Liberal feminizm — Əsas çıxış nöqtəsi kişilərlə yanaşı qadınların hüquqlarının bərpa edilməsi, səsvermə hüququ, təhsil, peşə və siyasi karyera hüquqlarının əldə edilməsi iddiası olan feminizm növü.
Liberal feminizmin mahiyyəti
Liberal feminizmin çıxış nöqtəsi liberal demokratiya əsasındadır və qadınların kişilərin sahib olduğu ictimai, siyasi və iqtisadi hüquqlarla təminatı və qadınların emansipasiyası cərəyanın əsas tələbini təşkil edir. Fransız inqilabından sonra elan edilən insan hüquqları qanunvericiliyində kişilərlə yanaşı qadınların hüquqlarının bərpa edilməsi, səsvermə hüququ, təhsil, peşə və siyasi karyera hüquqlarının əldə edilməsi iddiası liberal feminizmin əsas çıxış nöqtəsidir. İndiki dövrdə isə məişət zorakılığının kriminallaşdırılması, abortların leqallaşdırılması, kvotaların tətbiqi tələbi, qadınları dəstəkləyən dövlət strategiyalarının zəruriliyi, konvensiyaların ratifikasiyası, o cümlədən, işləyən anaların xeyrinə (məzuniyyətlər, uşaq baxıcısı və s.) qanunvericilikdəki dəyişikliklərin və əlavələrin edilməsi tələbi müasir liberal feminizmin əhatə dairəsidir. Liberal feministlər iddia edir ki, "əgər qadınlar kişilər kimi cəmiyyətin bütün sahələrində eyni sayda və tərzdə iştirak edərsə, hüquq bərabərliyi təmin olunur". Liberal feminizmin tələbləri iki hissəyə ayrılır: hüquq bərabərliyi və emansipasiya.
Liberal feminizmdə hüquq bərabərliyi
Liberal feminizmin hüquq bərabərliyi dedikdə vətəndaş hüquqlarının təminatı, təhsil alma azadlığı, səsvermə azadlığı və qanunvericilikdə siyasi iştirakçılıq azadlığını nəzərdə tutur. Hüquq bərabərliyi tələbinə əsasən peşə, əmlak, ailədaxili hüquq və siyasi baxımdan bu vaxta qədər aşağı kateqoriya hesab edilən qrup (yəni qadınlar) digər qrupun (yəni kişilərin) səviyyəsinə yüksəldilməli idi.
Fransa inqilabından sonra 1791-ci ildə parlamentdə qadınların bərəbərhüquqluluğunun təmin edilməsi haqqında Qadının və qadın vətəndaşın hüquqları haqqında deklarasiya təqdim edildi.[i] Növbəti il Meri Volstonkraft Qadın hüquqlarının bəraəti adlı qadınların təhsil hüququ, mülki və siyasi haqlarından bəhs edən kitabını nəşr etdi. Bu kitab feminizmin ilk akademik işi kimi tanınır və "feminizmin təməl daşı hesab edilir". Bu iki hadisə həm akademik, həm də siyasi-ictimai fəaliyyətdə qadın hüquqları ətrafında İngiltərə və Fransada müzakirələrin başlamasına, populyarlaşmasına və sonradan ABŞ başda olmaqla, digər ölkələrə yayılmasına səbəb oldu.
1850-ci illərdən başlayaraq qadın hərəkatları təşkilatlanmağa başladı. 1866-cı ildə Barbara Smit və tərəfdaşları Londonda Sufrajistlər Komitəsini (sonrakı adı Qadınların Seçki Hüququ uğrunda London Cəmiyyəti) təsis etdilər. 1870-ci ildə isə cəmiyyətin Qadınların Seçki Hüququ Jurnalı nəşr edilməyə başladı. 1881–91-ci illərdə fransız sufrajistlər tərəfindən Qadın Vətəndaş qəzeti buraxıldı. 1892-ci ildə Parisdə ilk feminist konqres təşkil edildi. 1900-cü illərdə İngiltərədəki sufrajistlərin mübarizəsi digər qərbi Avropa ölkələrinə də yayıldı. Bu dövrdən başlayaraq İngiltərədə Pankhurstlar (ana və iki qızı), Emma Qoldman, Almaniyada Klara Setkin, Rusiyada Aleksandra Kollantai kimi qadın hüquq müdafiəçiləri marksist ideyalar əsasında mübarizələrinə davam etdilər. Birinci və İkinci dünya müharibələri ərzində də birinci dalğa feminizmin liberal və marksist cərəyanları hüquq bərabərliyi uğrunda müəyyən yol qət etdi.
