Qaradərili feminizm — Afro-amerikalı qadınların təcrübələrinə diqqət yetirən və irqçiliyə qarşı mübarizə aparan feminizmin bir qolu.
Haqqında
1970-ci illərin əvvəlində bu dövrə qədərki feminist mübarizənin məzmununa və onların tələblərinin yarımçıq olduğuna tənqidi yanaşaraq meydana gələn qaradərili feminizm feminist diskursda sinif-irq-cinsin əlaqəli olduğunu üzə çıxardı. Qaradərili feminizmin ortaya çıxması ilə feminist diskurs yeni şəkil aldı və cins əsaslı problemin əhatəsi genişləndi. Qaradərili feministlər ağdərili feministlərin yalnız orta sinif qadının problemlərini qabardaraq, bu problemi bütün qadınların problemi kimi təqdim etməsinə, digər sinif və irqdən olan qadınların təcrübələrini marginallaşdırmasına qarşı çıxdı. Qaradərili feministlər hesab edirdilər ki, ağdərili qadınların dominant olduğu feminist diskurs yalnız ağdərili və orta sinif qərb qadınlarının üzləşdiyi təzyiqləri ifadə edir, lakin ağdərili olmayan qadınlar və kasıb təbəqənin ağdərili qadınlarının problemləri əhatə edilmir. Qaradərili feminizm ağdərili qadının ancaq öz təzyiq və əzilmə meyarlarını əsas götürərək, digər qadınların bu təcrübələrini gözardı etməsini ifşa edir; əzilmə hallarının bərabər yox, sinif-irq-cins və digər sosial kateqoriyalar əsasında qeyri-bərabər olduğunu vurğulayır; marginallaşmış bütün sosial qrupların hüquqlarını əhatə etməyə çalışır. Bununla da qaradərili feminizm əsasən afro-amerikalı və qeyri-ağdərili qrupların səsi olmağı hədəfləyir.
Qaradərili feminizmin nəzəri yanaşmasına görə qadınların üzləşdiyi problemlər tək səbəbli deyil və qadınların üzləşdiyi fərqli istismar kontekstləri var. Ağdərili qadının istismar dərəcəsi qaradərili və kasıb qadınların istismar dərəcələri ilə fərqlidi. Ağdərili qadın cinsinə görə ayrı-seçkiliyə məruz qaldığı halda, qaradərili qadın həm cins, həm irq, həm də sinfinə görə istismara və ayrı-seçkiliyə məruz qalır. Sinif, irq və cins bir-birinə bağlıdır və ağdərili qadın bu təcrübəni yaşamadığı üçün onu gözardı edir.
Qaradərili feminist bell huks[ii] liberal feminist Fridanın Feminist Mistika kitabını sinif-irq-cins aspektindən tənqid edir. O, Fridanın"biz qadınların ´mən ərdən, uşaqdan və evdən daha çox şey istəyirəm´ səsini iqnor edə bilmərik" deyə qeyd etdiyi cümləsində müəllifin yalnız orta sinif ağdərili qadının ehtiyacını səsləndirərək, digər təbəqə və rəngdəki qadınları bu kontekstdə çıxdaş etdiyini bildirir: "Burada ´daha çox´ deməklə o, karyeranı nəzərdə tutur. O, özü kimi daha çox qadının məişət işindən azad olub, ağdərili kişi ilə bərabər karyera imkanı əldə etdiyi halda, uşaqlarına baxmaq və evində qulluq etmək üçün kimin çağırılacağını müzakirə etmir". Qaradərili feminizm bu kontekstdə ağdərili qadını və qaradərili kişiləri eyniləşdirir: ağdərili qadın cinsiyyətçilik, qaradərili kişi isə irqçilik qurbanıdı. Lakin ağdərili qadının qaradərili qadınlara qarşı irqçi yanaşması və qaradərili kişinin cinsiyyətçiliyi və əzici yanaşması qaradərili qadının qatbaqat əzilməsinin əsasını təşkil edir. Qaradərili qadın həm ağdərili qadın və ağdərili kişi, həm də qaradərili kişi tərəfindən əzilir. Qaradərili feminizm buna görə də bu qatbaqat (interseksional) əzilməyə qarşı mübarizə aparır.
Həmçinin bax
İstinadlar
- Cəlil, Nurlana. "Cəlil, Nurlana. Feminizm: anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri". Baku Research İnstitute.
- Hooks, bell (1984): Feminist Theory – From Margin to Center. South End Press, U. S.
