Qutlu Musa türbəsi, Sarı Musa türbəsi və ya Xaçındərbətli türbəsi — Azərbaycanda tarixi abidə.
Qutlu Musa türbəsi | |
---|---|
Sarı Musa türbəsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Ağdam |
Yerləşir | Xaçındərbətli kəndi |
Memar | Ustad Şahbənzər |
Tikilmə tarixi | 1314 |
Üslubu | Arran memarlıq məktəbi |
İstinad nöm. | 5 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
Haqqında
Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında "Sarı Musa türbəsi" adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir:
"Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir" |
Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir.
Memarlıq xüsusiyyətləri
Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən biri nadir təsadüf edilən səciyyəyə malik türbədir. Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəni quruluşun özünəməxsus bir şəkildə həll edilməsidir.
Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir.
Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xarcindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir.Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Xaçındərbətli abidəsinin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir ünsür də onun piramida şəkilli günbəzinin üzlüyünü təşkil edən daş tavalardan düzəldilmə örtükdür.
Qülləvari türbə tipinin özünəməxsus örnəklərindən olan Qutlu Xacə Musa oğlu türbəsinin bayır həcmi üçtipli alçaq kürsülük, onikiüzlü prizmatik korpus və çadırabənzər piramidalı günbəz örtüyündən ibarətdir. Korpus və kürsülük yaxşı yonulmuş sarımtıl əhəng daşı ilə üzlənmişdir. Korpusun 9 üzündə yarımonüzlü planı olan tağlar, şimal, şərq və qərb üzlərində isə qapı və pəncərə gözləri qurulmuşdur. İri ölçüsünə və bədii-plastik həllinə görə şimal gözü türbənin baş giriş qapısıdır. Türbənin korpusundakı bütün taxçaların, qapı və pəncərələrin üst sivri hissələri incə stalaktit kompozisiyaları ilə işlənmişdir. Korpusun tinlərində daş memarlığı üçün bir qədər miqyassız görünən incə pilyastrlar verilmişdir. Fasad səthləri daş üzərində oyma naxış, xonça və stalaktitlərdən başqa dekorativsimvolik mənaları olan müxtəlif heyvan (öküz, aslan, maral, dovşan və s.) təsvirləri ilə bəzədilmişdir. Təbii daş fonda daha canlı görünməsi üçün bu təsvirlər tünd qırmızı boya ilə örtülmüşdür. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aranmemarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur.
Adının tarixi
Türbənin inşaatı 15 iyul 1314-cü ildə tamamlanmışdır. Azərbaycanın o çağdakı Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşaraq kəndin adını da "Xaçın + türbə(t) + li" müəyyənləşdirmişdir.
Quruluşu
Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var. Hər iki yerləşgə planda xaçvari formadadır. Ciddi və sadə görünüşlü sərdabədən fərqli olaraq türbənin üst kamerasının interyeri son dərəcə təntənəli tərtib edilmişdir. İç örtüyün kvadrat formalı mərkəzi hissəsi və ona şimal və cənubdan birləşən tağbəndlər mürəkkəb quruluşlu incə stalaktitlərlə işlənmişdir. Giriş qapısı ilə üz-üzə olan cənub divar zəngin bəzədilmiş mehrab şəklində həll edilmişdir. Fasad elementlərində olduğu kimi mehrab kompozisiyasının da bir sıra bəzək elementləri tünd qırmızı rəngdə boyanmışdır. Türbə interyerinin bədii və konstruktiv həllinin yüksək olması sifarişçinin nüfuzu və imkanları ilə yanaşı memar ustad Şahbənzərin böyük sənətkarlıq bacarığı və təcrübəsinin göstəricisidir. Qutlu Xacə türbəsi bitkin üslüblu memarlıq əsəri olub dövrün ideya-bədii təmayüllərini layiqincə əks etdirir.
Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var.Xaçındərbətli abidəsinin daxili stalaktit biçimli günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.
İstinadlar
- Хачындәрбәтли түрбәси // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 63.
- . 2020-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-25.
- "Abidənin pasportu". 2020-11-24 tarixində . İstifadə tarixi: 2020-08-25.
- İctimai TV. "İşğaldan azad edilən Fərrux yüksəkliyindəki Qutlu Musa türbəsinin sirri" (az.). Youtube.com. 22.02.2023. 2023-02-23 tarixində . İstifadə tarixi: 2023-02-23.
- "Qutlu Musa türbəsi". 2020-11-30 tarixində . İstifadə tarixi: 2020-08-25.