Liberal feminizmdə Emansipasiya
Emansipasiya sözü (latın sözü ēmancipātiō) Roma hüququna görə kölələrin azadlığa buraxılması, latın dili lüğətində də oğulların ataların zorakılığından azad olunması, əmlakın ayrılması mənasındadır. Liberal feminizmin emansipasiya konsepti qadınların bioloji cinsinə əsaslanantabeçilik səbəblərinə diqqət çəkir və qadınların öz həyatlarına dair özlərinin qərar verməli olduğunu iddia edir.
Simona de Bovuar İkinci Cins kitabında kişinin subyekt, qadının isə obyekt kimi qəbul edildiyini qeyd edir və onların bərabər olmalarını tələb edir. O, liberal feminizmin ilk dalğasında hüquq bərabərliyinin təmin olunmaması və qadının niyə ikinci cins olaraq görülməsinin səbəblərini ortaya qoyur və feminizmdə yeni üfüq açır. Bu yanaşması ilə bioloji və sosial cinsləri bir-birindən ayırd edən konseptin – 1970-ci ildə ortaya çıxacaq "cins" və "gender" anlayışlarının da əsasını qoyur. Cəmiyyətin təsəvvürləri və qadına uyğun görülən rolların ona sonradan qazandırılan cəhətlər olduğunu irəli sürərək cinsin mədəni olaraq inşa edildiyini və bu zaman qadına normaların təhkim edildiyini bildirir. Cəmiyyətdə qadına uyğun görülən vəzifələr, rollar və normalar kişi mərkəzli cəmiyyətin istək və tələblərinə müvafiq inşa edilir və bu inşada qadın kişi cinsi ilə müqayisədə daha məhdud və idarə olunan mövqeyə salınır.
Betti Fridan emansipasiya konseptini təqdim edən liberal feministdir. O, emansipasiyanı aktuallaşdırdı və qadınların bu vaxta qədər təhkim edildiyi evdar qadın olmaq üstünlüyünü mühakimə etdi. Evdar qadın olmaq qadınlar üçün üstünlük sayılırdı, çünki "evdar qadın […] demək olar dünyadakı bütün qadınların xəyal etdiyi mərtəbə idi. […] evdar qadın və ana kimi o, kişinin tamamlanmış və bərabər hüquqlu partnyoru kimi bütün cəmiyyət tərəfindən təsdiq edilirdi. Onlar maşın, geyimlər, elektrik cihazları və supermarketlər seçə bilmə imkanına, qadınların xəyal etdiyi hər şeyə sahib idilər". Fridan apardığı sorğuların nəticələrinə görə qadınları ancaq yoldaşlarına, onların vəzifələrinə, fəaliyyətlərinə görə tanındığını dediklərini vurğuladı, kitabında qadınların bu çərçivədən kənar nə etdiklərini soruşdu və onları olduqları vəziyyəti mühakimə etməyə çağırdı. O, bu cür mühakimə və tənqidlərlə qadınları məişət həyatında sıxışıb qalmamağa, siyasi-ictimai həyata qatılmağa səslədi və həyatları barədə qərarları özlərinin verməli olduğunu vurğuladı. Fridan bununla yanaşı mətbuatda, dövrün qadın jurnallarında qadın obrazının təqdimatını, evdarlığın tərənnüm edilməsini tənqid etdi. O, siyasi-ictimai fəaliyyətə səslədiyi qadınlara xitab edərək "onlar rəqabətdə iştirak etməyi, lakin qadın kimi yox, insan kimi rəqabət aparmağı öyrənməlidirlər. Qadınların bərabərliyi uğrundakı yolda qoyulan maneələrə qarşı çıxan hər qadın növbəti bir qadın üçün yol açır. Həmçinin siyasətdə qadınlar ‘evdar qadın’ kimi yox, bir vətəndaş kimi öz töhfəsini verməlidir".
