çünki Xosrov xanın mülkiyəti də yağmalanmışdı. Ruslar bəhanə etdilər ki karvanın keçməsi üçün Terek (voyevoda) sərdarlarından icazə alınmamışdı, buna görə kazaklar ona hucum etmişdi. Şamaxı bəylərbəyi Həştərxan sərdarını kazakları dəstəkləməkdə suçladı və ondan təzminat tələb etdi. Xan məktubunda yazdı ki, əgər ruslar özləri qurldurlarla bacarmırlarsa, onda o bir ayın içində onların kökünü kəsməyə hazırdır və lazım gəlsə və Həştərxanı yerlə bir edər.
Şirvan Bəylərbəyi Xosrov xan'ın Kazak quldurları ilə bağlı ruslara cavab məktubu. 1650 - ci ilin sonları ...Kazaklar dəfələrlə həm mənim şəxsi mülklərimə, həm də dövlət mülklərinə ziyan vurublar. Və siz həmişə olduğu kimi yenə bir bəhanə ilə cavab göndərirsiniz. Onlara bu cəsarəti Həştərxandan alırlar. Əgər siz öz quldurlarınıza sahib çıxa bilmirsinizsə, mən onlara sahib çıxıb köklərini birdəfəlik kəsərəm. Həştərxan sərdarına deyin, ədavəti varsa, meydanə gəlsin. Lazım gəlsə, mən həm Tərkini həm də, Həştərxanı yerlə bir edərəm. Şahımız bütün bunlardan xəbərdardır və bir daha bu təkrarlansa, biz lazimi tədbirlər görüb"dostluq pərdəsi"ni üzümüzdən atacağıq.
|
1639-cu ildə Osmanlı və Səfəvi imperiyaları arasında uzun müddətdir davam edən müharibə Qəsri Şirin sülh müqaviləsinin imzalanması ilə sonlandırıldı. Yeni imzalanmış müqaviləyə əsasən Qafqaz iki imperiya arasında nüfuz dairələrinə bölündü. Yeni konfiqurasiyaya görə Osmanlı və Krım xanlığı Qara dəniz sahili boyunca və Kabarda da öz üstünlüyünü qurmağa çalışarkən, Səfəvi şahı Dərbənddən yuxarıya doğru, Sunja çayına qədərki bölgələrdə öz nüfuz üstünlüyünü qura bilərdi. Belə bir şəraitdə bölgə üzərində Rusiya ilə Səfəvi imperiyasının maraqlı toqquşurdu. II Abbas taxta çıxdıqdan sonra ruslarla sülhü davam etdirməkdə qərarlı olub, ticarəti və əməkdaşlığı genişlətmək üçün addımlar atsa da, sonradan bu fikrindən daşındı. II Abbasın yeni məqsədi nəinki ruslasrın Dağıstan ərazisinə daxil olmasının qarşısını almaq, eyni zamanda rusları bütün Şimali Qafqazdan qovmaq idi. Bunun üçün şah dağlıların daxili işlərinə qarışmağa da başladı.
Müharibənin başlamasında Xosrov xanın Xəzər dənizi sahilində fəaliyyət göstərən kazak dəstələrinə qarşı çıxması əsas oldu. Beləki 1650-ci ildə Qreben kazakları şamaxılı və dağıstanlı tacirlərin karvanına hücum eədərək karvanın mallarını yağmaladılar. Yağmalanan karvanda Səfəvi imperiyasının Şirvan bəylərbəyi olan Xosrov xanın da şəxsi malları var idi. Bir qədər sonra məlum olur ki, karvan iki dövlət arasında imzalanmış müqavilənin şərtərinə zidd olaraq hərəkəti barədə Terek hakiminə məlumat verməmiş və buna görə də, kazakların hücumuna məruz qalmışdır. Xosrov xan rus hakiminə göndərdiyi məktubda vurulmuş zərərin kompensasiyasının verilməsini və kazakların cəzalandırılmasını tələb edirdi. Xosrov xan Həştərxanın rus hakiminə yazdığı məktubda rus hökumətinin heç birt addım atmayacağı halda kazakların hökumət orqanları təlimatı üzrə hərəkət etdiyi qənaətinə gələrək bir ay içində "həm Tereki, həm də Həştərxanı qara torpağa" çevirə və kazakları özü cəzalandıra biləcəyini yazırdı. Rusiya ilə Səfəvi arasında hərbi əməliyyatların başlamasının bilavasitə səbəbi Sunja qalasının bərpası idi. Terek və Sunjadakı rus qalaları şahın Dağıstanda öz təsirini yaratmaq planlarına mane olurdu. Doğrusu 1658-ci ildə Moskvadakı qızılbaş səfiri Daqul Sultan bildirmişdi ki, müharibənin başlamasının səbəbi Sunja qalası yox, Terek qumuqları olmuşdur. Sunjada məntəqə salındıqdan və orada qumuqlar məskunlaşdıqdan sonra bölgədəki münaqişələr, qətllər və oğurluqlar çoxalmış, nəticədə Səfəvi təbəələri bölgəyə səfər edə bilməmişdirlər. Səfəvi tərəfinin hücuma hazırlaşdığından xəbərdar olan Tarku şamxalı III Surxay xan 1650-ci ildə Həştərxanın qubernatoru Qriqori Çerkəzskiyə məktub yazaraq hücuma hazırlaşmağın gərəkdiyini bildirdi. Qubernator bu məktuba cavab olaraq terek atamanlarına və kazaklarına əmr göndərərə Sunja həbsxanasına yardım etmələrini və mümkün hücumun qarşısını ala bilmək üçün tədbirlər görməyi əmr etdi.
