Rustov kənd məscidi — 1903-cü ildə Quba rayonunun Rustov kəndində Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilmiş tarixi-memarlıq abidəsi.
Rustov Kənd Məscidi | |
---|---|
![]() | |
![]() | |
Ölkə | |
Yerləşir | Quba rayonu |
Sifarişçi | Hacı Zeynalabdin Tağıyev |
Tikilmə tarixi | 1903 |
Üslubu | islam memarlığı |
Material | Bişmiş kərpic |
Vəziyyəti | Yaxşı |
![]() |
Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Abidə 2008-ci ildə restavrasiya edilib.
Haqqında
Rustov kənd məscidi 1903-cü ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilib.
Sovet işğalında
Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
İşğaldan sonra məscid bağlanaraq taxıl anbarı kimi istifadə olunub.
Müstəqillikdən sonra
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra binadan yenidən məscid kimi istifadə olunmağa başlanılıb. Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2008-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında məscid restavrasiya olunub. Burada pilləkənlər, müəyyən yerlərdə kərpic divar, pəncərələr, qapılar, pəncərə şəbəkələri, taxta tavan, dam örtüyü, çardaq nərdivanı, suvaq örtüyü, ornamentlər, güldəstənin taxta döşəməsi, taxta divarlar və tavan, pəncərələr və s. bərpa olunub. İbadətə gələnlərə şərait yaradılması məqsədilə məscidin həyətində yeni köməkçi bina tikilib.
Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.
Memarlığı
Məscidin bünövrəsi kürsülük səviyyəsinə qədər çay daşından hörülüb. Divarlar isə kürsülük hissədə çay daşı ilə taraş olunmuş əhəng daşının kombinasiyası şəklində, qalan yerlərdə isə (20x20x4) və (27x13x6) ölçülü bişmiş kərpicdən hörülmüşdür. Divarların yuxarı hissəsindən 9 cərgə kərpicdən karniz kəməri keçir və frontonun kənarlarını əhatə edir. Qadınlara məxsus ikinci mərtəbə eyvanın üstündə yerləşir. Şimal divarın sağ künc hissəsindən başlayan pilləkənlə ikinci mərtəbəyə və çardağa qalxmaq mümkündür. Məscidin damının örtük konstruksiyasında palıd tirlərdən istifadə edilmişdir.
Rustov kəndindəki məscidin memarlıq-planlama həlli Qubadakı “Ərdəbil” məscidindən az fərqlənir. Məscidlərin müqayisələndirilməsi onların eyni ustalar tərəfindən tikildiyi fikrinə gətirib çıxarır. Fərq yalnız ondadır ki, Rustov məscidi “Ərdəbil” məscidindən azca böyükdür. Onun ibadət zalı üç cərgə sütunla (hər cərgədə üç sütun) dörd hissəyə bölündüyü halda “Ərdəbil” məscidinin ibadət zalı iki cərgə sütunla (hər cərgədə iki sütun) üç hissəyə bölünüb. Burada hündürlüyü beş metr olan mehrab yerləşir.
Məscidin cənub fasadında dairəvi pəcərənin aşağısında yerləşən epiqrafik yazının taraş olunmuş əhəng daşı üzərinə oyma üsulu ilə məscidin birinci dəfə Hacı Yusif tərəfindən tikildiyi yazılıb.
Şəkilləri
Həmçinin bax
İstinadlar
- "Hacı Zeynalabdin Tağıyevin köməyi ilə inşa olunan Qubanın Rustov kənd məscidi" (az.). shimal.news. January 18, 2022. October 14, 2022 tarixində . İstifadə tarixi: October 14, 2022.
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində (PDF). İstifadə tarixi: October 14, 2022.
- "Quba rayonunun Rustov kəndində tarixi-memarlıq abidəsi - məscidin açılış mərasimi olmuşdur" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. April 7, 2009. October 14, 2022 tarixində . İstifadə tarixi: October 14, 2022.
- Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN . 2023-07-05 tarixində (PDF). İstifadə tarixi: 2022-12-30.
- Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 120. ISBN . 2021-07-23 tarixində (PDF).
- "Quba rayonu, Rustov kənd məscidi" (az.). Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi. July 21, 2017 tarixində . İstifadə tarixi: October 14, 2022.
