Qara şəhər — yerli neftqayırma sənayesinin uğurları ilə bağlı Bakı yaxınlığında yaranan kiçik bir yaşayış məntəqəsidir.
Bu ərazidə, əsasən, neft zavodları yerləşirdi. Hələ 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə həmin vaxt bu ərazidə 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi. Tezliklə zavodlardan çıxan tüstü və his həmin ərazini qaraya boyadı, bu ərazini də haqlı olaraq "qara şəhər" adlandırdılar. XIX əsrin ikinci yarısında sürətlə inkişaf edən neft sənayesi Bakı ətrafında böyük bir ərazini əhatə edir və bu ərazidə yerləşən zavodların tüstü və hisi bütün ətrafı bürüyürdü. Şəhərin inkişafına mane olan bu cür hallarla bağlı ictimai fikirlər quberniya hakimiyyətini bu problemi həll etmək məcburiyyətində qoymuşdu. Beləliklə də 1870-ci ildə şəhərdə və şəhərin yaşayış məhəllələrində yerləşən 147 zavodun sökülməsi barədə quberniya hakimiyyəti qərar qəbul etdi və şəhərin yaşayış məntəqələrindən 2 km aralı olmaq şərti ilə boş ərazilərə köçürülməsi qərarlaşdırıldı.
Beləliklə də 1876-cı ildə Keşlədəki otlaq sahələrində və yerli əhalinin bağ və bostan sahələrinin yerində yeni sənaye rayonu salındı. 1880-ci ildə yeni sənaye rayonunda 118-dən artıq müəssisə fəaliyyət göstərirdi. 1905-ci ildə demək olar ki, Bakının bütün iri neft sənayesi obyektləri burada yerləşdirilmişdi. Buradakı tikililərin hamısını qara his basdığından hər tərəf qapqara görsənirdi. Elə buna görə də 1880–90-cı illərdə və o zamanlardan bəri bu ərazi artıq "Qara şəhər" kimi tanınır.
Elə ki, "Qara şəhər"də sənaye tikililərinin limiti bitdi, neft sənayeçiləri tikiləcək yeni obyektləri üçün yeni ərazilər axtarışına çıxdılar. "Qara şəhər"ə ən yaxın ərazi Keşlə əhalisinin torpaq sahələri idi. Tezliklə də bu ərazilərdə yeni sənaye şəhərciyi "Ağ şəhər" əmələ gəldi. Bu "Qara şəhər"in şərqdən davamı idi.
1878-ci ildə Nobel qardaşları tərəfindən Rusiya İmperiyasında ilk olaraq Balaxanıdan "Qara şəhər"ə qədər neft kəməri çəkilmişdir.
Tarixi
Arxa plan
Bakı 1813-cü ildə imzalanan Gülüstan müqaviləsindən sonra Rusiya imperiyasının tərkibinə daxil olmuşdur. Bu dövrdə Bakı 10 min əhaliyə sahib kiçik bir şəhər idi. Dünyada ilk neft quyusu 1848-ci ildə Bakıda qazıldı. İlk neft emalı zavodları 1859-cu ildə şəhər ətrafında tikildi. 1860-cı illərdə Bakının neft sahələrindən əldə edilən neft dünya üzrə neft təchizatının 90%-i təşkil edirdi. Sənaye binaları şəhərin böyük bir hissəsini əhatə etməyə başladı. Zavod və fabriklər havanın çirklənməsinə səbəb oldu. İctimai təzyiq əyalət hakimiyyətini ayrıca sənaye zonası yaratmağa təşviq etdi. 1870-ci ildə şəhərin şərqindəki otlaq ərazilərin neft emalı zavodlarının tikintisi üçün ayrılması təklif edildi. 1872-ci ilə qədər Bakıda kerosin istehsal edən təqribən 60 neft emalı zavodu var idi. Şəhərdə yeni zavod tikilməsini qadağan edən və neft emalı zavodlarının şəhərdən kənarda yerləşdirən qanun qəbul edildi.