- "Ağdam rayonunun əsir abidələri". 2021-08-12 tarixində . İstifadə tarixi: 2020-08-25.
- M.Hüseynov, L.Bretaniçski, A.Salamzadə — Azərbaycanın memarlıq tarixi, Moskva, 1963
Xarici keçidlər
- Qutlu Musa türbəsi
- Qutlu Musa türbəsi və ya Xaçındərbətli türbəsi
- Qutlu Xacə Musa oğlu türbəsi
- “Qarabağ – mədəniyyətimizin beşiyi”: Qutlu Musa türbəsi
- Abidənin divar rəsmlərini pozan ermənilər xaçlarla "bəzəyiblər"
- Ağdam rayonunun əsir abidələri
- Qutlu Musa oğlu türbəsi 2020-08-14 at the Wayback Machine
- Qutlu Musa oğlu türbəsi[ölü keçid]
- Belə belə işlər: Qutlu Musa türbəsi – İzlə: youtube; facebook
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qutlu Musa turbesi Sari Musa turbesi ve ya Xacinderbetli turbesi Azerbaycanda tarixi abide Qutlu Musa turbesiSari Musa turbesiQutlu Musa turbesi 2022 ci ilde40 01 58 sm e 46 49 01 s u Olke AzerbaycanSeher AgdamYerlesir Xacinderbetli kendiMemar Ustad SahbenzerTikilme tarixi 1314Uslubu Arran memarliq mektebiAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 5KateqoriyaTurbeEhemiyyetiDunya ehemiyyetliQutlu Musa turbesiHaqqindaAgdam rayonunun Xacin Turbetli kendinde Elxaniler dovrunun xatire memarliginin deyerli bir abidesi qalmisdir Xalq arasinda Sari Musa turbesi adlanan bu abidenin interyerinde giris qapisinin ustundeki insaat kitabesinde bildirilir Ulu Allahin rehmine mohtac merhum Qutlu Xace Musa oglunun bu imareti ustad Sahbenzerin emelidir Xacinderbetli abidesinin giris qapisi uzerindeki kitabe onun 1314 cu ilde ustad Sahbenzer terefinden Musa oglu Qutlunun mezari uzerinde tikildiyini gosterir Memarliq xususiyyetleriKur Araz caylari arasindaki insaat xususile XIV esrin baslangicinda das turbelerin genis sekilde yayilmasi ile elametdardir Bu abidelerden biri nadir tesaduf edilen seciyyeye malik turbedir Agdam rayonunun Xacinderbetli kendinde yerlesen bu abide nisbeten alcaq bir kursuluk uzerinde yukselen sekkizbucaqli piramidasekilli gunbezle ortuludur Bu abidenin esas meziyyeti onun hecminde deyil bu eneneni qurulusun ozunemexsus bir sekilde hell edilmesidir Poct markasi Xacinderbetli abidesinde yeralti hissenin varligi onun qullevari turbeler qrupuna daxil edilmesine esas veren baslica bir elametdir Abidenin ister daxili sethlerinin ister daxilindeki gunbezin ve isterse de xarcindeki sethlerin islenmesi binaya tekrarolunmaz bir ferdi xususiyyet verir Xacinderbetli abidesinin en zengin hissesini giris sethinin memarligi ve onun daxili gunbezinin stalaktitli qurulusu teskil edir Xarici sethler cox da derin olmayan batiqlarla islenmis ve bu batiqlarin yuxari hissesi taglara baglanmisdir Xacinderbetli abidesinin umumi kompozisiya gorunusunde ehemiyyetli bir unsur de onun piramida sekilli gunbezinin uzluyunu teskil eden das tavalardan duzeldilme ortukdur Qullevari turbe tipinin ozunemexsus orneklerinden olan Qutlu Xace Musa oglu turbesinin bayir hecmi uctipli alcaq kursuluk onikiuzlu prizmatik korpus ve cadirabenzer piramidali gunbez ortuyunden ibaretdir Korpus ve kursuluk yaxsi yonulmus sarimtil eheng dasi ile uzlenmisdir Korpusun 9 uzunde yarimonuzlu plani olan taglar simal serq ve qerb uzlerinde ise qapi ve pencere gozleri qurulmusdur Iri olcusune ve bedii plastik helline gore simal gozu turbenin bas giris qapisidir Turbenin korpusundaki butun taxcalarin qapi ve pencerelerin ust sivri hisseleri ince stalaktit kompozisiyalari ile islenmisdir Korpusun tinlerinde das memarligi ucun bir qeder miqyassiz gorunen