Rojmberk sarayı (çex. Rožmberský palác, alm. Palais Rosenberg) və ya Zadəganlar institutu (çex. Ústav šlechtičen) — Praqanın qəsrində yerləşən saray. Keçmiş zadəgan qızlar institutunun böyük binası Praqa qəsrinin digər saraylarından öz massivliyi və yaşıl rəngi ilə xüsusi bir yer tutur və yaxınlıqdakı Yeni saraydan memarlıq kontrastı təşkil edir. Zadəgan qızlar institutunun sələfi cənubi Çexiyanın nəcib və zəngin Rojmberk sülaləsinin renessans sarayı idi. Köhnə binadan daxili həyət və onun ətrafındakı qanadların böyük bir hissəsi qorunub saxlanılmışdı. Köhnə binanın əvvəlki görkəmini bərpa etmək üçün həyata keçirilən sonuncu genişmiqyaslı yenidənqurma işlərindən sonra, saray turistlər üçün öz qapılarını açmışdı.
Rojmberk sarayı/Zadəganlar institutu | |
---|---|
çex. Ústav šlechtičen alm. Palais Rosenberg | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qalası |
Aidiyyatı | Muzey və dövlət müəssisələri |
Sifarişçi | |
Tikilmə tarixi | 1545—1574-cü illər |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Mövcud sarayın yerində ilkin tikintilər
X-XI əsrlərdə Praqa qəsrinin ərazisi qala istehkamları ilə əhatə olunmuşdur, buna görə də böyük binanın tikintisi üçün boş bir yer tapmaq mümkün deyildi. İstehkamlar şərq darvazasına gedən yolun yaxınlığında yerləşirdi (müasir Yirjska küçəsi demək olar ki, köhnə marşrutu tamamilə təkrarlayır). Lakin kərpic divar tikintisindən sonra, möhkəmləndirilmiş sahənin ərazisi cənuba doğru xeyli genişlənmişdir. Divarlar dik yamaclarda inşa edilir və yarım-silindrik qüllələrlə möhkəmləndirilir.
Roman dövrünün sonunda, boşaldılmış yerdə iki ev inşa edilmişdir (onların təməlləri müasir saray binasının zirzəmisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir). Müqəddəs Georgi kilsəsinin qarşısında bir zamanlar sarayın mövcud olmasını çoxlu sənədlər və sübutlar təsdiqləyir. Yagellonların hakimiyyəti dövründə isə burada bir neçə yaşayış binaları: şərq hissəsində - Hanuş Pehmanın mülkü, Şvamberk və Rojmitaludan olan mülkədarların evləri, qərb hissəsində isə - Bütün müqəddəslər kapituluna məxsus ev inşa olunmuşdur.
Rojmberk sarayının tikintisi
1541-ci ildə baş vermiş yanğından sonra, Praqa qəsrinin bu hissəsi inkişaf baxımından əhəmiyyətli dərəcədə dəyişmişdir. Yol və divar arasında olan ərazidə zadəgan Rozenberq və Pernşteyn ailələrinə məxsus iki möhtəşəm saray inşa edilmişdir. Həmçinin yanğından sonra Şvamberq və Rojmital malikanələri də bərpa edilmişdir.
Rojmberk sarayı iki mərhələdə inşa edilmişdir. 1545-1556-ci illərdə daxili həyətin (müasir şərq həyətinin) ətrafında memar (və ya Honse Vlaxa) tərəfindən tərtib olunmuş dörd bina ucaldılmışdır. 1573-cü ildə Villem Rozenberq iki qonşu evi satın alır və onların yerində arkada qalereyası ilə əhatə olunmuş böyük bağ salmışdı. Şvamberq evindən yalnız şərq qanadı mühafizə olunmuşdu; həmin evi əsas saraydan dar küçə ayırır.
Yeni saray qonaqları yerləşdirmək üçün nəzərdə tutulmuşdur; Villem Rozenberq 1587-ci ildə Poliksena Pernşteyn ilə dördüncü nikahını burada qeyd etmişdir; tez-tez Praqa səfərləri zamanı o burada qalırdı və 1592-ci ildə burada da vəfat edir.
Rojmberk sarayı satışdan sonra
1600-cü ildə Rojmberk sülaləsinin sonuncu üzvü olan Peter Vok borclarına görə, Köhnə imperator sarayını genişləndirmək arzusunda olan imperator sarayı satmaq məcburiyyətində qaldı. Bir qədər sonra iki saray Rudolf qalereyası ilə birləşdirilmişdi. Peter Vok isə mənəvi təzminat üçün Lobkovitzli Yirji Popildən müsadirə olunmuş malikanəni əldə etmişdi (Hradçanı rayonunda yerləşən hazırkı Şvartsenberq sarayı). Rojmberk sarayı XVIII əsrin ortalarına qədər ilkin görkəmini qoruyub saxlayırdı.