Şəhərin əsasının qoyulması və inkişafı
1874-cü ildə Qara Şəhərin ərazisində 123 neft emalı zavodu var idi. Ərazi limandan 8 mil (13 kilometr) məsafədə idi. Sənaye ərazisi planı 1876-cı ildə tamamlandı. Qonşu Keşlə qəsəbəsinin ferma və otlaqlarının bəziləri şəhərdə fəaliyyəti dayandırılmış fabriklərin köçürülməsi üçün ayrıldı. Yeni sənaye ərazisi yaşayış yerlərindən 2 kilometr uzaqlıqda idi. Çirklənmənin qarşısını almaq üçün yaşayış ərazisində neft emalı zavodlarının tikintisi qadağan edildi. 1880-ci ildə Qara Şəhər ərazisində 118 istehsal fəaliyyəti göstərən firma var idi.
Bakının neft fəhlələrinin çoxu bu ərazidə yaşayırdı. Burada həmçinin neft şirkətlərinin ofisləri, emalatxanalar və əlaqədar işçilərin yaşayış əraziləri yerləşirdi. Bakı ilə müqayisədə yaşayış şəraiti pis idi. İmkanlı şəxslər neft çıxarılması və emalının qadağan edildiyi şəhər mərkəzində yaşayırdılar. Fabrik və neft emalı zavodlarının havaya buraxdığı qara tüstü və his ərazinin Qara Şəhər (rus. Чёрный город) adı ilə məşhurlaşmasına səbəb oldu. 1890-cı ildə Qara Şəhərə gələn türk səyahətçi buranı belə təsvir edirdi:
Hər şey qaradır; divarlar, yer, hava və səma. Sən nefti hiss edirsən və tüstünü içinə çəkirsən və pis qoxu səni boğur. Sən səmanı bürüyən tüstü buludları arasında gəzirsən. |
1878-ci ildə Nobel qardaşları Rusiya imperiyasında ilk neft kəmərini çəkdilər. 5.6 mil (9 kilometr) uzunluğunda və diametri 2 düymə (51 millimetr) olan bu kəmər gündə 10 min neft nəql edə bilirdi. Xam neft quyulardan Balaxanıdakı mərkəzi saxlama çənlərinə, ordan da neft emalı zavodlarına göndərilirdi. Tikintiyə sərf edilən pul bir ildə qazanıldı. Çok keçmədən digər şirkətlər Nobellərin yoluyla getdilər.
1879-cu ildə Nobel qardaşları Nobel qardaşları neft istehsalı ortaqlığının əsasını qoydu. Tezliklə onlar Bakıdakı neft sənayesinin 75%-i idarə edirdilər. 1885-ci ilin oktyabr ayında Bakının neft emalı zavodlarının çoxu Qara Şəhərdə idi. Neft torpaq üzərində yerləşdirilmiş 4–6 düymə (100–150 millimetr) diametri olan kəmərlər ilə nəql edilirdi. Burada 2-i Nobellərin olmaqla 12 rezervuar var idi. Kiçik firmalar böyük firmaların çənlərindən istifadə etməli idi.
Sonrakı inkişaf
Balaxanının neftlə zəngin əraziləri Bakıdan 9 mil (14 kilometr) uzaqlıqda yerləşirdi.İsveç səyyahı Sven Hedin 1890-cı ildə Balaxanının neft sahələrini ziyarət etmişdir. Burada 116-ı Nobellərin olmaqla 410 quyu (dərinliyi 220–270 metr) var idi. Nobel quyularından biri gündə 150 min pud istehsal edirdi. Nobellər iki xətlə Qara Şəhərə gündə 230 min pud xam neft nəql edirdilər. Onlar günə 60 min pud emal edilmiş neft istehsal edirdilər.
