Qəndaharın mühasirəsi- 1737-ci ildə Nadir şah Əfşarın Hotakilərin sonuncu qalası sayılan Qəndaharı ələ keçirmək üçün Əfqanıstanın cənubuna qoşun yeritməsi ilə başlayan hərbi yürüş. Səfər 1737-ci ilin iyul ayında başladı və 1738-ci ilin mart ayının 24-ü sonuncu Hotaki şahı nin məğlubiyyəti ilə sona çatdı.
Qəndaharın mühasirəsi | |||||
---|---|---|---|---|---|
Nadir şahın Əfqanıstan səfərləri | |||||
| |||||
Tarix | aprel 1737 - 24 mart 1738 | ||||
Yeri | Köhnə Qəndahar, Əfqanıstan | ||||
Nəticəsi | Əfşarların qələbəsi | ||||
Ərazi dəyişikliyi | Qəndəhar şəhəri və ətraf əraziləri | ||||
Münaqişə tərəfləri | |||||
| |||||
Komandan(lar) | |||||
| |||||
Tərəflərin qüvvəsi | |||||
| |||||
Arxaplan
1729-cu ildə Təhmasibqulu xan əfqanları ölkədən qovduqdan sonra 1730-cu ildə hotakilər üzərinə hücum edərək Qəndaharı yenidən ölkə ərazisinə birləşdirməyi planlaşdırmışdı. Lakin baş verən bir sıra hadisələr Nadirin bu planlarını təxirə saldı. Bu zaman sonuncu hotaki şahı Hüseyn Hotaki Qəndaharı əfşar hücumundan qorumaq üçün Herat əbdalilərini Nadir xana qarşı üsyana təhrik etdi. Bu üsyan Nadir xanın Osmanlılara qarşı apardığı kompaniyanı dayandırmasına və əsas diqqəti Heratın yenidən Səfəvi imperiyasına birləşdirməsinə gətirib çıxardı. 1732-ci ilin fevral ayının 27-də Herat şəhəri süqut etdi.
1736-cı ildə Nadir şah özünü şah elan etsə də hələ də keçmiş Səfəvi hüdudlarına tamamilə sahib ola bilməmişdi. Muğan düzündə çox ciddi bir məsələnin həlli ilə məşğul olduğu vaxtda da Nadir Qəndəhara yürüş etmək planını götür-qoy edir, bu yürüşün təfərrüatını sərkərdələri ilə məsləhətləşirdi. Nəhayət, Muğan düzündəki mərasimlər və qonaqlıqlar başa çatandan sonra Nadir Qəzvinə üz tutdu. Arxada qoyduğu təntənəli və dəbdəbəli mərasimlərdən sonra onun diqqət mərkəzində olan başlıca məsələ Qəndəharın ələ keçirilməsi və Hindistana yürüşün hazırlanması idi. Əslində Nadir şah bu yürüşə 1732-ci ildə hazırlaşmışdı. Lakin yürüşün ləngiməsinin bir sıra səbəbləri varidi. Bunlardan birincisi Rusiya ilə Osmanlı dövləti arasında yeni münasibətlərin formalaşması idi. Qeyd etmək lazımdır ki, Nadir şahın Osmanlı dövləti ilə anlaşma imzalaması və onun Osmanlı dövlətinə yaxınlaşmaq meyli Rusiya tərəfindən rəğbətlə qarşılanmırdı. Rusiya Nadir şahı öz müttəfiqi görmək istəyirdi və güman edirdi ki, Osmanlı dövlətinə qarşı müharibə başlansa Nadir şah da Osmanlı dövlətinə qarşı müharibəyə girəcəkdir. Amma Rusiya ümidində olduğu münasibəti Nadir şah tərəfindən görmədi. 1736-cı il mayın 28-də Rusiya Azov ətrafında Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Nadir şah Osmanlı dövlətinə qarşı müharibə elan etmədi. Əksinə, ola bilsin ki, bu iki dövlətin müharibəyə girməsi Nadir şahın ölkənin şimal və şimal-qərb sərhədləri ilə bağlı olan nigarançılıqlarını aradan qaldırdı.
Nadir şahın diqqətini cəlb edən və təşvişinə səbəb olan digər məsələ isə Əlimuradın rəhbərliyi altında bəxtiyari tayfasının dövlətə qarşı qiyam qaldırması idi. Nadirin bütün Səfəvi hüdudlarını bərpa etməyə, hətta fatehlik yürüşləri fikrinə düşdüyü bir vaxtda Əlimuradın itaətsizlik etməsi, dövlətə tabeçilikdən çıxması şübhəsiz ki, Nadir şahı razı sala bilməzdi. Tarixdə bu qiyam ı adlanır və 1736-cı ildə Əlmuradın məğlub edilib edam olunması ilə nəticələndi.
Son olaraq Nadir şahın, Qəndəhar səfərinin əsas səbəbi Əfqanıstanın qərb bölgələrində yaşayan əfqanların Kirman və Sistan vilayətlərinə davamlı hücum və qarət etdikdən sonra Hindistana qaçaraq Moğollar tərəfindən himayə olunması idi.
Səfərə hazırlıq
Nadir şahın qoşun başçıları və sərkərdələri Qəndəhara yürüş hazırlığını böyük rəğbətlə qarşıladılar və qələbənin əldə edilməsi üçün bacarıqlarını sərf etməyə çalışacaqlarına əmin etdilər. Bu əminlik Nadir şah tərəfindən çağırılan əmirlərin, əyanların, ordu başçılarının, el ağsaqqallarının toplantısında bəyan edildi.Həmin toplantı iştirakçıları göstərdikləri dəstəyə görə Nadir şah tərəfindən bahalı hədiyyələrlə mükafatlandırıldılar. Qoşunların döyüşçülərinə Nadir şahın göstərişinə əsasən 12 tümən məvacib və bir qədər də mükafat, qoşun sərkərdələrinə və minbaşılarına isə 500-1000 tümən arası məvacib və 150 tümən miqdarında isə mükafat verildi. Nadir şah əmr etdi ki, qoşunlar üç illik ehtiyat tədarükünü görsünlər. Qoşunların təchizatının böyük hissəsini öz üzərinə götürən ordubazarın işinin təkmilləşməsi üçün 2000 nəfər vəzifələndirildi ki, onların da hər birinin 1000 tümən maliyyə ehtiyatı var idi. Bu insanlar ordu üçün zəruri olan təchizatı almaqla səfər ərzində döyüşçülərin ehtiyacını ödəməli idilər . Qoşunların gücləndirilməsi üçün Nadir şah çoxlu sayda gürcü və bəxtiyariləri də qoşun dəstələrinə cəlb etdiNadir şah bəxtiyarilrlə döyüşərkən İsfahan hökümdarlarına məktub göndərərək Qəndahar yürüşünə hazırlıq üçün 18 min tümən məbləğ ayrılmasını əmr etmişdi. Bu əsnada Nadir şahın əsgərləri Gəməburunda ordu üçün ərzaq toplamağa başlamışdılar. Nadir şah Bəlucistanda yağmaçılığa başlayan bəluc qəbilələrinə qarşı köhnə herat hakimi Məhəmməd xan və Tiflis hakimi İsəlməş xanı Bəlucistana göndərərək özü 21 noyabr 1736-cə ildə böyük bir qüvvə ilə Əbərqu-Kirman istiqamətində Sistana doğru yola düşür.