Sunja istehkamına birinci yürüş
1651-ci ildə Şirvanda olan Xosrov xan II Abbasdan fərman alır. Fərmanda ona vaxt itirmədən qızılbaş ordusunun Sunjaya yürüşünü təşkil etmək və orduya komandanlıq etmək əmr edilirdi. II Abbasın əmri sadəcə o qədər də böyük olmayan Sunja istehkamını ələ keçirməklə məhdudlaşmırdı. Xosrov xanın özünün də dediyi kimi II Abbas ona Sunjanı ələ keçirmək və vaxt itirmədən Həştərxana yürüş etməyi tapşırmışdı. Sunja qalasını ələ keçirməyi Xosrov xan Tarku şamxalı Surxay xana həvalə edir. Onun dəstəsinə Tarku qumuqlarından əlavə, Endirey qumuqları və Qaytaq usmiliyinin döyüşçüləri də daxil idi. Endirey qumuqlarına Qazan Alp, Qaytaq usmliyindən gələnlərə isə Əmirxan Sultan komandanlıq edirdi. Onlara kömək üçün Xosrov xan nizami qızılbaş ordusundan 800 nəfərlik dəstə və iki top da göndərir. 800 nəfərin 500-ü Şamaxıdan, 300-ü Dərbənddən idi. Həmçinin hazırlanan bu orduya noqay ordalarından olan dəstələr də Çoban Mirzə və Şatemir Mirzənin komandanlığı qoşuldular. Həmçinin Mıçık və Arqun çayları boyunca yaşayan çeçen camaatlıqları olan çıçkızyanlar və şibutyanlar da bu orduya qatılırlar. Sunjaya hücum etməyə hazırlaşan ordudakı döyüşçülərin sayı ümumilikdə 12 min nəfərə çatırdı. 25 oktyabr 1651-ci ildə birləşmiş ordu Sunja çayının sahilinə gəlib çatdı. İlk toqquşma Kazak Şadrinin məntəqəsi yaxınlığında baş verdi. Müdafiə mövqeyi tutan rus dəstələri müqavimət göstərməyi bacardılar və qızılbaşlarla qumuqların ilk hücumunu dəf edə bildilər.
Uğur qazana bilməyən Surxay xan Tereki keçmək üçün Sunjanın ağızında yerləşən kazak məntəqəsi olan Verxnevo Çerlonova gəlib çatdılar. Artıq buradakı kazaklar özlərinə yeni möhkəmləndirilmiş istehkam qurmağı bacarmışdılar. 1 noyabr tarixində Terek voyvodası Knyaz Şetinin qızılbaşlarla döyüşən rus ordusu komandanı Knyaz Muçalın köməyinə yeni dəstələr göndərdi. Yeni dəstələrə atıcılar, boyar uşaqları və yni xristianlığa keçmiş olan və Tleva Tuqaşevin komandanlığında Yurt tatarları daxil idi. 2 noyabr tarixində Surxay xan yeni hücuma keçmək qərarına gəldi. Çerlenovoya gələn qızılbaş və qumuq ordusu Asmanovskiyə hücum etmək istəyirdilər. 2 noyabrda başlayan hücum yenə də ruslar tərəfindən dəf edildi və Knyaz Muçalın əks-hücumu uğurlu alındı. Qızılbaş və qumuq dəstələri Sunja çayına doğru geri çəkildilər. Mutçal öz dəstələrini Səfəvi ordusunu təqib etmək üçün göndərdi. Mutçalın qətiyyətli addımları və yardımın vaxtında yetişməsi nəticəsində ruslar Səfəvi hücumlarını dəf etməyi bacarmışdılar. Artıq 7 noyabrda Mutçalın gözətçiləri ona Səfəvi ordusunun tamamilə geri çəkildiyi məlumatını verdi. Səfəvi ordusunun hücumlarından ən çox əziyyət çəkən elə Knyaz Mutçalın öz təbəələri olmuşdu. Onun bildirdiyinə görə, hücum zamanı onun 3 minə qədər tatar atı, 500 dəvəsi, 10 min buynuzlu, 15 min buynuzsuz mal-heyvanı ələ keçirilmiş, xeyli sayda insan əsir aparılmışdır. Səfəvi ordusu üçün ilk yürüş uğursuzluqla nəticələndi. Surxay xan bəhanə yaratmaq üçün bildirdi ki, o, biıərəkdən Terek tatarlarının kəndlərini hədəf olaraq seçmişdir. Çünki onlar Kabardaya gedən yolları bağlamışdılar və bu hücumla onlara cavabb verilmiş oldu.
Sunja istehkamına ikinci yürüş
1652-ci ildə II Abbas yeni yürüşə hazırlaşırdı. Şamxal Surxay və Qazan Alp öz döyüşçüləri ilə birlikdə Aktaşeyə gəlib Sunja üzərinə yürüşə hazırlaşmağa başladılar. Buradan Krıma göndərilən elçilik onları da ruslar üzərinə olan yürüşdə iştirak etməyə dəvət etdi. Bu zaman çara sadiq olan tatarlar rusların yeni Terek qubernatoru Vasili Voilinskiyə Krım tatarlarının Azova gəlməsi və Həştərxan barədə danışmağa başlamaları haqda məlumat verdi. Rus hökumıti Sunja istehkamlarını gücləndirdi. İkinci yürüşün başlaması ərəfəsində istehkamdakı qarnizonu gücləndirmək üçün Mutçal Çərkəzski kabardın Murza Urus xan Yansoxovun və oğlunun rəhbərliyi altında dəstələr göndərdi. Onun özü isə qalaya daxil olmayaraq qıraqda qamağı və buradan qızılbaş ordusuna hücumlar etməyi üstün tutdu. Sunja istehkamında 800 nəfərlik rus qarnizonu var idi. Buraya 212 nəfər rus atıcılar və kazaklar, Urusxanın rəhbərliyində kabardinlər, İldar Mirzənin rəhbərliyində 500 nəfərlik Terek qumuqları daxil idi. Ordunun ümumi komandanı İvan Yatsin idi. 7 mart 1653-cü ildə Səfəvi imperiyasının qızılbaşlardan, noqaylardan, qumuqlardan, dağlılardan və Qafqaz qorçularından təşkil edilmiş ordusu Sunjanı mühasirəyə aldı. Yenə də orduya Şamxal Surxay xan rəhbərlik edirdi. Qalanı ələ keçirə bilməyən Surxay Terek boyunca olan kabardin və kazak kəndlərini yağmaladı və xarabazara çevirdi. Sunja istehkamında qalmış rus ordusunun vəziyyəti günü-gündən pisləşirdi. Surxay xan qala divarları önündə qüllə düzəltdirmiş və buradan istehkamı top atəşiə tutdurmuşdu. Həmçinin meşədən odunlar gətirilmiş və qala divarları yanında yandırılmışdı.
