Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958).
Rəmziyyə Veysəlova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Vətəndaşlığı | Rusiya imperiyası→ SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Bəhram Əfəndiyev |
Fəaliyyəti | teatr aktrisası |
Teatr | Gəncə Dövlət Dram Teatrı |
Mükafatları | |
Həyatı
Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır. Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı, emosional cazibə qüdrəti vardı.
1932-ci ilin sonlarında Rəmziyyə xanım ailə vəziyyəti ilə əlaqədar Aşqabad şəhərinə köçmüşdür. Aktrisa orada üç ilə yaxın "Rəmziyyə" və "Rəmziyyə Əfəndiyeva" kimi çıxış etmiş, müəyyən təcrübə toplamış və az müddətdə teatrın aparıcı aktrisalarının cərgəsinə çıxmışdır. 1934–1935-ci il teatr mövsümündə Bəhram Əfəndiyev (həyat yoldaşı) və Rəmziyyə xanım Gəncə şəhərinə gəlib və hər ikisi Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivinə qəbul olunmuşdular.
Yaradıcılığı
Aktrisanın altmış iki illik aktyorluq fəaliyyətinin sənət töhfələrinin əsas inciləri bunlardır: Ceyran ("Özgə uşağı", Vasili Şkvarkin), Almaz, Solmaz, Mariya Timofeyevna, Sitarə ("Almaz", "Od gəlini", "1905-ci ildə" və "Nəsrəddin şah", Cəfər Cabbarlı), Gülnar və Xuraman, Məryəm ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Kəmalə, Sənubər ("Toy" və "Xoşbəxtlər", Sabit Rəhman), Huri ("Məhəbbət", Mirzə İbrahimov), Balisa, Marsela ("Kələkbaz sevgili" və "Nə yardan doyur, nə əldən qoyur", Lope de Veqa), Natella ("Vətən namusu", Georgi Mdivani), Dilşad, Nəzakət, Nurcahan xanım ("Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas Əfəndiyev), Tükəz ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Xumar və Nina, Südabə ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Ayişə ("Şikayət qəbul olunmur", Toktobolat Əbdülmöminov), Rəxşəndə ("Kişilər", Altay Məmmədov), Məhsəti xanım ("Nizami", Mehdi Hüseyn), Həkim ("Göz həkimi", İslam Səfərli) və s.
Gəncə Dövlət Dram Teatrının görkəmli aktyorlarından olmuş Rəmziyyə Osman qızı Veysəlova Aktrisa 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat etmiş və Bağbanlardakı Fəxri Xiyabanda dəfn edilmişdir.
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 20 may 1958
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 24 dekabr 1981
Ədəbiyyat
- ВЕЈСӘЛОВА Рәмзијјә Осман гызы // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. II ҹилд: Балзам—Гајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 420.
- Рәмзијјә Вејсәлова. Бакы: «Ишыг» нәшријјаты. Азәрбајҹан Театр Ҹәмијјәти. 1974. С. 1–2.
- VEYSƏLOVA Rəmziyyə Osman qızı // Azərbaycan qadını ensiklopediyası. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi. 2002. səh. 386. ISBN .
- İlham Rəhimli. Rəmziyyə Veysəlova // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN .
- İlham Rəhimli. Rəmziyyə Veysəlova // Azərbaycan teatr tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 377–378.