Qara Şəhər inkişaf nəticəsində sərhədlərini aşmağa başlayanda neft sənayeçiləri öz ehtiyaclarını ödəmək üçün daha münasib yerlər axtarmağa başladılar. Tezliklə Qara Şəhərin şərqində Ağ Şəhər adlanan yeni sənaye ərazi ortaya çıxdı. 1902-ci ilin sonunda burada 20-ə yaxın böyük neft emalı zavodu və neftlə əlaqədar ticarət müəssisəsi tikildi. Qara Şəhərdən fərqli olaraq Ağ Şəhərdəki zavodlar daha müasir və daha funksional idi və ərazi çox çirklədilmədi. 1882–1883-cü illərdə Nobel qardaşları Qara Şəhər və Ağ Şəhərin sərhədində Villa Petrolea adlı sənaye cəmiyyətinin əsasını qoydular. 1905-ci ildə Bakının bir çox neft emalı zavodları burada yerləşirdi.
Bakı Rusiya imperiyasında ən başı bəlalı şəhərlərdən biri idi. 1900-cü illərdə Bakıda olan gənc İosif Stalin neft maqnatlarına qarşı hərəkət edən kriminal qruplarla əlaqə saxlayırdı. Belə bir fikir var idi ki, Qara Şəhərdə bəzi çöllüklər kriminal qrupun nəzarətindədir. Stalin menşeviklərin yox, yalnızca bolşeviklərin bura daxil olması kriminal qrupla razılığa gəlmişdi. Bolşeviklərin xüsusi parolu var idi. Başqa bir hekayəyə görə Stalin neft maqnatı Musa Nağıyevin qaçırılmasında rol oynamışdı. Stalin həmçinin neft sahələri işçilərinin tətilə çıxmasını təşkil etmişdi. Bolşeviklər həmçinin neft daşınması şəbəkəsi vasitəsilə öz qəzetləri "İskra"nı paylayırdılar.
Mənbələr
İstinadlar
- Dumper, Stanley, 2007. səh. 64
- Farndon, 2012. səh. 12
- Fatullayev, 1978
- Sokolov, 2002. səh. 26
- Black, 2012. səh. 80
- Heyat, 2002. səh. 47
- Swietochowski, 2004. səh. 21
- Black, 2004. səh. 100
- Vassiliou, 2009. səh. 98
- Henry, 1905. səh. 73-74
- Henry, 1905. səh. 88
- Russian Petroleum - Bradstreet's
- Henry, 1905. səh. 8
- Hedin, 1926. səh. 528
- Villa Petrolea - Our Baku
- Henry, 1905. səh. 14
- Montefiore, 2008. səh. 187
Ədəbiyyat
- Agbahowe, Nathaniel U. Wake Up Africa!. AuthorHouse. 2009-01-30. ISBN . İstifadə tarixi: 2013-02-14.
- Asbrink, Brita. "The Nobels in Baku: Swedes' Role in Baku's First Oil Boom". Azerbaijan International. 10 (2). Summer 2002. İstifadə tarixi: 2013-02-14.
- (PDF). Islamic Development Bank. June 2010. 2014-04-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-02-14.
- Beene, Gary. The Seeds We Sow: Kindness That Fed a Hungry World. Sunstone Press. 2011-07-25. ISBN . İstifadə tarixi: 2013-02-14.
- Black, Brian C. Crude Reality: Petroleum in World History. Rowman & Littlefield Publishers. 2012-03-22. səh. 80. ISBN . İstifadə tarixi: 2013-02-14.
- Black, Edwin. Banking on Baghdad: Inside Iraq's 7,000-Year History of War, Profit, and Conflict. John Wiley & Sons. 2004-11-11. ISBN . İstifadə tarixi: 2013-02-13.
- Dumper, Michael R. T.; Stanley, Bruce E. Cities of the Middle East and North Africa: A Historical Encyclopedia. ABC-CLIO. 2007. ISBN . İstifadə tarixi: 2013-02-14.