ince pilyastrlar verilmisdir Fasad sethleri das uzerinde oyma naxis xonca ve stalaktitlerden basqa dekorativsimvolik menalari olan muxtelif heyvan okuz aslan maral dovsan ve s tesvirleri ile bezedilmisdir Tebii das fonda daha canli gorunmesi ucun bu tesvirler tund qirmizi boya ile ortulmusdur Qutlu Xace Musa oglu turbesi Azerbaycanin qullevari turbeleri ucun seciyyevi olan dinamik hecm kompozisiyasina malikdir Ancaq bu abidenin ister insaat texnikasinda isterse de detallarinin bedii plastik hellinde Aranmemarliginin ozellikle de Qarabag memarliginin ferqli xususiyyetleri eks olunmusdur Adinin tarixiTurbenin insaati 15 iyul 1314 cu ilde tamamlanmisdir Azerbaycanin o cagdaki Xacin vilayetinin nufuzlu sexsi olmus Qutlu Xace Musa oglunun mezari ustunde ucaldilmis turbe ziyaret kimi meshurlasaraq kendin adini da Xacin turbe t li mueyyenlesdirmisdir QurulusuAzerbaycan Respublikasi Mudafie Nazirliyinin Agdam rayonunun Cinli kendinden videogoruntuler basliqli videosundan turbenin sekli Qutlu Xace Musa oglu turbesinin alt serdabe ve ust kameradan ibaret ikiqatli qurulusu var Her iki yerlesge planda xacvari formadadir Ciddi ve sade gorunuslu serdabeden ferqli olaraq turbenin ust kamerasinin interyeri son derece tenteneli tertib edilmisdir Ic ortuyun kvadrat formali merkezi hissesi ve ona simal ve cenubdan birlesen tagbendler murekkeb quruluslu ince stalaktitlerle islenmisdir Giris qapisi ile uz uze olan cenub divar zengin bezedilmis mehrab seklinde hell edilmisdir Fasad elementlerinde oldugu kimi mehrab kompozisiyasinin da bir sira bezek elementleri tund qirmizi rengde boyanmisdir Turbe interyerinin bedii ve konstruktiv hellinin yuksek olmasi sifariscinin nufuzu ve imkanlari ile yanasi memar ustad Sahbenzerin boyuk senetkarliq bacarigi ve tecrubesinin gostericisidir Qutlu Xace turbesi bitkin uslublu memarliq eseri olub dovrun ideya bedii temayullerini layiqince eks etdirir Xacinderbetli abidesinin giris sethinde ve daxilinde olan heyvan tesvirleri de son derece diqqeti celb edir Onlarin icerisinde vehsi heyvan tesvirleri xususile qeyd olunmalidir Azerbaycan memarligi abideleri icerisinde bu tesvirleri xatirladan numuneler Bakida Bayil qalasinin XIII esr uzerinde de var Xacinderbetli abidesinin daxili stalaktit bicimli gunbezi Sirvan memarliginin dasdan oyma stalaktit kompozisiyalarini xatirladir IstinadlarHachyndәrbәtli tүrbәsi Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә X ҹild Frost Shүshtәr Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1987 S 63 2020 08 14 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 08 25 Abidenin pasportu 2020 11 24 tarixinde Istifade tarixi 2020 08 25 Ictimai TV Isgaldan azad edilen Ferrux yuksekliyindeki Qutlu Musa turbesinin sirri az Youtube com 22 02 2023 2023 02 23 tarixinde Istifade tarixi 2023 02 23 Qutlu Musa turbesi 2020 11 30 tarixinde Istifade tarixi 2020 08 25 Agdam rayonunun esir abideleri 2021 08 12 tarixinde Istifade tarixi 2020 08 25 M Huseynov L Bretanicski A Salamzade Azerbaycanin memarliq tarixi Moskva 1963Xarici kecidlerQutlu Musa turbesi Qutlu Musa turbesi ve ya Xacinderbetli turbesi Qutlu Xace Musa oglu turbesi Qarabag medeniyyetimizin besiyi Qutlu Musa turbesi Abidenin divar resmlerini pozan ermeniler xaclarla bezeyibler Agdam rayonunun esir abideleri Qutlu Musa oglu turbesi 2020 08 14 at the Wayback Machine Qutlu Musa oglu turbesi olu kecid Bele bele isler Qutlu Musa turbesi Izle youtube facebook