Xarici keçidlər
Cəlil, Nurlana. "Cəlil, Nurlana. Feminizm: anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri". Baku Research İnstitute.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qaraderili feminizm Afro amerikali qadinlarin tecrubelerine diqqet yetiren ve irqciliye qarsi mubarize aparan feminizmin bir qolu Haqqinda1970 ci illerin evvelinde bu dovre qederki feminist mubarizenin mezmununa ve onlarin teleblerinin yarimciq olduguna tenqidi yanasaraq meydana gelen qaraderili feminizm feminist diskursda sinif irq cinsin elaqeli oldugunu uze cixardi Qaraderili feminizmin ortaya cixmasi ile feminist diskurs yeni sekil aldi ve cins esasli problemin ehatesi genislendi Qaraderili feministler agderili feministlerin yalniz orta sinif qadinin problemlerini qabardaraq bu problemi butun qadinlarin problemi kimi teqdim etmesine diger sinif ve irqden olan qadinlarin tecrubelerini marginallasdirmasina qarsi cixdi Qaraderili feministler hesab edirdiler ki agderili qadinlarin dominant oldugu feminist diskurs yalniz agderili ve orta sinif qerb qadinlarinin uzlesdiyi tezyiqleri ifade edir lakin agderili olmayan qadinlar ve kasib tebeqenin agderili qadinlarinin problemleri ehate edilmir Qaraderili feminizm agderili qadinin ancaq oz tezyiq ve ezilme meyarlarini esas goturerek diger qadinlarin bu tecrubelerini gozardi etmesini ifsa edir ezilme hallarinin beraber yox sinif irq cins ve diger sosial kateqoriyalar esasinda qeyri beraber oldugunu vurgulayir marginallasmis butun sosial qruplarin huquqlarini ehate etmeye calisir Bununla da qaraderili feminizm esasen afro amerikali ve qeyri agderili qruplarin sesi olmagi hedefleyir Qaraderili feminizmin nezeri yanasmasina gore qadinlarin uzlesdiyi problemler tek sebebli deyil ve qadinlarin uzlesdiyi ferqli istismar kontekstleri var Agderili qadinin istismar derecesi qaraderili ve kasib qadinlarin istismar dereceleri ile ferqlidi Agderili qadin cinsine gore ayri seckiliye meruz qaldigi halda qaraderili qadin hem cins hem irq hem de sinfine gore istismara ve ayri seckiliye meruz qalir Sinif irq ve cins bir birine baglidir ve agderili qadin bu tecrubeni yasamadigi ucun onu gozardi edir Qaraderili feminist bell huks ii liberal feminist Fridanin Feminist Mistika kitabini sinif irq cins aspektinden tenqid edir O Fridanin biz qadinlarin men erden usaqdan ve evden daha cox sey isteyirem sesini iqnor ede bilmerik deye qeyd etdiyi cumlesinde muellifin yalniz orta sinif agderili qadinin ehtiyacini seslendirerek diger tebeqe ve rengdeki qadinlari bu kontekstde cixdas etdiyini bildirir Burada daha cox demekle o karyerani nezerde tutur O ozu kimi daha cox qadinin meiset isinden azad olub agderili kisi ile beraber karyera imkani elde etdiyi halda usaqlarina baxmaq ve evinde qulluq etmek ucun kimin cagirilacagini muzakire etmir Qaraderili feminizm bu kontekstde agderili qadini ve qaraderili kisileri eynilesdirir agderili qadin cinsiyyetcilik qaraderili kisi ise irqcilik qurbanidi Lakin agderili qadinin qaraderili qadinlara qarsi irqci yanasmasi ve qaraderili kisinin cinsiyyetciliyi ve ezici yanasmasi qaraderili qadinin qatbaqat ezilmesinin esasini teskil edir Qaraderili qadin hem agderili qadin ve agderili kisi hem de qaraderili kisi terefinden ezilir Qaraderili feminizm buna gore de bu qatbaqat interseksional ezilmeye qarsi mubarize aparir Hemcinin baxLiberal feminizm Marksist feminizm Sosialist feminizm Radikal feminizmIstinadlarCelil Nurlana Celil Nurlana Feminizm anlayislar cereyanlar tedqiqat istiqametleri Baku Research Institute Hooks bell 1984 Feminist Theory From Margin to Center South End Press U S Xarici kecidlerCelil Nurlana Celil Nurlana Feminizm anlayislar cereyanlar tedqiqat istiqametleri Baku Research Institute