Döyüş
Həmin ilin dekabr ayının sonlarında Nadir şah qoşunu ilə Kirmana çatdı və bir neçə gün istirahət üçün orada dayandı. Kirmanda olduğu zaman Nadir şah Sistana, Fətəli xan Kəyaninin yanına çaparlar göndərdi və ondan tələb etdi ki, da toplanmış qoşun dəstəsi ilə onun köməyinə gəlsin. Fətəli xan bu qoşun dəstəsi ilə Qəndəhar yaxınlığında Nadir şahın qoşunlarına qatılmalı idi. Nadir şah eyni zamanda Nimruzdan da qoşun dəstəsi çağırdı. Bu qoşun dəstələrinin çağırılmasının Qəndəhardakı əfqan qarnizonuna qarşı nəzərdə tutulduğunu və Nadir şahın Hindistan yürüşünə hazırlıqla bağlı olduğunu söyləmək çətindir. Kermanda bir neçə günlük istirahətdən sonra Nadir şah Bəm yolu ilə Sistana hərəkəti davam etdirdi və Sistan-Qəndəhar sərhədini adlamaqla 1737-ci il fevral ayının ortalarında əfqan qüvvələri tərəfindən qorunan Kermik qalasına yetişdi. Fevralın 18-i hisarına çatdıqda qarnizondakı əfqanlar Nadir şahın ordusuna müqavimət göstərdi. Nəticədə şah toçu qoçbaşıya əmr verdi ki, toplarla hisarın divarlarına atış açsınlar. Nəticədə əhali qorxaraq şəhəri təslim etdi. Daha sonra Nadir şah Babaəli bəy Kösə Əhmədlunun oğlu Kəlbəli xan Avara Hezarcat və Zemindavərə doğru irəliləməyi əmr etdi. Kəlbəli xan bir qrup topçu alayı ilə Bost qalasını ələ keçirmək üçün yola düşdü. Həmin ayın 22-də Nadir şah öz ordusu ilə birlikdə Hilmend gölündən keçərək Qəndəhar şəhərinə yollandı. Nadir şah qüvvələrinin şəhərə yaxınlaşdığını öyrənən Qəndəhar əyalətinin hakimi Qəndəhar ətrafındakı kəndlərdən çoxlu miqdarda ərzaq toplayıb əsgərlər üçün qalalara aparmağı, qalan ləvazimatları da düşmən əlinə keçməməsi üçün yandırılmasını əmr etdi. Bndan sonra Nadir şah Kuşeknəhud bölgəsindən Şah Məsud bölgəsinə getdi və ordunun daşıyıcılarını ləvazimat gətirmək üçün Hezarcata göndərdi.
Nadir şah çayı sahilində bir neçə günlük düşərgə saldı. Həmin müddət ərzində qoşunları gilzayi əfqanlarının qəfil hücumlarından qorunmaq üçün qruplaşdırdı. Düşərgənin sağ tərəfində Hacı xan Kürdün sərkərdəliyi altında olan 12 min nəfərlik , , Gəraylı və Qərayi döyüşçülərindən ibarət dəstə yerləşdirildi. 12 min nəfərik başqa bir dəstə də Xanəli xan Kükəlan, Qasım xan Qacar və Əliqulu bəy Əfşarın rəhbərliyi altında sol tərəfdə yerləşdirildi. Düşərgənin arxa istiqamətində Qəni xan Əfqan və Musa xan Dünbəli tərəfindən rəhbərlik edilən əbdali əfqanları dəstəsi mənzil salmışdı. Düşərgənin mərkəzində isə Nadir şah və qoşunların qalan hissəsi mənzil tutdu. Bu dəstələr mərkəzi dəstədən müəyyən məsafədə yerləşməklə müstəqil şəkildə səngərlənmişdilər.
Çox keçmədən Nadir şahın qoşunu ilə Ərqəndab çayı sahilində düşərgə salması xəbəri Sultan Hüseyn Gilzayiyə çatdırıldı. O, Nadirin düşərgəsinə basqın etmək üçün süvariləri ilə çayı keçdi. Bütün gecəni keşik çəkən Nadir şahın qüvvələri hücuma keçən Hüseyn xan süvariləri ilə toqquşdu və əfqanlar heç bir şey əldə etmədən bir neçə ölü və yaralı ilə şəhərə qayıtdılar. Ertəsi gün Nadir şahın ordusu Qəndəhardan 20 km aralıda yerləşən Ərgəndab çayını keçərək şəhərin şərq divarına çatdı. Nadir şah öncə təcrübəli sərkərdələrindən olan Əmiraslan xanın rəhbərliyi altında 12 min nəfərlik bir avanqard dəstəni Qəndəhara doğru istiqamətləndirdi. Bu dəstə Qəndəhar yaxınlığında Sultan Hüseynin qarovul dəstəsi ilə rastlaşdı. Amma bu qarovul dəstəsi elə də böyük deyildi və ona görə də Əmiraslan xanın bir zərbəsindən pərakəndə hala düşüb geri qaçdı. Sonra isə Əmiraslan xan Nadir şaha məlumat çatdırdı ki, tapşırılmış mövqeləri tutmuşdur və artıq həmin mövqelərin təhlükəsizliyi təmin edildiyi üçün qoşunlar ora gələ bilərlər. Nadir şah da qoşunlarının hissə-hissə həmin mövqelərə doğru irəliləməsinə tapşırıq verdi. Mövcud olan məlumatlara görə, bu mövqe Qəndəharın şərqində yerləşirdi və orada düşərgə salmaq daha münasib bilindi.
“”də yazılır ki, Nadir şah hərəkət etməzdən əvvəl qoşun sərkərdələri olan Hacı xanın, Əliqulu bəy Əfşarın, Qasım xan Qacarın, Mustafa xan Bidelinin, Luristan valisi Əlimərdan xanın, Lütfəli xanın, Fətəli xanın, Kəlbəli xanın və Babaəli bəyin dəstələri hərəkət edib Qəndəhar ətrafında dayandılar. Nadir şah qoşunlarının Qəndəhar ətrafında cəmləşməsi Hüseyn tərəfindən müşahidə olunurdu. Nadir şah özü isə daha təmtəraqlı şəkildə Qəndəhara doğru hərəkət etdi. Qarşıda 16 min nəfərlik cəzayirçi dəstəsi irəliləyirdi.
Qəndaharın mühasirəsi
1737-ci il martın 21-də Qəndəharı işğal edən Nadir şah ordunun nəqliyyat komandiri Fətəli Xan Əfşarı bir süvari alayı ilə külli miqdarda ərzaq təminatı üçün vilayətin şimalına göndərdi. Qısa müddətdən sonra Fətəli xan topladığı ləvazimatlarla orduya qayıdarkən əfqan kəşfiyyatçıları xəbər tutaraq vəziyyəti öz komandirərinə izah etdilər. Xəbəri eşidən Hüseyn xan Hotakinin zabiti Seydal Əfqani dörd əfqan alayı ilə Fətəli xana pusqu quraraq hücum etdi. Nəticədə onların topladığı bütün ərzaqlar ələ keçirildi. Şəhərdə Rəsul adlı gilzaylardan biri Hüseyn xanın yanından qaçaraq Nadir şahın ordusuna sığındı və şaha Seydal xanın planlarından xəbər verdi. Nadir şah 100 ən yaxşı süvarisini Fətəli xanın köməyinə göndərdi. Bu sipahilər əfqanların arxasınca yola düşərək onların şəhərlə əlaqələrini kəsdilər. Daha sonra ın üzrəinə hücuma keçərək onu ağır məğlubiyyətə uğratdılar. Bütün bunlara baxmayaraq Seydal xan qaçaraq öz canını xilas edə bildi və şəhərin şimalındakı dağlarda gizləndi.
bölgəsində düşərgə quran Nadir şah, nin çoxlu ərzağı ehtiyatı olduğu üçün şəhəri bu qədər tez təslim etməyəcəyini anlayaraq yeni şəhər salınmasını əmr etdi. Bu vaxt Qəndəharın Tohi tayfasının başçısı Əşref Sultan da Hüseyn xandan qaçaraq şahın ordusuna sığınmışdı. Hüseyn xanın nüfuzlu adamlarının şahın ordusuna sığınması Nadir şahın şəhəri ələ keçirməsini daha da asanlaşdırırdı. Nadir şah əfqanları şəhərdən qovmaq və işi burada bitirmək üçün əsgərlərinə şəhəri tərk etməyi əmr etdi. Lakin Nadir şahın ordusunun geri çəkildiyini görən əfqanlar getdikcə cəsarətləndilər və yaxınlığında qarətçiliyə başladılar.