Liberal feministlərin tələb etdiyi hüquq bərabərliyi və emansipasiya ancaq bir mərhələyə qədər gələ bildi. Cinsdən qaynaqlanan problemlər təkcə qanunvericilik dəyişikliyi və ya liberal demokratiyanın norması çərçivəsində öz həllini tapmadı. Hər nə qədər liberal feminizmin ikinci dalğa təmsilçiləri yeni üfüq açsalar da, "onlar mühafizəkar idilər, çünki öz tələblərini qadın hüquqları uğrundakı mübarizənin tarixi kontekstində qurmuşdular və bu strukturdan kənara çıxmırdılar; buna baxmayaraq onlar inqilabçı idilər, çünki [onların fəaliyyətləri nəticəsində] feminizmin doğuşu [və] qadın hərəkatlarının başlanması ilə qadınların özünə inamı bərpa olundu".
Həmçinin bax
İstinadlar
- Cəlil, Nurlana. "Cəlil, Nurlana. Feminizm: anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri". Baku Research İnstitute.
- Krause, Ellen (2003): Einführung in die politikwissenschaftliche Geschlechterforschung (Politik und Geschlecht), s. 29
- Menschik-Bendele, Jutta (1977): Feminismus. Geschichte, Theorie, Praxis. Zugl.: Berlin, Univ., Diss., 1977. Köln: Pahl-Rugenstein (Kleine Bibliothek Politik, Wissenschaft, Zukunft, 87), p. 29
- Walters, Margaret (2005): Feminism. A very short introduction. Oxford University Press, p. 35
- Löffler, Wolfgang (1999): Langenscheidts Universalwörterbuch Latein. Lateinisch-deutsch; deutsch-lateinisch. Neubearb. 1998, 2. Aufl. Berlin: Langenscheidt.
- Beauvoir, Simone de (1956): Das andere Geschlecht. Sitte und Sexus der Frau. Hamburg: Rowohlt.
- Künzel, Annegret (2012): § 2 Feministische Theorien und Debatten. In: Lena Foljanty und Ulrike Lembke (Hg.): Feministische Rechtswissenschaft: Nomos, S. 54.
- Friedan, Betty (1966): Der Weiblichkeitswahn oder die Mystifizierung der Frau. [ein vehementer Protest gegen das Wunschbild von der Frau]. 1. – 15. Tsd., s. 15
- Menschik-Bendele (1977)
- Friedan (1966)
- Friedan (1966), s. 241
- Menschik-Bendele (1977), p. 41
Xarici keçidlər
- Cəlil, Nurlana. "Cəlil, Nurlana. Feminizm: anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri". Baku Research İnstitute.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Liberal feminizm Esas cixis noqtesi kisilerle yanasi qadinlarin huquqlarinin berpa edilmesi sesverme huququ tehsil pese ve siyasi karyera huquqlarinin elde edilmesi iddiasi olan feminizm novu Liberal feminizmin mahiyyetiLiberal feminizmin cixis noqtesi liberal demokratiya esasindadir ve qadinlarin kisilerin sahib oldugu ictimai siyasi ve iqtisadi huquqlarla teminati ve qadinlarin emansipasiyasi cereyanin esas telebini teskil edir Fransiz inqilabindan sonra elan edilen insan huquqlari qanunvericiliyinde kisilerle yanasi qadinlarin huquqlarinin berpa edilmesi sesverme huququ tehsil pese ve siyasi karyera huquqlarinin elde edilmesi iddiasi liberal feminizmin esas cixis noqtesidir Indiki dovrde ise meiset zorakiliginin kriminallasdirilmasi abortlarin leqallasdirilmasi kvotalarin tetbiqi telebi qadinlari destekleyen dovlet strategiyalarinin zeruriliyi konvensiyalarin ratifikasiyasi o cumleden isleyen analarin xeyrine mezuniyyetler usaq baxicisi ve s qanunvericilikdeki deyisikliklerin ve elavelerin edilmesi telebi muasir liberal feminizmin ehate dairesidir Liberal feministler iddia edir ki eger qadinlar kisiler kimi cemiyyetin butun sahelerinde eyni sayda ve terzde istirak ederse huquq beraberliyi temin olunur Liberal feminizmin telebleri iki hisseye ayrilir