Terek şəhərindən mühasirəyə alınanlar üçün Semyon Stromilovun komandanlığı altında süvari dəstəsi, həmçinin çeçenlərdən təşkil edən dəstə yardım kimi göndərildi. Çeçenlərə Çepay Murza komandanlıq edirdi, lakin bu dəstə mühasirəyə alınanlara kömək etmək üçün yarıb keçə bilmədi və düşmən tərəfindən dəf edilərək Tərekə qayıtdı. Terekin özünə də hücum təhlükəsi olduğuna görə Terek qubernatoru Sunjanın yardımına çox ordu göndərə bilmirdi. Martın 14-də İvan Dolqovo-Saburovun 200 oxatan döyüşçüsü Həştərxandan Terekə getdi. Həştərxanın da hücuma məruz qalacağı barədə söz-söhbət gəzdiyinə görə oradan da ordunun cəbhəyə göndərilməsi mümkün olmurdu. 19 martda istehkamdakı Terek qumuqları İldar Mirzənin komandanlığı altında Surxay xanla danışıqlara başlayıb qalanı tərk etdilər. Qaladakılar daha 4 gün müqavimət göstərdikdən sonra məsləhətləşərək oranı tərk edib Terekə getdilər. Sunjaya daxil olan qızılbaş ordusu hər yeri yandırdı. Bir qədər sonra Surxay xan da Tarkuya qayıtdı. 1653-cü ildə Aleksey Mixailoviç son münaqişə barədə göndərdiyi məktubda orada döyüşmüş rus zabitlərinə, ruslara yardım edən Yansoxov kimi şəxslərə təşəkkür edirdi. Onlara təşəkkür edilməsinin əsas səbəbi qalada uzun müddət müqavimət göstərmək və çarın xəzinəsini oradan xilas etmək idi.
Nəticə
1653-cü ilin qarşıdakı hərbi əməliyyatlarında II Abbas daha da irəliləməyi planlayırdı. Onun məqsədi Tereki, Həştərxanı tutmaq və rusları bütün Qafqazdan qovmaq idi. Bunun üçün Surxay xan öz ordusunu toplamış, bölgədəki qızılbaş ordusu Dərbəndə yığışmış, İsfahanda da II Abbasın komandanlığında böyük qızılbaş ordusunun toplanmasına başlanmışdı, lakin vəziyyət gözlənilmədən dəyişdi. Böyük Moğol imperiyasının şərq sərhədlərinə hücum etməsi və Qəndəharı yenidən mühasirəyə alması II Abbasın planlarını dəyişdirdi. İki cəbhədə müharibə aparmaq istəməyən Abbas ruslarla danışıqlara başladı. Rusiya özü də Polşa iləı yeni müharibəyə hazırlaşırdı və Səfəvi imperiyası ilə sülh də maraqlı idi. Knyaz İvan Lobanov-Rostovski və İvan Kominin Həştərxandan 1654-cü ilin aprelində səfir kimi Səfəvi imperiyasına yola düşdülər və Fərəhabadda II Abbasla görüşdülər. Qarşılıqlı güzəştlər əsasında keçən görüşdən sonra oktyabr ayında rus elçilər geri döndülər. Sunja istehkamının ələ keçirilməsi Şimali Qafqazda Səfəvi mövqelərinin güclənməsinə səbəb oldu. Dağlılara təzyiqi daha da artıran II Abbas 1658-ci ildə qumuqların torpaqlarında iki qalanın tikildiyini elan etdi. Bu yerlilərin üsyan qaldırması ilə nəticələndi. 1659-cu ildə Surxay xan, Əhməd xan Djenquteyski, Qazan Alp Endireyski, Buday bəy Maqomatotov rus asılılığına keçdilər.
İstinadlar
- Matthee, 1999. səh. 169
- Bournoutian, 2021. səh. 4
- Matthee, 2012. səh. 122
- Matthee, 2019. səh. 122
- Бабулин, 2006. səh. 169
- Олеарий, 2003. səh. 363
- Кушева, 1963. səh. 365—366
- Ризванов, 1969. səh. 202
- АН СССР, 1988. səh. 25
- Абдусаламов, 2013. səh. 3
- Новосельского və Устюгова, 1955. səh. 1032
- Кидирниязов və Мусаурова, 2003. səh. 199
- Бабулин, 2006
- Зевакин, 1929
- Кабардино-русские отношения в XVI—XVII вв. I. Moskva. 1957. səh. 304.
- Попко И. Д. Терские казаки с стародавних времен. Sankt-Peterburq: Исторический очерк. 1880.
- "Сурхай - шаухал 1651-1653 гг". 2016-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-17.
Mənbə
- Rudi Matthee. The Politics of Trade in Safavid Iran: Silk for Silver, 1600-1730. London: I.B. Tauris. 1999. ISBN .