Bu əsnada Nadir şahın əsgərləri bir neçə dəfə əfqanlara hücum edərək əksəriyyətini öldürüb, həbs etmişdilər. Şəhərin qarnizon komandiri Nadir şahın planını başa düşərək, öz əsgərlərinə çıhırdı qalmağı tapşırdı. Sultan Hüseynin göstərdiyi səylərin bir nəticə vermədiyini görən Nadir şah şəhərin ətrafına çoxlu mühafizə divarları çəkilməsini və hər birinin üzərinə silahlı mühafizəçilərin yerləşdirilməsini əmr etdi. Beləliklə, şəhər dörd tərəfdən Əfşarlı Dövlətinin əsgərlərinin nəzarətinə keçərək mühasirəyə alındı. 1737-ci ilin 3 may tarixində qüvvələrinin Bost qalasına olan hücumunun uğursuzluqla nəticələnməsindən xəbər tutan Nadir şah zabitlərindən birini a göndərdi. Buraya gələn qüvvələr Hüseyn Sultanın ordusu ilə vuruşmağa başladı. Tərəflər arasında gedən sərt müharibə nəticəsində çoxlu əfqan əsir götürülərək Nadir şahın düşərgəsinə gətirildi.
Daha sonra Nadir şahın əmri ilə piyada əsgərlərdən ibarət bir alay topçu birliyi ilə birlikdə nə göndərildi. Bu sipahilər bütün gün ərzində şəhəri top atəşina tutaraq Səfa hasarını ələ keçirdilər. Həmin il may ayının sonlarında İmamverdi bəy tərəfindən Əfşarlı şah hərəmi Sistandan Fərəhə gətirildi buradan isə Nadirabada aparıldı. Bu ərəfədə Seydal xanın Məhəmməd Gilzayinin yardımı ilə yenidən əsgər toplaması xəbəri Nadir şaha çatdı. Şah a əmr etdiki onların üzərinə hücum etsin. İmamverdi bəy sipahiləri ilə birlikdə Seydal xanın sığınacağına hücum etdi. Nəticədə əfqanlar məğlub edildilər və Seydal xanla köməkçisi Məhəmməd xan tutularaq Nadir şahın hüzuruna gətirildi. Nadir şah Məhəmməd xanı və digər əfqanları bağışlasa da Seydal xanın gözlərinin çıxarılmasını əmr etdi.
Seydal xanın ölümü ilə ən yaxşı köməkçilərindən birini itirmiş oldu. Əfqan əsgərləri dağılaraq şəhərə qayıtdılar. Lakin onların yetəri qədər ərzaq ehtiyatı yoxidi. Buna baxmayaraq Hüseyn xan əsgərləri yenidən bir araya toplayaraq şəhəri bir neçə ay da müdafiə etməyə müvəffəq ola bildi. Nadir şah isə Qəndahar şəhərini 4 tərəfdən topların köməyi ilə mühasirə etdi. O özü ordunun böyük bir qismi ilə şəhərin mühasirəsini davam etdirsə də , ordunun kiçik bir qismini Bəlucistana- buradaki qarətçilərin üzərinə Pir Məhəmməd xan və İsəlməş xana kömək üçün göndərdi. Kömək dəstələrinin gəldiyini eşidən bəluclar yolda onları pusquya saldılar. Lakin bu qarşıdurmada bəluclar 800-ə yaxın itki verərək geri çəkilməli oldular. Əli bəy isə Şirxan xanı və digər bəluc qəbilələrinin qiyamını yatırmaq üçün Xaki bölgəsinə doğru yola düşdü. Şirxan xan və köməkçiləri məğlub edilərək öldürüldülər. Bəlucun digər səlahiyyətli şəxsləri, İmtiyaz xan və Əmir Məhəbbət xan Nadir şahın hüzuruna çıxaraq üzr istədilər. Şah onların üzrünü qəbul edərək Əmir Məhəbbət xanı yenidən Bəlucistana hakim təyin etdi. Şurabikin rəhbərliyini isə Mehrab Sultan adlı başqa bir hakimə verdi. Belə olduqda şahın bir başqa şəxsi ondan üstün tutaraq Bəlucistana vali təyin etməsi ın acığına gəldi. O bir bəhanə ilə sipahiləri öz ətrafında toplayaraq İsəlməş xanın dəstəsindən ayrıldı. Əsgərlər hara getdiklərini bilmədikləri üçün Bəlucistanın istisində bir çoxu susuzluqdan can verdi. Pir Məhəmməd xan bu üsulla Nadirdən intiqam almağı planlamışdı. Lakin onun bu hərəkəti Əfqanıstanın Qəndahar əyalətində Hotaki Dövlətinin süqutunu sürətləndirdi. Nadir şah Pir Məhəmməd xanın bu hərəkətindən xəbər tutduqda Bəy Kırklunu onun üzərinə göndərdi və nəticədə Pir Məhəmməd xan məğlub edilərək öldürüldü.
Mühasirənin uzanmasının səbəbləri
Qəndəharın mühasirəsi isə uzanmaqda davam edirdi. Bu mühasirə 11 ay çəkdi. Mühasirənin uzun sürməsinin bir səbəbi sözsüz ki, Qəndəhar qalasının güclü olması ilə bağlı idi.Müşahidəçilərin fikrincə, Qəndəhar qalasının mühasirəsinin uzun sürməsinin aşağıdakı səbəbləri də var idi:
- Əvvəla, Nadir şah Qəndəhardan sonra Hindistana yürüş etməyi planlaşdırırdı. Qəndəhar ətrafında uzun müddət dayanmaqla Nadir şah Hindistan, Hindistana aparan yollar və yollar üzərində məskən salmış əhalinin döyüş potensialı və onların əhval-ruhiyyəsi haqqında lazımi kəşfiyyat materialları topladı. Bundan başqa, Nadir şah onun təqibindən qaçan əfqanların Hindistan ərazisinə buraxılmasına yol verməmək xahişi ilə Dehliyə bir neçə nümayəndə heyəti göndərdi. Bu nümayəndə heyətini üzvləri Nadir şahın sözlərini Hindistan padşahı Məhəmməd şahın diqqətinə çatdırmaqla bərabər, Məhəmməd şah sarayındakı ab-hava, dövlət əyanları arasındakı münasibət, hind sərkərdələri haqqında az-çox kəşfiyyat məlumatları toplayıb Nadir şaha çatdırdılar.
- İkincisi, Nadir şah bilirdi ki, onun Hindistana yürüşü uzun çəkəcəkdir. Bu vaxt ərzində ölkə daxilində nələrin baş verə biləcəyi onun üçün əhəmiyyətsiz deyildi. Paytaxtdan uzaqda, Qəndəhar ətrafında bir il qalmaqla o, ölkə daxilində də nələr baş verdiyini müşahidə etdi. İtaətsizlik göstərənlərin və qiyam iddiasında olanların çoxu öz cəzalarına çatsa da onların hamısı aradan götürülməmişdi. Nadir şah Qəndəhar ətrafında olarkən qaçıb gizlənənlər, fürsət gözləyənlər fəallaşmağa başladılar.Nadir şah da belələrini müəyyənləşdirib cəzalarına çatdırdı.