1919-cu ildən - 1990-cı ilə kimi bina Daxili İşlər Nazirliyi tərəfindən kirayə götürülmüşdü. O dövrlərdə binaya giriş məhdudlaşdırılmışdı. Bu müddət ərzində, sarayın daxilində bir neçə yersiz əlavə və dəyişikliklər edilmişdi: quraşdırılmış qaraj (1921), şərq həyətində bir nasos stansiyası (1930), Şvamberq evinin birinci mərtəbəsində tir, bütün dəhlizlərdə tavanların altında kabel və borular. Bina uzun bir müddət Praqa qəsrinin ərazisində "ağ ləkə" olmuşdur. Lakin 1996-cı ildə Peter Malinskinin layihəsi əsasında 11 il davam edən genişmiqyaslı yenidənqurma işlərinə start verildi.
Hazırda turistlər üçün açıq otaqlar ilə yanaşı saray binasında bir sıra digər müəssisələr yerləşir: Praqa Qəsri İdarəsinin dəftərxanası, Çexiya Respublikası Prezidentinin təhlükəsizlik şöbəsi, Prezidentin Dövlət Arxiv İdarəsi, Praqa Qəsrinin Arxeologiya Araşdırma İnstitutu şöbəsi. Zirzəmidə bu təşkilatların saxlama anbarları, eləcə də Praqa qəsrinə məxsus xüsusi incəsənət və tarixi tekstil kolleksiyaların saxlanqıc otaqları yerləşir.
Memarlıq
Sarayın xarici görünüşü
Sarayın "Na Valax" adlı bağına baxan fasadı stilləşdirilmiş qalaya bənzəyir. O qala divarının təməli üzərində inşa edilmişdir, buna görə də o 1753-1756 illərdə yuxarı mərtəbələrin genişləndirilməsi zamanı kəsilmiş bir neçə yarımdairəvi qüllələrə bölünmüşdü. Fasad çoxsaylı portallarla bəzədilib, ikinci mərtəbədə isə qanadlı volyutaları olan fronton yerləşir. Bununla belə, Müqəddəs Georgi kilsəsinə baxan saray fasadının bu tamamlayıcı hissəsinin ən orijinal dekorativ elementi tağlı karnizdir. Daxili həyət bir zamanlar orijinal plitələr ilə döşənmişdi, bunu yalnız saray ərazisində deyil, həm də "Na Valax" bağında aparılan qazıntılar zamanı aşkar edilmiş piltə qalıqları sübut edir.
Daxili interyer
Ziyarətçilər üçün ancaq bir neçə otaq açıqdır. Bunlar Rojmberq zalı, Müqəddəs Üçlük və Müqəddəs Məryəm Ana kapellası, Zadəgan qızlar institutunda təhsil alanların yataq otağı və kabineti və Şərq zalıdır. Bərpa işləri Rojmberk zalına orijinal renessans görünüşünü qaytarmışdır. Mətbəxin yerində inşa edilmiş kapellanın tavanında Müqəddəs Üçlüyü təsvir edən fresklər günümüzə kimi qorunub saxlanılmışdı. Şagirdlərin otaqlarındakı keçmiş pansionat məişəti yenidən yaradılmışdı.
Zadəgan qızlar institutu
1753-cü ildə imperatriça Mariya Terezanın əmri ilə saray binasında genişmiqyaslı yenidənqurma işləri başladı. Burada nəcib və zadəgan ailələrdən olan qızlar üçün 30 yerlik bir institutu yerləşdirmək planlaşdırılırdı. Yenidənqurma işləri üzrə tərtib olunan layihə, imperator sarayının tanınmış memarı Nikkolo Pakkassiyə məxsus idi, bütün tikinti işlərinə isə memar Antonin Kunts rəhbərlik edirdi. Tikinti işlərinin tamamlanmasını gözləmədən, 1755-ci ildə pansionun təntənəli açılışı olmuşdur və buranın ilk abbatisası imperatriçanın qızı Anna Mariya seçilmişdi.
1 may 1919-cu ildə institut öz fəaliyyətini dayandırmışdır.
İstinadlar
- "Původně renesanční palác "Rožmberský palác"". 2015-09-24 tarixində . İstifadə tarixi: 2014-12-20.
- "Stránka vše o Pražském hradu čtěte zde". 2020-11-29 tarixində . İstifadə tarixi: 2014-12-20.