- Farndon, John. DK Eyewitness Books: Oil. Penguin. 2012-01-16. ISBN . İstifadə tarixi: 2013-02-14.
- Fatullayev, Shamil. ГРАДОСТРОИТЕЛЬСТВО БАКУ: XIX - начала XX веков (Russian). Institute of Architecture and Art of the Academy of Sciences of Azerbaijan SSR (IAiI). 1978. İstifadə tarixi: 2013-02-14.
- Hedin, Sven. My Life As an Explorer. Asian Educational Services. 1926. səh. 528. ISBN . İstifadə tarixi: 2013-02-14.
- Henry, James Dodds. Baku: an eventful history (PDF). A. Constable & Co., ltd. 1905.
- Heyat, Farideh. Azeri Women in Transition: Women in Soviet and Post-Soviet Azerbaijan. Psychology Press. 2002. ISBN . İstifadə tarixi: 2013-02-13.
- Kaufman, Richard F. The Former Soviet Union in Transition. M.E. Sharpe. 1993. səh. 948. ISBN . İstifadə tarixi: 2013-02-14.
- Montefiore, Simon Sebag. Young Stalin. Random House Digital, Inc. 2008-10-14. ISBN . İstifadə tarixi: 2013-02-14.
- Murray, Robin L.; Heumann, Joseph K. Ecology and Popular Film: Cinema on the Edge. SUNY Press. 2009-01-08. ISBN . İstifadə tarixi: 2013-02-14.
- Russian Petroleum // Bradstreet's Weekly: A Business Digest. Bradstreet Company. 1886. səh. 275. İstifadə tarixi: 2013-02-14.
- Sokolov, Vasily Andreevich. Petroleum. The Minerva Group, Inc. 2002-03-01. səh. 26. ISBN . İstifadə tarixi: 2013-02-14.
- . Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press. 2004-06-07. ISBN . İstifadə tarixi: 2013-02-13.
- . Historical Dictionary of the Petroleum Industry. Scarecrow Press. 2009-03-02. ISBN . İstifadə tarixi: 2013-02-14.
- . Our Baku (Russian). 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-14.
Həmçinin bax
Xarici keçidlər
- Vikianbarda Qara şəhər ilə əlaqəli mediafayllar var.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qara seher yerli neftqayirma senayesinin ugurlari ile bagli Baki yaxinliginda yaranan kicik bir yasayis menteqesidir Bu erazide esasen neft zavodlari yerlesirdi Hele 1873 cu ilde bir cox zavodlarin Bakidan kenardaki bos erazilere cixarilmasi haqqinda serencam verilende hemin vaxt bu erazide 100 e yaxin zavod ticaret muessiseleri ve yasayis yerleri tikildi Tezlikle zavodlardan cixan tustu ve his hemin erazini qaraya boyadi bu erazini de haqli olaraq qara seher adlandirdilar XIX esrin ikinci yarisinda suretle inkisaf eden neft senayesi Baki etrafinda boyuk bir erazini ehate edir ve bu erazide yerlesen zavodlarin tustu ve hisi butun etrafi buruyurdu Seherin inkisafina mane olan bu cur hallarla bagli ictimai fikirler quberniya hakimiyyetini bu problemi hell etmek mecburiyyetinde qoymusdu Belelikle de 1870 ci ilde seherde ve seherin yasayis mehellelerinde yerlesen 147 zavodun sokulmesi barede quberniya hakimiyyeti qerar qebul etdi ve seherin yasayis menteqelerinden 2 km arali olmaq serti ile bos erazilere kocurulmesi qerarlasdirildi Belelikle de 1876 ci ilde Kesledeki otlaq sahelerinde ve yerli ehalinin bag ve bostan sahelerinin yerinde yeni senaye rayonu salindi 1880 ci ilde yeni senaye rayonunda 