- Rudi Matthee. ʿAbbas II. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. Ehsan Yarşater. 2012.
- George Bournoutian. From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813. Brill. 2021. ISBN .
- Rudi Matthee. ʿAbbas II. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. Ehsan Yarşater. 2012.
- Rudi Matthe. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. New York: Taylor & Francis. 2019. ISBN .
- И. Б. Бабулин. Русско-иранский военный конфликт 1651—1653 гг. Рейтар. 2006.
- А. Олеарий. Описание путешествия в Московию. Смоленск. 2003.
- Р.Ризванов. Очерки истории Восточного Кавказа: X-ХХ вв. 1969.
- Русско-дагестанские взаимоотношения в XVI-начале XX в: тематический сборник. Dağıstan: Дагестанский филиал АН СССР. 1988.
- М. Б. Абдусаламов. Взаимоотношения кумыкских феодальных владетелей с Cефевидским Ираном в первой половине XVII в. Вестник Забайкальского государственного университета. 2013. 3–12.
- А. А. Новосельского А. А., Н. В. Устюгова. Очерки истории СССР: период феодализма, XVII в. Moskva: Издательство Академии наук СССР. 1955. 1032.
- Д. С. Кидирниязов, Ж. К. Мусаурова. Очерки истории ногайцев XV-XVIII вв. Изд-во дом "Народы Дагестана". 2003.
- Е. С. Зевакин Конфликт России с Персией в середине XVII столетия // Азербайджан в начале XVIII века. Конфликт России с Персией в середине XVII столетия // Азербайджан в начале XVIII века. Bakı. 1929.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Sefevi Rusiya muharibeleri Sefevi Rusiya muharibesi II Abbasin hakimiyyeti dovrunde Sefevi imperiyasinin Qafqazin simalinda oz nufuzunu artirmaq istemesi ruslarla toqqusmaya sebeb oldu 1646 ci ilden etibaren rus hokumeti Sefevi torpaqlarindan Isvece qeder torpaqlarda ipek ticareti eden xarici tacirlerin movqelerini zeifletmeye baslamis ve 1649 cu ilde Sobornoe Ulojenie qebul edilmisdi Buna gore xarici tacirlerin imkanlari daha da mehdudlasdirilirdi Hakimiyyetinin ilk illerinde Abbas ruslarla munasibetlere ehemiyyet vermirdi ve onlarin Osmanliya qarsi munasibetleri inkisaf etdirmek tekliflerini gormezden gelirdi 1647 ve 1653 cu illerde ikili munasibetlerde karvan quldurlugu hadiselerine ve Sefevilerde rus tacirlerin hebsine gore gerginlik artdi Hemcinin ruslarin serhedlerini cenuba dogru genisletmesi buralari ozlerinin mulku hesab eden Sefevilerin qarsi cixmasi ile neticelendi Bu gerginlikler de 1651 1653 muharibesine ve ya munaqisesine yol acdi Bu muharibenin meydana cixmasinda rol oynayan sebeblerden bir digeri de ruslarin devrilmis gurcu krali I Teymuraz ucun qala tikmek istemeleri idi Ruslara yardim ucun muraciet eden Kaxetili I Teymuraz bu xeberin II Abbasa catmasindan sonra oz isteyine nail ola bilmedi Qendeharda olan II Abbas derhal bu mesele ile mesgul olmaq ucun qosun hazirlatdi Sirvan beylerbeyi Xosrov xanin komandanligi altinda yerli qumuqlarla emekdasiq eden Erdebil Qarabag ve Astara qizilbaslari ruslari meglub etdiler bazalarini ele kecirdiler ve ozlerini qovdular Bundan sonra Isfahan ve Moskva arasinda elciler yekun sulh muqavilesini hell etmek ucun gedib gelmeye basladi lakin sulh muqavilesi 10 il sonra imzalandi Sefevi Rusiya muharibeleri 1651 1653 Rus Iran muharibeleriTarix 1651 1653 muharibesi Sunja doyusu 1653 Yeri Sunja cayi mensebiSebebi Rusiyanin Simali Qafqazda mohkemlenme istekleri qesd ve herb usulu ile strateji menteqeye yiyelenmek arzusu Neticesi Tam Sefevi qelebesi Isfahan sulhu Erazi deyisikliyi Sefevi serhedlerinin Simali Qafqaz diyarina qeder uzanmasi Munaqise terefleriCar Rusiyasi Kabardinler Terek qumuqlari Sefevi imperiyasi Terki samxalligi Endirey Qaytaq usmiliyi Mickizen ve Sibuten cemiyetleri Noqay uluslariKomandan lar Mutsal Cerkez Ivan Yatsin Ildar Murza Xosrov xan Terki samxali Surxay xan Endirey meliki Qazan Alp Qaytaq usmisi Emirxan agaTereflerin quvvesi10 000 12 000Muharibeden evvel bolgedeki veziyyetXVII esrden etibaren Rusiya carliginin Simali Qafqazdaki esas dayaq menteqesi Terek qalasi oldu Burada carliq voevodasi ve doyusculeri toplanmis idi XVII esrin ortalarinda Terek menteqesi etrafinda 70 Kabardin esilzade ailesi ile birlikde bir cox rus ermeni Azerbaycan turku ve fars yasamaqda idi Onlar ticaret ve senetkarliqla mesgul olurdular Simali Qafqazdan olan esilzadeler etraflari ile birlikde buraya kocur ve rus vetendasligini qebul edirdiler Kabardin esilzadelerinden biri olan Mucal