- İlqar Balakişiyev. "Qubanın tarixi məscidləri" (az.). shahdagpeoples.az. April 22, 2022 tarixində . İstifadə tarixi: October 14, 2022.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Rustov kend mescidi 1903 cu ilde Quba rayonunun Rustov kendinde Haci Zeynalabdin Tagiyevin komeyi ile tikilmis tarixi memarliq abidesi Rustov Kend Mescidi41 15 08 sm e 48 34 37 s u Olke AzerbaycanYerlesir Quba rayonuSifarisci Haci Zeynalabdin TagiyevTikilme tarixi 1903Uslubu islam memarligiMaterial Bismis kerpicVeziyyeti Yaxsi Vikianbarda elaqeli mediafayllar Mescid Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci ilde verdiyi 132 nomreli qerar ile yerli ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisina salinib Abide 2008 ci ilde restavrasiya edilib HaqqindaRustov kend mescidi 1903 cu ilde xeyriyyeci Haci Zeynalabdin Tagiyevin komeyi ile tikilib Sovet isgalinda Sovet isgalindan sonra resmi suretde 1928 ci ilden dinle mubarizeye basladilar Hemin ilin dekabrinda Azerbaycan KP MK i bir cox mescid kilse ve sinaqoqlari maariflendirici istiqametlerde istifade ucun klublarin balansina verdi Eger 1917 ci ilde Azerbaycanda 3 000 mescid var idise 1927 ci ilde bu reqem 1 700 1933 cu ilde ise 17 idi Isgaldan sonra mescid baglanaraq taxil anbari kimi istifade olunub Musteqillikden sonra Azerbaycan musteqilliyini berpa etdikden sonra binadan yeniden mescid kimi istifade olunmaga baslanilib Mescid Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci ilde verdiyi 132 nomreli qerar ile yerli ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisina salinib 2008 ci ilde Azerbaycan Medeniyyet ve Turizm Nazirliyinin sifarisi ile Azerberpa Elmi Tedqiqat Layihe Institutunun layihesi esasinda mescid restavrasiya olunub Burada pillekenler mueyyen yerlerde kerpic divar pencereler qapilar pencere sebekeleri taxta tavan dam ortuyu cardaq nerdivani suvaq ortuyu ornamentler guldestenin taxta dosemesi taxta divarlar ve tavan pencereler ve s berpa olunub Ibadete gelenlere serait yaradilmasi meqsedile mescidin heyetinde yeni komekci bina tikilib Mescidde dovlet qeydiyyatindan kecmis dini icma fealiyyet gosterir MemarligiMescidin bunovresi kursuluk seviyyesine qeder cay dasindan horulub Divarlar ise kursuluk hissede cay dasi ile taras olunmus eheng dasinin kombinasiyasi seklinde qalan yerlerde ise 20x20x4 ve 27x13x6 olculu bismis kerpicden horulmusdur Divarlarin yuxari hissesinden 9 cerge kerpicden karniz kemeri kecir ve frontonun kenarlarini ehate edir Qadinlara mexsus ikinci mertebe eyvanin ustunde yerlesir Simal divarin sag kunc hissesinden baslayan pillekenle ikinci mertebeye ve cardaga qalxmaq mumkundur Mescidin daminin ortuk konstruksiyasinda palid tirlerden istifade edilmisdir Rustov kendindeki mescidin memarliq planlama helli Qubadaki Erdebil mescidinden az ferqlenir Mescidlerin muqayiselendirilmesi onlarin eyni ustalar terefinden tikildiyi fikrine getirib cixarir Ferq yalniz ondadir ki Rustov mescidi Erdebil mescidinden azca boyukdur Onun ibadet zali uc cerge sutunla her cergede uc sutun dord hisseye bolunduyu halda Erdebil mescidinin ibadet zali iki cerge sutunla her cergede iki sutun uc hisseye bolunub Burada hundurluyu bes metr olan mehrab yerlesir Mescidin cenub fasadinda dairevi pecerenin asagisinda yerlesen epiqrafik yazinin taras olunmus eheng dasi uzerine oyma usulu ile mescidin birinci defe Haci Yusif terefinden tikildiyi yazilib SekilleriHemcinin baxErdebil mescidi Haci Cefer mescidi Sekinexanim mescidiIstinadlar Haci Zeynalabdin Tagiyevin komeyi ile insa olunan Qubanin Rustov kend mescidi az shimal news January 18 2022 October 14 2022 tarixinde Istifade tarixi October 14 2022 Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2001 ci il 2 avqust Tarixli 132 nomreli qerari ile tesdiq edilmisdir PDF az mct gov az 2 avqust 2001 7 iyul 2021 tarixinde PDF Istifade tarixi October 14 2022 Quba rayonunun Rustov kendinde tarixi memarliq abidesi mescidin acilis merasimi olmusdur az Azerbaycan Dovlet Informasiya Agentliyi April 7 2009 October 14 2022 tarixinde Istifade tarixi October 14 2022 Arif Yunusov Islam v Azerbajdzhane PDF Baki Zaman 2004 seh 78 ISBN 9952 8052 0 9 2023 07 05 tarixinde PDF Istifade tarixi 2022 12 30 Azerbaycan Respublikasi Mescidlerinin Ensiklopediyasi PDF Baki Beynelxalq Elhuda 2001 seh 120 ISBN 964 8121 59 1 2021 07 23 tarixinde PDF Quba rayonu Rustov kend mescidi az Azerbaycan Dini Qurumlarla Is uzre Dovlet Komitesi July 21 2017 tarixinde Istifade tarixi October 14 2022 Ilqar Balakisiyev Qubanin tarixi mescidleri az shahdagpeoples az April 22 2022 tarixinde Istifade tarixi October 14 2022