Qədim və yeni Rusiya haqqında qeydlər — Nikolay Mixayloviç Karamzinin XIX əsr Rusiyası haqqında fikirlərini əks etdirdiyi memorandumu.
Qədim və yeni Rusiya haqqında qeydlər | |
---|---|
Записка о древней и новой России в ее политическом и гражданском отношениях | |
Müəllif | Nikolay Karamzin |
Orijinal dili | Rus dili |
Yazılma ili | mart 1811 |
Nikolay Karamzin "Qeydlər"i 1811-ci ildə çar I Aleksandrın kiçik bacısının xahişi ilə yazmışdır. Liberal və islahatçı ideyaların əleyhdarları onun ətrafında qruplaşmışdı. Tezliklə I Aleksandr "Qeydlər"i oxumuşdur. "Qeydlər"də Speranskinin təşəbbüsü ilə həyata keçirilmiş islahatlar, o cümlədən, güman edildiyi kimi, hökumətin guya həyata keçirmək fikrində olduğu yeniliklər tənqid edilir.
Məzmunu
Karamzin çarın hakimiyyətini nədəsə məhdudlaşdıran konstitusiya qəbul edilməsi üçün istənilən cəhdi kəskin tənqid edir: "Rusiya böyük ölkədir. Belə nəhəngi hüdudsuz təkhakimiyyətlikdən başqa, vahid şəkildə daha nə ilə idarə etmək olar?" Karamzin tarixdən gətirdiyi nümunələrlə sübut etməyə çalışır ki, "Rusiya müxtəlif hakimiyyətlikdən məhv olurdu, müdrik mütləqiyyətlə xilas oldu". "Qəzəbli hökmdarlar nadir hallarda olur: doqquz əsr ərzində bizim cəmi iki müstəbidimiz olmuşdur (IV İvan və I Pavel)". Karamzin yazır ki, bununla yanaşı, hökmdarın hakimiyyətinin müəyyən hüdudları var. "Aleksandr hər şeyi bacarır, ancaq qanuni şəkildə öz hakimiyyətini məhdudlaşdıra bilməz", yəni hökmdarın mütləqiyyəti ləğv etməyə hüququ yoxdur. Zadəganlığın imtiyazları da mütləqiyyət hakimiyyətinin hüdudlarıdır.
Karamzin təsdiq edirdi ki, "Müttləqiyyət Rusiyanın palladiumudur; ölkənin bütövlüyü onun səadəti üçün zəruridir; bu o demək deyil ki, yeganə hakimiyyət mənbəyi olan hökmdarın Rusiyanın özü kimi qədim olan zadəganlığı alçaltmağa bir səbəbi olsun… Nəciblərin hüquqları monarx hakimiyyətinin bir şöbəsi deyil, ancaq onun başlıca, zəruri aləti dövlət tərkibinin hərəkətverici qüvvəsidir".
"Qeydlər"də "mövcud hakimiyyətin, guya deyildiyi kimi, nökərlərə azadlıq vermək fikrində olması" barədə şayiələrlə bağlı mülahizələr də geniş yer tutur. Karamzin göstərirdi ki, kəndlilər üzərində ağalıq hakimiyyətinin ləğv edilməsi kəndlilərin sərxoşluq etmələrinə və cinayətlər törətmələrinə səbəb olacaq. "…İndi bütün dövlət ərazisinə səpələnmiş zadəganlar monarxa sakitlik və əmin-amanlığın qüvvəsini almaqla o, Atlant kimi Rusiyanı öz çiyinlərinə qaldıracaq — bunu saxlaya biləcəkmi? …Yıxılmaq dəhşətlidir". Sonra "Bilmirəm, Qodunov kəndlilərin azadlığını əllərindən almaqla yaxşı iş gördümü, ancaq onu bilirəm ki, indi onlara bunu qaytarmaq münasib deyil. O zaman onların azadlıq vərdişləri var idi — indi isə köləliyə alışıblar". Karamzin fikrini belə yekunlaşdırır: "Mənə elə gəlir ki, dövlətin mövcudluğunun möhkəmliyi üçün adamlara bivaxt azadlıq verməkdənsə, onları istismar etmək daha təhlükəsizdir, çünki onları mənəvi cəhətdən tərbiyələndirməklə buna hazırlamaq lazımdır".