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Remziyye Osman qizi Veyselova 11 fevral 1914 Baki 22 avqust 1993 Gence Azerbaycan teatr aktrisasi Azerbaycan SSR xalq artisti 1958 Remziyye VeyselovaDogum tarixi 11 fevral 1914Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 22 avqust 1993 79 yasinda Vefat yeri Gence AzerbaycanVetendasligi Rusiya imperiyasi SSRI AzerbaycanHeyat yoldasi Behram EfendiyevFealiyyeti teatr aktrisasiTeatr Gence Dovlet Dram TeatriMukafatlari 1958HeyatiRemziyye Veyselova 1914 cu il fevral ayinin 11 de Bakida anadan olmus Acar qizi idi 1920 ci ilde Gurcustanda Sovet Hakimiyyeti qurulanda onun valideynleri oldurulmus evleri ise musadire edilmisdi Bundan sonra onun butun qohumlari Qazaxistana surgun edilib Aileye cox yaxin olan texmini adi deqiqlesdirilen Petinov adli bir sexs hem alti yasli Remziyyeni hem de qardasi Neymeti Neriman Nerimanovun yanina getirermisdir Daha sonra boyuk dovlet xadimi Neriman Nerimanov usaqlari Bakida Bahar xanim Agalarovanin usaq evine yerlesdirmisdir Cox teessuf ki Remziyye xanimin qardasi Neymetin sonraki taleyi barede melumat yoxdur Remziyye Veyselova Bakida yeni tipli qiz mektebinde bir muddet tehsil almisdir Yeddinci sinfi bitirenden sonra 1929 cu ilde tehsil ala ala senet muellimlerinin tovsiyesi ile Baki Teatr Mektebinin aktyorluq fakultesine daxil olmusdur Burada senet muellimlerinin tovsiyesi ile Baki Turk Isci Teatrinin yardim heyetine qebul olunmus kutlevi sehnelere cixmis tamasalarda istirak ederek epizodik rollar oynamisdir Musiqili sesi murekkeb meqamlarda da canli ve plastik hereketli sehne davranisi guclu texnika verdisleri melahetli gorkemi iti yaddasi emosional cazibe qudreti vardi 1932 ci ilin sonlarinda Remziyye xanim aile veziyyeti ile elaqedar Asqabad seherine kocmusdur Aktrisa orada uc ile yaxin Remziyye ve Remziyye Efendiyeva kimi cixis etmis mueyyen tecrube toplamis ve az muddetde teatrin aparici aktrisalarinin cergesine cixmisdir 1934 1935 ci il teatr movsumunde Behram Efendiyev heyat yoldasi ve Remziyye xanim Gence seherine gelib ve her ikisi Cefer Cabbarli adina Gence Dovlet Dram Teatrinin kollektivine qebul olunmusdular YaradiciligiAktrisanin altmis iki illik aktyorluq fealiyyetinin senet tohfelerinin esas incileri bunlardir Ceyran Ozge usagi Vasili Skvarkin Almaz Solmaz Mariya Timofeyevna Sitare Almaz Od gelini 1905 ci ilde ve Nesreddin sah Cefer Cabbarli Gulnar ve Xuraman Meryem Vaqif ve Ferhad ve Sirin Semed Vurgun Kemale Senuber Toy ve Xosbextler Sabit Rehman Huri Mehebbet Mirze Ibrahimov Balisa Marsela Kelekbaz sevgili ve Ne yardan doyur ne elden qoyur Lope de Veqa Natella Veten namusu Georgi Mdivani Dilsad Nezaket Nurcahan xanim Atayevler ailesi Sen hemise menimlesen ve Menim gunahim Ilyas Efendiyev Tukez Haci Qara Mirze Feteli Axundzade Xumar ve Nina Sudabe Seyx Senan ve Seyavus Huseyn Cavid Ayise Sikayet qebul olunmur Toktobolat Ebdulmominov Rexsende Kisiler Altay Memmedov Mehseti xanim Nizami Mehdi Huseyn Hekim Goz hekimi Islam Seferli ve s Gence Dovlet Dram Teatrinin gorkemli aktyorlarindan olmus Remziyye Osman qizi Veyselova Aktrisa 1993 cu il avqust ayinin 22 de Gence seherinde vefat etmis ve Bagbanlardaki Fexri Xiyabanda defn edilmisdir Mukafatlari Azerbaycan SSR xalq artisti fexri adi 20 may 1958 Azerbaycan SSR emekdar artisti fexri adi 30 aprel 1955 Seref nisani ordeni Azerbaycan SSR Ali Sovetinin fexri fermani 24 dekabr 1981EdebiyyatVEЈSӘLOVA Rәmziјјә Osman gyzy Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә II ҹild Balzam Gaјdar Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1978 S 420 Rәmziјјә Veјsәlova Baky Ishyg nәshriјјaty Azәrbaјҹan Teatr Ҹәmiјјәti 1974 S 1 2 VEYSELOVA Remziyye Osman qizi Azerbaycan qadini ensiklopediyasi Baki Azerbaycan Milli Ensiklopediyasi Nesriyyat Poliqrafiya Birliyi 2002 seh 386 ISBN 5 896001 366 8 Ilham Rehimli Remziyye Veyselova Azerbaycan Teatr Ensiklopediyasi 3 cildde 3 cu cild Baki Azernesr 2017 416 seh ISBN 5 86874 179 X Ilham Rehimli Remziyye Veyselova Azerbaycan teatr tarixi derslik Baki Casioglu 2005 seh 377 378 Istinadlar