- Üçüncüsü, İsfahandan Qəndəhara doğru hərəkətə başlananda Bəlucistan və da, habelə Bəlxdə asayiş və qanunçuluq tam bərpa edilməmişdi. Yuxarıda qeyd edildiyi kimi, bu məsələlərin də həll edilməsi üçün həm Bəlucistana, həm də Bəlxə qüvvə göndərildi. Qəndəhar ətrafında dayandığı vaxt Nadir şah həmin istiqamətlərə göndərilmiş qüvvələrin fəaliyyətini izləmək və lazım gələndə öz göstərişlərini vermək imkanı əldə etdi. Doğrudan da, qeyd olunduğu kimi Rzaqulu Mirzənin fəaliyyətinə müdaxilə etmək ehtiyacı yarandı və Nadir şah da bunu etdi. Qəndəharın mühasirəsi başa çatana kimi Bəlucistan və Bəlx məsələləri də həll edildi və Nadir şah bu iki məntəqədən də xatircəm oldu.
- Dörüncüsü, sayı 100 min nəfərdən çox olan qoşunun Qəndəhardan ağır və mürəkkəb dağ yolları ilə Hindistana göndərilməsi ciddi hazırlıq işlərini tələb edirdi Həm hərəkət marşrutunun kəşfiyyatı və həm də kifayət qədər ərzaq ehtiyatlarının toplanmasına müəyyən vaxt lazım idi.Qəndəhar ətrafında dayandığı vaxt Nadir şah azuqə ehtiyatı ilə bərabər, atların və yük heyvanlarının toplanması ilə də məşğul oldu.
- Beşincisi, Qəndəharın fəthi üçün vəzifələndirdiyi qoşun dəstələri Nadir şahın seçmə və təcrübəli qoşun dəstələri idi. Hindistan yürüşündə ona belə təcrübəli qoşun dəstələri çox gərəkli idi. Ona görə Nadir şah istəmirdi ki, tez-tələsik Qəndəhar qalası üzərinə hücum etsin, təcrübəli qoşun dəstələri arasında itkilər çoxalsın. O yersiz itkiyə yol vermədən, düşməni əldən salmaqla Qəndəhar qalasını fəth etmək istəyirdi. Bu isə müəyyən vaxt tələb edirdi.
- Nəhayət, altıncısı, Nadir şah Hindistana doğru hərəkət marşrutunun seçilməsini çox götür-qoy etməli oldu. O, Hindistana aparan bir neçə yolun kəşfiyyatını apardı, təhlükəsizlik və keçid imkanlarını araşdırdı. Onun üçün təklif olunan Qazıxan dərəsindən keçən yol Hindistana ən yaxın yol idi. Lakin bu yolun buraxıcılıq imkanı aşağı idi və çoxsaylı qoşunla oradan keçmək mümkün deyildi. Bundan başqa, həmin marşrut üzərindəki yüksəkliklərdən uçqun təhlükəsi Nadir şahı ehtiyatlı olmağa vadar edirdi. Başqa bir marşrut üzərindən keçən marşrut idi. Bu çayın eni təklif olunan marşrut üzərində 1500 metrə çatırdı. Bu enliyində olan çayın üzərindən körpü salmaq qeyri-mümkün idi. Digər marşrut isə Qəzni-Kabul yolu idi. Çoxsaylı qoşunları, topları hərəkət etdirmək, yükləri daşımaq üçün Qəzni-Kabul yolu daha münasib yol idi. Uzun araşdırmadan sonra Nadir də məhz bu marşrut üzərində dayandı. Qəzni-Kabul marşrutunun bir əhəmiyyəti də onda idi ki, nəzərdə tutulduğu kimi, Rzaqulu Mirzə öz qoşunu ilə Bəlxdən hərəkət edib Kabulda Nadir şahla birləşə bilərdi.
Mühasirənin sona çatması
11 ay çəkən mühasirə şah ordusunu çox yormuşdu. Nadir şah Bəlucistandan Qəndəhara qayıdan Fətəli xan Əfşar və Məhəmməd Əli bəy öndərliyindəki qüvvələrə 10 aprel 1737-ci ildə hücum əmri verdi. Bundan sonra isə süvari və piyadalara da tapşırıq verildi ki, şəhərin çöl divarlarına inşa edilən surlara hücum etsinlər. Bu çətin döyüş nəticəsində şəhərin şimalındakı dağların təpəsində yerləşən qolu və digər 4 sur Nadir şahın əlinə keçdi.
Burada gözətçilik edən 300 əfqan əsgəri də əsir düşdü. Dağların coğrafi mövqeyi elə idiki, bu ərazilərdən nəinki toplar, insanların belə keçməsi çox çətin iş idi. Buna baxmayaraq Nadir şah ordusu topları ıın yuxarı çıxarmağa müvəffəq oldu və Qəndəharın ən böyük və sağlam divarı sayılan Dehdeh divarı da çox keçmədən dağıdıldı. Əfqan əsgərləri isə çarəsiz qalaraq təslim oldular.
12 aprel 1737-ci ildə Nadir şah ordusunda xidmət göstərən bəxtiyari piyada dəstələri şahın əmri ilə divarına hücum etdilər. Lakin 200 itki versələr də heç bir nəticə əldə edə bilmədilər. Həmin ayın sonunda bəxtiyari dəstələri yenidən şəhərə hücum edərək buranı və Çehaburc divarını da əfqanlardan təmizlədilər. Çətin vəziyyətdə qalan Hüseyn Hotaki bütün qüvvələri ilə 3 dəfə bəxtiyarilər üzərinə hücuma keçsə də şah ordusu onların bu hücumlarını dəf edə bildi.
Bu hadisələrin xəbərini eşidən qadınlar və qohumları ilə birlikdə şəhərdən qaçaraq Keytul hisarına sığındı.Lakin Nadir şahın topları ordaya da şiddətlə atəş açdı.Səhəri gün Hüseyn bacısı Zeynəbi bir qrup əfqanla birlikdə şahın hüzuruna göndərərək,ondan bağışlanmağı xahiş etdi. Nadir şah onun xahişini qəbul etdikdə şəhərin qapları Əfşarlı ordusunun üzünə açıldı. Səhəri gün Hüseyn xan və Mahmud Əfqanın ailəsi Babavəli qapısının önündə Nadir şahın əlini öpdülər. Şah da Hüseyni və ətrafındakıları öldürmək fikrindən daşındı. Hətta həbsdə olan Zülfüqar xanı da sərbəst buraxdı. Bundan sonra Hüseyn xan, Mahmud və Zülfüqar xan, eləcə də ailələri Mazandarana sürgün edildilər.
Beləliklə 10 ay 5 gün sonra Qəndəhar şəhəri tamamilə şah ordusunun əlinə keçdi. Şəhərin əhalisi Nadirabada köçürüldü və şah köhnə şəhərin tamamilə yerlə yeksan edilməsini əmr etdi. Nadir şaha sığınan Tohi qəbiləsinin başçısı Əşrəf Sultan yenidən qəbilənin başına keçdi və şəhər ətrafı ərazilər bu qəbiləyə verildi. Sonra Nadir şahın əmri ilə Əfqanıstanın cənubunda yerləşən Kelat və Zabil şəhərlərini ələ keçirmək üçün hərəkətə keçən Fəthəli xan oradakı əfqan qvardiya alayı ilə döyüşə getdi və şəhərləri zərərsizləşdirdikdən sonra onları ələ keçirdi. Zabil və şəhərlərindən 6000 gənc Hindistan səfərində iştirak etmək üçün Nadirin ordusuna çağırıldı. Nadir Səfiyar bəyə məktub verərək Qəndəharın mühasirəsinin başa çatması xəbərini Azərbaycan və Dağıstan hakimi İbrahim xan Zahiruddövləyə göndərdi.