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qedim ve yeni Rusiya haqqinda qeydler Nikolay Mixaylovic Karamzinin XIX esr Rusiyasi haqqinda fikirlerini eks etdirdiyi memorandumu Qedim ve yeni Rusiya haqqinda qeydlerZapiska o drevnej i novoj Rossii v ee politicheskom i grazhdanskom otnosheniyahMuellif Nikolay KaramzinOrijinal dili Rus diliYazilma ili mart 1811 Nikolay Karamzin Qeydler i 1811 ci ilde car I Aleksandrin kicik bacisinin xahisi ile yazmisdir Liberal ve islahatci ideyalarin eleyhdarlari onun etrafinda qruplasmisdi Tezlikle I Aleksandr Qeydler i oxumusdur Qeydler de Speranskinin tesebbusu ile heyata kecirilmis islahatlar o cumleden guman edildiyi kimi hokumetin guya heyata kecirmek fikrinde oldugu yenilikler tenqid edilir MezmunuKaramzin carin hakimiyyetini nedese mehdudlasdiran konstitusiya qebul edilmesi ucun istenilen cehdi keskin tenqid edir Rusiya boyuk olkedir Bele nehengi hududsuz tekhakimiyyetlikden basqa vahid sekilde daha ne ile idare etmek olar Karamzin tarixden getirdiyi numunelerle subut etmeye calisir ki Rusiya muxtelif hakimiyyetlikden mehv olurdu mudrik mutleqiyyetle xilas oldu Qezebli hokmdarlar nadir hallarda olur doqquz esr erzinde bizim cemi iki mustebidimiz olmusdur IV Ivan ve I Pavel Karamzin yazir ki bununla yanasi hokmdarin hakimiyyetinin mueyyen hududlari var Aleksandr her seyi bacarir ancaq qanuni sekilde oz hakimiyyetini mehdudlasdira bilmez yeni hokmdarin mutleqiyyeti legv etmeye huququ yoxdur Zadeganligin imtiyazlari da mutleqiyyet hakimiyyetinin hududlaridir Karamzin tesdiq edirdi ki Muttleqiyyet Rusiyanin palladiumudur olkenin butovluyu onun seadeti ucun zeruridir bu o demek deyil ki yegane hakimiyyet menbeyi olan hokmdarin Rusiyanin ozu kimi qedim olan zadeganligi alcaltmaga bir sebebi olsun Neciblerin huquqlari monarx hakimiyyetinin bir sobesi deyil ancaq onun baslica zeruri aleti dovlet terkibinin hereketverici quvvesidir Qeydler de movcud hakimiyyetin guya deyildiyi kimi nokerlere azadliq vermek fikrinde olmasi barede sayielerle bagli mulahizeler de genis yer tutur Karamzin gosterirdi ki kendliler uzerinde agaliq hakimiyyetinin legv edilmesi kendlilerin serxosluq etmelerine ve cinayetler toretmelerine sebeb olacaq Indi butun dovlet erazisine sepelenmis zadeganlar monarxa sakitlik ve emin amanligin quvvesini almaqla o Atlant kimi Rusiyani oz ciyinlerine qaldiracaq bunu saxlaya bilecekmi Yixilmaq dehsetlidir Sonra Bilmirem Qodunov kendlilerin azadligini ellerinden almaqla yaxsi is gordumu ancaq onu bilirem ki indi onlara bunu qaytarmaq munasib deyil O zaman onlarin azadliq verdisleri var idi indi ise koleliye alisiblar Karamzin fikrini bele yekunlasdirir Mene ele gelir ki dovletin movcudlugunun mohkemliyi ucun adamlara bivaxt azadliq vermekdense onlari istismar etmek daha tehlukesizdir cunki onlari menevi cehetden terbiyelendirmekle buna hazirlamaq lazimdir