Suncaleyevic Cerkeziskinin de burada evi var idi O 1645 ci ilde car fermani ile knyaz olmus ve qeyri ruslar uzerinde hakim teyin edilmisdi Menteqedeki qarnizona 2 min neferlik doyuscu 500 streles daxil idi Onlara komandanligi ise polkovnik rutbesinde olan menteqe hakimi edirdi Knyaz Mucalin ozunun de 500 neferlik herbi destesi var idi ve ehtiyac yaranacagi teqdirde oz destesi ile rus ordusuna komek etmeye borclu idi Terek cayinin sag sahilinde Sunja cayi ile Terek cayinin birlesdiyi ve muasir Qrozni seherinin simal seorqinde 1635 ci ilde ruslar Sunja hebsxanasini berpa etdiler 16450 ci ilden bir qeder sonra Knyaz Mucal oz tebeeleri ile birlikde Terek menteqesinden koc ederek Sunja hebsxanasinin yaxinliginda Sunjada yerlesdi Onunla gelenler kabardinler cecenler ve qumuqlar idi Hebsxananin 2 verst mesafesinde evvelden rus vetendasligini qebul etmis olan Ildar Mirzenin rehberliyinde baraquniler ve ya Terek qumuqlari yerlesdi Sunjanin qerbinde Ivan Qorzni doneminden rus protektoratligini qebul etmis olan kabardinler yasamaqda idi 1629 cu ilde Avar xani rus carina muraciet ederek Goysuda qala tikmesini istemis ve bu isde ona komek edeceyini soz vermisdi Bundan basqa Avar xani rus carindan rus vetendasligina girmesine serait yaradilmasini isteyir ve cara Simali Qafqazda tikilmis ilk rus qalasi olan Terekin salinmasinda onun babasinin yardim etdiyini xatirladirdi Men avar xani boyuk hokmdarin birbasa qulu kimi cixis etdim ve oglumu senin eline verdim Bu donemde Sefevi imperiyasinin Simali Qafqazda yeritdiyi siyaset qumuqlari ruslara yaxinlasmaga ve komek istemeye mecbur etdi 1637 ci ilde qumuq samxali rus carindan onu oz tebeesi kimi tanidigini ehtiva eden mektub aldi Bu zaman qumuqlar artiq Sefevi imperiyasinin vassali olduqlari ucun bununla iki qat vassalligi dusdulir hem ruslardan hem de qizilbaslardan lakin Dagistanin Sefevi hakimiyyeti altinda olmasi Rusiyanin maraqlarina uygun deyildi 1642 ci ilde Rusiya hokumeti qizilbaslarin Moskvadaki sefiri Aci byke qeti sekilde beyan etdi ki qumuq xalqi car ezemetinin ebedi xidmetcileridir lakin qumuqlar hem ruslarin hem de qizilbaslarin bolgede mohkemlenmesine engel olaraq musteqil siyaset yurutmekde idiler Samxal III Surxay Baslida qizilbaslarin qala tikmesinin qarsisini aldi Eyni zamanda onlar ruslarin bolgede guclenmesini de istememekde idiler 1650 ci ilde Surxay xan ruslardan qacan noqaylari oz torpaqlarina qebul etdi Buna cavab olaraq onun torpaqlarina soxulan rus ordusu Germercik doyusunde noqay qumuq ordusuna meglub oldu Bundan sonra Endirey qumuqlarinin rehberi olan Qazan Alp Surxayla barisdi ve bununla da 1642 ci ilden beri qumuqlar arasinda davam eden daxili mubarize sonlandirildi Bunlar bas vererken bolgede qizilbas tesir dairesi de genislenmekde ve artiq qumuqlari tehdid etmekde idi Bolgedeki en guclu qumuq hakimliyi Tarku samxalligi idi Bu hakimliyin rehberleri Buynaksk hokmdari Dagistan valisi ve yaxin zamana qeder Derbend xani titulunu dasimaqda idiler Bir diger onemli qumuq hakimliyi ise Endirey samxalligi idi Derbendin simal qerbinde Qaytaq usmiliyi yerlesmekde idi 1645 ci ilde II Abbas ruslara yaxin oldugu bilinen Rustem xan Qaytaqdan qovdu ve onun yerine ozune tabe olan Emirxan Sultani hakim teyin etdi Ziddiyetlerin sebebleri1639 cu ilde Sefevi Osmanli muharibesi 1623 1639 qurtardi Bu iki dovletin Qafqazda tesir dairelerini mueyyen eden Qesri Sirin sulh muqavilesi baglandi Yeni seraitde Sefeviler Derbendden Sunjaya qeder Osmanlilar ve Krim xanlari ise Qara denizden Kabardaya qeder oz hakimiyetlerini yaymaq isteyirdiler Simali Qafqazda Sefevilerin maraqlari qacilmaz olaraq Rusiya ile toqqusurdu Sah II Abbas hakimiyetinin evvelinde Rusiya ile dinc munasibetler saxlayirdi lakin ruslarin Simali Qafqazda isgalci planlari onun Rusiyaya qarsi munasibetini deyisdi Mubahisenin baslamasina 1650 ci ilde kazak quldurlarinin Kabardaya geden sirvanli ve dagistanli tacirlerin karvanina basqini oldu Sirvan beylerbeyi samaxili Xosrov xan cox narazi qalmisdi cunki Xosrov xanin mulkiyeti de yagmalanmisdi Ruslar behane etdiler ki karvanin kecmesi ucun Terek voyevoda serdarlarindan icaze alinmamisdi buna gore kazaklar ona hucum etmisdi Samaxi beylerbeyi Hesterxan serdarini kazaklari desteklemekde sucladi ve ondan tezminat teleb etdi Xan mektubunda yazdi ki eger ruslar ozleri qurldurlarla bacarmirlarsa onda o bir