118 den artiq muessise fealiyyet gosterirdi 1905 ci ilde demek olar ki Bakinin butun iri neft senayesi obyektleri burada yerlesdirilmisdi Buradaki tikililerin hamisini qara his basdigindan her teref qapqara gorsenirdi Ele buna gore de 1880 90 ci illerde ve o zamanlardan beri bu erazi artiq Qara seher kimi taninir Ele ki Qara seher de senaye tikililerinin limiti bitdi neft senayecileri tikilecek yeni obyektleri ucun yeni eraziler axtarisina cixdilar Qara seher e en yaxin erazi Kesle ehalisinin torpaq saheleri idi Tezlikle de bu erazilerde yeni senaye seherciyi Ag seher emele geldi Bu Qara seher in serqden davami idi 1878 ci ilde Nobel qardaslari terefinden Rusiya Imperiyasinda ilk olaraq Balaxanidan Qara seher e qeder neft kemeri cekilmisdir TarixiEsas meqaleler Baki seherinin tarixi ve Azerbaycanda neft senayesiArxa plan Qara Seher 1913 cu ilde Baki 1813 cu ilde imzalanan Gulustan muqavilesinden sonra Rusiya imperiyasinin terkibine daxil olmusdur Bu dovrde Baki 10 min ehaliye sahib kicik bir seher idi Dunyada ilk neft quyusu 1848 ci ilde Bakida qazildi Ilk neft emali zavodlari 1859 cu ilde seher etrafinda tikildi 1860 ci illerde Bakinin neft sahelerinden elde edilen neft dunya uzre neft techizatinin 90 i teskil edirdi Senaye binalari seherin boyuk bir hissesini ehate etmeye basladi Zavod ve fabrikler havanin cirklenmesine sebeb oldu Ictimai tezyiq eyalet hakimiyyetini ayrica senaye zonasi yaratmaga tesviq etdi 1870 ci ilde seherin serqindeki otlaq erazilerin neft emali zavodlarinin tikintisi ucun ayrilmasi teklif edildi 1872 ci ile qeder Bakida kerosin istehsal eden teqriben 60 neft emali zavodu var idi Seherde yeni zavod tikilmesini qadagan eden ve neft emali zavodlarinin seherden kenarda yerlesdiren qanun qebul edildi Seherin esasinin qoyulmasi ve inkisafi Branobel neft emali zavodlari 1880 ci illerin sonunda 1874 cu ilde Qara Seherin erazisinde 123 neft emali zavodu var idi Erazi limandan 8 mil 13 kilometr mesafede idi Senaye erazisi plani 1876 ci ilde tamamlandi Qonsu Kesle qesebesinin ferma ve otlaqlarinin bezileri seherde fealiyyeti dayandirilmis fabriklerin kocurulmesi ucun ayrildi Yeni senaye erazisi yasayis yerlerinden 2 kilometr uzaqliqda idi Cirklenmenin qarsisini almaq ucun yasayis erazisinde neft emali zavodlarinin tikintisi qadagan edildi 1880 ci ilde Qara Seher erazisinde 118 istehsal fealiyyeti gosteren firma var idi Bakinin neft fehlelerinin coxu bu erazide yasayirdi Burada hemcinin neft sirketlerinin ofisleri emalatxanalar ve elaqedar iscilerin yasayis erazileri yerlesirdi Baki ile muqayisede yasayis seraiti pis idi Imkanli sexsler neft cixarilmasi ve emalinin qadagan edildiyi seher merkezinde yasayirdilar Fabrik ve neft emali zavodlarinin havaya buraxdigi qara tustu ve his erazinin Qara Seher rus Chyornyj gorod adi ile meshurlasmasina sebeb oldu 1890 ci ilde Qara Sehere gelen turk seyahetci burani bele tesvir edirdi Her sey qaradir divarlar yer hava ve sema Sen nefti hiss edirsen