huquq beraberliyi ve emansipasiya Liberal feminizmde huquq beraberliyiLiberal feminizmin huquq beraberliyi dedikde vetendas huquqlarinin teminati tehsil alma azadligi sesverme azadligi ve qanunvericilikde siyasi istirakciliq azadligini nezerde tutur Huquq beraberliyi telebine esasen pese emlak ailedaxili huquq ve siyasi baximdan bu vaxta qeder asagi kateqoriya hesab edilen qrup yeni qadinlar diger qrupun yeni kisilerin seviyyesine yukseldilmeli idi Fransa inqilabindan sonra 1791 ci ilde parlamentde qadinlarin bereberhuquqlulugunun temin edilmesi haqqinda Qadinin ve qadin vetendasin huquqlari haqqinda deklarasiya teqdim edildi i Novbeti il Meri Volstonkraft Qadin huquqlarinin beraeti adli qadinlarin tehsil huququ mulki ve siyasi haqlarindan behs eden kitabini nesr etdi Bu kitab feminizmin ilk akademik isi kimi taninir ve feminizmin temel dasi hesab edilir Bu iki hadise hem akademik hem de siyasi ictimai fealiyyetde qadin huquqlari etrafinda Ingiltere ve Fransada muzakirelerin baslamasina populyarlasmasina ve sonradan ABS basda olmaqla diger olkelere yayilmasina sebeb oldu 1850 ci illerden baslayaraq qadin herekatlari teskilatlanmaga basladi 1866 ci ilde Barbara Smit ve terefdaslari Londonda Sufrajistler Komitesini sonraki adi Qadinlarin Secki Huququ ugrunda London Cemiyyeti tesis etdiler 1870 ci ilde ise cemiyyetin Qadinlarin Secki Huququ Jurnali nesr edilmeye basladi 1881 91 ci illerde fransiz sufrajistler terefinden Qadin Vetendas qezeti buraxildi 1892 ci ilde Parisde ilk feminist konqres teskil edildi 1900 cu illerde Ingilteredeki sufrajistlerin mubarizesi diger qerbi Avropa olkelerine de yayildi Bu dovrden baslayaraq Ingilterede Pankhurstlar ana ve iki qizi Emma Qoldman Almaniyada Klara Setkin Rusiyada Aleksandra Kollantai kimi qadin huquq mudafiecileri marksist ideyalar esasinda mubarizelerine davam etdiler Birinci ve Ikinci dunya muharibeleri erzinde de birinci dalga feminizmin liberal ve marksist cereyanlari huquq beraberliyi ugrunda mueyyen yol qet etdi Liberal feminizmde EmansipasiyaEmansipasiya sozu latin sozu emancipatiō Roma huququna gore kolelerin azadliga buraxilmasi latin dili lugetinde de ogullarin atalarin zorakiligindan azad olunmasi emlakin ayrilmasi menasindadir Liberal feminizmin emansipasiya konsepti qadinlarin bioloji cinsine esaslanantabecilik sebeblerine diqqet cekir ve qadinlarin oz heyatlarina dair ozlerinin qerar vermeli oldugunu iddia edir Simona de Bovuar Ikinci Cins kitabinda kisinin subyekt qadinin ise obyekt kimi qebul edildiyini qeyd edir ve onlarin beraber olmalarini teleb edir O liberal feminizmin ilk dalgasinda huquq beraberliyinin temin olunmamasi ve qadinin niye ikinci cins olaraq gorulmesinin sebeblerini ortaya qoyur ve feminizmde yeni ufuq acir Bu yanasmasi ile bioloji ve sosial cinsleri bir birinden ayird eden konseptin 1970 ci ilde ortaya cixacaq cins ve gender anlayislarinin da esasini qoyur Cemiyyetin tesevvurleri ve qadina uygun gorulen rollarin ona sonradan qazandirilan cehetler oldugunu ireli surerek cinsin medeni olaraq insa edildiyini ve bu zaman qadina normalarin tehkim edildiyini bildirir Cemiyyetde qadina uygun gorulen vezifeler rollar ve normalar kisi merkezli cemiyyetin istek ve teleblerine muvafiq insa edilir ve bu insada qadin kisi cinsi ile muqayisede daha mehdud ve idare olunan movqeye salinir Betti Fridan emansipasiya konseptini teqdim eden liberal feministdir