- . 2015-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-20.
Xarici keçidlər
- Ústav šlechtičen na Hrady.cz
- Ústav šlechtičen a Rožmberský palác na webu provozovaném PIS
- Двореж Рожмберков на Пражском Граде
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Rojmberk sarayi cex Rozmbersky palac alm Palais Rosenberg ve ya Zadeganlar institutu cex Ustav slechticen Praqanin qesrinde yerlesen saray Kecmis zadegan qizlar institutunun boyuk binasi Praqa qesrinin diger saraylarindan oz massivliyi ve yasil rengi ile xususi bir yer tutur ve yaxinliqdaki Yeni saraydan memarliq kontrasti teskil edir Zadegan qizlar institutunun selefi cenubi Cexiyanin necib ve zengin Rojmberk sulalesinin renessans sarayi idi Kohne binadan daxili heyet ve onun etrafindaki qanadlarin boyuk bir hissesi qorunub saxlanilmisdi Kohne binanin evvelki gorkemini berpa etmek ucun heyata kecirilen sonuncu genismiqyasli yenidenqurma islerinden sonra saray turistler ucun oz qapilarini acmisdi Rojmberk sarayi Zadeganlar institutucex Ustav slechticen alm Palais Rosenberg 50 05 04 sm e 14 24 28 s u Olke CexiyaSeher PraqaYerlesir Praqa qalasiAidiyyati Muzey ve dovlet muessiseleriSifarisciTikilme tarixi 1545 1574 cu illerRojmberk sarayi Vikianbarda elaqeli mediafayllarTarixMovcud sarayin yerinde ilkin tikintiler Sarayin esas giris hissesi X XI esrlerde Praqa qesrinin erazisi qala istehkamlari ile ehate olunmusdur buna gore de boyuk binanin tikintisi ucun bos bir yer tapmaq mumkun deyildi Istehkamlar serq darvazasina geden yolun yaxinliginda yerlesirdi muasir Yirjska kucesi demek olar ki kohne marsrutu tamamile tekrarlayir Lakin kerpic divar tikintisinden sonra mohkemlendirilmis sahenin erazisi cenuba dogru xeyli genislenmisdir Divarlar dik yamaclarda insa edilir ve yarim silindrik qullelerle mohkemlendirilir Roman dovrunun sonunda bosaldilmis yerde iki ev insa edilmisdir onlarin temelleri muasir saray binasinin zirzemisinde aparilan arxeoloji qazintilar zamani askar edilmisdir Muqeddes Georgi kilsesinin qarsisinda bir zamanlar sarayin movcud olmasini coxlu senedler ve subutlar tesdiqleyir Yagellonlarin hakimiyyeti dovrunde ise burada bir nece yasayis binalari serq hissesinde Hanus Pehmanin mulku Svamberk ve Rojmitaludan olan mulkedarlarin evleri qerb hissesinde ise Butun muqeddesler kapituluna mexsus ev insa olunmusdur Rojmberk sarayinin tikintisi Sarayin terkibine daxil olan Muqeddes Ucluk kapellasinin tavan freskalari 1541 ci ilde bas vermis yangindan sonra Praqa qesrinin bu hissesi inkisaf baximindan ehemiyyetli derecede deyismisdir Yol ve divar arasinda olan erazide zadegan Rozenberq ve Pernsteyn ailelerine mexsus iki mohtesem saray insa edilmisdir Hemcinin yangindan sonra Svamberq ve Rojmital malikaneleri de berpa edilmisdir Rojmberk sarayi iki merhelede insa edilmisdir 1545 1556 ci illerde daxili heyetin muasir serq heyetinin etrafinda memar ve ya Honse Vlaxa terefinden tertib olunmus dord bina ucaldilmisdir 1573 cu ilde Villem Rozenberq iki qonsu evi satin alir ve onlarin yerinde arkada qalereyasi ile ehate olunmus boyuk bag salmisdi Svamberq evinden yalniz serq qanadi muhafize olunmusdu hemin evi esas saraydan dar kuce ayirir Yeni saray qonaqlari yerlesdirmek ucun nezerde tutulmusdur Villem Rozenberq 1587 ci ilde Poliksena Pernsteyn ile dorduncu nikahini burada qeyd etmisdir tez tez Praqa seferleri zamani o burada qalirdi ve 1592 ci ilde burada da vefat edir Rojmberk sarayi satisdan sonra 1600 cu ilde Rojmberk sulalesinin sonuncu uzvu olan Peter Vok borclarina gore Kohne imperator sarayini genislendirmek arzusunda olan imperator sarayi satmaq mecburiyyetinde