ve tustunu icine cekirsen ve pis qoxu seni bogur Sen semani buruyen tustu buludlari arasinda gezirsen Qara Seherin qiraginda neft kemeri 1905 ci il 1878 ci ilde Nobel qardaslari Rusiya imperiyasinda ilk neft kemerini cekdiler 5 6 mil 9 kilometr uzunlugunda ve diametri 2 duyme 51 millimetr olan bu kemer gunde 10 min neft neql ede bilirdi Xam neft quyulardan Balaxanidaki merkezi saxlama cenlerine ordan da neft emali zavodlarina gonderilirdi Tikintiye serf edilen pul bir ilde qazanildi Cok kecmeden diger sirketler Nobellerin yoluyla getdiler 1879 cu ilde Nobel qardaslari Nobel qardaslari neft istehsali ortaqliginin esasini qoydu Tezlikle onlar Bakidaki neft senayesinin 75 i idare edirdiler 1885 ci ilin oktyabr ayinda Bakinin neft emali zavodlarinin coxu Qara Seherde idi Neft torpaq uzerinde yerlesdirilmis 4 6 duyme 100 150 millimetr diametri olan kemerler ile neql edilirdi Burada 2 i Nobellerin olmaqla 12 rezervuar var idi Kicik firmalar boyuk firmalarin cenlerinden istifade etmeli idi Sonraki inkisaf Balaxaninin neftle zengin erazileri Bakidan 9 mil 14 kilometr uzaqliqda yerlesirdi Isvec seyyahi Sven Hedin 1890 ci ilde Balaxaninin neft sahelerini ziyaret etmisdir Burada 116 i Nobellerin olmaqla 410 quyu derinliyi 220 270 metr var idi Nobel quyularindan biri gunde 150 min pud istehsal edirdi Nobeller iki xetle Qara Sehere gunde 230 min pud xam neft neql edirdiler Onlar gune 60 min pud emal edilmis neft istehsal edirdiler Qara Seher inkisaf neticesinde serhedlerini asmaga baslayanda neft senayecileri oz ehtiyaclarini odemek ucun daha munasib yerler axtarmaga basladilar Tezlikle Qara Seherin serqinde Ag Seher adlanan yeni senaye erazi ortaya cixdi 1902 ci ilin sonunda burada 20 e yaxin boyuk neft emali zavodu ve neftle elaqedar ticaret muessisesi tikildi Qara Seherden ferqli olaraq Ag Seherdeki zavodlar daha muasir ve daha funksional idi ve erazi cox cirkledilmedi 1882 1883 cu illerde Nobel qardaslari Qara Seher ve Ag Seherin serhedinde Villa Petrolea adli senaye cemiyyetinin esasini qoydular 1905 ci ilde Bakinin bir cox neft emali zavodlari burada yerlesirdi Baki Rusiya imperiyasinda en basi belali seherlerden biri idi 1900 cu illerde Bakida olan genc Iosif Stalin neft maqnatlarina qarsi hereket eden kriminal qruplarla elaqe saxlayirdi Bele bir fikir var idi ki Qara Seherde bezi collukler kriminal qrupun nezaretindedir Stalin menseviklerin yox yalnizca bolseviklerin bura daxil olmasi kriminal qrupla raziliga gelmisdi Bolseviklerin xususi parolu var idi Basqa bir hekayeye gore Stalin neft maqnati Musa Nagiyevin qacirilmasinda rol oynamisdi Stalin hemcinin neft saheleri iscilerinin tetile cixmasini teskil etmisdi Bolsevikler hemcinin neft dasinmasi sebekesi vasitesile oz qezetleri Iskra ni paylayirdilar MenbelerIstinadlar Dumper Stanley 2007 seh 64 Farndon 2012 seh 12 Fatullayev 1978 Sokolov 2002 seh 26 Black 2012 seh 80 Heyat 2002 seh 47 Swietochowski 2004 seh 21 Black 2004 seh 100 Vassiliou 2009 seh 98 