Mənbə
- Ateş, Abdurrahman. AVŞARLI NADİR ŞAH VE DÖNEMİNDE OSMANLI-İRAN MÜCADELELERİ. Isparta. 2001.
- Sadat, Sayad. NADİR ŞAH DÖNEMİNDE AFGANİSTAN. Sakarya. 2017.
- Azərbaycan Tarixi III cild. Bakı: Elm nəşriyyatı. 2005.
- Lockhart, L. The fall of the Safavid dynasty and Afkhan occupation Persia. Cambridge. 1958.
- Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
- Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
- Dadaşova, Rəhimə. Səfəvilərin son dövrü (ingilis dilli tarixşünaslıqda). Bakı: Nurlan nəşriyyat. 2003.
- Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006.
- Tahirzadə, Ədalət. Nadir şah Əfşar. "Çıraq" nəşriyyatı. 2005.
İstinadlar
- Ateş, 2001. səh. 73
- Süleymanov, 2010. səh. 310
- Süleymanov, 2010. səh. 311
- Sadat, 2017. səh. 61
- Sadat, 2017. səh. 62
- Süleymanov, 2010. səh. 314
- Süleymanov, 2010. səh. 315
- Sadat, 2017. səh. 63
- Süleymanov, 2010. səh. 322
- Süleymanov, 2010. səh. 324
- Süleymanov, 2010. səh. 326
- Sadat, 2017. səh. 65
- Sadat, 2017. səh. 67
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qendaharin muhasiresi 1737 ci ilde Nadir sah Efsarin Hotakilerin sonuncu qalasi sayilan Qendahari ele kecirmek ucun Efqanistanin cenubuna qosun yeritmesi ile baslayan herbi yurus Sefer 1737 ci ilin iyul ayinda basladi ve 1738 ci ilin mart ayinin 24 u sonuncu Hotaki sahi nin meglubiyyeti ile sona catdi Qendaharin muhasiresiNadir sahin Efqanistan seferleriQendeharin tesviriTarix aprel 1737 24 mart 1738Yeri Kohne Qendahar EfqanistanNeticesi Efsarlarin qelebesiErazi deyisikliyi Qendehar seheri ve etraf erazileriMunaqise terefleriEfsar imperiyasi Hotaki dovletiKomandan lar Nadir sah Efsar Rzaqulu EsfarMehemmed Seydal xanTereflerin quvvesi200 min bilinmirArxaplan1729 cu ilde Tehmasibqulu xan efqanlari olkeden qovduqdan sonra 1730 cu ilde hotakiler uzerine hucum ederek Qendahari yeniden olke erazisine birlesdirmeyi planlasdirmisdi Lakin bas veren bir sira hadiseler Nadirin bu planlarini texire saldi Bu zaman sonuncu hotaki sahi Huseyn Hotaki Qendahari efsar hucumundan qorumaq ucun Herat ebdalilerini Nadir xana qarsi usyana tehrik etdi Bu usyan Nadir xanin Osmanlilara qarsi apardigi kompaniyani dayandirmasina ve esas diqqeti Heratin yeniden Sefevi imperiyasina birlesdirmesine getirib cixardi 1732 ci ilin fevral ayinin 27 de Herat seheri suqut etdi 1736 ci ilde Nadir sah ozunu sah elan etse de hele de kecmis Sefevi hududlarina tamamile sahib ola bilmemisdi Mugan duzunde cox ciddi bir meselenin helli ile mesgul oldugu vaxtda da Nadir Qendehara yurus etmek planini gotur qoy edir bu yurusun teferruatini serkerdeleri ile meslehetlesirdi Nehayet Mugan duzundeki merasimler ve qonaqliqlar basa catandan sonra Nadir Qezvine uz tutdu Arxada qoydugu tenteneli ve debdebeli merasimlerden sonra onun diqqet merkezinde olan baslica mesele Qendeharin ele kecirilmesi ve Hindistana yurusun hazirlanmasi idi Eslinde Nadir sah bu yuruse 1732 ci ilde hazirlasmisdi Lakin yurusun lengimesinin bir sira sebebleri varidi Bunlardan birincisi Rusiya ile Osmanli dovleti arasinda yeni munasibetlerin formalasmasi idi Qeyd etmek lazimdir ki Nadir sahin Osmanli dovleti ile anlasma imzalamasi ve onun Osmanli dovletine yaxinlasmaq meyli Rusiya terefinden regbetle qarsilanmirdi Rusiya Nadir sahi oz muttefiqi gormek isteyirdi ve guman edirdi ki Osmanli dovletine qarsi muharibe baslansa Nadir sah da Osmanli dovletine qarsi muharibeye girecekdir Amma Rusiya umidinde oldugu munasibeti Nadir sah terefinden gormedi 1736 ci il mayin 28 de Rusiya Azov etrafinda Turkiyeye muharibe elan etdi Bele bir vaxtda Nadir sah Osmanli dovletine qarsi muharibe elan etmedi Eksine ola bilsin ki bu iki dovletin muharibeye girmesi Nadir sahin olkenin simal ve simal qerb serhedleri ile bagli olan nigaranciliqlarini aradan qaldirdi Nadir sahin diqqetini celb eden ve tesvisine sebeb olan diger mesele ise Elimuradin rehberliyi altinda bextiyari tayfasinin dovlete qarsi qiyam qaldirmasi idi Nadirin butun Sefevi hududlarini berpa etmeye hetta fatehlik yurusleri fikrine dusduyu bir vaxtda Elimuradin itaetsizlik etmesi dovlete tabecilikden cixmasi subhesiz ki Nadir sahi razi sala bilmezdi Tarixde bu qiyam i adlanir ve 1736 ci ilde Elmuradin meglub edilib edam olunmasi ile neticelendi Son olaraq Nadir sahin Qendehar seferinin esas sebebi Efqanistanin qerb bolgelerinde yasayan efqanlarin Kirman ve Sistan vilayetlerine davamli hucum ve qaret etdikden sonra Hindistana qacaraq Mogollar terefinden himaye olunmasi idi Sefere hazirliqNadir sahin qosun bascilari ve serkerdeleri Qendehara yurus hazirligini boyuk regbetle qarsiladilar ve qelebenin elde edilmesi ucun bacariqlarini serf etmeye calisacaqlarina emin etdiler Bu eminlik Nadir sah terefinden cagirilan emirlerin eyanlarin ordu bascilarinin el agsaqqallarinin toplantisinda beyan edildi Hemin toplanti istirakcilari gosterdikleri desteye gore Nadir sah terefinden bahali hediyyelerle mukafatlandirildilar Qosunlarin doyusculerine Nadir sahin gosterisine esasen 12 tumen mevacib ve bir qeder de mukafat qosun serkerdelerine ve minbasilarina ise 500 1000 tumen arasi mevacib ve 150 tumen miqdarinda ise mukafat verildi Nadir sah emr etdi ki qosunlar uc illik ehtiyat tedarukunu gorsunler Qosunlarin techizatinin boyuk hissesini oz uzerine goturen ordubazarin isinin tekmillesmesi ucun 2000 nefer vezifelendirildi ki onlarin da her birinin 1000 tumen maliyye ehtiyati var idi Bu insanlar ordu ucun zeruri olan techizati almaqla sefer erzinde doyusculerin ehtiyacini odemeli idiler Qosunlarin guclendirilmesi ucun Nadir sah coxlu sayda gurcu ve bextiyarileri de qosun destelerine celb etdiNadir sah bextiyarilrle doyuserken Isfahan hokumdarlarina mektub gondererek Qendahar yurusune hazirliq ucun 18 min tumen mebleg ayrilmasini emr etmisdi Bu esnada Nadir sahin esgerleri Gemeburunda ordu ucun