ayin icinde onlarin kokunu kesmeye hazirdir ve lazim gelse ve Hesterxani yerle bir eder Sirvan Beylerbeyi Xosrov xan in Kazak quldurlari ile bagli ruslara cavab mektubu 1650 ci ilin sonlari Kazaklar defelerle hem menim sexsi mulklerime hem de dovlet mulklerine ziyan vurublar Ve siz hemise oldugu kimi yene bir behane ile cavab gonderirsiniz Onlara bu cesareti Hesterxandan alirlar Eger siz oz quldurlariniza sahib cixa bilmirsinizse men onlara sahib cixib koklerini birdefelik keserem Hesterxan serdarina deyin edaveti varsa meydane gelsin Lazim gelse men hem Terkini hem de Hesterxani yerle bir ederem Sahimiz butun bunlardan xeberdardir ve bir daha bu tekrarlansa biz lazimi tedbirler gorub dostluq perdesi ni uzumuzden atacagiq 1651 1653 Sefevi Rus muharibeleri 1639 cu ilde Osmanli ve Sefevi imperiyalari arasinda uzun muddetdir davam eden muharibe Qesri Sirin sulh muqavilesinin imzalanmasi ile sonlandirildi Yeni imzalanmis muqavileye esasen Qafqaz iki imperiya arasinda nufuz dairelerine bolundu Yeni konfiqurasiyaya gore Osmanli ve Krim xanligi Qara deniz sahili boyunca ve Kabarda da oz ustunluyunu qurmaga calisarken Sefevi sahi Derbendden yuxariya dogru Sunja cayina qederki bolgelerde oz nufuz ustunluyunu qura bilerdi Bele bir seraitde bolge uzerinde Rusiya ile Sefevi imperiyasinin maraqli toqqusurdu II Abbas taxta cixdiqdan sonra ruslarla sulhu davam etdirmekde qerarli olub ticareti ve emekdasligi genisletmek ucun addimlar atsa da sonradan bu fikrinden dasindi II Abbasin yeni meqsedi neinki ruslasrin Dagistan erazisine daxil olmasinin qarsisini almaq eyni zamanda ruslari butun Simali Qafqazdan qovmaq idi Bunun ucun sah daglilarin daxili islerine qarismaga da basladi Muharibenin baslamasinda Xosrov xanin Xezer denizi sahilinde fealiyyet gosteren kazak destelerine qarsi cixmasi esas oldu Beleki 1650 ci ilde Qreben kazaklari samaxili ve dagistanli tacirlerin karvanina hucum eederek karvanin mallarini yagmaladilar Yagmalanan karvanda Sefevi imperiyasinin Sirvan beylerbeyi olan Xosrov xanin da sexsi mallari var idi Bir qeder sonra melum olur ki karvan iki dovlet arasinda imzalanmis muqavilenin serterine zidd olaraq hereketi barede Terek hakimine melumat vermemis ve buna gore de kazaklarin hucumuna meruz qalmisdir Xosrov xan rus hakimine gonderdiyi mektubda vurulmus zererin kompensasiyasinin verilmesini ve kazaklarin cezalandirilmasini teleb edirdi Xosrov xan Hesterxanin rus hakimine yazdigi mektubda rus hokumetinin hec birt addim atmayacagi halda kazaklarin hokumet orqanlari telimati uzre hereket etdiyi qenaetine gelerek bir ay icinde hem Tereki hem de Hesterxani qara torpaga cevire ve kazaklari ozu cezalandira bileceyini yazirdi Rusiya ile Sefevi arasinda herbi emeliyyatlarin baslamasinin bilavasite sebebi Sunja qalasinin berpasi idi Terek ve Sunjadaki rus qalalari sahin Dagistanda oz tesirini yaratmaq planlarina mane olurdu Dogrusu 1658 ci ilde Moskvadaki qizilbas sefiri Daqul Sultan bildirmisdi ki muharibenin baslamasinin sebebi Sunja qalasi yox Terek qumuqlari olmusdur Sunjada menteqe salindiqdan ve orada qumuqlar meskunlasdiqdan sonra bolgedeki munaqiseler qetller ve ogurluqlar coxalmis neticede Sefevi tebeeleri bolgeye sefer ede bilmemisdirler Sefevi terefinin hucuma hazirlasdigindan xeberdar olan Tarku samxali III Surxay xan 1650 ci ilde Hesterxanin qubernatoru Qriqori Cerkezskiye mektub yazaraq hucuma hazirlasmagin gerekdiyini bildirdi Qubernator bu mektuba cavab olaraq terek atamanlarina ve kazaklarina emr gonderere Sunja hebsxanasina yardim etmelerini ve mumkun hucumun qarsisini ala bilmek ucun tedbirler gormeyi emr etdi Sunja istehkamina birinci yurus1651 ci ilde Sirvanda olan Xosrov xan II Abbasdan ferman alir Fermanda ona vaxt itirmeden qizilbas ordusunun Sunjaya yurusunu teskil etmek ve orduya komandanliq etmek emr edilirdi II Abbasin emri sadece o qeder de boyuk olmayan Sunja istehkamini ele kecirmekle mehdudlasmirdi Xosrov xanin ozunun de dediyi kimi II Abbas ona Sunjani ele kecirmek ve vaxt itirmeden Hesterxana yurus etmeyi tapsirmisdi Sunja qalasini ele kecirmeyi Xosrov xan Tarku samxali Surxay xana hevale edir Onun destesine Tarku qumuqlarindan elave Endirey qumuqlari ve Qaytaq usmiliyinin doyusculeri de daxil idi Endirey qumuqlarina Qazan Alp Qaytaq usmliyinden gelenlere ise Emirxan Sultan komandanliq edirdi Onlara komek ucun Xosrov xan