qaldi Bir qeder sonra iki saray Rudolf qalereyasi ile birlesdirilmisdi Peter Vok ise menevi tezminat ucun Lobkovitzli Yirji Popilden musadire olunmus malikaneni elde etmisdi Hradcani rayonunda yerlesen hazirki Svartsenberq sarayi Rojmberk sarayi XVIII esrin ortalarina qeder ilkin gorkemini qoruyub saxlayirdi 1919 cu ilden 1990 ci ile kimi bina Daxili Isler Nazirliyi terefinden kiraye goturulmusdu O dovrlerde binaya giris mehdudlasdirilmisdi Bu muddet erzinde sarayin daxilinde bir nece yersiz elave ve deyisiklikler edilmisdi qurasdirilmis qaraj 1921 serq heyetinde bir nasos stansiyasi 1930 Svamberq evinin birinci mertebesinde tir butun dehlizlerde tavanlarin altinda kabel ve borular Bina uzun bir muddet Praqa qesrinin erazisinde ag leke olmusdur Lakin 1996 ci ilde Peter Malinskinin layihesi esasinda 11 il davam eden genismiqyasli yenidenqurma islerine start verildi Hazirda turistler ucun aciq otaqlar ile yanasi saray binasinda bir sira diger muessiseler yerlesir Praqa Qesri Idaresinin defterxanasi Cexiya Respublikasi Prezidentinin tehlukesizlik sobesi Prezidentin Dovlet Arxiv Idaresi Praqa Qesrinin Arxeologiya Arasdirma Institutu sobesi Zirzemide bu teskilatlarin saxlama anbarlari elece de Praqa qesrine mexsus xususi incesenet ve tarixi tekstil kolleksiyalarin saxlanqic otaqlari yerlesir MemarliqSarayin xarici gorunusu Sarayin Na Valax adli bagina baxan fasadi stillesdirilmis qalaya benzeyir O qala divarinin temeli uzerinde insa edilmisdir buna gore de o 1753 1756 illerde yuxari mertebelerin genislendirilmesi zamani kesilmis bir nece yarimdairevi qullelere bolunmusdu Fasad coxsayli portallarla bezedilib ikinci mertebede ise qanadli volyutalari olan fronton yerlesir Bununla bele Muqeddes Georgi kilsesine baxan saray fasadinin bu tamamlayici hissesinin en orijinal dekorativ elementi tagli karnizdir Daxili heyet bir zamanlar orijinal pliteler ile dosenmisdi bunu yalniz saray erazisinde deyil hem de Na Valax baginda aparilan qazintilar zamani askar edilmis pilte qaliqlari subut edir Daxili interyer Ziyaretciler ucun ancaq bir nece otaq aciqdir Bunlar Rojmberq zali Muqeddes Ucluk ve Muqeddes Meryem Ana kapellasi Zadegan qizlar institutunda tehsil alanlarin yataq otagi ve kabineti ve Serq zalidir Berpa isleri Rojmberk zalina orijinal renessans gorunusunu qaytarmisdir Metbexin yerinde insa edilmis kapellanin tavaninda Muqeddes Ucluyu tesvir eden freskler gunumuze kimi qorunub saxlanilmisdi Sagirdlerin otaqlarindaki kecmis pansionat meiseti yeniden yaradilmisdi Zadegan qizlar institutu1753 cu ilde imperatrica Mariya Terezanin emri ile saray binasinda genismiqyasli yenidenqurma isleri basladi Burada necib ve zadegan ailelerden olan qizlar ucun 30 yerlik bir institutu yerlesdirmek planlasdirilirdi Yenidenqurma isleri uzre tertib olunan layihe imperator sarayinin taninmis memari Nikkolo Pakkassiye mexsus idi butun tikinti islerine ise memar Antonin Kunts rehberlik edirdi Tikinti islerinin tamamlanmasini gozlemeden 1755 ci ilde pansionun tenteneli acilisi olmusdur ve buranin ilk abbatisasi imperatricanin qizi Anna Mariya secilmisdi 1 may 1919 cu ilde institut oz fealiyyetini dayandirmisdir Istinadlar Puvodne renesancni palac Rozmbersky palac 2015 09 24 tarixinde Istifade tarixi 2014 12 20 Stranka vse o Prazskem hradu ctete zde 2020 11 29 tarixinde Istifade tarixi 2014 12 20 2015 03 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 12 20 Xarici kecidlerVikianbarda Rojmberk sarayi ile elaqeli mediafayllar var Ustav slechticen na Hrady cz Ustav slechticen a Rozmbersky palac na webu provozovanem PIS Dvorezh Rozhmberkov na Prazhskom Grade