erzaq toplamaga baslamisdilar Nadir sah Belucistanda yagmaciliga baslayan beluc qebilelerine qarsi kohne herat hakimi Mehemmed xan ve Tiflis hakimi Iselmes xani Belucistana gondererek ozu 21 noyabr 1736 ce ilde boyuk bir quvve ile Eberqu Kirman istiqametinde Sistana dogru yola dusur DoyusHemin ilin dekabr ayinin sonlarinda Nadir sah qosunu ile Kirmana catdi ve bir nece gun istirahet ucun orada dayandi Kirmanda oldugu zaman Nadir sah Sistana Feteli xan Keyaninin yanina caparlar gonderdi ve ondan teleb etdi ki da toplanmis qosun destesi ile onun komeyine gelsin Feteli xan bu qosun destesi ile Qendehar yaxinliginda Nadir sahin qosunlarina qatilmali idi Nadir sah eyni zamanda Nimruzdan da qosun destesi cagirdi Bu qosun destelerinin cagirilmasinin Qendehardaki efqan qarnizonuna qarsi nezerde tutuldugunu ve Nadir sahin Hindistan yurusune hazirliqla bagli oldugunu soylemek cetindir Kermanda bir nece gunluk istirahetden sonra Nadir sah Bem yolu ile Sistana hereketi davam etdirdi ve Sistan Qendehar serhedini adlamaqla 1737 ci il fevral ayinin ortalarinda efqan quvveleri terefinden qorunan Kermik qalasina yetisdi Fevralin 18 i hisarina catdiqda qarnizondaki efqanlar Nadir sahin ordusuna muqavimet gosterdi Neticede sah tocu qocbasiya emr verdi ki toplarla hisarin divarlarina atis acsinlar Neticede ehali qorxaraq seheri teslim etdi Daha sonra Nadir sah Babaeli bey Kose Ehmedlunun oglu Kelbeli xan Avara Hezarcat ve Zemindavere dogru irelilemeyi emr etdi Kelbeli xan bir qrup topcu alayi ile Bost qalasini ele kecirmek ucun yola dusdu Hemin ayin 22 de Nadir sah oz ordusu ile birlikde Hilmend golunden kecerek Qendehar seherine yollandi Nadir sah quvvelerinin sehere yaxinlasdigini oyrenen Qendehar eyaletinin hakimi Qendehar etrafindaki kendlerden coxlu miqdarda erzaq toplayib esgerler ucun qalalara aparmagi qalan levazimatlari da dusmen eline kecmemesi ucun yandirilmasini emr etdi Bndan sonra Nadir sah Kuseknehud bolgesinden Sah Mesud bolgesine getdi ve ordunun dasiyicilarini levazimat getirmek ucun Hezarcata gonderdi Nadir sah cayi sahilinde bir nece gunluk duserge saldi Hemin muddet erzinde qosunlari gilzayi efqanlarinin qefil hucumlarindan qorunmaq ucun qruplasdirdi Dusergenin sag terefinde Haci xan Kurdun serkerdeliyi altinda olan 12 min neferlik Gerayli ve Qerayi doyusculerinden ibaret deste yerlesdirildi 12 min neferik basqa bir deste de Xaneli xan Kukelan Qasim xan Qacar ve Eliqulu bey Efsarin rehberliyi altinda sol terefde yerlesdirildi Dusergenin arxa istiqametinde Qeni xan Efqan ve Musa xan Dunbeli terefinden rehberlik edilen ebdali efqanlari destesi menzil salmisdi Dusergenin merkezinde ise Nadir sah ve qosunlarin qalan hissesi menzil tutdu Bu desteler merkezi desteden mueyyen mesafede yerlesmekle musteqil sekilde sengerlenmisdiler Cox kecmeden Nadir sahin qosunu ile Erqendab cayi sahilinde duserge salmasi xeberi Sultan Huseyn Gilzayiye catdirildi O Nadirin dusergesine basqin etmek ucun suvarileri ile cayi kecdi Butun geceni kesik ceken Nadir sahin quvveleri hucuma kecen Huseyn xan suvarileri ile toqqusdu ve efqanlar hec bir sey elde etmeden bir nece olu ve yarali ile sehere qayitdilar Ertesi gun Nadir sahin ordusu Qendehardan 20 km aralida yerlesen Ergendab cayini kecerek seherin serq divarina catdi Nadir sah once tecrubeli serkerdelerinden olan Emiraslan xanin rehberliyi altinda 12 min neferlik bir avanqard desteni Qendehara dogru istiqametlendirdi Bu deste Qendehar yaxinliginda Sultan Huseynin qarovul destesi ile rastlasdi Amma bu qarovul destesi ele de boyuk deyildi ve ona gore de Emiraslan xanin bir zerbesinden perakende hala dusub geri qacdi Sonra ise Emiraslan xan Nadir saha melumat catdirdi ki tapsirilmis movqeleri tutmusdur ve artiq hemin movqelerin tehlukesizliyi temin edildiyi ucun qosunlar ora gele bilerler Nadir sah da qosunlarinin hisse hisse hemin movqelere dogru irelilemesine tapsiriq verdi Movcud olan melumatlara gore bu movqe Qendeharin serqinde yerlesirdi ve orada duserge salmaq daha munasib bilindi de yazilir ki Nadir sah hereket etmezden evvel qosun serkerdeleri olan Haci xanin Eliqulu bey Efsarin Qasim xan Qacarin Mustafa xan Bidelinin Luristan valisi Elimerdan xanin Lutfeli xanin Feteli xanin Kelbeli xanin ve Babaeli beyin desteleri hereket edib Qendehar etrafinda dayandilar Nadir sah qosunlarinin Qendehar etrafinda cemlesmesi Huseyn terefinden musahide olunurdu Nadir sah ozu ise daha temteraqli sekilde Qendehara dogru hereket etdi Qarsida 16 min neferlik cezayirci destesi irelileyirdi Qendaharin muhasiresiQendahar ve etrafi 1737 ci il martin 21 de Qendehari isgal eden Nadir sah ordunun neqliyyat komandiri Feteli Xan Efsari bir suvari alayi ile kulli miqdarda erzaq teminati ucun vilayetin simalina gonderdi Qisa muddetden sonra Feteli xan topladigi levazimatlarla orduya qayidarken efqan kesfiyyatcilari xeber tutaraq veziyyeti oz komandirerine izah etdiler Xeberi esiden Huseyn xan Hotakinin zabiti Seydal Efqani dord efqan alayi ile Feteli xana pusqu quraraq hucum etdi Neticede onlarin topladigi butun erzaqlar ele kecirildi Seherde Resul adli gilzaylardan biri Huseyn xanin yanindan qacaraq Nadir sahin ordusuna sigindi ve saha Seydal xanin planlarindan xeber verdi Nadir sah 100 en yaxsi suvarisini Feteli xanin komeyine gonderdi Bu sipahiler efqanlarin arxasinca yola duserek onlarin seherle elaqelerini kesdiler Daha sonra in uzreine hucuma kecerek onu agir meglubiyyete ugratdilar Butun bunlara baxmayaraq Seydal xan qacaraq oz canini xilas ede bildi ve seherin simalindaki daglarda gizlendi bolgesinde duserge quran Nadir sah nin coxlu erzagi ehtiyati oldugu ucun seheri bu qeder tez teslim etmeyeceyini anlayaraq yeni seher salinmasini emr etdi Bu vaxt Qendeharin Tohi tayfasinin bascisi Esref Sultan da Huseyn xandan qacaraq sahin ordusuna siginmisdi Huseyn xanin