nizami qizilbas ordusundan 800 neferlik deste ve iki top da gonderir 800 neferin 500 u Samaxidan 300 u Derbendden idi Hemcinin hazirlanan bu orduya noqay ordalarindan olan desteler de Coban Mirze ve Satemir Mirzenin komandanligi qosuldular Hemcinin Micik ve Arqun caylari boyunca yasayan cecen camaatliqlari olan cickizyanlar ve sibutyanlar da bu orduya qatilirlar Sunjaya hucum etmeye hazirlasan ordudaki doyusculerin sayi umumilikde 12 min nefere catirdi 25 oktyabr 1651 ci ilde birlesmis ordu Sunja cayinin sahiline gelib catdi Ilk toqqusma Kazak Sadrinin menteqesi yaxinliginda bas verdi Mudafie movqeyi tutan rus desteleri muqavimet gostermeyi bacardilar ve qizilbaslarla qumuqlarin ilk hucumunu def ede bildiler Ugur qazana bilmeyen Surxay xan Tereki kecmek ucun Sunjanin agizinda yerlesen kazak menteqesi olan Verxnevo Cerlonova gelib catdilar Artiq buradaki kazaklar ozlerine yeni mohkemlendirilmis istehkam qurmagi bacarmisdilar 1 noyabr tarixinde Terek voyvodasi Knyaz Setinin qizilbaslarla doyusen rus ordusu komandani Knyaz Mucalin komeyine yeni desteler gonderdi Yeni destelere aticilar boyar usaqlari ve yni xristianliga kecmis olan ve Tleva Tuqasevin komandanliginda Yurt tatarlari daxil idi 2 noyabr tarixinde Surxay xan yeni hucuma kecmek qerarina geldi Cerlenovoya gelen qizilbas ve qumuq ordusu Asmanovskiye hucum etmek isteyirdiler 2 noyabrda baslayan hucum yene de ruslar terefinden def edildi ve Knyaz Mucalin eks hucumu ugurlu alindi Qizilbas ve qumuq desteleri Sunja cayina dogru geri cekildiler Mutcal oz destelerini Sefevi ordusunu teqib etmek ucun gonderdi Mutcalin qetiyyetli addimlari ve yardimin vaxtinda yetismesi neticesinde ruslar Sefevi hucumlarini def etmeyi bacarmisdilar Artiq 7 noyabrda Mutcalin gozetcileri ona Sefevi ordusunun tamamile geri cekildiyi melumatini verdi Sefevi ordusunun hucumlarindan en cox eziyyet ceken ele Knyaz Mutcalin oz tebeeleri olmusdu Onun bildirdiyine gore hucum zamani onun 3 mine qeder tatar ati 500 devesi 10 min buynuzlu 15 min buynuzsuz mal heyvani ele kecirilmis xeyli sayda insan esir aparilmisdir Sefevi ordusu ucun ilk yurus ugursuzluqla neticelendi Surxay xan behane yaratmaq ucun bildirdi ki o biierekden Terek tatarlarinin kendlerini hedef olaraq secmisdir Cunki onlar Kabardaya geden yollari baglamisdilar ve bu hucumla onlara cavabb verilmis oldu Sunja istehkamina ikinci yurus1652 ci ilde II Abbas yeni yuruse hazirlasirdi Samxal Surxay ve Qazan Alp oz doyusculeri ile birlikde Aktaseye gelib Sunja uzerine yuruse hazirlasmaga basladilar Buradan Krima gonderilen elcilik onlari da ruslar uzerine olan yurusde istirak etmeye devet etdi Bu zaman cara sadiq olan tatarlar ruslarin yeni Terek qubernatoru Vasili Voilinskiye Krim tatarlarinin Azova gelmesi ve Hesterxan barede danismaga baslamalari haqda melumat verdi Rus hokumiti Sunja istehkamlarini guclendirdi Ikinci yurusun baslamasi erefesinde istehkamdaki qarnizonu guclendirmek ucun Mutcal Cerkezski kabardin Murza Urus xan Yansoxovun ve oglunun rehberliyi altinda desteler gonderdi Onun ozu ise qalaya daxil olmayaraq qiraqda qamagi ve buradan qizilbas ordusuna hucumlar etmeyi ustun tutdu Sunja istehkaminda 800 neferlik rus qarnizonu var idi Buraya 212 nefer rus aticilar ve kazaklar Urusxanin rehberliyinde kabardinler Ildar Mirzenin rehberliyinde 500 neferlik Terek qumuqlari daxil idi Ordunun umumi komandani Ivan Yatsin idi 7 mart 1653 cu ilde Sefevi imperiyasinin qizilbaslardan noqaylardan qumuqlardan daglilardan ve Qafqaz qorcularindan teskil edilmis ordusu Sunjani muhasireye aldi Yene de orduya Samxal Surxay xan rehberlik edirdi Qalani ele kecire bilmeyen Surxay Terek boyunca olan kabardin ve kazak kendlerini yagmaladi ve xarabazara cevirdi Sunja istehkaminda qalmis rus ordusunun veziyyeti gunu gunden pislesirdi Surxay xan qala divarlari onunde qulle duzeltdirmis ve buradan istehkami top atesie tutdurmusdu Hemcinin meseden odunlar getirilmis ve qala divarlari yaninda yandirilmisdi Terek seherinden muhasireye alinanlar ucun Semyon Stromilovun komandanligi altinda suvari destesi hemcinin cecenlerden teskil eden deste yardim kimi gonderildi Cecenlere Cepay Murza komandanliq edirdi lakin bu deste muhasireye alinanlara komek etmek ucun yarib kece bilmedi ve dusmen terefinden def edilerek Tereke qayitdi Terekin ozune de hucum tehlukesi olduguna gore Terek qubernatoru