O emansipasiyani aktuallasdirdi ve qadinlarin bu vaxta qeder tehkim edildiyi evdar qadin olmaq ustunluyunu muhakime etdi Evdar qadin olmaq qadinlar ucun ustunluk sayilirdi cunki evdar qadin demek olar dunyadaki butun qadinlarin xeyal etdiyi mertebe idi evdar qadin ve ana kimi o kisinin tamamlanmis ve beraber huquqlu partnyoru kimi butun cemiyyet terefinden tesdiq edilirdi Onlar masin geyimler elektrik cihazlari ve supermarketler sece bilme imkanina qadinlarin xeyal etdiyi her seye sahib idiler Fridan apardigi sorgularin neticelerine gore qadinlari ancaq yoldaslarina onlarin vezifelerine fealiyyetlerine gore tanindigini dediklerini vurguladi kitabinda qadinlarin bu cerciveden kenar ne etdiklerini sorusdu ve onlari olduqlari veziyyeti muhakime etmeye cagirdi O bu cur muhakime ve tenqidlerle qadinlari meiset heyatinda sixisib qalmamaga siyasi ictimai heyata qatilmaga sesledi ve heyatlari barede qerarlari ozlerinin vermeli oldugunu vurguladi Fridan bununla yanasi metbuatda dovrun qadin jurnallarinda qadin obrazinin teqdimatini evdarligin terennum edilmesini tenqid etdi O siyasi ictimai fealiyyete seslediyi qadinlara xitab ederek onlar reqabetde istirak etmeyi lakin qadin kimi yox insan kimi reqabet aparmagi oyrenmelidirler Qadinlarin beraberliyi ugrundaki yolda qoyulan maneelere qarsi cixan her qadin novbeti bir qadin ucun yol acir Hemcinin siyasetde qadinlar evdar qadin kimi yox bir vetendas kimi oz tohfesini vermelidir Liberal feministlerin teleb etdiyi huquq beraberliyi ve emansipasiya ancaq bir merheleye qeder gele bildi Cinsden qaynaqlanan problemler tekce qanunvericilik deyisikliyi ve ya liberal demokratiyanin normasi cercivesinde oz hellini tapmadi Her ne qeder liberal feminizmin ikinci dalga temsilcileri yeni ufuq acsalar da onlar muhafizekar idiler cunki oz teleblerini qadin huquqlari ugrundaki mubarizenin tarixi kontekstinde qurmusdular ve bu strukturdan kenara cixmirdilar buna baxmayaraq onlar inqilabci idiler cunki onlarin fealiyyetleri neticesinde feminizmin dogusu ve qadin herekatlarinin baslanmasi ile qadinlarin ozune inami berpa olundu Hemcinin baxQaraderili feminizm Marksist feminizm Sosialist feminizm Radikal feminizmIstinadlarCelil Nurlana Celil Nurlana Feminizm anlayislar cereyanlar tedqiqat istiqametleri Baku Research Institute Krause Ellen 2003 Einfuhrung in die politikwissenschaftliche Geschlechterforschung Politik und Geschlecht s 29 Menschik Bendele Jutta 1977 Feminismus Geschichte Theorie Praxis Zugl Berlin Univ Diss 1977 Koln Pahl Rugenstein Kleine Bibliothek Politik Wissenschaft Zukunft 87 p 29 Walters Margaret 2005 Feminism A very short introduction Oxford University Press p 35 Loffler Wolfgang 1999 Langenscheidts Universalworterbuch Latein Lateinisch deutsch deutsch lateinisch Neubearb 1998 2 Aufl Berlin Langenscheidt Beauvoir Simone de 1956 Das andere Geschlecht Sitte und Sexus der Frau Hamburg Rowohlt Kunzel Annegret 2012 2 Feministische Theorien und Debatten In Lena Foljanty und Ulrike Lembke Hg Feministische Rechtswissenschaft Nomos S 54 Friedan Betty 1966 Der Weiblichkeitswahn oder die Mystifizierung der Frau ein vehementer Protest gegen das Wunschbild von der Frau 1 15 Tsd s 15 Menschik Bendele 1977 Friedan 1966 Friedan 1966 s 241 Menschik Bendele 1977 p 41Xarici kecidlerCelil Nurlana Celil Nurlana Feminizm anlayislar cereyanlar tedqiqat istiqametleri Baku Research Institute