nufuzlu adamlarinin sahin ordusuna siginmasi Nadir sahin seheri ele kecirmesini daha da asanlasdirirdi Nadir sah efqanlari seherden qovmaq ve isi burada bitirmek ucun esgerlerine seheri terk etmeyi emr etdi Lakin Nadir sahin ordusunun geri cekildiyini goren efqanlar getdikce cesaretlendiler ve yaxinliginda qaretciliye basladilar Bu esnada Nadir sahin esgerleri bir nece defe efqanlara hucum ederek ekseriyyetini oldurub hebs etmisdiler Seherin qarnizon komandiri Nadir sahin planini basa duserek oz esgerlerine cihirdi qalmagi tapsirdi Sultan Huseynin gosterdiyi seylerin bir netice vermediyini goren Nadir sah seherin etrafina coxlu muhafize divarlari cekilmesini ve her birinin uzerine silahli muhafizecilerin yerlesdirilmesini emr etdi Belelikle seher dord terefden Efsarli Dovletinin esgerlerinin nezaretine kecerek muhasireye alindi 1737 ci ilin 3 may tarixinde quvvelerinin Bost qalasina olan hucumunun ugursuzluqla neticelenmesinden xeber tutan Nadir sah zabitlerinden birini a gonderdi Buraya gelen quvveler Huseyn Sultanin ordusu ile vurusmaga basladi Terefler arasinda geden sert muharibe neticesinde coxlu efqan esir goturulerek Nadir sahin dusergesine getirildi Daha sonra Nadir sahin emri ile piyada esgerlerden ibaret bir alay topcu birliyi ile birlikde ne gonderildi Bu sipahiler butun gun erzinde seheri top atesina tutaraq Sefa hasarini ele kecirdiler Hemin il may ayinin sonlarinda Imamverdi bey terefinden Efsarli sah heremi Sistandan Ferehe getirildi buradan ise Nadirabada aparildi Bu erefede Seydal xanin Mehemmed Gilzayinin yardimi ile yeniden esger toplamasi xeberi Nadir saha catdi Sah a emr etdiki onlarin uzerine hucum etsin Imamverdi bey sipahileri ile birlikde Seydal xanin siginacagina hucum etdi Neticede efqanlar meglub edildiler ve Seydal xanla komekcisi Mehemmed xan tutularaq Nadir sahin huzuruna getirildi Nadir sah Mehemmed xani ve diger efqanlari bagislasa da Seydal xanin gozlerinin cixarilmasini emr etdi Kohne Qendahar qalasinin qaliqlari Seydal xanin olumu ile en yaxsi komekcilerinden birini itirmis oldu Efqan esgerleri dagilaraq sehere qayitdilar Lakin onlarin yeteri qeder erzaq ehtiyati yoxidi Buna baxmayaraq Huseyn xan esgerleri yeniden bir araya toplayaraq seheri bir nece ay da mudafie etmeye muveffeq ola bildi Nadir sah ise Qendahar seherini 4 terefden toplarin komeyi ile muhasire etdi O ozu ordunun boyuk bir qismi ile seherin muhasiresini davam etdirse de ordunun kicik bir qismini Belucistana buradaki qaretcilerin uzerine Pir Mehemmed xan ve Iselmes xana komek ucun gonderdi Komek destelerinin geldiyini esiden beluclar yolda onlari pusquya saldilar Lakin bu qarsidurmada beluclar 800 e yaxin itki vererek geri cekilmeli oldular Eli bey ise Sirxan xani ve diger beluc qebilelerinin qiyamini yatirmaq ucun Xaki bolgesine dogru yola dusdu Sirxan xan ve komekcileri meglub edilerek oldurulduler Belucun diger selahiyyetli sexsleri Imtiyaz xan ve Emir Mehebbet xan Nadir sahin huzuruna cixaraq uzr istediler Sah onlarin uzrunu qebul ederek Emir Mehebbet xani yeniden Belucistana hakim teyin etdi Surabikin rehberliyini ise Mehrab Sultan adli basqa bir hakime verdi Bele olduqda sahin bir basqa sexsi ondan ustun tutaraq Belucistana vali teyin etmesi in acigina geldi O bir behane ile sipahileri oz etrafinda toplayaraq Iselmes xanin destesinden ayrildi Esgerler hara getdiklerini bilmedikleri ucun Belucistanin istisinde bir coxu susuzluqdan can verdi Pir Mehemmed xan bu usulla Nadirden intiqam almagi planlamisdi Lakin onun bu hereketi Efqanistanin Qendahar eyaletinde Hotaki Dovletinin suqutunu suretlendirdi Nadir sah Pir Mehemmed xanin bu hereketinden xeber tutduqda Bey Kirklunu onun uzerine gonderdi ve neticede Pir Mehemmed xan meglub edilerek olduruldu Muhasirenin uzanmasinin sebebleri Qendeharin muhasiresi ise uzanmaqda davam edirdi Bu muhasire 11 ay cekdi Muhasirenin uzun surmesinin bir sebebi sozsuz ki Qendehar qalasinin guclu olmasi ile bagli idi Musahidecilerin fikrince Qendehar qalasinin muhasiresinin uzun surmesinin asagidaki sebebleri de var idi Evvela Nadir sah Qendehardan sonra Hindistana yurus etmeyi planlasdirirdi Qendehar etrafinda uzun muddet dayanmaqla Nadir sah Hindistan Hindistana aparan yollar ve yollar uzerinde mesken salmis ehalinin doyus potensiali ve onlarin ehval ruhiyyesi haqqinda lazimi kesfiyyat materiallari topladi Bundan basqa Nadir sah onun teqibinden qacan efqanlarin Hindistan erazisine buraxilmasina yol vermemek xahisi ile Dehliye bir nece numayende heyeti gonderdi Bu numayende heyetini uzvleri Nadir sahin sozlerini Hindistan padsahi Mehemmed sahin diqqetine catdirmaqla beraber Mehemmed sah sarayindaki ab hava dovlet eyanlari arasindaki munasibet hind serkerdeleri haqqinda az cox kesfiyyat melumatlari toplayib Nadir saha catdirdilar Ikincisi Nadir sah bilirdi ki onun Hindistana yurusu uzun cekecekdir Bu vaxt erzinde olke daxilinde nelerin bas vere bileceyi onun ucun ehemiyyetsiz deyildi Paytaxtdan uzaqda Qendehar etrafinda bir il qalmaqla o olke daxilinde de neler bas verdiyini musahide etdi Itaetsizlik gosterenlerin ve qiyam iddiasinda olanlarin coxu oz cezalarina catsa da onlarin hamisi aradan goturulmemisdi Nadir sah Qendehar etrafinda olarken qacib gizlenenler furset gozleyenler feallasmaga basladilar Nadir sah da belelerini mueyyenlesdirib cezalarina catdirdi Ucuncusu Isfahandan Qendehara dogru herekete baslananda Belucistan ve da habele Belxde asayis ve qanunculuq tam berpa edilmemisdi Yuxarida qeyd edildiyi kimi bu meselelerin de hell edilmesi ucun hem Belucistana hem de Belxe quvve gonderildi Qendehar etrafinda dayandigi vaxt Nadir sah hemin istiqametlere gonderilmis quvvelerin fealiyyetini izlemek ve lazim gelende oz gosterislerini vermek imkani elde etdi Dogrudan da qeyd olundugu kimi Rzaqulu Mirzenin fealiyyetine mudaxile etmek ehtiyaci