Sunjanin yardimina cox ordu gondere bilmirdi Martin 14 de Ivan Dolqovo Saburovun 200 oxatan doyuscusu Hesterxandan Tereke getdi Hesterxanin da hucuma meruz qalacagi barede soz sohbet gezdiyine gore oradan da ordunun cebheye gonderilmesi mumkun olmurdu 19 martda istehkamdaki Terek qumuqlari Ildar Mirzenin komandanligi altinda Surxay xanla danisiqlara baslayib qalani terk etdiler Qaladakilar daha 4 gun muqavimet gosterdikden sonra meslehetleserek orani terk edib Tereke getdiler Sunjaya daxil olan qizilbas ordusu her yeri yandirdi Bir qeder sonra Surxay xan da Tarkuya qayitdi 1653 cu ilde Aleksey Mixailovic son munaqise barede gonderdiyi mektubda orada doyusmus rus zabitlerine ruslara yardim eden Yansoxov kimi sexslere tesekkur edirdi Onlara tesekkur edilmesinin esas sebebi qalada uzun muddet muqavimet gostermek ve carin xezinesini oradan xilas etmek idi Netice1653 cu ilin qarsidaki herbi emeliyyatlarinda II Abbas daha da irelilemeyi planlayirdi Onun meqsedi Tereki Hesterxani tutmaq ve ruslari butun Qafqazdan qovmaq idi Bunun ucun Surxay xan oz ordusunu toplamis bolgedeki qizilbas ordusu Derbende yigismis Isfahanda da II Abbasin komandanliginda boyuk qizilbas ordusunun toplanmasina baslanmisdi lakin veziyyet gozlenilmeden deyisdi Boyuk Mogol imperiyasinin serq serhedlerine hucum etmesi ve Qendehari yeniden muhasireye almasi II Abbasin planlarini deyisdirdi Iki cebhede muharibe aparmaq istemeyen Abbas ruslarla danisiqlara basladi Rusiya ozu de Polsa ilei yeni muharibeye hazirlasirdi ve Sefevi imperiyasi ile sulh de maraqli idi Knyaz Ivan Lobanov Rostovski ve Ivan Kominin Hesterxandan 1654 cu ilin aprelinde sefir kimi Sefevi imperiyasina yola dusduler ve Ferehabadda II Abbasla gorusduler Qarsiliqli guzestler esasinda kecen gorusden sonra oktyabr ayinda rus elciler geri donduler Sunja istehkaminin ele kecirilmesi Simali Qafqazda Sefevi movqelerinin guclenmesine sebeb oldu Daglilara tezyiqi daha da artiran II Abbas 1658 ci ilde qumuqlarin torpaqlarinda iki qalanin tikildiyini elan etdi Bu yerlilerin usyan qaldirmasi ile neticelendi 1659 cu ilde Surxay xan Ehmed xan Djenquteyski Qazan Alp Endireyski Buday bey Maqomatotov rus asililigina kecdiler IstinadlarMatthee 1999 seh 169 Bournoutian 2021 seh 4 Matthee 2012 seh 122 Matthee 2019 seh 122 Babulin 2006 seh 169 Olearij 2003 seh 363 Kusheva 1963 seh 365 366 Rizvanov 1969 seh 202 AN SSSR 1988 seh 25 Abdusalamov 2013 seh 3 Novoselskogo ve Ustyugova 1955 seh 1032 Kidirniyazov ve Musaurova 2003 seh 199 Babulin 2006 Zevakin 1929 Kabardino russkie otnosheniya v XVI XVII vv I Moskva 1957 seh 304 Popko I D Terskie kazaki s starodavnih vremen Sankt Peterburq Istoricheskij ocherk 1880 Surhaj shauhal 1651 1653 gg 2016 03 30 tarixinde arxivlesdirilib Istifade tarixi 2014 05 17 MenbeRudi Matthee The Politics of Trade in Safavid Iran Silk for Silver 1600 1730 London I B Tauris 1999 ISBN 9781838607074 Rudi Matthee ʿAbbas II Encyclopaedia Iranica Online Edition Encyclopaedia Iranica Foundation Ehsan Yarsater 2012 George Bournoutian From the Kur to the Aras A Military History of Russia s Move into the South Caucasus and the First Russo Iranian War 1801 1813 Brill 2021 ISBN 978 9004445154 Rudi Matthee ʿAbbas II Encyclopaedia Iranica Online Edition Encyclopaedia Iranica Foundation Ehsan Yarsater 2012 Rudi Matthe Persia in Crisis Safavid Decline and the Fall of Isfahan New York Taylor amp Francis 2019 ISBN 9781000392876 I B Babulin Russko iranskij voennyj konflikt 1651 1653 gg Rejtar 2006 A Olearij Opisanie puteshestviya v Moskoviyu Smolensk 2003 R Rizvanov Ocherki istorii Vostochnogo Kavkaza X HH vv 1969 Russko dagestanskie vzaimootnosheniya v XVI nachale XX v tematicheskij sbornik Dagistan Dagestanskij filial AN SSSR 1988 M B Abdusalamov Vzaimootnosheniya kumykskih feodalnyh vladetelej s Cefevidskim Iranom v pervoj polovine XVII v Vestnik Zabajkalskogo gosudarstvennogo universiteta 2013 3 12 A A Novoselskogo A A N V Ustyugova Ocherki istorii SSSR period feodalizma XVII v Moskva Izdatelstvo Akademii nauk SSSR 1955 1032 D S Kidirniyazov Zh K Musaurova Ocherki istorii nogajcev XV XVIII vv Izd vo dom Narody Dagestana 2003 E S Zevakin Konflikt Rossii s Persiej v seredine XVII stoletiya Azerbajdzhan v nachale XVIII veka Konflikt Rossii s Persiej v seredine XVII stoletiya Azerbajdzhan v nachale XVIII veka Baki 1929 Xarici kecidler