Henry 1905 seh 73 74 Henry 1905 seh 88 Russian Petroleum Bradstreet s Henry 1905 seh 8 Hedin 1926 seh 528 Villa Petrolea Our Baku Henry 1905 seh 14 Montefiore 2008 seh 187 Edebiyyat Agbahowe Nathaniel U Wake Up Africa AuthorHouse 2009 01 30 ISBN 978 1 4389 1467 1 Istifade tarixi 2013 02 14 Asbrink Brita The Nobels in Baku Swedes Role in Baku s First Oil Boom Azerbaijan International 10 2 Summer 2002 Istifade tarixi 2013 02 14 PDF Islamic Development Bank June 2010 2014 04 11 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2013 02 14 Beene Gary The Seeds We Sow Kindness That Fed a Hungry World Sunstone Press 2011 07 25 ISBN 978 1 61139 012 4 Istifade tarixi 2013 02 14 Black Brian C Crude Reality Petroleum in World History Rowman amp Littlefield Publishers 2012 03 22 seh 80 ISBN 978 1 4422 1611 2 Istifade tarixi 2013 02 14 Black Edwin Banking on Baghdad Inside Iraq s 7 000 Year History of War Profit and Conflict John Wiley amp Sons 2004 11 11 ISBN 978 0 471 70895 7 Istifade tarixi 2013 02 13 Dumper Michael R T Stanley Bruce E Cities of the Middle East and North Africa A Historical Encyclopedia ABC CLIO 2007 ISBN 978 1 57607 919 5 Istifade tarixi 2013 02 14 Farndon John DK Eyewitness Books Oil Penguin 2012 01 16 ISBN 978 0 7566 9898 0 Istifade tarixi 2013 02 14 Fatullayev Shamil GRADOSTROITELSTVO BAKU XIX nachala XX vekov Russian Institute of Architecture and Art of the Academy of Sciences of Azerbaijan SSR IAiI 1978 Istifade tarixi 2013 02 14 Hedin Sven My Life As an Explorer Asian Educational Services 1926 seh 528 ISBN 978 81 206 1057 6 Istifade tarixi 2013 02 14 Henry James Dodds Baku an eventful history PDF A Constable amp Co ltd 1905 Heyat Farideh Azeri Women in Transition Women in Soviet and Post Soviet Azerbaijan Psychology Press 2002 ISBN 978 0 7007 1662 3 Istifade tarixi 2013 02 13 Kaufman Richard F The Former Soviet Union in Transition M E Sharpe 1993 seh 948 ISBN 978 1 56324 318 9 Istifade tarixi 2013 02 14 Montefiore Simon Sebag Young Stalin Random House Digital Inc 2008 10 14 ISBN 978 1 4000 9613 8 Istifade tarixi 2013 02 14 Murray Robin L Heumann Joseph K Ecology and Popular Film Cinema on the Edge SUNY Press 2009 01 08 ISBN 978 0 7914 7678 9 Istifade tarixi 2013 02 14 Russian Petroleum Bradstreet s Weekly A Business Digest Bradstreet Company 1886 seh 275 Istifade tarixi 2013 02 14 Sokolov Vasily Andreevich Petroleum The Minerva Group Inc 2002 03 01 seh 26 ISBN 978 0 89875 725 5 Istifade tarixi 2013 02 14 Russian Azerbaijan 1905 1920 The Shaping of a National Identity in a Muslim Community Cambridge University Press 2004 06 07 ISBN 978 0 521 52245 8 Istifade tarixi 2013 02 13 Historical Dictionary of the Petroleum Industry Scarecrow Press 2009 03 02 ISBN 978 0 8108 6288 3 Istifade tarixi 2013 02 14 Our Baku Russian 2012 05 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 02 14 Hemcinin baxIceriseher Sovetski Ag SeherXarici kecidlerVikianbarda Qara seher ile elaqeli mediafayllar var