yarandi ve Nadir sah da bunu etdi Qendeharin muhasiresi basa catana kimi Belucistan ve Belx meseleleri de hell edildi ve Nadir sah bu iki menteqeden de xatircem oldu Doruncusu sayi 100 min neferden cox olan qosunun Qendehardan agir ve murekkeb dag yollari ile Hindistana gonderilmesi ciddi hazirliq islerini teleb edirdi Hem hereket marsrutunun kesfiyyati ve hem de kifayet qeder erzaq ehtiyatlarinin toplanmasina mueyyen vaxt lazim idi Qendehar etrafinda dayandigi vaxt Nadir sah azuqe ehtiyati ile beraber atlarin ve yuk heyvanlarinin toplanmasi ile de mesgul oldu Besincisi Qendeharin fethi ucun vezifelendirdiyi qosun desteleri Nadir sahin secme ve tecrubeli qosun desteleri idi Hindistan yurusunde ona bele tecrubeli qosun desteleri cox gerekli idi Ona gore Nadir sah istemirdi ki tez telesik Qendehar qalasi uzerine hucum etsin tecrubeli qosun desteleri arasinda itkiler coxalsin O yersiz itkiye yol vermeden dusmeni elden salmaqla Qendehar qalasini feth etmek isteyirdi Bu ise mueyyen vaxt teleb edirdi Nehayet altincisi Nadir sah Hindistana dogru hereket marsrutunun secilmesini cox gotur qoy etmeli oldu O Hindistana aparan bir nece yolun kesfiyyatini apardi tehlukesizlik ve kecid imkanlarini arasdirdi Onun ucun teklif olunan Qazixan deresinden kecen yol Hindistana en yaxin yol idi Lakin bu yolun buraxiciliq imkani asagi idi ve coxsayli qosunla oradan kecmek mumkun deyildi Bundan basqa hemin marsrut uzerindeki yuksekliklerden ucqun tehlukesi Nadir sahi ehtiyatli olmaga vadar edirdi Basqa bir marsrut uzerinden kecen marsrut idi Bu cayin eni teklif olunan marsrut uzerinde 1500 metre catirdi Bu enliyinde olan cayin uzerinden korpu salmaq qeyri mumkun idi Diger marsrut ise Qezni Kabul yolu idi Coxsayli qosunlari toplari hereket etdirmek yukleri dasimaq ucun Qezni Kabul yolu daha munasib yol idi Uzun arasdirmadan sonra Nadir de mehz bu marsrut uzerinde dayandi Qezni Kabul marsrutunun bir ehemiyyeti de onda idi ki nezerde tutuldugu kimi Rzaqulu Mirze oz qosunu ile Belxden hereket edib Kabulda Nadir sahla birlese bilerdi Muhasirenin sona catmasi11 ay ceken muhasire sah ordusunu cox yormusdu Nadir sah Belucistandan Qendehara qayidan Feteli xan Efsar ve Mehemmed Eli bey onderliyindeki quvvelere 10 aprel 1737 ci ilde hucum emri verdi Bundan sonra ise suvari ve piyadalara da tapsiriq verildi ki seherin col divarlarina insa edilen surlara hucum etsinler Bu cetin doyus neticesinde seherin simalindaki daglarin tepesinde yerlesen qolu ve diger 4 sur Nadir sahin eline kecdi Burada gozetcilik eden 300 efqan esgeri de esir dusdu Daglarin cografi movqeyi ele idiki bu erazilerden neinki toplar insanlarin bele kecmesi cox cetin is idi Buna baxmayaraq Nadir sah ordusu toplari iin yuxari cixarmaga muveffeq oldu ve Qendeharin en boyuk ve saglam divari sayilan Dehdeh divari da cox kecmeden dagidildi Efqan esgerleri ise caresiz qalaraq teslim oldular 12 aprel 1737 ci ilde Nadir sah ordusunda xidmet gosteren bextiyari piyada desteleri sahin emri ile divarina hucum etdiler Lakin 200 itki verseler de hec bir netice elde ede bilmediler Hemin ayin sonunda bextiyari desteleri yeniden sehere hucum ederek burani ve Cehaburc divarini da efqanlardan temizlediler Cetin veziyyetde qalan Huseyn Hotaki butun quvveleri ile 3 defe bextiyariler uzerine hucuma kecse de sah ordusu onlarin bu hucumlarini def ede bildi Bu hadiselerin xeberini esiden qadinlar ve qohumlari ile birlikde seherden qacaraq Keytul hisarina sigindi Lakin Nadir sahin toplari ordaya da siddetle ates acdi Seheri gun Huseyn bacisi Zeynebi bir qrup efqanla birlikde sahin huzuruna gondererek ondan bagislanmagi xahis etdi Nadir sah onun xahisini qebul etdikde seherin qaplari Efsarli ordusunun uzune acildi Seheri gun Huseyn xan ve Mahmud Efqanin ailesi Babaveli qapisinin onunde Nadir sahin elini opduler Sah da Huseyni ve etrafindakilari oldurmek fikrinden dasindi Hetta hebsde olan Zulfuqar xani da serbest buraxdi Bundan sonra Huseyn xan Mahmud ve Zulfuqar xan elece de aileleri Mazandarana surgun edildiler Belelikle 10 ay 5 gun sonra Qendehar seheri tamamile sah ordusunun eline kecdi Seherin ehalisi Nadirabada kocuruldu ve sah kohne seherin tamamile yerle yeksan edilmesini emr etdi Nadir saha siginan Tohi qebilesinin bascisi Esref Sultan yeniden qebilenin basina kecdi ve seher etrafi eraziler bu qebileye verildi Sonra Nadir sahin emri ile Efqanistanin cenubunda yerlesen Kelat ve Zabil seherlerini ele kecirmek ucun herekete kecen Fetheli xan oradaki efqan qvardiya alayi ile doyuse getdi ve seherleri zerersizlesdirdikden sonra onlari ele kecirdi Zabil ve seherlerinden 6000 genc Hindistan seferinde istirak etmek ucun Nadirin ordusuna cagirildi Nadir Sefiyar beye mektub vererek Qendeharin muhasiresinin basa catmasi xeberini Azerbaycan ve Dagistan hakimi Ibrahim xan Zahiruddovleye gonderdi MenbeAtes Abdurrahman AVSARLI NADIR SAH VE DONEMINDE OSMANLI IRAN MUCADELELERI Isparta 2001 Sadat Sayad NADIR SAH DONEMINDE AFGANISTAN Sakarya 2017 Azerbaycan Tarixi III cild Baki Elm nesriyyati 2005 Lockhart L The fall of the Safavid dynasty and Afkhan occupation Persia Cambridge 1958 Mehman Suleymanov Nadir sah PDF Pervin Darabadi elmi redaktor 741 Eliyarli Suleyman Azerbaycan tarixi Uzaq kecmisden 1870 ci illere qeder Baki Azerbaycan nesriyyati 1996 Dadasova Rehime Sefevilerin son dovru ingilis dilli tarixsunasliqda Baki Nurlan nesriyyat 2003 Axworthy Michael The Sword of Persia Nader Shah from Tribal Warrior to Conquering Tyrant I B Tauris 2006 Tahirzade Edalet Nadir sah Efsar Ciraq nesriyyati 2005 IstinadlarAtes 2001 seh 73 Suleymanov 2010 seh 310 Suleymanov 2010 seh 311 Sadat 2017 seh 61 Sadat 2017 seh 62 Suleymanov 2010 seh 314 Suleymanov 2010 seh 315 Sadat 2017 seh 63 Suleymanov 2010 seh 322 Suleymanov 2010 seh 324 Suleymanov 2010 seh 326 Sadat 2017 seh 65 Sadat 2017 seh 67